Qida zəHƏRLƏNMƏSİNƏ yoluxmamaq üÇÜn nə etmək lazimdir?



Yüklə 14,78 Kb.
tarix02.01.2022
ölçüsü14,78 Kb.
#34758
esse-1


QİDA ZƏHƏRLƏNMƏSİNƏ YOLUXMAMAQ ÜÇÜN NƏ ETMƏK LAZIMDIR?

Qida mənşəli zəhərlənmələrin səbəbi qida ilə orqanizmə mikrobların, zəhərli maddələrin və ya zəhərli bitkilərin daxil olmasıdır. Qida zəhərlənmələri, eləcə də qidaların düzgün bişirilib-hazırlanmaması nəticəsində və yaxud əlverişli şəraitdə saxlanmaması nəticəsində baş verir. Qida zəhərlənmələrinin 90 %-ni bakterial zəhərlənmələr təşkil edir. Mütəxəssislərə görə, qida zəhərlənmələri əsasən isti aylarda baş verir. Yay aylarında turşular, şirniyyat, kolbasa və sosiska və s. bu kimi qidalar zəhərlənməyə səbəb olur.



Zəhərlənmələr xroniki və kəskin bağırsaq xəstəliyi keçirmiş şəxslərdə, uşaqlarda və qocalarda, eləcə də allergiyası olan şəxslərdə tez-tez baş verir, sürətlə inkişaf edir və ağır formaya keçə bilir. Eyni ərzağı qəbul etmiş şəxslərin bir vaxtda xəstələnməsi, gizli dövrü qısa olmaqla qəflətən baş verməsi qida zəhərlənməsinin əlamətidir. Həmçinin sanitariya qaydalarının pozulması şəraitində hazırlanmış qidanın qəbulu ilə əlaqədar xəstələnmənin baş verməsi, zəhərlənməyə səbəb olan qida istifadədən çıxarıldıqda zəhərlənmə hallarının kəskin azalması da qida zəhərlənmələrinin əsas səciyyəvi xüsusiyyətləridir.

Qida zəhərlənməsinin ən geniş yayılmış formasına əksər hallarda heyvani mənşəli ərzaq məhsulları səbə olur. Ət, balıq, quş əti, süd və süd məhsulları, qaz və ördək yumurtaları zəhərlənmənin yayılmasında mühüm rol oynayır. Bu məhsulların tədarükü, daşınması, saxlanılması, bişirilməsi və realizasiyası zamanı gigiyenik qaydalara düzgün riayət olunmazsa, ərzağın bakterial çirklənməsi baş verə bilər. Bu cür çirklənmiş ərzaq məhsullarının lazımi termiki işlənmədən keçmədən, yaxud da soyuducuda saxlanmadan qəbul edilməsi qida toksikoinfeksiyalarına səbəb ola bilər.

Qida zəhərlənməsinin əsas əlamətləri 6-36 saatlıq gizli dövrdən sonra başlanır. Qarın nahiyəsində ağrılar, şiddətli ishal, ürəkbulanması, qusma baş verir. Temperatur 2-4 gün ərzində 38-39 dərəcəyə qalxır, xəstəlik 7 günə qədər çəkə bilər. Belə hallarda mütləq şübhəli qida istifadədən çıxarılmalıdır. Çox yaxşı olar ki, zəhərlənməyə səbəb olan qida qalıqları laboratoriyaya təqdim olunaraq analiz edilsin.

Qida zəhərlənmələrinin ən ağır növünün botulizm olduğu bildirilir. Bu növ zəhərlənməyə ilin hər fəslinə təsadüf edir. Mikroblar uzun müddət üzvi maddələrdə oksigensiz mühitdə inkişaf edir və buradan da qidaya keçirlər. Botulizm qida zəhərlənmələri əsasən ət, balıq, kolbasa məmulatı, göbələk və bəzən tərəvəz konservlərini yedikdə baş verir. Botulizm mikroblarının ifraz etdiyi toksin bütün mikrobların zəhərindən güclüdür, odur ki, botulizm zəhərlənmələri olduqca ağır keçir və yüksək ölüm faizinə malikdir. Belə zəhərlənmə zamanı xüsusilə sinir, tənəffüs və ürək fəaliyyəti iflic olur.

Qida zəhərlənməsinə məruz qalan şəxsə ilkin tibbi yardım göstərilməlidir. İlk yardım mədə-bağırsaqdan zəhərli qidanı və ya onun qalıqlarını təmizləmək üçün mədənin adi qaydada yuyulması olmalıdır.

Sonra isə müalicə üçün həkimə müraciət edilməlidir.
Bütün bunlarla yanaşı qida zəhərlənməsindən qorunmaq üçün yeməkdən əvvəl mütləq profilaktik tədbirlər görülməlidir. Yaxşı olar ki, aşağıdakılar yerinə yetirilsin:
1. Yeməkdən qabaq əllər sabunla təmiz yuyulmalıdır.
2. İstifadə ediləcək bütün qida maddələri müsbət 5°C-dən aşağı temperaturda saxlanmalıdır.
3. Qida maddələrinin tam bişirilməlidir
4. Qaz və ördək yumurtaları 15 dəqiqədən az olmayaraq bişirməlidir.
5. Tərəvəzlər axar su altında bir neçə dəfə təmiz yuyulmalıdır.
6. Qida maddələrinə heyvanların, gəmiricilərin, həşəratların toxunmasına imkan verməməlidir.

Yüklə 14,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin