Klinik tapşırıq 1



Yüklə 286,75 Kb.
səhifə1/7
tarix02.01.2022
ölçüsü286,75 Kb.
#42384
  1   2   3   4   5   6   7
Klinik tap r q 1


Klinik tapşırıq 1.

Həkimə 56 yaşında xəstə müraciət edib. Xəstənin A/T yüksək olduğundan həkim ona sağrıya əzələ daxili inyeksiya təyin edir. Dərmana qarşı xəstənin fərdi allergik reaksiyasının olmadığına əmin olduqdan sonra, xəstəni tibb bacısının yanına göndərir.

Tibb bacısı manipulyasiyaya hazırlıq görür. O, inyeksiyanı icra etməzdən əvvəl həkimin təyinatını nəzərdən keçirir, təyin vərəqi ilə dərmanın etiketinin uyğunluğunu yoxlayır. Xəstəyə manipulyasiya barədə məlumat verir, razılığını alır, bildirir ki, iynə ağrılı ola bilər.

Sonra əllərini gigiyena qaydalarına riayət edərək yuyur.

Şəkil 1.


Suallar:


  1. Xəstəyə hansı vəziyyət almağa kömək etmək lazımdır?

  1. Əzələ daxili inyeksiya sağrı əzələsinin hansı nahiyəsinə vurulmalıdır? (İynə şəkil 1-də göstərilən sahələrdən hansına vurulmalıdır)?

  1. İynə hansı dərəcəli bucaq altında vurulmalıdır?


Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”  “Çıraq” 2008.
Klinik tapşırıq 2.

Həkimə 47 yaşlı, əlil arabasında xəstə müraciət edib. Xəstəni müayinə etdikdən sonra həkim ona bud nahiyəsinə əzələ daxili inyeksiya təyin edir.

Tibb bacısı manipulyasiyaya hazırlıq görür. O, inyeksiyanı icra etməzdən əvvəl həkimin təyinatını nəzərdən keçirir, təyin vərəqi ilə dərmanın etiketinin uyğunluğunu yoxlayır. Xəstəyə manipulyasiya barədə məlumat verir, razılığını alır, bildirir ki, iynə ağrılı ola bilər.

Sonra əllərini gigiyena qaydalarına riayət edərək yuyur.



Şəkil 2.
Suallar:


  1. Bu xəstəyə məcburi uzanıqlı vəziyyət vermək lazımdırmı?

  1. Əzələ daxili inyeksiya bud əzələsinin hansı nahiyəsinə vurulmalıdır? (İynə şəkil 2-də göstərilən sahələrdən hansına vurulmalıdır)?

  1. İynə hansı dərəcəli bucaq altında vurulmalıdır?


Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”,“Çıraq” 2008.
Klinik tapşırıq 3.

Həkimə 36 yaşlı xəstə müraciət edib. Xəstəni müayinə etdikdən sonra həkim ona bazu nahiyəsinə əzələ daxili inyeksiyanı təyin edir.

Tibb bacısı manipulyasiyaya hazırlıq görür. O, inyeksiyanı icra etməzdən əvvəl həkimin təyinatını nəzərdən keçirir, təyin vərəqi ilə dərmanın etiketinin uyğunluğunu yoxlayır. Xəstəyə manipulyasiya barədə məlumat verir, razılığını alır, bildirir ki, iynə ağrılı ola bilər.

Sonra əllərini gigiyena qaydalarına riayət edərək yuyur.



Yüklə 286,75 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin