Geostrategiya



Yüklə 461,76 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix18.11.2022
ölçüsü461,76 Kb.
#69651
  1   2   3   4
jrn2017 940



GEOSTRATEGIYA
Siyasət
•• 
• 
•• 
ÜLVİYYƏ OIJLİYF\
MUASIR DÖVRDƏ AZƏRBAYCANIN 
Bakı Dövlət Universiteti
XARİCİ SİYASƏTİ: YENİ 
İSTİQAMƏTLƏR VƏ PERSPEKTİVLƏR
Azərbaycanla diplomatik əlaqələri olan dövlətlər 
| Azərbaycan 
^
Səfirliklər
Müstəqil xarici siyasət hər bir ölkənin suverenliyinin 
təminatıdır. Qlobal və regional miqyasda geosiyasi mənzərənin 
sürətlə dəyişdiyi bir vaxtda bu məsələ daha da aktuallaşır.
Bu baxımdan, dövlətin maraqlarını məharətlə müdafiə etmək 
üçün xarici siyasətin qarşısında duran vəzifələr düzgün 
müəyyənləşdirilməli, məqsədə çatmaq üçün səmərəli və müasir 
diplomatik mexanizmlərdən yararlanmaq gərəkdir. Xarici siyasət 
kursunun prioritetləri isə bu prosesdə istiqamətverici rol oynayır.
Azərbaycanın xarici siyasət kursunun prioritetləri dövlətin 
maraqları ilə müasir geosiyasi vəziyyətin xüsusiyyətlərini 
maksimum dərəcədə nəzərə almağa əsaslanır. Ulu öndər Heydər 
Əliyev ölkənin xarici siyasətinin prioritetlərini ən incə məqamlarını 
belə nəzərə alaraq bəlli müstəvidə müəyyənləşdirmişdir. Məhz, 
ötən illərin təcrübəsi də göstərdi ki, bu siyasət kursu zamanın 
bütün tələblərinə cavab verir və çox perspektivlidir. Bu mənada, bu 
gün Azərbaycanın daxili və xarici siyasət kursu region dövlətləri 
üçün nümunədir. Çünki xarici siyasətin prioritet istiqamətlərində 
əldə edilən uğurlar daha dinamik diplomatik fəaliyyət göstərməyə 
imkan verir.[l]
Əlbəttə ki, xarici siyasətin prioritetləri sırasında beynəlxalq 
iqtisadi təşkilatlarla əməkdaşlıq, enerji layihələrinin hazırlanması 
və reallaşması, iki qitə arasında nəqliyyat dəhlizi funksiyasını 
yerinə yetirmək kimi istiqamətlər vacib yer tutur. Azərbaycan bu 
sahələr üzrə sistemli proqramlar həyata keçirən yeganə Qafqaz
ölkəsidir. Azərbaycan Cənubi Qafqazın yeganə dövlətidir ki, 
tarazlı xarici siyasəti uğurla həyata keçirir. Cənubi Qafqaz kimi 
mürəkkəb bir regionda tarazlı siyasi kursu sistemli və ya yeni 
geosiyasi reallıqlar müstəvisində həyata keçirmək təcrübəsini 
yalnız Azərbaycan nümayiş etdirir. Rəsmi Bakı böyük dövlətlərin 
regiondakı maraqlarını məharətlə tarazlaşdırır, milli maraqlara 
cavab verən geosiyasi dividendlər əldə edir. Bu gün Azərbaycanın 
xarici ölkələrdə 70-dən çox diplomatik nümayəndəliyi və 
konsulluğu, o cümlədən 50-dən artıq səfirliyi, 5 beynəlxalq 
təşkilat yanında missiyası, 9 baş konsulluğu və 5 fəxri konsulluğu 
fəaliyyət göstərir. Azərbaycanda isə 50-dən çox dövlətin səfirliyi,
3 baş konsulluq, 12 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın 
nümayəndəliyi mövcuddur. Müasir dövrdə postsovet məkanında 
belə bir sistemli diplomatik aktivliyə malik ikinci bir ölkə hələ ki, 
yoxdur. [2]
Hazırda regional miqyaslı təşkilatlardakı fəaliyyətlə qlobal 
qurumlar çərçivəsindəki fəaliyyəti uzlaşdırmaq suverenliyin 
təminində həlledici rol oynayır. Azərbaycan regionda sistemli və 
çoxvektorlu xarici siyasət kursunu həyata keçirən nümunəvi dövlət 
səfiyyəsinə yüksəldilmişdir. Bütün bunlar isə ölkənin xarici siyasət 
kursunun səmərəliliyi və uzaqgörənliyini təsdiq edir.
Mütəxəssislər hesab edirlər ki, yeni tarixi şərtlər daxilində 
dövlətlərarası münasibətlərin tənzimlənməsi bütövlükdə 
diplomatiyanın məzmununu yeniləşdirə bilər. Çünki indi


ict
im
a


si
y
as
i, 
el
m


p
o
p
u
ly
a

ju
rn
a
l geosiyasətdə, beynəlxalq münasibətlər sistemində proseslər sürətlə 
cərəyan edir və əvvəlki zamanlarda müşahidə edilməyən faktorlar 
özünü göstəməkdədir. Bəzən qlobal, o cümlədən regional miqyasda 
hadisələr kəskin ziddiyyətlər və mürəkkəb dinamika ilə xarakterizə 
olunurlar. Belə vəziyyətlərdə siyasi-diplomatik fəaliyyətdə yeni 
yanaşmalara, qeyri-ənənəvi formatlara əl atmaq lazım gəlir. [3]
Digər tərəfdən, Cənubi Qafqaz dünyanın geosiyasi aspektində 
ən çətin regionlarından biri sayılır. Xüsusilə, son 20 ildə burada 
kəskinliyi ilə seçilən proseslər baş verməkdədir. Bir tərəfdən, 
böyük dövlətlər öz maraqlarını təmin etmək üçün təzyiqlər edirlər, 
digər tərəfdən isə bəzi ölkələr müstəqil xarici siyasət yeridə 
bilmirlər. Bu iki amilin birgə təsiri nəticəsində Cənubi Qafqazın 
geosiyasi mənzərəsi xeyli mürəkkəbləşmişdir.
Beləliklə də, Cənubi Qafqazda geosiyasi vəziyyət 
mürəkkəbləşdikcə adekvat əməkdaşlıq formatları tapmaq lazım 
gəlir. Bütövlükdə Azərbaycanın xarici siyasətinin prioritetləri 
məlumdur və burada ikitərəfli və üçtərəfli əlaqələrə böyük diqqət 
yetirilir, yeni əməkdaşlıq formatları yaradılır. Rəsmi Bakı daim 
əməkdaşlığın səmərəli modelinə, tərəflərin bərabər hüquqlara 
malik olmasına və beynəlxalq hüquq normalarının gözlənməsinə 
üstünlük verir. Bununla bağlı möhtərəm Prezident İlham Əliyev 
28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbuldakı 
nitqində bir məqamı ayrıca vurğulamışdır. Dövlət başçısı demişdir: 
“Bizim xarici siyasətlə bağlı təşəbbüslərimiz gözəl nəticələr verir. 
Biz xarici siyasətdə ikitərəfli formata üstünlük veririk. Mən hesab 
edirəm ki, bu, ən məqbul formatdır. Əlbəttə, digər formatlar da 
vardır. Onlardan da istifadə olunur. Ancaq ikitərəfli format ən 
böyük səmərə verən formatdır”. [3]
Bu da faktdir ki, bu gün Azərbaycan Ermənistan istisna 
olmaqla regionun bütün ölkələri ilə məhz ikitərəfli qaydada 
əlaqələri inkişaf etdirir. Sirr deyil ki, zaman-zaman böyük dövlətlər 
- istər yaxın dost, istərsə də nisbətən az yaxın dost ölkələr öz 
maraqları naminə təzyiq etməyə, “böyük qardaş” rolunu oynamağa 
çalışıblar. Belə vəziyyətdə beynəlxalq münasibətlərdəki balansı 
saxlamaqla kimsədən asılı olmayan siyasət yürütmək üçün 
incə diplomatiya və siyasi qətiyyət tələb olunur. Azərbaycan bu 
keyfiyyətləri nümayiş etdirir və bu prosesin reallaşma mexanizmi 
isə məhz, ikitərəfli əməkdaşlıq formatından ibarətdir. Bu gün 
Azərbaycanın Rusiya, İran və Türkiyə ilə konkret sahələr üzrə 
tərəflərə fayda verən müqavilələri vardır. Təsadüfi deyildir ki, 
hazırda Azərbaycan ikitərəfli münasibətlərini Avropa İttifaqının 
üzvü olan ölkələrlə də qurur. Hətta həmin ölkələrdən 9-u ilə strateji 
əməkdaşlıq haqqında müvafiq sənədlər də imzalanmışdır. Eyni 
zamanda, Rusiya-Türkiyə-Azərbaycan, Azərbaycan-Türkiyə- 
Gürcüstan, Azərbaycan-İran-Rusiya, Azərbaycan-Türkiyə- 
Türkmənistan kimi üçtərəfli əməkdaşlıq münasibətləri də rəsmi 
Bakı tərəfindən formalaşdırılmışdır.
Bir neçə üçtərəfli format faktiki olaraq regional miqyasda 
“geosiyasi şəbəkə” yaratmağa imkan yaradır. Belə ki, Azərbaycan, 
Türkiyə, İran, Gürcüstan və Türkmənistan faktiki olaraq böyük 
geosiyasi məkanda bir-biri ilə dinamik əlaqələr strukturuna 
bağlanmış olur. Bununla da regional bir tərəfdən əməkdaşlığın sivil 
forması meydana gəlməklə, digər tərəfdən qeyd olunan ölkələrlə 
birlikdə təcavüzkarı təcrid etmək mümkün olur.
Cənubi Qafqazda ikitərəfli formatdan üçtərəfli əməkdaşlıq 
modelinə keçid, əslində diplomatiyada yenilikdir. Bu təcrübənin 
digər dövlətlər tərəfindən istifadə ediləcəyinə şübhəmiz yoxdur. 
Həmin müstəvidə üçtərəfli əməkdaşlığın dərinləşən əlaqələrini
strateji tərəfdaşlığa çevrilməsinin müasir tələblərə cavab verən bir 
mexanizm olduğunu qəbul etmək lazım gəlir. Üçtərəfli əməkdaşlıq 
formatı həmçinin böyük güclərin geosiyasi qarşıdurmalarını 
səngitməyin də konkret mexanizmidir. Bütün bunlar isə 
Azərbaycanın yeni əməkdaşlıq təşəbbüslərinin artıq konkret 
nəticələr verdiyini bir daha təsdiqləyir. Bununla da, Azərbaycanın 
müstəqil dövlət kimi geosiyasi statusu yüksəlir.
Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən 
birini də müsəlman və Şərq ölkələri ilə əməkdaşlıq təşkil edir.
Bu gün həmin ölkələrlə geosiyasi istiqamətlər üzrə ikitərəfli və 
çoxtərəfli əməkdaşlıq əlaqələri qurulur. Professor Əli Həsənov 
yazır: “Azərbaycanın xarici siyasətində Yaxın və Orta Şərqin islam 
ölkələri ilə həm çoxtərəfli, həm də ikitərəfli əlaqələri xüsusi yer 
tutur. Bunun üçün Azərbaycan islam ölkələrini birləşdirən İslam 
Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), İslam 
İnkişaf Bankı (İİB) kimi qurumların imkanlarından bəhrələnməklə 
yanaşı, həm də ayrı-ayrılıqda hər bir müsəlman dövləti ilə qarşılıqlı 
faydalı əməkdaşılq əlaqələri yaratmağa səy göstərir. Bu əlaqələrdən 
müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın daxili və 
xarici problemlərinin həlli istiqamətində istifadə olunur”. [7]
Azərbaycanın Yaxın və Orta Şərq dövlətlərilə münasibətləri 
böyük potensiala malikdir. Bu münasibətlər Yaxın və Orta Şərqin 
geosiyasi əhəmiyyətini, zəngin enerji ehtiyatlarını və bu bölgədə 
böyük sərmayə potensialının mövcudluğunu əsas götürərək 
qurulur. Azərbaycan bu bölgə ölkələrinin ticarət, texnoloji və 
maliyyə imkanlarını çox cəlbedici hesab edərək, Yaxın və Orta 
Şərq dövlətlərilə qarşılıqlı faydalı münasibətərin daimi inkişafını 
müsbət qarşılayır.
Son zamanlar Azərbaycanın Körfəz ölkələri ilə olan 
münasibətləri yüksək səviyyəyə çatmışdır. Belə ki, Körfəz Ərəb 
Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv olan ölkələr tərəfindən 
Azərbaycan iqtisadiyyatına 1,3 mlrd, dollar, Azərbaycan tərəfindən 
isə 300 mln. dollar investisiya yatırılmışdır. Bu gün Azərbaycanda 
körfəz ölkələrindən olan 280 şirkət fəaliyyət göstərir. 2016-cı 
ildə Azərbaycan və körfəz ölkələri arasında ticarət dövriyyəsi 
86 mln. dollar, 2017-ci ilin 8 ayı ərzində isə 40 mln. dollardan 
çox olmuşdur. Bu tendensiyanı nəzərə alsaq hətta, Azərbaycan 
və Körfəz ərəb ölkələri birgə investisiya fondları da yarada 
bilər. Bu baxımdan, Azərbayanda fəaliyyət göstərən körfəz 
ölkələri şirkətlərinin sayının artırılması, ticarət əlaqələrinin 
genişləndirilməsi üçün imkanlar genişdir. [5]
Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər 
Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının 
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 
verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq, insanlararası 
təmasları artırmaq, turizm səfərləri və işgüzar əlaqələri təşviq 
etmək məqsədilə Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, 
Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur 
vətəndaşlarına 1 fevral 2016-ci il tarixindən etibarən Azərbaycanın 
bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza 
rəsmiləşdirilməsi təmin edilir. Bütün bunlar Azərbaycanın ərəb 
və Asiya ölkələrilə olan əlaqələrinin inkişafına müsbət təsirini 
göstərir.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə, İran, Pakistan, 
Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya kimi 
ölkələrin daxil olduğu İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) zirvə 
görüşündə iştirak etməsi də ölkəmizin beynəlxalq nüfuzunun və 
əhəmiyyətinin yüksəlməsinin bariz nümunəsidir. Azərbaycan D-8
Sentyabr - Oktyabr 2017 № 05 (41)



Yüklə 461,76 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin