Kolleci SƏRBƏst iŞ TƏLƏBƏ



Yüklə 1,43 Mb.
səhifə1/4
tarix26.11.2022
ölçüsü1,43 Mb.
#70717
  1   2   3   4
L I N U X

    Bu səhifədəki naviqasiya:
  • FƏNN


Qərbi Kaspi Universitetinin
Kolleci
SƏRBƏST İŞ
TƏLƏBƏ: Pənahov İlham
İXTİSAS:
QRUP: 811/2
TƏDRİS İLİ: 2022/2023
FƏNN: İnformasiya Kommunikasiya Texnologiyaları
SƏRBƏST İŞİN MÖVZUSU: Linux əməliyyat sistemi haqqında
MÜƏLLİM: Əfəndiyeva Vəfa
Bakı-2023

L I N U X


Linux (Linuks) çox populyar, sərbəst paylanan və Microsoft Windows-a güclü bir alternativ təşkil edən azad və açıq mənbəli əməliyyat sistemidir. Linux azad şəkildə, təmənasız yayılan əməliyyat sistemdir. O, bütün müasir əməliyyat sistemlerinə xas olan xüsusiyyətlərə malikdir. Dünyada yüz minlərlə insan Linux-dan istifadə edir. Tətbiqi və sistem proqramları ilə birlikdə gələn Linux tam funksional universal əməliyyət sitemidir.



Linux-un rəsmi talismanı TUX-dı. 1996-cı ildə Larri Yuinq tərəfindən yaradılmışdır. Jeyms Hyuqs bu pinqvini TUX (Torvald's UniX) adlandıran ilk şəxs olub. Simvolun pinqvin olması ideyası Linus Torvalds tərəfindən irəli sürülmüşdü. Bu gün bu pinqvin dünyada həm də, ümumiyyətlə, Open Source hərəkətinin simvolu sayılır.
L inux hər hansı bir komputer sistemində problemsiz işləmə qabiliyyətinə malikdir. Çox geniş bir təchizat dəstəyinə malik olan Linux netbuk, noutbuk, server kompüterləri, ağıllı telefon, stolüstü kompüterlər kimi hər bir platformada tam bir uyğunlaşma içərisində işləmək qabiliyyətinə malikdir. Linux adətən server və iş stansiyalarında istifadə olunsa da onu şəxsi komputerlərdə də istifadə edənlər çoxluq təşkil edir. Təbii ki,bu halda redaktə edilən kodların və azad proqram anlayışının təsiri böyükdür. Windows XP və Mac OS sistemlərinə nəzərən daha rahat bir struktura malik olan Linux, xüsusilə, server satışlarında rəqibləri ilə müqayisədə daha üstündür. Mint, Ubuntu, openSUSE, Pardus, Mandriva kimi son versiyaları ilə Linux əməliyyat sisteminin istifadəçi faizi gündən-günə artmaqdadır.


Tarixi

1969-cu ildə AT&T şirkətinin proqramçıları Ken Tompson Denis Ritçi PDP-7 kompüteri üçün kiçik bir əməliyyat sistemi yaratdılar: UNIX. Lakin, AT&T şirkətinin planında bu əməliyyat sisteminin yayılması yox idi və şirkət onu ABŞ elmi müəssisələrinə simvolik qiymətə verdi.


Demək olar ki, bütün universitetlərin hesablama mərkəzlərinin nümayəndələri bu əməliyyat sistemindən istifadə edirdilər və bir-birləri ilə bu əməliyyat sistemi vasitəsilə əməkdaşlıq edirdilər. Onlar özləri səhvlər yaradır, faydalı proqram və utilitlər yaradır və onları istifadə edirdilər.
Onların işinin nəticəsi - Unix əməliyyat sisteminin tam versiyası oldu (1990-cı ildə). Bu versiyanın adı Unix System V Release 4 – SVR4 idi. Unix istifadəçi qruplarından biri Berklidə Kaliforniya universitetində idi. 1977-ci ildə bu elmi müəssisənin mütəxəssisləri 2BSD (Berkeley Software Distribution) əməliyyat sistemi ilə maqnit lentlərin yayılmasına başladılar. Lakin, hal-hazırda Unix-əsaslı əməliyyat sistemlərindən ən çox maraq cəlb edənləri açıq kodlu əməliyyat sistemləridir. Bu sistemlərdən biri də Linuxdur. Linux əvvəllər Unixin müstəqil yayılan versiyası kimi işlənmişdir. 1991-ci ildə Helsinki universitetinin tələbəsi Linus Torvalds Linuxun ilk versiyasını təqdim edir. O, Linuxu Minix ƏS-nin əsasında yaratmışdır. Minix – Unixin fərdi kompüterlər üçün yaradılmış məhdud analoqudur.
1992-ci ilin martında ilk “demək olar ki, səhvsiz” versiyanın buraxılmasından sonra dünyanın əksər proqramçıları bu əməliyyat sisteminin üzərində işləməyə başladılar və Linux əməliyyat sistemi inkişaf etməyə başladı.
Hal-hazırda Linux tamfunksiyalı, açıq və demək olar ki, pulsuz əməliyyat sistemidir. Lakin GNU layihəsi çərçivəsində proqram təminatı olmasaydı bu baş verməyəcəkdi. GNU – GNU’s not Unix, yəni, GNU Unix deyil deməkdir.
Linux – GNU-nun çoxlu utilitlərini özündə saxlayır: bir çox proqramlaşdırma dillərinin (C, C++, Fortran, Pascal, LISP, Ada, BASIC, SmallTalk, Perl, PHP və s.) translatorları, mətn redaktorları, çap utilitləri və başqaları.
GNU layihəsi azad yayılan proqram təminatı fondunun - Free Software Foundation (FSF) hesabına inkişaf edir.
Linux – Unixin analoqudur. Unix kimi o da azad yayılan çoxməsələli, çoxistifadəçili ƏS-dir. Linux xüsusi olaraq, Intel prosessorlu fərdi kompüter platforması üçün hazırlanmışdır və arxitekturanın üstünlükləri sayəsində məhsuldarlığın artırılmasına imkan verir. Həmçinin, Linux digər platformalara da keçdi.




Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin