1.3 Müasir dövrdə texnologiyanın həyatımızdakı rolu
Texnologiyanı - gündəlik həyatımızda müxtəlif vəzifələri yerinə yetirmək, həyatımızı sadələşdirmək üçün istifadə olunan proseslər kimi təsvir edə bilərik. Hər hansı bir texnoloji sistemin ən mühüm hissəsini yaratmaq, iş keyfiyyətini artırmaq, hazır ki dövrümüzdə etdiyimiz hər işimizdə texnologiyadan istifadə edirik; biz texnologiyadan- ünsiyyət, nəqliyyat, öyrənmə, istehsal etmək, məlumatların təmin edilməsi, biznesin ölçülməsi,tibdə günbəgün təkmilləşən cihaz və aparatların icad edilməsi, təhsildə texnologiyadan geniş istifadə edilməklə məktəblərdə dərs izah etməyin asanlaşması, həm də vizual baxımdan şagirdlərin inkişafının təmin edilməsin və s. üçün istifadə edirik.
Müasir dövrümüzdə milyonlarla insan üçün internet həm iş, həm informasiya, həm də əyləncə vasitəsidir. Bu gün dünyada internet həyatın ən ehtiyac duyulan atributu olmaqla
yanaşı, sosial və ictimai- siyasi həyatda mühüm rol oynayır. Kompüter texnikası gündəlik həyatımızın ayrılmaz tərkib hissələrindən biridir. Bu gün informasiya-kommunukasiya texnologiyalarının insan həyatının bütün sahələrinə yüksək templə tətbiqi informasiya texnologiyalarının qlobal xarakter almasından xəbər verir. Bu texnologiyalardan geniş istifadə insan hüquqlarının qorunmasında iqtisadiyyat, elm, təhsil, səhiyyə və digər sahələrin inkişafında mühüm rol oynayır.İnternetin ən böyük faydalarından biri qısa zaman içərisində kitablardan axtardığımız bilikləri buradan əldə edə bilməyimizdir.
Kompüterin inkişafı problemlər də yaradır hansı ki, yaxın zamanlarda kompüter biliyi olmayan insanların cahil insanlardan heç bir fərqi olmayacaqdır. Kompyuter biliyi olmayan heç bir insan digərləri ilə əlaqə yaratmağı, alış-veriş etməyi, kütləvi informasiya vasitələrindən məlumat almağı və bu kimi başqa funksiyalardan istifadə edə bilməyəcək. Hal-hazırda internet bir bilik kitabxanasıdır. Çünki istədiyimiz hər şeyi internetdə axtarıb tapa
bilərik. Ədəbiyyat, tarix, riyaziyyat, mədəniyyət, incəsənət bir sözlə, axtardığın hər şeyi internetdə əldə edə bilərik. Bu baxımdan da internet çox təsirli, asan və ucuz bir təlim vasitəsidir. İnternet vasitəsi ən uzaq ölkədə belə yaşayan insanlarla əlaqə yaradıb, onların mədəniyyəti, adət-ənənələri haqqında məlumat alıb öz ölkən haqqında onları məlumatlandıra bilərsən.Kompyuter və internet vasitəsi ilə insanlar öz fikirlərini müstəqil şəkildə söyləyə bilir, müəyyən fıkir barədə mübahisə və müzakirələr edir, şair və yazıçılar şeir və məqalələrini yerləşdirir - bir sözlə, özlərini hər cür ifadə etmək imkanlarına sahib olurlar. XXI əsr cəmiyyətin formalaşmasına təsir edən ən mühüm amillərdən biri olan informasiya-kommunikasiya texnologiyasının insanların həyatında rolu, göründüyü kimi getdikcə artmaqdadır.
Texnologiyanın faydalarını aşağıdakı kimi göstərə bilərik:
-İnternetin sayəsində dünyanın bir ucundan
digər ucuna qədər istənilən məlumatı əldə edə bilər və ya yaya bilərik və istənilən insanla əlaqə saxlaya bilərik. Texnologiya sayəsində insanlar öz həyatlarını daha da asanlaşdırır, edəcəkləri işləri rahat və qısa zaman ərzində edə bilirlər. Məsələn, evlərdə istifadə edilən paltaryuyan, qabyuyan kimi məişət avadanlıqlarından istifadə etməklə saatlarla vaxtınızı ala biləcək işləri olduqca qısa müddət ərzində edə bilərsiniz. Evinizdə olan bəzi cihazlar vasitəsilə həm məlumatları və ərzaqları saxlaya bilər, həm də edəcəyiniz işləri sürətli və asan bir şəkildə, hətta tək bir düyməyə basmaqla edə bilərsiniz, bununla da enerjiyə qənaət etmiş olursunuz.Texnologiya tibb sahəsində də olduqca faydalıdır və insanların həyatına öz müsbət təsirini göstərməkdədir. Əvvəllər lazımi cihazlar olmadığı üçün, insanlar xəstəlikləri barədə çox gec xəbərdar olur, inkişaf etmiş texnologiya sayəsində isə insanlar mütəmadi olaraq səhhətindəki problemlər barədə məlumat əldə bilirlər. Təhsil sahəsində də texnologiyanın rolu danılmazdır. Misal üçün, episkop, proyektor, və s. kimi vasitələrlə məktəb
və universitetlərdə əyani üsulla tədris olunan dərsləri şagirdlər daha yaxşı qavraya bilərlər. Texnologiyanın başqa bir faydası ondan ibarətdir ki, insanlar düşüncələrini və duyğularını daha böyük insan kütləsinə asanlıqla ötürülə bilərlər. Mətbuat sayəsində yüzlərlə kitab nəşr olunmuşdur və insanlar bu kitabları oxumaqla öz dünya görüşlərini artırmışlar. Bundan əlavə, internet, qəzet, televiziya, radio və digər ünsiyyət alətləri vasitəsi ilə dünyada baş verən istənilən hadisə barədə məlumat əldə edə etmək mümkündür.
Elm və texnikanın inkişafı və yeni tələblərin meydana gəlməsi istehsal texnologiyalarını daha da təkmilləşdirməyə sövq etdirdi. Ümumiyyətlə isə texnologiyaların inkişafında təsir edən amillər aşağıdakılar sayıla bilər.
1. Elmi-texniki tərəqqinin nəticələri
2. Yeni xammal və materialların kəşf olunması
3. Yeni metod və üsulların meydana gəlməsi və.s
Texnologiya sahəsindəki bütün bu inkişaf Azərbaycandan da yan keçməyib. Ölkəmizdə də internet yüksək səviyyədə inkişaf edib. Ölkəmizin orbite artıq 2 peyki buraxılmışdır. Bu peyklərdən ilki rabitə peyki-Azerspace-1 Amerikanın "Orbital Sciences Corporation" şirkəti tərəfindən inşa olunmuş və orbitə 2013-ci il 8 fevral tarixində, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə buraxılmışdır. İkincisi isə təyinatına görə telekommunikasiya peyki olan "Azerspace-2" ABŞ-ın Space Systems Loral (SSL) şirkəti tərəfindən inşa olunmuşdur və 2018-ci il 25 sentyabr tarixində Fransız Qvineyasının Kuru kosmodromundan orbitə buraxılmışdır.
Dostları ilə paylaş: |