Kompüterin daxiletmə qurğuları Piriyev məftun



Yüklə 13,79 Kb.
səhifə1/3
tarix10.05.2023
ölçüsü13,79 Kb.
#110391
  1   2   3
Kompüterin daxiletmə qurğuları-kompy.info


Kompüterin daxiletmə qurğuları

Kompüterin daxiletmə qurğuları

Piriyev məftun

Daxiletmə qurğuları informasiyanı kompüterə daxil etmək üçündür: klaviatura, mouse, skaner, foto və video kameralar, mikrofon və s


Klaviatura


  • Klaviatura – düyməli daxiletmə qurğusudur. Klaviaturasız kompüteri təsəvvür etmək çətindir. Çünki məlumatları əsasən klaviatura ilə daxil edirlər. PC-lərin klaviaturaları, adətən 104 – 112 düyməli olur. Düymələri aşağıdakı qruplara bölmək olar: 1) əsas sahə hərf-rəqəm düymələri; 2) F1 – F12 – funksional düymələr; 3) əsas sahə düymələrinin ətrafında yerıəşdirilmiş idarəedici düymələr; 4) kursoru hərəkət etdirmək üçün düymələr; 5) əlavə sahə rəqəm-idarəedici düymələr. Lakin bəzən xüsusi məqsədlər üçün xüsusi klaviaturalar olur. Məsələn, musiqiçilər üçün pianinonun klavişlərinə bənzər klavişləri olan klaviaturalar (MİDİ-klaviatura), fotostudiolarda görə biləcəyimiz klaviaturalar, bu klaviaturalarda bir çox düymələr ixtisar olunub. Bəzən kalkulyator kimi istifadə etmək üçün yalnız rəqəmlərdən və əməl işarələrindən ibarət klaviaturalar da olur. Biz özümüz də öz məqsədlərimiz üçün klaviatura düzəldə bilərik. Burada yalnız lazım olan kodu göndərmək üçün qurğunu düzəltmək lazımdır. Bunu isə qurğumuzun içərisinə mikroçip qoyub mikroçipi isə proqramlaşdırmaq kifayət edər.

Kompüterin klaviaturası kompüterə informasiyanı daxil etmək və idarə edici siqnalları vermək üçün qurğudur. Çap maşınının standart düymələr yığımına və bəzi əlavə düymələrə - idarə edici və funksional düymələrə, kursoru idarə edən düymələrə və kiçik rəqəmli klaviaturaya malikdir. Klaviaturada yığılan bütün simvollar dərhal monitorda kursorun mövqeyində əks olunurlar.


Bu gün düymələri klaviaturanın əlifba-rəqəm hissəsinin yuxarı sol cərgəsində yerləşən düymələrə görə QWERTY («kverti» oxunur) adlanan düzülüşə malik klaviatura ən çox yayılmışdır
Belə klaviatura yuxarı kənar boyunca yerləşən 12 funksional düyməyə malikdir. Funksional düymənin basılması kompüterə bir simvolun deyil, simvolların bütöv məcmusunun göndərilməsinə gətirir. Funksional düymələr istifadəçi tərəfindən proqramlaşdırıla bilir. Məsələn, bir çox proqramlarda kömək almaq üçün F1 düyməsi, proqramdan çıxmaq üçün isə F10 düyməsi nəzərdə tutulmuşdur.
İdarə edici düymələr aşağıdakı təyinatlara malikdir:
Enter — daxil etmə düyməsi;
Esc (Escape - çıxış) hər hansı əməlliyatların ləğv edilməsi, proqramdan, menüdən və s. çıxmaq üçün düymə;
Ctrl və Alt — bu düymələr müstəqil məna daşımır, lakin digər idarə edici düymələrlə birgə basıldıqda onların funksiyalarını dəyişir;
Shift (registr) — düymələrin registrinin (yuxarıdan aşağıya və əksinə) dəyişməsini təmin edir;
Insert (içinə daxil etmək) - içinə daxil etmə (yeni simvollar artıq yığılmış simvolları ayıraraq onların arasına daxil edilir) və əvəz etmə (köhnə simvollar yeniləri ilə əvəz edilir) rejimlərini dəyişdirir;
Delete (pozmaq) - kursorun mövqeyindən simvolu pozur;
Back Space və va <- kursorun qarşısındakı simvolu
Home və End — kursorun uyğun olaraq sətrin birinci və sonuncu mövqeyinə yerdəyişməsini təmin edir;
Page Up və Page Down — mətn üzrə uyğun olaraq bir səhifə (bir ekran) geri və irəli yerdəyişməsini təmin edir,
Tab — tabulyasiya düyməsi, kursorun növbəti tabulyasiya mövqeyinə qədər bir dəfəyə bir neçə mövqe sağa yerdəyişməsini təmin edir,
Caps Lock — yuxarı registri təsbit edir, sətir hərfləri əvəzinə baş hərflərin daxil edilməsini təmin edir;
Print Screen — cari anda ekranda görünən informasiyanın çap edilməsini təmin edir;
Space - aralıqların daxil edilməsi üçün nəzərdə tutulmuşdur;
d ü y m ə l ə r i kursorun yuxarı, aşağı, sola və sağa bir mövqe və ya sətir yerdəyişməsinə xidmət edir.
Kiçik rəqəmli klaviatura iki rejimdə - ədədlərin daxil edilməsi və kursorun idarə edilməsi rejimlərində istifadə edilir. Bu rejimlərin dəyişdirilməsi Num Lock düyməsi ilə həyata keçirilir.
Klaviaturanın tərkibində daxili mikrokontroller (idarə qurğusu) vardır, hansı ki, aşağıdakı funksiyaları yerinə yetirir:
-daxil edilən siqnalı oxuyaraq və düymənin ikilik skan-kodunu hasil edərək ardıcıl olaraq düymələrə sorğu göndərir;
-klaviaturanın işıq indikatorlarını idarə edir;
-nasazlıqların daxili diaqnostikasını həyata keçirir;
-klaviaturanın giriş-çıxış portu vasitəsilə mərkəzi prosessorla qarşılıqlı əlaqəni həyata keçirir.
Klaviatura daxili buferə - daxil edilən simvolların yerləşdiyi kiçik ölçülü aralıq yaddaşa malikdir. Buferin həddən artıq dolması halında düymənin basılması səs siqnalı ilə müşayiət olunacaq - bu o deməkdir ki, simvol qəbul edilməyib. Klaviaturanın işinə BlOS-a «tıkılmiş» xüsusi proqramlar, həmçinin azərbaycan və rus hərflərinin daxil edilməsinin mümkünlüyünü, klaviaturanın iş sürətinin idarə edilməsini və s. təmin edən klaviatura drayveri yardım edir.

Yüklə 13,79 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin