Kütləvi hərəkat və proseslərin psixologiyası



Yüklə 16 Kb.
səhifə1/2
tarix23.11.2022
ölçüsü16 Kb.
#70033
  1   2
4.Kütləvi hərəkat və proseslərin psixologiyası (gender, yaş, etnik və dini qruplar).


Kütləvi hərəkat və proseslərin psixologiyası (gender, yaş, etnik və dini qruplar).
Ənənəvi psixologiyada sosial siniflərin tədqiqinin üç əsas xəttini izləmək olar: tarixən mövcud olmuş və indi də var olan konkret siniflərin psixoloji xüsusiyyətlərinin müəyyən olunması; müxtəlif dövrlərə aid siniflərin sinfi psixologiyasının xüsusiyyətlərinin tədqiqi; xüsusi hal kimi qrup psixologiyası ilə onun ayrı-ayrı üzvlərinin psixologiyasının nisbətinin təhlili.
Siniflərin psixologiyasının daha çox öyrənilən sahəsi emosional-dinamik xüsusiyyətləridir (sinfi tələbatlar, sinfi maraqlar, sosial rollar). Sinfi maraqlar bütün sinfin maraqları kimi formalaşsa da, hər bir üzv çoxsaylı qrupların üzvü olduğundan, nəticədə maraqların dolaşması baş verir. Sinfi psixologiyanın daha davamlı komponenti müəyyən psixi simaya malik olmasıdır. O, müəyyən davranış, fəaliyyət tərzində ifadə olunur və onun əsasında həmin sosial qrupun normalarını rekonstruksiya (yenidən qurmaq) etmək olar. Bu sima sosial xarakterdə, adətlərdə, ənənələrdə öz təcəssümünü tapır. Adət və ənənələrin təhlili də sosial-psixoloji problemlər sırasındadır.
XX əsrdə baş vermiş radikal dəyişikliklər cəmiyyətin sosial stukturunda əhəmiyyətli dəyişikliklər yaratdı, bir çox siniflər yox oldu, dəyişdi, yeniləri yarandı. Sosial psixologiyada isə bu aspektlər təzə-təzə öyrənilməyə başlayıb.
Etnik qruplar etnopsixologiyada xüsusi ilə tədqiq olunur. Millət - etnik icmanın daha çox yayılmış formasıdır. Bundan başqa milli qruplar, kiçik xalqlar və s. kimi etnik qruplar məlumdur. Etnik qrupların ənənəvi tədqiqi V.Vundta məxsusdur. “Xalqların psixologiyası” əsərində o, etnik qrupların tədqiqi metodlarını – dilin, miflərin, adətlərin öyrənilməsini təqdim edərək, qeyd edir ki, etnik qrupun strukturunu məhz bunlar təşkil edir.
Fərdin milli mənsubluğu onun şəxsiyyətinin formalaşdığı mikromühit şəraitində müəyyən xüsusiyyətləri özündə ehtiva edir. Hər bir xalqın etnik xüsusiyyətləri müəyyən dərəcədə onun tarixi təcrübəsində toplanmışdır, bu təcrübənin mənimsənilməsi isə fərdin sosializasiyası prosesinin məzmununu təşkil edir.
Psixologiyada etnik icmaların iki tərəfi fərqləndirilir:

  1. daha davamlı tərəfi – psixi siması (milli və ya etnik xarakteri, temperamenti, ənənələri və adətləri);

  2. emosional sferası (milli və ya etnik hisslər).

Emosional sfera özündə həm də etnik identikliyi və etnik özünüdərki ehtiva edir. Bu xüsusiyyətlər insanın özünün müəyyən etnik qrupa mənsubluğunu dərk etməsi və bu faktın emosional yaşantısından ibarətdir. Yəni, öz qrupunun digərlərindən fərqinin qavranılması və yaşadılmasıdır. Bu prosesi etnik stereotiplər müşayət etdir ki, onların da əsasında etnik simpatiya və antipatiyalar formalaşır. Bu zaman etnosentrizm halları yarana bilər – öz etnik qrupuna üstünlük verilməsində, bütün həyatı bu qrupun mövqeyindən qavramaq, bu qrupun bütün xüsusiyyətlərinə canıyananlıqda təzahür edir.
Etnik qrupların psixologiyasının vacib xüsusiyyətlərindən biri də, qruplar arasındakı müxtəlifliyin nisbi olmasıdır. Bu müxtəliflik müəyyən tarixi şərtlərdən qazanılmış və bir neçə nəsildə bərqərar olmuş kimi qiymətləndirilməlidir (“mədəni transmissiya”). Belə xüsusyyətlər tarixən dəyişkəndir.

Yüklə 16 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin