Labaratoriya 6 : Fraktal qrafika ilə üçölçülü obyektin imitasiyasının yaradılması Fraktal qrafika



Yüklə 0,87 Mb.
tarix02.01.2022
ölçüsü0,87 Mb.
#43289
Komp.qraf lab 6


Kafedra:kompüter sistemləri və şəbəkələri fakültə:itt fənn:kompüter qrafikası qrup:650a4 müəllim:şayəstə həsənova tələbə:şəbnəm məmmədova

Labaratoriya 6 :Fraktal qrafika ilə üçölçülü obyektin imitasiyasının yaradılması

Fraktal qrafika

Fraktal qrafika, vektor qrafikasına uyğun olaraq, riyazi hesablamalara əsaslanır. Amma fraktal qrafikanın baza elementi riyazi tənliklərdir, yəni kompüterin yaddaşında heç bir obyekt saxlanılmır və təsvir tənliklərin əsasında qurulur.

Üç ölçülü qrafikanın əsas anlayışları

Üç ölçülü qrafika, elmi hesablamalar, mühəndis layihələndirməsi, fiziki obyektlərin kompüterdə modelləşdirməsi kimi sahələrdə geniş tətbiqini tapmışdır. Məsələn, üç ölçülü modelləşdirmənin mürəkkəb variantı olan – real fiziki obyektin hərəkət edən təsvirinin yaradılmasına baxaq.

Sadələşdirilmiş halda, obyektin fəzada modelləşdirilməsi üçün aşağıdakılar tələb olunur:


real formasına daha tam uyğun gələn obyektin layihələndirilməsi

fiziki xüsusiyyətlərinə görə vizuallaşdırılmış virtual matererialın layihələndirilməsi

obyektin səthinin ayrı-ayrı hissələrinə ilə materialların mənimsənilməsi

obyektin fəaliyət göstərdiyi fəzanın fiziki parametrlərinin sazlanması

obyektin hərəkət traektoriyasının verilməsi

kadrlar ardıcıllığının nəticəsinin hesablanması

müstəvi effektlərin nəticəvi animasiyanın üzərinə qoyulması.

Obyektin real modelinin alınması üçün həndəsi primitivlərdən və splayn müstəvilər adlanan, hamar müstəvilərdən istifadə olunur. Sonuncu halda, çox zaman, qeyri bərabər ölçülü tor üzərində rasional B – splaynlar üçün bikub üsulundan istifadə olunur.



Bu halda obyektin səthinin görünüşü fəzada yerləşən torun dayaq nöqtələrinin vəziyəti ilə təyin olunur. Hər nöqtəyə əmsal mənimsədilir. Əmsalın ölçüsü, onun nöqtənin yanından keçən müstəviyə təsirini təyin edir. Müstəvinin «hamarlığı» və forması bütövlükdə nöqtələrin yerləşməsindən və əmsalın ölçüsündən asılıdır. Xüsusi alətlər çoxluğu, verilən fiziki modelin əsasında, obyektləri tərtib edən primitivlərin emalına imkan yaradır.

Yaxınlıqda yerləşən kontrol nöqtələrin sürüşdürülməsi obyektin deformasiyasını təmin edir. Hər bir kontrol nöqtə, yanında yerləşən dayaq nöqtələri ilə əlaqəlidir və onların obyektə təsir dərəcəsi onlar arasındakı məsafədən asılıdır. Başqa üsul deformasiya toru adlanır.

Obyektin üzərində və ya onun bir hissəsi üzərində üç olçülü tor yerləşdirilir, onun istənilən nöqtəsinin yerdəyişməsi nəticəsində torun, həmçinin torla əhatələnmiş obyektin elastik deformasiyası alınır.

Primitivlərdən obyektlərin qurulması üsullarından biri də bərkcisimli modelləşdirilmə üsuludur.

Bərk cisimlərdən ibarət olan obyektlər, müxtəlif üsullarla (birləşmə, çıxma, qovuşma və s.) digər cisimlərlə qarşılıqlı əlaqə nəticəsində lazım olan transformasiyaya məruz qalır. Məsələn, düzbucaqlı parallelepipeddən şarın çıxarılması - paralelepipedin üzərində yarımçevrə şəklində dərinliyin əmələ gəlməsi ilə nəticələnir.

Obyektin «skeletinin» formalaşmasından sonra onun üzərinin materiallarla örtülməsi vacibdır. Kompüterlərin modelləşdirilməsində olan bütün çoxluq xüsusiyyətləri müstəvinin vizuallaşdırılmasına, yəni müstəvinin şəffaflıq əmsalının hesablanmasına, materialın sərhəddinə və əhatə edən fəzaya düşən işıq şuasının bucaq qırılmasının hesablanmasına gətirib çıxarır.

Obyektin «skeletinin» formalaşmasından sonra onun üzərinin materiallarla örtülməsi vacibdır. Kompüterlərin modelləşdirilməsində olan bütün çoxluq xüsusiyyətləri müstəvinin vizuallaşdırılmasına, yəni müstəvinin şəffaflıq əmsalının hesablanmasına, materialın sərhəddinə və əhatə edən fəzaya düşən işıq şuasının bucaq qırılmasının hesablanmasına gətirib çıxarır.

TƏŞƏKKÜRLƏR


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin