Laboratoriya işi №1 İnformasiya miqdarının hesablanması. İnformasiyanın kodlaşdırılması



Yüklə 13,3 Kb.
tarix07.11.2022
ölçüsü13,3 Kb.
#67662
İnformatika lab isi 1


Laboratoriya işi №1
İnformasiya miqdarının hesablanması. İnformasiyanın kodlaşdırılması.
İnformasiyanın ölçü vahidləri.
İşin məqsədi: İnformasiya ölçü vahidlərilə hesablamaların aparılması, ASCII və UNICODE kodlaşdırma sistemləri.
Tapşırıq:
Variant №
1.
2.
3.
4.
5.


Nəzəri hissə: İnformasiyanın ölçü vahidləri.
Ən kiçik informasiya vahidi bit-dir. Bit sözü də iki sözün birləşməsindən əmələ gəlib binary və digit. Mənası ikilik rəqəm, ikilik kod deməkdir. Kompyuterin yaddaşındakı bütün informasiya iki rəqəmdən ibarətdir 0 və 1. İkilik say sistemindəki hər bir 0 və 1 kompyuterin yaddaşında 1 bit yer tutur. Deməli 1 bit ya bir dənə 0(sıfır)-dır və ya bir dənə 1. 1 bit informasiyanın ən kiçik, elementar, minimal ölçü vahididir. 1 bit çox kiçik olduğundan informatikada əsas vahid olaraq 1 bayt qəbul olunub. 1bayt = 8bit. Bəzən qısa olsun deyə bayt əvəzinə b yazırlar. (qeyd: bəzən tələbələr b yazılanda onu bayt və ya bit olduğunu ayıra bilmirlər. Yadda saxlayın ki, bit heç vaxt qısaldılmır həmişə bit yazılır. Əgər b yazılıbsa deməli o bayt-dır.) informatikada bayt-dan daha böyük ölçü vahidləri də var: Kilobayt(Kb), Meqabayt(Mb), Geqabayt(Gb), Terabayt(Tb), Petabayt(Pb) Etabayt(Eb), Zetabayt(Zb). Aşağıdakı cədvəldə 1 vahiddən digərinə keçidlər göstərilmişdir.
1 bayt = 8 bit = bit
1 Kbayt = 1024 bayt =
1 Mbayt = 1024 Kbayt =
1 Gbayt = 1024 Mbayt =
1 Tbayt= 1024 Gbayt =
Simvolların kodlaşdırılması standartları (ASCII və UNICODE).
Yalnız rəqəmlərlə ifadə olunan informasiyaya kodlaşdırılmış informasiya deyilir. Bunun üçün istifadə olunan rəqəmlərə kodlar deyilir. Kompyuterdə informasiya yalnız kodlaşdırılmış şəkildə emal olunur. Kodlaşdırma üçün ikilik say sistemindən – binar koddan (ikilik koddan) istifadə olunur. İkilik kod dedikdə “0” və ya “1” rəqəmlərindən hansısa biri nəzərdə tutulur. Bir ikilik kod yəni 0 və ya 1 kompyuterin yaddaşında 1 bit yer tutur. Mətn tipli informasiyanın kodlaşdırılması bir neçə müxtəlif standarta əsaslanır, lakin əsas standart ABŞ-da ANSI Milli isitutunda işlənilmiş ASCII (American Standard Code or Information Interchange) standartı olmuşdur. ASCII-da 256 kod var. Hər bir kod yaddaşda 1 bayt yer tutur.
Bu sistemlərdən fərqli olaraq UNICODE (Yunikod) sistemində hər bir simvolun kodlaşdırılması üçün 2 bayt istifadə edilir. Sistemdə 65536 kod var. Bu ədəd isə dünyanın bütün əlifbalarını özündə saxlaya bilər.
Yüklə 13,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin