Laboratoriya işi 1
Suyun orqonoleptik xassələrinin təyini
Təbii su mənbələrinin tərkibini və tətbiq sahələrini xarakterizə etmək üçün suyun fiziki və
kimyavi göstəricilərini təyin etmək lazımdır.
Fiziki göstəricilərinin təyini: Suyun fiziki göstəricilərinə temperatur, rənglilik, dad, asılı
maddələrin miqdarı, şəffaflığı və s, aiddir.
Suyun temperaturunun təyini: Suyun temperaturunu su mənbəyinin dərinliyindən asılı
olaraq səth və dərinlik termometrləri vasitəsilə ölçürlər. Çayların, dayaz göllərin temperaturunu
ölçmək üçün səth termometrləri adlanan metal örtüklü termometrlərdən istifadə edilir. Bu
termometrdə hər bölgünün ölçüsü 0,2
0
-dir. Suyun temperaturunu ölçmək üçün termometri 0,5m
dərinliyə salıb, 5-7dəq saxladıqdan sonra termometrin göstəricisini (civə sütunu səviyyəsində) 0,1
0
dəqiqliklə qeyd edirlər.
Su hövzəsi dərin olduqda (göllər, su anbarları, dənizlər və s.) müxtəlif dərinliklərin
temperaturunu ölçmək üçün verilən dərinlik termometrlərindən istifadə edirlər. Bunun üçün
termometr barometrlə birlikdə lazımi dərinliyə salınır və 5-7dəq saxlandıqda sudan çıxarıb
termometrin göstəricisini qeyd edirlər.