Nomenklaturaya görə xəritələrin təyini və qonsu xəritələrin təyini qaydaları



Yüklə 39,07 Kb.
səhifə1/3
tarix09.04.2023
ölçüsü39,07 Kb.
#95344
növüQaydalar
  1   2   3
Nomenklaturaya gorə xəritələrin təyini və qonsu xeritelerin teyini qaydalari



Nomenklaturaya görə xəritələrin təyini və qonsu xəritələrin təyini qaydaları

Plan
1.Giriş.....................................................................................................2


2.Əsas hissə............................................................................................3

  • Xəritə anlayışı.Plan və xəritənin fərqi...........................................3

  • Xəritədə məsafələrin ölçülməsi....................................................6

  • Nomenklaturaya görə xəritələrin təyini və qonşu xəritələrin təyini qaydaları.......................................................................................9

3.Nəticə..................................................................................................15
4.Ədəbiyyat............................................................................................17

Giriş

Qlobusun hazırlanması və istifadə edilməsi çətindir, eyni vaxtda onun yalnız yarısını görnıək olur. Qlobusu gəzdirmək də mümkün olmur. Buna görə də müxtəlif miqyaslı və məzmunu olan xəritələr tərtib edilir. 

Xəritə - Yer səthinin və ya onun müəyyən hissəsinin qəbul edilmiş şərti işarələrlə, müstəvi üzərində kiçildilmiş və ümumiləşmiş təsviridir. Xəritədə geniş , işarələr verilir, dərəcə toru çəkilir, Yerin əyriliyi nəzərə alınır. Qlobusla müqayisədə xəritədə bucaq, sahə, istiqamət təhrifi olur, meridian və paralellər müxtəlif yerlərdə müxtəlif bucaq altında kəsişir.

Təhrif - Yer üzərində olan obyekt və hadisələrin xəritədə təsviri zaman öz həqiqi formasından kənara çıxmalardır. Onun istiqamət, bucaq və sahə növləri vardır. Təhsil müəssisələıi üçün ixtiyari təhrifli xəritələr hazırlanır. Xəritələrdə mərkəzdən kənarlara getdikcə təhrifin qiyməti artır.
Yer üzərində olan bütün obyektlərin və hadisələrin xəritədə dolğun təsvir edilməsi mümkün deyil. Buna görə xəritələrin tərtib edilməsi zamanı kartoqrafik ümumiləşmə aparılır. Bu prosesə kartoqrafik genıeralizasiya da deyilir. Kartoqrafik ümumiləşmə xəritələrin məzmunundan, miqyasından və məqsədindən asılıdır. Tematik xəritələrdə yalnız təsvir edilən bır proses aydın verilir. Digərləri seçilir və ya tam ixtisar olunur. Xəritələrin miqyası azaldıqca da kartoqrafik ümumiləşmə artır. Ən müfəssəl təsvir topoqrafik xəritələrdə olur.

Xəritə anlayışı

Xəritə — Yer kürəsi və ya digər planetlərin bütövlükdə və ya ayrı-ayrı hissələrinin iki və ya üçölçülü şərti işarələrlə kiçildilmiş təsviridir. Cəmiyyətin inkişafı ilə əmələ gəlmiş yeni tələbat, yeni coğrafiya xəritələrinin yaranmasına səbəb olmuşdur. Xəritələrin inkişafı hər şeydən əvvəl cəmiyyatın maddi həyatının tələbatı ilə əlaqədardır. Xəritə çap olunana qədərki materialların əksəriyyəti indiki dövrə qədər qalmamışdır.


Ən qədim kartoqrafik təsvir və şəkillər eramızdan əvvəl üçünçü və ikinci minilliklər dövründə Babilistanda va Misirdə yaradılmışdır. Kartoqrafik şəkillər hələ ibtidai icma quruluşunda, yəni yazıdan əvvəl məlum idi. O zamankı insanlar həmin şəkilləri qum, qar, daş üzərində və s yerlərdə çəkirdilər. Bu şəkillərdə çaylar, dağlar, yurdlar və s, yerli cisimlər plan üzrə göstərilirdi.
Orta əsrlərdə elm, mədəniyyət, ticarət və s. təsərrüfat sahələri zəiflədiyinə görə xəritələrə ehtiyac da azaldı.Buna baxmayaraq orta əsrlərdə Çində bir sıra kartoqrafik işlər görülürdü. Eramızın II əsrində xüsusi kartoqrafiya bürosu var idi ki, bu da planalma və kartoqrafik işlərə rəhbərlik edirdi. Qərbi Avropaya nisbətən ərəblərdə coğrafiya və kartoqrafiya daha çox inkişaf etmişdi. XVI əsrdə Rus dövlətində Şərqi Avropanın xəritəsi hazırlanmışdır.
Xəritə müəyyən bir riyazi qanuna uyğun olaraq hazırlanan və təbii və ictimai hadisələrin yerini, birləşməsini və əlaqəsini göstərən yer səthinin azalmış ümumiləşdirilmiş şəklidir.
Xəritənin görmə qabiliyyəti, məkan formalarının, ölçülərinin və təsvir olunmuş obyektlərin yerləşdirilməsinin vizual qavranılmasının mümkünlüyü kimi başa düşülür. Xəritənin məzmunundakı ən vacib və vacib məqam ön planda yaradıldığı zaman qeyd olunur ki, oxunması asan olsun. Xəritə- beləliklə xəritələnmiş səthin əyani vizual modelini yaradır. Xəritənin informativliyi, təsvir olunan obyekt və hadisələr haqqında məlumat ehtiva etməsidir. Heç bir mətn və ya qrafik material bu qədər tez təsvir edilən və xəritə kimi əhatəli detala malik obyektlərin və hadisələrin yeri və xüsusiyyətləri barədə məlumat verə bilməz.

Plan və xəritənin fərqi
Məhəlin üfüqi proyeksiyasının kağız (müstəvi) üzərində kiçildilmiş oxşar (təhrivsiz) təsvirinə plan deyilir. plan kiçik ərazini əhatə etdiyi üçün ölçmə zamanı Yerin əyriliyi təcrübi olaraq nəzərə alınmır. Radiusu 10 km və bundan kiçik olan əraziləri plana alarkən Yerin əyriliyindən yaranan təhrif 1:10000 və ondan böyükmiqyaslı plan üzərində aparılna ölçü və hesablama işlərinin dəqiqliyindən az olduğu üçün belə əraziləri müstəvi səth kimi qəbul etmək olar.
Plan və xəritənin fərqi aşağıdakılardır:
1.Xəritənin şərti işarələrinin bəzisi planın şərti işarələri ilə eynidir. (məs. çayın, gölün, bataqlığın və s), digərləri isə fərqlidir (məs. şəhərin). Xəritə və planda bəzi şərti işarələr eyni olsa da, onlar müxtəlif obyektləri göstərir. Məs. yaşıl rəng planda bitki örtüyünü, xəritədə isə ovalığı təsvir edir. Xəritənin şərti işarələrinə və onların izahatına xəritənin legendası deyilir.
2. Planda çox kiçik sahələr (meyvə bağı, kənd vəs.) xəritədə isə çox böyük obyektlər (dünya, materik və s) göstərilir.
3. Planda Yerin kürəyəbənzər səthinin əyriliyi nəzərə alınmadığından dərəcə toru olmur və belə hesab edilir ki, planda təsvir olunan səth yastıdır. Bu səbəbdən planda təsvir olunan obyektlərin koordinatlarını təyin etmək mümkün deyil. Xəritədə isə yerin əyriliyi daim nəzərə alınır və dərəcə toru olur.
4. Fiziki xəritədə planda olduğu kimi yer səthi horizontlar və yüksəklik nöqtələri ilə təsvir olunur. Planda kəsmə yüksəklik kiçik və sabit olduğundan horizontlar 1 neçə m-dən bir çəkilir. Fiziki xəritədə isə horizontlar 1 neçə yüz metrdən bir çəkilir və arası rənglənir. Bunun üçün 3 rəngdən istifadə olunur: Hündürlüyü 0-200m olan ərazilər yaşıl, hündürlüyü 200 m-dən çox olan ərazilər qəhvəyi, dəniz dibi isə mavi rənglə göstərilir. Yüksəklik artdıqca qəhvəyi, dərinlik artdıqca isə mavi rəngin tündlüyü artır. Yer səthinin bu qayda ilə təsvirinə pilləvari və ya lay-lay rəngləmə üsulu deyilir.
5. Planın miqyası böyük (1:5000 və daha böyük), xəritənin miqyası isə daha kiçik (1:10.000 və daha az) olur. Bu səbəbdən planda təhrif az, xəritədə də isə təhrif çox olur.
6. Planda üfüqün cəhətlərini planın kənarına çəkilmiş ox vasitəsilə, xəritədə isə meridian və paralellərə görə təyin etmək olar.
Xəritələrin tərtib edilməsinin bir neçə üsulu vardır:
1.Areal üsulu- xəritələrdə təsvir olunan coğrafi obyektlərin yayıldığı əraziləri(sahələri) təsvir edir. Təsvir etmək üçün əvvəlcə xəritədə konturlar çəkilir, sonra isə göstərilən elementlərin yayılma sahəsi rənglənir və ya müxtəlif şərti işarələrlə göstərilir Faydalı qazıntıların, bitki və heyvan növlərinin yayıldığı sahələr arealların köməyi ilə göstərilir.
2. Hərəkət xətləri üsulu- yer səthindəki obyektlərin hərəkət istiqamətini göstərir.Okean cərəyanları, çayların axın istiqaməti, dənizdə gəmilərin hərəkəti, təyyarələrin,avtomobillərin, qatarların hərəkət istiqamətləri hərəkət xətləri üsulu ilə ifadə edilir.
3.Nöqtələr üsulu - tematik xəritələrdə coğrafi obyektlərin ərazi üzrə yayılması,eləcə də onların kəmiyyət göstəriciləri verilir.. Bu üsul əhalinin yerləşməsini, heyvanların sayını göstərir. Nöqtələrin ölçüləri onların kəmiyyət göstəricilərini ifadə edir
4. Keyfiyyət fonu üsulu -təsvir olunan bütün ərazi hansısa keyfiyyət əlamətinə görə fərqləndirildikdə tətbiq olunur. Məsələn, siyasi xəritədə dövlətlərin əraziləri, yüksəkliklər, yaylalar, eləcə də dağlıq ərazilər, iqlim xəritələrində yağıntıların paylanması bu üsulla təsvir olunur
5. İzoxətlər üsulu- xəritədə hər hansı hadisə və prosesləri xarakterizə edir. Fiziki xəritədə relyefi ifadə edən horizontallar (izohipslər) izoxətlərlə göstərilir

Xəritədə məsafələrin ölçülməsi

Bir topoqrafik xəritədə məsafələri ölçərkən, yer səthindəki xətlərin uzunluğu deyil, üfüqi proyeksiyaların uzunluğu əldə edilir.


Ölçmə üçün düz xətlər bir hökmdar və ya kompas cihazından istifadə edin. Ölçülmüş seqment xəritədən kompas məhluluna götürülür və xətti miqyasda köçürülür, bunun üzərində tam ədədlərin sayı və ölçülmüş seqmentə uyğun olan ən kiçik bölmələrin sayı seçilir və təbii ölçü vahidlərindəki məsafə dərhal müəyyən edilir. Ölçmə texnikası dolama xətləri daha mürəkkəbdir və nəticələr daha az dəqiqdir. Qıvrım xətlərinin uzunluğunu ölçməyin bir neçə yolu var:


  1. Yüklə 39,07 Kb.

    Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin