Mövzu: 19 Dissertasiyanın tərtibi



Yüklə 20,59 Kb.
səhifə1/4
tarix15.11.2022
ölçüsü20,59 Kb.
#69127
  1   2   3   4
Mövzu -19


Mövzu: 19
Dissertasiyanın tərtibi
Titul - Üz vərəqi dissertasiyanın birinci səhifəsidir. Bura nömrə qoyulmur.
Mündəricatda dissertasiyanızın bütün bölmələri ardıcıllıqla göstərilir.
Mündəricatda bütün fəsillərin, yarımfəsillərin və bəndlərin başlanğıc nömrəsi göstərilir.
Əsas hissə - fəsillər, yarımfəsillər və bəndlərdir.Adətən, iki və ya üç fəsildən və hər fəsil ən azı 2 yarımfəsildən ibarət ola bilir. Çalışmaq lazımdır ki, fəsillər arasında həcmcə mütənasiblik də gözlənilsin.
Nəticə 3-4 səhifəyə qədər ola bilər. Nəticələr konkret olaraq göstərilir.Təkliflər də verilə bilər.
İstifadə edilmiş ədəbiyyat - real və tədqiqata uyğun olmalıdır. Əlavə mütaliə edilmiş ədəbiyyat, yaxud internet saytı da ədəbiyyat siyahısına daxil olur. Hər halda ədəbiyyatda da zənginlik görünməlidir. Xüsusilə son dövrlərin ədəbiyyatına üstünlük verilməlidir.
“Əlavələr”də mövzu ilə bağlı müəyyən cədvəllər, müəyyən sənədin üzü, təlimat və s. verilə bilər.
Dissertasiya çap olunarkən qeyd olunan ardıcıllıq gözlənilməlidir.
Tərtibata daha ətraflı baxış.
Titul vərəqi
Titul vərəqi dissertasiyanızın birinci səhifəsidir, nömrələnmir və “Dissertasiya şuraları haqqında” əsasnamədəki əlavə 1,5-ə uyğun olaraq tərtib edilir. Titul vərəqinin tərtibinə ciddi əməl edilməlidir. Bu səhifənin baş hissəsində Nazirliyin və onun altında tədris müəssisəsinin adı yazılır. Ondan aşağıda vərəqin sağ tərəfində “Əlyazması hüququnda” sözləri yazılır. Daha sonra aşağıda müəllifin adı, atasının adı və soyadı yazılır (adlıq halda).
Vərəqin ortasında dissertasiya işinin mövzusu yazılır. Mövzu təsdiq olunmuş formada dəqiq yazılmalıdır. Mövzunun altında ixtisasın şifri və adı göstərilməklə - MAGISTR DİSSERTASİYASI yazılır.
Sonra aşağıda vərəqin sağında elmi rəhbərin adı, soyadı, atasının adı, elmi dərəcəsi və elmi adı göstərilir.
Vərəqin aşağı hissəsində dissertasiyanın yerinə yetirildiyi yer və il yazılır (“il” sözü yazılmadan).

Yüklə 20,59 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin