Abstrakt Dissertasiyalar haqqında Əsasnamənin 4-cü bölməsinin 20-ci bəndində deyilir ki, dissertasiyalar müdafiəyə qəbul olunduqda dissertasiya şurasının icazəsi ilə fəlsəfə doktoru dissertasiyaları üçün bir, elmlər doktoru dissertasiyaları üçün isə iki çap vərəqi həcmində abstrakt nəşr olunur. Humanitar elmlər sahəsində abstraktın həcmi 30 faiz çox ola bilər. Abstraktın tərtibinə dair tələblər Komissiya tərəfindən müəyyən olunur. Abstraktda dissertasiyanın əsas ideyaları və nəticələri şərh olunmalı, onun yenilik dərəcəsi və tədqiqatın nəticələrinin elmi və praktiki əhəmiyyəti, aparılan tədqiqatda müəllifin şəxsi töhfəsi göstərilməlidir. Dissertasiyanın abstraktı dissertasiya şurasının müəyyən etdiyi miqdarda mətbəə üsulu ilə və ya çoxaldıcı aparatlarda çap edilir. 50 Abstrakt dissertasiyanın müdafiəsinə azı bir ay qalmış dissertasiya şurasının üzvlərinə, əlaqədar idarələrə və təşkilatlara göndərilir. Abstraktların mütləq qaydada göndərilməli olduğu təşkilatların siyahısı "Dissertasiya şuraları haqqında" Əsasnamə ilə, abstraktın göndəriləcəyi digər ünvanların siyahısı dissertasiya şurası tərəfindən müəyyən edilir. Abstrakt dissertasiyanın yazıldığı dildə olmalıdır.Abstrakt başqa dildə yazıldıqda onun Azərbaycan dilində nüsxəsi də hazırlanmalıdır. Azərbaycan dilində yazıldıqda isə onun rus dilində, həmçinin ingilis, fransız və ya alman dillərindən birində xülasəsi verilməlidir.
Şərti işarələr, simvollar, vahidlər və terminlər siyahısı Əgər dissertasiyada spesifik terminologiya, həmçinin geniş yayılmamış ixtisarlar, yeni simvollar, işarələr və sairədən istifadə edilirsə, onların siyahısı “İxtisarların siyahısı” başlığı altında ayrıca vərəqdə dissertasiyanın əvvəlində verilməlidir.
Siyahı sütun şəklində yazılır, sütunun sol tərəfində (əlifba sırası ilə) ixtisarlar, sağ tərəfində isə onun dəqiq açılışı verilir.
Əgər dissertasiyada xüsusi terminlər, ixtisarlar, simvollar, işarələr üç dəfədən az təkrar edilirsə, onda siyahı tərtib edilmir, bunların açılışı isə mətndə onların birinci dəfə adı çəkilən kimi verilir.
Qeyd edək ki, xarici ədəbiyyatlarda bir qayda olaraq, həm də minnətdarlıq bölməsi də daxil edilir.