Laboratoriya işi № 5
Mövzu: MS Powerpoint proqramı ilə tanışlıq. Slaydların tərtib edilməsi qaydası.
İşin məqsədi: Microsoft Power Point 2010 proqram pəncərəsinin interfeysi və əsas anlayışları ilə tanışlıq. Proqramın köməyilə təqdimatların hazırlanması qaydasını öyrənməkdir.
Nəzəri hissə: Microsoft Office paketinin proqram məhsullarından biri olan Power Point elektron təqdimatların (prezentasiyaların) hazırlanması və nümayiş etdirilməsi üçün proqramdır. Elektron təqdimatlar isə slaydlar yığımıdır. Power Point proqramının məqsədi təlimatlar hazırlamaqdır. Bu məqsədlə əvvəlcə proqramın özünü yükləmək lazımdır. Power Point proqramını açmaq üçün Start menyusundan All Proqrams hissəsinə, ordan isə Microsoft Power Point 2010 – u seçmək lazımdır. Nəticədə proqram pəncərəsi açılacaq. Pəncərənin işçi sahəsində bir ədəd fon rəngi ağ olan slayd yerləşir, slayd üzərində isə Başlıq və Altbaşlıq yazmaq üçün nəzərdə tutulmuş iki mətn qutusu mövcuddur.
MS Office paketinə daxil olan və son zamanlar daha çox istifadə olunan Power Point slaydlar hazırlamaq və onları təqdim etmək üçün istifadə olunan proqramdır. Proqramın koməyi ilə müəyyən dinləyici qrupuna fikrin daha ətraflı şəkildə çatdırılması mümkündür. Belə ki, proqram hazırlanan slaydlara mətn, şəkil, dioqram, cədvəl, Word Art obyekti, musiqi və ya video yerləşdirməyə imkan verir.
Power Point proqramı tətbiqi proqramlar sinfinə aiddir. PowerPoint proqramının əsas vəzifəsi prezentasiyaların, auditoriya qarşısında çıxışlar, təqdimat mərasimlərinin üçün profesional təqdimatların hazırlanması - təqdimat mərasimləri, reklam, seminar, konfrans və s. işləri tez və keyfiyyətli təsviri üçün nəzərdə tutulur – yəni, şəkil və qrafiklərin göstərilməsi ilə müşaiyət edilən mühazirələrin tərtibi üçün istifadə olunan proqramdır. öyrədici slaydlar, dəvətnamələr və s. yaradılması üçün istifadə edilir. Hazır təqdimatlar dinləyicilərə çap edilmiş qrafik materiallar şəklində, yaxud elektron slayd-film kimi təqdim edilir. İnteraktiv təqdimatın göstərilməsi tamaşaçı tərəfindən də idarə oluna bilər. Təqdimat slaydlar ardıcıllığından ibarətdir. Hər slayda mühazirənin mətnindən əlavə müxtəlif qrafiklər, hərəkət effektləri vasitəsilə hərəkətə gətirilən şəkillər daxil edilə bilər.
Proqramın Profesional təqdimat dedikdə kompüterdə hazırlanmış mətn, qrafika, multimedianın rəngarəng kombinasiyası nəzərdə tutulur. Təqdimat –geniş mənada məruzəçinin vizual vasitələrdən və dinləyicilərə paylanmış mətn materiallarından istifadə edərək onlarla yaratdığı qarşılıqlı əlaqə nəzərdə tutulur. Başqa sözlə təqdimat müəyyən məqsədlər üçün yaradılmış slaydlar toplusudur. Bu təqdimatların əsas tərkib hissəsi slaydlardır. Bu proqram vasitəsilə slaydlar yaradılır və onları bir-birinin ardınca istənilən qaydada düzməklə təqdimat təşil olunur. Hər bir slayda mətn yığmaq, şəkil, diaqram, cədvəl və ya Power Point Art obyekti yerləşdirməm və multimediya vasitələrindən geniş istifadə etmək mümkündür. Elektron təqdimat vasitəsilə qeydlər, çıxış tezisləri, reklamlar, dissertasiya, hesabat və s. məlumatlar dinlayicilərə vizual tərtibatda çatdırılır.
Təqdimatın məzmunu və çətinlik dərəcəsindən asılı olaraq onu Power Point proqramı vasitəsilə bir neçə dəqiqədən bir neçə saata qədər vaxt tələb edə bilər. Bu qrafiki redaksiya kifayət qədər zəngin şablonlardan ibarətdir. Şablonlardan ibarət baza ilə təchiz olunurlar. Proqramda təqdimatların hazırlanma prinsipi avtomatlaşdırılmış və bunu icra etmək üçün ustalar nəzərdə tutulur. Bu ustalar vasitəsilə ekrana gələn dialoq pəncərəsində olan suallara cavab verməklə müxtəlif tipli təqdimatlar hazırlana bilər. Qrafik redaktorun işə salınması aşağıdakı ardıcıllıqla yerinə yetirilir.
Power Point 2010 proqramını yükləmək üçün Windows 7 əməliyyat sisteminin Start (Пуск) baş menyusunun → All proqrams (Все программы) alt menyusunun → Microsoft Office qovluğundan→Microsoft Power Point – bu zaman ekranda proqramın dialoq pəncərəsi açılır. (Proqramı “İşçi stol”da yarləşən proqramın uygun piktoqramı və ya qısayol nışanı (yarlığı) vasitəsilə də aça bilərik. Bu proqram pəncərəsi yeni təqdimat yaratmaq və ya yaradılmış təqdimatlardan birini seçməyi təklif edir.
Power Point 2010 proqramı yükləndikdən sonra qrafiki rejimlərin seçilməsindən asılı olaraq müxtəlif görnüşlü pəncərələr ekranda görünə bilir. Avtomatik olaraq Power Point 2010 proqram pəncərəsi ilə birlikdə Presentation1 (Презентация1) adlı boş təqdimat vərəqi açılır.
Bu proqramda yaradılan faylların genişlənməsi .ppt-dir. Genişlənməni əvəz edən nişan - Power Point 2003 proqramında isə bu genişlənmə “.ppt” şəklində idi. Power Point 2007 və 2010 proqramında hazırlanmış təqdimat fayllarının genişlənməsi standart halda “ .pptx” şəklində olur.
Digər ofis proqramlarında olduğu kimi yenə də, yaddaşa vermə zamanı istifadəçi bu adı yenisi ilə əvəz edə bilər. Əgər yaddaşa vermə zamanı Save As dialoq pəncərəsinin Save as type (yadda saxlama tipi) hissəsindən Power Point Presentation (Power Point təqdimatı) seçilərsə bu zaman faylın genişlənməsi “.ppsx” şəklində olacaq. Bu tip genişlənməyə malik olan fayl birbaşa təqdimat rejimindən açılacaq.
Bunlardan başqa hazırlanmış təqdimatı PDF formatında, şəkil formatında, video formatında və s. yaddaşda saxlamaq olar.
Power Point 2010 proqramı pəncərəsi Microsoft Office tətbiqi proqramlarına məxsus standart elementlərdən (pəncərə başlığı, lent tabları, cəld müraciət paneli, pəncərənin idarəetm düymələri, və s.) , həm də proqrama xas olan özünəməxsus bir sira başqa elementlərdən ibarətdir.
Başqa proqramlarda olduğu kimi slaydların üzərində standart əməliyyatlar aparmaq mümkündür: Slayddan slayda keçmək, slaydı pozmaq, yeni slayd açmaq və s.
Proqram yüklənməsinə gəldikdə isə, bu proses digər ofis proqramları ilə tamamilə eynidir. MS Power Point proqram pəncərəsi digər ofis proqramlarına bənzəsə də kifayət qədər fərqli cəhətləri mövcuddur (Şəkil 1).
Sürətli müraciət
paneli Lent başlıqları Başlıq sətri Lent
İdarəetmə düymələri
Lenti gizlətmək və kömək dü
Slides/ Outline pəncərəsi Slayd
Vəziyyət sətri Qeydlər pəncərəsi Görünüş düymələri Miqyas düymələri Sənəd məlumatları Slaydı cari pəncərəyə sığdırma düyməsi
Dostları ilə paylaş: |