3/13/2021
Liberalizm nədir? –
Əkinçi
https://akinchi.org/liberalizm-nedir/
1/2
Liberalizm nədir?
Liberalizm fərdi azadlıqlar, bərabərlik, itqisadi azadlıq, məhdud və demokratik hakimiyyət,
o cümlədən qanunun aliliyi ideyalarıüzərində qurulan siyasi, sosial
və iqtisadi nəzəriyyələr
məcmusudur.
Azadlıq dövlətin insanın addımlarına və düşüncələrinə məhdudiyyətin tətbiq edilməməsini
nəzərdə tutur. Müasir liberal dövlətlərdə bu məfhuma ifadə, mətbuat, din və toplaşma
azadlıqları daxildir.
Liberalizm hər bir insanın
onun sosial statusundan, irqindən və ya cinsindən asılı
olmayaraq qanun qarşısında
bərabər olmasını ehtiva edir.
İqtisadi azadlıq liberalizmlə yaxın assosiasiya olunur, bazarın maneəsiz fəaliyyəti və özəl
mülkiyyətin qorunmasını nəzərdə tutur.
Məhdud və demokratik hakimiyyət liberalizmin fundamental hissəsidir.
Məhdud
hakimiyyət qanunla tənzimlənən hakimiyyətdir. Hakimiyyətin demokratik olması isə
hökumətə birbaşa və ya nümayəndələr vasitəsilə nəzarət edilməsidir.
3/13/2021
Liberalizm nədir? – Əkinçi
https://akinchi.org/liberalizm-nedir/
2/2
Liberalizm həm də
qanunun aliliyi ideyasına sadiqliyi nəzərdə tutur. Qanunlar ixtiyari
olmamalı və hər kəsə qarşı ədalətlə tətbiq edilməlidir.
Liberalizmin tarixi
Liberalizmin əsası 17-ci əsr ingilis filosofu Con Lok tərəfindən qoyulub. O, “Dövlət
idarəçiliyi haqda iki traktat” kitabında yazır ki, legitim siyasi hakimiyyət yalnız idarə
edilənlərin razılığı əsasında formalaşır.
Lokun fikrinə görə, hökumətin məqsədi
vətəndaşların həyatlarını, azadlıqlarını və mülkiyyətini qorumaqdır. Lok həmçinin məhdud
hökumət və hakimiyyət qanadlarının ayrılması ideyalarını dəstəkləyirdi.
Liberalizmin azad bazar və kapitalizmə bağlantısı haqda ilk dəfə 18-ci əsr şotland filosofu
Adam Smitin yazdığı “Xalqların sərvəti” kitabında rast gəlinir.
Smit deyir ki, rəqabətli azad
bazar hər kəsin rifahı üçün ən yaxşı yoldur.
19-cu əsrin Sənaye İnqilabı liberallar arasında gərginliklə nəticələndi. Sənaye İnqilabı
yoxsulluğun artması, əhalinin böyük qisminin çətinliklərin üzləşməsi fonunda kiçik qrupun
ifrat zənginləşməsinə gətirib çıxardı.
Pozitiv və Neqativ Haqlar
Mübahisələr nəticəsində pozitiv və neqativ haqlar anlayışları meydana çıxdı.
Bəzi liberallar
yalnız neqativ haqları, yəni hökumətin insanın həyatına, azadlığına və mülkiyyətinə
müdaxiləsinə yol verilməməsi ideyasını dəstəkləyirdi. Digər liberallar isə neqativ haqlarla
bərabər, pozitiv haqları da dəstəkləyirdi. Pozitiv haqlar hökumətin insanların azadlıqlarının
genişləndirilməsini nəzərdə tutan addımlarını nəzərdə tutur. Məsələn, minimum əmək
haqqını tələb edən və ya işsizlik sığortası təmin
edən qanunlar pozitiv haqlar
konsepsiyasına daxildir.
Müasir dünyaya təsirləri
Liberalizm inkişaf etmiş ölkələrin böyük əksəriyyətində aparıcı siyasi ideologiyadır. ABŞ-ın
İstiqlal Bəyannaməsi və konstitusiyası bu ideologiyanın təzahürüdür. Qloballaşma prosesi
davam etdikcə, liberalizm ideyaları daha geniş çoğrafiyanı əhatə edir. Belə ki, azad bazar
və azad ticarət anlayışları liberalizmlə yan-yana gedir.