LİNİ m a I ƏLƏR



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə1/6
tarix02.01.2022
ölçüsü0,58 Mb.
#2140
  1   2   3   4   5   6


93

2015/3 (19)

LİNİ  M

A İ ƏLƏR

UOT: 617.7-007.681-089

Ağayeva F.Ə., İbadova N.T., Bəşirova V.A., Mirzəxanlı G.V.

 

BİRİNCİLİ AÇIQ BUCAQLI QLAUKOMA CƏRRAHİYYƏSİNDƏ 



SUPRAXOROİDAL SİLİKON DRENAJIN İMPLANTASİYASI (KLİNİKİ HAL)

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı, Azərbaycan 

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Bakı, Azərbaycan

Açar sözlər: açıq bucaqlı qlaukoma, supraxoroidal drenaj, qlaukomanın cərrahiyyəsi

Ən çox rast gəlinən qlaukoma forması kimi birincili açıq bucaqlı qlaukomanın (BABQ) konservativ müalicəyə 

refrakter olan hallarda cərrahi müalicə problemi aktual olaraq qalır və son dərəcə mübahisəlidir. Yaradılmış axın 

yolunun fibrozlaşması və çapıqlaşması ilə əlaqədar trabekulektomiya əməliyyatlarında alınmış müsbət nəticələr 

75% təşkil edir [1, 2]. Uveoskleral axının (USA) artırılması da daxil olmaqla qlaukomanın cərrahi müalicəsində 

yeni yollar axtarılır [3, 4]. Hələ 1967-ci ildə James Gill supraxoroidal sahəni cərrahiyyə məqsədi ilə nəzərdən 

keçirmiş və teflon implant üzərində işləmişdir [5]. Müasir dövrdə müxtəlif materiallardan (silikon, polipropilen, 

qızıl)  olan  implantların  supraxoroidal  sahəyə  yeridilməsinin  effektivliyi  öyrənilir  [6-10].  Bununla  yanaşı 

mikroinvaziv cərrahi yol kimi drenajlar ab-interno-iStent (Glaukos), Cypass (Transcend Medical) [5, 11] və ab- 

externo kimi [12, 13] implantasiya oluna bilər. Refrakter qlaukoma zamanı supraxoroidal sahəyə silikon drenajın 

implantasiyasının  yüksək  effektivliyi  göstərilmişdir.  Əldə  olunmuş  müsbət  nəticərin  tezliyi  (göz  daxili  təzyiq 

(GDT)  ≤  21mm  c.st.  hipotenziv  damcılar  istifadə  edilmədikdə)  13.3%  olmuşdur.  O  cümlədən,  Jordan  J.F.  və 

həmm. qeyd edirlər ki, 60% gözlərdə supraxoroidal sahəyə silikon şuntun implantasiyasından sonrakı 52 həftəlik 

müşahidə müddəti ərzində GDT-in hədəf həddə qədər enməsi müşahidə olunmuşdur [14].

2012-ci il may ayında Avropa ölkələrində STARflo™ supraxorioidal silikon drenajının istifadəsinə icazə verildi 

(CE Mark Approval). Bioloji uyğunluğa malik, deqradasiyaya məruz qalmayan, məsaməli materialdan hazırlanan 

bu  implant  əməliyyatdan  sonra  fibrozlaşma  və  çapıqlaşma  proseslərini  inhibə  edir.  Implant  haqqında  ilk  dəfə 

2012-ci  ildə  oktyabrda  Belçikada  keçirilmiş  “STARflo  Glaucoma  İmplant  selected  for  presentation  at  leading 

Europian ophthalmic research” konqresində məlumat verilmişdir. İlk implantasiya proseduru klinik sınaq kimi 

professor Christophe Baudouin tərəfindən Parisdə müvəffəqiyyətlə həyata keçirilmişdir. Pourjavan S. və həmm. 

STARflo™ implantasiyasından sonrakı 12aylıq müşahidə müddəti zamanı gəldikləri nəticəyə görə antiqlaukomatoz 

preparatlardan istifadə etmədən GDT-in səviyyəsi 37mm c.st.-dan 14.3mm c.st.-na düşmüşdür. Erkən əməliyyatdan 

sonrakı ağırlaşmalar kimi erkən tranzitor hipotoniya və xoroidal hemorragiyalar qeyd olunmuşdur [15].

Biz istərdik ki, BABQ xəstədə STARflo™ silikon drenajının supraxoroidal sahəyə ilk implantasiyasının 18 

aylıq müşahidə müddəti ərzində olan klinik nəticələrini təqdim edək.

Xəstə, A.T., 62 yaşında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qlaukoma şöbəsinə daxil 

olub. OD- əməliyyat olunmuş BABQ (normal GDT ilə); OS- BABQ yüksək GDT ilə (dərmanlar altında kompensə 

olunmayan);  OU-  başlanğıc  katarakta  diaqnozu  qoyulub. Anamnezində  6  il  əvvəl  sağ  gözdə  trabekulektomiya 

əməliyyatının keçirilməsi. Müayinə zamanı görmə itiliyi sağ gözdə 0,1, sferik korreksiya ilə -1.5D =0,4, görmə 

itiliyi sol gözdə 0,1, sferik korreksiya ilə -1.5 D=0.5; Maklakov üsulu ilə təzyiq sağda16 mm c.st., solda 32 mm c. 

st. (son 6 ildə gündə 2 dəfə Azarga damcısı istifadə etməklə).

Biomikroskopik:  sağ  göz-  orta  dərəcəli  filtrasiya  ilə  filtrasion  balış,  şəffaf  buynuz  qişa,  ön  kameranın  orta 

dərinliyi,  saat  12-də  bazal  iridektomiya,  bəbək  orta  genişlikdə,  büllurun  kortikal  qatında  başlanğıc  bulanma. 

Qonioskopik- Şefferə görə açıq bucaq 3-cü dərəcə. Oftalmoskopik - 0.9 ekskavasiya ilə görmə sinirinin qlaukomatoz 

atrofiyası. Sol gözdə - şəffaf buynuz qişa, ön kameranın orta dərinliyi, bəbək orta genişlikdə, büllurun kortikal 

qatında başlanğıc bulanma. Qonioskopik- Şefferə görə açıq bucaq 3-cü dərəcə. Oftalmoskopik - 0.8 ekskavasiya 

ilə görmə sinirinin qlaukomatoz atrofiyası. Görmə sahəsi konsentrik daralmışdır. Buynuz qişanın mərkəzi qalınlığı 

sağ gözdə 500 µм, sol gözdə 485 µм təşkil edib (şək. 1).




94


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin