Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının kiçik elmi işçisi
Fərziyev Müşfiq Füzuli oğlunun AMEA Mərkəzi Nəbatat Bağının Botanika ixtisası
üzrə aspirantura imtahanlarında iştirak etmək üçün
“Biyan cinsinin növlərinin yayılması və təsərrüfat xüsusiyyətləri”
mövzusunda təqdim etdiyi
REFERAT İŞİ
BAKI - 2008
2
MÜNDƏRİCAT
Giriş ------------------------------------------------------------------------------------------- 3
1. Mövzunun aktuallığı və təcrübi əhəmiyyəti ------------------------------------------- 4
2. Mövzunun predmeti və məqsədi --------------------------------------------------------- 7
3. Azərbaycanda biyan cinsinin növlərinin tərkibinin öyrənilməsi -------------------- 9
3.1. G. echinata L. – Kələ-kötür biyan ----------------------------------------------------- 9
3.2. G. macedonica Boiss. et Orphs. – Makedoniya biyanı ---------------------------- 10
3.3. G. aspera Pall – Tikancıqlı biyan ----------------------------------------------------- 11
3.4. G. glabra L. Tüksüz (çılpaq) biyan, Şirin biyan ------------------------------------ 12
3.5. G. glandulifera – Vəzili biyan --------------------------------------------------------- 13
Nəticə ------------------------------------------------------------------------------------------- 15
Ədəbiyyat siyahısı ----------------------------------------------------------------------------- 16
3
Giriş
Biyan cinsinin ayrı-ayrı növləri haqqında geniş məlumat verməzdən əvvəl onun
bitkilər aləmində tutduğu mövqeyi sistematik baxımından göstərmək lazımdır.
Şöbə: Örtülütoxumlular – Angiospermae
Sinif: İkiləpəlilər – Dicotyledoncae
Sıra: Paxlameyvəlilər – Fabales, Leguminosales
Fəsilə: Paxlalılar – Fabaceae
Cins: Biyan - Glycyrrhiza
Biyan cinsinə aid olan müxtəlif növlər paxlalılar sırasına aid olmaqla bərabər bu
sıranın əksər xüsusiyyətlərinə cavab verir.
Paxlalılar sırasının (Fabales və ya Leguminosales) ümumi əlamətləri:
1. Dişicik bir meyvə yarpağından təşkil olunmuşdur;
2. Yumurtalıq üst vəziyyətdə yerləşir. Bir yuvalıdır və ya yalançı arakəsmə ilə
bölünüb ikiyuvalı olur;
3. Paxla meyvəli olmaları;
4. Yarpaq altlıqlarının olmaması;
5. Köklərində azot toplayan bakteriyaların əmələ gəlməsi.
Biyan cinsinin müxtəlif növlərində yayılma arealları bir-birindən fərqlənir. Cinsin
növlərinin mənşəyi və yayılma arealı haqqında müxtəlif tədqiqatçılar tərəfindən
nisbətən fərqli göstərilir.
Biyan cinsinin geniş yayılmış növləri bunlardır:
1. G. aspera Pall - az
2. G. uralensis Fisch
3. G. Korshinskyi G. Grig.
4. G. glabra L. - az
5. G. echinata L. – az
6. G. zaissanica Serg.
7. G. laxissima Vass
8. G. macedonica Boiss. et Orph. – az
9. G. glandulifera W. et k. – az
10. G. foetidissima Tausch
11. G. lepidota
12. G. polypodium
Bunlardan Azərbaycan florasında 5-i yayılmışdır: G. aspera Pall, G. glabra L., G.
echinata L., G. macedonica Boiss. et Orph., G. glandulifera W. et k.
Ümumilikdə isə dünya miqyasında biyan cinsinin 15-dən çox növü öyrənilmişdir.
4
Mövzunun aktuallığı və təcrübi əhəmiyyəti
Biyan cinsinin ayrı-ayrı növlərinin öyrənilməsi böyük təcrübi əhəmiyyətə malikdir.
Sözsüz ki, bu ilk növbədə biyanın farmokoloji təsiri ilə bağlıdır. Biyan kökü – bir əcza
deposudur.
Biyan kökü bioloji baxımdan dünyada ən aktiv bitkilərdən biridir. Məsələn, biyan
kökündə çoxlu miqdarda Mg və Si vardır. Bu bitkinin kökü mədə ilə bağlı
xəstəliklərdə son dərəcə əhəmiyyətlidir. Tərkibindəki qlisirutenik asid (GLA),
deqliserin (DGL) və karbonokselen sodium (CS) maddələri məlum olan ən qiymətli
antivirus dərmanlarındandır. Biyan kökündən dəri xəstəliklərində də istifadə olunur.
Belə ki, biyan kökündən istifadə müxtəlif dəri xəstəliklərinin qarşısını alır. Bunda
başqa, biyan kökündən bədəndə hərarəti aşağı salmaq, qaraciyərin toksiki və zərərli
maddələri təmizləməsini yaxşılaşdırmaq üçün də istifadə olunur. Hepatit, serroz kimi
qaraciyər xəstəlikərinin müalicəsində biyan kökündən alınan GLA`nın detoksifian
təsiri aşkar edilmişdir. Bitkinin nəfəs yollarını yumşaldıcı, öskürək kəsici
xüsusiyyətləri artıq tibb elmi tərəfindən çoxdan bəri qəbul edilmişdir və bu tip
xəstəliklərə qarşı dərmanların hazırlanmasında geniş tətbiq sahəsinə malikdir. Eyni
zamanda mədə xəstəliklərində, xüsusi ilə qastriddə son dərəcə yararlı hesab olunur.
Biyan kökü əczaçılıqda toz halında və həblər formasında, şirələr və maye məhlullar
formasında hazırlana bilər.
Bundan başqa təzə və ya quru köklərinin qaynar su ilə qarışdırılması və sonra aşağı
temperaturda və təzyiqdə emal olunması ilə biyan balı və biyan şərbəti əldə olunur.
Hazırlanmış məhlul müxtəlif dərman bitkiləri ilə birgə böyrək xəstəliklərinin
müalicəsində istifadə edirlər.
Tarixdə yunanlar, misirlilər, çinlilər və hindlilər kimi bir çox cəmiyyətlər tərəfindən
istifadə olunmuş biyan kökü Cənubi və Orta Avropada təbiətdə öz-özünə yetişir;
Rusiya, İspaniya, İran və Hindistanda isə xüsusi olaraq yetişdirilir.
Biyan kökü daim Çin təbabətində sıx istifadə olunan bitkidir. Çinlilər digər bitkilərə
qarışdıraraq biyan kökünün canlandırıcılıq xassəsindən istifadə edirdilər. Bu səbəblə
də Çin təbabətinin əsas dərmanlarından biri biyan kökü olmuşdur və müasir dövrdə də
bu öz aktuallığını saxlamaqda davam edir. Ayrı-ayrı nümayəndələrində iyun-iyul
aylarında sarı-mavi və ya qəhvəyiyəçalan və 0.4-2 m hündürlüklərində olan bu cinsin
növlərinin demək olar ki, heç bir nümayəndəsində ( G. aspera qismən istisna təşkil
edir) tikanlar olmur və çoxillik ot bitkilləridir.
Ayrı-ayrı növlərdə yarpaqları əsasən parçalanmışdır, yarpaqcıqları 4-7 üzvlüdür.
Çiçəklər başcıqşəkillidir. Tac və kasacıq yarpaqları ikidodaqlıdır, üst dodaq iki qısa
dişlidir, altdakı üçü isə uzun dişlidir. Biyan cinsinin növlərinin dünya üzrə yayılma
arealı müxtəlifdir. Misal üçün Qafqazda bu cinsin 10 növü, Azərbaycanda 5 növü,
Türkiyədə 6 növü yayılmışdır. Bu növlərdən bir qisminin kökləri şirin, bir qismininki
isə acı olur. Təbiətdə yabanı halda yaxşı bitən bu xeyirli dərman bitkisi qədim
5
zamanlardan bəri Çin, Afrika, Avropa, Hindistan və Şərqdə yetişirdi. Ümumiyyətlə isə
bu bitkinin əsl vətənin Şərq ölkələri olduğu haqqında mülahizələr irəli sürülür.
Cinsin müxtəlif növlərində qış mövsümü zamanı bitkinin yarpaqları tökülür. Müxtəlif
ərazi zonalrında bitən növlər yayıldığı şəraitdən asılı olaraq il boyunca 1 m və daha
çox boy artır.
Ana kökdən inkişaf edən güclü kök sistemi vardır. Köklərinin inkişaf səviyyəsindən
asılı olaraq müxtəlif bioloji aktivliyə malik olduqları üçün kök sistemləri bəzən 1-5
sm qalınlığında ola bilirlər. Bürüncü-qəhvəyi rəngdə olan köklərə daha çox rast
gəlinir. Bu tipdə olan kök sistemi kökdən daha çox oduncağa bənzəyir. Sarı rəngli
qabığı ilə bir-birindən ayrı olan hissələri ilə uzun bir ipə bənzəyir. Torpağın üst
hissəsində görünüş baxımından nisbətən nazik budaqları ilə yarpaqları yerləşmişdir.
Yarpaq saplaqlarında müxtəlif növlərin nümayəndələrində 4-8 cüt və rəngi əsasən
tünd yaşıl olan yarpaqcıqlar yerləşmişdir. Bunlar ümumi quruluşca əsasən oval kiçik
yarpaqcıqlar formasında olurlar. Kiçik yarpaqlara toxunanda zəif yapışqanlıq hissi
yaradır ki, bu da əksəriyyət növlərin üzərində yerləşmiş olan xırda vəziciklərin
hazırladığı efir təbiətli maddələrdir. Yarpaqlar yerləşən hissədə digər qalan məsafənin
uzunluğu 2-3 sm-ə qədə ola bilər. Qəhvəyi bölgələrədə böyrəyə bənzəyən müxtəlif
tiplərdə 1-7 arasında topalı düzülüşlü iynə böyüklüyündə olan qəhvəyi toxumlar əmələ
gəlir.
Biyanın ayrı-ayrı növlərinin gilli torpaqlarda yetişdirilməsi təcrübəsi göstərir ki,
onun təbii şəraitdə yetişdirilməsindənsə xüsusi iri saxsı qablarda əkilməsi daha
məqsədəuyğundur. Çünki bu zaman əsasən tibbi məqsədlər üçün yetişdirilən biyan
cinsi növlərində bitkinin kök sistemində olan maddələr daha aktiv biokimyəvi
formada olur. Bu baxımdan torpaq gübrələrindən heyvani gübrələr bitkinin inkişafına
müsbət təsir göstərəcəkdir. Çünki bu kompleks gübrələrin tərkibində əksəriyyət
bitkilərdə olduğu kimi biyan cinsi növlərinə də lazım olan müxtəlif maddələr
kompleks şəkildə vardır.
Biyanın ayrı-ayrı növlərinin normal yaşayıb, inkişaf etməsi üçün orta hesabla ən azı
1-3 m-lik yer ayrılmalıdır. Bitkinin tumurcuq verməyə başlaması artıq onun normal
inkişafda olmasından xəbər verir. Bu zaman yeni tumurcuqların əmələ gəlməsi
bitkinin sonrakı inkişafı üçün zəruri əhəmiyyət kəsb edir. Bəzən isə təbii şərait uyğun
olmadıqda biyan növlərində tumurcuqlanma dayanır. Bu zaman onun yeraltı və ən
çox da yer üstü hissəsində kök sistemi ilə bağlı olan orqanlar ya heç inkişaf etmir və
yaxud da zəif inkişaf edir. Tumurcaqlanmaların ardıcıl davam etməsi isə biyanın artıq
biçin üçün hazır olduğundan xəbər verir. Az yetişən illik dərman əhəmiyyətli ot
bitkiləri olaraq cinsin müxtəlif növləri 1-2 il ərzində bir mövsümdə yetişdirilə bilir ki,
bunlardan da normal məhsul alına bilər.
Biyan növləri mülayim, isti habelə tropik iqlimlərdə yaxşı inkişaf edib məhsul verən
çoxillik otlardır. Eyni zamanda tropik ərazilərdə olduğu təqdirdə quruyan torpağın
nəmli olmasını təmin edə biləcək bir bitkidir. Mövsüm ərzində yağışların olması isə
onun bu xüsusiyyətinə daha çox təkan verə bilir. Şaxtalı qış mövsümündə biyanın yeri
6
dəyişdirilmədikdə isə onun yeraltı kök sisteminin faydalı xüsusiyyətlərini demək olar
ki, heçə endirə bilər. Bunun üçün də hava və iqlimin xüsusi ilə ilin soyuq fəsillərində
temperatur göstəriciləri haqqında qabaqcadan söylənilən proqnozlar bu bitkinin
təsərrüfatı ilə məşğul olan insanları çox maraqlandırır.
Əgər bitkinin quru yarpaq örtüyü sıxdırsa onda torpağın həcmi baxımından alaq
otlarının təmizlənməsi xüsusi aqrotexniki tədbirlər sırasına aid olunur, yəni ki, çox
vacib əhəmiyyət kəsb edir. Bitkinin əsas əhəmiyyət kəsb edən hissəsi onun kökləri
olduğu üçün sənaye miqyasında onun kökləri xüsusi üsulla yığılır və emal olunur.
Belə ki, köklər torpaqdan yığıldıqdan sonra yuyulur və bundan sonra kölgədə və ya
günəş enerjisi ilə xüsusi üsullarla qurudurlur. Təzə köklər asanlıqla kəsilə və qatlana
bilir. Emal olunduqdan sonra qurudulmuş köklər işıq və rütubət olmayan yerlərədə
qorunub saxlanılır. Yalnız bu zaman kökləri uzun müddət saxlamaq olur və onun
tərkibindəki maddələr öz əhəmiyyətliliyini saxlayırlar.
Növbəti fəsillərdə biz biyanın sənaye miqyasında tətbiqinin ən müxtəlif sahələri ilə
dərindən tanış olacağıq. Bu zaman məlum olacaq ki, cinsin ayrı-ayrı növlərinin bizə
məlum olan və məlum olmayan bir çox xüsusiyyətləri var ki, onların bəzilərindən ta
qədimdən istifadə olunur, bəzilərindən müasir dövrdə istifadə olunur və elə
xüsusiyyətlləri də var ki, hələ ki, elmi konsepsiyalar üzərində (ən çox tibb sahəsində)
nəzəriyyələri hazırlanılır, gələcəkdə istifadəsi nəzərdə tutulur.
Bu bitkinin susuzluğa qarşı olan sərinləşdirici təsiri haqqında, şəkərin ən yaxşı
əvəzedicilərindən biri olması haqqında, aclığa qarşı davamlılıq yarada bilməsi
haqqında araşdırmalar və sınaqdan keçirilən digər təcrübələr haqqında danışacağıq.
Ümumi olaraq qeyd edə bilərik ki, bu bitkinin müasir dünya bitkiçiliyi
sistematikasında 15-dən çox növü öyrənilmişdir. Söz yox ki, bunların hamısı tibb
sahəsində istifadə olunmur, amma buna baxmayaraq əhəmiyyətli növlərdir. Tibb
sahəsində isə əsasən şirin növlər yəni ki, köklərində qlisirrizin maddəsi çox olan
növlər istifadə olunur.
Antik tibdə biyan kökü
Bu bitkinin kökləri 4 min bundan əvvəl mövcud olan Babillər tərəfindən
qüvvətləndirici kimi istifadə olunurdu. Biyan köklərindən hazırlanan şirə antik
misirlilər tərəfindən çox bəyənilmişdir. 1923-cü ildə keçmiş Misir kralı Tutanxamenin
məzarında biyan kökləri aşkar edilmişdir. Köhnə Misir hakimləri biyan kökünü güclü
dərmanlarla qarışdırdığını sirr saxlayaraq alınmış preparatları sınaqlardan keçirdilər.
Məlum oldu ki, bu dərmanlar qaraciyər və bağırsaq xəstəliklərinin müalicəsində
istifadə oluna bilər.
7
Mövzunun predmeti və məqsədi
Məlum olduğu kimi əvvəllər Azərbaycan biyan ixracına görə MDB ərazisində əsas
ölkələrdən biri hesab olunurdu. Cari dövrdə isə bu bitkinin ixracı təbii ehtiyatlarfının
azalması ucbatından dayandırılıb. Biyan cinsinin Azərbaycanda yayılan 5 növünün
öyrənilməsi, xüsusi ilə bunların təsərrüfat xüssusiyyətlərinin öyrənilməsi azalmaqda
olan bu bitkinin təbii ehtiyatlarını yenidən artırmağa imkan yarada bilər. Məqsəd isə
gələcəkdə bitkinin arealı əvvəlki vəziyyətinə qayıtdıqdan sonra ölkə daxilində bu
bitkidən xüsusi ilə farmokologiya sahəsində istifadə etməkdir. Çünki artıq tibb
sahəsində olan inkişaf və eyni zamanda kompüterləşmiş texnologiya bu bitkinin
köklərindən müxtəli maddələrin istehsal olunması prosesini xeyli dərəcədə
asanlaşdırıb.
Biyan kökünün tərkibindəki maddələrin yaxşı öyrənilməsi sübut etdi ki, bu
maddələrdən pektoral və yumşaldıcı, ağrıkəsici xassələrə malik olanları da var.
Bundan əlavə bu maddələrin digərləri ilə qarışmasından alınan yeni maddələrin hər
biri öz-özlüyündə bir dərmandır. Anadin (ağrıkəsici) antioksidant, antipazmodik, anti-
inflomativ, mukozadan qoruyucu, depurativ, estrogenik, bəlğəmgətirici, hepatitlər,
sinir pozğunluqları və digər formada təsirlərə malik olması bu maddələr sayəsində
mümkündür. Bundan başqa hipoqlisem, ralit yəni, yoğun bağırsaq iltihabı, stres,
sümük ağrıları və spazmaları aradan qaldıran maddələri də var. Biyan kökündəki
ostrogenəbənzər maddə səsin dəyişməsinə səbəb ola bilər. Araşdırmalar qan
hüceyrələrinin saxladığı proteinlərin istehsalının biyan kökü vasitəsi ilə həyata
keçirməyin mümkün olduğunu göstərdi. Biyan kökündə xolestrolu aşağı salan, nəbzi
sakitləşdirici, malyariya xəstəliyinə qarşı maddələr də müəyyən qism təşkil edir. Bu
baxımdan məlum olur ki, yaşından və cinsindən asılı olmayaraq biyan kökünün xəstə
və ya xəstə olmayan insanlar tərəfindən istifadə edilməsi tövsiyyə olunur və çox
əhəmiyyətlidir.
Botanik etnoqrafiyası
Biyan dünyada hansı xəstəliklərin müalicəsində istifadə olunur?
ABŞ – xərçəng xəstələrinin yaxşılaşdırılması, immun sistemi üçün, hepatit və QİÇS
müalicəsində istifadə olunur. Xəstəliklərdən qorunmaq və sağlam qalmaq üçün
istifadə olunan bitkilərdən ən çox müraciət olunanlarından biridir.
Çin – ağrıkəsici, zəhərlənmə əleyhinə, qida borusunun xərçəngi, qaraciyər xərçəngi,
öskürək, bəlğəmgətirici, qızdırma, təravətləndirici, gəncləşdirici, ağrı və yaralarda
qüvvətverici dərman (tonik) və QİÇS xəstəliyində istifadə olunur.
Avropa – Tumor (xərçəng) müalicəsində, xəstəliklərdən qoruyucu və qaraciyər
xəstəliklərinin müalicəsində xüsusi ilə istifadə olunur.
Yaponiya – bəlğəmgətirici, zəhər əleyhinə, spazmagötürücü olaraq istifadə olunur.
Yaponiyada hazırlanan bir çox dərmanların tərkibində vardır.
8
Türkiyə - nəfəs yollarının yumşaldılmasında, bəlğəmgətirici, sərinləşdirici şərbət kimi,
hepatit viruslarında, zəiflik və gücsüzlük zamanı, bir çox xəstəliklərin müalicəsində
qüvvətləndirici ekstraktların hazırlanmasında, kişi və qadınlarda səsin
gözəlləşdirilməsi (səs tellərinin normal fəaliyyəti) üçün istifadə olunur. Bu baxımdan
biyan qədimdən məlum olan bitkidir. Ona verilən “həyat eleksiri” (abı həyat) adı da
təsadüfi deyildir.
Qədimdən Misirdə biyan “hər dərdə dava eleksiri” kimi tanınırdı. Öskürək və nəfəs
yollarının xəstəlikləri dərmanı olaraq ən qədim və ən çox öyrənilən bitkilərdən biridir.
Misir fironlarının zamanından bu günümüzə qədər biyan suyu populyar və dadlı bir
içki hesab olunur. Onun hələ cavan köklərinin şəkərdən 50 dəfə artıq şirin olduğu
kimyəvi analizlər vasitəsi ilə çoxdan təsbit olunmuşdur. Biyanın, əgər 1 damlasını
15000 damla saf su ilə qarışdırılarsa nəfis olur. Glycryrrhizində kalori yoxdur, amma
təbii biyan kökü az miqdarda kaloriyə malikdir və gərəkli şəkildə çox kiçik miqdarda
üzüm şəkərini (1.4%) və sukroza (3.2%) tərkibində saxlayır. Bu şəkərsiz dadverici
maddə şəkər xəstəliklərində də istifadə olunur. Dadlı və ləzzətli olması bir çox acı
dərmanların tərkibində qatqı kimi istifadə olunmasına imkan yaradır. Roma ordusu
uzun və çox yorucu olan səfərlərində biyanı zəruri bir qida kimi düşünürdü. Əsgərlər
səfərə çıxdıqları 10 gün, qida və maye olmadığı halda sadəcə biyandakı xüsusiyyətlər
sayəsində qüvvət və enerji topladıqlarını, susuzluq və aclıqları dəf etdiklərini
söylədilər.
1305-ci ildə King Eduard, “Biyan satışı ilə bağlı bir tapşırıq almışdım.
Qazandıqlarım London körpüsünün müəyyən məsrəflərini qarşılamağa kömək etmək
üçün gərəkli oldu...” deyirdi.
Qədim hindular biyan şirəsinin süd və şəkərlə qarışdırlıması sayəsində alınan
ekstraktın cinsi gücü artırdığına inanırdılar.
İnkişaf etməkdə olan Aynverdik tibbində biyanın kakao və zəncəfil ilə birləşməsininn
dişlər üçün qoruyucu olduğu, beyində karoid pleksus və epandium tərəfindən
əlaqələnərək beyinin normal qidalanmasında rol oynadığı aşkara çıxarıldı.
Başqa bir araşdırma sayəsində məlum oldu ki, xəstələrin 2-6 həftə arası gündə 20-25
qram biyan balı ilə təmin edilməsi müalicələrin uğurla başa çatmasına kömək
etmişdir. Bu müddətdə xəstəlik 70-90% sağalmış olur.
ABŞ John Hopkins Universiteti`ndə aparılan araşdırmalar xronik yorğunluq və təzyiqi
aşağı olan insanlarda biyan şirəsinin qəbul edilməsinin çox xeyirli olduğu aşkara
çıxarıldı. Rusiyadakı təcrübələr biyan kökünün xroniki eqzama və sədəf
xəstəliklərinin müalicəsində əhəmiyyətli olduğunu sübuta yetirmiş və buna uyğun bir
çox dəlillərə malikdir.
Təcrübələr kodeinəbənzər (kodein morfinin metil asyonundan və ya opiumdan əldə
edilən ağ kristal halında alkalloiddir) təsiri ilə biyanın bəlğəm və öskürəkkəsici
xüsusiyyətlərini glycrrihizinin damar yolu ilə QİÇS xəstəliyinin müalicəsində
əhəmiyyətli olduğunu göstərdi (Məlumat “Towsand Newsletter for doctors” yəni
“Həkimlər üçün şəhərdən göndərilən xəbərlər” bülleteninden götürülmüşdür).
9
Azərbaycanda biyan cinsinin növlərinin
tərkibinin öyrənilməsi
Qeyd etdiyimiz kimi Biyan cinsinin Azərbaycanda 5 növü yayılmışdır.
1. G. echinata L. – Kələ-kötür biyan
2. G. macedonica Boiss. et Orphs. – Makedoniya biyanı
3. G. aspera Pall – Tikancıqlı biyan
4. G. glabra L. – Çılpaq biyan
5. G. glandulifera – Vəzili biyan
G. echinata L. – Kələ-kötür biyan
Hündürlüyü 80-120 sm olan çoxillik ot bitkisidir. Budaqları əsasən gərilmiş,
şaxələnən və ya açılmış formalı olur. Aşağı tərəfdən adətən budaqlanmış formada
olur. Gövdəsi qısa və yumşaq tüklərdən təşkil olunmuşdur ki, bunlar da xov
formalıdır. Yarpaqları 8-14 sm uzunluğunda olur. Ümumi saplaq üzərində ellips
formasında ucu sivri olan və üzərində nöqtəvi formalı efir yağları sintez edən
vəzilərlə dolu olan 7-13 ədəd yarpaqcıqdan ibarətdir. Çiçək tacınını uzunluğu 10 mm
bərabərdir və solğun bənövşəyi rəngdə olur. Paxlameyvələri sıx yerləşmiş kürəşəkilli
başcıqlardan ibarətdir. Eyni zamanda paxlameyvəsi yumurtaşəkilli və ya uzunsov
ellips formada ola bilər. Meyvələrinin uzunluğu isə 16 mm-ə çatır ki, bu da yuxarı
hissədən adətən sıx tikancıqlarla örtülü olur. Tüklü biyanda çiçəkləmə may-iyul
aylarında baş verə bilər. Meyvələri isə iyul-avqust, bəzən də sentyabr aylarında yetişir.
Azərbaycan ərazisində Samur-Dəvəçidə, Kür-Araz ovalığında, Alazan-Ağrıc
ovalığında, Naxçıvan MR, Lənkəran düzənliyində, Muğan-Lənkəran düzənliyinin
aşağı dağlıq qurşaqlarına qədər olan ərazilərində çay kənarlarında, kiçik çayların və
kanalların yaxınlığında, çəmənliklərdə və cəngəlliklərdə bitir.
MDB ərazisində isə Qərbi Qafqazdan başqa bütün Qafqazda, Krım, Qərbi Sibirdə,
Uralda və digər ərazilərdə təbii halda bitir.
Dünya üzrə isə Aralıq dənizi ölkələrində, Balkanlarda, Malaziyada, Apuliyada və
“Naqay Tatarıstan”da bitir.
Təsərrüfat əhəmiyyəti
Tüklü biyan cəngəlliklərdə otlarla birgə (yəni onların arasında) bitir. Otlaqlarda
qoyun, dəvə və keçilər tərəfindən pis yeyilir. Köklərində 8.2-11.8 %-ə qədər qlisirrizin
olduğuna görə sənaye istehsalı baxımından çox əhəmiyyətlidir.
G. macedonica Boiss. et Orphs. – Makedoniya biyanı
Çoxillik, 100-150 sm hündürlüyündə olan ot bitkisidir. Gövdəsi qol-budaqlıdır,
çılpaqdır və ya nöqtəşəkilli vəzilərlə örtülmüşdür. Yalançı zoğları lanset formasında
olur, tez tökülür. Yarpaqlarının uzunluğu 15 sm-ə çatır. Bu növə aid olan bitkilərin
10
yarpaqları ümumi saplaq üzərində yerləşir, ellips, tərsinəyumurta formalı, itiuclu və
nöqtəşəkilli vəzilərlə örtülü olan 7-13 ədəd yarpaqdan ibarətdir. Çiçəkləri sıx
uzunsov-oval və ya oval olub üzəri çiçək vəziləri ilə örtülü olur və 1-5 sm
uzunluğundadır. Çiçək tacı solğun bənövşəyi rəngdə olub uzunluğu 8 mm-ə çatır.
Meyvələri sıx ovalşəkilli başcıqda yerləşir. Paxlası yumurta və ya uzunsov yumurta
formasında olub uzunluğu 15 mm-ə çatır. Meyvələrin üzəri seyrək yerləşən incə
tikanlarla örtülmüşdür.
Bu növdə çiçəkləmə iyun-iyul aylarında baş verir. Meyvələrinin yetişməsi isə iyul-
avqust aylarında olur.
Azərbaycan ərazisində Samur-Dəvəçi, Kür-Araz ovalığı, Lənkəran ovalığı
ərazilərində təbii halda geniş yayılmışdır. Növün əsas yaıldığı areal dağların ovalıq
hissələri, çayların, su tutarların, kanalların və cəngəlliklərin yaxın əraziləridir. Bu
ərazilərdə bitki iri qruplar əmələ gətirərək təbii halda bitir.
MDB ərazisində Ön Qafqazda, Dağıstanda, Zaqafqaziyada, Talış dağlarının
ətəklərində, Volqa vadisində, Orta Asiyada yayılmışdır. Orta Asiyada Qara-Qumda
xüsusi ilə çoxlu təbii ehtiyatlara malikdir.
Dünya üzrə Aralıq dənizi sahillərində, Balkanlarda, Malaziyada, Amudərya və
Sırdəryada, İranda, Makedoniyada özünəməxsus yayılma arealına malikdir.
G. aspera Pall – Tikancıqlı biyan
Bu 15-40 sm hündürlüyü olan çoxillik ot bitkisidir. Gövdəsi sadə quruluşlu və ya
budaqlanan ola bilər. Dikqalxan gövdəli olub üzəri seyrək xırda tikancıqlarla örtülü
olur, demək olar ki, çılpaqdır. Yarpaqlarının saplağı hamaşçiçəyəbənzər formada olur
ki, bunun da üzərində tikanlar yerləşmişdir. Yarpaqcıqları yumurtaşəkillidir.
Yarpaqlarının uzunluğu 6-10 sm-ə qədər ola bilər. Bunlar ümumi saplaq üzərində 5-11
ədəd yarpaqcıqlar olaraq yerləşir ki, bu yarpaqcıqlar ellips və ya tərsinəyumurtaşəkilli,
itiuclu və aşağı tərəfdən yapışqanlıdır. Salxımları kifayət qədər sıxdır, yumurtaşəkilli
və ya uzunsovdur. Bunlar yarpaq uzunluqda və ya ondan uzun ola bilər. Çiçək tacı
ağımtıl bənövşəyi rəngdə olub uzunluğu 14-188 mm-ə çatır. Kasa yarpaqları vəzili-
tükcüklüdür. Paxlameyvəsi slindirik xətti quruluşda olub, aydın görünən dartılmış,
qatlanmış və ya hamar formada ola bilər. Meyvələrinin uzunluğu 4 sm-ə qədər ola
bilər. Hər paxlameyvə içərisində 2-9 toxum ola bilər. Bu növdə miçəkləmə may (iyul)
aylarında baş verir. Meyvələrinin yetişməsi isə iyun (iyul) aylarında olur.
Azərbaycanda Xəzər dənizi sahilləri ərazilərində, Kür-Araz ovalığında, cənub
qurşağa qədər olan quru dağətəyi gilli yarımsəhralarda dağınıq halda bitir.
MDB ərazisində Dağıstanda, Şərqi Qafqazda, Orta Asiyanın Aral-Xəzər sahələrində,
Baltikyanı ərazilərdə, Qızıl Qumda, Qara Qumda, Amu Dərya və Sır Dərya çayları
ərazilərində təbii halda geniş yaılmışdır.
Dünya üzrə İran, Türkiyə, Xəzərboyu ərazilərdə bitir.
11
Təsərrüfatda bu növ həmçinin yaxşı yem bitkisidir. Qoyunlar və xüsusi ilə də dəvələr
tərəfindən yaxşı yeyilir. İri buynuzlu mal-qara üçün isə bu növ yem bitkisi olaraq
münasib deyil.
G. glabra L. Tüksüz (çılpaq) biyan, Şirin biyan
Hündürlüyü 60-80 sm (bəzən isə 100 sm) olan çoxillik kökümsovlu ot bitkisidir.
Kök sistemi yaxşı inkişaf etmişdir. O öz başlanğıcını şaquli istiqamətdə torpağın 2-7
m və daha dərin qatlarına gedən əsas kökdən götürür. Yan kökləri isə əsas kökdən
bütün istiqamətlərdə inkişaf edərək yerüstü hissələr əmələ gətirir. Və bu yerüstü
hissələrin özlərinin də yaxşı inkişaf etmiş mil kökləri olur. Köklərin torpaqda qalan
hissəsi parlaq-sarı və ya limonu-sarı rəngdə, bayırda qalan hissəsi isə bozumtul
rəngdə olur.
Gövdəsi düzdür, nisbətən möhkəmdir, adətən az şaxələnir, üzəri seyrək qısa
tükcüklərlə örtülü olur. Yarpaqlarının uc hissəsi lansetşəkilli olur. Yarpaqlarının
ümumi uzunluğu isə 5-20 sm -ə çata bilər. Ümumi saplaq üzərində 7-19 ədəd, bəzən
isə 5-19 ədəd yarpaqcıq olur. Yarpaqlarının ümumi görünüşü ellipsvari-lansetvari
formada və ya uzunsov yumurtaşəkilli olub demək olar ki, çılpaqdır. Aşağı tərəfdən
qatranlı hissəciklərdən və sıx yerləşmiş nöqtəşəkilli vəzilərdən ibarətdir. Yarpaqları
teztöküləndir. Salxımlar formasında olan damarlar adətən yumşaq lətlidir və
yarpaqdan qısa olur ki, bunun da uzunluğu 5 (7) sm-ə çata bilər. Çiçək tacı solğun-
bənövşəyi rəngdə olub uzunluğu 8-10 (11) mm-ə çatır. Kasacıq 5-6 mm uzunluğunda,
qısa tükcüklüdür; kasa yarpaqları kasacıq uzunluğunda bəzən isə indan bir az uzun
olur. Paxlameyvəsi çılpaq və tüksüzdür, uzunsovdur, düz və asan əyiləndir. Meyvələri
açılmayan və ya gec açılan paxlameyvə olub içərisində 3-6 ədəd toxum yerləşir. Bu
növdə çiçəkləmə iyun-iyul aylarında, bəzən isə daha tez -may ayında baş tutur.
Meyvələrinin yetişməsi isə iyul-sentyabr aylarında olur.
Azərbaycanda Samur-Dəvəçi, Xəzərboyu ərazilərdə, Abşeronda, Qobustanda,
Böyük Qafqazın Qubaətrafı rayonlarında, Kiçik Qafqazın mərkəzi və cənub
hissələrində, Bərdədə, Kürdəmirdə, Kür-Araz ovalığında, Alazan-Əyriçay ovalığında,
Naxçıvan MR-nın cənub ərazilərində (düzən rayonlarında), Lənkəran düzənliyində,
Muğan-Lənkəran ovalığında bitir. Yarımsəhra ovalıqlarında və dağətəyi təpə
yamaclarında və alçaq dağlıq ərazilərdə - çay yaxınlıqlarında, kanallar boyunca,
rütubətli yerlərdə, çəmənlik bitkiləri arasında, suvarılan sahələrdə, habelə qumlu
torpaqlarda qruplar halında bitir.
MDB ərazisində Qafqazda geniş yayılıb (Qərbi Qafqazda isə az təsadüf olunur).
Bundan başqa, Don çayına yaxın ərazilərdə, Krımda, Qərbi Sibirdə, və bütün Orta
Asiya ölkələrində onun müxtəlif arealları mövcuddur.
Dünya üzrə isə Orta Avropada, Aralıq dənizi ölkələrində, Qərbi Avropada və İranda
geniş yaılmışdır.
Təsərrüfat əhəmiyyəti
12
Çılpaq biyanın böyük təsərrüfat əhəmiyyəti vardır. Qədim dərman bitkisidir. Demək
olar ki, bütün Avropa ölkələrinin farmokologiyasında istifadə olunur. Kökləri və kök
sistemləri dərman əhəmiyyəti kəsb edir ki, burada 15 % qlisirrizin (qlükozid təbiətli)
olur. Qlisirrizin çox şirin olub su ilə 1:200 nisbətində qarışdırıldıqda öz şirinliyini
saxlayır. Bu nisbətdə şirənin və ya onun quru tozunun su ilə qarışığı yaxşı köpüklənir.
Təcrübələr göstərir ki, bu köpüklənmə qabiliyyəti onun tərkibində saponin maddəsinin
olmasında irəli gəlir. Saponin maddəsi isə məlum olduğu kimi bəzi bitkilərdə (G.
glabra da daxil olmaqla) təsadüf olunan və köpüklənə bilən maddədir.
Kökümsovlarında və ümumilikdə kök sistemində 25 %-ə qədər ekstrativ maddələr
vardır. Qlisirrizindən başqa çılpaq (tüksüz) biyanın köklərində qlükoza (3 %-ə qədər),
saxaroza (5 %-ə qədər), təqribən 3 %aspargin, qatran, nişasta, qlisirramarin, bundan
başqa sarı piqmentlər var ki, bunlar da kökümsovlara və kökə birlikdə sarı rəng verir.
Çılpaq biyandan hazırlanmış preparatlar nəmləndirici və qoruyucu xüsusiyyətlərə
malik olub müxtəlif dərmanlara da yangülləşdirici kimi də əlavə olunur. Quru
köklərindən hazırlanmış narın toz və həblər müxtəlif tənəffüs yolu xəstəliklərində
(məsələn, öskürək) istifadə olunur. Onun köklərindən alınan narın tozun köpüklənmə
qabiliyyəti sayəsində və şirin olması sayəsində bir çox ölkələrdə pivə istehsalında,
alkoqolsuz içkilərin istehsalında, habelə kulinariyada geniş istifadə olunur. Ukrainada
G. glabranın köklərindən məşhur “Kiyev şərabı” istehsal olunur ki, yerli əhali bunu
çox sevir. Maraqlıdır ki, Rusiya Federaiyasının Avropa hissəsində bu növün
yarpaqları çox məharətlə duzlu xiyar və alma şorabalarının hazırlanmasında istifadə
olunur.
D.Şutonovun (1944) Abşeron ərazisində Çılpaq biyan bitkisi üzərində apardığı
təcrübələr ilin müxtəlif aylarında G. glabranın yarpağında C vitamininin qatılığının
hesablanmasına kömək etmişdir. Belə ki, bitkinin yarpaqlarında iyunun sonlarında
254.2 mq%, iyulda 260.9-247.1 mq%, avqustun əvvəllərində 158.8mq%, avqustun
ortalarında 113.5mq%, sentyabrın əvvəlində 182.5mq% C vitamini olur. Bundan
başqa C vitamininə bu bitkinin köklərində də rast gəlmək olar. Ç. biyanın yandırılmış
külündə 14% potaş (K
2
CO
3
) vardır.
Texnikada Ç. biyanın köpüklənmə xüsusiyyətindən geniş istifadə olunur (su və
xlorid turşusu ilə məhlulundan xüsusi ilə). Bitkinin yerüstü hissəsində sarı, sarımtıl,
qəhvəyi və yaşılımtıl rəng çalarlarlarının alınmasında istifadə olunur. Ç. biyanın
gövdəsində 13%-ə qədər liflər olur.
Ç. biyan yem bitkisidir. Bitkinin inkişafı zamanı köklərində, gövdəsində və
yarpaqlarında ona qidalandırıcılıq verən maddələrin miqdarı müxtəlif olur və daim
dəyişir. Ayrı-ayrı inkişaf fazalarında, misal üçün meyvələrin yetişməsi zamanı protein
və bu tərkibli maddələrin miqdarı 5.3-dən-14.3%-ə qədər, yağlar 2.3-dən-7.1%-ə
qədər, sellüloza 19.8-dən-39.3%-ə qədər, azotsuz ekstrativ maddələr 31.9-dan-55%-ə
qədər dəyişər. Yarpaqlarda isə təqribən 1.5-2 dəfə artıq protein, 1.5-3 dəfə artıq yağ,
1.5-2 dəfə az isə sellüloza olur. Ç. biyanda proteinlərin miqdarı yonca, qara yonca,
xəşənbül ilə müqayisədə 1.5-2 dəfə azdır. Amma həmin dövrdə Ç.biyanın köklərində
13
1.5-2 dəfə artıq yağ olur. Xırda buynuzlu heyvanlar və dəvələr bu kökləri bitkinin
meyvələri yetişənə kimi yaxşı yeyə bilmirlər. İribuynuzlu mal-qara və atlar demək
olar ki, onunla qidalanmır. Bu onun gövdə və yarpaqlarında aşılayıcı maddələrin,
habelə nüfusedici “baltərkibli şirə”lərin olmasında irəli gəlir. Buna baxmayaraq
Çılpaq biyan otlaqlarda yem qıtlığı zamanı az-çox yaxşı yeyilən yem bitkisi olaraq
qalmaqda davam edir. Qış otlaqlarında ondan istifadə xüsusi ilə sərhədsizdir. Belə ki,
ondan alınmış yem və qurumuş gövdələrindən hazırlanmış silos bütün növ kənd
təsərrüfatı heyvanları üçün yaxşı qida hesab olunur. Birinci dəfə biçilmə zamanı
çılpaq biyan bitdiyi pöhrəliklərdən ildə 1-5 t/ha-a qədər məhsul alınır ki, bunu da
uzunluğu 150-190 m olan xüsusi yerlərdə yem şəklində toplayırlar. İkinci biçilmə
zamanı isə nisbətən az 0.4-3 t/ha- a qədər məhsul əldə oluna bilər. İkinci biçilmə
payızda həyata keçirilir.
Çılpaq biyan Azərbaycanın rayonlarında böyük məhşurluğa malik və geniş becərilən
növdür. Bu növə çox zaman kolluq və çəmənliklərimizdə rast gəlmək olur. Bundan
başqa Kürdəmir, Masallı, Ağcabədi, Ucar və s. rayonlarda, həmçinin Naxçıvan MR-da
geniş becərilir. Amma son zamanlar yeni texniki üsullarla torpaq sahələrinin istifadəsi
çılpaq biyanın təbii arealının kiçilməsinə səbəb olmuşdur.
G. glandulifera – Vəzili biyan
60-80, bəzən isə 150 sm-ə qədər hündürlüyü ola bilən çoxillik ot btkisidir. Gövdəsi
dik qalxır, möhkəmdir, şaxəli-budaqlıdır, qısa tükcüklüdür, bəzən kələkötül vəzilərlə
örtülü olur. Yarpaqcıqları 5-17 (19) ədəd olmaqla yerləşir və uzunsov, ellips
formasında, lanset formasında, aşağı hissəsində adi vəzilər yerləşməklə ümumi saplaq
üzərində düzülmüşdür və teztöküləndir. Salxımları uzunsovdur, lətli və yumşaqdır.
Yarpaqdan bir az qısa olur. Çiçək tacı açıq-bənövşəyi rəngdə olub uzunluğu 10-12
mm-ə çatır. Kasacıq yarpaqları birvaridir (uc hissədən əyilmiş formada), kasacıq
uzunluğunda və ya ondan nisbətən uzun olur. paxlameyvəsi az-çox itburnu meyvəsi
tipli-vəzili olur, uzunsovdur və qalınqabıqlıdır və bozumtul rəngdə olur. Vəzili
biyanda çiçəkləmə may-iyun aylarında baş verir. Meyvələrin yetişməsi isə iyul-avqust
aylarına qədər davam edir.
Azərbaycanda Naxçıvan MR-da, Lənkəran-Muğan ovalığında yaxın dağ
qurşaqlarına qədər olan ərazilərdə çaylara yaxın yerlərdə, otlu təpələrdə, bəzən isə
qərb zonalarında rast gəlinir.
MDB ərazisində Qafqazda (Ön Qafqaz, Şərqi Qafqaz, Cənubi Qafqazda xüsusilə),
Rusiyanın Avropa hissəsində, Orta Asiyada rast gəlinir.
Dünya üzrə Orta Avropada. Aralıq dənizi ölkələrində, Balkanlarda, Malaziyada,
İranda, Armavirdə və digər ərazilərdə bitir.
Qeyd etmək lazımdır ki, vəzili biyanın Azərbaycanda yetişdirilməsi və təsərrüfat
xüsusiyyətləri digər biyan növləri ilə müqayisədə az öyrənilmişdir.
14
Biyan cinsinin bu növü təbii ehtiyatlarının olması baxımından digər növlər
içərisində 4-cü yeri tutur (2006-cı il məlumatlarına əsasən). G. glanduliferanın bioloji
xüsusiyyətləri yaxşı öyrənilsə də onun tətbiq sahələri hələ ki, tam olaraq
müəyyənləşdirilməyib. Biokimyəvi analizlər nəticəsində məlum olmuşdur ki, Vəzili
biyanın yaz dövrlərində (martın sonu-mayın əvvəlləri) yarpaqlarının üzərindəki
vəziciklər tərəfindən ifraz olunan efir təbiətli maddələr həm də aşılayıcı xüsusiyyətə
malikdir. Bu isə Vəzili biyanın yem bitkisi olaraq heyvanlar tərəfindən istifadəsini
nisbətən məhdudlaşdırır. Amma eyni zamanda öyrənilmişdir ki, bu aşılayıcı maddələr
kimyəvi baxımından insan orqanizmində müəyyən plastik mübadilələrdə
(anabolizmlərdə) iştirak edə bilər. Bu baxımdan G. glandulifera son zamanlar tibbi
istifadə baxımından elm adamlarında maraq oyatmağa başlamışdır.
15
Nəticə
Biyan cinsinin növlərinin yayılması və təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi
göstərdi ki, bu cinsə aid olan 11-ə yaxın növ müasir dövrdə dünya ölkələrinin
fitoterapiyasında və farmokologiyasında köklü yer tutur. Biyan cinsinə aid olan
müxtəlif növlərinin Azərbaycan ərazisində və eləcə də onun tərkib hissəsi olan
Naxçıvan MR-ı ərazisində öyrənilməsi isə göstərdi ki, bu növlərin sayı digər qədim
tarixə malik ölkələrdə olduğu kimi bizim əhaliyə də çoxdan məlumdur və onun
dərman xüsusiyyətlərindən tarixən geniş istifadə olunmuşdur. Bundan Başqa məlum
olduğu kimi biyan cinsinə aid olan müxtəlif növlər yem məqsədləri üçün, təbii
boyamaçılıqda, metallurgiyada, yüngül sənayedə, yanğınların söndürülməsi üçün
köpüklərin hazırlanması və digər məqsədlər üçün istifadə olunur. Azərbaycan
ərazisində biyan cinsinin yayılan 5 növü əsasən geniş tətbiq sahələrinə malik olan
növlərdir. Bunlardan yalnız Vəzili biyan nisbətən qaz öyrənilmişdir ki, bu da son
zamanlar öyrənilməyə başlanmışdır.
Azərbaycanın ikinci dəfə müstəqillik əldə etdiyi dövə qədər ölkəmizin müxtəlif
ərazilərində (Naxçıvan MR, Ucar, Masallı, Astara, Ağcabədi, İmişli, Kürdəmir və
digər) biyan cinsinə aid olan müxtəlif növlərin geniş ehtiyatları olmuşdur. Lakin onun
çoxlu miqdarda xarici ölkələrə (Böyük Britaniya, ABŞ, Almaniya) ixrac edilməsi
nəticəsində bu bitkilərin təbii ehtiyatı azalmışdır.
XX əsrin 90-cı illərindən etibarən isə bu cinsin növlərinin, xüsusi ilə böyük
əhəmiyyətə malik olan G. glabranın təbii ehtiyatlarının qorunması sayəsində müəyyən
addımlar atılmağa başladı. Hal-hazırkı dövrdə isə biyan cinsinə aid olan müxtəlif
növlərin qorunması məqsədi ilə münasib qanunlar qüvvədədir.
Sözsüz ki, yekun nəticəyə gələrək demək olar ki, Azərbaycan ərazisində bitən
müxtəlif biyan növlərinin bioloji baxımından öyrənilməsi onun təbii ehtiyatlarının
azaldığı bir dövrdə daha geniş vüsət almışdır. Bu isə müasir dövrdə bitkiyə verilən ən
real qiymətdir. Azərbaycan tədqiqatçıları artıq biyan cinsinin müxtəlif növlərinin
təsərrüfat, tibbi və sənaye xüsusiyyətlərini yaxşı öyrənə bilmişlər. Müxtəlif növlərinin
köklərində mövcud olan 190-a qədər əhəmiyyətli maddələr sayəsində biyan cinsinin
ayrı-ayrı növləri müasir dövrdə ən müxtəlif orqanlarla bağlı olan 300-ə qədər
xəstəliyin müalicəsində yararlıdır ki, bunların da ölkəmizdə tətbiqi son dövrlərdə
reallaşmağa başlamışdır. Bunların yetişdirilməsi və təbii ehtiyatlarının çoxaldılması
Azərbaycan farmokologiyasının da inkişafına geniş imkanlar aça bilər. Çünki, müasir
dövrdə tibb sahəsində kimyəvi preparatlardan daha çox bitki tərkibli dərmanlara
üstünlük verilir. Digər tərəfdən biyan cinsinin kökləri şirin olan növlərindən alınan
şirə insan orqanizmi üçün çox əhəmiyyətlidir ki, bunu istənilən yaş dövrlərində
istifadə etmək olar.
16
Ədəbiyyat siyahısı
1. Бахиев А. Формация солодки голой в нижнем течении Аму-Дарьи. Автореф.
дис. канд. биол. наук. Нукус, Каракалпакск. фил. АН УзССР, 1969.
2. Варганов Л. А. Развитие и размещение производства и переработки
солодкового корня в СССР. Автореф. дис. канд. экономич. наук, Ташкент, Ин-т
экономики АН УзССР, 1970.
3. Bernardi M, D'Intino PE, Trevisani F, et al. Effects of prolonged ingestion of
graded doses of licorice by healthy volunteers. Life Sci . 1994; 55(11):863-872.
4. Флора Азербайджан, 5-ый том
5. А. Гроссгейм, Флора Кавказа, том 5, 1952 г.
Dövri mətbuatdan
1. S.Eyvazlı, “Biyan təbiətin azərbaycana bəxş etdiyi nemətdir”, Avrasiya, 1998, 14
aprel
2. Q.Piriyev, V.İmanov, “Biyan valyuta və güclü iqtisadiyyat deməkdir”, Xalq qəzeti,
1992,10 aprel
3. M.Qasımov, “Boyaq bitkiləri”, Sovet kəndi, 1976, 7 oktyabr
4. M.Qasımov, “Qiymətli boyaq bitkiləri”, Bakı 1973, 6 oktyabr
5. A.Seyidov, “Qədim Naxçıvanda əkinçilik və maldarlıq”, Kənd həyatı, 1987, N7,
s.31-32
Dostları ilə paylaş: |