Günümüzdə rəqabətin sürətlə artması nəticəsində müəssisələr müştəri mərkəzli qərarları marketinq kommunikasiyaları vasitəsilə edirlər:
Marketinq fəaliyyətlərində kommunikasiyanın vacibliyinin başlıca 4 səbəbi vardır (Erdem (2006: 6) )
Artan rəqabət
Ənənəvi marketinq fəaqliyyətlərinin maliyyətinin artması
İstehlakçıların gözləntilərinin artması
Sürətlə inkişaf edən texnologiya
Marketinq kommunikasiyası, əslində, məhsulların alınması prosesində hədəf kütlənin davranışında dəyişikliklərə səbəb olmaq və ya brendə qarşı loyallığı artırmağı hədəfləyir. Marketoloqlar marketinq kommunikasiyaları ilə seçdikləri hədəf kütləni təklif etdikləri məhsul və ya xidmətlərin rəqiblərinkindən əhəmiyyətli dərəcədə üstünlüyə sahib olduğuna inandırmağa çalışırlar. (Lamb et al., 2003:315).
Duncan (2005:15)
bildirir ki, marketinq kommunikasiyası müştərilər üçün bir dəyər yaratmaqdır, çünki müştərilər məhsulun xüsusiyyətləri və faydaları, onu hardan əldə edə biləcəyi, onun tanınmış bir məhsul olub-olmaması kimi xüsusiyyətlər haqqında məlumat sahibi olmalıdır.
Başqa sözlə, marketinq kommunikasiyası hədəf auditoriyanın ağlında rəqiblərinkindən üstün olan mühüm xüsusiyyətlər haqqqında fikir yaratmalıdır
Son on ildə marketinq mühitində baş verən mühüm dəyişikliklər müəssisələri bu mühitdə rəqabət apara bilmək üçün müəyyən strategiyalar yaratmağa məcbur edir. 21-ci əsrin marketinq kommunikasiyası rəhbəri unutmamalıdır ki, çoxlu bazarlar, çoxsaylı
müştərilər, çoxsaylı kanallar və çoxsaylı media mövcuddur.Bunun üçün də hazırda məqsəd müştərilərin əldə edilməsinə deyil, saxlanmasına yönəlib və bununla yanaşı, informasiya texnologiyalarının inkişafı, istehlakçıların səlahiyyətlərinin artırılması,
artan reklam səliqəsizliyi, kanalın gücünün dəyişməsi və daha çox hesabatlılıq istəyi – bunların hamısı inteqrasiya olunmuş marketinq kommunikasiylarına doğru aparan hərəkətverici qüvvələrdir. (Kitchen, Schultz, Kim, Han & Li, 2004:1417)