Marksizmə görə, insanların tarixi birliyi olmaq etibariylə



Yüklə 19,51 Kb.
tarix20.12.2022
ölçüsü19,51 Kb.
#76499
fəlsəfə məlumat


Adamların sosial birliklərindən əvvəl etnik birliklər mövcud olmuşdur. Sosial fəlsəfədə etnik birliklərin öyrənilməsinə çox gec başlanmışdır. Lakin öz əhəmiyyətinə görə bu problem aparıcı yerlərdən birini tutur.
İbtidai inkişaf mərhələlərində insanların başlıca birlik forması qəbilə, tayfa olmuşdur. Qəbilə qan qohumluğu və müəyyən təsərrüfat əlaqələri ilə, ümumi mənafeyi müdafiə etməklə bağlı olan və təbiətin kor– təbii qüvvələrinə qarşı birlikdə çıxış edən insanların tarixi birlik formasıdır. Qəbiləni ən qədim cəmiyyətdə mənşə birliyinə, ümumi dilə,ümumi adətlərə, əqidələrə, məişət və mədəniyyət əlamətlərinə malik ilkin istehsal kollektivindən ibarət sosial və etnik kollektiv adlandırmaq olar. Qəbilənin ümumi məskənləri və ov yerləri olmuşdur.
Qəbilənin iqtisadi əsası ibtidai icma mülkiyəti idi. Qəbiləni təşkil edən insanlar kollektiv ictimai mülkiyyət və məhsulların bərabərçiliklə bölüşdürülməsi əsasında birgə təsərrüfatla məşğul olurdu. Təsərrüfat fəlaiyyətinin dəyişilməsi və inkişafı cəmiyyətin qəbilə təşkili formalarının dəyişilməsinə gətirib çıxarırdı.
Tayfa insanların qəbilədə böyük olan, adətən tərkibində bir neçə minə qədər (bəzən hətta on minlərlə) adam olan birliyidir. Hər bir tayfa azı iki qəbilədən ibarət olurdu. Tayfa daxilində hər bir qəbilə müstəqil sosial– istehsal vahidi olaraq qalırdı. Lakin eyni zamanda tayfa ictimai mülkiyyətin yeni formasını, ictimai təşkilin yeni növünü də doğurmuşdu. Qəbilə mülkiyyəti ilə yanaşı, tayfa mülkiyyəti də olur hər şeydən əvvəl, ərazi (qəbilələrin məskən saldığı yer, ov yeri, ümumi otlaqlar və digər istifadəli yerlər) olur. Bütün tayfanı idarə et­mək tələbatı meydana gəlir, bununla əlaqədar olaraq başçılar kahinlər, sərkərdələr, döyüşçülərin və yaşlı tayfa üzvlərinin ümumi yığıncağı ilə yanaşı tayfa şurası kimi idarəetmə orqanları meydana gəlir.

Marksizmə görə, insanların tarixi birliyi olmaq etibariylə xalq ən çox quldarlıq və feodalizm cəmiyyətləri üçün xarakterikdir. Müəyyən bir xalqa mənsub olan adamları bir– biri ilə birləşdirən əlaqə vasitəsi daha qohumluq əlaqəsi deyildi; bu adamlara xas olan ümumi cəhətlərin (dil, ərazi və mədəniyyət birliyinin) ictimai– tarixi mənşəyi vardır. Lakin xalq birliyi də hələ çox sabit birlik deyildir. Möhkəm ərazi birliyi və sabit mədəniyyət ümumiliyi üçün vacib şərt olan iqtisadi həyat birliyi quldarlıq və feodalizm quruluşu şəraitində ola bilməzdi. Yalnız feodalizm pərakəndəliyini aradan qaldıran və vahid milli bazar yaranmasına gətirib çıxaran kapitalizmin təşəkkül tapması dövründə xalqların millətə çevrilməsi üçün lazımi ilkin şərait əmələ gəlir.

Adamların milli birliyini (ümumiliyini) irq məfhumu ilə qarışdırmaq olmaz. İnsanların irqlərə bölünməsi onların bədən quruluşunun irsi əlamətlərinə görə olan bir bölgüdür. Bir sıra əlamətlərdən (dərinin rəngindən, qafa tasının formasından, saçından və s.) asılı olaraq alimlər insanları üç əsas irqə, zənci irqinə, yaxud qara irqə və monqol irqinə, yaxud da sarı irqə bölürlər. Milli birlikdən fərqli olaraq irqi əlamətlər bioloji xassəyə malik olub, insan orqanizminin müəyyən təbii şəraitə uzun müddət uyğunlaşması nəticəsində əmələ gəlmişdir. Eyni bir irqə müxtəlif millətlər mənsub ola bilərlər. Bəs millətin əsas əlamətləri hansılardır? Marksist ədəbiyyatda millət məfhumuna adətən verilən mənaya görə, millət– insanın tarixən əmələ gəlmiş sabit birliyidir ki, bu da dil, ərazi, iqtisadi həyat birliyi, mədəniyyət ümumiliyində təzəhür edən mənəviyyat birliyi zəminində meydana çıxmışdır. Milli birlik millətin daxilində sinfi fərqləri ləğv edə bilməz. Əksinə, bu fərqlər millətin bütün həyatında aydın təzahür olunur, onları mənafecə fərqli hissələrə parçalayır.

Marksizmə görə iqtisadi həyat birliyi olmadan millət yoxdur. Bir sözlə, biz yuxarıda adamların etnik birliyi haqqında marksizm konsepsiyasını nəzərdən keçirdik. İndi isə ikinci Veber konsepsiyasına diqqət yetirək. Biz yuxarıda gördük ki, adamların etnik birlik formaları tarixən keçici xarakter daşıyır.Bu onu göstərir ki, yeni iqtisadi münasibətlər yeni birliklər yaratmağa qadirdir.


Maks Veber öz həmfikirləri ilə birlikdə kapitalizmi ən mükəmməl ictimai iqtisadi quruluş forması hesab etmişdir. Veber, marksizmdən fərqli olaraq, millətin yaranmasında iqtisadi şəraiti həlledici şərtlər sırasında saymamışdır. Ümumiyyətlə, Veber millətdən əvvəlki etnik birliklər haqqında susur. Onun fikrincə, millətə, onu səciyyələndirən empirik xassələrdən çıxış edərək tərif vermək olmaz. Veberə görə, müəyyən siyasi birliyə mənsub olub bir dövlətdə olan xalqla milləti eyniləşdirmək olmaz.O, etnik birliyin mövcud­luğundan çox cəmiyyətin sosial– iqtisadi birliklərinə daha böyük üstünlük verirdi. Ümumiyyətlə onun, nə mədəniyyət ümumiliyinə, nə dil birliyinə, xüsusi ilə millətə baxışları qərb sosiologiyasında millətin ictimai həyatdakı münasibətdən demək olar ki,fərqlənmir. Bəzən milləti sosial qrupla eyniləşdirən və onları bir– birinə qarşı qoyan Veber millət və onun tarixi haqqında konkret olaraq heç nə demir.
Cəmiyyətin sosial sferasında etniki birlik formaları çox mühüm yer tutur. Məhz etniki struktur (demoqrafik strukturla birlikdə) öz kökləri etibarilə insanın bioloji təbiəti ilə daha çox əlaqəlidir. Doğru­dur, müasir cəmiyyətdə etniki göstəricilər sözün əsl mənasında so­sial xaraxter kəsb edən əlamətlər ilə müqayisədə bəzən arxa plana keçir. Lakin bu vaxt heç də onların sosial sferada rol və əhəmiyyətini aşağı salmır.
Bəşəriyyətin tarixi gedişində aşağıdaı etniki birlik fo­rmaları olmuşdur: qəbilə, tayfa, xalqmillət.
İbtidai cəmiyyətdə insanlar qəbilətayfa halında yaşamış­lar. Müasir antropologiya, etnoqrafiya və arxeologiya elmləri sübut edir ki, ibtidai insanlar sürü halında yaşayırdılar. Çox keçmədən sü­rü qəbilə ilə əvəz olunmuşdur. Qəbilə- insanların qan qohumluğu, mənafe ümumiliyi, yaşayış məskəni, dil, adətlər və etiqadlar ümu­miliyi əsasında yaranan birlik formasıdır. Hər bir qəbilə öz tərkibındə təxminən 30- 50 nəfəri əhatə edirdi. Onlar vahid yaşayış məskəni- rıə, eyni fəaliyyət növlərinə (əsasən ovçuluq və balıqçılıq), məişətə və mədəniyyətə malik olmuşlar. Qəbilə qədim cəmiyyətin çoxfunksiyalı özəyi rolunu oynamışdır. Onun iqtisadi əsasını ov aparılan ərazilər, balıq hövzələri üzərində icma mülkiyyəti təşkill edirdi. Qəbi­lə icması üzəvlərinin mənşəyi əvvəllərdə ana xətti (matriarxat) ilə müəyyən olunurdu, sonralar isə o ata xətti (patriarxat) ilə əvəz edil­di.
İbtidai icma quruluşu inkişaf etdikcə qəbilələrin təıxibində in­sanların sayı aıtııdı. Sonralar onların ayrılması baş verdi və nisbətən yüxsək birlik forması olan tayfa təşəkkül tapdı. Bu prosesin əsasında bir- birilə qohum olan bir neçə qəbilənin birləşməsi dururdu. Tayfa­nın əsas əlamətləri aşağıdaxılardır: öz adının olması, dil və əra­zi ümumiliyi, ümumi adətlər və dini etiqadlar, vahid mədəniyyət ünsürləri. Hər bir tayfa iki və daha çox qəbilənin birləşməsindən yaranırdı. Onun tərkibində bir neçə yüz nəfərdən tutmuş, min nə­fərdən də çox adaın əhatə olunurdu. Tayfanın daxilində hər bir qə­bilə müstəqil sosial- istehsal vahidi funksiyasını davam etdirirdi. Qə­bilə kimi tayfa da insanların qan qohumluğuna əsaslanırdı. Bununla yanaşı tayfa ictimai həyat təşkilinin yeni formasını da yaratdı: bu tayfa mülkiyyətinin meydana gəlməsidir. Tayfa mülkiyyəti yaşayış məskənini, ov ərazilərini, ümumi otlaqları faydalı torpaq sahələrini və s. əhatə edirdi. Cəmiyyətdə idarə etmənin təkmilləşməsinə olan tələbat nəticəsində qəbilə rəhbəri, kahinlər, hərbi məmurlar, habelə qəbilə şurası yarandı.
Qəbilə və tayfa birlik formaları qədim insanların təsərrüfat fəaliyyəti və mədəniyyətinin inkişafına şərait yaradırdı. Bununla bir-biri ilə qan qohumluğu əlaqələri tayfa kollektivlərinin sayca artımını məhdudlaşdırıldı, ünsiyyəti və insanların gediş-gəlişini çətinləşdirilmiş, iqtisadiyyatın inkişafını ləngidirdi. Qəbilə- tayfa münasibətlərində baş verən ziddiyyətlər bu birlik formalarının yeni, daha mütərəq­qini ilə əvəz olunması zərurətini meydana gətirirdi. Təsərrüfat funkslyalarından ailə funksyalarının qopub ayrılması, ailə- nigah müna­sibətlərinin təkmilləşməsi gedişində bu zərurət daha artıq dərəcədə hiss olunurdu. İctimai əmək bölgüsünün dərinləşməsi, mübadilə nuınasibətlərinin meydana gəlməsi və əmlak bərabərsizliyinin artması gedişində tayfa öz yerini daha mütərəqqi birlik forması olan xalqa verdi.
Xalq insanların elə birlik formasıdır ki, , eyni ərazidə yaşayan, ümumi dilə, psixixi tərzə, mədəniyyətə və həyat tərzinə, adət və ənənələrə malik olan insanları əhatə edir. Yeni birlik forması olan xalq qan qohumluğu əlaqələrinə deyil, müxtəlif insanlar ara­sında təsərrüfat əlaqələrinə əsaslanırdı. Artıq xalq sırf etnix birlik forması deyildi, o, sosial- etniki birlik mahiyyəti kəsb edirdi. Xalq əsas etibarilə feodalizmin məhsuludur. Bununla yanaşı qeyd edi­lməlidir ki, o, müxtəlif cəmiyyətlərdə mövcud olur. Bir sıra xalqlar (bolqarlar, macarlar) müxtəlif etnik qruplardan təşkil olunurlar. Bəzi xalqlar (məsələn italyanlar) hətta müxtəlif irqləri də əhatə edirlər.
Əvvəlki birlik formalarına nisbətən xalq daha mütərəqqi rol oynamışdır. O iqtisadiyyatın, sosial əlaqələrin və mədəniyyətin inkişafına güclü təkan verdi. Laxin müəyyən vaxt keçdikdən sonra mə­lum oldu ki, bu forma da mübadilənin, müxtəlif növlü təsərrüfat fəa­liyyətlərinin genişləndirilməsi üçün kifayət deyildi. Əmtəə müna­sibətlərinin inkişafı və ayrı- ayrı təsərrüfat rayonları arasında iqtisadi pərakəndəliyin ləğvi gedişində insanların daha geniş miqyasda birləşməsinə tələbat yarandı. Bu tələbat yeni, daha sabit birlix forması olan millətin yaranmasına gətirib çıxartdı.
Millət kapitalizm cəmiyyətinin formalaşması dövründə qərar­laşmışdır. Sonralar kapitalizmin inkişafı gedişində iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsi nəticəsində bir çox xalqlar millətə çevril­dilər. Lakin xalqlar millətə çevrilmədən, yəni xalq kimi qala da bilir­lər. Genetik baxımdan tayfa xalqdan və xalq isə millətdən əmələ gə­lir. Lakin bu heç də həmişə belə olmur. Elə konkret hallar mövcud­dur ki, bir ölkə daxilində (Afrika və Asiyada belə ölkələr xeylidir) on­ların hamısı bir- birilə yanaşı və sıx qarşılıqlı təsirdə mövcud olurlar.
Millət insanların elə nisbi sabit birliyidir ki, o vahid dilə, əra­zi və iqtisadi birliyə xalqın ictimai psixologiyasında və mədəniyyətin spesifik cəhətlərində ifadə olunan ümumiliyə əsaslanır. Millət hə­cmcə daha geniş birlik forması və keyfiyyətcə daha yüksək so­sial hadisədir. O, mürəkkəb daxili struktura malİKdir. Beləliklə, millət aşağıdakı dörd əsas əlamət ilə səciyyələnir:
Birincisi, ərazi ümumiliyidir. Bu əlamətin mühüm rolunu on­dan görmək olar ki, böyük insan qrupları uzun illər ərzində məkan etibarilə bir- bilindən ayrılmış şəkildə yaşadıqda, onların eyni bir millətə mənsubiyyəti demək olar ki, aradan qalxır. Lakın eyni bir ərazidə yaşamaq da hələ özü- özlüyündə insanların vahid millət halında birləşməsi demək deyildir. Məsələn şərqi slavyan xalqları keçmiş SSRİ- nin ərazisində uzun müddət məskunlaşmalarına ba­xmayaraq burada rus və ukrayna millətlərinin formalaşması yalnız son əsrlərdə, kapitalizmin inkişafı nəticəsində baş vermişdir. Belorus millətinin təşəkkülü isə sovet dövründə olmuşdur.
İkinci əlamət dil ümumiliyidir. Milli dil dedikdə ümumxalq da­nışıq dili, millətin bütün üzvlərinin başa düşdüyü və ədəbiyyatda ınöhkəm qərarlaşmış dil başa düşülür. Yalnız bu səviyyədə götü­rülən dil ümumiliyi bir millətin tərkibini əhatə edən milyonlarla və on milyonlarla insanın birgə iqtisadi, siyasi və mənəvi həyatını təmin edə bilir. Lakin dil amilini mütləqləşdirmək doğru deyildir. Bəzən belə olur ki, bir neçə xalq eyni bir milli dildə danışır. Məsələn, ingilis dili ingiltərəlilərin, şimali amerikalıların və hətta, Yeni Zelandiya əha­lisinin vahid dilini təşkil edir. Yaxud da Almaniya və Avstriya xalqları alman dilində, ispanlar, meksikalılar və Kubalılar isə ispan dilində danışırlar. Deyilənlər sübut edir ki, millətin dil ümumiliyi ərazi ümu­miliyi ilə ayrılmaz vəhdətdə götürülməlidir
Millətin üçüncü və ən əsas əlaməti iqtisadi həyat ümumi­liyidir. Bu əlamət o demək deyildir ki, millətin bütün nümayədələri eyni bir məhsul istehsal edirlər. İqtisadi həyat ümumiliyi ölkənin müxtəlif rayonları arasında təsərrüfat fəaliyyətinin ixtisaslaşdırılması və onlar arasında ticarət- mübadilə əlaqələrinin möhkəmlənməsi əsasında əmələ gəlir. Buna görə də belə düşünmək doğru olar ki, kapitalizmin təşəkkülü və inkişafı prosesində həm də millətin iqtisadi cəhətdən birləşməsi baş verir.
Dördüncü əlaməti xalqın milli mentalitetində təsbit olunan psixiki həyat tərzinin ümumi cəhətləri təşkil edir. Hər bir millətin psikiki tərzi onun milli məişət xüsusiyyətləıində, xislətin­də, vərdişlərində, maraqlarında, mahnı, rəqs və folklorunda təzahür edir.
Millətyaradıcı əlamətlərdən danışarkən milli mənlik şüuruna xüsusi diqqət yetirilməlidir. Onun məzmununda millətin şüurlu surətdə öz varlığını, etniki mənsubiyyətini dərk etməsi əsas yer tutur. Yuxarıda sadalananlardan fərqli olaraq bu əlamət öz təbiətinə görə subyektiv xarakter daşıyır. Bu səbəbdən də bəzən ona lazımi əhəmiyyət verilmir. Əslində, o, millətin çox mühüm göstəricisidir. Çünki, real mövcud olan və normal fəaliyyət göstərən əsl millətdən yalnız o vaxt danışmaq olar ki, həmin millətin obyektiv əlamətləri, onun dəqiq ifadə olunmuş milli mənlik şüuru ilə tamamlanmış olsun. Milli mənlik şüuru öz daxili məzmunu və strukturuna görə mürəkkəb hadisədir. Burada aşağıdakılar əsas yeri tutur: xalqın öz keçmişini bilməsi və ona hörmətlə yanaşması (buna bəzən tarixi yaddaş da deyilir); milli ənənələrin və dilin qorunmasına daim qayğı göstə­rilməsi; milli şərəf və milli ləyaqət hissinin yüksək tutulması.
Yüklə 19,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin