Menecment idarəetmənin iqtisadi mexanizminin üsul, prinsip və funksiyalarını tətbiq etməklə, material, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə etmək yolu ilə



Yüklə 18,65 Kb.
tarix02.01.2022
ölçüsü18,65 Kb.
#45218
idareetme muh1


1.1 .MENECMENTİN(IDARƏETMƏNIN) MAHİYYƏTİ .Menecment nədir?

Menecment - idarəetmənin iqtisadi mexanizminin üsul, prinsip və funksiyalarını tətbiq etməklə, material, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə etmək yolu ilə, bazar şəraitində istənilən fəaliyyət növü ilə məşğul olan firmanın qarşısına qoyduğu məqsədə nail olması üçün həyata keçirilən peşəkar fəaliyyət növüdür. Deməli, qısa desək menecment-bazar iqtisadiyyatı, bazar və rəqabət şəraitində idarə etmədir və aşağıdakı məsələlərin həllini nəzərdə tutur; - nəzərdə tutulan qədər mənfəət əldə etmək üçün, firmanın fəaliyyətini bazarın tələb və təklifini, həmçinin konkret istehlakçının tələbatını ödəyə biləcək əmtəələrin istehsalına və xidmətlərin göstərilməsinə yönəltmək; - istehsal məsrəflərini azaltmaqla mütəmadi olaraq istehsalın səmərəliliyinin yüksəldilməsinə çalışmaq; - firmanın və onun istehsal bölmələrinin səmərəli fəaliyyətinə birbaşa məsul olan şəxslərə təsərrüfat fəalij^ətində müstəqillik vermək; - hüquq və səlahiyyətlərin vəhdətini və bərabərliyini təmin etmək; - bazarda tələb və təklifin vəziyyətindən və məqsədli bazarın konkret əmtəə və xidmətlərə olan münasibətindən asılı olaraq nəzərdə tutulan məqsəd və proqramlara düzəlişlər etmək; - əsaslandırılmış idarəetmə qərarlarının qəbul olunması üçün müasir məlumat bazası və kompyuter texnikasından geniş istifadə etmək; - optimal qərarlar qəbulu üçün çoxvarianth hesablamaların aparılmasını təmin etmək; - idarəetmə əməkdaşlarının əməyinin səmərəsini yüksəltmək məqsədilə onun avtomatlaşdırılması və mexanikləşdirilməsi səviyyəsini yüksəltmək; Menecment - firmanın öz məqsədinə nail olması üçün bütün səviyyələrdə idarəetmə aparatına peşəkar və rəhbərlik edəcəyi sahədə işin təşkili üçün zəruri bilik və təcrübəyə malik, ümumilikdə idarəetmənin başlıca funksiya və metodları ilə tanış olan kadrlar seçmək; - firmanın texniki və texnoloji səviyyəsini daim təkmilləşdinnək, yeni və modernləşdirilmiş əmtəələr istehsalına nail olmaq üçün, elmi-texniki tərəqqinin son nailiyyətlərini daimi olaraq istehsala tətbiq etmək; - material, əmək və maliyyə ehtiyatlarının optimal sərfinə nail olmaq yolu ilə, firmanın qarşısında duran ümumi məqsədinə çatması üçün əməyin kooperasiyasının təşkil olunmasına obyektiv zəruri təsir göstərmək. "Menecment", "menecer" tenninləri planlı təsərrüfat sistemində işlədilən "idarəetmə" "idarəetmə fəaliyyəti", "rəhbər", "direktor" terminlərinin analoqu olmaqla, bazar iqtisadiyyatı ilə idarə olunan təsərrüfat komplekslərinə aiddir. "Menecment" termini "idarəetmə" termininin xüsusi halı olmaqla bazar şəraitində sosial-iqtisadi proseslərin idarə edilməsində istifadə olunur. Deməli, "idarəetmə" daha geniş əhatə dairəsinə malik olmaqla, təbiətdə baş verən fiziki və insan fəaliyyətinin bütün növlərinə aid olan proseslərin idarə edilməsini də nəzərdə tutur. "Menecment" termini, Amerika mənşəli termin olmaqla, ingiliscə "managment" sözündən götürülüb və hərfi mənada başqa dillərə tərcümə olunmadığından, beynəlxalq aləmdə, bütün dillərdə "menecment" kimi işlənir. Bununla əlaqədar olaraq, gələcəkdə paralel olaraq eyni məzmuna malik olan həm "menecment", həm də "idarəetmə" terminləri işlədiləcəkdir. Menecment (idarəetmə) müstəqil peşəkar fəaliyyət növü olmaqla yanaşı, həm də onu nəzərdə tutur ki, menecerin (idarə edənin) fəaliyyəti onun işlədiyi firmada kapitalın mülkiyyət formasından asılı olmur. Menecer firmada muzdlu işçi kimi ə.H.Ələkbərov, M.Ə. Vəliyev, S.H.Piirhani İşləyib firmanın səhmdarı olmaya və ya həm də səhmdar olub menecer kimi də işləyə bilər. Menecerin əməyi məhsuldar əməkdir. Çünki onun əməyi, texnoloji prosesin, işçilərin yüksək səviyyədə ixtisaslaşma səviyyəsi ilə kombinasiya olunduğu şəraitdə bütövlükdə istehsal prosesinin tamlığını və ayn-ayn bölmələr arasında əlaqəni təmin edir. Deməli, menecer bütövlükdə firma, müəssisə və onun ayrıayrı bölmələri və müxtəlif ixtisasa malik mütəxəssislərini bir- biri ilə zəncirvari şəkildə birləşdirir. Bütövlükdə isə firmanın əldə edəcəyi son optimal nəticə bu birləşmənin (əlaqənin) səmərəliliyindən çox asılı olur. Peşəkar menecment deyir ki, idarəetmə sistemində subyekt kimi-idarəedici-menecer, obyekt kimi isə - idarə edilənbütövlükdə firmanın və ya onun konkret sahələrinin təsərrüfat fəalliy- yəti olmalıdır. Müasir dövrdə idarəetməyə və idarəedicinin öz sahəsində yüksək peşəkar vərdişlərə malik olmasına tələblər getdikcə artmaqdadır. Bu elmi-texniki tərəqqinin inkişafı, müəssisələrin istehsal miqyasının genişlənməsi, texnoloji proseslərin mürəkkəbləşməsi, firmaların öz fəaliyyətlərini diversifikasiya qaydasında genişləndirmələri və firmalar arasında kooperasiya əlaqələrinin artması ilə əlaqədardır. Hazırkı şəraitdə maliyyə, iqtisadi və təşkilati sahədə bütün məsələlərin idarə edilməsinin təşkili qaydaları peşəkarlar tərəfindən hazırlanır. Həm də onların həyata keçirilməsini nəzərdə tutan proqramlar və bu proqramların icrasına nəzarət də onlar tərəfindən yerinə yetirilir. Menecment nöqteyi-nəzərindən firmanın təsərrüfat fəaliyyəti deyəndə aşağıdakılar nəzərdə tutulur: iqtisadiyyatın sənaye, nəqliyyat, kənd təsərrüfatı, tikinti, bank işi, ticarət və s. kimi müxtəlif sahələrində gösrərilən fəaliyyət; firmanın təsərrüfat bölmələrində elmi-tədqiqat təcrübi konstruktor işləri, istehsalat, təchizat, satış, maliyyə və s. kimi mənfəət gətirməyə xidmət edən bütün fəalİ5^ət növləri; Menecment firmanın mənfəət əldə etməsinə xidmət edən digər fəaliyyət növləri. Beləliklə, "menecment" yalnız o kateqoriya firmalara şamil edilir ki, onlar öz fəaliyyətini mənfəət almağa yönəldirlər. Menecment yalnız sənaye təyinatlı firmalara deyil, bazar şəraitində müstəqil subyekt kimi fəaliyyət göstərən bütün təsərrüfat sahələrinə: banklara, sığorta cəmiyyətlərinə, turizm firmalarına, mehmanxanalara, nəqliyyat kompaniyalarına, səhiyyəyə və s. şamil edilir. Firmanın təsərrüfat fəaliyyətinin mənası ondan ibarətdir ki, istehsal prosesi bütövlükdə zəruri material, maliyyə və əmək ehtiyatlan ilə təmin olunsun və istehsalın vahid texnoloji prosesi təşkil edilsin; elmi-texniki tərəqqinin və firmanın özünün elmitexniki və təcrübi konstruktor işlərinin nəticələri ardıcıl olaraq yeni və modernləşdirilmiş əmtəə istehsalı və xidmət göstərilməsi üçün istehsalatda tətbiq olunsun; yeni, daha mükəmməl texnika işlənib hazırlansın və mövcud texnologiya təkmilləşdirilsin; tələbkar istehlakçıların yüksələn tələblərinə cavab verəcək yüksək keyfiyyətli məhsul istehsal olunsun; kommersiya əməliyyatları həyata keçirilsin; məhsula texniki xidmət təmin olunsun; istehsal prosesinin maddi-texniki təchizatı ödənilsin; müəssisə maliyyə vəsaiti və bütün səviyyələrdə əmək ehtiyatları ilə təmin olunsun. Menecment öz fəaliyyət dairəsinə daxil olan funksiyaları həyata keçirmək üçün təsərrüfat fəaliyyəti prosesində meydana çıxıb qarşılıqlı şəkildə fəaliyyət göstərən sosial-iqtisadi, texnoloji, texniki, sosial-psixoloji, sosial-etik problemləri həll etmək üçün özünün iqtisadi mexanizminə malikdir. Menecmentin iqtisadi mexanizminin mövcudluğu obyektiv olaraq onunla əlaqədardır ki, bazar iqtisadiyyatı şəraitində firmanın təsərrüfat və idarəetmə sahələrindəki fəaliyyətləri öz əsl qiymətini bazarda müxtəlif fonrıada həyata keçirilən mübadilə prosesi zamanı alır. Menecmentin iqtisadi mexanizmi dörd blokdan ibarətdir: firmadaxili idarəetmə; istehsalın idarə olunması; işçi heyətinin idarə olunması; firma ilə qarşılıqlı əlaqədə olub, firmadan kənar 9 ə.H. Ələkbərov, M. Ə. Vəliyev, S.H.Piirhani da fəaliyyət göstərən amillər. Bu blokların hər birinin geniş izahı müvafiq fəsillərdə verildiyindən, bu fəsildə onların izahı verilmir. İdarəetmənin inkişaf tarixi. İnsan cəmiyyəti inkişaf edib, sivilizasiya insanın gündəlik həyatında daha dərindən kök saldıqca, əmək alətləri və istehsal vasitələri təkmilləşib yeniləri meydana gəldikcə həll edilməli olan problemlər daha da mürəkkəbləşməyə başlamışdır. Bu mürəkkəbləşmiş, çoxsahəli problemlərin həlli yeni mükəmməl və mürəkkəb idarəetmə metodlarının yaradılıb, daha da inkişaf etdirilməsi tələbini qoymuşdur. Ümumiyyətlə, problem o vaxt yaranır ki, hər hansı bir məqsədə nail olmaq üçün müəyyən çətinliklər meydana çıxır

1.2. MENECMENTIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ Menecmentin son məqsədi, firmanın fəaliyyətində istehsalın idarə olunması və texniki-texnoloji bazanın inkişafı nəzərə alınmaqla, istehsal prosesinin səmərəli təşkili, eləcə də işçilərin ixtisasının artırılması və yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi vasitəsilə kadr potensialı və firmanın sərən26 Menecment camında olan digər ehtiyatlardan əlverişli istifadə etməklə mənfəətliyin təmin olunmasıdır. Firmanın mənfəətlə (gəlirlə) işləməsi onun istehsal-satış fəaliyyətinin səmərəliliyinə dəlalət edir ki, bu da istehsal prosesinə qoyulan bütün xərelərin minimumlaşdırılması və yüksək keyfiyyətli məhsul istehsalı və xidmət göstərilməsi nəticəsində əldə edilir. Menecment firmanın müvəffəqiyyətli fəaliyyəti üçün elə şərait yaratmalıdır ki, mənfəət firmanın fəaliyyət göstərməsinin səbəbi yox, onun səmərəli fəaliyyətinin nəticəsi olsun. Bunu isə istehsal olunan əmtəə və göstərilən xidmətin istehlakçıların tələb və tələbatlarım nə dərəcədə ödəməsindən asılı olaraq bazar müəyyənləşdirməlidir. Deməli, menecment fəaliyyətinin səmərəli olub-olmamasını axır nəticədə bazar meydana çıxarır. Mənfəət finnanm gələcək fəaliyyətinin, onun genişlənməsinin, inkişafının yeganə təminatçısıdır. Belə ki, bazar şəraitində əmtəələrin satılması ilə əlaqədar olaraq tez-tez meydana çıxan gözlənilən və gözlənilməyən təhlükələri mənfəətdən ayırmalar hesabına yaradılmış müxtəlif fondlara toplanmış pul vəsaiti hesabına aradan qaldırmaq mümkündür. Məlumdur ki, rəqiblərin vəziyyətindən, istehlakçıların tələb və tələbatından, maliyyə vəziyyətindən, bütövlükdə ölkədə və istehsal sahəsində olan rəqabətin səviyyəsindən, beynəlxalq əmtəə bazarında ticarət şəraitindən, ictimai-siyasi və iqtisadi amillərdən, ölkə daxilindəki siyasi mühitdən asılı olaraq bazarda situasiya daim dəyişikliyə məruz qalır. Bunların nəticəsində daimi olaraq hər bir firma üçün təhlükələr meydana çıxır. Bununla əlaqədar bu şəraitdə menecmentin məqsədi nəinki indiki, hətta gələcəkdə də baş verə biləcək təhlükələri aradan qaldırmaqdan ibarətdir. Bunun da öhdəsindən gəlmək üçün ehtiyat maliyyə vəsaitlərinin olması və dəyişən şəraitə daha tez alışıb, çevik tədbirlər görmək üçün menecerlərə təsərrüfat fəaliyyətinin idarə olunmasında müəyyən sərbəstlik və hüquqlar verilməsi zəruridir. 27 ə.H.Ələkbərov, M.Ə. Vəliyev, S.H.Piirhani Menecmentin başlıca vəzifəsi əldə olan maddi, maliyyə və əmək resurslarından səmərəli istifadə etməklə, elə əmtəə və xidmətlərin istehsalını təşkil etməkdir ki, onlar istehlakçıların zəruri tələblərinə cavab verməklə, müəssisənin fəaliyyətinin rentabelliyini və onun bazarda stabil vəziyyətini təmin etsin. Göstərilənlərin təmin olunması ilə əlaqədar olaraq menecmentin vəzifələri aşağıdakılardan ibarətdir: -işçi heyətinə daha yaxşı iş şəraiti yaratmaq, mövcud imkanlar daxilində onların əmək haqqını yüksəltmək; əmək prosesinin bütün səviyyələrində yoldaşlıq əməkdaşlığı qurmaq; yaradıcılıq atmosferi yaratmaq; firma əməkdaşlarının sərf etdikləri əməyin kəmiyyət və keyfiyyətindən asılı olaraq maddi həvəsləndirmə sistemini həyata keçirmək; -yeni texnika və texnologiyaya yiyələnmiş yüksək ixtisaslı kadrlardan istifadə etməklə istehsal prosesinin avtomatlaşdırıl - masını təmin etmək; -firmanın bütün bölmələrinin fəaliyyətini əlaqələndirmək, firmanın səmərəli fəaliyyət göstərməsinə daim nəzarət etmək; - daimi olaraq yeni daxili və xarici bazarm axtanhb tutulması; -firmaya təsir göstərən daxili və xarici mühit amillərini nəzərə almaqla finnanm inkişafının konkret məqsədlərini müəyyənləşdirmək; - finnanm strateji inkişafının işlənilməsi; -qarşıya qoyulan cari və strateji məqsədlərdən asılı olaraq zəruri ehtiyatların və onların mənbələrinin müəyyənləşdirilməsi; -qarşıya qoyulan məqsədə çatmaq üçün əlverişli nəzarətin təmin edilməsi. Menecmentin yuxarıda göstərilən məqsəd və vəzifələrin öhdəsindən necə gəlməsi, öz zəruri funksiyalarını necə yerinə yetirməsi öz qiymətini axır nəticədə firmanın istehsal etdiyi əmtəə və xidmətlərinə olan tələbatdan asılı olaraq bazarda alır. Menecmentin vəzifəsi istehsal miqyasının genişlənməsi və bununla əlaqədar olaraq material, maliyyə, əmək və digər ehtiyatlara olan tələbatın artması ilə daha da mürəkkəbləşir. 28 Menecment 1.6. MENECER VƏ ONUN FUNKSİYALARI Müasir mənada "menecer" bazar şəraitində fəaliyyət göstərən firmanın təsərrüfat fəaliyyətinin konkret növləri üzrə qərar qəbul edilməsində müəyyən hüquqlara malik olub, haqqı ödənilməklə daimi vəzifə tutan rəhbər və ya idarəedicidir. "Menecer" termini hazırda çox geniş yayılmışdır və aşağıdakı hallarda işlənilir: -ayrı-ayrı bölmələr və ya məqsədli proqram qrupları çərçivəsində konkret fəaliyyət növlərinin təşkilatçısı; bütövlükdə müəssisənin və onun ayrı-ayrı bölmələrinin rəhbəri; -tabeçilikdə olanların rəhbəri; -müasir metodlarla iş təşkil edən, idarəetmənin istənilən səviyyəsində rəhbər; -müəssisə (təşkilat) adından çıxış edib, onu başqa təşkilatlarda təmsil edənlər. Bazar şəraitinə xas olan təhlükələr və qeyri-müəyyən situasiyalar şəraitində qərar qəbul edilməsi prosesində menecer fəaliyyəti müstəqillik və məsuliyyət tələb edir. Bunlar da onu yeniliklər nəzərə alınmaqla optimal təşkilati və elmi-texniki qərarlar qəbul edilməsi yollarının axtarıb tapılmasına təhrik edir. İstənilən səviyyədə olan menecerə aşağıdakı çox yüksək tələblər qoyulur: -müəssisənin idarəedilməsi sahəsində ümumi bilik və bacarığa malik olmaq; -müəssisənin təsərrüfat fəaliyyətinin növü və xarakterindən asılı olaraq aid olduğu sahədə qabaqcıl texnoloji proseslər sahəsində səriştəlilik; -inzibatçılıqla yanaşı, həm də sahibkarlıq vərdişlərinə malik olmaq, bazarda situasiyanı ələ almağı bacarmaq və təşəbbüskar olmaq; -yaranmış təhlükələri dərk edib onun aradan qaldırılması yollarım tapmaq və yeni meydana çıxmış imkanlardan istifadə etmək məqsədilə, firmanın ehtiyatlarını yenidən bölməklə onları daha sərfəli sahələrə yönəltməyi bacarmaq; 29 ə.H.Ələkbərov, M.Ə. Vəliyev, S.H.Pürham -Özündən aşağı səviyyə rəhbərləri və işçilərlə razılaşma əsasında əsaslandırılmış düzgün qərar qəbul etmək və onun yerinə yetirilməsi üçün hər bir işçinin iştirak dərəcəsini müəyyənləşdirib onlar arasında bölüşdünnək qabiliyyəti; -artıq fəaliyyət göstərdiyi və ya göstərmək istədiyi bazarlarda, yaxud onların seqmentlərində olan iqtisadi situasiyanın təhlili sahəsində bilik və praktiki təcrübəyə malik olmaq; -rəqib fırmalarm fəali}^ət sahələrini bilmək və onlann hərəkət və fəaliyyətlərini təhlil edib müvafiq qərar qəbul etmək bacarığı; -firmanın öz mövqeyini saxlamaq və möhkəmləndirmək istədiyi bazarlarda mövcud və potensial vəziyyəti, öz ölkəsində və maraqlı olduğu digər ölkələrdə iqtisadiyyatın dövlət tənzimlənməsi tədbirlərini, təsərrüfat konyukturası və tələbin xüsusiyyətlərinin dəyişmə istiqamətlərini görməyi bacarmaq qabiliyyəti. Bütün bunlarla yanaşı, istənilən səviyyədə menecerə olan başlıca tələb insanları idarə etməyi bacarmaqdır. İstənilən səviyyədə olan menecer bunun öhdəsindən gəlməzsə, o heç bir vaxt firmanı qarşısında duran məqsədə çatdıra bilməz. Buraya aşağıdakılar aiddir: -özünün birbaşa tabeliyində olan işçiləri tanımalı, onların hər birinin adını bilməli, hər birinə formalaşmış şəxsiyyəti, mədəni səviyyəsi və tutduğu mövqedən asılı olaraq fərdi yanaşmağı bacarmalıdır; -firmanın qarşısında qoyulan məqsədə nail olması üçün görüləcək işləri işçilər arasında onların bilik, bacarıq və imkanlarını nəzərə almaqla bölüşdürməyi bacannalıdır; -firmanın və işçilərin maraqlarını ədalətli şəkildə müdafiə etməli və birinin digərinə olan münasibətini aydınlaşdırarkən haqsızlığa yol verməməlidir; -firmanın düzgün fəaliyyət göstərməsi və kollektivin birliyini təmin etmək məqsədilə bacarıqsız işçilərdən xilas olmağı bacarmalıdır; -öz davranışı və hərəkətləri ilə kollektivdə sağlam yoldaşlıq və qarşılıqlı əməkdaşlıq mühiti yaratmağı bacarmalıdır. 30 Menecment Firma unutmamalıdır ki, o, öz işçilərinin əməyi sayəsində fəaliyyət göstərir. Ona görə də firma mənfəət götürmək məqsədilə özünün müştərilərinin - istehlakçılarının tələbatlarına cavab verən əmtəə və ya xidmət istehsal etmək qayğısına qaldığı kimi, daimi olaraq özünün işçilərinin də qayğısına qalmalıdır.
Yüklə 18,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin