Meşə döşəməsi (xəzəli)



Yüklə 388,94 Kb.
səhifə1/11
tarix21.04.2022
ölçüsü388,94 Kb.
#55942
  1   2   3   4   5   6   7   8   9   10   11
lab7


Torpağın xarici görünüşünü əks etdirməklə şaquli istiqamətdə bir-birini əvəz edən ayrı-ayrı genetik qatları onun quruluşunu təşkil edir. Burada ayrı-ayrı genetik qatlar bir-birindən özünün rəngi, mexaniki tərkibi, strukturası, kipliyi, yenitörəmə və mədxulları və b. morfoloji əlamətləri ilə fərqlənir. Bu qatlarda gedən kimyəvi və bioloji proseslər də eyni olmayıb, torpaqəmələgəlmə prosesi ilə istehsalatda istifadə ilə əlaqədar dəyişikliyə uğramış olur. Torpağın tam və yaxşı inkişaf etmiş profilində dörd genetik qat fərqləndirilir ki, bunlar da özlüyündə yarımqatlara bölünür. Hər bir genetik qat digərindən hərfi işarələrlə (indekslərlə) fərqləndirilir. Bunlar aşağıdakılardır (şəkil 8.1):

    1. çürüntülü–akkumulyativ qat, “A” hərfi ilə işarə edilir. ”A” qatı torpağın genezisi və istifadəsindən asılı olaraq bir neçə yarımqata bölünür: A0 – meşə döşəməsi (xəzəli), Aş – şum (əkin) qatı, Aç – çim qatı, A1 - əsl akkumulyativ humus qatı, A2 – ellüvial qat (elluvo – latınca yuyulma qatı), buradan qida maddələri, humus, kolloid maddələr alt “B” qatına – illüvial qata yuyulur, At – torf qatı (torflu bataqlı torpaqlara xasdır).

    2. İllüvial “B” qatı – torpaq profili üzrə keçid qat, yaxud yuyulub toplanma qatı (illuvo - latınca yuyulub toplanma deməkdir) adlanır. Adətən bu qatda kimyəvi element bitləşmələri, narın dispersli gil hissəciklər, dəmir və manqan hidroksidlərinin birləşmələri və eləcə də mütəhərrik humus, karbonat və asan həll olunan duzlar yuyulub toplanmış olur. Torpaq profilinin tam inkişaf səviyyəsindən, karbonatların, sulfatların, o cümlədən gipsin toplanmasından asılı olaraq illüvial “B” qatı B1, B2 , Bk , Bp və Bk yarımqatlarına bölünür.




Yüklə 388,94 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin