Metrologiya elminin inkişaf mərhələləri



Yüklə 20,03 Kb.
tarix06.11.2019
ölçüsü20,03 Kb.
#29528
Metrologiya elminin inkişaf mərhələlər1

Metrologiya elminin inkişaf mərhələləri

Metrologiya - ölçmə ilə əlaqəsi olan yaradıcılıq növü və bilik sahəsidir. Metrologiya termini iki yunan sözünün birləşməsindən əmələ gəlmişdir: metron-ölçmə və loqos –öyrənmə, təlim . Metrologiya bir elm kimi və təcrübi olaraq ölçməyə başlanan vaxtlar­dan yaranıb. Hər ölkədə öz ölçü vahidlərindən istifadə olunurdu. “Dirsək” (lokot), düymə (baş barmağın eni), fut (ayağın uzunu) XVIII əsrin sonlarında Rusiyada ayrı ölçü vahidləri (verst, arşin). I Pyotrun göstərişinə görə Rusiyada ingilis ölçü vahidlərinin işlənməsinə başlanıldı: funt, unsiya, qram (kütlə vahidi), uzunluq – dəniz mili, fut, düymə, yard işləndi


Bu elm elmi-tədqiqat, müşahidə , axtarış, təcrübə , layihələndirmə , istehsal və istismar proseslərinin təşkilinə və gedişinə kömək etmək məqsədi ilə müxtəlif obyektləri və ya onlarda gedən prosesləri müqayisə etmək üçün lazım olan ölçü məlumatlarının əldə edilməsi üsulları və vasitələri haqqında məlumatlar verir.Metrologiya işi standartlaşmanın ən əsas bir hissəsini əhatə edir.Bütün metroloji məsələlər bu sahəyə aid olan dövlət standartlarının köməyi ilə həyata keçirilir.İndi heç bir mütəxəssiz elmi texniki tərəqqini keyfiyyətcə xarakterizə edən ölçmələr olmadan keçinə bilməz. Müasir səviyyədə metrologiya anlayışı lazımi səviyyədə ölçü dəqiqliyini və ölçü vasitələrini təmin edən ölçmələr , ölçmə metodları və vasitələri haqqında elm kimi başa düşülür.
Müasir yanaşmada metrologiya –ölçmələr, metodlar və onların vəhdətliyini təmin edən xassələr və tələbolunan dəqiqliyə çatmaq üsulları haqqında elmdir.

Ölçmələrin vəhdətinin təminatı probleminin yaşı bəşəriyyətin yaşı ilə eyniləşdirilir.İnsan öz əməyinin nəticəsini satmağa və ya dəyişməyə başlayan andan bu əməyin ekvivalenti haqqında sual meydana çıxmışdır. Həmin müddətdən I olaraq uzunluğun, sahənin, həcmin, kütlənin ölçülməsi tələb olunmuşdur. Məs, Avropa ölkələrində düym- şəhadət barmağı - 1d =1/12 fut =0.254m=2.54 sm Fut- ayağın altı , pəncəsi- 1F= 12 düym =0.3048 m= 1/7 sajın


Beynəlxalq sistemdə əsas vahidlər aşağıda verilmişdir :

Metr (beynəlxalq şərti işarəsi -m)

Kiloqram (beynəlxalq şərti işarəsi-kq) ölçü- M- kütlə vahidi Ölçü və Çəki üzrə Beynəlxalq Büroda saxlanılan beynəlxalq prototipin kütləsinə bərabərdir.

Saniyə (beynəlxalq şərti işarəsi- s , ölçü T)

Amper (beynəlxalq şərti işarəsi –A ölçü I) –elektrik cərəyanı şiddətinin vahidi

Kelvin (beynəlxalq şərti işarəsi K ,ölçü)-termodinamik temperatur vahidi

Kandel (şam) (beynəlxalq şərti işarəsi cd ,ölçü Beynəlxalq vahidlər sistemində işıq şiddətinin vahidi

Mol (beynəlxalq şərti işarəsi mol ,ölçü)-maddə miqdarının vahidi

Sİ sistemində 2 əlavə vahid- radian və steradian ayrılmışdır:

Radian (beynəlxalq şərti işarəsi rad ) –müstəvi bucağının ölçü vahidi.Qövsün uzunluğu radiusa bərabər olan çevrənin iki radius arasındakı daxili bucağına bərabərdir.

Steradian (beynəlxalq şərti işarəsi sr) –cisim bucağının ölçü vahidi.
Steradian – təpəsi sferanın mərkəzində olan , tərəfi radiusa bərabər olan kvadratın sahəsi qədər həmin sferanın səthindən ayrılmış sahəyə bərabər olan cisim bucağıdır. Elm və texnikanın inkişaf tələblərini təmin etmək üçün müxtəlif vahidlər sistemi istifadə edilmişdir. Praktiki elektrik vahidləri: volt, om , vatt. Hal-hazırda MKSA sistemi Beynəlxalq Vahidlər Sisteminin tərkib hissəsidir.
Azərbaycan Respublikasının müstəqil inkişaf yoluna qədəm qoyması nəticəsində respublika üçün standartlaşma, metrologiya və patentləşmə agentliyinin təşkil olunması nəticəsində beynəlxalq tələblərə cavab verən dövlət təşkilatı strukturasının yaradılmasına səbəb olmuşdur.
Azərbaycan Respublikasında bu sahədə baş təşkilatların , baza təşkilatların, elmi-tədqiqat institutlarının, konstruktor-layihə, metrologiya cihazlarının, metroloji laboratoriyaların , cihazqayırma müəssisələrinin, təhsil ocaqlarının, standartlaşma və metrologiya xidmətinə aid xüsusi qanunun yaradılması işinə başlanılmışdır. Bu sahədə qanunlar və təşkilatlar yaradılmışdır.

Metrologiya donub qalmış və dəyişməyən bir elm deyildir.


Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 27 dekabr tarixli 623 saylı Fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırm və Metrologiya və Patent Agentliyi yarandıqdan sonra elmdə, texnikada və cəmiyyətdə metrologiyanın rolu artmışdır.
Standartlaşdırmanın inkişaf tarixi.

Standartlaşdırmanın elementləri o zaman meydana çıxmışdı ki, hələ bu barədə heç bir termin yox idi. Buna aşağıdakıları misal göstərmək

olar: Misirdə fironlar piramidaların tikintisində müəyyən diametrlərə malik borulardan Standartlaşdırmanın elementləri o zaman meydana çıxmışdı ki, hələ bu barədə heç

bir termin yox idi.

Standartlaşdırmanın metodik əsaslarının vacib prinsiplərindən biri olan "nisbi ölçülər prinsipi belə baş parmetrə əsaslanır ki, maşının istənilən hissəsinin bütün ölçüləri öz

aralarında bir sıra amillərdən irəli gələn asıllıqlarla bağlıdır. Bu prinsiplər ilk dəfə 4200 il bundan əvvəl qədim Misirdə inşaat texnikasında katapultun hazırlanmasında

tətbiq edilmişdir. Standartlaşdırmaya əsaslanmış qurulmanı qeyd edirlər.

İstifadə edilən daşlar dəqiq ölçülərə malikdir və bunsuz mühəndis fəaliyyəti sahəsində tarixçilər adətən qədim Misirdə piramidaların düzgün həndəsi formasını, onların uzun müddət saxlanılmasını təmin etmək mümkün olmazdı.



Vavilon qülləsinin hündürlüyü 90m-dir. Onun tikintisində 85 mln. dəqiq ölçülü bişmiş kərpiç istifadə edilmişdir. fərqli olaraq burada bağlayıcı kimi

asfaltdan istifadə edilmişdir. hündürlüyü 15 m olan qüllənin yuxarı mərtəbəsinə göy şirələnmiş kərpicdən üz çəkilmişdir ki, bunun da hazırlanması nəinki standart

ölçülərin, həm də stabil resepturanın dürüst gözlənilməsinin nəticəsidir.

Müasir tarix hesabı ölkələrin çoxu üçün standartdır. Bir sıra ölkələrin öz tarix hesabı sistemi mövcuddur və onlar bu və ya digər ölkə miqyasında standartdır.

Əlverişli qiymətə lazımi keyfiyyətli mal əldə etmək, eləcə də, təhlükəsiz və komfortlu əmək hüquqlarını təmin edən, yerinə yetiriləsi məcburi və yaxud tövsiyə xarakteri

daşıyan tələblərin, pozulmaların, qaydaların və xassələrin işlənib təyin edilməsinə yönələn fəaliyyətə standartlaşdırma deyil

1906-cı ildə ilk dəfə olaraq Bakı şəhəri içərisində yerli icra haimiyyəti orqanının xüsusi qərarı ilə 4 nəfərdən ibarət tərkibdə 25№-li yoxlama köşkü fəaliyyətə başlamışdır. Elə həmin ildə Qafqaz ölkələri ıda ölçmə və çəki vasitələrinin yoxlanması məntəqələri təşkil olunmuşdur.

- 1926-ci ildə bütün ölkə ərazisində elektrik sayğaclarının dəqiqliyinin məcburi yoxlanması barədə qərar qəbul olunmuşdur. Bu da Sovet respublikaları içərisində bir ilk olaraq tarixə düşüb. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq bu sahəyə diqqət artmış, işin keyfiyyətli görülməsi üçün yeni-yeni ideyalar yaranmışdır.

- 1931-ci ildə ölçmə və çəki vasitələrinin yoxlanması palatası Standartlaşdırma üzrə Büro şəklində təşkil olunmuş, əlavə səlahiyyətlər verilmiş, yeni laboratoriyalar yaranmışdır.

- 1966-cı ildə Azərbaycan SSR Nazirlər Soveti tərkibində yaradılmış standartlaşdırma üzrə Komitəsinə respublika əhəmiyyətli standartlara və ölçmə vasitələrinə dövlət nəzarəti laboratoriyası, eyni funksiyalı Kirovabad rayonu (hazırki Gəncə şəhəri) laboratoriyası və 39 müvəqqəti məntəqə daxil idi.

- Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikada standartlaşdırma və metrologiya üzrə dövlət siyasəti Nazirlər Kabineti tərkibində fəaliyyət göstərən Standartlaşdırma və Metrologiya Mərkəzi tərəfindən aparılırdı.

Bu sahələrin inkişafı və köklü irəliləyişlər isə milli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2001-ci il 27 dekabr tarixli, 623 saylı fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılmışdır.


- "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə Dövlət Agentliyinin bazasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılmışdır.
- Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Komitənin Əsasnaməsini rəhbər tutur.
Komitə Azərbaycan Respublikasının texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Yüklə 20,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin