Standart - tətbiqi vacib sayılan elm, texnika və gündəlik təcrübələrin nailiyyətlərinə əsasən yerinə yetirilmiş və standartlaşdırma üzrə aparılmış konkret işlərin nəticəsidir. Bu, normativ texniki bir sənəd olub, standartlaşdırma obyektinə norma, qayda və tələbat komplekslərini qoyur və müvafiq orqan tərəfindən təsdiq edilir. Bir sözlə standart – norma, qayda, təlimat, nümunə və etalondur. Ona riayət olunmadıqda və tələblər yerinə yetirilmədikdə qanunla cəzalandırılır.

Hal-hazırda Azərbaycan Respublikasında çertyoj qrafiki işlərin tərtibində Sovetlər sistemində işlənmiş və bütün Müstəqil Dövlətlər Birliyi tərəfindən qəbul edilmiş ГОСТ –la müəyyən olunmuş qaydalar istifadə edilir.
Standartlarda çertyojların tərtibi üçün istifadə olunan formatlar, miqyaslar, xətlər, şriftlər və s. tətbiqi ilə bağlı məlumatlar və tələbatlar sistemləşdirilir.
Format – çertyoj və ya konstruktor sənədləri yerinə yetirilən vərəqin ölçülərinə deyilir.

Çertyojlar, çertyoj üçün nəzərdə tutulmuş müəyyən olçülü (format) vərəqlərdə yerinə yetirilir. Çertyoj vərəqləri Dövlət standartı QOST 2.301-68-ə uyğun olaraq əsas və əlavə formatlardan ibarətdir. Standarta görə beş əsas və bir neçə əlavə formatlar vardır. Əsas formatların işarələri və tərəflərinin ölçüləri aşağıdakılardır.
Formatların tərəflərinin ölçüləri göstərilən nazik bütöv xətlə çəkilmiş xarici çərçivəyə əsasən götrülür

Əsas yazı çertyoj vərəqinin, formatın sağ tərəfinin aşağı hissəsində yerləşdirilir. QOST 2.104-80 əsas yazının iki formasını müəyyən etmişdir: forma-1 çertyoj və sxemlər, forma-2 mətnli sənədlər üçün. Şəkildə forma-1 və onun A4 formatında yerləşdirilməsi verilmişdir.

Çertyojda təsvir edilən detalın xətti ölçülərinin onun həqiqi ölçülərinə olan nisbətinə miqyas deyilir. Təsvirlərin miqyasları və onların çertyojda işarələnməsi QOST 2. 302-68-ə uyğun olaraq seçilir. Çertyojlarda təsvirin miqyası əsas yazıda xüsusi miqyas qrafasında 1:1, 1:2 və ya 2:1 kimi yazılır. Çertyojdakı hər hansı bir təsvir əsas yazıda göstərilən miqyasdan fərqli bir miqyasda çəkilsə onda bu təsvirin yuxarı hissəsində miqyas göstərilir. Məsələn: 1:2 yazılışı detalın təsvirinin onun həqiqi ölçüsündən iki dəfə kiçik, 2:1 yazılışı isə detalın təsvirinin onun həqiqi ölçüsündən iki dəfə böyük çəkilməsini göstərir. Təsvirin hər hansı miqyasda yerinə yetrilməsindən asılı olmayaraq çertyojda həmişə həqiqi ölçülər yazılır.

Standart miqyaslar:
1. Kiçiltmə: 1:2; (1:2,5); 1:4; 1:5; 1:10; və s.;
2. Həqiqi (natural) ölçü : 1:1;
3. Böyütmə: 2:1; (2,5:1); 4:1; 5:1; 10:1; və s.
Xətlər Dövlət standartı QOST 2.303-68-ə görə çertyojda 9 növ xətt işlədilir. Əsas qalın bütöv xəttin S qalınlığı çertyojun ölçüsü və mürəkkəbliyindən asılı olaraq 0,6-dan 1,5mm-ə qədər qəbul edilmişdir. Nazik xəttlərin qalınlığı isə S/3 ÷S/2 arasında götürülür. Cədvəl 1.1-də xətlərin növləri, qalınlıqları və əsas tətbiq sahəsi göstərilmişdir.