Mhazirə Dielektriklər. Statik sahələrdə dielektrik xassələri. Polyarizasiyanın növləri. Dipolun polyarizasiyası. Spontan polyarizasiya. Piro və seqnetoelektriklər. Dielektrik itkilərinin növləri



Yüklə 39,76 Kb.
səhifə1/3
tarix14.12.2023
ölçüsü39,76 Kb.
#179671
  1   2   3
Muhazire 4


Mhazirə 4.
Dielektriklər. Statik sahələrdə dielektrik xassələri. Polyarizasiyanın növləri.Dipolun polyarizasiyası.Spontan polyarizasiya.Piro və seqnetoelektriklər.Dielektrik itkilərinin növləri

Dielektriklər elektrik cərəyanını pis keçirən maddələr hesab edilir. Keçiriciliyi çox az ( ) maddələr dielektriklər adlanır. Onların əsas kriteriyası relaksasiya müddəti adlanır: , burada Ф/м – elektrik sabiti ,  – nisbi dielektri nüfuzluğu,  – xüsusi keçiricilikdir. Əğər olarsa, onda material dielektrik adlanır.Onların tərkibi əsasən üzvü biləşmələrdə ibarət olub molekulyar quruluşa malikdirlər. Əgər molekul simmetrik quruluşa malikdirsə, onda xarici sahə olmadıqda müsbət və mənfi yüklərin ağırlıq mərkəzləri üst-üstə düşər və molekulun dipol momenti sıfra bərabər olar. Belə molekullardan ibarət olan dielektriə qeyri-polyar dielektrik deyilir. Məs.O2; H2; C6H6 və s. Xarici elektrik sahəsinə daxil etdikdə molekul simmetrikliyini itirir və elektrik sahəsinin təsiri ilə müsbət yük sahə istiqamətində, mənfi yüklər isə əks istiqamətdə yerdəyişir. Nəticədə yüklərin ağırlıq mərkəzləri bir-birindən uzaqlaşır. Molekul dipola çevrilir. Belə dipol elastiki dipol adlanır. Xarici sahənin qiymətindən asılı olduğu üçün elastiklik xüsusiyyətinə malik olur. Sahə kəsildikdən sonra molekul simmetrik olur.


Əgər molekul asimmetrik quruluşa malikdirsə, xarici sahə olmadıqda mənfi və müsbət yük mərkəzləri üst-üstə düşmürlər. Belə molekullu dielektriklər polyar dielektriklər adlanır. Onlar dipol momentinə malik olur və molekulun quiruluşu ilə müəyyən olunur və xarici elektrik sahəsindən asılı olaraq yerini dəyişmirlər. Ancaq onların istiqamətini nizamlayır. Belə molekullar, yəni real molekullar xarici sahə ilə yalnız nizamlanmır, eyni zamanda deformasiyaya uğraya bilirlər.Bu zaman induksiya nəticəsində dipol momenti yaranır.
Dielektriklər molekulların quruluşuna görə iki qrupa bölünür: ion və elektron tipli.

  1. İon tipli dielektriklərdə molekullar təklənmiş halda baxılmır.Onlar kristallik quruluşa malikdirlər.Fəza qəfəsinin dqyqnlərində müxtəlif işarəli ionlar yerləşir.Belə kristala iki altqəfəsdən ibarət sistem kimi baxmaq olar.Bir qəfəs müsbət, digəri mənfi ionlardan təşkil olunnub. Məs. NaCl; KCl və s.

  2. Elektron tipli qeyri dielektriklərdə elektron polyarazasiyası- qeyri-polyar molekulda dipol momentinin yaranmasıdır. Elektron polyarizasiyası xarici sahənin təsiri ilə nüvəyə nəzərən elektron təbəqəsinin yerdəyişməsidir.Qeyri-polyar molekulda elektron təbəqəsinin deformasiyası temperaturdan asılı deyil.Dipol momenti yalnız ayrı-ayrı molekulllarda deyil, makroskopiq həcmə malik maddələrdə yarana bilər.


Yüklə 39,76 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin