Reseptor vasiTƏLİ endositoz klatrin öRTÜKLÜ Pİnositoz



Yüklə 25,67 Kb.
tarix02.01.2022
ölçüsü25,67 Kb.
#46492
histo referat


KAVEOLALAR

Kaveolalar hüceyrə zarı ilə nazikləşmiş boyun vasitəsilə birləşmiş qovuqcuqlar olub bütün hüceyrə formalarında, ən çox isə endotel hüceyrələrində təsadüf edilir. Kaveolaların divarında hüceyrə zarı sallarının təşkilində iştirak edən molekulların tapılması bu iki törəmə arasında sıx əlaqə olduğunu göstərir. Kaveolaların əmələ gəlməsində salların tərkib hissələri ilə yanaşı, xolesterin və yağ turşusu zəncirləri ilə rabitədə olan kaveolin zülalının xüsusi rolu vardır.Kaveola nahiyəsində bir çox reseptorların, siqnal molekullarının olması onların hüceyrə daxilində siqnalizasiya mərkəzi rolu olduğunu göstərir.Kaveolalar hüceyrə zarı ilə əlaqəni itirməmək şərti ilə, bəzi kiçik molekulları sitoplazmaya keçirməkdə iştirak edirlər. Patositoz adlanan bu proses zamanı molekullar (məs., xolesterin) ancaq kaveolaların divarı ilə əlaqəyə girdikdən sonra diffuziya yolu ilə sitoplazmaya daxil ola bilirlər.

RESEPTOR VASİTƏLİ ENDOSİTOZ – KLATRIN ÖRTÜKLÜ PİNOSİTOZ

Reseptor vasitəli endositoz müxtəlif qrup maddələrin - liqandların(məs., transferrin, az sıxlıqlı lipoproteinlər, toksinlər, immunoqlobinlər,böyümə faktorları, bəzi viruslar) - sitoplazmaya daxil olmasında iştirak edir.Hüceyrə zarında ancaq göstərilən liqandlarla birləşmə qabiliyyətinə malik xüsusi reseptor rolunu oynayan inteqral zülalın olmasıdır. Örtüklü qovuqcuqların yaranmasında klatrin zülalının rolu aşkar edilib.Örtüklü nəqliyyat qovuqcuqlarının əmələ gəlməsində reseptor rolunu, əsasən inteqral zülallar, adapter (çeşidləyici) zülallar (arestin və AP-2), klatrin, dinamin və amfifizin zülalları oynayırlar.Adapter rolunu oynaya bilən dörd zülal (Adapter proteins AP-1, AP-2,AP-3, AP-4) müəyyən edilmişdir. Onlardan endositoz prosesində ancaq AP-2 zülalı iştirak edir.Klatrin zülalı üç ağır (190 KD) və Üç yüngül (30 kD) zəncirdən təşkil olunmuşdur. Ağır və yüngül zəncirlər üçayaqlı bir quruluşu – triskelionu əmələ gətirirlər .AP-2 zülalı liqand-reseptor kompleksi ilə birləşəndə klatrin molekulları ilə də əlaqə yaradır və hüceyrə zarı üzərində haşiyələnmiş çuxurcuq əmələ gətirir, klatrin və AP-2 molekulları bir-biri ilə birləşərək beş və ya altı tərəfli dəlikləri olan səbətəbənzər tor yaradırlar. Torun yaranması ilə paralel olaraq triskelion kompleksi üçölçülü fəza quruluşunu dəyişərək haşiyəli çuxurcuğu dərinləşdirir və onu qovuqcuğa çevirir.Dinamin zülalinin molekulları bir-biri ilə birləşərək qovuqcuğun boynunu hər tərəfdən əhatə edən halqa (boyunduruq) əmələ gətirirlər, hüceyrə zarından ayrılır. Beləliklə,hər tərəfdən klatrin və AP-2 zülalları ilə örtülmüş və daxilində hüceyrə zarının bir hissəsilə birlikdə reseptor-liqand kompleksi olan örtüklü qovuqcuq sitoplazmaya daxil olur Örtüklü pinositoz qovuqcuqlar sitoplazmaya daxil olan kimi xüsusi Faktorların (istilik şoku zülalları, şaperonlar) köməkliyi ilə KLATRIN və AP-2 örtüyündən azad olunurlar



Ekzositoz – hüceyrə daxilində sintez olunmuş və ya müxtəlif proseslər zamanı meydana çıxmış metabolik əhəmiyyəti olmayan törəmələrin hüceyrə zarının köməkliyi ilə hüceyrədən xaric edilməsini bildirir və əksərən sekresiya (ifraz edilmə) termininin sinonimi kimi işlənir,amma əsas fərq ondan ibarətdir ki sekresiya zamanı həm məhsullar xaric olunur həm də hüceyrə zarını daimi yeniləyir.Ekzositoz prosesi zamanı qovuqcuq və qalıq cisimciklərlə hüceyrə zarı arasında baş verən əlaqələrin iki mexanizmi məlumdur: tam bitişmə və öpüb-qaçma(kiss and run).Tam bitişmə zamanı qovuqcuğu əhatə edən zar tamamilə hüceyrə zarının tərkibinə daxil olur və öz mənfəzində olan sekreti bütövlükdə hüceyrəətrafı sahəyə çıxarır ,sonra klatrin örtüyünün köməkliyi ilə yenidən sitoplazmaya qaytarır.Öpüb-qaçma zamanı isə sekretor Qovuqcuq-dənəciyi əhatə edən zarın hüceyrə zarı ilə müvəqqəti şəkildə xüsusi molekulların köməkliyi ilə bitişdiyi yerdə kiçik ölçülü dəlik yaranır. Bu dəlik elə ölçüyə gəlib çatır ki, cəmi 6 millisaniyə müddətində sekret hüceyrədən xaric olur və dərhal qovuqcuq zarı öz tamlığını bərpa edib əvvəlki vəziyyətinə qayıdır.əgər sinir sistemində 6 millisaniyə qovuqcuğun tərkibində olan neyromediatorların tam xaric olmasına kifayət edirsə, bu zaman ərzində sekretor dənəciklərin ancaq cüzi bir hissəsi hüceyrədən çıxmaq imkanı əldə edir.Ekzositoz prosesi zamanı sekretor qovuqcuq zarı ilə hüceyrə zarı arasında baş verən əlaqələri izah etmək üçün C.E.Rotman və əməkdaşları (1993) tərəfindən SNARE hipotezi İrəli sürülmüşdür.Snare termini 3 nözün birləşməsindən yaranıb: N-ethylmaleimide-sensitive fusion factor (NSF) - N-etilmaleymidə həssas bitişmə faktoru. Bu ad ona görə verilmişdir ki, N-etilmaleymidin təsirindən NSF qeyri-aktiv vəziyyətə düşür və hüceyrə daxilində qovuqcuqların hərəkəti dayanır;Soluble NSF attachment proteins (SNAPs) - maye NSF-lə birləşən zülallar. SNAP reseptorlarından biri sekretor qovuqcuğun divarında yerləşdiyi üçün onu v-SNARE və ya VAMP (vesicle assosiated membrane protein) - qovuqcuqla əlaqəli zar zülalı, ya da sinaptobrevin adlandırırlar.Sekretor qovuqcuğun birləşəcəyi zarın tərkibində yerləşən SNAP reseptoru isə t-SNARE vəya sintaksin adlanır. t - hərfi ingiliscə target (hədəf) sözünün baş hərfi olub,ekzositoz zamanı hədəfin hüceyrə zari olduğunu göstərir.Ekzositozun SNARE hipotezinin irəli sürüldüyü vaxtlar elə düşünülürdü ki,sinaptik qovuqcuqların hüceyrə zarına yaxınlaşmasının və onların zarlarının bir-birinə qarışmasının səbəbi bu zülalların bir-birinin ətrafında dolanmasıdı. Ancaq sonrakı göstərdi ki, SNARE kompleksi yaranan zaman zülalların A-spirallarının tərkibində olan qıvrımlar kəskin sıxlaşsalar da bir-birinin ətrafına dolanmırlar, əksinə bir-birinə paralel yerləşirlər. Bu zaman RC.Lin və RH.Şeller (1997) SNARE kompleksinin əmələ gəlməsinin “zippering” (qıfilbənd, rusca molniya) nəzəriyyəsini irəli sürdülər. Ekzositoz zamanı SNARE kompleksinin yaranması enerji-asılı bir Proses olub, NSF ATF-aza və onun Kofermenti olan a-SNAP zülalların iştirakı ilə ATF-in parçalanması nəticəsində meydana çıxan sərbəst enerji nəticəsində baş verir:- V-SNARE-nin periferik hissəsi SNAP-25 zülalı ilə əlaqəyə girir;- t-SNARE-nin NH2 ucunda yerləşən tənzimləyici hissəsi SNARE kompleksini yaranacağı yerdən uzaqlaşdırır ;- t-SNARE və SNAP-25 zülalları qıvrımlarının sıxlaşması ilə əlaqədar olaraq hüceyrə zarına yaxınlaşırlar; -V-SNARE-nin qıvrımlarının sıxlaşması nəticəsində bir-birinə sıxılmış(qıfılbənddə olduğu kimi) 4 paralel a-spiraldan təşkil olunmuş trans-SNARE kompleksi (trans ona görə adlandırırlar ki, v-SNARE zülalının membrandaxili hissəsi qovuqcuğun,t-SNARE-nin müvafiq hissəsi isə hüceyrə zarı tərkibinidə yerləşir) . - son olaraq Ca2+ ionlarının sitozola daxil olması SNARE kompleksinin tam spirallaşmasına səbəb olduğundan sinaptik qovuqcuğu əhatə edən zar hüceyrə zarına qarışır və sekret bütöv şəkildə hüceyrədən xaric olur.Bu zaman SNARE kompleksinin tərkibinə daxil olan bütün zülallar hüceyrə zarının bir tərəfində (sitoplazmaya baxan səthində) yerləşdiyindən, onları sis-SNARE kompleksi adlandırırlar.

QICIQLARIN QOBULU(RESEPTOR FUNKSÍYA)



Hər bir hüceyrənin mühüm xüsusiyyətlərindən biri ətraf mühitdə olan təsiretmə qabiliyyətinə malik olmasıdır.Saysız faktorlardan (qiciqlandıricılar,Liqandlar) ancaq öz fəaliyyəti üçün vacib olanlarını qəbul edib, onlara adekvat cavab vermasidir. Təsiredici faktorlara fiziki amilləri (müxtəlif Növ şüalar, mexaniki təsirlər, osmotik təzyiq), kimyəvi maddələr (adi qazlar, amin turşuları, zülallar, nukleotidlor, steroidlor va lipid törəmələri), başqa hüceyrələri və hüceyrəarası törəmələri misal göstərmək olar. Liqand (birinci vasitəçi də adlandırılır) - reseptor əlaqələri açar-qıfıl mexanizmi kimi çox uyğunluq tələb edir və hədsiz seçici xarakter daşıyır. Yəni, liqand yalnız ona məxsus reseptorla birləşdikdə lazımi cavab verir. Liqandlara xas olan xüsusiyyətlərdən biri də onların aşağı qatılıq dərəcəsi (<10-8 M) ilə təsiretmə qabiliyyətinə malik olmalarıdır. Hüceyrə həyatının demək olar ki, bütün prosesləri(böyümə, sekresiya, hərəkət, metabolizm, proliferasiya, regenerasiya, differensiasiya və s.) siqnal molekullarının onlara məxsus reseptorla birləşməsindən sonra hüceyrə daxilində baş verən çoxşaxəli mürəkkəb reaksiyaların nəticəsində həyata keçirilir. Təsiretmə qabiliyyətinə malik amil hüceyrə zarının fosfolipid qatlarını sərbəst keçərsə, onların reseptorları hüceyrə daxilində yerləşir və nüvə reseptorları adlanırlar. Belə liqandlara müxtəlif növ şüalar, steroid hormonlar (cinsi hormonlar, mineralokortikoidlər, qlikokortikoidlər),qalxanabənzər vəzi hormonları, retinoidlər, D3 vitamini, azot-2- oksid(NO) və karbon-2-oksid (CO) aiddirlər.Liqand – reseptor əlaqələrinin yarandığı yerdən və liqandların təsir dairəsinin ölçüsündən asılı olaraq çoxhüceyrəli orqanizmlərdə bir neçə təsir forması ayırd edilir. Onların içərisində ən geniş yayılanları aşağıdakılardır:

  • İntrakrin təsir - buzaman sitoplazmada sintez olunan Bioloji aktiv maddə (liqand) hüceyrəni tərk etmədən xüsusi daşıyıcıların köməkliyi ilə nüvəyə daxil olub trankripsiya faktorlarını aktivləşdirərək zülal sintezində iştirak edir;

  • Yukstakrin təsir - bu zaman liqand sintez olunduqdan sonra hüceyrə zarının tərkibinə daxil olur və qonşu hüceyrələrin ona məxsus reseptorları ilə birləşərək, onların fəaliyyətində dəyişiklik törədir;

  • Autokrin təsir - bu zaman hər hansı bir hüceyrədən xaric edilmiş liqand elə həmin hüceyrənin ona məxsus reseptoru ilə birləşir;

Parakrin təsir -Müəyyən bir hüceyrədə sintez olunmuş liqand ekzositoz yolu ilə hüceyrədən xaric olduqdan sonra diffuziya ilə yayılaraq ətrafda yerləşən hüceyrələrin reseptorları ilə birləşib,onların fəaliyyətinin tənzimində iştirak edir;-endokrin- hər hansı bir hüceyrədə sintez olunmuş liqand (bunları hormon da adlandırırlar) qan dövranına daxil olaraq bütün bədənə yayılır və ifraz olunduğu yerdən müxtəlif məsafələrdə yerləşmiş hüceyrələrin fəaliyyətində dəyişiklik törədir;- Neyrotransmitter təsir - parakrin təsirin bir forması olub,sinir hüceyrələri arasında yaranan kimyəvi sinapslarda (liqand rolunu neyromediatorlar oynayırlar) sinir impulsunun bir hüceyrədən digərinə ötürülməsini təmin edir;- Neyrohormonal təsir -endokrin təsirin bir formasıdır. Bu yuxarıda adları çəkilən bütün təsir formaları və onlara verilən müvafiq cavabların hamısı bir orqanizm daxilində həyata keçirilir. Həmçinin,müəyyən bir orqanizmdə sintez olunan bəzi bioloji aktiv maddələr həmin növdən və ya başqa növdən olan digər orqanizmlərə, bəzən hətta çox uzaq məsafələri belə əhatə edən təsiretmə qabiliyyətinə malikdirlər. Bu qrup bioloji aktiv maddələr attraktantlar deyilir(attract - ingiliscə cəlb, cəzb və məftun
etmək mənalarında işlədilir).siqnal-cavab reaksiyaları zamanı birinci olaraq təsiredici amil və ya maddələr (liqandlar) reseptorla birləşərək onları aktivləşdirirlər .Aktivləşmiş reseptor vasitəsi ilə qəbul olunmuş təsir siqnalı hüceyrədaxili kimyəvi siqnala çevrilir. Bu zaman ya vasitəçi (transduser) rolun oynayan kiçik molekulların miqdarı ya da vasitəçi rolunu oynayan zülalların aktivliyi dəyişir.eyni bir siqnalın müxtəlif istiqamətlərdə yayıla bilməsi ilə yanaşı (divergensiya), paralel istiqamətdə ötürülən siqnalların müəyyən bir nöqtədə (aralıq effektorda) cəmləşməsi (konvergensiya), onların inteqrasiya olunmasına şərait yaradır. Əsasən, 5 qrup reseptorlar məlumdur:

1. İon kanalları ilə əlaqəli reseptorlar;

2. Yeddi spirallı reseptorlar;

3. Ferment əlaqəli reseptorlar;

4. Hüceyrə adheziyası reseptorları;

5. Nüvə reseptorları.

Yeddi spirallı reseptorlara G-zülal birləşmiş reseptorlar da deyilir və məlum olan reseptorlar içərisində ən çox təsadüf olunur. Bu reseptorların quruluşunda əsasən iki ümumi cəhət vardır: birinci – reseptor rolunu oynayan inteqral zülalın 7 ədəd a-spiraldan təşkil olunması ,İkinci isə - QDF-lə birləşmiş üç subVahiddən (a, b, y) təşkil olunmuş G Zülal ilə əlaqədə olmasıdır.G-zülal əlaqəli reseptorlar bioloji aktiv maddələrdən asetilxolinin, angiotenzin-II-nin, kalsitoninin, endotelinlərin, histaminin, noradrenalinin,Vazopresinin, oksitosinin, serotoninin, trombinin və s. Təsirindən aktivləşərək hüceyrələr tərəfindən müvafiq cavab reaksiyalarının təmin olunmasına başlanğıc verirlər.

FERMENT ƏLAQƏLİ RESEPTORLAR

Ferment əlaqəli reseptorlar da G-zülal əlaqəli reseptorlar kimi trans-membran qlikoproteinləri olub, iki qrupa bölünürlər:

1. reseptor fermentlər

2. reseptorla birləşmiş fermentlər

Birincilərin xarakter xüsusiyyəti ondan ibarətdir ki, onlar bir subvahiddən təşkil olunaraq hüceyrənin xarici səthinə baxan tərəfində liqandla birləşən reseptor hissəyə, sitoplazmaya baxan ucunda isə fermentativ aktivlikli hissəyə malikdirlər. Bu qrup reseptorlara reseptor tirozinkinazaları, reseptor serin-tireonin kinazaları, reseptor tirozinfosfatazani, reseptor quanilattsiklazanı göstərmək olar.İkinci qrup reseptorların liqandla birləşən və fermentativ aktiv hissələri ayrı-ayrı subvahidlərdən təşkil olunmuşdu. Bu qrup reseptorlara tirozinkinaza-birləşmiş reseptorlar, sitokin reseptorları aiddir.

Hər hansı bir toxuma və orqanın formalaşmasında mühüm şərtlərdən biri onların təşkilində iştirak edən hüceyrələrin xüsusi qrup zülallar vasitəsilə bir-biri və hüceyrarası maddə makromolekulları ilə molekulyar əlaqələr yaratmasıdır. Bu zaman hüceyrə tipləri bir-birini tanıyır və onların arasında müxtəlif növ olan əlaqələr yaranır. Belə əlaqələrdən demək olar ki,birincisi qonşu hüceyrələrin bir-biri ilə və hüceyrə arası matriks elementləri ilə yapışmasının (adheziyanın) baş verməsidir.Adheziyanın yaranması zamanı iştirak edon reseptor zülallara kadherinlər inteqrinlər vo selektinlər aiddir.80- dən çox növü olan kadherinlar Ca*” iştirakıyla orqanizmin təşkilində iştirak edən hüceyrələrin

Əksəriyyətini bir-biri ilə birləşdirir. İnteqrinlər hüceyrəarası matriksdə yerləşən makromolekullar (kollagen, fibronektin, laminin, xondronektin, fibrinogen və s.) üçün reseptor rolunu oynayırlar.Selektinlər əsasən Leykositlər və trombositlərlə damarların mənfəzini hər tərəfdən əhatə edən endotel hüceyrələri arasında adheziv əlaqələrin yaranmasında iştirak edir

NÜVƏ RESEPTORLARI -Yuxarıda qeyd olunduğu kimi steroid hormonlar, D3 vitamini, retinoidlər (A vitaminin törəmələri) və qalxanabənzər vəzi hormonları hüceyrə zarından sərbəst keçmək qabiliyyətinə malikdirlər. Ona görə də göstərilən bioloji aktiv maddələrə həssas olanhədəf hüceyrələrdə nüvə reseptorları adlanan xüsusi qrup reseptor zülallara rast gəlinir. Bu reseptorlar sitozolda və ya nüvənin özündə yerləşirlər.Nüvə reseptorları bilavasitə, yaxud dolayı şəkildə genlərin ekspressiyasında iştirak etdikləri üçün trankripsiya faktorları da adlandırılır. Qeyd etmək lazımdır ki, son zamanlar öz quruluşuna görə nüvə reseptorlarına aid olan, lakin təbii liqandları hələ də müəyyən olunmayan xüsusi qrup reseptorlar da aşkar edilmişdir. Təbii liqandları olmadığına görə, onları "yetim" reseptorlar adlandırırlar.

İKİNCİ VASİTƏÇİLƏR,Hüceyrə reseptorları vasitəsilə qəbul olunmuş qıcığın işçi törəmələrə(effektorlara) daşınmasında çoxlu miqdarda və müxtəlif tərkibli zülallar iştirak edirlər. Bu zülalların aktiv hala gətirilməsi üçün sitoplazma daxilində diffuziya etmək qabiliyyətinə malik xüsusi maddələr mövcuddur.Təsir qabiliyyətinə malik maddə (liqand) birinci vasitəçi adlandırıldığına görə, hüceyrə daxilində siqnalın ötürülməsində iştirak edən zülalları aktivləşdirən maddələrə ikinci vasitəçilər deyilir..Hal-hazırda ikinci vasitəçi rolunu oynayan aşağıdakı maddələr aşkar edilmişdir:

- G-zülal;

- tsiklik nukleotidlər (tsAMF);

- kalsium;

- fosfolipid törəmələri;

- azot oksidi (NO).

G-ZÜLAL,G-zülal qeyri-aktiv halda olan QDF-lə birləşmiş üç subvahiddən (a,B, y) ibarətdir . Liqand Reseptorla birləşdikdə İkincinin sitoplazmaya baxan ucunda baş verən konformasional dəyişiklik nəticəsində G-zülalın tərkibində olan QDF QTF-lə əvəz olunur. Aktivləşmiş G-zülalın a-subvahidi QTF-lə birlikdə digər subvahidlərdən ayrılır. G-zülalın yeni yaranmış hər iki hissəsi ayrı-ayrılıqda bioloji aktiv olduqlarına görə müvafiq effektorla birləşib onların fəaliyyətində dəyişiklik törətmək qabiliyyətinə malikdirlər.Tsiklik nukleotidlərdən tsAMF hüceyrə zarının tərkibində yerləşən adenilattsiklaza fermentinin aktivləşməsi zamanı (ATF-dən) əmələ gəlirsə,tsQMF quanozintsiklaza fermentinin iştirakı ilə QTF-dən sintez olunur.Adenilattsiklazadan fərqli olaraq, Quanozintsiklaza fermentinə həm hüceyrə zarının tərkibində, həm də sitozolda rast gəlinir. Bununla əlaqədar ikinci fərqləndirici xüsusiyyət də odur ki, quanozintsiklaza fermenti nəinki hüceyrəxarici, həm də hüceyrədaxili liqandlarla (məs., NO, CO) birləşmək qabiliyyətinə malikdi.Tsiklik nukleotidlərin hüceyrə daxilində siqnalların ötürülməsindəki iştirak mexanizmi haqqında qısa olaraq qeyd etmək olar ki, tsAMF birinci olaraq sitozolda, onunla əlaqə yarada bilən proteinkinaza A (PKA) ilə birləşir. Aktivləşmiş PKA katalitik aktivliyə malik iki ədəd subvahidə və nizamlayıcı komponentə bölünür.Katalitik aktivliyə malik subvahidlər sitozolda yerləşən digər fermentləri fosforlaşdırma yolu ilə aktivləşdirərək cavabla nəticələnən zəncirvari posesin baş verməsinə səbəb olurlar.

KALSİUM İONLARI Ca2+ ionları ikinci vasitəçi kimi orqanizmdə, ilk baxışda bir-birilə əlaqəsi olmayan müxtəlif proseslərdə hüceyrəarası əlaqələrin yaranmasında, əzələ yığılmasında, sekresiya prosesində, sinir impulslarının ötürülməsində, hüceyrələrin bölünməsində və s. iştirak edən mühüm faktorlardan biridir.Digər ikinci vasitəçilərdən fərqli olaraq, Ca2+ hər hansı fermentativ reaksiyanın məhsulu kimi yox, “hazır” şəkildə ya hüceyrəarası mayenin tərkibində, ya da sitoplazmada onlar üçün anbar rolunu oynayan endoplazmatik şəbəkənin mənfəzində toplanırlar. Onların sitozola daxil və xaric olması müvafiq nasos və kanallar vasitəsilə həyata keçirilir.

FOSFOLİPİD TÖRƏMƏLƏRİ ,Hüceyrə zarının tərkibində yerləşən fosfatidilinozitol, fosfatidilxolin və sfinqomielin molekullarına fosfolipaza, lipidkinaza və lipidfosfataza fermentlərinin təsirindən inozitoltrifosfat, seramid, sfinqozin, diasilqliserol, araxidon turşusu və s. Kimi ikinci vasitəçilər sintez olunurlar.Lipid mənşəli ikinci vasitəçilərdən olan seramid hüceyrə zarında yerləşən sfinqomielinaza-əlaqəli reseptorla Şiş nekroz faktorunun (tumor necrosis Factor-TNF) və interleykin-2-nin (IL-2) birləşməsi zamanı sintez olunur.Göstərilən əlaqə yarandığı zaman aktivləşmiş sfinqomielinaza fermenti hüceyrə zarının xarici qatında yerləşən sfinqomielin molekulundan xolin qrupunu ayıraraq seramidi əmələ gətirir. Seramid molekulları sitoplazmaya keçərək, müxtəlif qrup fosfataza və kinazaları aktivləşdirməklə hüceyrələrin proliferasiyasından tutmuş apoptoza (hüceyrələrin proqramlaşdırılmış ölümü) qədər müxtəlif proseslərdə iştirak edirlər.



AZOT OKSİDİ,Azot oksidi (NO) ikinci vasitəçi olub, arginin amin turşusuna və molekulyar oksigenə azot oksidi sintaza (nitric oxide syntase – NOS) fermentinin təsiri nəticəsində sintez olunur. Qaz şəklində olduğuna görə həm sintez olunduğu hüceyrəyə, həm də diffuziya yolu ilə yayılaraq ətraf hüceyrələrə təsir etmək qabiliyyətinə malikdir. NO-nun təsir mexanizmini, əsasən Quanilattsiklaza fermenti ilə əlaqələndirirlər. NO bu fermentin tərkibində oln dəmirlə birləşərək onu aktivləşdirir və tsQMF-in əmələ gəlməsinə səbəb olur. Sonuncunun iştirak etdiyi proseslər hələ də öyrənilməmişdir.
Yüklə 25,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin