0
1
MƏHƏRRƏM HÜSEYNOV
AŞIQ
ƏLƏSGƏRİN
SÖZ
ÜMMANI
“Elm və təhsil”
Bakı – 2017
2
Redaktor:
Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor
Rəyçilər:
Ağasən Bədəlzadə,
filologiya üzrə elmlər doktoru, şair
İsmayıl Məmmədli,
filologiya üzrə elmlər doktoru, professor
Məhərrəm Abbasəli oğlu Hüseynov. Aşıq Ələsgərin söz
ümmanı. Bakı, “Elm və təhsil”, 2017, 312 səh.
Kitab Aşıq Ələsgərin şeir dilinə, fərdi üslubunun
başlıca atributlarının şərhinə həsr olunmuşdur. Onun
poeziya dilinin, bədii üslubunun ən mühüm tərəflərinə,
poetik forma sistemində müxtəlif dil vahidlərinin obrazlılıq
və ekspressivlik keyfiyyətlərinə geniş yer verilmiş, obrazlı dil
vasitələrin hormaniyasını yaradan leksik-semantik söz
qrupları, ayrı-ayrı üslubi fiqurların yüksək sənətkarlığı
təmin edən bədii quruluş komponentlərinin estetik
məziyyətləri təhlildən keçirilmişdir.
ISBN 978-9952-8142-5-2
© «Elm və təhsil», 2016
3
Ağasən Bədəlzadə,
filologiya üzrə elmlər doktoru, şair
BİR SÖZ ÜMMANININ KAMİL QƏVVASI
Məhərrəm Hüseynov sözün ən dürüst mənasında
geniş və dərin filoloji təfəkkür diapozonu və orijinal fəhmilə
seçilən, dilçilik elmində artıq özünə layiqli və halal yer tutan
istedadlı alimimizdir. Özü də o, öz mənəvi təmizliyi, daxili
zənginliyi ilə, elmi fikri dar çərçivədən, tapdanmış yoldan,
“Prokurust çarpayısından” qoparan romantik dilçidir. Dilçi
və romantik sözlərinin bir yerdə işlənməsi bəzilərinə
paradoksal görünə bilər. Çünki uzun zaman dilçilik elmini
quru, sxematik, romantikadan kənar elm hesab edənlər də
olub. Hətta “riyazi dilçilik” nəzəriyyəsi meydana çıxandan
sonra həmin məhdud, obıvatel düşüncəli alimlər bu ifadəyə
arxalanaraq, dilin romantikasını, poeziyasını bir dəfəlik
dananlar da meydana çıxdı: Riyaziyyat hara, romantika,
poeziya hara?
Məşhur riyaziyyatçı Veyerstasın sözləri həmin
fikirlərin külünü göyə sovurdu: Qəlbən şair olmadan əsl
riyaziyyatçı olmaq mümkün deyil.
Axı hər hansı bir predmetdə, hadisədə, faktda roman-
tik ünsürü üzə çıxaran hərarətli ürək lazımdır! Ömər
Xəyyam kimi! Vaxtilə Frensis Bekon deyirdi: “Biz tarix
elmindən müdriklik, poeziyadan ağıllılıq, riyaziyyatdan fə-
rasətlilik, təbiət elmlərindən dərinlik, özü də emprik fəlsəfi
dərinlik, mənəvi zənginlik, ciddilik, məntiq və ritorikadan –
mübahisə bacarığı öyrənirik”.
Frensis Bekon ona görə dilçilik elminin adını çəkmir
ki, o, dilin özünü də poeziya hesab edirdi. Bir halda ki,
poeziya dilsiz mümkün deyil, ən füsunkar poeziya belə yal-
nız dilin qüdrətilə ifadə olunur, onda dilə başqa saxta bər-
bəzək – nə lazımdır! Dil poeziyanın yaradıcılığı, himayədarı
bünövrəsi və poeziyanın cövhəridir. M.V.Lomonosov dövr-
4
ündə bütün mövcud elm sahələri gözəl xanımlar surətində
dairəvi şəkildə təsvir edilmişdi və bu dairənin başında Dilçi-
lik elminin obrazlı şəkli yerləşirdi. Yəni dilçilik bütün elmi
fikirlərin, nəzəriyyə və postulatların yeganə ifadə vasitəsidir.
Yaponların Dövlət Büdcəsinin böyük bir qismi Dilçilik
elminin inkişafına ayrılır. Axı dil olmasa, bəşər mədəniyyə-
tinin reallaşması da absurt olardı. Qədim dialektiklər belə
hesab edirdi ki, bütün şeylər haqqında həmişə bir-birinə zidd
rəylər olur. Ona görə də həmin dialektiklər mübahisə edər-
kən onu nəzərdə tuturdular ki, hər hansı bir şeydə bu ziddiy-
yətləri nəzərə almaq vacibdir. Amma mən yuxarıda dilə
verilən qiymətdə qətiyyən ziddiyyət görmürəm. Dil yalnız
ünsiyyət vasitəsi deyil, o həm də fikirlərin inteqrasiya vasi-
təsi, ən dəruni duyğuların, gerçəkliyi insan duyğularının mu-
siqisi, dramatizmi, dialektikasıdır, insanı vəhşilərdən ayıran
ən güclü fenomendir. Dil metafizik düşüncəyə sığmır!
Dil ən vacib və qiymətli materiyadır!
Professor Məhərrəm Hüseynov elmi yaradıcılığının
mühüm bir hissəsini dilin əsas materialı olan sözün
poetikasına, estetikasına, hətta sözün dialektikasına həsr
eləmiş və onun tədqiqatları poeziyanın özü qədər cazibədar,
oxunaqlı və ürəyə yatandır. Dili bəzən quru, emosionallıq-
dan uzaq hesab edənlər ona əsaslanır ki, oxuduqları tədqiqat
əsərlərində doğrudan da quru, döyənək olmuş, şablon ifadə-
lər tədqiqatın poeziyasını məhv edir. Dilçilikdə elə “prob-
lemlərdən” danışırlar ki, bunların praktikada heç bir əhəmiy-
yəti yoxdur, belə alimlər dil faktlarının parçaları kimi “taq-
qastrukla” bir-birinə vurub, onlardan oyuncaq kimi istifadə
edir, faktları elmi mühakiməyə çevirə bilmir və onların fi-
kirləri susuz xəmir kimi ovxalanıb bükülür.
Mən Məhərrəm Hüseynovun dilin poetikası haqqın-
da tədqiqatlarının özünü poeziya kimi qəbul edirəm
A.S.Puşkinin və V.Q.Belinskinin bəzi müasirləri belə deyir-
dilər ki, Belinskinin Puşkin haqqında məqalələrindəki
5
poeziya bəzən Puşkin poeziyasında da güclü görünür. Ona
görə də V.Belinski oxucunu dediklərinə inandıra bilirdi.
Vaxtilə Belinski şair Benedikovu az qala kult kimi göylərə
qaldıran oxucu kütləsinə inandırdı ki, Benediktovun dörvlər
poeziyası qəlp poeziyadır, qəlb poeziyası deyil. Belinskinin
Benediktov haqqında yazdığı ciddi məqalələrindən sonra
xalq bu şairi bir daha oxumadı. Belinskinin “Qoqola məktu-
bu Qoqolu ayıltdı, alman dahisi Hoteni tənqid edən
Mentselə sərrast cavabı Menseli gözdən saldı.
Bəzən istedadsız tənqidçilər çox istedadlı, yaxud
məşhur bir yazıçı haqqında ona görə yazmağa çalışır ki, qoy
onunda adı bu məşhur adamın adı ilə bərabər çəkilsin, onun
tədqiqatçısı hesab edilsin. Bu fakt adamın yadına
İ.A.Krılovun bir təmsilinı salır. Günlərin bir günü Qartal
yem üçün yerə baxır. Yerdə gəzən bir böçək Qartalın ayağ-
ından yapışır. Qartal göyə uçarkən güclü bir külək əsir. Qar-
talın ayağından yapışan böçək əvvəlcə sevinir ki, mən də
Qartalla bərabər göylərin ənginliyinə qalxmışam. Birdən
qəfil əsən külək böcəyi Qartalın ayağından qoparıb yerə tul-
layır. Qartal isə heç bir şey olmamış kimi qanadlarını şaqqıl-
dadıb öz uçuşuna davam edir. Yəni Qartal yenə qartallığında
qalır! Böcəyin iddiası onun məhvinə səbəb olur!
Məhərrəm Hüseynov heç vaxt bu yolla getmir! Hansı
şairin şeirlərində həqiqi poeziya varsa, onun yaradıcılığının
ciddi təhlilinə keçir. Məhərrəm Hüseynovun öz dili də elə
poeziyanı xatırladır! Sakit, təmkinli, lirika səpgili, sadə və
anlaşıqlı. O, bəziləri kimi sadə bir poeziyanın təhlilini rebu-
sa çevirmir və qəliz dillə yaxşı bir poeziyanı gözdən salmır.
XIX əsrin sonunda və XX əsrin əvvəllərində “Yeni
hegelçilər” deyilən bir fəlsəfi təlim ingilis fəlsəfəsində ha-
kim mövge tutmuşdu. Onlar ağıla gəlməz dərəcədə mücər-
rəd, anlaşılmaz fəlsəfi sistemlər yaratmış, fəlsəfi təfəkkürün
inkişafında çıxılmaz bir vəziyyət yaratmışdılar. Həmin
dövrdə belə bir mücərrəd fəlsəfi sistemin əskinə olan yeni
6
dünyagörüş yarandı – bu, analitik fəlsəfə idi Corc Mur bu
fəlsəfi təlimin banisi oldu. Corc Mur deyirdi ki, biz dili düz-
gün tətbiq etməyəndə o, reallıq haqqında heç nə demir. Corc
Mur çalışırdı ki, təfəkkür və dil üçün elə bir model, elə bir
paradiqma tapsın ki, onun tətbiqi nəticəsində fəlsəfənin,
məntiqin dilində heç bir anlamsızlıq olmasın. C.Mur belə
düşünürdü ki, filosofların, xüsusilə mütləq idealistlərin
(“Yeni hegelçilər”in təqsiri üzündən fəlsəfənin təfəkkür tərzi
və dili korlanmış onun metod və ideologiyasında xroniki an-
laşılmazlıq və dolaşıqlıq xəstəliyi kök salmışdır. (Bu barədə
bax: Fərman İsmayılın “Müasir Qərb fəlsəfəsi. Fəlsəfə və
analiz. Azərnəşr. Bakı, 1991, səh.98)
Corc Mur onu demək istəyirdi ki, mücərrəd və anlaş-
ılmaz dil ən sadə fikri də mürəkkəbləşdirə bilər. Əgər Corc
Mur fəlsəfi təlimi sadələşdirmək üçün yeni bir dil modeli
axtarırdısa, Məhərrəm Hüseynov bu modeli elə xalqımızın
öz sadə dil quruluşunda tapmışdır, sadə, anlaşıqlı dil modeli.
Professor Məhərrəm Hüseynov dilin poetikası ilə
yalnız dissertasiya naminə yox, ümumən doğma dilin poezi-
yasına fitri vurğunluğuna görə böyük bir ehtirasla baş vurur
və öz tədqiqatları ilə bu sahədə bir sistem yarada bilir. Və o,
böyük Aşıq Ələsgərin söz ümmanına bir qəvvas cəsarətilə
nüfuz edib, bu ümmandan çox qiymətli inciləri üzə çıxarır
və öz tədqiqat səriştəsi ilə dahi Füzulinin bir beytini yada
salır!
Olmayan qəvvası – bəhri – mərifət, arif degil
Kim, sədəf – tərkib – təndir, lölöyi – şəhvar söz.
Yəni mərifət dənizinin qəvvası olmayanlar, söz üm-
manına baş vurmayanlar heç vaxt dərk edə bilməzlər ki,
insan bədəni bir dəniz sədəfidir, bu sədəfin tərkibindəki şa-
hanə insi isə elə sözün özüdür. Məhərrəm Hüseynov məhz
bir söz ümmanına, Aşıq Ələsgərin söz ümunanına baş vurur
və ümmanın çox qiymətli incilərini üzə çıxarır. Bu ümman
7
Aşıq Ələsgərin sinəsi, ləl, mirvarilər isə onun müdrik kəlam-
larıdır:
Şairin sinəsi haqq bazarıdı
Satdığı kəlmələr ləl, mirvariddir.
Mənə elə gəlir ki, təkcə poeziyada yox, hər bir elm
sahəsində təkcə intellekt, yaradıcılıq enerjisi, tədqiqatçılıq
səriştəsi elmi təfəkkür yox, həm də bütün bu xüsusiyyətlərə
təkan verən qəlb atəşi, güclü romantik vüsət də çox vacibdir.
Məhərrəm Hüseynov Aşıq Ələsgər poetikasının
təhlil edərkən təhlili yalnız sırf linqvistik aspektdə lokallaş-
dırmışdır. O, bir həssas dilçi, erudisiyalı ədəbiyyatşünas,
sözün yaxşı mənasında estetik, aşıq şeirinin füsunkar gözəl-
liklərini dərindən dərk edən bir qəlb sahibi, könül sərrafı
kimi mötəbər söz deyir. O, sözün zahiri parıltısını, leksikası-
nın zənginliyini təhlillə məhdudlaşdırmır, sözün içərisinə,
məğzinə nüfuz edir, sözün musiqisinin yaranmasını təşkil
edən, söz cövhərini bütünlüklə açıb tökən bir sərraf kimi
çıxış edir. Aşıq Ələsgər şeirlərində bənzətmə fiqurları o qəd-
ər kamildir ki, bədahətən deyilən bu şeirlərdəki sənətkarlığı
əcnəbi oxucuya – ruhu Azərbaycanlı ruhu olmayan oxucuya
möcüzə kimi gəlir. Məlumdur ki, təsbeh və metaforalarda
bənzəyənlə bənzədilən arasındakı oxşarlıq tənasübü, miqya-
sı müəyyən bir hüdudla şərtlənməli, ölçü hissi itməməli, ob-
razın hipertrofiyası deyilən bir forma yaranmamalıdır. Əgər
tərənnüm olunan gözəl bir ceyrana bənzədilirsə o zaman
ceyran bədəninin müəyyən bir komponenti – onun zərifliyi,
məsumluğu epitet kimi götürülür, onun (gözəlin) yaşılbaş
sonaya bənzədilməsi zamanı sonanın üzməyinin, hərəkətlə-
rinin rəvanlığı, onun su üzündə yaratdığı mənzərə epitet və
metaforun ümumi harmoniyasını təşkil edir. Aşıq – şair göz-
əlliklər içərisindən bu vacib tərkibləri – komponentləri düz-
gün seçə bilmədikdə poeziya yoxsullaşır, bu təsvir ifrata
varanda bənzətmə təhrifə, hətta karikaturaya da çevrilə bilər.
Böyük Sabirimizin əcaib obrazına çevrilə bilər. Burada bir
8
məsələni də xüsusilə qeyd etmək vacibdir. Dünya ədəbiyyat-
ında – xüsusən lirikasında (poeziyasında) təsbeh və metafor-
ların yaranması da müəyyən mənada milli psixologiya,
təbiətə, varlığa, gözəlliyə, stercotipləşmiş baxışla, adət və
tarixən formalaşmış münasibətlərlə şərtlənir. Məsələn,
Homerin İliada poemasından ilahə Afina bayquş gözlü epi-
teti ilə tərənnüm edilir, halbuki Şərq poeziyasına gözəlin
gözlərini bayquş gözünə bənzətmək gözəli karikaturaya çev-
irmək demək olardı. Amma bu epitet yunanlar üçün tamam-
ilə təbii görünmüşdür və onların təsəvvüründə bayquş gözlə-
ri hansı müsbət bir natural gözəlliyisə xatırladırmış, yaxud
klassik ərəb poeziyasında xüsusən Hicaz lirikasında gözəlin
gedişi, hərəkəti ilanın gedişinə bənzədilir. Yapon poeziya-
sında da bənzətmələr onların artıq əsrlər boyu formalaşmış
gözəllik anlayışları və təsəvvürləri ilə formalaşmış və hətta
normalaşmışdır. Bu mənada Azərbaycan poeziyasında bədii
təsvir, bədii ifadə vasitələri son dərəcə zəngin olmaqla
bərabər, həm də bədii məntiqə, bənzətmənin məntiqinə tam
uyğunlaşdırılır. Aşıq Ələsgərin “Sarıköynək” rədifli qoşması
müstəsna estetik çalarları ilə bizi valeh edir. Təsvirdə
gözəlin bütün hərəkətləri, görünüşü onun hərəkətlərinə
uyğun olaraq rəngarəng epitet və metaforlarla müşaiyət
olunur, bənzətmələr standartlıqdan çıxır, müxtəlif vəziyyət-
lərə görə bu bənzətmə premetlərinin formaları getdikcə artır.
Gözəlin cilvələnməsinin nə olduğunu ancaq Aşıq Ələsgər
ruhunu daşıyan bir sənətkar dərk edə bilər. “Mələksən, çıx-
mısan cənnət bağından”. Ələsgər gözəli mələyə oxşadarkən
onu cənnət məkanı ilə bağlamağı vacib bilir. Çünki mələk
əfsanəvi cənnət xidmətçisidir. Bu şeirdə gözəlin sifətinin
Aya bənzədilməsi də, bu gözəlin gözəlliyinin heç kəsə tay
olmaması da bədii məntiqə uyğunlaşdırılmış, hər söz, ifadə
öz yerində işlədilmişdir və qafiyələrin hər birinin ayrıca es-
tetik funksiyası konkretləşmişdir: “Göndər gəlsin Ələsgərin
xələtin” misrası da qətiyyən formal xarakter daşımır və
9
Ələsgər “xələt” dedikdə qətiyyən nəməri nəzərdə tutmur.
Aşıq Ələsgər üçün gözəlin əli dəyən, onun əlindən çıxan nə-
mər, gözəlin təmas etdiyi, nəfəsi dəydiyi hər şey gözəllik
aşiqi üçün ilahi bəxşiş, ilahi mükafat olmaqla bərabər aşıq
üçün mistik bir talısmandır, təbərrükdür. Məhərrəm Hüseyn-
ov öz kitabında belə sənətkarlıq xüsusiyyətlərinə dərindən
nüfuz edən bir alim kimi bizi, həm də Aşıq Ələsgərin ruhu-
nu büsbütün razı salır. Aşıq Ələsgər bir gəraylısında belə bir
söz deyir: “Dişlərin dürri-gövhərdir; sərrafıyam, qanıram
mən. Bu misralar onu sübut edir ki, aşıq gözəlliyini bütün
zəngin ensiklopediyasına bələddir və necə deyərlər, bu
mənada o tamam ixtisaslaşıb.
Aşıq Ələsgər təbiət gözəlliklərini də misilsiz sərrafı
və sehrkarıdır. Yəni onun təbiət lirikasında da yuxarıda
dediyimiz poetik məziyyətləri görə bilərik. Aşığın məşhur
“Dağlar” rədifli şeirində (qoşmasında) təbiət gözəlliyi ilə
təsvir gözəlliyi elə sintez olunub ki, oxucu təbiət gözəlliklə-
rinin təsəvvür edə - edə, həzm edə-edə eyni zamanda sözün
gözəlliyini də eyni zövqlə, paralel olaraq həzm edə bilir. Bu
harmoniya bizi həyata yaşamağa sevgiyə çağırır, o real dün-
yanı, nisyə dünyaya dəyişə bilmir.
Həsənnənə, Həsənbaba qoşadı,
Xaçbulaq yaylağı bir tamaşadı
Arsız aşıq elsiz necə yaşadı
Ölsün Ələsgər tək qulların, dağlar!
Aşıq Ələsgər əvvəlcə iki qoşa dağın fitri gözəlliyini
əlavə, artıq, lüzumsuz bənzətmələrlə bəzəmir, iki vüqarlı
dağın qoşalığının özünü gözəllik kimi təsəvvürümüzdə can-
landırır. Sonra Xaçbulaq yaylağının füsunkarlığını bu gözəl-
liyə paralel gətirir, təbii estetik bir aləm yaranır. Bu qoşa
dağları ensiz-obasız təsəvvür edə bilmir, yəni elsiz-obasız,
insanlarsız, bəşərsiz gözəlliyin də absurd olduğunu oxucuya
təlqin edir. El-oba bu dağlarsız, yaylaqsız, bu gözəl təbiət-
siz, bulaqlarsız, çəmənliklərsiz yaşaya bilməz, ona görə də
10
bu dağlar insana həyat verən varlıqdır, ona səcdə qılmaq,
ona qul olmağın özü də təbii hissin duyğunun ifadəsidir.
Bundan əlavə qədim türklərdə Dağ kultu da vardı. Yüksək
dağ təpələrinin Göyə (Tenqriyə) yaxın olması bu kultu yar-
atmışdır.
Məhərrəmin təhlilindəki obrazlılıq, təhlilin özündəki
lirik ovqat, təhlildə ürəklə dilin sinxron vəhdəti, Ələsgər
poeziyasından gətirdiyi nümunə və faktların bolluğu, fikir
və ifadələrin aşığa olan dərin məhəbbətlə yoğrulması, quru
“yavan tərifdən” uzaqlaşması, ifadə etdiyi verdiyi analitik
hökmlərin elmliyi, dürüstlüyü savadlılığı, Aşıq Ələsgərə
layiq təhlil yolu bizi razı salır. Onun təhlili boş təsvirçilik-
dən, sxematiklikdən saxta pozadan soyuq, hərarətsiz ibarə-
lərdən xalidir. Ona görə ki, o, Aşıq Ələsgər poeziyasındakı
şeir texnikasına da dilin poeziyada, ümumiyyətlə, bədii tə-
fəkkürün ifadəsindəki roluna da, dilimizin leksikasındakı
zənginliyinə də yaxşı bələddir və nəhayət o, özü də şairdir.
Məhərrəm Hüseynov da olan bu keyfiyyətlərin varlığına
mən hələ onun elmlər doktoru, professor olmağından çox-
çox qabaq bələdəm. Ümumiyyətlə, sözün həqiqi mənasında
fitri istedadı olanların adları qarşısında qarşısında istedadlı
sözünü yazmağımız məcburiyyət üzündəndir. Çünki çox
zaman “savadlı adam” dedikdə onun elmi dərəcəsini, onun
professor olduğunu nəzərdə tuturlar. Amma həqiqət budur
ki, savadsız adamın elmi dərəcə diplomun, professor və aka-
demik diplomunu şişirdib, palaz boyda böyütsək də, onun
savadsızlığı bu palazın altından sızıb görünəcək.
Mən fəxr edirəm ki, mənim dostum Məhərrəm belə
süni şəkildə proqramlaşdırılmış robot alimlərdən deyil, onun
adı və elmi üzərində heç bir fosfor parıltısı, reklam möhürü
yoxdur. O, yaradıcının yaratdıqları əsasında bu yaradıcının
canlı obrazını və eyni zamanda özünün tənqidçi obrazını
əyaniləşdirir.
11
Həqiqi alimin, həqiqi şairin, milli sərvət olmasını
belə bir tarixi təcrübə təsdiq edir ki, 500 ildir ki, Füzulinin
şeirləri dövlət büdcəsinə bəlkə də milyonlarla gəlir gətirdiyi
halda, yazıq Füzulinin özü doqquz axsa zəhmət haqqını al-
maq üçün də başı daşdan-daşa dəyib. Aşıq Ələsgər poeziya-
sı da mərhum Heydər Əliyevin çox sərrast ifadə elədiyi kimi
böyük milli sərvətimizdir.
Məhərrəm Hüseynov Aşıq Ələsgər sənətkarlığından
danışarkən ən tipik cəhətləri üzə çıxarmaqla bərabər, bəzən
tipik olmayan Ələsgər fikrinin ləyaqətlərini üzə çıxarır,
onları Ələsgər poeziyasında fitri istedadın ustadlıq dərəcəyə
çatan fenomenləri kimi təsdiq edir.
Aşıq Ələsgər Rumi və Yunus İmrə kimi sufi deyil,
amma o, bütünlüklə sufi leksikasını bələddir. Aşıq Ələsgər
rəmzi olaraq sufizmin dörd yolunu mərhələsini keçməmiş-
dir. Amma Ələsgər bu təriqətlərin hər birinin kamilləşmə
prinsiplərini dərk edirdi və sufi terminlərini yerindəcə sər-
rast şəkildə işlədə bilirdi. O, hürufi deyildi, amma bu fəlsəfi
məsləkin mahiyyətini başa düşür, onların ilahi hökmünə mü-
qəddəsliyinə inanır, bu hərflərdən yalnız gözəlliyin real təs-
viri üçün istifadə edir, real gözəllikləri mistikadan üstün
tuturdu.
Hələ XIII əsrdə yaşamış Şirvan şairi – aşığı Molla
Qasım Xalis Sufi şairi olan Yunis İmrənin ustadı olub. Am-
ma Molla Qasım özü sufi şair olmayıb. Dediyim odur ki,
Aşıq Ələsgər poeziyasında sufizm mütləq mənada sistem
şəklində yox, tərkiblə, element şəklində çox güclü olub.
Aşıq Ələsgər poeziyası sözün həqiqi mənasında üm-
manıdır. Yəni bu poeziyada tükənməz söz inciləri sentensi-
ya, aforizm xarakterli fikirlər istənilən qədərdir. M.Hüseyn-
ov özü bir qəvvas olub, həmin ümmanın dərinliyinə nüfuz
edir, başqa tədqiqatçıların bu vaxta qədər üzə çıxarmadığı
zinnətləri üzə çıxardır. O, Aşıq Ələsgəri yalnız lirik şair
kimi yox, həm də qüdrətli həcv və ictimai satirik kimi,
12
moizəçi kimi yox, müdrik ustad kimi, fövqəladə talantlı şair
kimi, sadə xeyirxah bir vətəndaş kimi, mərifətli, ədəb-
ərkanlı el adamı kimi, qeyri-adi improvizator kimi təqdim
edir. Bədahətən hazırlıqsız, ilkin qaralamasız şeir yazmağın
özü möcüzədir. Bizim həm şifahi, həm də yazılı ədəbiyyatı-
mızda belə faktlar çoxdur, bu o deməkdir ki, bizim xalq
müstəsna qabiliyyətli xalqdır. Milliyyətcə polyak olan, məş-
hur rus şərqşünası A.Xodzko Bakıda olarkən Cəmil adlı bir
uşağın bədahətən şeir deməsinə heyran qalır. Amma, çox-
çox təəssüf ki, indi REP cahil adamların nəzərində bizim
bədahətən deyilən şeirlərimizlə əsassız olaraq müqayisə
edilir və hətta belə cəfəng bir fikir də irəli sürülür ki, guya
böyük şairimiz M.Ə.Sabir Rep Yazıb, daha doğrusu Rep
söyləyib. Halbuki Sabirin bəhri təvilləri konkret ölçülərə,
bəhrlərə tabe etdirilirmişdir. Bizim çox istedadlı ədəbiyyat-
şünas alimimiz, dostumuz Bəxtiyar Məmmədzadə Sabirin
bəhr təvillərini dərindən təhlil edərək bu nəticəyə gəlmişdir.
Ona görə də bədahətən deyilən şeirləri daxili, yaradıcı mən-
bəyi içəridə gizlənən bir fenomen kimi qəbul etmək
vacibdir.
M.Hüseynov Aşıq Ələsgər şeirlərindəki antroponi-
miyaları, şəxs adlarının təsadüfi olmamağını, onların mey-
dana gəlmə şərtlərini, səbəblərini də izah edir. Aşıq Ələsgər
poeziyasında daxili bir hərəkət var, özü də bu hərəkət poten-
sial hərəkətdir, necə deyərlər hətta kineltik hərəkətdir. Onun
dünyaya baxışında metafizik, donmuş hərəkət yoxdur bu söz
materiyasının hərəkəti son dərəcə fəaldır, emprik səciyyə
daşıyır, real, konkret faktlara istinad edir, o, insana mücər-
rəd şəkildə yanaşmır: Ələsgərin təsvir və tərənnüm etdiyi in-
sanlarda yaşamaq eşqini sevgisini, həyati ideallarını sadə bir
filosof təfəkkürü ilə təqdim edir. O, sırf fırtınasız estetika
yolunu tutmur. Onun lirikasında xalq ruhunun təbii substan-
siyası tərənnüm edilir. Aşıq Ələsgər pərvanə kimi özgə atəşə
13
yox, öz atəşinə yanır və yanğısı ilə oxucunu da yandıra
bilirdi.
Aşıq Ələsgərin bənzətmələri, müqayisələri sərrastlığı
və orijinallığı ilə dərhal adamı cəlb edir. “Əzrayılı qanlı tut-
masın anam, məni bir kipriyi peykam öldürür”, sənin ərin
ölsün, mənim arvadım, gəzək ikimizdə yaşlı yasaği, gizli,
dəruni, yasaq qoyulmuş bir hissin cəsarətlə ifadə olunması.
“Dedi: nişanlıyam özgə malıyam, sındı qol-qanadım yanıma
düşdü” misraları Ələsgər poeziyasının ifadə qüdrətini
əyaniləşdirir.
Məhərrəm Hüseynovun elmi praktikasında ən
rasional təfərrüatdan biri də budur ki, o, ümumiyyətlə, bö-
yük sənətkarların yaradıcılığını təhlil edərkən ümmanda zər-
if bir incini axtarıb tapa bildiyi kimi, zərif bir incinin mahiy-
yətində ümmanları da görür. Bu xüsusiyyət əsl alimlərin nü-
fuzuna avtoritet gətirən, onu cızmaqalanmaçılıqdan, yalançı
elmi ritorikadan qoruyan vacib atributdur. Bəzən belə düş-
ünürlər ki, tədqiqatçı hər hansı bir yaradıcı şəxsiyyətə bü-
tünlüklə vurulduqda tədqiq edilənlərin əsərindəki bəzi tipik,
vacib detallar, qüsurlar görünməyə də bilər. Bu fikir kökün-
dən səhvdir, əvvəla, ona görə ki, obyektə, predmetə güclü
məhəbbət güclü işıq deməkdir, güclü işıqda isə hər şeyi
bütün təfərrüatları ilə görmək mümkündür. Sonrasıda kı,
nəyə görə böyük sənətkarda mütləq bir nöqsan axtarmalıyıq.
Böyük sənətkarların qüsurları da onun güclü istedadından
doğur. Güclü istedad öz qüsurlarının fövqündə dayanır. Mən
qətiyyən nəyəsə işarə etmək istəmirəm. Mən, ümumiyyətlə,
Məhərrəm Hüseynovun təhlil prinsipinin mahiyyətindən
danıram. Yəni o, qələmi əlinə könülsüz götürmür.
Məhərrəm ... bir şairin, müəllifin əsərinə zorla girişsə, öz
talantına onun özünə hayıfa gələr. Amma o, lap zəif bir əsər-
də potensial bir işıq görə bilirsə, o, həmişə işığı gücləndirir,
qığılcımı nəfəsinin gücü ilə oda çevirə bilir.
14
Məhərrəm Hüseynovun yaradıcılıq panoramını
yalnız dilçilik problemləri ilə məhdudlaşdırmaq düzgün
deyil. O, filoloqdur. Filoloq “söz aşiqi” deməkdir. Söz aşiqi
olmayan filoloq söz tapa bilməz, söz tapa bilsə də, onu öz
yerinə qoya bilməz. Aşıq Ələsgər poeziyasına təsadüfi
təkanla müraciət etmir. O, Ələsgərin söz ümmanında bu
vaxta qədər üzə çıxarılmayan “dürri-gövhərləri üzə çıxara
bilirsə, həmin gövhərlərin parlaq işıqda Məhərrəmin iste-
dadındakı estetik gövhərləri üzə çıxardır. Təsadüfi deyil ki,
onun elmi axtarışlarının çoxu sözün poetikasına, sözün este-
tikasına sözün fenomenal qüdrətinə həsr olunub.
Əgər sözün bu qədər qüdrəti varsa, əgər “can sözdür-
sə” onda söz haqqında söz demək lazımdır, qulaqlarımızı
cırmaqlayan qup-quru sözlərin yeknəsəq taqqıltısı yox!
Məhərrəm elmi şəkildə sübut eləyə bilir ki, Aşıq Ələsgərin
sənətkar sözü onun telli sazına ilahi avaz gətiribsə, onu sazı
da sözlərinə füsunkarlıq gətirib. Necə deyərlər:
Ələsgərin sözü parlaq bir səhər
Pərdəylə örtülən işıq deyildi
Sazını solaxoy tutan Ələsgər,
Solaxay söz deyən aşıq deyildi (A.Bədəlzadə)
İstedadsız adamın adının əvvəlində yazılan professor
sözü vitrindəki ucuz malın üstündəki bər-bəzəkli etiketə
bənzəyir. Məhərrəmin həm kinetik, həm də potensial alimlik
enerjisi onun etiketindən çox bahalıdır. Professor sözü onun
yaradıcılıq zəhməti üçün kecikmiş etiketdir. Bu sözlər sadə-
cə tərif deyil, tost da deyil, onun istedadının halal təsdiqidir.
Məhərrəm Hüseynov elmi məntiqlə sübut edir ki,
Ələsgər poeziyası bir küll halında büllur bir lövhədir, mən-
zərədir. Bu lövhə hissələrə parçalansa belə öz füsunkarlığını
itirməz. Məhərrəm bu söz ümmanını gəmidən, qayıqdan
seyr eləmir, özü qəvvas olub bu dəryaya baş vurur.
Məhərrəm Hüseynovun estetik görüşlərində hətta
ötəri yox, normativ prinsiplər ümumiləşdirməyə imkan verir
15
ki, onun saz musiqi ilə aşıq poeziyasının sintezini lap sin-
xron şəkildə təhlil etməsi bu tədqiqatçının dərin, zərif, hu-
manist təbii duyğularının güclü reaksiyasından irəli gəlir.
Mən qətiyyətlə belə bir fikrin üstündə dayanıram ki, sehrkar
saz musiqisinin təsiri gözəl poeziya nümunələri yaratmağa
xeyli dərəcədə imkan yaradır və hətta cəsarətlə bunu da
deyə bilərəm ki, əvvəlcə saz musiqisi, saz havaları yaranmış
və bu havalar da istər-istəməz saz ustalarını şeir deməyə
məcbur etmiş, onlara misilsiz şeir düməkçün atəşlə dolu
ilham vermişdir, sadə desək, saz- söz yaratmışdır. Bəlkə
xalqımızın bir tanrı kimi saza, sözə tapınmağı da bu səbəb-
dəndir. O saza ki, Koroğlunun Misri qılıncına kəsər vermiş,
onu fitri aşığa – şairə çevirmişdir. Musiqinin, nəinki ayrı-
ayrı fərdlərin əxlaqına, qəlbinə, tərbiyəsinə, həm də bütöv
bir xalqın, bütöv bir nəslin əxlaqına təsir göstərməsinə hə-
mişə inanmışam və indi də bu prinsipi müdafiə edirəm. Bu-
na görə də bir tarixi faktı misal gətirmək istəyirəm. Qədim
Yunanıstanın koloniyalarından olan Frakiyada Abdera adlı
şəhərin adamları bütünlükdə tarixdə kobud, qəddar, səfeh,
gülünc xalq kimi məşhur olmuşdur. Deyilənə görə, şəhərin
Abdera adı öz axmaqlığı ilə məşhur olan qəddar çar Dia-
medin qızının adındandır. Diamed o qədər at həvəskarı imiş
ki, öz atlarına insan əti yedirdirmiş və axırda bu Diamedin
özünü də həmin atlar yemişlər. Abderlilərin ağlı olsa da,
onlar heç vaxt bu ağıldan yerində istifadə etmir, düşünməyi,
filosofları sevmir, ancaq kobud, qulaq cırmaqlayan musiqi
havaları altında vəhşi kimi atılıb-düşürlərmiş, onlar çox və
gur səsli musiqi alətlərindən istifadə edirlərmiş və onların
kobudluğu haqqında çoxlu anekdotlar da vardır. Platon
ümumən insanlarda, xalqda kobudluğun səbəblərini saydıq-
da musiqini əsas götürürdü.
Onu da qeyd edək ki, abderlərdə incəsənət üçün hər
cür imkan var idi. Ancaq onlar bu imkanlardan axmaqcasına
istifadə edirdilər, hamı oxuyur, rəqs edir, atılıb-düşür, vəhşi
16
səslər çıxarır (bizim bəzi televiziya kanallarında olduğu
kimi, saxta, hibrid, patologiya səviyyəsinə qalxan musiqilər
kimi!). Abderılərin bütün əxlaq normaları, siyasətləri, teoloji
və kosmoqonik düşüncələri yalnız kobud musiqi və rəqs
prinsipləri üzərində qurulmuşdu. Platon bütün tarixi faktları
ümumiləşdirərək, öz estetik prinsiplərini belə ümumiləşdir-
irdi. Platon öz ölkəsində yüngül və kobud musiqi alətlərini
ölkədən qovmaq istəyirdi. O, məsləhət görürdü ki, ancaq
zərif səsli lirikadan və sitradan istifadə edilsin, kənd cama-
atına və çobanlara tövsiyə edirdi ki, qamış tütəklərə üstün-
lük versinlər. Onun fikrincə, nə ifrat dərəcədə qəm, nə də
ifrat dərəcədə kədərli musiqi insan qəlbində anormal vəziy-
yət yaradır. Vakx və yüngül, şit mahnılar, bayağı, şıdırığı
musiqi və rəqslər çirkin, erotik, ehtiraslar yaradır. Həlim,
zərif musiqi isə insan qəlbinə bir həzinlik gətirir, bu kədər
isə insanı müdrikləşdirir. (Bu barədə bax: Кристоф Мартин
Виланд. История aбтеритов, гезд-во. Наук, 1978, стр. 11-
12)
Məhərrəm Hüseynov artıq öz elmi, təhlil üslubunu
formalaşdırmış və onun üslubu dərhal seçilir. O, dili sözün,
intonasiyanın poetikasına dərindən bələd olan filoloqumuz-
dur. Poeziyanın təhlilinə həmişə onu etibar etmək olar. Aşıq
Ələsgərin qoşma və gəraylılarındakı misralar sazın qırılmış
telləridir, bu misralara ürəklə, ruhla təmas etdirsədə sevən
və düşünən qəlbin musiqisi təcalla olunur. (daha Molla
Sadığın Seyid Nigarı məclisindəki musiqinin yox!)
Söz möcüzəli, ilahi, mistik, bir qədər də sakramental
musiqi alətidir. Bu fikir sadəcə bənzətmə, sadəcə obraz
deyil. Saz çox qədim sehrli hiss və duyğu lüğəti, dərdi-sər,
intiqam, qürur, mərdanəlik, insan bədənindəki beş hissin ifa-
dəsindən əlavə, mənası hələ çətin anlaşılan fəlsəfə simvolu-
dur. Onun zərif və həssas telləri, sufi və hurufi rəmzləridir.
“Yanıq Kərəmi” yalnız cismini duyğuların, Kərəm yanğısı-
nın ifadəsi yox, o mistik və ilahi bir təcəlladır. Onun hər bir
17
teli ilahi həqiqətə aparan dörd vacib pillələrin əyani şəkillə-
ridir. Mənə elə gəlir ki, sazın telləri haçansa dibsiz keçmişin
hansı dövrlərdəsə insan ürəyinin doğranmış damarlarından
çəkilib və sonralar bu cismani tellərlə əvəz olunub. Bu sazın
əlifbasını yalnız savadsız hesab etdiyimiz Aşıq Ələsgərin
ilahi fəhmi aça bilərdi. Sazda hətta şıdırığı, yüngül, şən bir
hava çalmaq istəyəndə də elə bil onun yaralarına toxunur-
san, tellər inildəyir, sızıldayır, ağlayır, çünki onun xəmri
qəmdən yoğrulub, çünki insan əvvəla ağlamağı öyrənib,
çox-çox səmaları gülməyi!
Ağlamaq qəlbin əsl ifadəsi, cövhəri, əsl stixiyası,
gülmək isə dərdi-səri gizlətmək pərdəsidir.
Bütün bu dediklərimi ürəyi saz telləri kimi kövrək
olan Məhərrəm Aşıq Ələsgər poeziyasından gətirdiyi misal-
larla əyaniləşdirir, fikrimizi möhkəmləndirir.
Milli xarakteri heç də ümumbəşər xarakterindən ta-
mamilə təcrid olunmuş şəkildə başa düşmək məhdudluqdur.
Milli xarakter ümumbəşər xarakterinin tərkib hissəsidir,
ümumbəşər ideallarının ifadəsi olan humanizim, milli qüru-
runu itirməmək şərtilə başqa xalqın milli psixologiyasına
hörmət etmək, hər bir xalqın xarakterindən ən bəşəri müna-
sibətləri qiymətləndirmək mənasında ümumbəşər idealının
müəyyən keyfiyyətlərinin daşıyıcısı olmaq mənasında bəşə-
rilik anlayışının məzmununu daha da zənginləşdirir. Amma
sırf milli xarakter yalnız formal komponentləri ilə fərqlənə
bilər. Tarixdə elə qəribə xalqları olub ki, onların milli xarak-
terində qətiyyən ümumbəşər elementi olmayıb. Məsələn,
antik dövrdə Afinomen kaloniyası olan Abdiri ölkəsinin ca-
maatı öz səfehliyi, cahilliyi ilə qəribə xarakterli xalq kimi
tarixə düşüblər: Onlar milli teatr yaradılmasını istəyiblər.
Elə teatr istəyiblər ki, onların xarakterinə uyğun olsun,
səfeh, mənasız tamaşalar olsun. Maraqlıdır ki, onlar bu
səfeh tamaşaları tez-tez alqışlayırdılar səfeh bir xalqın səfeh
18
teatrı: O, da qəribədir ki, onlar öz içərilərindən çıxan
Demokriti Hippokratı dəli hesab edirdilər.
Milli xarakteri hər şeydən əvvəl milli ruh səciyyələn-
dirir Aşıq Ələsgər poeziyasında təmiz lirikanı, azadlıq, bəra-
bərlik və məhəbbət hisslərini ümumilikdə bütün xalqlar ke-
çirə bilər. Amma bu poeziyada elə bənzətmələr, elə poetik
fiqurlar, ifadələr var ki, onun ancaq Ələsgəri mənsub olduğu
xalq dərk edə bilər. Milli ruh qanla yazılır. Təsadüfi deyil ki,
Puşkinin “я помню чудное мгновение” – misrası ilə başla-
nan şeirində şərq ruhunun nişanəsi qalıb. Baxın, Füzulinin
aşağıdakı misraları ilə Puşkin misralarındakı hiss oxşarlığına
baxır. (я помню чудное мгновение, передомною явилась
ты, как мимолëтное Виденье, как чений чистой кросоты)
İndi Füzuli misralarının sehrinə baxaq:
Yar, rəhm etdiyi məgər naleyi - əfqanımıza
Ki, qədəm qoydu bu gün külbeyi – ehsanımıza
Bu vüsala yuxu əhvalı demək mümkün idi
Yuxu getsəydi əgər dideyi – giryanımıza
Aşıq Alı və sonra da onun şagirdi Aşıq Ələsgər kimi
tanınanlar saxta aşıqlıq tacını çox boş başlardan sıyırıb
kənara atarlar, amma təvazökarlıq edib bu taci öz başlarına
yox, aşıq poeziyasının zirvəsinə qoydular, sözün zirvəsini
ilahi dərgaha ucaltdılar. Onlar xalqın qəlbində, fikrində, zeh-
nində, təsəvvüründə, dilində misralar kimi səpələnmiş sözlə-
ri xalqdan alıb, onu al-əlvan boyunbağına çevirib, başqa bir
ideal şəkildə xalqa qaytardılar. Məhərrəm Hüseynovun elmi
təfəkkürünü, alim leksikasını zənginləşdirən onun aşıq po-
eziyasına olan tükənməz məhəbbətidir. “Əzrayılı qanlı tut-
masına anam, məni bir kirpiyi peykan öldürür”. Ələsgər bu
cür qeyri-adi bənzətmələri, çox adi, sadə şəkildə yerli-yerin-
də işlədir. Onun poetik təfəkkürü, zövqü insan qəlbini məs-
satə kimi bəzəyir. Aşıq Ələsgər poeziyasında odlu ehtiras la-
vası, ildırım şaqqıltısı, hər şeyi öz yolundan süpürüb aparan
tufan, qasırğa, qartal uçuşu, şir nərəsi yoxdur. Amma bun-
19
lardan daha artıq elə bir mülayim günəş hərarəti var ki, bu
hərarət sakitcə yaxamızı açır, köksümüzü yandıran rentgen
şüaları kimi ruhumuzun dərinliyinə qədər, iliyimizə - sümü-
yümüzə qədər nüfuz edir, varlığımızı qaraltmır, külə dön-
dərmir, ona həyat ilə təzələyir, bizi sevməyə həyatdan,
təbiətdən, insan sevgisindən bərk yapışmağa çağırır.
Aşıq Ələsgər öz poetik ruhu, qəlbi, sazı-sözü, fitri,
istedadı ilə o qədər yüksəkdə idi ki, onu ən aşağı mərtəbədə
əyləşdirsəydilər belə hamıdan yüksək görünərdi. bu yerdə
bir misal gətirmək istəyirəm: “Bir gün Abdirlilər belə qərara
gəlirlər ki, Veneranın gözəl heykəlini düzəltsinlər. Heykəli
düzəldirlər. Heykəlin özünün beş (5) fut hündürlüyü olur.
Onlar fikirləşirlər ki, bu heykəli daha yüksəyə qaldırsaq,
daha gözəl görünər. Buna görə də onlar beş futluq heykəli
80 futluq (heykəldən 16 fut hündür) postomentin üstünə qal-
dırırlar, heykəl çox hündürə qaldırıldığı üçün o qədər kiçik
görünür ki, şəhərə gələn qonaqlar bu heykəli dəniz nimfası
hesab edirlər və bu heykələ gülürlər. Bununla belə cahil,
kobud, vəhşi abderlilər əcnəbi qonaqları belə deməyə zorla
məcbur edirlər ki, dünyada bu heykəldən böyük və gözəl
heykəl yoxdur. (Bax: Кристоф Мартин Виланд. История
Абдеритов. (Tarixi roman) Наука. Москва, 1976. cтр.9)
Aşıq Ələsgər poeziyasında təbii ki, dini etiqadla
bağlı hiss və duyğular onun dini etiqadına dəlalət edir.
Amma onun şeirində xalq adət və ənənələrinə bağlılıq, səda-
qət və ehtiram dini etiqaddan qat-qat güclüdür. Onu da qeyd
edim ki, yaponlar öz milli adət və ənənələrini sintoizmdən
üstün tuturlar (yəni dinlərindən)
Aşıq Ələsgər poeziyasında sufizm anlayışı varmı,
əgər varsa, onun xarakter cizgiləri necə ifadə olunub. Bu
konsepsiya şəklindədirmi, Cəlaləddin Rumidə, Yunus İmrə-
də olduğu kimidirmi? Bu suallara cavab vermək üçün Aşıq-
in öz poeziyasına müraciət etməkl vacibdir.
Əvvəlcə, ümumiyyətlə sufizm nədir?
20
Rus şərqşünası İ.M.Filiştinski yazır: “Sufizm – İslam
da msitik-asketik cərəyandır və hələ VIII əsrdə xilafətin şərq
vilayətlərində (Suriya və İraqda) meydana gələn bir təfəkkür
tərzidir. Sonrakı üç əsrdə onun fəlsəfi və dini doktrinaları
qəti şəkildə formalaşmışdır... sufilərin təlimi zülm çəkən,
incidilən əhalinin feodal istismarına qoru, xüsusən ortodok-
sal müsəlman ruhaniliyinə qarşı çevrilmiş humanist çərəyan
idi. Sufizm meydana gəlməsi – həyata bədbin, ümidsiz, mə-
nasız bir yuxu kimi, allahla heç bir əlaqəsi olmayan bir qar-
maqarışıqlıq kimi baxılması ilə bağlı bir dünyagörüşüdür
(bax: И.М.Филиш. тинский. Арабская классическая ли-
тература.Издво Наука, Москва. 1965. cтр.259). Daha son-
ra İ.Filistinski fikrini belə davam etdirirdi: - Sufilər insanın
azad olmasını Allahla qovuşmaqda görürdülər. allaha qo-
vuşma ekztatik şəkildə olmalıdır. Allaha qovuşma ardıcıl
pillələrlə olmalıdır. Allaha qovuşma ardıcıl pillələrlə olmalı-
dır: a) şəriət; b) təriqət; c) mərifət və həqiqət yolları (Yenə
həmin mənbədə. səh.261)
Bu fikirlərlə Aşıq Ələsgər poeziyasına yanaşsaq, o
zaman bu böyük, dərin təfəkkür sahibinin poeziyasını bütün-
lüklə bu sxemə salmaq mümkün deyil. Çünki Aşıq Ələsgər
həyat gözəlliklərini, güclü insan məhəbbətini, dünyanı onun
gözəllərini, yaşamaq eşqini tərənnüm edən, yəni həyat eşqi-
ni mənasız, fəna hesab edən şair deyildir.
Amma Aşıq Ələsgər poeziyasında tam sistemli təlim
şəklində olmasa da, sufizm fəlsəfəsinin müddəalarını poetik
şəkildə ifadə edən motivləri inkar etmək də olmur. Bir mə-
sələni də qeyd etmək lazımdır ki, asketizmi sufizimin əsas
aparıcı şərti hesab etmək düzgün deyil. İnsanları zülm edil-
məsinə qarşı və bundan doğan kədər hələ asketizm deyil.
Aşıq Ələsgər tərki-dünya deyil, həyat gözəlliklərindən zövq
alan, bu gözəllikləri cənnət gözəlliklərindən də üstün tutan
bir aşiqdir. Mənim dediyim budur ki, asketizm sufi poeziya-
sının canı-cövhəri deyil, asketizm (zahidlik, tərki dünyalıq)
21
dərviş stixiyası, dərviş psixologiyasıdır. Cavad Nurbaxs
“Xərabatda Xanəgah. (Таверна среди Руин) əsərində bu
barədə yazır: Asket (zahid, dərviş bu dünyadan uzaqlaşmaq
istəyir ki, bu dünyanın zövqü-səfasından qaçıb axirət dün-
yasının zövqü-səfasına hazırlaşsın. Sufilər isə bütünlüklə
Allah sevgisinə bürünərək nə bu dünyada, nə də o biri dün-
yadakı zövqü səfadan imtina edirlər və ilahi səadəti yalnız
Allahla qovuşmaqda – sufizmin dördüncü, əsas pilləsində -
uluhiyyət, həqiqət mərhələsində görürlər.
Aşıq Ələsgər axirətə inanmaqla bərabər nağd dünya-
dan da imtina etmirdi. Hətta sufilər Qurana istinad edərək
belə deyirdilər: “Kim bu dünyada kordursa, o biri dünyada
da kor olacaqdır” (səh.99. Yuxarıda göstərilən kitabda)
Cavad Nurbaxs Sufilər haqqında belə də yazır:
“Sufilər belə deyir: “Bu gün öz sevgilisinin üzünü görə bil-
məyən, onu sabahda görə bilməyəcək. Deməli, sufi bu dün-
yanın cənnətini üstün tutur”. (bu barədə ətraflı bax: Джавад
Нурбахш. Таверна среди руин. (семь эссе о суфизме).
Н.И.Р., М., 1992, стр.99)
Bunu da nəzərdə tutmaq lazımdır ki, obrazlılıq
mənasında sufi terminlərindən istifadə etmək hələ sufi
təriqətinə mənsubluq deyil. Nəsimidə belə bir beyt vardır:
Səni bu lütf ilə, bu hüsnü cəmal ilə görüb,
Qorxdular həq deməyə, döndülər insan dedilər
Bu beytdən də açıq-aşkar görünür ki, şairin təsvir
etdiyi gözəl real insandır və beytin Allaha aidiyyəti yoxdur,
əksinə real gözəlin allah dərəcəsinə qaldırılmasına haqq
qazandırır. Aşıq Ələsgər də belə misralar vardır.
Qəddim əyib, qəm xirqəsin geyirəm,
Məhəbbət odundan təam yeyirəm
Leyli-nəhar, ya Hü: ya hu deyirəm
Çıxıbdı yadımdan ibadət eylə!
22
Diqqət! Diqqət! Əslində yahü! Xitabi dərvişlə
məxsusi idi. “Yahü” - ərəbcə. Xyva sözündəndir mənası.
“O” - yəni Allah deməkdi.
Göründüyü kimi burda dini terminlər işlənsə də,
mahiyyətcə sufizmdən söhbət getmir.
Haq meyi İslama haram buyurur,
Dərd tüğyan eləsə mey içmək olar.
Buradakı “mey” sözü real dünyanın meyidir.
Aşıq Ələsgərin sufi aşıq olması məsələsinə gəldikdə
isə mənim fikrim belədir: Aşıq Ələsgər bütün sufi
terminlərinə bələddir. O, həmin terminləri konkret obrazlar-
ın, gözəllərin təsviri üçün məharətlə işlədir və sufizmin bü-
tün prinsiplərini dərindən bilir, onlardan böyük sənətkarlıqla
istifadə edir, amma mənim fikrimcə, o, sufizmin necə deyər-
lər kanonlaşmış mərhələlərini keçməmiş, mürid-mürşüd mü-
nasibətləri ilə bağlı şərtləri məktəb səviyyəsində keçmə-
mişdir. Məlumdur ki, sufizmin əsasında panteizm dayanır.
Panteizmin düsturu belədir: Allah özünün yaratdığı bütün
təbiətdə təcəlla edir, sufizmin düsturu isə belədir: Allah yar-
atdığı bəndələrinin özündə təcəlla edir. Hürufilik təlimində
də bu prinsiplər gözlənilir. Sufilikdə ilahi eşq fəlsəfəsi üs-
tünlük təşkil edir. O da məlumdur ki, sufizm və panteizm
termini və rəmzlərindən istifadə edən şairlərimiz az deyil.
Amma onların hamısını sufi məktəbinə daxil etmək olmaz.
XIII əsr türk aşığı Yunus İmrə Sufi aşıqdır. Amma onun
müəllimi Molla Qasım (mürsud mənasında yox!) Sufi aşıq
hesab olunmur. XIX əsr şairimiz S.Ə.Şirvaninin “guş qıl...
müxəmməsində başdan-başa panteist rəmzlər var, amma
onu sufi şair hesab etmək olmaz. Cəlaləddin Rumi Xalis
təsəvvüf şairi idi, Şəms Təbrizi onun murşudu idi. Məlum
olduğu kimi ilk sufi şairi xorasanlı Bəyazid Bistamidir. (IX
əsr) Lakin ilk sufi təlimi Bağdadlı Şeyx Cüneyd Allahın
birliyi haqqında təlimini belə ifadə edir: rugh (can) Allah ilə
vəhdətdədir. Sufi təlimini sistem halına salan böyük alim
23
İmam Qəzalidir. Sufizm bu etiqadı qəbul edir. Allah insanda
ərimişdir. “Panteizmin düsturu belədir: Allah təbiətdə
ərimişdir.
Bu düstürları fəlsəfi kateqoriyalar ilə ifadə etsək,
belə deyərik: sufizmdə subyektiv idealizm, panteizmdə isə
obyektiv idealizm meyli üstünlük təşkil edir. “Sufizm – ilahi
etikanı təcəssüm etdirir. O, öz arzu və ideallarını qəlb
işığında tapır, intellektual sübutlarda yox. (Bax: Джавад
Нурбахш. Таверна среди руин. (семь эссе о суфизме).
Н.И.Р., М., 1992)
Sufilər özünün dünyəvi mövcudluğunu qurban verir,
o, öz “mən”indən imtina edir, aşiq öz “mən”indən xilas
olandan sonra allaha qovuşub (vəhdəti-vücud) əbədiyyətə
qovuşur. Konkret olaraq sufizmdə - insan sevgisi Allaha
olan məhəbbətdir.
Aşıq Ələsgərin gözəlləri isə konkret dünyəvi gözəl-
lərdir. O, real gözəlliyi hətta sufi obrazlarla ifadə etsə belə
sufi sənətkar səlahiyyətinə malik deyil, daha doğrusu sufizm
onun poeziyasında aparıcı rol oynamır. Hətta Nəsiminin
özündə də onun təsvir etdiyi gözəllər sufi obrazı hesab
etmək olmaz.
Səni bu lütf ilə, bu hüsni – camal ilə görüb,
Qorxdular həq deməyə, döndülər insan dedilər.
Aşıq Ələsgərdə sufizm ifadə formasıdır. O, dörd
mərhələni – şəriət, təriqət, mərifət və həqiqət (uluhiyyət) pil-
lələrinin mahiyyətini dərindən dərk etmiş, onların mahiyyə-
tini dərindən mənimsəmiş, lakin bir təriqət sahibi kimi prak-
tik cəhətdən yolları sufi kanonlarına uyğun keçməmişdir.
Onun aşağıdakı şeirinə diqqət yetirək:
Ölməyincə bu sevdadan,
Çətin dönəm, usanam.
Həqiqətdən dərs almışam
Təriqətdə söz qanam
Şahı – mərdan sayəsində
24
Elm içində ümmanam
Dəryaların qaydasıdır
Ümmana baş endirir.
XI əsrdə İmam Qəzali mistik ideyaları möminlər ara-
sında yayırdı. Rasionalistlər iddia edirdilər ki, məntiq gücü-
nə mütləq həqiqətə nail olmaq mümkündür. Mistiklər (sufi-
lər) isə iddia edirdilər ki, bu həqiqətə yalnız duyğular vasi-
təsilə çatmaq mümkündür.
Sufilərlə cahil din xadimləri arasında ixtilaf bir
Quran ayəsi ilə bağlıdır. Allaha istinad edilən “Ənnəhulq-
həqq. “O da Allahdır” cümləsini din xadimləri belə yazırlar
ki, Ənnəhul-həqq sözü Allaha aiddir. Nəsimi isə onların iza-
hını ağıla sığmayan hesab edir və həmin ayəni belə izah
edirdilər ki, “o, haqdır” ifadəsini məntiqə görə Allah özü
üçün deməzdi. O, haqqın qərarı Allahın yaratdığı insana ver-
diyi qiymətdir. “Küntün – Kənzən”. (Mən bir nə idim, insanı
yaratdım ki, mən aşkar olum. Bu da məlumdur ki, Allahım
iqrarına görə o, insani öz sifətində yaratmışdır! Əgər belə
idisə, insanın ləyaqətini alçatmaq böyük günahıdır.
Böyük klassik şairlərimiz, sufi şairlər, sufizm fəlsə-
fəsini yüksək qiymətləndirən Aşıq Ələsgər kimi böyük sə-
nətkarlar ona görə də insan gözəlliyini, onun təmiz mənə-
viyyatını böyük məhəbbətlə tərənnüm edirdilər.
“Mələksən çıxmışam cənnət bağından” deyən
Ələsgər insanın ucalığını beləcə təsdiq edirdi.
Hər hansı bir nəzəri konsepsiyanı, hətta izaha ehtiya-
cı olmayan postulatı belə dərhal təlim adlandırmaq düzgün
deyil. Təlim, dünyagörüşünü bütöv bir sistem olmalıdır.
Hətta mötəbər bioloqlar Pavlovun nəzəri konsepsiyalarını
təlim adlandırmırlar. Təlim o zaman ola bilər ki, bu elm ta-
mam qurtarmış, bitmiş hesab olunsun. A.S.Puşkin “Qurana
nəzirələr yazmışdır. Bu nəzirələr hətta konkret Quran ayələri
ilə tam uyğun gəlir. Düzdür, Puşkinin damarlarında şərqli
qanı axırdı. Onun qısqanclıq üstündə ölümü də, bəzi
25
şeirlərindəki şərq koloriti də bunu sübut edir. Amma bu
şərq, müsəlman təsiri onda epizodik şəkildə idi. Məşhur al-
man şairi Höte “Məhəmməd” dramını yazmış, bu əsərdə
şərq panteizminə inam da bəsləmiş və onun təsvirində spi-
noza tipli bir filosof etiqadı da vardır. Amma Höte tamam
panteist deyildir. Yedyard Kiplinqin “Maugli” əsəri başdan-
başa şərq koloriti ilə doludur. Hətta o, Bombeydə doğulmuş-
dur. Bununla belə şərq ruhu onun damarlarında yox, sadəcə
ekzotik hadisələrə marağında idi. Əlbəttə mən bu faktları
ümumi fikrə aydınlıq gətirmək üçün gətirərəm və Aşıq
Ələsgəri qətiyyən onlarla müqayisə etmirəm. Sadəcə onu
demək istəyirəm ki, Aşıq Ələsgər sufizmə dərindən
bələddir, onu rəmzlərində böyük sənətkarlıqla istifadə edir.
Ələsgərdə şəriətə, təriqətə, mərifətə və uluhiyyətə də layiq
əvəzsiz bir ürək var. Amma onu tam sufi təliminə, sufi prak-
tikasına yiyələnməsini iddia etmək həqiqətdən uzaq olardı.
Sufizmdə, yalnız sufilərin dərk edə bildiyi rəmzlər var. Aşıq
Ələsgərdə isə müəmmalı, mistik bir fikir yoxdur Nəsimi isə
belə deyirdi:
Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz
Bu, quş dilidir, bunu Süleyman bilər ancaq
(bax: İmaməddin Nəsimi. Seçilmiş əsərləri. Bakı,
Maarif nəşriyyatı, səh.30)
Bertels təsəvvüf poeziyasının bəzi tipik əlamətlərini
belə izah edir: “Təsəvvüfdə meyxana – xərəbat təkyə, sitayiş
yapılan yer, meyxanaçı – saqi, pisi – müğan, mürşüd (şeyx)
rəmzləri işlədilir. Meyxanada içilən şərab ilahi eşqə qovuş-
maq mənasındadır (İslam dinində şərab günah, haram sayıl-
dığına görə içgiyə aludə olanlar müxtəlif xarabatlarda topla-
şıb, eyş edirdilər. meyxanaya xərabat deyilməyin bir səbəbi
də budur” (Bax: словарь (суфийских терминов Mənbə:
Е.Э.Бертелс. избранные труды, суфизм и суфийская
литература. Изд-во. Наука, Москва. 1965, стр.126-128)
26
Bu tipik əlamətlər Böyük Ələsgərdə görünmür. Ona
qalsa, biz S.Ə.Şirvanini də sufi şairi hesab edək.
Sizi tanrı yetirin piri-xarabata məni,
Ki, bugün, saqi əlindən gileyim var mənim.
Deməli, S.Əzim təsəvvüf rəmzlərindən bir obraz,
ifadə forması, bənzətmə kimi istifadə etsə də o, təsəvvüf
şairi deyildir.
XX əsrin məşhur yazıçısı Cürban Xəlil yaradıcılığın-
da sufi əlamətləri var, amma o, təsəvvüf yazıçısı deyildir.
Aşıq Ələsgər dili xalq dilinin zəngin potensialına
söykənir və aşıq bu dilin xəzinəsindən sərraf kimi elə qiy-
mətli inciləri üzə çıxarırdı ki, bunların hamısı yalnız Ələsgər
poeziyasında parlaq işığını göstərə bilirdi.
Bir möcuzə idi Aşıq Ələsgər,
Min aşiq içində yeri seçildi
Özü sərkəndəydi, sözüdə ləşkər
Rəqiblər döyüşsüz geri çəkildi.
Onun söz yükünü daşısaydılar
Şeyxi-xanagahi dərd göynədərdi
Ələsgər dövründə yaşasaydılar.
Ələsgər onlara dərs öyrədərdi.
(Ağasən Bədəlzadə)
Aşıq Ələsgərin sözü onun sazı kimi idi. Əgər onun
sazının tellərinə naşi bir əl toxunsaydı, tellər dərd edərdi,
gileylənərdi və tellər dil açıb deyərdi ki, bizə yad əllər
toxunub. Bizim səsimizi kallaşdırıb, lallaşdırıb. Aşığın elə
sözü də belədir: onun misralarındakı sözlərin arasına
Ələsgərə mənsub olmayan özgə sözü düşsə, bu səhv dərhal
bilinər. Aşıq Ələsgərin söz ümmanının kamil qəvvası olan
Məhərrəm Hüseynov bu fikri görün necə inkişaf etdirir: O,
belə deyir: “Aşıq Ələsgərin poeziyasında mövzu və fikir
genişliyi, ifadə formalarının təbiiliyi ilə qəribə formada
birləşmişdir. Sənət dilinə belə yetkin duyum Aşıq Ələsgər
27
poeziyasına möhtəşəm bir lirik səciyyə və cazibəli məzmun
keyfiyyətləri gətirmişdir. Poeziya predmetinə çevirdiyi
bütün anlayışlar gözəl dil vasitəsi ilə öz poetik inikasını tap-
mışdır. Məhz bu xüsusiyyətlərin yüksəkliyi bir daha əyani
şəkildə göstərir ki, Aşıq Ələsgər üslubunun ədəbiyyatımız-
dakı əhəmiyyəti müstəsnadır”.
Aşıq Ələsgər leksikası əsrarəngiz söz müzeyidir. Bu
müzeydə poetik sözün bütün çalarlarını, rənglərini, qamma-
larını, akustik cazibəsini, intonasiya formalarını eyni sözün
cürbəcür şəkildə məna variantlarını, sözlərin bir-birinə
təması nəticəsində musiqi yaranmasını müşahidə etmək olar.
A.P.Çexov deyirdi ki, “kobud və ürəkdən gəlməyən” sözlər-
dən qaçın. Mən həddindən artıq fısıldayan, qulaq cırmaqla-
yan sözlərdən qaçıram və onları sevmirəm”. Aşıq Ələsgərdə
belə sözlərə rast gəlmək çox çətindir. Hətta onun satirik
ruhlu şeirlərində belə əndazədən çıxan vulqar söz və ifadə
yoxdur. Vaxtilə abstraksionist Matya əcaib bir sənət modeli
yaratmışdır və onu “letrizm” adlandırırdı. Guya bu üsul
hərflər materiyasını ifadə etmək üçün yeni poetik üsuldur.
Onlar elə sözləri suni surətdə yan-yana düzürdülər ki, guya
onlar musiqi yaradırdı. Əslində bu üzdən iraq nəzəriyyəçilər
öz qarşısında elə məqsəd qoymuşdular ki, “Qoy poeziya
şairlərin öz əlləri ilə dağıdılıb-viran olsun. (Bizdə də belə bir
tendensiya yox deyildir)
Şeirin gözəlliyində sözün rolunu və qiymətini başa
düşmək üçün bir misal gətirməyi vacib bilirəm: Bir dini
kitabda Quranın nə üçün şeirlə (səclə) yazılmasının səbəbi
belə izah edilir: “Quran vəhy edildiyi vaxt ərəb şeiri öz
inkişafının ən yüksək zirvəsinə qalxmışdı. O, dövrün ərəblə-
ri şeiri sadəcə olaraq sevmirdi, onlar şeirə səcdə edirdilər.
Şeir ərəb üçün hər şey idi. Ərəb öz varlığını şeirdə görürdü,
ən güclü ərəb şairləri belə deyirdi. Zənn etməyin ki, biz
Məhəmmədə inandığımız üçün baş əyirik. Bizi səcdə etdirən
28
bu sözlərin bənzərsizliyidir. (Bax: Qurana dair 101 sual.
Bakı, 1992, səh.20)
Bu faktı orta əsr alimi Sen Tuteylə də təsdiq edir.
Bu mənada professor Məhərrəm Hüseynov Aşıq
Ələsgər şeirinin poetikasını belə səciyyələndirir: “Aşıq
Ələsgərin şeir yaradıcılığı hər şeydən əvvəl böyük bədii dil
hadisəsidir, möcüzəli bir sənət dünyasıdır, sirri tam yozul-
mamış fərdi üslubun təkrarolunmazlığıdır. Aşıq Ələsgər po-
eziyasında Azərbaycan dilinin təravəti, orijinal ifadə vasitə-
ləri, xalq ünsiyyət dilini, həm də xalq təfəkkürünü bədii-es-
tetik zənginliyini təcəssüm etdirmişdir”.
Məhərrəm Hüseynov bu sözlərlə böyük bir həqiqəti
təsdiq etməklə biz də belə bir təəssüratda yaradır ki, özümüz
də bu qədər söz xəzinəsi ola-ola özgələrin leksikasından dil-
ənməyə ehtiyac vardırmı? Özü də elmi fikir və mühakimədə
yox, poeziyada buna ehtiyac varmı?
Bu fikrin aktuallığına şübhə ola bilərmi?
İstedadlı filoloqumuz Məhərrəm Hüseynovun yeni
tədqiqatı bu suala qəti və inandırıcı cavab verir.
Könülləri işığı ellər aşığı
Doğuldu söz ilə dərd çəkmək üçün,
Gör neçə dərd ilə üz-üzə gəldi.
Möcüzə üstündən xətt çəkmək üçün
Ələsgər dünyaya möcüzə gəldi.
Təbi daşa dəysə, daşa can gələr,
Dünyanın o deyən söz gərəyiydi.
Peyğəmbərin vəhyi Allahdan gələr.
Onun Allahı da öz ürəyiydi.
Daş da dil açardı belə təb olsa,
Söz ilə sən demə buz da qızarmış!
29
Yazanın öz qanı mürəkkəb olsa,
Kağız, qələmsiz də yazan yazarmış!
Yasın dərdi-sərlə hesabı yoxdur,
Yaş yox, daş üzlülər dərdi tərpədir.
Ürəksiz bir ömrə on ildə çoxdur,
Ürəyi olançın yüz beş il nədir!
Qızılı palçığa, lilə salırlar,
Üz astar, astar da üz olub gedər,
Sözü ki, qiymətdən belə salırlar,
Qorxuram dünyadan söz ölüb-gedər!
Əzəldən söz ilə yaranıbsa din,
Niyə sözün hökmü qalsın yarıda?
Sazın vurğunları olsaydı min-min
Olmazdı dünyanın qırğınlarıda!
Ələsgər sözündə bir yanar ürək,
Söz var ki, içində mənası yüz-yüz
Otuz cüz Quranı əzbərləyən tək,
Əzbərlə Ələsgər sözünü cüz-cüz!
Ələsgər qəlbində söz yanıbdısa,
Pir-ocaq olmazdı o köz olmasa,
Dünya ol! Sözüylə yaranıbdısa,
Dünya dağılmazmı bəs söz olmasa?
Şeir göylər üçün bir dil olubsa,
Yerlə haq dərgahı sözlə səsləşib
Quran da şeir ilə nazil olubsa,
Ələsgər şeiri də müqəddəsləşib.
30
Bir şlin namərdlə savaşında da,
Kim bilir bir məzar necə ağladı?
Bəlkə lap dünyanın o başında da
Kiminsə qəlbində Göyçə ağladı.
Ələsgərin sözü parlaq bir səhər,
Pərdəylə örtülən işıq deyildi.
Sazını solaxay tutan Ələsgər,
Solaxay söz deyən aşıq deyildi.
Bir möcüzə idi Aşıq Ələsgər,
Min aşıq içində yeri seçildi.
Özü sərdar idi, sözü də ləşgər,
Rəqiblər döyüşsüz geri çəkildi.
Onun söz yükünü daşısaydılar,
Şeyxi – xənəgahi dərd göynədərdi
Ələsgər dövründə yaşasaydılar,
Aşıq sufilərə dərs öyrədərdi.
Hər sözün eşqinə mən əyilmirəm,
Ömür də saymıram ötən hər ömrü
Neçə dövran gəlib-keçər, bilmirəm,
Saz ömrü qədərdir Ələsgər ömrü!
10.11.2016
31
Dərya dilim dalğa vurdu bulandı
Qərq olmaq istəyən ümmana gəlsin.
(Aşıq Ələsgər)
GİRİŞ: BƏDİİ SÖZ CƏNGAVƏRİ,
AZƏRBAYCAN ŞEİRİNİN TƏKRAROLUNMAZ
ESTETİK HADİSƏSİ
Aşıq Ələsgər qüdrətli sənətkar ömrünü sözə həsr
edən, sözlər aləmində yaşayıb onunla nəfəs alan ədəbi
şəxsiyyət, poeziya nəhəngidir. Bədii söz bu ulu korifeyin
həyatı, daimi yol yoldaşı olmuşdur. Onun sözlə həmdəm,
şair-filosof qəlbi odu, alovu, işığı sözdən almışdır. Ən
önəmlisi odur ki, bu poetik söz cəngavəri sözə borclu qal-
mamışdır, öz ürəyinin hərarəti ilə onu cilalamış, ona əbədi
həyat vermişdir. Əbədiyaşar qoşma, gəraylı, təcnis və digər
sənət inciləri öz qüdrətini, odunu-alovunu, estetik sehrini
söz dahisinin könül dünyasından, coşub-daşan ilhamından,
bənzərsiz istedadından əxs etmişdir.
Aşıq Ələsgər dühasının bədii dillə bağlı özünəməx-
susluqlarını, onun bənzərsiz poetik yaradıcılığının üslubi
simasını müəyyənləşdirmək bir sıra şərtiliklərlə müşaiyət
olunur. Bu ondan irəli gəlir ki, XIX əsrdə və XX yüzilliyin
ilk onilliklərini təmsil edən aşıq poeziya dilini ümumi ədəbi
kontekstdən təcriddə təsəvvürə gətirmək olduqca çətin
problemdir. Çünki Göyçə ədəbi mühitinin, onun fəal yaradı-
cılıq atmosferinin nişanələri bir çox cəhətdən üst-üstə düşür.
Aşıq şeirinin müxtəlif meyillərindən ibarət çox
zəngin və mürəkkəb mənzərəsində nəzərə çarpan oxşarlıq-
lar, ümumi xüsusiyyətlər vardır. Bir sıra hallarda ümumi
32
düşüncə tərzindən, ədəbi ənənələrdən, bədii mətləblərdən,
mövzu və məzmundan, yaradıcılıq üslubundan və ovqatın-
dan qaynaqlanan oxşarlıqlar belə bir qənaəti şərtləndirir ki,
müəyyən bir yaradıcılıq istiqaməti, poetik janr əlamətləri
kimi bu tipoloji yaxınlıq təbiidir. Bununla yanaşı parlaq iste-
dad sahibləri bu ədəbi ənənələrdə, yaradıcılıq mənzərəsində
yeni üslubi meyl, deyim tərzində nəzərə çarpan müxtəliflik
və əlvanlıq əmələ gətirmə iqtidarını nümayiş etdirir.
Bu mənada Aşıq Ələsgərin əlvan və çoxyönlü şeir
poetikasının özəlliklərini, onun bənzərsiz lirikasının aydın
və konkret simasını, dil və üslub sanbalını özündə əks et-
dirən, estetik siqlətində, sadəliyində və səmimiyyətində özü-
nü biruzə verən dərinliyini dərhal sezməmək mümkün deyil.
Aşıq Ələsgərin dil sənətkarlığını geniş kontekstdə, bütün
dövrlərin ən parlaq portretləri, görkəmli söz ustadlarının təc-
rübələri fonunda, zəngin ədəbi ənənələr işığında tədqiq et-
məklə onun sənət dilinin əlvanlığını, ruhunu, bədii dərinliyi-
ni və estetik tutumunu daha müfəssəl təsəvvür etmək olur.
Aşıq Ələsgərin dilinin poetik çəkisini hiss etdikcə, onun
bədii qüdrətinə əsaslı şəkildə nüfuz etdikcə böyük söz
sərrafının fərdi dəsti-xətti onun bütövlükdə aşıq şeiri, qüd-
rətli meylləri ilə daxili əlaqəsi, qarşılıqlı bağlılığı dolğunlu-
ğu ilə aşkara çıxır. Aşıq şeiri dilinin inkişafındakı sənətkar-
lıq axtarışlarındakı misilsiz xidmətləri, xüsusi bir keyfiyyət
mərhələsi kimi orijinal cəhətləri müəyyənləşir. Aşıq
Ələsgərin dili ənənələrdən gələn bədii meyarlar zənginləş-
mə, büllurlaşma sanbalı ilə estetik hadisəyə çevrildi ki, bu-
nun da kökü bilavasitə onun şeir təfəkkürünün yeniliyi,
poetik dil axtarışlarının təravəti ilə bağlı idi. Aşıq Ələsgərin
33
təmsil etdiyi dövrün şeir dilinin yeni bədii keyfiyyətlər əldə
etməsi məhz şeirin mədəni səviyyəsinin yüksəlməsi, lirik
düşüncənin təzələnməsi hesabına baş verdi. Aşıq Ələsgər
timsalında bədii yaradıcılıqda artan bədii məntiq və məna
səviyyəsi, duyğu və düşüncələrin ifadə vasitələri təkrarsız
rənglərlə zənginləşmə və püxtələşmə prosesi keçirdi. Poetik
təfəkkür orijinallığı şeir dilində əks-səda tapdı. Ana dilindən
daha səmərəli faydalananmaq istiqamətində inkişaf Aşıq
Ələsgərin yaradıcılığında xüsusi intensivlik qazandı və
nəticədə onun əsərləri mükəmməl poetik hadisəyə çevrildi,
poetik üslubunun nüfuzu artdı. Aşıq şeirində deyim boyatlı-
ğına, şablonlaşmış obrazlı söz və ifadə sisteminə yeni çalar-
lar, yeni poetik ovqatın məhsulu olan təravətli təsvir vasitə-
ləri qabarıqlaşdı. Yaradıcılıq faktları göstərdi ki, Aşıq
Ələsgər şeirlərinin kəsb etdiyi yeni keyfiyyətlər ilk növbədə
müəllifin qabarıq bədii səviyyəsi ilə fərqlənən əsərlərini
meydana çıxartdı, bədii keyfiyyət və sənətkarlıq tələblərinə
bütünlükdə cavab verən kamil lirika nümunələri bədii–este-
tik məziyyətləri ilə populyarlıq və ümumxalq sevgisi qazan-
dı, müəllifinin təkrarsız sənətkar simasını təcəssüm etdirdi.
“Ələsgər şeiri xalq şeiridir. Bəzən adama elə gəlir ki,
bu şeirləri bir nəfər yox, xalq özü yaradıb. Ona görə ki, bu
şeirlər xalq ruhunun, xalq mənəviyyatının hayqırtısıdır. Bu,
Ələsgər şeirinin birinci tərəfi. İkinci tərəfi ondan ibarətdir
ki, Ələsgər şeiri başdan-başa həyatın özüdür... Azərbaycan
təbiəti, Azərbaycan ruhu Ələsgər şeirində dil açıb oxuyur.
Vətənimizdən danışan şaqraq nəğmələrdir” (36, 78-79). Və
bu nəğmələrin ömrü xalqın ömrü, Azərbaycan dilinin ömrü
qədərdir. Dil dahi şairin yaradıcılıq simasının güzgüsü, mə-
34
nəvi dünyasının cövhəri, müdriklik çeşməsidir. Yaradıcılıq
fərdiyyətinin estetik mündəricəsini özündə təcəssüm etdirir,
misilsiz poeziya nümunələrinin bədii qüdrətini təsdiq və
təcəssüm etdirir. Ənənəvi poetik formalarda yeni fikir və
məzmunun yüksək sənət səviyyəsində nümayiş etdirən Aşıq
Ələsgərin bədii sözü xalqın mənəvi həyatının, duyğu və dü-
şüncə tərzinin parlaq ifadəsidir. Ona görə də onun dilini təh-
lil və tədqiqat predmetinə çevirəndə dahi sənətkarın üslubu
haqqında bəsit mühakimələr yürütmək bəlkə də günahdır.
Bəşəriyyətin qədim və zəngin ədəbi təcrübəsi dönə-
dönə təsdiq etmişdir ki, Aşıq Ələsgər səviyyəsində, Aşıq
Ələsgər siqlətində olan şairlər bütün zamanların və bütün
nəsillərin şeiridir. Çünki fitrətən şair olanlar – söz dahiləri
bütün nəsillərlə yenidən doğulur, bütün zamanların zövqünü
oxşayır və tərbiyə edir. Məhz buna görə də Aşıq Ələsgərin
ədəbi şəxsiyyətinə, misilsiz poeziyasına, zəngin poetikasına
yeni baxışların formalaşması, Aşıq Ələsgər sözünün
keyfiyyət yeniliklərinin dərin poetik-üslubi qatlarının
aşkarlanması və hərtərəfli təqdim edilməsi həmişə estetik
zərurət kimi meydana çıxır.
Aşıq Ələsgərin sənətkar xoşbəxtliyinin özülündə iki
amil dayanır: onun biri Ulu Göyçənin qoynunda, ədəbi
mühitində doğulub – yaşamasıdırsa, digəri Anamız Azər-
baycanın doğma dilində nümunəvi poeziya yaratmağıdır.
Bəlkə ona görədir ki, onun əsərlərində təbiətin şeiriyyəti ilə
dilin şeiriyyəti sintez olunaraq sənət möcüzələri meydana
gətirib. Aşıq Ələsgər təbiətdən yazanda doğma təbiətin dili
ilə danışır, təbiəti şairin Göyçə ləhcəsində danışdırır. Bu
35
yaradıcılıq prosesində doğma ana dilimizin misilsiz bədii
hüsnü nümayiş etdirilir.
Aşıq Ələsgər poeziyası sanki Azərbaycan dilinin
bədii imkanlarını sınağa çəkmək üçün, bu dilin qüdrətini
təsdiqləmək üçün yaranmışdır. Onun hər misrası hikmətlə
yüklüdür, hər kəlmə zəka işığı ilə şüa saçdığına görə
heyrətləndirəndir, hər kəlamı hikmətdir, sentensiyadır. Adi
təsvirçilik, ritorika Aşıq Ələsgər sözünə ruhən yaddır. Ovqat
çeşidindən asılı olaraq hər bir dil vahidi üslubi çeviklik kəsb
edir. Ovqat fərqindən irəli gələrək sözün poetik çalarları
mütəhərrikləşir, eyni söz ayrı-ayrı mətn mühitində üslubi
cəhətdən fərqlənir. Aşıq Ələsgər sözü təsvir – tərənnüm
obyektinin, bədii portretin daxili və xarici cizgilərinin
dərininə enir, həyat və sənət həqiqətlərinin nüvəsinə nüfuz
edir. Yeni və təravətli deyim ənənəvi ədəbi motivləri bədii
kəşf səviyyəsinə qaldırır, sözün yeni nəfəsindən güc alan
obrazın bədii vüsəti konkret və həyati detallarla
zənginləşdirilir.
Aşıq Ələsgərin şeir yaradıcılığı hər şeydən öncə bö-
yük bədii dil hadisəsidir, möcüzəli bir sənət dünyasıdır, sirri
tam yozulmamış fərdi üslubun təkrarolunmazlığıdır. “Qədim
və zəngin şeir mədəniyyəti olan çoxəsrlik ədəbiyyatımızda”
bu böyük aşıq elə bir bədii səviyyəyə yüksəlmişdir ki, bu
gün də biz onu Vaqif, Vidadi kimi tədqiq edib öyrənsək, ona
ədəbiyyat tariximizdə fəxri yer versək... heç yanılmarıq”
(28, 172). Öz coşqunluğu, üsyankar ruhu, həzinliyi, zərifliyi
ilə seçilən, lirizmi ilə oxucularını və dinləyicilərini heyran
qoyan Aşıq Ələsgər daha çox dil zənginliyinə, lüğət tərkib-
indən koloritli istifadəsinə, qrammatik ifadə vasitələrinin
36
çevikliyinə görə sevilib-seçilir, dinləyicinin ürəyinə işıq
saçır.
Bir cəhəti xüsusi olaraq vurğulamaq yerinə düşər ki,
ədəbiyyatşünaslığımızın, ədəbi-tənqidimizin ən görkəmli
nümayəndələri, poeziya sənətinin incəliklərinə münasibətdə
özünəməxsus mövqeyi olan alimlər, şair və yazıçılar aşıq
poeziyasını ümumi poetik prosesin canlı, dinamik inkişaf
edən bir qolu kimi səciyyələndirmiş, bu poeziyanın zirvəsi
sayılan Aşıq Ələsgər yaradıcılığının tədqiqi ilə ardıcıl və sə-
mərəli şəkildə məşğul olmuşlar. Birmənalı şəkildə belə bir
qənaət yekdilliklə qəbul olunmuşdur ki, Aşıq Ələsgər sənət-
in zaman qarşısındakı funksiyasını geniş dərk etmiş, onun
hüdudlarını, struktur imkanlarını yeni kəşflərlə, tapıntılarla
zənginləşdirmişdir. Bu uğurlar içərisində dil ənənələrinə
mühüm yeniliklər gətirmişdir ki, bu da dilimizin daxili, este-
tik imkanlarının tükənməzliyinin ifadəsi olmaqla bərabər,
böyük sənətkarın dillə davranış qabiliyyətinin təzahürüdür.
Osman Sarıvəllinin “Qüdrətli şair, ustad sənətkar”
adlı çox dəyərli kitabının ikinci – 2011-ci il nəşrinə şairin
oğlu, fəlsəfə elmləri doktoru Babək Qurbanov ön söz kimi
yazdığı “Ustad aşıq, poeziyamızın klassik şairi Aşıq
Ələsgər”də belə bir qeyd vardır: “Bu şeirlərin dili, məntiqi,
ideya – məzmunu əslində xalqımızın bədii təsəvvür tərzinin
qaynaqlarından qidalandığına görə son dərəcə oxunaqlı,
yadda qalan və təsirlidir. Əksər halda bu şeirlərin hafizələr-
də qalması, şifahi şəkildə ağızdan-ağıza ötürülərək günümü-
zə qədər gəlib çatmasının səbəbini anlamaq mümkün olmur”
(34, 6).
37
Bizə elə gəlir ki, Aşıq Ələsgərin coşqun təbindən
doğan şeirlərin sürətlə hafizələrə köçməsi, yaddaşlardan
silinməsinin səbəbini anlamaq o qədər də çətin deyil və
bunu hörmətli müəllifin özü fikrinin əvvəlində doğru müəy-
yənləşdirib: “Şeirlərin dili və məntiqi”. Aşıq Ələsgərin
dilinin sənət faktı kimi möhtəşəmliyi, bu dilin üslubi çevik-
liyi, xalq ruhunun, xalq mənəviyyatının misilsiz inikas for-
ması olması onun şeirlərinə əbədiyaşarlıq bəxş etmişdir.
Aşıq Ələsgər ana dilini mükəmməl bilməyin, onun poetik
ruhunu duymağın, onunla nəfəs alıb yaşamağın bariz nümu-
nəsidir. Böyük klassikin qələm təcrübəsi göstərir ki, dil ya-
radıcılığı, dillə davranmaq səriştəsi sənətkar və sənət ömrü-
nün ilkin şərtidir. Onun dil-ifadə vasitələrindəki təravət,
obraz və təşbehlərindəki milli kolorit, xalq həyatı, ictimai
mühitlə bağlılıq, bədii ləyaqət həddinə çatan üslub sadəliyi,
bunlarda təcəssüm edən obrazlı təfəkkürün aydınlığı və zən-
ginliyi Aşıq Ələsgər poeziyasını bütün nəsillərin və bütün
zamanların misli-bərabəri olmayan mənəvi sərvətinə çevirir.
Aşıq Ələsgər poeziyasında Azərbaycan dilinin
təravəti, orijinal ifadə vasitələri, həm xalq ünsiyyət dilinin,
həm də xalq təfəkkürünün bədii estetik zənginliyi təcəssüm
etdirildi. Ana dilinin qüdrəti, əqli – intellektual imkanları,
intonasiya zənginlikləri, ahəngdarlığı, musiqisi nümayiş et-
dirildi. Xalqla onun özünün dili ilə bədii ünsiyyət Aşıq
Ələsgər şeirinin ayrılmaz atributu kimi təsdiqini tapdı. Sadə
danışıq dilinin xalq mənəviyyatının tərcümanına çevrilə bil-
məsi faktları əyaniləşdi, potensial bədii enerjisini hərəkətə
gətirmək amilində istedadın rolu məsələsi aşkarlandı.
38
Müdrik mükalimələr, dərin fəlsəfi ümumiləşdirmə-
lərin orijinal üslubi çalarlarla, bədii – məntiqi assosiasiyalar-
la açılır, dahi söz sənətkarının həyata fəlsəfi münasibətləri
təbii danışıq dilinin poetik qəliblərində təqdim olunur. Sözə
qənaət, yığcamlıq və obrazlılıq Aşıq Ələsgər üslubunun əsas
məziyyəti kimi diqqəti xüsusilə cəlb edir. O da diqqətdən
yayınmır ki, Azərbaycan dilinin estetik–emosional funksiya-
sı Aşıq Ələsgər yaradıcılığında olduqca qabarıq şəkildə tə-
zahür edir. Bədii dil tariximizdə elə deyim özünəməxsusluq-
ları vardır ki, onu ancaq Aşıq Ələsgərin yaradıcılıq ünvanına
yazmaq lazımdır. Bu məziyyət Aşıq Ələsgərin bir ədəbi şəx-
siyyət kimi təkrarolunmazlığından, istedad orijinallığından
irəli gəlir. Onun dilindəki bənzərsizlik məhz istedadının ori-
jinallığı ilə bağlıdır. V.Hüqonun romantik bir pafosla dedik-
lərini bütövlükdə Aşıq Ələsgərə də şamil etmək mümkün-
dür: “Görkəmli sənətkarın müzəffər yürüşündən dil bəzən
ehtirasa gəlir”.
“Aşıq Ələsgərin şeir dili, özünəməxsus üslubu bir
sıra məziyyətləri ilə başqa aşıq və şairlərin dilindən, üslub-
undan tamamilə fərqlənir. Aşığın, şairin dil zənginliyi onun
bədii cəbhəxanasının zənginliyi, imkanının böyüklüyü de-
məkdir. Başqa bədii vasitələrlə yanaşı sənətkarın dilinin lü-
ğət tərkibi nə qədər hərtərəfli, nə qədər geniş və zəngindirsə,
onun yaradıcılıq imkanları da o qədər böyük olur”. (34, 64)
Yeri gəlmişkən onu da xüsusi nəzərə çatdırmaq
lazımdır ki, Aşıq Ələsgər kimi poetik istedad sahiblərinin dil
problemlərinin mütəxəssis təhlilinə çevrilməsi də adi iş
deyil. Bunun üçün peşəkar filoloqun xüsusi təcrübə və nəzə-
ri hazırlığının kamil səviyyəsi ilkin şərtdir. Onun mükəmməl
39
forma qəliblərində meydana çıxmış şeirlərinə geniş elmi as-
pektdə yanaşmaq, oradakı linqvopoetik hadisə və semantik
prosesləri obyektiv mövqedən işıqlandırmaq böyük məsuliy-
yət tələb edir.
Aşıq Ələsgərin yaradıcılığında bədii dil sənətkarlığı-
nın qabarıq keyfiyyət əlamətləri bütün linqvistik səviyyələr-
də özünü büruzə verir. Daxili məntiqi və mənası, davamlı
təkamülü, sistemli yetkinlik prosesi Aşıq Ələsgər üslubunun
mərkəzində dayanır. İstedadının gücü, dil duyğusu sənət təc-
rübəsi ilə vəhdətdə Azərbaycan dilinin təbiətindən doğan
poetik təntənəni bütün zənginliyi ilə səsləndirir. Zəngin
ədəbi zəmində meydana çıxan əsər gözəlliyə, daha doğrusu
gözəlliyin dilinə çevrilir. Aşıq Ələsgərin dili sənət hadisəsi
səviyyəsində dərk olunur. Səmərəli yaradıcılıq təcrübəsinin,
bədii dil tərəqqisinin əsas mənbəyi isə fitri istedadın özəlliy-
ində, sənətkar ruhunun coşqunluğunda, fikirlərinin daxili hə-
rəkətinin intensivliyindədir. Dilin cazibəsi, bu dillə canlan-
dırılan obrazların emosiyası elə qaynayıb – qarışmışdır ki,
canlı xalq danışıq ünsürləri öz təbiiliyini bütün çalarları ilə
nümayiş etdirir, göz və qulaq oxşayır. Aşıq Ələsgərin bədii
dilinin sənət örnəyi olmasının sirri bu amillə təyin olunur.
Aşıq Ələsgərin lirik təhkiyəsi fikrin poetik qoyuluşu-
na münasib olduğu üçün özündə qüvvətli bədii-məntiqi ardı-
cıllığı saxlaya bilir. Lirik prosesin bənzərsiz zənginliyi dil
faktlarının dinamizminə rəvac verir. Üslubu forma element-
ləri bütün məqamlarda bədiiliyin xeyrinə istifadə olunur.
Məzmunu sərrast ifadə naminə hər bir dil vahidinin yaratdı-
ğı estetik gözəllik Aşıq Ələsgər istedadının mühüm cizgilə-
rinə müvafiq gəlir.
40
Aşıq Ələsgərin nəhəng sənətkar obrazı, əzəməti poe-
ziyamızın nəhayətsiz kəhkəşanında ona görə sönməzlik
qazanıb ki, onun dili xalqın milli təfəkküründən, milli ru-
hundan güc-qüvvət alır. Xalq düşüncəsinin, mənəviyyatının
gur işıqlarından xüsusi parlaqlıq qazanan sənətkarın təkrar-
olunmaz poetik səsi zamandan-zamana öz təravətini daha da
artırır, öz möhtəşəmliyi ilə ucalır. Bu poeziyanın həyat qüv-
vəsi, həmişəyaşarlığı dilindəki xalq nəfəsi ilə şərtlənir, bu
dil sənətkar bənzərsizliyinin poetik təsdiqi kimi birmənalı
şəkildə qəbul olunur.
Dil həssaslığı Aşıq Ələsgərin poeziyasında mövzu və
fikir genişliyi, ifadə formalarının təbiiliyi ilə qəribə bir
formada birləşmişdir. Sənət dilinə belə yetkin duyum Aşıq
Ələsgər poeziyasına möhtəşəm bir lirik səciyyə və cazibəli
məzmun keyfiyyətləri gətirmişdir. Poeziya predmetinə
çevirdiyi bütün anlayışlar gözəl dil vasitəsi ilə öz poetik
inikasını tapmışdır. Məhz bu xüsusiyyətlərinin yüksəkliyi
bir daha əyani şəkildə göstərir ki, Aşıq Ələsgər üslubunun
ədəbiyyatımızdakı əhəmiyyəti müstəsnadır.
Xüsusi əzəmətlə səslənən şeir dili Aşıq Ələsgər
lirikasının estetik özünəməxsusluğunun konkret təzahürlər-
indəndir. Deyim incəlikləri ilə müşaiyət olunan yaradıcılıq
kəşfləri və prinsipləri bu poeziyanı səciyyələndirən başlıca
novator keyfiyyətlərdəndir. Müstəsna söz duyumlu dahi sə-
nətkarın şeirlərinin gücü və ecazkarlığının əsasında varlığı
obrazlı qavramanın bütöv konsepsiyası dayanır. Bu keyfiy-
yətli əlamət şeirlərin intonasiya və poetik əhval-ruhiyyə eti-
barilə çoxcəhətli olmasını təmin edir.
41
Aşıq Ələsgərin misilsiz mənəvi xəzinəsi yalnız
müəyyən lirik ovqatın ifadəsi olmayıb, eyni zamanda bəşə-
riyyəti düşündürən ayrı-ayrı etik, fəlsəfi görüşlərin, insan
mənəviyyatının mükəmməl bədii təcəssümüdür. Olduqca
zəngin, mürəkkəb və rəngarəng poetik formalarda
emosional – estetik dəyər qazanmış, bədii-estetik məziyyət-
ləri ilə heyrət doğurmuş bu poeziyanın dili özünə qədərki
klassik ənənədən bəhrələnərək yarandığı dövrün nəfəsinə
uyğun söz sənətinə yeni həyat vermişdir. Bədii dilimizin öz
tarixi köklərinə bağlılığı, milli zəmində doğma qəliblərində
möcüzələr yaratma imkanları nümayiş etdirilmişdir. Ona
görə də bu dil bəlağətli nitqin, nitq gözəlliyinin möhtəşəm
nümunələri kimi ürəklərə asanlıqla yol tapmışdır.
Füsunkarlığı, gözəl dil, üslub və ifadə tərzi, fikir dolğunlu-
ğu, təsir dairəsinin genişliyi baxımından Aşıq Ələsgərin
poetik yaradıcılığı xüsusilə seçilir, bəlağət və söz sənətinin
dil incəlikləri öz bədii-estetik və emosional təsir nöqteyi-nə-
zərdən kamillik nümunəsi hesab edilir.
42
ALLİTERATİV FİQURLARIN POETİK SƏSLƏNMƏ
EFFEKTİVLİYİ
Aşıq Ələsgər şeirinin dil zənginliyini, şifahi xalq
ədəbiyyatının, milli poeziyamızın mühüm üslubi vərdişlərin-
dən, spesifik forma komponentlərindən yararlanma, zəngin
ənənələrdən qidalanma faktlarını onun hər bir misrasında
sezmək mümkündür. Sözlərin yatımında, düşüncələrinin ka-
mil ifadəsində, lirik təhkiyəsinin səliqə-sahmanında onun
özünə xas olan, bənzərsiz üslubunun məğzi açılır. Onun
şeirlərinin dil mənzərəsi belə bir fikrə gəlməyə əsas verir ki,
Aşıq Ələsgərin gerçəkliyi qavrayış xüsusiyyətləri, hadisələrə
poetik baxışı, fikir və duyğularının səciyyəsi dildən istifadə
səriştəsinə uyğundur. Onun obrazlarının əqli-emosional
mündəricəsi bədii nitqində reallaşır, düşüncələrinin tizfəhm-
liyində, hazırcavablığında əks olunur. Bu hazırcavablılıq
fikrin meydanını genişləndirir və bu fikir gözəl və nümunəvi
dil sayəsində mətnin emosiyasına stimul verir. Fikrin emosi-
yası poetik dil zəminində meydana çıxan elə keyfiyyət həd-
didir ki, o, Aşıq Ələsgər şeirinin sətirlərində çox asanlıqla
duyulur. Emosiya doğuran fikrin söz qəlibləri qüdrətli söz
ustalığının əsasını və mühüm istiqamətini təşkil edir. Müəl-
lifin lirik düşüncələri onun dil zəmini üzərində dayanan poe-
tikliyinin meyarı, Aşıq Ələsgər bədii təfəkkürünün gücü-
qüdrətidir, obrazlılıq səviyyəsinin yüksəkliyi, şairanəliyidir.
Aşıq Ələsgərin bütün yaradıcılığı səsin poetik möcü-
zəsidir. Səsin poeziyası onun təcnislərində, dodaqdəyməz
təcnislərdə, cığalı təcnislərdə, müstəzad təcnisdə heyrətli bir
sənət aləmidir. Rəngarəng səs situasiyaları ilə bədii mətni
emosialaşdırma qüdrəti bədii söz sənətinin zirvələrinə yük-
43
səldən əsas estetik amildir. Fonosemantik vahidlər Aşıq
Ələsgərin üslubunda geniş yürüş meydanı tapmış, müdrikli-
yin, duyğu gözəlliklərin səsləndirilməsinə böyük ustalıqla
nail olmuşdur.
Aşıq Ələsgərin yaradıcılıqla istifadə etdiyi elə bir dil
vahidi yoxdur ki, o, xalqın milli estetik təfəkkürü ilə bağlı
olmasın. Xalqın real həyatı, mənəvi dünyası, zehni və
düşüncəsi ilə sarsılmaz rabitənin birbaşa nəticəsidir ki,
poetik yüksəkliyə qalxa bilmiş, milli səciyyəli olduğu üçün
ürəklərə asanlıqla yol tapa bilmişdir. Onun dilində dərin
poetik mənadan xali, orijinal bədii rəngi, cazibəli üslubi
çalarları olmayan linqvistik ünsür yoxdur. Dilin milli ruhunu
və koloritini bütün spektrləri ilə əks etdirə bildiyi üçün ulu
sənət zirvəsində məxsusi yerini əbədiləşdirmiş dahi sənət-
kardır. Poetik məzmunu forma şeiriyyətinə qovuşdurmaqla
Azərbaycan dilinin ifadəlilik imkanlarını, deyim zənginlik-
lərinin tükənməzliyini nümayiş etdirməyə qadir olan misil-
siz bədii söz ustadı, bənzərsiz söz sərrafıdır. Fikri səlis və
ahəngdar, yüngül və oynaq deyim qəliblərində canlandır-
maqla şeirinin təsir qüvvəsini qat-qat artırmaq səriştəsinə
fitrətən sahib olmuş möhtəşəm ədəbi şəxsiyyətdir. Onun
bütöv yaradıcılığında mükəmməl zövq və həyəcanla qarşı-
lanmayan bircə misrası da yoxdur. Hər bir kiçik dil vahidi
estetik bütövün ayrılmaz ünsürüdür. Bir-birini izləyən, bir-
birini tamamlayan bədii dil elementləri ahəngdar bir vahid
şəklində yaddaşlara, duyğulara köçür. Əvəzsiz mənəvi bir
nemət kimi, Aşıq Ələsgər poeziyası səs möcüzələri ilə, me-
lodiyası, səslənmə axarının heyrətamizliyi ilə gözəldir. Se-
vimli şairimiz B.Vahabzadənin dəqiq müəyyənləşdirdiyi
44
kimi, “təcnislərdə çox böyük şəkil məhdudiyyəti var. Həm
sözlərin şəklində, həm də şeirin formasında. Lakin buna
baxmayaraq, Ələsgər yalnız forma oyunbazlığına uymamış,
məhdud forma qəlibində çox böyük fikirlər söyləməyi
bacarmışdır”. (36, 77)
Bu estetik keyfiyyətlər Ələsgər təcnislərinin
fonetikasının təhlilində bütün cazibədarlığı ilə üzə çıxır.
Emfaza, yəni səslərin, sözlərin və ifadələrin təkrarı, söz
sırası və s. ilə nitqin emosionallığını şiddətləndirmək,
söyləm daxilində bu və ya digər səs ünsürünü fərqləndirib
nəzərə çatdırmaq Aşıq Ələsgər üslubu üçün çox doğmadır.
Onun üçün alliterasiyanın əsas funksiyası bədii gözəllik
vasitəsidir, bədii təfəkkür silahıdır, bədii qavrayış alətidir.
S ~ İstəyirsən seyr edəsən Sinanı
Ş, S ~ Şər işlərdən saqın, saxla sinanı
Sədəf getdi sini içində sınanı
D ~ Dildə qaldı nə ləzzəti, nə dadı. (8, 181)
Alliterativ səs ahəngi Aşıq Ələsgərin poetik sistem-
ində varlığın estetik dərki və təcəssümü ilə, bədii inikas
səviyyəsi ilə dəyərlidir. Poetik məziyyət halına keçməklə səs
təkrarları bədii fikir tutumunun dərinliyində və genişliyində
fəallıq göstərir. Şeirin janrından və məzmunundan asılı
olaraq təkrarların işlənmə tezliyi kəmiyyət və keyfiyyət gös-
təriciləri qazanır. Say və sanbal poetik konstruksiyasında
bədii qayənin tələbləri ilə nizamlanır. Məna vüsəti təkrarın
tezliyini tənzimləyir. Müəyyən arxitektonik qəliblərdə tək-
rarlar bədii obrazın tipik cizgilərini emosional şəkildə təsvir-
tərənnüm obyektinə çevirir. Aşıq Ələsgərin dilində səs aktu-
allığı naxışlı konstruktiv sxemlərin kamilliyində özül olur.
45
Fonetik səviyyədə repriz evfemiya, gözəl səslənmə məziy-
yətinin, həmçinin bədii ünsiyyət prosesinin təməlində da-
yanır. Fonoloji ifadə vasitələri sadəcə səs obrazları yaratma
vasitəsi olmayıb poetik zəriflik örnəyi funksiyasında üslubu
siqlət kəsb edir.
S~ Sarsaq ilə seyrə çıxsan səhraya
Gətirər sərinə sə qalı tez-tez.
A, Ə~ Tərlan xəyal qalxar ərşi-əlaya
S, A~Sağlam şikarını sağ alı tez-tez. (8, 182)
Ş, B~Şəhrin şöləsindən buldum bələdi
X~ Xoş gəldi xoşuma halı qabaqda
M~Pir məna göstərdi şah məqamını
C~Gördüm cəmali çox cəlalı qabaqda (8, 293)
N~Neçə, taxt qurulub nuri-münəvvər,
N~Neçəsi zəbərcəd, neçəsi gövhər,
S~Sağda-solda səf-səf yerir mələklər,
Y,Q~ “Yahu”, “yahu!” deyir qulu qabaqda (8, 101)
P, Ə~ Pələng kimi pəncə vurar
Y~ Yırtır yuxanı mollalar (8, 293)
Aşıq Ələsgərin şeirləri musiqili səs çalarları ilə çox
güclü keyfiyyətli əlamətdir, həm də sistem səciyyəlidir.
Alliterasiya poetik dil faktoru kimi onun yaradıcılığının
məğzində dayanır. Eyni məxrəcli səsin diktəsi çox zaman
şeirin fonopoetik sistemini formalaşdırır və özünü qabarıq
formalarda büruzə verir, xüsusi təravət və cazibə keyfiyyəti
emosional ovqatın atributuna, yaradıcılıq vərdişlərinin
46
ayrılmaz hissəsinə çevrilir. Alliterasiya biçimləri sənətkarın
səs duyumu və onu mənalandırma bacarığı ilə, geniş ideya-
estetik meyarlarla qiymətləndirilməyə layiqdir.
Şeirlərinin zahiri tərtibatındakı fəallığı ilə alliterativ
təkrarlar fikrin məna dərinliyinin və bədii mətləbin
qavranılmasının dinamikliyində də yaxından iştirak edir.
Onu da əlavə etmək lazımdır ki, səs təkrarı Aşıq Ələsgər
şeirinin sxematikləşdirə bilmir, əksinə ona poetik görkəm
verməklə yüksək estetik zövqü təmin edir. Hiss olunur ki,
hər cür alliterativ təkrar məhz məzmun, estetik gözəlliklərin
tələbləri ilə tənzimlənir. Alliterasiya ahəngi oxucunun fikir
və duyğularını müəyyən məcraya yönəldir.
Namərdlər əlindən çəkirlər haşa,
Namuslu igidsən, səni yüz yaşa
Tüfəngin gülləsi işləyir daşa
Tək qaytarır yüz düşmanı Dəli Alı. (8, 69)
Nümunədə “N” və “M” samitlərinin alliterasiyası ilə
qafiyə kimi sıralanan metaqramların – bir hərfi dəyişməklə
bir sözdən başqa söz yaratma üsulu ahəngdarlığı fəsahətli və
bəlağətli nitqin yaranmasında fəallıq göstərmişdir. Maraqlı-
dır ki, alliterasiyanın törədilməsində bütün sözlər, hətta da-
xili mənadan məhrum olan sözlər belə müəyyən üslubi funk-
siya daşıyır, ahəngdarlıq yaratma qabiliyyəti ilə bədii mətnin
naxışlarına çevrilir.
Aşıq Ələsgərin dilində samit səs təkrarları mükəm-
məl bədii-üslubi fənd səviyyəsi və səciyyəsi kəsb edib rəng-
arəng məna çalarları qazanır, hiss və düşüncələrə daha
dərindən sirayət edir. Səs-söz düzümünün simmetriyası və
mütənasibliyi məna axarını səs axarına qovuşdurur, vahid
47
məcrada eyni fonetik ünsürlər həqiqi poeziya materialına
çevrilir, yüksək ritm və intonasiya incəlikləri ilə sanballı
məzmunu oxucunun yaddaşına həkk edir. Poetik cilalığın
hüdudları genişləndikcə obrazlı dinamika da yeni vüsət alır.
Musiqi rəvanlığına uyğun söz seçimi ilə Aşıq
Ələsgər oxucu zövqünü şeirin estetik mühitinə cəlb edir,
bədii bütövlüyün təməlini qoyur. Bunun sayəsində bədii
mətnin fonetikasında Aşıq Ələsgər üslubunun əsas aspekti
öz əksini tapır. Ünsiyyət dilinin ahəngdarlığı tərənnüm dili-
nin intonasiyasına qoşulub bədii detalların əsas cizgilərini
səs ştrixləri ilə əks etdirir.
Aşıq Ələsgərin səslərlə, sözlərlə üslubi manevretmə
qabiliyyəti böyük sənətkarlıq məziyyəti kimi heyrət doğu-
rur. Lirik məzmunun xüsusi ahəng məcrasına yönəldilmə-
sində, yaddaqalan poetik lövhələrin canlandırılmasında, tə-
rənnüm obyektinin fonetik obrazını dinləyicinin qulağında
səsləndirilməsində səs-söz təkrarı ön plana keçir, şeirin
dilinə bütün keyfiyyətli meyarları ilə daxil olur. Aşıq
Ələsgərin dilində ritm əlvanlığının və onu doğuran linqvis-
tik üsulların özünəməxsusluğunun ümumi-ənənəvi və fərdi-
üslubi cəhətləri müşahidə olunur. Onun misralarında yalnız
səslərin yaratdığı akustik təmasib deyil, fonetik rənglərlə
məna yaratma ünsürlərinin bir-birini izləməsi də şeirin
ümumi məzmununu aça bilməkdə iştirakçı olur.
D~ Yazıq Ələsgər, işin müşgüldü, müşgül
Dərdini deməyə yoxdu əhli-dil,
Döy başına, fəğan eylə mütəssil
Daha deyib gülmək çağı kəsildi (8, 98)
48
X~Xoş saatda xoş gəlibdi cahana,
Yoxdu gözəlliyə qusur, bahana
D~Qənd əzilib dilə, dişə, dəhana
B~Qaymaq dodaqlara bal bələnibdi (8, 86)
Aşıq Ələsgərin dilində səslə poetik anlayış
arasındakı bağlılıq, dərin məzmunun gözəl ifadə qəlibləri ilə
uğurlu ahəngi mühüm üslubi amil kimi diqqət çəkir. Obrazlı
məzmun səs-söz təkrarlarının imkanlarına söykənərkən
estetik qayənin daha parlaq təzahür edir. Səslərin simmetrik
tənzimlənməsi melodikanı keyfiyyət həddinə çatdırır. Bir
sözlə, Aşıq Ələsgərin dilində təkrarlar sənətkarın səs-söz
işlətmə manevrəsının mənalı təzahürüdür.
Aşıq Ələsgərin dilində səs təkrarı, eyni cinsli səslərin
kəmiyyət üstünlüyü çox zaman keyfiyyət ölçüsünə, ləyaqət
meyarına daxil olur, dinləyicinin qəlbinin, düşüncəsinin
bütün güşələrinə işıq saçır. Təbiidir ki, səs təkrarları qafiyə
mövqeyində işlənən dil vahidlərində daha çox işləkliyə
malikdir. Çünki qafiyə şeirin əsas səs naxışıdır və o, şeir
mətninin təşkilində mühüm rol oynayır. Aşıq Ələsgərdə
cinas qafiyələr o dərəcədə orijinal və fərdi səciyyəlidir ki,
diqqətli oxucu şeir müəllifini qafiyələrlə müəyyənləşdirə
bilir. Dilimizə yatımlı, ruhumuza uyarlı cinas qafiyələr Aşıq
Ələsgərin ifadə sistemində uğurlu üslubi əməliyyatın nəti-
cəsi olaraq meydana çıxır. Ritm və intonasiya naxışları
poetik ovqatın yaranmasına təkan verir. Aşıq Ələsgər üçün
qafiyənin ritmik tərtibi şeirin məzmunu və bədii qayəsi
qədər önəmlidir. Çünki bədii-estetik mündəricənin qavranıl-
ma sürəti üçün qafiyə ahənginin zənginliyi mühüm amildir.
Qüdrətli söz sənətkarı cinaslı qafiyələnmə üslubundan
49
məqsədyönlü istifadə ilə dilimizin səs sistemində gizlənmiş
poetik qüdrəti, güclü bədii potensialı, ritmemelodika imkan-
ları nümayiş etdirmiş, zəngin intonasiya dalğalarının yaran-
masında təkrarların rolunu, qafiyə faktının şeir dili təcrübə-
sində keçirdiyi keyfiyyət prosesini əyaniləşdirmişdir.
Qoynun əttar dükanı
Ləblərinin balı gözəl
D~Qənd əzilib dilə, dişə
O qönçə dəhana Pəri!
B~Gəlməyib yer üzünə,
L~Belə yaman bəla bilin (8, 239)
Ö~Adı Kövsər, ləbi Kövsər
Dür düzülüb zənəxdana (8, 234)
S~Mən sana qurban olum
Ay səri sevdası gözəl.
Ş~Ləblərin şəhdi-şəkər,
B~Misli beçə balı gözəl.
D~Dişin dürdü, dilin qənddi
Dodaqların məzə, kəklik (8, 259)
Ş~Çeşmənin yaşı olub ümman
Yaşılbaş Sona yeridi (8, 266)
Səs təkrarı Aşıq Ələsgərin şeir mədəniyyətinin
olduqca vacib tərəflərini ödəyir və bu prinsip şeirin
əzəmətində müstəsna mövqedə dayanır, nümunəvi şeir dili
faktı kimi diqqət çəkir. Dahi söz ustadının şeir təcrübəsində
təkrarlanan dil vahidlərinin zəngin məna və struktur
50
xüsusiyyətləri vardır. Təkrarlar şeirin poetik məzmunu ilə,
məzmun isə fonetik, leksik-qrammatik materialların seçimi
ilə bədii ifadə vasitəsinə çevrilir. Ritmik funksiyası təkrarla-
nan səslər və sözləri vəzni oynaq məcraya salmağa yönəldir.
Təkrarların zahiri cəhətləri şeirdəki daxili məzmunla qar-
şılıqlı əlaqədə təzahür edir. Misraların səs düzümü ritm-me-
lodiya yaradır, dil faktlarını şeirləşdirir, vacib fonetik-üslubi
dəyər qazanaraq digər poetik dil ünsürlərinə qoşulur. Səs
təkrarı şeirin elə komponentidir ki, poetik enerji səs dalğa-
larında, səs harmoniyasında təlqin olunur, bədii məzmunun
hüdudları və təsir dairəsi də onların köməyi ilə genişlik
tapır. Nizamlı səs quruluşu poetik ritmin cövhərini üzə
çıxarır. Məhz buna görə də Aşıq Ələsgərin dilində kakofoni-
yaya – ahəngsizliyə, səslərin xoşa gəlməyən birləşməsinə,
mətndə eyni səsin üslubi məqsəd güdməyən təkrarına rast
gəlmək qeyri-mümkündür.
Alliterasiya Aşıq Ələsgərin lirikasında ötəri səciyyə
daşımır. Xüsusi emosional – ekspressiv effekt yaratma xislə-
ti onun bədii priyomu kimi ardıcıl üslubi fəaliyyətinin tə-
minatçısı kimi çıxış edir. Şeirin mövzusu və məzmunu ilə
şərtlənən bu üslubi vasitə estetik təbiəti, üslubi potensialı,
poetikləşdirmə imkanları etibarilə müəllifin bədii qayəsin-
dən qaynaqlanır. Səs təkrarı lirik duyğular məcrasında emo-
siya axarına xüsusi intensivlik əlavə edir. Bu, lirik qəhrə-
manın qəlbində təsvir-tərənnüm obyektinin obrazlı əks-sə-
dasını qüvvətləndirir. Aşıq Ələsgərin üslubi ləyaqətində alli-
terasiya bədii niyyətin sürətli qavrama, poetik təcəssümet-
dirmə, emosional boya kəsb etdirmə xisləti olduqca
qabarıqdır.
51
Addayın Şahtaxtıdan
T~Təbrizə, Tehrana deyin.
Üz tutub Əlosmana
Q~Qarsa, Qağızmana deyin (8, 211)
Ağ~Durur nişanəsi Ağrı dağında
Ələsgər gəlibdi əcəb yığnağa,
Ş~Şəki, Şirvan bir telinə sadağa,
Necə zinət verib eyvan, otağa
B~Ətri qoxur Bağdad baharı kimi (8,99)
M~Müddətdi həsrətəm, camalın görsəm,
Mətləbimi Mürtəzədən dilərəm
Müxənnətdə səxa nakəsdə kərəm
Namərdin cibində pul du bilməz (8, 119)
Müxtəsərin deyir Aşıq Ələsgər
K~Kovxanın Kottanın zatı çıxıbdı (8, 280)
Səs ladlarının musiqili ardıcıllığı Aşıq Ələsgərin
dilində ancaq forma əlaməti deyil, həmçinin müəllifin fikri
bədii niyyətin təzahürləri kimi diqqət çəkir. Səs obrazları fo-
netik faktlarla canlandırılır və Aşıq Ələsgər poetikasının sir-
lərini, nitq səslərinin poetik səslərə çevrilmə ustalığını üzə
çıxarır. Obrazlı düşüncə bədii ixtiralarla canlı təsir bağışla-
yır. Fikrin poetik məcrası səslərin ahəngində tənzimlənir,
lirik qəhrəmanın daxili dünyasının əks-sədası kimi səslənir.
Səs-söz oyunu təbiilik və səmimiliklə müşaiyət
olunur, keyfiyyət həddində təzahür edən səslərin üslubi
çevikliyi assosiativ düşüncələrə rəvac verir. Səs təkrarlarının
yaratdığı emosiya şeir nitqinin ahəngini kökləyir.
Mətnin məna cövhərinin qabarıqlaşdırılmasında fo-
noloji təkrarlar şeirin estetik komponentinə çevrilir. Maraq
52
doğuran cəhət odur ki, Aşıq Ələsgər üslubunda səs təkrarla-
rının bədii potensialı onların əmələ gətirdiyi bədii iqlimlə
siqləti olur və obrazlı təfəkkürünün nizamlı səslər şəklində
təcəssümünə çevrilir. Aşıq Ələsgərin alliterativ təkrarlarla
yaratdığı bədii ovqat sözün bədii gücünü, estetikasını müəy-
yən üslubi prinsip və meyarlar çərçivəsində nümayiş etdirir.
Fonetik təkrarların yaratdığı bədii naxışlar dərin lirik duyğu
və düşüncələrlə müşaiyət olunur.
S~Səxa əhli satdığını halala
Siratdan keçəndə sağ alı tez-tez.
Səhər Səyyad seyrə çıxarsa dağa
Ağan təkdi dəngi deyil səd ağa
Gıl, yazıq Ələsgər sərin sadağa
Geydir yar qəddinə sağ ağı tez-tez. (8,182)
Burada sait və samitlərin bədiilik yaratdığı
alliterasiya və assonansla yanaşı birləşdirici ünsürü olmayan
asintetik təkrar da (tez-tez) olduqca fəal üslubi mövqelidir.
Aşıq Ələsgər səs-söz düzümündən, misraların
kompoziyası üsulundan, ifadə təkrarlarından obrazlılığın po-
tensial güşələrinə nüfuz edir. Tərənnüm obyektinin poetik
detalları daha çevik vasitələrlə təxəyyüldə canlandırılır.
Təkrarlanan linqvistik vahidlərdə üslubi məna istiqaməti
əsas tutulur. Səs ahənginin təsiri altında və digər bədii fiqur-
larla təmas şəraitində dolğun obrazlı təəssürat şeirin estetik
ləyaqətini daha da qabardır. Ritmomelodik vasitə olaraq tək-
rarlar poetik ovqatın əsas daşıyıcı kimi özünü büruzə verir.
Aşıq Ələsgərin dilində alliterativləşdirmə güclü üslubi
effekt, misilsiz poetik deyim tərzinə xidmət göstərir və buna
görə də bədii dil məziyyəti kimi qəbul olunur. Alliterasiya
53
ilə misraları cilalamaq Aşıq Ələsgərin yaradıcılığında bədii
qayənin orijinal bədii təsdiqinə, ekspressiv ifadəsinə gedən
kəsə yoldur. Çünki bütün fonoloji vasitələr Aşıq Ələsgərin
dilində əsl yaradıcılıq səviyyəsində baş verir.
G~Gəzmişəm, görməmişəm
S~Sən kimi insanı, Həcər,
D~Dişlərim dür danəsi
Ağzım gövhər kam, Həcər. (8, 228)
Y~Yetişib bahar fəsli
Yar Leyli dağından gəlir.
S~Sanki Fərhadın Şirini
Sürüdən, sağından gəlir (8, 220)
Sona kimi sığallanıb
B~Bəzək veribdi başına (8, 220)
Aşıq Ələsgər mətn ahəngini çox vaxt simmetrik
şəkildə təkrarlar üzərində kökləyir ki, bu da sətirlərə hopdu-
rulmuş melodiya üçün açar rolunu oynayır. Mətnə güclü
pafos və axıcılıq, canlı ritmemelodika fonu gətirən səslərin
akustik birliyinin estetik tutumunda müəllifin dərin təfəkkü-
rünün bütün poetik cizgiləri ehtiva olunur. Ritmik nitq kons-
truksiyalarının estetikası fikir ağırlığı, müdriklik siqləti ilə
bütövləşir. Poetik məntiq və bədii düşüncə sintez təşkil
etdiyi üçün forma incəliyi məxsusi məziyyətlərə yiyələnir.
Beləliklə, bədii təsvirin estetik komponentinə çevrilən səs-
söz təkrarları Aşıq Ələsgərin bədii təfəkkürünün ən sınan-
mış ifadə formalarındandır.
Sanballı məzmunun dinamik və mütəhərrik
formalarda ifadəsi poetexniki tələblər daxilində gerçəkləş-
dirilir. Eynicinsli səs təkrarından poetik mündəricə zəngin
54
lirik rezonans əxs edir və xüsusi üslubi effekt formalaşdırır.
Poetik pafosun açılmasında bədii-estetik cəhətdən fəal ünsür
kimi səs-söz təkrarları bəndin söz ansamblına uyarlı olduğu
üçün orijinal poetik çalarlarla yoğrularaq estetik təfəkkür
genişliyi yaradır.
Təkrarlar səs obrazlarını tutumlu etməklə bərabər
müəllifin poetik nitq zövqünü də əks etdirir. Səslərin
poeziyası özünü təkrarlanan əks-sədasında tapır. Şeiriyyət
təkrarların törətdiyi cazibəli səslənməyə köçür və bu, poetik
ovqat aşılayır.
Q, g~Qəmgin idim sizi görüb gülərəm,
Qaşınız qiblədi, səcdə qılaram
S~İkram ilə sizə sarı gələrəm.
G~Siz də gəlin asta-asta gözəllər (8, 88)
S~Sən məni Sənan elədin
Tərsalar tərsası, gəlin (8, 219)
Aşıq Ələsgərin bənd və ritm quruculuğunda istifadə
etdiyi səs təkrarları xüsusi üslubi mövqeyə malikdir. Sintak-
sisin üslubi imkanlarının çevikliyi, şeirin intonasiya dinami-
kası da bilavasitə bununla sıx şəkildə bağlıdır və bəzən
şeirin üslubi siması da həmin faktla müəyyənləşir. Xalq ru-
huna doğma olan Aşıq Ələsgər şeir dili məhz bu məziyyətlər
sayəsində doğma səslə, ahənglə danışır. Gözlənilməzliyi ilə
bədii dilin bu vaxtacan üzə çıxmamış imkanlarını aşkarlayır.
Aşıq Ələsgərin dilində Azərbaycan dili bütün əzəməti ilə
səslənir. Kövrək və həzin lirizm, müdrik düşüncə intonasi-
yası Aşıq Ələsgərin orijinal yaradıcılıq nəfəsi ilə uğurlu sə-
viyyə qazandı və bunlara görə dilimizin möcüzələr yaratma
imkanlarına və istedadına borcludur.
55
Şeir mədəniyyətimizi rəngarəng çalarlarla
zənginləşdirən Aşıq Ələsgərin dilinin bədii sanbalında səs-
söz təkrarları mühüm atribut kimi çıxış edir. Təkrarla
yaranan poetik libas oxucunun diqqətini onu sehrləyən
obrazların orijinallığına, lirik motivlərin cazibəsinə yönəldir.
Onun misralarında eyni və yaxın səs qəliblərində melodiya
ölçüləri münasib səslənmə tembri qazanır. Səs-söz
təkrarından törəyən bədii intonasiya dərin mündəricəli
şeirlərin boyuna düzgün biçildiyi üçün məzmunun
emosiyası melodiya ölçüləri ilə üst-üstə düşür. Aşağıdakı
nümunədən dərhal sezmək olur ki, şeirin melodiya yükünün
böyük hissəsi məzh təkrarlanan səsələrin üzərinə düşür,
sözlə davranma mədəniyyətində Aşıq Ələsgər möhürünü
nümayiş etdirir.
D~Dərya dilim dalğa vurdu bulandı
Qərq olmaq istəyən ümmana gəlsin (8,285)
B~ Al xəncəri bağrım başın buda, yar
El içində salma ayağa məni (8, 184)
T,L,A~Tərlan tamaşalı maral baxışlı
Q~Qədəm qoyub asta-asta xoş gəldin (8, 92)
Aşıq Ələsgərin dilində təkrarın bütün növləri estetik
baxımdan fərdi çalarlarla seçilir, onun hər bir təkrarında
fərdi üslubi möhürü vardır ki, bu da ulu sənətkarın məxsusi
poetik təfəkkür səviyyəsini hifs edir. Dilimizin ruhu onun
şeirlərinin akustik gözəlliklərində əks olunur. Təkrarların
zahiri naxışları ilə daxili üslubi mənası şeirin melodiya ehti-
yaclarını ödəyir. Gərgin üslubi axtarışların məhsulu olan
təkrarlar, akustik cəhətdən cazibəli tərkiblər Aşıq Ələsgərin
sənətkarlığı barədə tam təəssürat formalaşdırır. Səs-söz
56
oyunu xüsusi üslubi məqsəd izləyir. Düşündürücü və təm-
kinli ritmemelodika şeirin məna tutumunu yüksəldən poetik
dilin çox əhəmiyyətli faktına çevrilir. Beləliklə də, təkrarlar,
şeirin mündəricə və poetika sferasına daxil olma imkanları
qazanır. Bədiiliyin obyektiv ölçüləri daxilində onlar bədii
kəşf səviyyəsinə yüksəlir, səs enerjisinə çevrilib poetik duy-
ğuları oxucunun qəlibinə, fikirləri şüuruna həkk edir. Bir
sözlə, səs-söz təkrarları Aşıq Ələsgər poeziyasına yaşamaq
hüququ verən ən mühüm estetik kateqoriya kimi daxil
olmuşdur.
G,Ö~Səni gördüm, əl götürdüm dünyadan,
L~Ala gözlü, qələm qaşlı Güləndam.
A~Alma yanağını, ay qabağını
Görən kimi ağlım çaşdı Güləndam.
Ə,S,Z~ Səhər-səhər bağda gəzən nazənin
Dəstinlə qönçəni üz qadan alım.
S,D~Süsəndən, sünbüldən, lalə, nərgizdən
Siyah tellərinə düz, qadan alım (8,102)
Ç,S~Al çətirin çıx səhraya
S~Sal sərinə sayə, gəz
S~Sakin əyləş sin içində
Həqiqətdən ayə gəz.
S~Ağ eylə sinən aynasın
Ş~Şəri şeytandan gəda. (8,96)
Səs-söz təkrarları Aşıq Ələsgər şeirində vəzn tərtibi
üçün vacib amildir. Bu, şeirin dinamik tərtibi üçün çox va-
cib amildir. Bu, şeirin dinamik və emosional lirik təhkiyə-
57
sində xüsusi poetik ab-hava yaradır, güclü arxitektonik
material kimi çıxış edir. Bu cür hissi ifadə modelləri fərq-
ləndirici məna elementlərini qabarıq üzə çıxarır, səs sistem-
indən doğan avazlanma üslubi sərrastlığa gətirib çıxarır.
Təkrarların bilavasitə nəticəsi kimi güclü poetik-linqvistik
assosiasiya yaranır, mənə və səslər dalğa-dalğa yayılıb şeirin
ümumi ahənginə hopur. Daxili bir ahəng səs tərkibi etibarilə
sözləri bir-birinə üslubi tellərlə möhkəm bağlayıb
bədiiləşməyə məruz qoyur. Lirik emosiya və intonasiya ilə
müşaiyət olunan göstərilən şeir fraqmenti deyilənlərin canlı
illüstrasiyasıdır.
Aşıq Ələsgər üçün səs effekti və ondan sənətkarlıqla
yararlanma melodik kamilliyə nail olmağın rəhnidir. Məhz
buna görədir ki, səs fiqurlarına müraciətlə, səs faktoruna
həssaslıqla o, fonetik, leksik-qrammatik vasitələrin mürək-
kəb sintezini yaratmışdır.
Ş~Tovuz kimi qalxdın çeşmə başından
L,G~Cəmi gözəllərin gözəli Güllü
A,B~Almadı yanağın büllür buxağın
M,L~Dodaqları meyli məzəli Güllü (8, 47)
D~Məskən saldım asatanada, dərində
R~Dost bağını becərin də, dərin də
R~Gövhər olar dəryalarda, dərində
Onu qəvvas çəkər ay üzə tək-tək. (8, 16)
Aşıq Ələsgərin üslubundakı təkrarlar sistemi güclü
sənətkarlıq vərdişidir və o, cazibəli poetik əks-səda doğur-
maqla təqdir olunur. Bu sistemin əsasında dilin eşitmə ilə
müəyyənləşən fonetik sisteminə xas olan əlamətlər dayanır.
58
Onun yaratdığı obraz zənginliyi Aşıq Ələsgərin estetik kon-
sepsiyasından qüvvət alır. Müşahidələr göstərir ki, səs
ahəngi Aşıq Ələsgərin bədii təfəkkürünün ən mühüm ifadə
formalarındandır və bu cür yanaşma səslərin yeni-yeni təra-
vətli üslubi çalarlarını kəşf etmə meylinin nəticəsidir.
Azərbaycan dilinin zəngin fonopoetik sistemi ilə
ritm əlvanlığına nail olmaq, poetik ahəngin alliterasiya və
söz təkrarları üzərində köklənməsi Aşıq Ələsgər dilinin nə-
zərəçarpan məziyyətidir. Səsləri müəyyən ahəngə gətirmək
və onu dinləyiciyə təqdim etmək dilin daxili potensialına bə-
lədliyin əlaməti kimi təzahür edir. Səs-söz təkrarlarının
poetik ünsiyyət vasitəsi Aşıq Ələsgərin istedadının qüdrə-
tidir.
B, G~ Bir gözəl görmüşəm Çayqılışlıda
B~Boy-busatı, hər növrağı şirindi.
Bəstə boyu, ağ əndamı, gül üzü
Baxdıqca qaşının tağı şirindi (8, 135)
S~Sərv kimi sığal verib anası,
G~Guşunda guşvara qızıl tanası
B,L~Bağçalar bülbülü göllər sonası
A~Dağların ceyranı, maralı Xurşud (8, 93)
Səslərin alliterasiyalaşması Aşıq Ələsgər üslubunda,
misra və bənd tərtibində, onların bədii mətnin ayrılmaz ün-
sürünə çevrilməsində mühüm rol oynayır. Onun üslubi isti-
qamətini dahi söz ustadının poetik niyyəti müəyyənləşdirir.
Məzmunun tutumlu, bədii mündəricənin siqlətli olması səs-
lərin musiqili nizamından törəyir, şeirin ruhu səslərin
melodik axarında daha qabarıq formalarda üzə çıxır. Səsin
59
alliterasiya məcrası fikrin dinamikasına intensiv xarakter
verir. Beləliklə, uğurlu alliterasiya, münasib səs tapıntısı ol-
duqca vacib yaradıcılıq aktı kimi meydana çıxır. Deməli,
Aşıq Ələsgər dilində alliterasiyanın əsas estetik prinsipinin
mahiyyəti şeirlərə sənətkarlıq kontekstindən yanaşılmaqla
dərk olunur. Aşıq Ələsgərin üslubu üçün səs təkrarı ritm ta-
pıntısının özülüdür. Eyni məxrəcli səslərin üfiqi və şaquli
təkrarı poetik səslənmə amili, bədii gözəlliyin xalq şeiri
janrlarındakı estetik təsdiqidir.
S, T~ Könül gərək istədiyin istəyə
Dostun sözün dosta gərək dost deyə
Rəhm elədin mən günahkar xəstəyə
D~Dərdini Loğmana dedin, nə dedi (8, 302)
M, U,Z~ Muroy, Muşoy, Murğuz, Kəpəz
Olmaz yamağın, Şah dağı (8, 345)
Q~Qəddinə, qamətinə,
Qalıblar heyran, Şapəri (8, 247)
Aşıq Ələsgərin poetik dilində elə bir səs və ya səs
kompleksi yoxdur ki, o, şeirin digər semantik-üslubu
kompleksi ilə bağlanmasın. Səslərin forma və məna yaratma
imkanları ayrı-ayrı üslubi anlayışlarla daxilən bağlıdır.
Dilimizin fonetik təsvir elementləri adi səs təkrarının
aludəçiliyi yox, sözün dürüst umasında poetik assosiasiya və
estetik emosiya doğurma mənbəyidir. Müəyyən səslərin
alliterasiyası sözün, poetik mətnin səs cildinin ahəngdarlığı
ilə sənət nümunəsi hasil edir. Digər ritmik vasitəsilə
qovuşmaqla alliterasiya melodiyası əksərən bədii mətnin
ümumi ahəngini kökləyir.
60
Müşahidələr göstərir ki, dahi sənətkarın şeir dili
onun gözəl fonetik tərtibindən kənarda təsəvvürə gəlmir.
Səslər Aşıq Ələsgər dilinin elə nizam və düzüm qaydasıdır
ki, obrazlı təəssürat məhz onun imkanlarından zənginlik
tapır. Bu əlamət göstəricisinə istinadən qətiyyətlə demək
olar ki, Aşıq Ələsgər şeir formasının hər bir fonetik ünsürü
mənalıdır. O dərəcədə mənalıdır ki, başqa formada həmin
məzmun təsəvvür xaricindədir.
S~Süzür gəlir səkə-səkə
Sanki quba-qaz dolanır
ND~Qasında, kirpiyində
İşvə, qəmzə, naz dolanır (8, 235)
B~Bərq verir büllur buxaq
Savalanın qarına bax (8, 234)
G, R~Gözlərin görənin canını alır,
Həsrətini çəkən vaxtsız qocalır
S~Sədarı, sultanı taxtından salır
R~Bəhrəm vurur ürüzgara qaşların (8, 106)
Aşıq Ələsgərin dilində səs-söz təkrarları emosional-
ekspressiv zənginliyin ifadə qaynaqlarından biridir. Onun
şeirlərində işlənmiş bədii ifadə kompleksində fonoloji tək-
rarların xüsusi payı olduğunu göstərən nümunələr istənilən
qədərdir. Diqqət çəkən odur ki, Aşıq Ələsgərin dilində tək-
rarlar şeirin ümumi ahəng və intonasiyasına, ritminə, məna
çalarlarına maksimum dərəcədə tabe etdirilir. Hansı fonem-
lər üzərində köklənməsindən asılı olmayaraq, səs simmetri-
yası və nizamlı səslənmə sistemi ciddi poetik mahiyyəti olan
hadisə kimi meydana çıxır. Səsin bədii boyası onun uğurlu
61
üslubi tapıntısından nəşət edir. Səslərin poeziyası ondan do-
ğulan obrazlılığın əlavə impulsuna zəmin hazırlayır. İfadəli-
liyin yeni impulsu müəyyən məsəfələrdə təkrarlanan səslər-
dən forma gözəlliyi əxs etmiş kontekstdən doğur. Aşıq
Ələsgərin şeir nitqində səs təkrarları zəngin bədii həyat ya-
şayır. Ən kiçik dil vahidləri böyük bədii məqsədə xidmət
göstərir. Bədii norma və estetik meyarlar çərçivəsində onlar
şeir dilinin əsas atributlarından birinə çevrilir.
Q, D~Qəza tutdu, qədər məni budadı,
Ağlatdı, dostları, güldürdü, yadı
Z~Zəhrimara dondu ağzımın dadı
Ə~Əlimdə şərbətim ağı kəsildi (8, 98)
T~Adı Tərlan, özü tərlan balası
Cilvələnib tərlan tavarı kimi (8, 99)
M, Ağ, Ax~Ötkün sözüm, kəskin baxtım olaydı,
Ağ otağım, zərrin taxtım olaydı
Ələsgərəm, cavan vaxtım olaydı.
Q, Ə~Qəddim əyib qəhri-qəza, Müşgünaz (8, 115)
Səs təkrarı poetikləşmə prosesinin intensivlik
dərəcəsinin göstəricisidir. Aşıq Ələsgərin dilində təkrar səs
mətnin poetik ruhuna yaxın formada nüfuz edir, səs
harmoniyası zahiri əlamət kimi yox, məzmunun daxili
mahiyyətinin poetik cizgiləri ilə əyaniləşir. Eyni notların
kəmiyyət artımı bədii keyfiyyət üstünlüyü ilə müşaiyət
olunur, şeirin poetikasını folklor kökünə daha möhkəm
bağlayır. Başqa sözlərlə desək, Aşıq Ələsgərin səs təkrarları
nitq xəlitəsində ritmik metafora səciyyəsi daşıyır və poetik
ovqata xüsusi hərarət gətirir. Səslərin alliterativ təkrarı
62
nəhəng sənət korifeyinin poeziyasında bədii yetkinlik
ləyaqəti nümunəsidir və onun zəngin irsi diktə edir ki,
alliterativ səs naxışları sistemli ardıcıllıq kəsb etdiyi
məqamlarda şeirin mənəvi sərvət dəyərini, sirayətetmə
qabiliyyətini artırır.
D, Q~Dodağın qönçədi, dişlərim sədəf,
Qaşların qüdrətdən qara, Bəyistan (8, 51)
S, D~Sağ dəstinlə dərdli sərim ov, sına,
Lazımdır ki, ovçusundan ov sına
Gözün təmənnası salıb ovsuna,
Şahmar tək endirir dağıdan məni (8, 164)
S, L~Sallana-sallana gələn Salatın
Ş~O sərxoş yerişin yola yaraşır
H, L~ Salıbsan gərdənə heykəl həmayıl
B, Q~Qızıl bazubəndlər qola yaraşır. (8, 130)
Aşıq Ələsgərin müəyyən ifadə biçimlərinə saldığı
səs təkrarları, fonetik paralelizmlərin işləklik tezliyi şeiri
yeni-yeni məna çalarları ilə bütövləşdirir. Poetik fonetika
sferasında yaranan harmoniya bədii forma atributu kimi
çıxış edir. Alliterasiyalaşmış səslərin yaratdığı ritm-
intonasiya fonopoetik amil olaraq şeirin əsas struktur
əlaməti olub poetik fikrin münasib forma zəminində
qavranılmasını sürətləndirir. Obrazın mahiyyəti səs
qavrayışı nəticəsində daha da dolğunlaşır, yeni üslubi
çalarlarla zənginləşir. Elə buna görədir ki, Aşıq Ələsgər şeiri
birnəfəsə oxunur. Alliterasiyanın yaratdığı ahəng pillə-pillə
yüksəldikcə lirik təəssürat, bədii düşüncə və emosiya poetik
həqiqətlərin əks-sədasına çevrilir. Bir sözlə, Aşıq Ələsgərin
yaradıcı şəxsiyyəti mükəmməl dil strukturlarında, forma
63
mütəhərrikliyində müşaiyət olunan poetik mühakimələrin
intəhasız qatlarında işıq saçır, heykəlləşir.
Ş~Şin şəhər axtarar, şəc ara dəyər
Şeytan şər eyləyər şəc ara dəyər
Daşlar çaylar qalxar şəcarə dəyər
Hərlənər daşlar, ay eylər qıy-qiy (8, 179)
Ş~Elə ki şər gəldi, qaraldı qaşı
D~Dumana qərq olur dağların başı
Düşəndə qurd ilə kəlbin savaşı,
Q~Uzun çəkir çilu-qolların, dağlar (8, 61)
L~Gözüm qaldı siyah teldə
Bülbül öldü meyli güldə (8, 265)
Bədii mündəricə ilə formanın estetik səciyyə
uyğunluğu Aşıq Ələsgər misralarında səs-söz oyununun
mənalı təzahürləridir. Onun fikir və duyğularının dərin
emosional şərhi şeirin dilində canlı həyat cizgilərini
qabardır, fonoloji vasitələrin üslubi rənglərə düşməsini
təmin edir. Şeirin səs quruluşu onun komunakasiya
vasitəsinə çevrilməsinə səbəb olur. Forma ləyaqətini təmin
edən üslubi əməliyyat poetik ritmin gözəl ifadəsinə
yönəldilir və tutumlu sintaktik formalarla ifadə olunur.
Fonetik-qrammatik vasitələrin operativliyi bədii təəssüratın
vüsətinə yardımçı olur. Aşıq Ələsgər səs fiqurlarının
nizamını elə üslubi əməliyyat səviyyəsinə çatdırılmışdır ki,
bu çeviklik bədii qavrayışın intensivliyində əsas amil kimi
xüsusi heyranlıq doğurur.
Q~Qisasa qisas aldı
Bir qana yüz qan eylədi (8, 240)
Qəddim xəm eyləyib
64
Qəhri qəzanın qədəri (8, 214)
Ş~Lənət şeytana de şər işdən əl çək
Şeytan səni salar ayaq-ayağa (8, 178)
Y-Hanı bu yaylaqda yaylanan ellər.
G~Görəndə gözümdən car olur sellər (8, 60)
65
ASSONANSIN MELODİK ÇALARLARI
VƏ BƏDİİ-ÜSLUBİ SPEKTRLƏRİ
Qüdrətli Azərbaycan dilinin möhtəşəm abidəsi olan
Aşıq Ələsgər şeirləri aşıq poeziyasının dil və üslub özəllik-
lərini araşdırmaq üçünü mötəbər bir mənbədir. Onun dilin-
dəki gözəllik ünsürləri, mükəmməl ifadə vasitələri poetik
motivləri əks etdirən bədii naxışlar kimi şeir poetikasının
tədqiqinə bol material veirr. Zəngin məzmun və məna çalar-
larının Aşıq Ələsgər təravətli sözlərlə, orijinal bədii forma-
larla ifadə edir, yeni ifadə vasitələrini aşkarlamaqla mükəm-
məl estetik zövq oyadır. Mətnin, mənanın poetik-üslubi fi-
qurlar qəlibində, bədii ifadə formalarına uyğun şəkildə qu-
rulması Aşıq Ələsgərin şair texnikasının əsasını təşkil edir.
Poetik kateqoriyaların, zəngin bədii irsin dil sənətkarlığının
əsaslarını dərindən mənimsəyən Aşıq Ələsgər xalqın mənəvi
sərvəti olan dilindən formal bir vasitə kimi deyil, söz sənəti-
nin forma və məzmun vəhdətini, bütövlüyünü təmin edən
mühüm amil kimi bəhrələnmişdir. Sənətkarlıq baxımından
zəngin və kamil olan bu dilin bədii-estetik dəyəri və bitkin
mənzərəsi onun hər bir misrasında təzahür edir. Bütün
səviyyələrdə burada bədii dil vasitələri elə qovuşmuşdur ki,
bunların eyni bədii motiv üzərində birləşən elementlərindən
birini də dəyişmək, ümumi mətn mühitindən təcrid etmək
mümkün deyildir. Hər bir üslubi vasitə, dil ünsürü vahid
sistemin ayrılmaz tərkib hissəsi kimi qavranılır.
Xalq dilinin ifadə vasitələrinin, onun fonetik, leksik-
qrammatik və poetik-üslubi potensialının tam gücü ilə
hərəkətə gətirilməsi Aşıq Ələsgərin xəlqi bir söz sənətkarı
kimi ucalmasının əsasında dayanır. Dilimizin bədii
66
potensialına dahi söz ustadı tərəfindən qüdrət verilmiş,
qədim və zəngin poeziyamıza yeni nəfəs, yeni təravət
qatılmışdır. İstedad orijinallığı sözə yeni həyat bəxş etmiş,
onun ümumi mənzərəsinin zənginlik dərəcəsini artırmışdır.
Aşıq Ələsgərin bədii ustalığı, yaradıcılıq məharəti və
istedadının gücü bədii qayənin açılmasına xidmət edən adı
danışıq sözlərinə, ünsiyyət leksikasına yeni həyat vəsiqəsi
bəxş etməsindədir.
Hər bir dil vahidi poetik məzmunun, fikrin
emosional təsir gücünün reallaşmasına o dərəcədə xidmət
edir ki, burada üslubi təyinatdan kənarda heç bir linqvistik
ünsurə rast gəlmək mümkün olmur. Üslubi məqamlar sözün
konkret bədii funksiyasının istiqamətini müəyyənləşdirir.
Aşıq Ələsgərin söz işlətmə səriştəsi nəticəsində ənənəvi
deyim tərzində də orijinal görünən ünsürlər olduqca dərin
məzmun kəsb edir. Məlum söz mətn şəraitində mənaca
sanballaşır, çəkicə ağırlaşır. Nəticədə hər bir şeir gözəl sənət
örnəyi olur.
Üslubi cəhətdən yüklənmiş dil vahidlərinin hər biri
xüsusi estetik vəzifə daşıyır, şeirin maksimum poetik
effektliliyini təmin edir. Aşıq Ələsgərin söz sərrastlığı
ümumi dil sənətkarlığının əsasında durur və mətnin estetik
boyalarına təzəlik, təravət gətirir. Sözə üslubi çalarına görə
yanaşmaq səriştəsi qüdrətli ilham sahibinin şeirində öz oriji-
nallığını bütün incəlikləri ilə göstərir. Bütövlükdə Aşıq
Ələsgərin poetik təcrübəsində lirik janra məxsus əsas estetik
normaların təfərrüatları əyaniləşir.
Aşıq Ələsgər poeziyanın ənənəvi forma qəliblərində
səmiyyəti, təbiiliyi və obrazlılığı ilə könül oxşayan
67
əsərlərinin mükəmməl dili ilə poetik təssüratı yüksək həddə
çatdırmaqla məzmunlu forma anlayışında istedad amilinin
rolunu öz poetik şəxsiyyətində təsdiq edir. Formanı
məzmuna və əksinə, məzmunu formaya tabe tutan Aşıq
Ələsgər öz imkanları çərçivəsində dilin bütün yaruslarından
obrazlı təfəkkürünün parlaq ifadəsi üçün məharətlə istifadə
edir. Klassik şeirimizdə və şifahi xalq yaradıcılığında işlədi-
lən bədii ifadə vasitələrindən, məcazlar sistemindən və s.
yararlanmaqla müvazi şəkildə məzmunu forma gözəlliyinə
yaraşıq verən dil vahidlərini uğurla bədii mətnə daxil edir.
Məzmunun tələbi və təsiri ilə işlədilən hər bir linq-
vistik ünsür poetik forma qəliblərinin tərkib hissəsinə
keçərək mükəmməl mənanın zahiri bəzəyinə çevrilir. Aşıq
şeirinin sabit, dəyişməz deyim qəlibləri Aşıq Ələsgərin
çevik üslubi əməliyyatları sayəsində daim təzələnir, yenilə-
şən sanballı və poetik yüklü məzmunla bədiilik və gözəllik
tələblərinə uyğun gəlir. Təsirləndirmə keyfiyyəti bütün hal-
larda görkəmli söz ustadının əsas atributu kimi özünü
büruzə verir.
Səs təkrarının üslubi xassələrinin səfərbərliyi Aşıq
Ələsgər şeir mətnlərinin fonologiyasını müəyyənləşdirən
amildir. Alliterativ səslər silsiləsinin poetik potensiallığın-
dan doğan assosiasiyalar öz bünövrəsini xalq dili zəminin-
dən aldığı üçün qüdrət və qüvvət mənbəyi səlahiyyətinə yi-
yələnir. Fonoloji ifadə vasitələri söz sənətkarının ilahi-mə-
nəvi dünyasından şirə çəkir, canlı ünsiyyət elementlərindən,
onun yaratdığı poetik iqlimdən təsirləndiyi üçün Aşıq
Ələsgər şeirləri səmimi duyğuların ahəngdar səslənməsin-
dən, nizamlanmış avazlanma keyfiyyətdən hasilə gəlir. Hər
68
bir fəal səs tərkibləri, fonem yüksək şeiriyyət üstündə kök-
lənir, misralardakı lirik nidalar, səs boyaları Aşıq Ələsgər
şeir nitqi üçün adi və zəruri dil materialı təəssüratı formalaş-
dırır. Musa Adilovun yazdığı kimi, “Şeir dilin təravətidir.
Xalqın dilinin bütün ehtiyat qüvvələri şeir vasitəsi ilə üzə çı-
xarılır. Xalqın dilini də sənətkarları ilə tanıyırlar.
Ən qüdrətli sənətkarlar dilin daxili musiqisinə çox
həssas olur, öz ölməz sənət incilərini bu musiqi üstündə
bəstələyirlər. Ustad Aşıq Ələsgər deyirdi:
Qışda dağlar ağ geyinər, yaz qara
Sağ əlinlə ağ kağıza yaz qara.
Digər sənətkarlıq xüsusiyyətlərini bir kənara qoyub,
burada diqqəti yalnız “ağ” (dağlar, ağ, sağ, ağ, kağız), “qa”
(qara, qara) ünsürlərinin təkrarından yaranan ahəngdarlığına
cəlb etmək istərdik” (3, 156).
Ritmik ifadə tərzi Aşıq Ələsgər üslubunun ən ümdə
xüsusiyyətidir. Bunlar poetik ovqatın bədii əks-sədası, ülubi
nyuansların sintezi kimi olduqca dəyərli ədəbi-bədii dil
hadisəsidir. Səs-söz təkrarları zəminində əşya və hadisələrin
fonetik obrazı canlandırılır. Bir səsin, yaxud eyni səs komp-
leksinin assiativ təkrarı çox vaxt müəllifin gerçəkliyə
müəyyən poetik baxışlarını əks etdirir. Təkrarlanmaqla
səslər bədii enerji ehtiyatlarını zənginləşdirir və onların ifa-
dəlilik potensialı aşkarlanır. İnsan ruhunun şeiriyyəti səslərə,
sözlərə köçür. Aşıq Ələsgər dilinin sehri məhz belə məqam-
larda daha bariz formalarla təzahür edir. Rəng çalarlarına
maksimum həssaslıq, sənət dilini fonoloji təkrarlar hesabına
69
naxışlamaq Aşıq Ələsgər şeir üslubunun məziyyətlərinə işıq
saçır. Hər bir səs naxışı bədii məzmunun cövhərini canlan-
dırır. Diqqət çəkən odur ki, simmetrik səs-düzümü mexaniki
şəkildə quraşdırılmır, digər üslubi anlayışlarla mütəhərrik
halda qovuşaraq vahid bədii qayənin canlandırılmasına isti-
qamətləndirilir. Aşağıdakı nümunədə “a” saitinin kəmiyyət
üstünlüyü poetik informasiyanın səmərəsini xeyli artırır və
beləliklə, sənətkarla dinləyici arasında ünsiyyət fəallaşır.
Könül müştaq olub xəttü xalına
Məlakə şəklinə mah camalına
Alma kimi yanağının alına
Gözün sataşmağın nə damağı var (8, 116)
Püstav, naçalnik gələndə kəndə
Obanı, oymağı vururlur bəndə (8, 280)
Şeirlərinin dil tərtibində alliterasiya və assonansın
yaratdığı mətn estetikası Aşıq Ələsgər sənətinin ümdə xüsu-
siyyətlərinə, fərdi üslubunun struktur əlamətlərinə aydınlıq
gətirir. Səs paralelizmlərinin intensiv tətbiqi sənətkarlıq
nöqteyi-nəzərindən maraqlı üslubi nyuanslar meydana
çıxarır. Aşıq Ələsgərin üslubunda bu cür ifadə vasitələri sə-
nətkarlıq məharətinin təsdiqi kimi diqqət çəkir. Aşıq Ələsgər
şeirinin ifadə tərzinin təbiətini, üslubi mahiyyətini və poetik
spesifikasını sərrast şəkildə açıqlayan vasitə kimi öz
təsdiqini tapır. Təsvir-tərənnüm obyektinin hissi obrazları,
real mənzərələri səs təkrarları ilə canlandırılır. Poetik məna
səs ahəngindən, alliterativ deyim tərzindən və deməli, dahi
söz sənətkarının sənətkarlıq məharətindən nəşət edir. Səsin
məna çaları üzərində xüsusi diqqətlə götür-qoy edib onun
incə üslubi boya fərqlərini duymaq alliterasiya və
70
assonansın iştirakını zəruriləşdirir. Səs həssaslığına bu cür
meyl Aşıq Ələsgər yaradıcılığının üslub müəyyənliyində
əsas amildir. Səs təkrarları ustad aşığı əsas estetik prinsipləri
çərçivəsində fəaliyyət göstərərək dilin digər poetik material-
ları eyni motivlər üzərində səsləşən poetik funksiya və təsir
dairəsinə daxil olur. Səs və məna ovqatı, bədii obrazın emo-
sional çalarları, bütün təsvir vasitələri arasındakı üslubi ülfət
xüsusi dolğunluqla nümayiş etdirilir. Misralarda qalın və
incə, açıq və qapalı saitlərin, samitlərin ahəngdarlığında bu
özünü göstərir.
Q~O cəllad qaşarın qəhri, qəzəbi
Qəsd eylər cismimdən narı dağıtsın
A~Gözümü talan salar Azərbaycana
Dilim istər Alosmanı dağıtsın.
Uruhum, cismanım, nəbzim, həyatım
Z~Zinnətim, zivərim, adım isbatım
Lisanımsan gəlməyəndə baratım
Naləm istər bu dünyanı dağıtsın. (8, 58)
Aşıq Ələsgər misralarının səs naxışlarında assonans–
eynicinsli saitlərin təkrarı poeziya texnikasına mükəmməl
yiyələnmə məziyyəti kimi təqdir olunur. Eyni məxrəcli
saitların bir-birini izləmə qanunauyğunluğu ulu sənətkarın
mətn tərtibetmə prinsiplərinin estetikası üzərində qərarlaşır.
Bədii mündəricənin, tamamlanmış poetik məzmunun
təravəti ümumxalq dilinin tükənməz səs xəzinəsindən, onun
fonoloji üslubi imkanlarından ifadə məharəti ilə təzahür
edir. Assonansın yaratdığı emosiya, fonoloji təkrarlardan
doğan həyəcanlar Aşıq Ələsgərin zəngin poetik təcrübəsi,
71
gərgin yaradıcılıq axtarışları və bədii-üslubi kəşfləri ilə
yaddaqalandır. Məzmunlu kamil ifadə forması olaraq
assonans Aşıq Ələsgərin şeir nitqinin özəlliklərini sirayət
edir və mətnə professional poeziya səviyyəsi qazandırır.
Assonansın sənətkarlıq meyarlarına uyğunluğu poetik hiss
və fikrin təbiiliyində müstəsna xidmət göstərir.
Aşağıdakı şeir parçalarının təşəkkülündə “a” saitinin
nizamlı ardıcıllığı “q” samitinin alliterasiyası ilə birlikdə
mətnin texniki təşkilində əsas rol oynamışdır.
Ə,A~Əsər yellər qəhr eyləyər yaz qara
A~Daşar çaylar gələr daşlar çata-çat
Aşıq çaşsa, dildə, “qara”, “qar” qalar (8, 180)
Dağlar sinəsində qara qar qalar
Gəştə çıxsa ərşə qara qarğalar
Çalar qanadların ay eylər qıy-qıy (8, 179)
Eyni səs notları ilə Aşıq Ələsgər şeirin ahəngində
həyat və gözəllik duyğularını, estetik zövqü vüsətli edir.
Sətirlərin melodik quruluşu lirik ovqata dramatizm verir.
Eyni səs kompleksinin sistemli təkrarından bütövlükdə mətn
nizamlanır, melodiya notları kimi bir-biri ilə ahəngdar
şəkildə bağlanaraq vahid tələffüz axarına tabe olur.
Beləliklə, dilimizin incəlikləri, şeiriyyətli akustikası vəzn və
melodiya yaradıcılığına cəlb olunub estetik zövq mənbəyinə
çevrilir.
Aşıq Ələsgərin sənət dilində intensiv xarakter
daşıyan effektli təkrarlar hissi-idraki təsir mənbəyidir.
Forma təravəti, şeiriyyətin mayası təkrarlanan dil faktlarının
ritm yaratma xislətindədir. Poetik nəfəs səs təkrarlarının
üzərində köklənir və üslubi fiqurların başlanğıcında dayanır.
72
Buna görə də fonetik paralelizmlər Aşıq Ələsgərin poetik
düşüncəsinə olduqca doğmadır, onun üslub zərifliyidir. Ulu
sənətkarın lirik düşüncələrinin ən cazibəli maddi formaların-
dan biri kimi müxtəlif təkrar sistemi bədii mətni şeiriyyətlə
gözəl ritm və intonasiyası ilə, xüsusi ahəndarlıqla yükləyir.
Onun bədii təsvir dinamikasında assonansın möhürü özünü
aşkar şəkildə göstərir. Aşağıdakı şeir bəndində saitlərin da-
vamlı uyarlığı ritmikləşdirici faktor kimi çıxış edir, assonans
fiqurlar müəllifin üslub mədəniyyətinin göstəricisinə
çevrilir.
Ə, İ – Könül qəmgin, ürək dərdli, vərəmli,
Səni gördüm səxavətli, kərəmli
Bir mirzə lazımdır əli qələmli
Mən deyən vəsfini yaza, Müşkünaz. (8, 115)
Bir çox cəhətdən poetexnik tələblərlə şərtlənən səs
təkrarları Aşıq Ələsgərin dilində poetik məzmuna milli ruh
verən üslubi fiqur kimi olduqca diqqətçəkəndir. Təkrarlanan
dil faktlarının poetikləşərək sistem təşkil etməsi bir də
onunla əlamətdardır ki, onlar misra sxeminin sıxlığında fikir
və emosiya tutumunu gücləndirə bilir. Belə məqamlarda
bədii təsvir və ifadə intensivliyini təkrarlar ələ ala bilir. Şeir
üslubunun materialına çevrilən fonoloji ifadə üsulları Aşıq
Ələsgərin dilində forma aludəçiliyindən irəli gəlmir. Buna
ciddi sənətkarlıq meyarları ilə yanaşan Aşıq Ələsgər bədii
mətləbin hissi-idrakı təsirini, üslubi potensialını artırır.
Səslərin alliterativ sıralanması Aşıq Ələsgər üçün poetik fik-
rin sürətli anlaşılmasına yönəldilən üslubi təsir vasitəsi kimi
dəyərlidir. Onun əsərləri mövzu-mündəricə baxımından
müxtəlif olduğu kimi, assonansın işlənmə potensialı və
73
üsulları da rəngarəngdir. Bütün hallarda səs assonansı ilə
köklənmiş şeirlər incə lirizmi və oynaqlığı ilə seçilir.
Tifil fəğan eylər şirin yolunda
Rübah dura bilməz şirin yolunda
Ölsəm Fərhad kimi Şirin yolunda
Adam sayar adam sayılan məni (8, 174)
Göydə huri, pəri, mələk
Behiştdə qılman yeridi (8, 240)
Misralarda sait səs quruluşunun incəlikləri və çevik-
liyi məzmun zənginliyinə qovuşmaqla poetik obrazlara
keçir. Canlı danışıq dilinin bütün gözəllikləri şeirə nüfuz
edir, ünsiyyət nitqinin təbiiliyi misralara hopur. Aşıq
Ələsgərin yaradıcılıq intuisiyası forma və məzmun uyarlığı-
nın mükəmməlliyində təzahür olunur. Bitkin poetik fikir
məzmunlu forma ilə ifadə olunur. Təsvir obyektini ulu sə-
nətkar səslərin yaratdığı obrazlarda aşkarlayır. Səslərin
akustik incəliklərindən doğan ritm əlamətləri sistem halına
düşərək poetikləşir.
Aşıq Ələsgərin fərdi deyim tərzində fonemlər sis-
teminin şeiriyyətinə fəal münasibət açıq-aşkar görünür.
Dilin musiqisini şeirə gətirmək istedadı bütün füsunkarlığı
ilə onun bənzərsiz yaradıcılığında boy göstərir. Alliterasiya
və assonans Aşıq Ələsgər sənətinin özülündədir, dilinin
şeiriyyətidir. Onun misralarında yer tutan alliterativ təkrar
müəyyən melodiya əlamətinin daşıyıcısıdır. Səslərlə digər
bədii ifadə vasitələri arasında güclü daxili ahəng mövcud-
dur. Aşıq Ələsgərin poetik dil qanunlarında fərdi üslubi ax-
tarışların özünəməxsusluğu əsas yer tutur.
74
Səhər-səhər sığal verir
Ayna qabağa Gülxanım
Tay olmaz dağlarda lala
Gülgəz yanağa Gülxanım (8, 256)
Ələsgərəm, yandım aman, əl aman
Belə mürvət olmaz, ay qaşı kaman
Hər kəs dosdan-dosta qandırsa yaman
Tufanasın Kərəm Kanı dağıtsın (8, 58)
Təbii səs obrazları səs təkrarlarına həssas
münasibətdən, fonetik tərkib etibarilə yaxın sözlərin bədii-
üslubi imkanlarına bələdlikdən və ondan səmərəli bəhrələn-
məkdən irəli gəlir. Söz düzümünün estetik əsasında səs
ahənginin təbii axarı dayanır. Bu, Aşıq Ələsgərin kamil
poetikasından, ilhamının, ruhunun çoşqunluğundan doğur.
Ulu sənətkar fonoloji vahidlərin üslubi imkanları dairəsində
öz mükəmməl fərdi poetik üslubunu formalaşdırır. Onun
deyimində poetik hiss və ehtirasların real ifadəsi sözçülüyə
imkan vermir. Canlı söz, təbii ritm-intonasiya çalarları Aşıq
Ələsgərin söz demə ucalığını, onun ülubi simasını və sənət
mövqeyini ortaya qoyur. Assonans və alliterasiya tapıntıları
bədii niyyətin məğzinə varmaq imkanlarını genişləndirir.
Səslərin poeziyası, şeiriyyəti və musiqisi qulaqlarımızda
səslənir. Səs təkrarlarından şairanə istifadə süni dil
quruluğuna son qoyur, şeirdə dil mülayimləşir, bu mülayim-
likdə həssas və səmimi bir qəlbin kövrək əks-sədası duyulur.
Daxili mütəhərriklik və ahəng Aşıq Ələsgər sözünün sehrini
açmaq üçün mühüm bir vasitəyə çevrilir. Dilin zəngin vokal
75
imkanlarından çevik və operativ üsullarla faydalanma mətn-
in bədii məziyyətlərini, estetik keyfiyyətini qabarıqlaşdırır.
Alliterasiya və assonans Aşıq Ələsgər dilində bədii
mətləbi qavrama yolunu aydınlaşdırır. Eyni məxrəc üzərində
səs düzümü xüsusi avazlanma tempi yaradırsa, həm də bu
harmoniya möhtəşəm səs obrazı əmələ gətirir. Bədii qayə
təkrarlanan fonemlərin melodiyası vasitəsi ilə qavranılır.
Aşıq Ələsgərin nitqində bütün səs ünsürləri üslubi-semantik
məna aydınlığı nəzərə çarpdırmaqla mətnin daxili məntiqinə
söykənir, emosiyanın müstəqil daşıyıcılarından biri kimi
rəngarəng assosiasiyalar yaradır, mətnin semantikasına
xüsusi poetik sanbal əlavə edir.
Xəstə könül istər narı görəndə
Ya dost-dostu, ya yar yarı görəndə
Bülbül gül üstündə xarı görəndə
Qan ağlar rüxsarı yaşa dayanmaz (8, 62)
Gözəllər sultanı, ay Səlbi xanım,
Sullanışın bir mahala əvəzdi
Gözlərinə qiymət qoya bilmərəm
Qaşın min tümənlik mala əvəzdi.
Ələsgərin, ağlın aldı sərindən
Saf gövhərsən sərraf seçib dərindən
Sən bir gülsən gülüstanın tərindən
Demək olmaz sana lala əvəzdi (8, 78)
Aşıq Ələsgər fonoloji təkrarlar sisteminin bütün
sahələrindən intensiv şəkildə faydalanaraq səs uyarlığından
törəyən bədii təsirin potensialını səfərbər etmiş, onu öz fikir
76
və duyğularının tərcümanına çevirmişdir. Samit və saitlərin
hərəkətə gətirdiyi avazlanma, səs tonlarının sistemli qurulu-
şu uğurlu tapıntı təəssüratını qətiləşdirir. Səslərin nizamın-
dan peşəkarçasına istifadə mətnin daxili bütövlüyünü, lirik
incəlikləri təmin edir. Aşıq Ələsgərin şairlik mədəniyyəti,
yüksək estetik zövqü musiqili səslərin müəyyən ardıcılığına
stimul verir. Səslərin simmetrik ardıcılığı incə şeiriyyətlə
nəticələnir. Bir-birinə yeni vüsət verən səslərin ardıcıl
proyeksiyaları canlı danışıq dilinin musiqisini, melodikliyini
ortaya çıxarır.
Aşıq Ələsgər üçün səs-söz sırasında bədii
məqsədyönlülük əsasdır. Müəllifin poetik niyyətinə tabe
tutulub bədii məntiqin daşıyıcısına çevrilməsi müəyyən
ahəng məcrasında avazlanma tezliyi kəsb edir. İntensiv
təkrarlar digər fonemlərin fonunda özünü daha qabarıq hiss
etdirir. Şeirin səs palitrasının zənginliyi yaxın artikulyasiyalı
səslər kompleksində özünü göstərir. Mətn şəraiti təkrarlanan
fonemləri poetik səs dərəcəsinə çatdırır. Təkrarların ritm və
ahəng çalarları mətnin ifadəli səs qəliblərini rəvan formalara
salır.
Səyyad dəryalarda alar səng ələ
Həsrət çəkər çiskin gələ, çən gələ,
Əzrayıl sinəni çəkər çəngələ
Qəssal qəss eyləyər ay ağa, ağa (8, 178)
Sinəm sədparə xoş gəldin
Seçib, sevib könül verdin (8, 157)
Aşıq Ələsgərin dili üçün xarakterik cəhətlərdən biri
də ondan ibarətdir ki, burada alliterasiya və assonans eyni
ahəngin tərkibinə keçir. Bu olduqca effektli fonopoetik
77
üsuldur ki, onun vasitəsilə müəllif bədii mətni nümunəvi
estetik formada gözəl poetik mündəricə ilə yükləyir. Belə
bir spesifik cəhət poetik forma ünsürü kimi melodiya
aşılayır, ahəngin təravətli rənglərini üzə çıxarır. Sait və
samit səslərin təkrarı ilə təravətlənən poetik pafos mətnin
leksikonu, sintaktik qəlibləri və s. ilə birlikdə mükəmməl
üslubi şəbəkə yaradır. Səslərlə çevik manevr məharəti nitq
mühitini emosional-ekspressiv məcraya salır, nəticədə səs
naxışlarını şeirin məna cövhərinə qovuşdurur. Mətndə
ümumi bir melodiyanın notları kimi görünən səs təkrarları
vahid axarda xüsusi üslubi çoşqunluq əmələ gətirir.
Dilimizin nəzarəti ilə yoğrulan misraların struktur kamilliyi
bədii pafosa aydınlıq gətirib bütün keyfiyyətləri ilə janrın
potensialına uyğunlaşır.
Ş~Axşam-sabah, çeşmə, sənin başına
B~Bilirsənmi necə canlar dolanır
Büllur buxaq, alma yanaq, ay qabaq
Şahmar zülfü pərişanlar dolanır (8, 65)
A~Var olsun Qarabağ əcəb səfadı
Başa Xacın çıxar, ayağa Qarqar (8, 156)
Ahəngər deyiləm, naşı, bəzirgan
Gözüm dürdanə elə, a yəməndədi
Sinəmdədi eşqin şirin çeşməsi
Ləzzəti meyl edib ay əməndədi (8, 159)
Səslərin məxrəc uyğunluğunun nizamlı düzümü şeir
dilinin evfonik ifadəliliyini təmin edir. Sənət dilini zəngin
notlar üzərində qurmağa yönəldilir. Eyni səslərin musiqili
ardıcıllığı ilə Aşıq Ələsgər ritm ünsürlərinin vahid məcrada
78
təşkilinə nail olur. Alliterasiya və assonans, söz təkrarı fikrin
ifadə formasına keçməklə yaradıcılıq siqləti yaranır. Eyni
səs qruplarının bir-biri ilə sıx əlaqəsi Aşıq Ələsgər dilinin
ritmik-obrazlı mənzərəsini nümayiş etdirir. Poetik mətnin
forma elementi olaraq intonasiyaya yeni-yeni üslubi çalarlar
əlavə edir. Bu, poetik fəhm, səs duyumu, səs seçimi və
düzümü prosesində tənzimlənir. Beləliklə, poetik niqtin
səslənmə tempi emosiyanın akustik ekvivalentinə çevrilir.
Göründüyü kimi, şeirin səs tərtibində Aşıq Ələsgərə məxsus
peşəkarlıq, poetik vərdişin zənginliyi aparıcı rol oynayır.
İ~İsmin üç hərifdi, ay çeşmi-xumar,
Biri “mim”di, biri “nun”du, biri “sin”
Həsrətindən yüz min gizlin dərdim var
Kimsəm yoxdu, açam deyən birisin (8, 162)
Ş, S,A~Şahdar şahı sayə salsın üstünə
Ələsgər tək baxtı qara dolansın (8, 66)
Mükəmməl bədii ünsiyyət forması olaraq Aşıq
Ələsgər şeirində assonans və alliterasiyaların estetik
incəliklər yaratma imkanlarını bütün təfərrüatları ilə
müşahidə etmək olar. Aşıq Ələsgər üslubundakı səs rəssam-
lığının əsas mənbələri də məhz eyni məxrəcli fonemlərin
təkrarlarında aşkarlanır, çox vacib poetik-üslubi əməliyyat
səviyyəsinə qalxır. Aşıq Ələsgərin fərdi üslub kom-
ponentlərindən biri kimi səslərin ahəngdar konstruksiyalarda
qəlibləşməsi, səslərin simmetrik düzülüşü prinsip etibarilə
mətnin poetik təşkiledicilik funksiyasını öz üzərinə götürür.
Ciddi linqvopoetik fakt olaraq assonans və alliterasiya məna
təcəssümçüsü kimi çıxış edir. Ahəngdarlıq yaratma üslubu-
na ən bariz nümunəsi olaraq səs-söz təkrarı şeir dilinə təzə
79
ruh, yeni bədii-estetik çalarlar gətirir, mətnə professional
poeziya səviyyəsi qazandırır.
Dildəki səslər sisteminin ritmemelodika imkanları
güclü ekspressiya mənbəyi olub Aşıq Ələsgər şeirlərində
poetik-üslubi əməliyyat səviyyəsi kəsb edir. Əslində xalq
şeirinə məxsus bu üsul Aşıq Ələsgər üslubu üçün də
doğmadır. Aşıq Ələsgər səsləri məqsədyönlü düzülüş ilə şeir
dilinin estetik ölçülərinə sığışdırır və bunun özülündə səs
obrazları formalaşır. İntonasiya dalğaları konkret fonoloji
təkrarların tələbi ilə fikrin elastik ifadəçisi olur.
A, I, B~Bal ki bahalandı qırıldı arı
Yağ satanlar mala saldı azarı
Min manata qalxdı dareqan, darı
Nə gün çıxsın, nə sitarə dolansın (8,66)
Şux gözəldə bir sinə var, bir incə
Gördüm dərdim oldu dağlar birincə
Roğənəm, həddində yetir birincə
Yandırıb keçirmə dağıdan məni (8, 164)
Mətni poetik cizgilərlə zənginləşdirmək üçün eyni
atrikulyasıyalı sait və samit səslərin müəyyən simmetriyası
fəal mövqeyə yiyələnməklə lirik ovqat yaradaraq qabarıq
şəkillərdə özünü biruzə verir, bütövlükdə mətn strukturu
səslərin estetikasını açmağa yönəldilir. Eynicinsli səslərin
simmetrik təkrarı milli şeir ənənələrinə söykəndiyindən
xüsusi bədii effekt yaradıcılığı ilə müşaiyət olunur. Poetik
mükəmməllik obrazın mahiyyətinə xas cizgilərin
qabardılmasına stimul verir, səs nizamı musiqi tonunun
tənzimlənməsinə yol açır. Lad-intonasiya çeşidlərinə
80
həssaslıq Aşıq Ələsgərin misralarının melodik quruluşuna
zəmin hazırlayır. Alliterasiya və assonansın doğurduğu
musiqi motivləri poetik səliqə cəhətdən fərqlənir. Xalq
danışıq dilinə məxsus intonasiya çalarları səs təkrarları
vasitəsi ilə Aşıq Ələsgər şeirinə nüfuz edir. Söz axtarışında
dahi ustad onun səslənmə keyfiyyətini, üslubi boyalarını –
bir sözlə, poetiklik imkanlarını diqqət mərkəzində saxlayır.
İ, Ə~Eşq əhliyəm dərd çəkməkdən üzüldüm
Nəsildən nəcibsən əslini billəm
A~Bir saat camalın görməsən ölləm
Görsəm də yanaram nara Bəyistan (8, 51)
A~Salıbsan zindana bir gözəl canı,
B,A,X~ İqbalına bax-bax, baxtına bax-bax
S~Ələsgərin sözün yetir nisaba,
Ə~Sərf edənlər səbt eləsin kitaba (8, 122)
Aşıq Ələsgərin şeir dilində sait səs məxrəclərinin
yaxınlığı ritm və ahəng mənbəyi kimi dəyərlidir, bədii
hərarət yaratma vasitəsidir. Eyni səsin ardıcıl işlədilməsi şeir
dilinin, onun musiqili fonetik sisteminin formalaşmasını
stimullaşdırır. Səsin artikulyasiya uyğunluğu və nizamlı
düzülüşündən ahəngin formalaşma prosesi yaranır. Bütün
hallarda diləyatımlı səslənmə prinsipi əsas götürülür. Bu
prinsip Aşıq Ələsgərin nitq vərdişinin başlıca şərtidir və
onda ulu ozanın poetik dil mədəniyyətinin əsas üslubi
guşələri nümayiş etdirilir.
Təkrarlanmaqla fonoloji vahid poetik ifadə tərzinə
xidmət göstərir, poetik komponentlər sistemində öz varlığını
hiss etdirir. Səs duyma səriştəsi şeirə sənətkarlıq səviyyəsi
81
gətirir. Bununla Aşıq Ələsgərin poetik istedadı öz bəhrəsini
dil faktlarının bədiiləşdirmə qüdrəti ilə büruzə verir, səsin
bədii-üslubi xislətini təkrar-təkrar icad edir. Səs incəlikləri
Aşıq Ələsgərin bədii təfəkkür və estetik mədəniyyətindən
qaynaqlanır. Onun dilində sistem halında işlədilən
alliterasiya və assonans bənd quruluşunun funksionallığına
təkan verir, bədii ovqat səs təkrarları üzərində qərar tutur:
Bu dünyada üç şey başa baladı
Yaman oğul, yaman arvad, yaman at
İstəyirsən qurtarasan əlindən
Birin başla, birin boşa, birin sat (8, 54)
Ə, S~Ay nazənin dərdin mənim dərdimi
Az qalıb incəldə ay üzə - üzə
Alıbsan əlimdən din-imanımı
Müştaq eyləyibsən ay üzə-üzə. (8, 101)
Aşıq Ələsgərin öz sadəliyi və ifadə dəqiqliyi ilə
seçilən poetik qayəsi akustik naxışların panoramı fonunda
təzahür edir. Fonetik paralelizmlər bədii idrak prosesinə
intensivlik gətirir. Ritm-intonasiya və ahəngdarlıq fonetik
müvaziliklərin fəal iştirakından törəyir. Tərənnüm
obyektinin fonetik təsvirini maraqlı assosiasiyalar hasilə
gətirir. Alliterasion ritm, təkrarlanan samit səslərin
şeirləşməsi mətni emosional tələffüz axarına salır.
Alliterativ səs ahəngdarlığı yeni-yeni səs çalarlarını
yaratmaqla bərabər həmçinin məzmun siqlətinə, poetik
nəfəsin təravətinə, mətnin ahənginə yeni notlar əlavə edir.
Aşıq Ələsgərin dilində alliterativ səs naxışları polifonik
səciyyəlidir və onlar ulu sənətkarın bənzərsiz əsərlərinin
82
poeziya sərvətinə çevrilməsində müstəsna əhəmiyyət kəsb
edir.
Aşıq Ələsgərin misralarındakı sözlərin fonetik
oxşarlığı zahiri səciyyə daşımır. Sözlər arasında məna əlaqə-
ləri axtarıb tapmaq, onu müəyyən motivlər üzərində kök-
ləmək məharəti təkrarlanan səsləri sənət faktoru kimi götü-
rüb qiymətləndirməyə əsas verir. Alliterasiyanı digər ritmik-
melodik ifadə vasitələri ilə uyğunlaşdırıb eyni ahəngin məc-
rasına salmaq Aşıq Ələsgər üslubunun məziyyətindədir, po-
etik formanın emosional-ekspressiv cizgilərlə təzahür
vasitələridir.
A, I~Hər kim ayırarsa yarı yarından
T~Elə tacü taxtı talan, Ya Əli! (8, 142)
Ə~Adım Ələsgərdi, əslim Göyçəli
Ələst məclisində demişəm “bəli”
Həm aşiqəm, həm dərvişəm, həm dəli
Canım gözəllərin yol qurbanıdır (8, 137)
Akkustik effekt, səs mənzərəsi şeirin forma və
məzumunun üzvi hissəsinə dönür, bədii mətləb səslərin
ritmik hərəkətindən doğur. Fonoloji ahəngdarlıq təcrübəsi-
nin yetkinliyi zəngin emosional çalarlara güc verir və bütün
bunlar bədii ab-hava ətrafında cəmləşdirilir. Bədii ifadə va-
sitələri arasındakı mürəkkəb münasibətlər daxilində səs-söz
təkrarları öz imkanları ilə çıxış edir. Şeirin bədii-estetik ciz-
gilərində təkrarlananlar təravətli üslubi istiqamət halına
düşür, sətirlərdə ana dilimizin poetik sədaları eşidilir.
Aşıq Ələsgərin üslubi gözəllik üzərində formalaşmış
dili özündə poetik duyğuların təkrarsız məziyyətlərini əxs
edir, lirik təəssüratın lakonik ifadəçisi olur. Şeirin ruhuna,
83
məzmununa müvafiq olduğundan fonetik fiqurlar səs və
mənanın, söz və poetik ovqatın arasındakı ülfətin üzərində
qərar tutur. Səslə mənanın bədii birliyi və daxili təması Aşıq
Ələsgərin fərdi poetik simasını aşkara çıxarır. Fonoloji
ünsürlərin yaratdığı pafos poetik ünsiyyətin təməlində
dayanır, poetik hisslər səs-söz cildində olduqca qüdrətli
səciyyə daşıyır. Mətnin bədii strukturu obrazlı məzmunun
keyfiyyət halına keçməsinə zəmin hazırlayır. Aşıq Ələsgər
şeirinin akustik cazibəsi sənət amili kimi meydana çıxır.
Beləliklə, dilin bütün leksik ehtiyatlarından, səs
sistemindən, avazlanma diapozonundan istifadə bacarığı
dahi söz korifeyinin ləyaqət atributlarından birinə çevrilir.
Bədii mühakimə obyekyini, lirik duyğuları sənət
meyarları çərçivəsində daha mütəhərrik və dinamik şəkildə
canlandırmaq naminə, mətni fonetik-üslubi cəhətdən mü-
kəmməl formalarda təqdim etmək üçün Aşıq Ələsgər səs
tərkibinin eyniliyi və yaxınlığı ilə seçilən söz və ifadələrin
şeir mətninə nüfuzuna üstünlük verir ki, bu da şeirin əsas
estetik qayəsi barədə güclü əks-səda doğurur. Buna görə də
Aşıq Ələsgər şeirinin heç bir ünsürünə toxunmaq olmur, ona
düzəliş qeyri-mümkündür. Çünki orada səslərin bölünməz
harmoniyası var. Bir fakta diqqət yetirək. Məşhur “Olmaz,
olmaz” rədifli qoşmada ikinci bənd Aşıq Ələsgərin bütün
kitablarında belə verilmişdir:
Sözün yeri gəldi qoy deyim barı
Eşidənlər məni görməsin karı,
Aşığın nisyəsi, kürdün ilqarı,
Desələr inanma, düz olmaz-olmaz.
84
1999-cu ildə Aşıq Ələsgərin nəvəsi İslam
Ələsgərovun tərtibi ilə nəşr olunan kitabda nədənsə
“kürdün” sözü “namərd”lə əvəzlənmişdir. (Bax: səh.128) və
bu redaktə təbiidir ki, özünü doğrultmur və yamaq təəssüratı
bağışlayır. Çünki Aşıq Ələsgərdə formal səciyyə daşıyan
heç bir detala, zahiri bəzək naminə işlədilmiş ünsürə, poetik
qayə ilə bağlanmayan və şeirin qızıl qaydalarını pozan, səs
ahəngi ilə uyuşmayan üsullara rast gəlmək mümkün deyil.
Belə ki, bu “düzəliş” assosiativ fiqur kamilliyindən və elə
ona görə də tələffüz təbiiliyindən tamamilə uzaqdır. İlk
baxışdan sezilir ki, “Aşığın nisyəsi, kürdün ilqarı”
misrasının mükəmməl assosiativ simmetriyası vardır. (a-ı-ı-
ə-i-ü-ü-i-a-ı). Misra “a-ı” saitli hecalarla başladığı kimi, eyni
saitli hecalarla da sona yetir. Ortadakı saitlərin hamısı incə
və qapalıdır. Bu isə misranın estetik ləyaqətinin əsas
göstəricisidir. “Namərd”in bu cərgəyə müdaxiləsi mövcud
ahəng və rəvanlığı pozur, şeirin incə sait axınına qalın “a”
səsinin düşməsi şeirin qızıl qanununu ziddir və müəllifin
kamilliyinə şübhə yaradır. Məhz buna görə bu “düzəliş”
qondarma görünür. Deməli, misranın fonopoetik ahəngi
“kürd” sözünə daha uyğun gəlir. Aşıq Ələsgəri redaktə
bütün hallarda qüsurludur. Ələsgərə ehtiram əsərlərinin
ilkinliyinə, orjinalına sadəqətdədir.
85
SƏS-MƏNA BÜTÖVLÜYÜ VƏ KSPRESSİVLƏŞDİRMƏ
ƏMƏLİYYATI
Sistemli daxili ritm, melodiya ünsürlərinin ardıcıllığı
Aşıq Ələsgər dilinin şeiriyyətinin əsas əlamətlərindəndir.
Eyni səslərin, yaxın məxrəcli fonemlərin təkrarı, alliterasiya
və assonansın ardıcıllığı misra ahəngdarlığının, səslərin
simmetrik təkrarlanma sistemi, müntəzəm şəkildə bu və ya
digər fonoloji vahidin bir-birini izləməsi Aşıq Ələsgər
şeirində üslubi manevr kimi xüsusi fəallıq kəsb edir.
Fonoloji paralellər poetik fikri münasib emosional axarlara
salır. Səs ahəngi, ritmemelodika lirik qəhrəmanın düşüncələr
aləminə yeni təravətli cizgilər əlavə edir, müvazi səs
ritminin yaratdığı emosional prosesi yeni məcraya
istiqamətləndirir. Nitq ahəngi ardıcıl vəziyyətdə təkrarlanan
eynicinsli səslərin, omonimlərin, söz təkrarlarının
melodiyası üzərində köklənir. Aşıq Ələsgər şeirinin poetik
texnikasında daxili qafiyələrin mükəmməl üslubi fiqurlar
səviyyəsi, eyni misrada yaxın fonetik tərkibli sözlər
üzərində qərarlaşan ritm-intonasiya çalarları bədii dil
strukturunu mükəmməlləşdirir. Səs müvaziliyinin
maksimum oxşarlığı klassik şeir dilinin universal
xüsusiyyəti kimi məna bölgüləri intonasiya bölgülərini də
tənzimləyir, misranın sintaqmlarını müəyyən ahəng
daxilində sıralayır:
Olsa nüsrət, versə fürsət (8, 197); Alimin elmiylə
helmi yarıdı (8, 44); Səxavətin yoxdu, sözlərin oxdu (8,
134); Hay verrəm, qıy vurram, eyləmir şikar (8, 67); Yunisə
munis olub Nuha oldum gəştiban (8, 190); Düşmanla
söyüşüb, döyüşmək olur (8, 121) və s.
86
Aşıq Ələsgər ana dilimizin gözəlliklərini əks etdirən
səs-səda ahəngi ilə oxucunu ovsunlaya, onun qəlbini ram
edə bilir. Üslubi şəbəkədə səslərin həmrəyliyi, səs
həmcinsliyinin sənət materialına çevrilməsi və bunların
təsvir predmetinin mahiyyətinə uyğunluğu dahi söz
sənətkarının üslubu, onun estetik dəyərləri haqqında dolğun
fikir yaradır. Onun bədii dil təcrübəsində ən çox sezilən
tələffüz cizgiləri səs-söz duyumunun kamilliyindən irəli
gəlir. Hər bir fonoloji vahidin işlədilməsi vəzn, ona müvafiq
ritm-intonasiya formaya düşməsi ilə fərqlənir və şeir
poetikası üzrə tənzimlənir. Səs ahəngdarlığı üslubi siqlətə
yiyələnib şeirin poetik formasına estetik effekt gətirir.
Misralarda səslərin akustik həmrəyliyi xüsusi tələffüz
çevikliyinə rəvac verir, onu bədiiləşməyə məruz qoyur.
Lirik təhkiyəyə effektli emosional müdaxilə üslubi zərurət
kimi meydana çıxır.
Aşıq Ələsgər şeirlərinin fonetikası, onun estetik
imkanları əsərdə rəvanlıq, deyim gözəllikləri yaratma
vasitəsidir. Burada məna ilə avazlanmanın müvazinəti,
harmoniyası daha güclü hiss olunur. Müəyyən ahəng
qəliblərində səslənmə yaxınlığı Aşıq Ələsgər şeirinin ümumi
semantikasından təcrid olunmazdır. Onun dilindəki sintaktik
təkrarlar, dilogiya-tərkib daxilində sözün eyni zamanda iki
müxtəlif mənada işlədilməsi, poliptot-sözün müxtəlif şəkildə
mətnə daxil edilməsi, yarımçıq təkrarlar bu poetik tələblərin
nəticəsi olaraq xoş təəssüratlıdır: Etiqadla, sidq dillə, Çağır
şahlar şahını. Nahaq işdi dilək dilər, İnsan insandan, gəda
(8, 196); Qırıq-quruq, fətir-fütür salırlar, Ac doyuran nan bu
87
yerdə tapılmaz (8, 279); Sağ-solunda qardaşların sağ olsun
(8, 140) və s.
Aşıq Ələsgər lirikası qədim və zəngin ənənələri
üzərində müraciət etdiyi mövzuların, bədii təsvir və təhlil
predmetinin fəlsəfi mahiyyətindən tutmuş, kəskin sosial
incəliklərə müdaxiləyə qədər ən müxtəlif mətləbləri
münasib deyim qəliblərində, üslubi incəliklər sistemində əks
etdirmişdir. Onun ifadə notlarında canlandırdığı bütün
detalların, poetik faktların təravətli əksini, təcəssüm
kamiliyinin yeni çalarlarını görürük. Adi həyat faktları, lirik
detal və epizodlar onun poetika üslubunun həsaslığını
nümayiş etdirir, hər bir dil ünsürü obraz kamilliyinin
mücəssiməsinə çevrilir. Orijinallıq və təzəlik prinsipi Aşıq
Ələsgərin şeir dilinin təməlində dayanan ən bariz estetik
dəyərdir. Aşıq Ələsgərin bədii dilində görünməmiş
səmimiyyətlə bərabər ona qədər heç kimin baş vurmadığı
fəlsəfi dərinlik vardır. İndiyə qədər kəşf olunmamış bədii
obrazların, fikir və duyğuların onu canlandıran dil material-
larının seçimi və mətn mühitində əlaqələndirilməsindəki
üslubi orijinallıq, həyat və hadisələri yeni və özünəməxsus
şəkildə qavramaq iqtidarı ilə, poetik təfəkkür təzəliyi ilə
deyim üsullarının təravəti Aşıq Ələsgər üslubunun təməl
daşıdır. İfadə dəqiqliyi, deyim tərzinin sadəliyi və aydınlığı
ilə müşaiyət olunan hiss və düşüncə siqlətinin birliyi
zəminində bərqərar olan bu üslub bədii keyfiyyət, estetik
kamillik həddindədir.
Aşıq Ələsgər sanki xalqın qəlbinin şeiriyyətini
səslərə, sözlərə, sətirlərə köçürmək üçün təkrarlara intensiv
şəkildə müraciət edir. Təkrarlar misilsiz harmoniya əlaməti
88
olaraq mətnin üslubi-semantik yetkinliyini yaradır,
misraların bədii-poetik strukturuna, ritmik bölgülərinə ciddi
təsir göstərir. Səs-söz nizamı ilə Aşıq Ələsgər fəlsəfi-emosi-
onal qayənin dərinləşməsinə, lirik-psixoloji məziyyətlərin
zənginləşməsinə nail olur, bədii mətləbin şairanə təcəssümü-
nə xidmət edir. Bədii sözlərin siqləti səslərin yalnız akustik
keyfiyyət uyğunluğu ilə sehrində, səmimiliyində, hədəfə sər-
rast vurma qabiliyyətindədir. Təkrarlanan səs və söz bədii
niyyətin əks-sədası kimi səslənir. Bu qafiyə mövqeyində
sıralanan dil vahidlərində aşkara çıxarılır, səslərin poetik tə-
nasübü fikir mükəmməlliyi ilə müşaiyət olunur, intonasiya-
ya xüsusi ağırlıq və siqlət verir və bədii keyfiyyət halına
keçir. Səslənmə etibarilə yaxın olan dil vahidləri mətn
mühitində doğmalaşır, sözlərin cövhərinə canlı ünsiyyətin
təravəti gəlir.
Can deməklə candan can əysik olmaz
Məhəbbət artırar, mehriban eylər
“Cor” deməyin nəfi nədi dünyada
Abad könlü yıxar, pərişan eylər (8, 77)
Ələsgər görcəy candan usanıb
Camalından şəmsü qəmər utanıb
Nə behiştdə belə qılman yaranıb
Nə dünyaya belə insan gəlibdi (8, 83)
Kirpik çaxdı, oğrun baxdı
Od saldı cana, yeridi (8, 266)
Şeirin ahəngi, ritmi, melodiyası – bir sözlə onun
estetik cazibəsi nümayiş etdirilir, Aşıq Ələsgər dərin mənanı
gözəl səsləndirmə üsullarında təcəlla etdirir. Səs ahəngi,
89
səslərin ritmik axını oxucunu ona görə mütəəssir edir ki,
onlar intonasiya ölçülərinə uyğun və düzgün nizamlanmış
vəziyyətdədir. Simmetrik şəkildə sahmanlanan səslər, qafi-
yələnən leksik vahidlər bədii effekt və lirik ovqat doğurur,
poetik səs harmoniyası lirik mühakiməyə aktuallıq
qazandırır. Bədii söz tərkibinin estetik yetkinliyi üçün eyni
səs kompleksi intensiv üslubi fəaliyyət nümayiş etdirir.
Sətirlərin fonetik quruluşu, səslərin poetik əlaqələnmə
cəhətləri Aşıq Ələsgər yaradıcılığında fonetik poetikanın
qızıl qanunlarına tabedir. Aşıq Ələsgər şeirinin heyrətli
ahəngi, emosional məna yükünün siqləti də bundan nəşət
edir. Həmahəng sözlərin poetik faktlara çevrilməsi Aşıq
Ələsgərin yaradıcılıq fantaziyasının qüdrətli poetik fikrinin
gözlənilməz assosiativ əlaqələrinin vüsəti sözlərin gözlənil-
məz obrazlılığını üzə çıxarmaqla gerçəkləşir. Səs-söz ahəng-
darlığı Aşıq Ələsgərin lirikasının ümumi poetik kompoziya-
sında misraların ifadəli və orijinal səs ahəngini tənzim edən
özül kimi çıxış edir. Onun orijinal poetik təxəyyülü şeirləri-
nin akustik keyfiyyətləri ilə şair qəlbinin poetik əks-sədasını
bəzəyir. Mündəricə və deyim şəklinin ahəngini nizamlayır.
Misralara düzülmüş səs oxşarlıqları poetik təəssüratın
qabarıq ifadəsinə yol açır.
Ələsgər söyləyər söz muxtəsərin
Ağlı kamil ola, kamalı dərin
Eşidənlər deyə “əhsən”, “afərin”,
Əgər məclisində yüz qanan ola (8, 105)
Sübhün çağı bir hikmətə tuş oldum
Desəm inanmazlar sirri-sübhandı.
90
Yeddi qat qaladı daşsız, kərpicsiz
O qalada bir əjdaha pünhandı (8, 275)
Assonans və alliterasiyadan, səs komplekslərinin
təkrarlarından doğan emosiya dalğaları Aşıq Ələsgərin
dilində musiqi akkordları kimi səslənir. Səs və sözlərin
naxışlı düzümü canlı ünsiyyət dilinin təbiətindən irəli gələn
melodiya və intonasiya imkanlarını cazibəli bir ahənglə nü-
mayiş etdirir. Səslərin musiqili axarı tükənməz mənbəyin-
dən – xalq danışığından əxs etdiyi şirinliyi hifs edir. Mü-
kəmməl mətn şəraiti səslərin bədii enerjisini gücləndirərək
poetik prosesin tərkib hissəsi olur. Bu, zahirən xoş təəssürat
yaratmaqla bərabər, bədii idraki itiləyir, bədii niyyət uğurlu
əks-səda tapır. Eyni ahəng üzərində sistemləşdirilmə
misraların ritmik parçalara ayrılmasına stimul verir. Bütün
hallarda səs sərrastlığı estetik ləyaqətdən, bədii-emosional
zənginlikdən təcriddə qalmır.
Aşıq Ələsgərdə səs faktları poetik məzmunun
mayasından qidalanır, bütün işlənmə məqamlarında bədiilik
prinsipinə əsaslanır. Duyğuların təbiiliyi və əsilliyi səs
ahənginə hopur. Şeirlərin ritmik strukturu səsləri və sözləri
semantik-üslubi cəhətdən fəallaşdırır. Aşıq Ələsgər şeirinin
sətirlərində səslərin bədii möcüzəyaratma sirləri aşkarlanır.
İşarət eylədim, dərdimi bildi,
Gördüm həm gözəldi, həm əhli-dildi
Başını buladı, gözündən güldü
Güləndə qadası canıma düşdü (8, 72)
Kibridən qəlbində bərktmə barı
Top dəyər, dağılar bürcü, hasarı,
91
Yüz sənin tək ahu gəzən şahmarı
Fələk kəməndin saldı dünyada (8, 70)
Hayıf gözəllərin gül əndamları
Mara, mura qismət oldu dünyada (8, 70)
Aşıq Ələsgərin dilində müəyyən səslərin fəallığı səs
komponentlərinin istifadəsinə üstünlük verilməsi poetik
cizgiləri zəngiləşdirir, şeirin bədii toxumasında ahəngdar
naxışlar yaradaraq bədii kompozisiya birliyi əmələ gətirir.
Səs təkrarları şeiri quru təsvirçilikdən hifs edir. Səs
kompleksindən doğan ritmə tabe edilir. Onlar bədii şirinlik
yaratmaq üçün sözlər arasındakı semantik mənanı
gücləndirir. Şeir mətni sözlərin simmetrik düzülüşündən
gözəllik kəsb edir, fonoloji ifadə vasitələrinin mürəkkəb
sintezi formalaşır. Bununla da fonosemantik vahidlərin səs
obrazları önə gətirilir, ritmik səslənmə ilə poetik məna
estetik bütövlüyə təməl qoyur.
Təkrarlanan səs birliyi bədii keyfiyyət halında Aşıq
Ələsgər poeziyasında daha geniş estetik anlayış sferasında
dəyərləndirilir. Onun söz seçimi əməliyyatında səslənmə
keyfiyyətlərinə, səs və məna vəhdətdinə diqqəti bununla
bağlıdır.
Aşıq Ələsgərin dilinin vokal imkanları bədiilik
faktına çevrilməklə heyrət doğuracaq səviyyəyə qalxır. Aşıq
Ələsgərin dilində səs sisteminin bədii simmetriyası, poetik
düzümü və estetik assosiasiyaları sanki müəllifin ilahi-
mənəvi dünyası ilə təmasdan şirə çəkir. Bu ulu aşığın dilə
estetik baxışı və sənətkar mövqeyi ilə biləvasitə bağlıdır.
92
Sallan qələm qaşdı, yanı yoldaşdı,
Qalmışam ataşda mən başı daşdı
Huş başımdan çaşdı, dilim dolaşdı
Gözlərim sataşdı, buxağa düşdü.
Ətlazdan qəbalı belində şalı
Gövhərdən bahalı üzündə xalı
Geydi yaşıl-alı yığdı mahalı
Əyri tellər ayna qabağa düşdü.
Yeriyirdi sana, yaşılbaş sona
Yaraşır canana ağ nazik cuna
Tellərində şana, əlində həna
Yəmən, yaqut əhmər dodağa düşdü (8, 159)
Aşıq Ələsgər şeirinin üslub-poetika kamilliyi fonetik
ifadə vasitələri ilə ərsəyə gəlir. Onlar fəal bədii dil faktları
kimi bədii mətləbin cövhərini üzə çıxarır. Fonetik
təkrarlanma faktları növbələşdikcə ritmik səslənmə
zənginliyinə zəmin hazırlayır, nitqin zahiri təşkilində və
məzmunca fəallaşmasında özünü doğruldur. Səs naxışlarının
zahirində təcəssüm olunan forma gözəlliyinin koloritli
boyaları məzmunun idrak prosesini asanlaşdırır.
Aşıq Ələsgər səs kompleksinin təkrarı ilə lirik
düşüncələrin, hiss və duyğuların dialektikasına nüfuz edir,
ahəngdarlıq fonunda bədii mətləbi emosiya və
düşüncələrinin prizmasından keçirir. Aşıq Ələsgər dilində
səs mənanın bədii əks-sədası kimi səslənir və o, lirik tonları
bədii keyfiyyət meyarlarına, sənətkarlıq ölçülərinə tabe
etdirir. Səs fiqurlarının bu cür intensivliyi ifadə elastikliyinə
93
gətirib çıxarır. Nəticədə Aşıq Ələsgərin obrazlı təfəkkürü
səs təkrarlarının sayəsində təsvir obyektinin mahiyyətinə
çökür, bədii formanın kamilliyi naminə olduqca güclü üslubi
əməliyyat keyfiyyəti kəsb edir.
Ələsgər, mətləbin xudadan istə
Kərəm olmaz müxənnəsdə, nakəsdə
Bəylik, göylük, səylik olan məclisdə
Qaç ki, orda xeyir-bərəkət olmaz (8, 123)
Yetəni özümə mən dost eylədim
Yolunda canıma çox qəsd eylədim
Söyüddən bağ saldım, peyvəst eylədim
Almasın, heyvasın, narın görmədim (8, 130)
Səs və heca qrupları poetik forma yaradıcılığının
mərkəzində dayanır. Aşıq Ələsgərdə forma gözəlliyi
məzmun kamilliyi ilə qovuşur. Buna görə də onun dilində
səs qrupları fikrin emosional və təsirli formasıdır. Akustik
cəhətdən eyni olan hecalar, səs kompleksləri mənalı və oy-
naq ifadə tərzi yüksək şeiriyyət yaradır. Təsvir-tərənnüm
predmetinin poetik nəfəslə dolğunlaşdırma həmçinin Aşıq
Ələsgərin poetik konsepsiyasını əlvan formalarda açır.
Mətni bədii qavrama tezliyinə yönəlmiş səs kom-
pleksinin təkrarı və üslubi fiqur səviyyəsi bədii təfəkkürün
vüsətçiliyinə imkanlar açır, fonoloji ifadə üsulu tərənnüm
obyektini drammatik-psixoloji səpkidə canlandırmaq funk-
siyasını yerinə yetirir. Aşıq Ələsgərin bədii dil – üslub təc-
rübəsində səs kompleksinin təkrarı onun poeziya dilinin
funksional mənzərəsinə xüsusi zənginlik aşılayır. Bu da
94
şeirdə ritmik qrupların formalaşdırılmasına xidmət edir.
Misraların sintaktik nizamı poetik normalara tabe etdirilir.
“Can” deyəndə “can” deginən mərdana
Baş qoyanın qoy yolunda başa-baş (8, 183)
Yaralandım yar əlindən
Gözlədim yarı gəlmədi (8, 183)
Kalvayı Söyün baxıb gördü
Şoru çıxıb Şorcalının
Aşığa çöngə verib
Könlünü şad elədi. (8, 217)
Aşıq Ələsgər sənəti səs-söz möcüzəsidir, çoşqun
hisslər və dərin hikmətlər möcüzəsidir ki, onlar olmadan
onun poeziyası təsəvvürə sığışa bilməz. Səs-söz möcüzəsi
ilə hisslər möcüzəsinin mövcudluğu bir-birindən asılıdır:
Səslərin poetik imkanları sayəsində poetik duyğular seli
qəlbimizi fəth edir, hisslər səslərin simmetrik quruluşu
vasitəsilə dil açır. Bu məziyyət Aşıq Ələsgər sənətinin peşə-
karlıq dəyərlərinin açarına çevrilir. Aşığın sənətkarlıq qüd-
rəti onun yaradıcılığında səslərin, sözlərin bədii düşüncələri
əks etdirmə manerası ilə aşkarlanır və olduqca dinamik sə-
ciyyə daşıyır. Səs səliqəsi ürəyə yatan ahəngin yaradıcı-
lığında fəal mövqe qazanır. Nümunələrdən sezmək çətin
deyil ki, Aşıq Ələsgər poeziyasındakı səs uyuşmaları təbii
stixiya ilə gedir, cazibəli bir harmoniya formalaşdırır, səs
komplekslərinin bir-birini nizamlı izləməsi bu harmoniyaya
xüsusi bir şirinlik verir.
95
Dilimizdəki sait səslərin çoxluğundan sonor və cin-
giltili samitlərin kəmiyyət üstünlüyündən, onun intonasiya
çalarlarından məharətli istfadə Aşıq Ələsgər şeirinin foneti-
kasında çox mühüm üslubi və estetik keyfiyyət həddindədir.
Səs təkrarı, eyni və yaxın fonetik tərkibli sözlərin yanaşı
işlədilməsi səslərin poeziyasını törədir, onlar sanki bir-birini
poetik enerji ilə təmin edir və estetik bütövlük yaradır.
Mətnin ifadə qüdrəti səslərin gizli və potensial cazibəsini aş-
karlayır. Aşıq Ələsgərin misralarında səslərin bədii ovqat
yaratma xisləti asanlıqla üzə çıxır, lirik təhkiyə və tərənnüm
prosesində poetik ovqat özünü olduqca qabarıq şəkillərdə
hiss etdirir. Məhz buna görədir ki, onun poeziyası öz ifadə
saflığını, təravətli başlanğıcını səslərin yaratdığı ab-havadan
götürür. Aşıq Ələsgərin cinaslı şeirlərinin özülündə onlar
gizli enerji mənbəyidir, təcnislərin “nüvə”si səs təkrarlarının
bətnindədir. Təkrarlanan səslərin estetik mahiyyəti sənət və
sənətkarlıq amili ilə bağlanır. Səslər poeziyanın maddi əsası
kimi fəaliyyət göstərsə də, nitq və danışıq aktı kimi işlənsə
də, əsas kütləsi ilə poetik siqlətin özülündə dayanır.
Könlüm yasdan çıxmır, qəlbim qaradan
Bu dərdü möhnətdən, bu məcaradan
Dövlət getdi, hörmət qalxdı aradan
Qapımızdan dost ayağı kəsildi (8, 112)
Gözlərin süzüldü, canım üzüldü
Burdu ürəyimə yara qaşların (8, 106)
Yazıq Ələsgər canın qurban elə sən
Görməyibsən ləzzətini biləsən
Danışasan, oynayasan, güləsən
96
Öpüb sarmaşmağın nə damağı var (8, 116)
Annominasiyanın bütün növlərindən məharətlə
yararlanan Aşıq Ələsgərin misralarındakı musiqililik, ritm
və intonasiya zənginlikləri keyfiyyət həddində gözə çarpır.
Eyni köklərin, eyni və yaxın səs tərkibinə malik sözlərin
misra daxilində üslubi məqsədlə qoşalaşdırılması yüksək
bədii effekt yaradır. Misra struktur cəhətdən nizamlanmış,
tənzimlənmiş qəliblərə düşür:
Çalxanır sonalar, çığrışır qazlar
Zəmzəm zümzüməli göllərin dağlar (8, 60)
Aşıq Ələsgər yaradıcılığına istinadən demək olar ki,
paronomaziyanın bütün növləri, xüsusən müəyyən səsləri və
hecaları ilə fərqlənən sözlərin yanaşı işlənməsi (parexeza),
xarici şəklinə, səs tərkibinə və məzmununa görə oxşar olan
sözlərin faəllığı şeir mətnində özünü doğruldan ifadə
vasitələridir. Burada həmçinin heç bir üslub məhdudluğu,
üslubi sinonimləri olmayan, adi məişətdə geniş miqyasda
istifadə olunan dil vahidləri də təkrarlanmaqla ritmik
funksiya daşıyır. Məsələn:
Günahkardı nə ki yoldan azan var
İki mələk – xeyri-şəri yazan var,
Ərəsət var, qıl körpü var, qazan var,
Orda qəbul olsun niyazım mənim (8, 113)
Hay verrəm, qıy vurram eyləmir şikar,
Tərlan bəxtim sara döndü, nə döndü (8, 67)
Zəhmət, zillət çəkən yazıq əllərim
İnsafdımı səndə nar oynamasın (8, 127)
97
Aşıq Ələsgər şeirinin estetik sistemində ritm ən
mühüm forma ünsürüdür və o, simmetrik səs-söz düzümü-
nün əsas ləyaqətini təşkil edir. Üslubi təravəti, bədii çalarları
ilə ritm sənət hadisəsinə, şeir dili amilinə çevrilir. Burada
sənət qanunauyğunluqları dil qaydalarını üstələyir. Aşıq
Ələsgərin şeir dilində elə şey yoxdur ki, o, ümumxalq danış-
ıq dilində olmasın. İnsan ritmindəki bütün gözəlliklər Aşıq
Ələsgərin yaradılığında təcəllə tapmışdır. Məhz buna görə
də Aşıq Ələsgərin dili həyatın poetik düşüncəyə çevrilmə
faktıdır, reallığın obrazlı mənimsəmə aktıdır. Həm də elə ya-
radıcılıq aktıdır ki, estetik gözəllik şeirin bütün dil kompo-
nentlərinə hopdurulmuşdur. Aşıq Ələsgərin şeir nitqi nəhəng
duyğular, dərin fikirlərlə yüklənmiş bədii enerjidir. Linqvis-
tik vasitələrin qüdrətli söz ustadının dilində sinkretik halda
biçimlənməsi şeirin daxili cövhərini üzə çıxarır, dil ünsürləri
ən mürəkkəb üslubi əməliyyatların iştirakçısı olur. Poetik
mükəmməllik Aşıq Ələsgərin sənət dilinin ruhunu və üslubi
istiqamətini müəyyənləşdirir. Aşıq Ələsgər ən vacib, məz-
muna münasib ifadə vasitələrinə dilimizin daxili mahiyyət-
ində, milli ruhunda arayıb tapır. Alliterasiya və assonans
melodiyaları, söz və məna təkrarları nitq mühitinə xüsusi
ritm əlvanlığı gətirir. Eyni köklü sözlərin səs oyunu,
təkrarlanan sözlər dil həssaslığının əks-sədası kimi dəyər
qazanır.
Sözümdən incimə, özümdən küsmə
Şərti kəsək, şəriəti atmayaq (8, 134)
Ələsgərin nəfsi binadan toxdu
Səxavətin yoxdu, sözlərin oxdu (8, 134)
Molla şeytan olub, seyid seyitbaz
98
Məşədi, kalvayı lotu çıxıbdı (8, 280)
Aşıq Ələsgər şeirinin alliterativ gücü misraların, söz
düzümünün deyiliş tərzinə diləyatımlılıq gətirir, bütöv mətni
cilalayır, bu cür üslubi vasitə şeir dilini sığala çəkir ki,
bununla da fonetik təkrarlar mətn tərtibində xalq dilinin
şirinliyini təmin edir. Məzmun incəliyi, məna incəliyi tək-
rarlanan fonemlərin səslənməsi ifadə nizamının əsasında
durur. Xalq dilinin fonetik, leksik-qrammatik zəminində
fonoloji ünsürlərin həzin bir musiqi axarına yönəldilməsi
üslubi enerjini vüsətli edir, poetik deytim əlvanlığında fəal
iştirakçı olur.
Adi leksik vahidlərin, fonetik ünsürlərin
şeirləşməsində təkrarların aparıcı rolu Aşıq Ələsgərin fərdi
üslubunda xüsusi avazlanma ilə seçilir, bədii sənət ölçülərin-
də təsdiq olunur. Aşıq Ələsgər dilinin, fərdi üslubunun bədii
vəhdətdə sistemləşdirdiyi səslər aləminin obraz yaratma
imkanları bütün çalarları ilə əyaniləşir.
Göstərilən nümunələrdən dərhal sezilir ki, Aşıq
Ələsgər dilinin şeiriyyətində fonoloji vasitələr ciddi poetik
faktordur və o, xüsusi elastikliklə fəaliyyət göstərərək dili-
mizin bədii səs ahəngini qulaqlarımızda səsləndirir.
Aşıq Ələsgərin dil möcüzəsinin məğzində dilin
potensial imkanlarına dərindən nüfuz etmə dayanır.
Şeirləşən, sənətləşən dil faktlarının fikri dərinliklə, müdrik-
liklə canlandırması üslubi cazibə əmələ gətirən amilə çevri-
lir. Buna görə də Aşıq Ələsgər şeiri sözlə yaradılan gerçək-
likdir, gerçəkliyin ilkin mahiyyətidir. Aşıq Ələsgərin poezi-
yasında sözün şeiriyyəti həm də müdrikliyin, fəlsəfi düşün-
cənin şeiriyyətidir. Onun yaradıcılığında elə münbit dil
99
şəraiti, üslub zəmini vardır ki, orada istənilən obrazlı hikmət
cücürə bilir. Dil meydanının genişliyi imkan verir ki,
fikirlər, poetik ənginliklərdən gələn düşüncələr özünü azad
hiss etsin. Məhz buna görədir ki, onun şeirlərində məzmun
planı ifadə planı ilə üst-üstə düşür, poetik mühakimə bədii
dil qəliblərinə sığışır. Aşıq Ələsgər poeziyasının bədii
dilinin məğzini və pozitiv tərəfini məhz bu təşkil edir və
dahi söz sənətkarının yaradıcılıq siması haqqında xoş
düşüncələr doğurur.
Aşıq Ələsgərin səsdən tutmuş sözə, sözdən misraları,
misralardan bəndlərə qədər bütün səviyyələrdəki dili bir
emosiya kimi qana-iliyə işləyir. Onun poetik dil xəmiri
dərin fəlsəfi sanballa, tutumlu hiss-həyəcanla
mayalanmışdır. Hər bir qoşması, hər bir əsəri məzmunla
formanın harmonik vəhdətinə nadir nümunədir, dili
sadəliyinə, anlaşıqlığına, xalq dilinə məxsus ifadələrlə
zənginliyinə, müdrikliyinə görə canlıdır, çağlayandır,
ləngərlidir.
100
SÖZ TƏKRARI: ARXİTEKTONİK
PRİNSİPLƏR, BƏDİİ MEMARLIQ VASİTƏSİ
Aşıq Ələsgərin bədii dili onun fikir zənginliyinə,
düşüncə tərzindəki dəqiqliyə və dərinliyə uyğundur. Poetik
düşüncənin sanbalının dil gözəllikləri ilə inikası onun yara-
dıcılığı üçün keyfiyyət göstəricisidir. Dərin çalarlı lirik
düşüncələrin dil səlisliyi, sözə siqlət vermə təşəbbüsü ilə
təcəssümü istedadın ilkin şərtidir və bu yaradıcılıq məziy-
yətinin əsas qaynağı müəllifin tərənnüm predmetinə olan
münasibətinin səmimiyyətidir. Aşıq Ələsgər şeir dilinin
səmimiyyəti ilə dərhal təsirləndirmək, dinləyicinin könül
dünyasına sirayət etmək keyfiyyətinə malikdir. Heç bir
zaman təravətdən düşməyən poetik dil mədəniyyəti Aşıq
Ələsgər şeirinin müdriklik səviyyəsinə təsirsiz qalmır,
bütövlükdə misraların məna yükünə siqlət verib mətnin
estetik təsir qüdrətini təmin edir.
Aşıq Ələsgər həqiqi istedad, parlaq yaradıcılıq
fərdiyyəti olduğu üçün onun dilinin bədii dəyəri, poetik
sanbalı yüksək sənətkarlıq meyarlarına uyğun gəlir. Bədii
dil ölçülərinin çoxşaxəliliyi və genişliyi müəllifin poetik
təfəkkür siqlətini bütün incəlikləri ilə əks etdirdiyindəndir
ki, onun yaradıcılıq taleyi bu dərəcədə uğurlu alınmışdır.
Onun dilindəki sadəlik, danışıq yığcamlığına əsaslanan
təbiilik, canlı xalq dilinə yaxınlıq, bədii nitq üçün məqbul
sayılan səs və söz oyunu və s. keyfiyyətlər sənət uğurlarının
başlanğıcında dayanır. Lirik düşüncənin dərin qatları bütün
səviyyələrdə - fonetik, leksik və sintaktik səviyyələrdə
təsahür edir. İfadəli sadəlik, danışıq sintaksisinə və intonasi-
yasına məxsus çeviklik, təkrarların yaratdığı ekspressivlik,
101
ovqat və ritm bütövlüyü – bir sözlə, Aşıq Ələsgər poeziyası-
nın ən mühüm estetik boyaları müdrik mühakimələrin, fəl-
səfi ümumiləşdirmələrin idrak prosesinə təkan verir.
Səslənmə gözəlliyi ritm və intonasiyanın münasib
qəliblərində dinləyicinin qəlbinə ümumi məzmunun məna
dərinliyi və siqləti ilə daxil olur. Səslərin təkrarlanması
misraları harmonik sahmanlanma prosesinə qoşur. Eyni
səsin və sözün müxtəlif məsafələrdə təkrarı poetik təkrarı
cazibəli təhkiyə melodiyasına gətirib çıxarır. Ritmemelodika
fikir bitkinliyini forma kamilliyinə qovuşdurur. Obrazlara
aydınlıq gətirən belə üslubi vasitə xalqın poetik təfəkkürünə
və onun ifadə şəkillərinə yaxınlıq əmələ gətirir.
Aşıq Ələsgərin dilində sözlərin təkrarı və səs
sıralanma qaydaları şeirin ümumi intonasiya qaydalarına
maksimum dərəcədə uyğundur, ritm qəliblərinə müvafiqdir.
Fikrin ifadə tərzi söz təkrarının üslubi imkanlarından
faydalanır və yüksək keyfiyyətli sənət dili olma səlahiyyəti
qazanır.
Aşıq Ələsgər üslubunda söz təkrarı bütün
səviyyələrdə təzahür edən estetik siqlətli formadır, poetik
ovqatı çevikləşdirməyə yönəlmiş linvopoetik üsuldur. Bu
üsulla Aşıq Ələsgər sözün bədii rəng çalarlarını, poetik
çəkisini bütün detallarına qədər incələyir. Ifadə tərzinin
uğuru ona görə heyrət doğurur ki, təkrarlanan hər sözün
tələffüzü, səslərin nizamlı axını dilimizin fonetik
imkanlarına diqqət çəkir və bu dil möcüzəsinin heyranlığını
yaşayırıq.
Unutma ilqarı, itirmə iman
İman durur düz ilqarın içində (8, 94)
102
Yaxşı günün olurmuşsa yamanı
Yaman günün yaxşı halı varıymış (8, 141)
Ələsgərəm eşq oduna sarışdım
Firqətindən yandım, yandım, alışdım (8, 124)
Aşıq Ələsgər söz işlətmə ekspressivliyini son həddə
çatdıran qüdrətli sənət dahisidir. Onun dilində sözün işlənmə
məqamları intonasiya çalarlarının geniş diapozonunu tələb
edir. Fonetik ritmin formalaşmasında vokalizm, səsin
məxrəc yaxınlığı, eyni səs tərkibli sözlərin fəal üslubi
mövqeyi xüsusi nəzərə çarpır. Mətnin bütün səs və fikir
çalarları vahid sistemdə birləşib üslubi fəaliyyət sferasına
daxil olur. Bu sistemdə sözlərin təkrarı müstəqil üslubi
əlamət daşıyıcıları funksiyasında çıxıb edib intonativ
növbələşmənin müntəzəmliyini təmin edir. Aşıq Ələsgərdə
təkrarların yaratdığı üslubi əsrarəngsizlik onun poeziyasının
estetik məğzini açır, həqiqi və səmimi şeirin maddi əsasını
məhz dilin potensialındakı üslubi-fonetik vasitələrin möv-
cudluğu əyaniləşdirir. Poetik sözün təsir dairəsinin dolğun-
laşmasında səs semantikliyinin ritm-intonasiya semantikliyi-
nə keçid başlıca üslubi vasitə olur. Assosiasiya semantikası
sözün, mətnin ümumi ruhuna hopur. Sənət dilinin təbii
gözəllikləri şeirin üslubi zənginliyinə rəvac verir. Beləliklə,
şeir bütövlükdə dil materiallarının vokal təbiəti əsasında
qurulur. Səs fikri, fikir səsi təqib etməklə dilin ifadəlilik
keyfiyyətləri səfərbər olunur, söz təkrarının üslubi
potensiallığına aydınlıq gəlir.
Səba dost zülfünə şanə çəkəndə
Yayılar gərdənə ha bular, bular
Hər kim ki, sidq ilə dilək diləsə
103
Əlbəttə, mətləbin ha bular, bular (8, 167)
Neçə şey halaldan dönər harama
Neçə şey haramdan halala dönər (8, 168)
Söz təkrarları üslubi fiqur yaratma vasitəsi olaraq
həm də ritm və intonasiya faktıdır və ritmik misra
bölgülərinin yaradılmasında da fəaldır. Aşıq Ələsgər
nəfəsindən qidalanan bu üslubi vasitə ideya məzmunun
ahənginə uyğunluğu ilə diqqət çəkir. Aşıq Ələsgərin sənət
dilinin heyrətamiz zənginlikləri, dinamizmi bədii pafosun
daxili mahiyyəti ilə agəngdarlıq təşkil edir. Təkrarlanan hər
söz şeir kontekstində yeni bir bədii həyat qazanır.
Təkrarlanan dil vahidindən bədii məzmun aydınlıq və dol-
ğunluq əxs edilir. Emosional təəssürat şeirin estetik
təbiətindən irəli gələn üslubi prosesin nəticəsi olaraq
meydana çıxır. Intonasiya zənginliyi mətnin poetik dil
potensialına söykənir, musiqili dil qəlibləri formalaşdırır.
Münasib ahəng libasında adi danışıq modelləri də melodik
tələffüzün üslubi faktına çevrilir.
Aşıq Ələsgərin hər bir şeirinin arxasında mükəmməl
bədii dil sistemi dayanır. Obrazlı fikrin əsas cizgiləri
özünəməxsus estetik funksiyanı yerinə yetirən səs-söz
təkrarlarının üzərinə düşür, lirik ovqatı daha qabarıq təzahür
etdirir. Məzmunlu forma, formanın məzmunluluğu şeirin dil
sistemi mükəmməlliyindən nəşət edir. Məna dərinliyi ilə
formanın rəngarənglik keyfiyyətləri qarşılıqlı şəkildə dol-
ğunlaşır. Bu, eyni zamanda səslərin kompleksləşdirilməsin-
də, şeir melodiyasının yaradılmasında müstəsna iş görür.
Sayılmaz mehmana keçə salırsan
Sayılan qonağa xalı varıymış
104
İnsan üzün görməyəsən dönəndə
Açılanda xoş amalı varıymış (8, 141)
Yadın oğlu yağlı aşa mehmandı
Dar günündə görərsən ki, usandı
Düşman günü düşmanınla düşmandı
Yüz il keçə qohum səndən yad olmaz (8, 722)
Aşıq Ələsgərin dilində intonasiya çalarları, canlı
xalq danışıq dilinə yaxınlığı, canlı ünsiyyətin ilıq nəfəsi fəal
üslubi fəaliyyət dairəsindədir. Poetik nitq zəminində
mütəhərrik hala gəlməklə bu keyfiyyət şeir sintaksisinə
xüsusi çeviklik verir. Bu üslubi əlamətdə sözlərin təkrarı
aparıcı mövqeyinə görə fərqlənir, şeir dilinin estetikasını
müəyyənləşdirən faktorlar kimi təzahür edir. Təkrarlanan
söz mətnə bədiiliyi təmin edən forma və məzmun
elementləri kimi daxil olur. Ritm ünsürləri kimi təkrarlar
misraları emosional tələffüz axarına yönəldir.
Aşıq Ələsgərin şeir dilindəki söz təkrarlarının
arxasında canlı həyat və dinamizm mövcuddur. Təkrar sözə
estetik meydan, poetik cövlan fəzası açır. Təkrarlanma pro-
sesində söz yadda qalan obraza çevrilərək öz bədii kəsərini
artırır, intonasiya biçimlərinin təbiiliyini vüsətləndirir. Eyni
səs tərkibinin uğurlu sıralanması ritm melodiyası yaradır,
səs ahəngi şeirin ruhunu qabardır. Emosional tələffüz axarı
eyni sintaktik konstruksiyaların sıralanması üçün stimula
çevrilir.
Aşıq Ələsgərin dilində leksik təkrarlar əksərən
sintaktik paralelliklə müşaiyət olunur. Mətnin canına – ruhu-
na hopan və dil yığcamlığına rəvac verən təkrar janrın daxili
105
məntiqindən doğan estetik keyfiyyət halına düşür, danışıq
dilində təzahür edən bütün ekpressivlikləri maksimum dərə-
cədə nümayiş etdirir.
Fərhad Şirin sevdi, Yetim Yaxşı yar,
Təbib sənsən gəl yaramı yaxşı yar
Yaxşı yara qismət olmaz yaxşı yar
Həm sözdən mətləb qan, həm ayıl eylə.
Ələsgər dər bağdan yaxşıca nana
Mərd igid kəc baxmaz yaxşıca nana
Yaxşı can yetişsə yaxşı canana
Həmi gün xoş keçər, həm ay il eylə (8, 169)
Aşıq Ələsgər şeirində dil ünsürləri hərəkiliyinə görə
fərqlənir, onun dili üçün səs-söz durğunluğu, qrammatik
qəliblərin süstlüyü tamamilə yaddır. Elastiklik, mütəhərrik-
lik şeirin leksikasına aydınlıq gətirir, kontekstdə poetikləşər-
ək melodiya boyalarına çevrilir, canlı insan nəfəsinin təza-
hürü kimi şeirin bütün elementləri ilə intensiv şəkildə bir
ahəngə üslubi məcraya düşür, ritm yeknəsəqliyinə əngəl
olur. Fonetik cildinin yaxınlığına və təkrarlanma tempinə
görə, intonasiya – ahəng assosiasiyası hesabına vahid poetik
bütövün hissəcikləri olur. Poetik səslənmə ilə bədii məna
bir-birini tamamlayır və bədii cəhətdən bütövləşir. Söz
tərarlarının özülündə ritm və intonasiya bəstəsi dayanır.
Bədii mətləb konkret melodiyanı, ahəngi müəyyənləşdirdiyi
kimi, intonasiya çalarları da öz növbəsində şeirin texniki
detallarından müəyyən ahəng üzərində köklənməyi tələb
edir. Başqa sözlə desək, arxitektonikanın bədii quruluşunu
çox hallarda söz təkrarları təmin edir. Təkrarlanan dil
106
materialı onu müşaiyət edən ahəngin köməyi və iştirakı ilə
ifadəlilik qabiliyyətini üzə çıxarır.
Dolandım bihudə, gəzdim əfsanə,
Tabe oldum nəfsə, uydum şeytana
Xeyir əməlim yox mərdi mərdanə
Günahkar, günahkar, günahkaram mən (8, 11)
Gizlin işin nahaq yerə
Gizlətdin xandan, gəda
Ah çəkər, nalə eylərsən
Can gedər candan, gəda.
Etiqadla sidq dillə
Cağır şahlar şahını
Nahaq işdi dilək dilər
İnsan insandan, gəda
Əyləşəndə ağır əyləş,
Danışanda, az danış (8, 196)
Forma gözəlliyinə məzmun siqlətinin uyğunluğu
Aşıq Ələsgər şeirinin əsas möhürüdür, sənətkarlıq məziyyə-
tidir. Bu məziyyət Aşıq Ələsgər üslubunda bədii ləyaqət
həddindədir. Dil materiallarının gözəl sintezi danışıq dilinin
estetik qaynaqlarına dərin bələdlikdən irəli gəlir. Bədii
sözün enerjisini artırmaq, fikri dərinliyin etibarlı təməlini
qoymaq işində sözlərin, fonetik toxumaların nizamlı təkrarı
mühüm yer tutur və gözəl ritm ölçülərində təqdim olunur.
Beləliklə, obrazlı düşüncə gözəl poetik səslənmə ilə müvazi
şəkildə hərəkətə gəlib gerçəkliyin ahəngini, harmoniyasını
107
potensial formalarda canlandırır. Canlı danışıq dilinin
intonasiya dalğaları mətnin ritmik quruluşunda əks-səda
tapır. Bununla da dilin musiqililik notları, estetik imkanları
şeirin sətirlərinə köçür.
Təkrar bütöv bir üslubi şəbəkənin, intonasiya
sisteminin ayrılmaz tərkib hissəsi olaraq deyim
mütanasibliyinin, məzmuna müvafiq tələffüz biçimlərinin
əmələ gətirilməsində fəal iştirakçı olur və şeirin zəruri
estetik atributuna çevrilir.
Səyyadısan tor qurubsan
Dağı gözlə, gözlə sən!
Bəzirgansan yolun kəsər
Yağı, gözlə, gözlə, sən!
Hərcayıyla aşna olma,
Namərdə bel bağlama,
Müxəmmət qatar aşına
Ağı, gözlə, gözlə sən!
Hanı Həsən, hanı Heydər
Hanı Sərdar Mustafa!
Aç sinəmdə düyünə bax,
Dağı, gözlə, gözlə sən!
Müəyyən məsafələrdə söz təkrarının nizamı şeirə
nəğmə melodiyasının notlarını gətirir. Söz sənətkarının iste-
dadı, fitri qabiliyyəti təkrar vasitəsilə sözə yeni bədii həyat
bəxş edir. Təkrar daha çox sözü durğun vəziyyətindən hərə-
kətə cəlb edir. Bununla müvazi olaraq ahəng, ritm və intona-
siya da intensivləşir. Canlı danışıq dilindən gəlib şeirin
108
üslubi möhürünə çevrilən forma gözəlliyi mətnin mündəri-
cəsinin dərinləşməsinə yönəldilir. Təkrarlanan söz şeir sətir-
lərinin semantikasına xüsusi üslubi siqlət, tutumlu bədii
məna verməklə bərabər fikir axınını daha münasib poetik
məcraya istiqamətləndirir. Dilin bədii sirlərinə dərindən bə-
lədlik bədii qayənin, poetik mətləbin düzgün fəhminə yol
açır, söz nizamı obrazlı təfəkkürün tərcümanı rolunu ifa
edir. Təkrar sözlərin konkret funksionallığı bədii təcəssüm
səviyyəsinə qalxır, bədii məqsədin xidmətində durur.
Aşıq Ələsgərdə dilin şeirləşməsində təkrarların
ritmik tənzimlənmə fəaliyyəti psixolinqvistik hadisə kimi
meydana çıxır. Təkrarlanan hər söz yeni emosiya dalğasının
yaradıcısı olur, intonasiya elastikliyinin həllinə tabe etdirilir.
Söz təkrarı şeiri gözəl və elastik intonasiya ilə bəzəyir və bu
da mükəmməl məzmunun verdiyi imkanlara söykənir.
El içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi
Məcazi danışa, məcazi gülə
Tamam sözü müəmmalı gərəkdi
Saat kimi meyli haqqa dolana
Doğru qəlbi, doğru yolu gərəkdi (8, 84)
Təkrarlar Aşıq Ələsgər şeirində hərəkətdə olan
harmoniyadır. Onun dilindəki poetik rənglərin cazibəsində
nəhəng söz sənətkarının istedadının gücündən qaynaqlanan
kamil şair nəfəsi hiss olunur. Sözün şirin və mənalı
təkrarlarında obrazların aydınlığı sadəliklə qovuşur, sözlər
məntiqi və poetik siqlət cəhətdən daha möhkəm üslubi
tellərlə bağlanır. Təkrarlar obrazlılıq sferasında fəallaşır,
poetik fikirin ruhu ilə doğmalaşır. Şeirin zərif naxışlarına
109
çevrilməklə təkrar bədii nitq prosesini duyumlu hala salır,
lirik ovqatı müəyyənləşdirir. O, həmçinin nitq hissələri
arasında müxtəlif üslubi münasibətləri əks etdirir, tələffüz
əzəməti doğurur, poetik ovqatın məzmununda, bədii qayədə
orijinal izlər buraxır. Təkrarlar Aşıq Ələsgər dilində
sintaktik vasitələrin də çevikliyini tələb edir, emosional –
ekspressiv dalğaların törənişinə stimul verir.
Poetexniki üsul olaraq təkrarlar vasitəsilə yaradılan
bədiilik yüksək pafos, dərin hiss-həyəcan ifadə edir. Poetik
düşüncəni poeziya dilinə məxsus deyim gözəllikləri ilə
faktlaşdırır. Bu, özünü təcnislərdə daha çox göstərir:
Əzizi-cani dil, eyni – dirəxşan,
Yazırsan risalə nə yaxşı – yaxşı
Qarşıda nə yaxşı,
Ləhcən gəlir nə yaxşı,
Canan candan əzizdi,
Nə Leylidi, nə Yaxşı.
Dil deyir cananın sadağası can,
Cananı da deyir: nə yaxşı, yaxşı (8, 187)
Aşıq Ələsgərin şeirində fonetik intensivlik semantik
axını, bədii ünsiyyəti nizama salır. Poetik fikir yüksək
emosional həddə yüksəlir. Obrazlı lövhə yaratma istiqaməti
öz başlanğıcını ritm və intonasiya keyfiyyəti yaradan vasitə-
lərdən götürür. Məxrəc eyniliyi ilə tərtib olunmuş sözlərin
yaratdığı ahəng poetik forma zənginliyinin təməlində durur.
Aşıq Ələsgər dilində səslənmə təbiiliyi poetik
gözəlliyin mənbəyidir, harmoniya bu poeziyanın cazibəli
qaynağıdır. Aşıq Ələsgər şeiriyyəti söz və səs naxışlarının
daxili əlaqəsindən, üslubi təmasından ərsəyə gəlir və
110
formanın məzmunlu ünsürləri kimi müəllifin sənətkarlıq
məziyyətlərini təmsil edir.
Poetik ovqat və üslubi məqam söz təkrarlarının
labüdlüyünü şərtləndirir və bədii qayənin daxili məntiqinə
uyğun köklənir. Şeir dilinin rüşeymini təşkil edən səs-söz
təkrarı, onların harmonik düzülüşü lirik emosiya və
ecazkarlıqlarla müşaiyət olunur. Bədii səs efekti müfəssəl
lirik formanın, poetik təsvir-tərənnüm kamilliyi şeirin hiss
və fikir aləminə xüsusi bir pafos və əzəmət gətirir, emosiya
üfüqlərini genişləndirir.
Əssəlatü həşt ərkan
Əhli-dil, hal cənginə
Əhli-dil, hal gəldi ərlər
Seyr edən ahənginə
Əhli-dil, hal tirü-tiğü
Xədənginə, cənginə
Cənginə, xədənginə
Ahənginə, hər rənginə (8, 195)
Gözəl ahəng, cazibəli intonasiya diapozonu Aşıq
Ələsgər poeziyasının vacib həyat amilidir və poetik fikrin
çevikliyi də ona istinad edir. Səs kompleksinin və sözün tək-
rarındakı ardıcıllıq ritm və intonasiya üçün stimuldur. Onda
fonoloji vahidlərdən tutmuş fonoqrammatik hadisələrə qədər
hər bir linqvistik detal ritm vahidi kimi özünü biruzə verir,
bədii qayənin mükəmməliyini təmin edir. Poetik məzmun
gözəl ifadə qəliblərində təqdim olunur. Təkrarlanan sözlərin
yaratdığı təbiilik və şirinlik Aşıq Ələsgər şeirinin əsas
atributu kimi çıxış edir. Təkrarlara söykənən sadəlik və
aydınlıq müdrikliklə qoşalaşıb bir-birini tamamlayır. Aşıq
111
Ələsgər təkrarlardan istifadə məqamlarında dilin əsas fono-
qrammatik imkanlarından faydalanaraq intonasiyanın mü-
təhərriklik əmələ gətirən komponentlərini üzə çıxarır. Bütün
hallarda eyni dil vahidlərin poetik nizamla növbələşməsi
ritorik suallar, vokotivlər, nida və üslubi fiqurlar və
həyəcanlı vurğularla müşaiyət olunur.
“Bismillahir-rəhmanir-rəhim” – deyib
Girirəm meydana gəl eyləyək bəhs,
Sən toxundun, mən də sənə toxunam,
Şəriətdə halal qisasa-qisas
Qoy ucalsın səs (8, 189)
Arif olan, bir od düşüb canıma
Əridib döndərir a yağa məni
Ağa olan qulun salmaz nəzərdən
Salma nəzərindən, ay ağa, məni (8, 183)
Yanağı qırmızı, buxağı ağdı
Çırağlan eyləmiş ağı qırmızı
Ala gözlərinə gözüm sataşdı
Əridi ürəyin yağı qırmızı (8, 108)
Aşıq Ələsgər söz oyununu və səs təkrarını zahiri bər-
bəzək naminə yox, sənət dili üçün doğma olan üslubi zərurə-
tə uyğun işlədilir, bütün hallarda o poetik dilin təbiətindən
doğur. Fikri dərk etmə sürəti əmələ gətirməklə söz təkrarları
bədiilik sanbalını artırır, gözəl zahiri görkəmi ilə yanaşı
məzmunlu siqləti ilə səciyyələnir. Bu üslubi keyfiyyət Aşıq
Ələsgərin sənət dilində yeni məna və poetik çalarlarla doğ-
malaşan bədii atributlardandır, onun bənzərsiz yaradıcılığı-
112
nın ləyaqətli tərəflərindəndir. Aşıq Ələsgərin şeirində təkrar-
lanma hadisələri ən mükəmməl bədiilik faktı kimi gözəldir.
Bütün dil faktları, o cümlədən təkrarlanan sözlər Aşıq
Ələsgərin söz duyumundan, deyim qüdrətindən nəfəs alır,
bundan irəli gələrək dinləyicinin duyğularına sığal çəkir.
Təkrarlar vasitəsilə Aşıq Ələsgər sözün komminaku-
tiv estetik funksiyalarını eyni fəaliyyət məcrasında birləşdir-
ir. Duyğu və fikir axını eyni poetik məcrada danışıq dilinin
təbiiliyindən və ifadə qüdrətindən faydalanır və bununla da
şeir həm struktur, həm də semantik cəhətdən təsirli olur.
Şəriət oxuyan, təriqət bilən,
Haqlıq eyləyirsə, haqq dinə bax-bax
Qalmayıb dünyada “mənəm” deyənlər
Həzrət Süleymanın taxtına bax-bax
Oxuduğın Quran hardadır, hanı
Hansı yola dəvət edir insanı,
Salıbsan zindana gözəl bir canı,
İqbalına bax, bax, baxtına bax, bax
Qoca səfa sürər, gözəl saralar
Tarixinə bax, bax, vaxtına bax, bax (8, 48)
Aşıq Ələsgər şeirində bütün üslubi vasitələr əl-ələ
verməklə vahid şəbəkədə birləşəndə mətndə sıralanan eyni
sözün müxtəlif formalarda bədii mətnin cövhərini oxucunun
malı edir. Məna zənginliyinin forma mükəmməlliyi ilə
qaynayıb-qarışması şeirin estetik bütövlüyünün təməlidir.
Leksik təkrarların simmetrik ahəng məcrasında düzgün
yerləşdirilməsi ilə Aşıq Ələsgər yüksək melodiya yaradır,
onun poetexnik vahid kimi çıxış etmə imkanlarını
113
genişləndirir. Söz təkrarları ilə sənətkarın həyat hadisələrini
estetik münasibətləri bədii-emosional qəliblərdə təqdim
olunur. Bu qəliblər şeiri fikir məhdudluğundan xilas edir.
Beləliklə, Aşıq Ələsgərin vəzn və ritm modelləri müəyyən
söz və səs komplekslərinin kəmiyyət üstünlüyünə və nizamlı
sisteminə əsaslanır. Buna görə də paranomaziyanın bütün
növləri o, cümlədən poliptotla da Aşıq Ələsgər həyat həqi-
qətlərini təkrarlanan söz effektinin bütün rəngarəng spektləri
ilə canlandırmağa müvəffəq olur. Eyni sözün mətnin bədii
tərtibində müxtəlif şəkildə işlədilməsi şeirin qrafik-üslubi
vasitəsinə çevrilir, mətn maksimum canlılığa yiyələnir.
İsmimdi Aşıq Ələsgər
Çox çəkmişəm bu bəhsi
İncidənlər incidəcək
İncidibsən hər kəsi
Çarxi-fələyin sitəmi
Ayrım-kürdün tənəsi
Əridibdi ürəyimdən
Yağı, gözlə, gözlə sən (8, 198)
Təkrarlanma sözü bədii düşüncə aktına çevirməklə
yanaşı mətnin ritmik quruluşuna musiqi ahəngi gətirir,
sintaktik-intonasiya bütövlüyünə stimul verir. Səs-söz
təkrarları misralarda üslubi-fonoloji vasitələri toqquşdurur,
kəsişdirir və bütövləşdirir. Bunlar bədii düşüncə konturlarını
canlandırıb poetik intonasiya və ritm elementlərini müəyyən
üslubi biçimlərin tərkibinə keçir. Beləliklə, poetik mətndə
xalq dilinin potensial gözəllikləri ilə bu dildən sənətkarlıqla
yararlanan yüksək ilham sahibinin qəlbindən sızan ruh
qovuşur. Sənətkarın üslubundakı şirinlik dilimizin daxili
114
qaynaqlarından qidalanır. Forma kamilliyi şeirin ümumi
semantikasında da xüsusi dərinlik, musiqili ovqat yaradır.
Təkrarlanan incə səs ahənginin üslubi tapıntısı təravətli
emosional-ekspressiv impulslar doğurur, bədii qayə uğurlu
səs obrazları üzərində təməl tutur. Psixoloji fəallığın, ruhi
oynaqlığın artırılmasında iştiraklı olmaqla təkrarlanan sözlər
emosional impulslar doğurur. Fikir və misra silsilələrində
sahmanlı təkrarlanma fikrin təbii inkişafında ən vacib poetik
elementə çevrilir.
Dinini aşkar eylədi
Minkirə verdi cəfa
Qılıncı mərd, qüvvəti mərd
Atı mərd, meydanı mərd (8, 143)
Xəstə könül istər narı görəndə
Ya dost dostu, ya yar yarı görəndə (8, 62)
Tifil fəqan eylər şirin yolunda
Rübah dura bilməz şirin yolunda
Ölsəm Fərhad kimi Şirin yolunda
Adam sayar adam sayılan məni (8, 174)
Aşıq Ələsgər də məzmun və forma uyğunluğu onun
yaradıcılığında poetik ləyaqət göstəricisidir. Üslubi –poetik
elementlərin hərəkiliyi və qarşılıqlı təsir etmə prosesi bu
amillə bağlıdır. Təkrarlanma ilə yaranan mürəkkəb
sözlərdən şeirdə cazibəli səs naxışları incə üslubi ştrixlər
kimi istifadə olunur və güclü lirik-psixoloji ahənglə
səciyyələnir. Aşıq Ələsgər şeirinin poetexnik nitq mühiti
xəlqi dil emosionallığını təmin etmək üçün, şeir dilini canlı
115
ünsiyyət dilinə yaxınlaşdırmaq üçün qoşa sözləri keyfiyyət
halında şeirin tərkib hissəsinə çevirir.
Canlı danışıqdan gələn söz qoşalaşması sözün
ayrılıqda ifadə etdiyi mənaya nisbətən dolğun semantik
çalarlar qazanır, siqlətli forma yaradıcılığının fəal iştirakçısı
olur. Bədii və estetik təfəkkürün təcəssümündə və fərdi
üslubi xislətində qoşa sözlər öz poetik cizgiləri ilə seçilir və
şeirin semantik və assosiativ sferasında üslubi səciyyəsini
açır.
Hər görəndə həsrət ilə sarışa,
Deyə, gülə, şirin-şirin danışa
Əl dəyəndə tez-tez küsə, barışa
Ortalıqda söhbət ola, saz ola (8, 118)
Yar dəyir, tellərin yar, a gözəldir
Saqi istəkanı yara gəzdirir
Yar həsrəti canda yara gəzdirir
Yar gəlsə yaralar sağalı tez-tez.
Aşıq gərək sirrin desin ha lala
Yanağında həya eylər ha lala
Səxa əhli satdığını halala
Siratdan keçəndə sağalı tez-tez. (8, 182)
Təkrarladığı sözlə Aşıq Ələsgər mətni emosional
səslənmə sayəsində bütövləşdirir. Təkrarın məqsədə müva-
fiq səs ahəngi fikrin sərrast ifadəsinə yönəldilir. Fikir və hə-
yəcanların incə çalarlarının qabarıq şəkildə canlandırılma-
sında sözün leksik-semantik məzmunu ilə bərabər ifadəli
116
tələffüzlə də tənzimlənir. Bu əlamətlərlə Aşıq Ələsgərin po-
etik konsepsiyası aşkarlanır.
Xalq dilinin fonetik qanunları, qrammatik qaydaları
şeirin əzəli və əbədi tələblərinə tabe etdirilir. Təkrarlanan
nitq vahidləri poetik bütövün bir elementi funksiyasını yeri-
nə yetirir. Buna görə də Aşıq Ələsgər nitqi dil hadisəsindən
daha çox sənət hadisəsidir, estetik həyəcanlar, müdrik dü-
şüncələr mənbəyidir.
Bəd əsildən hərgiz olmaz heç əsil
Lənət sənə gəlsin pis soy, pis əsil (8, 144)
Çəkən çəkib hər nişanın qoyubdu
Xub yaraşır zinət ona gözəldi (8, 87)
Mərd istər ki, çörək verə ad ala,
Namərd gözlər mərd iyidin sinisin (8, 175)
Ələsgər durarmı mətah satmasa,
Iyid sarsılarmı bəxti yatmasa,
İki könül bir-birini tutmasa,
Alan da yazıqdı, gələn də yazıq (8, 190)
Aşıq Ələsgər şeirinin xalq dili gözəllikləri ilə birbaşa
bağlılığı üslubi-semantik yetkinliyin təminatçısıdır. Onun
dilində əks-səda tapan xalq ruhu, doğmalıq Azərbaycan
dilinin, Göyçə ləhcəsinin poetik təbiətindən, onun leksik-
qrammatik, fonetik –üslubi sistemindən irəli gəlir. Bütün
poetik faktlar, bədii məzmun ahəngdar məcrada gerçəkləşir.
Təkrarların poetik təhkiyə nüfuzu üslubi çevikliklə mündəri-
cə diapozonunu güclü axın halına keçirir, poetik harmoniya-
nı intensivləşdirmə zərurəti doğurur, sözün potensialı hərə-
kətə gəlir. Təkrarlardan törəyən səs-söz assosiasiyaları Aşıq
117
Ələsgər poeziyasının mükəmməl estetikası haqqında bütöv
və dolğun fikir yaradır.
Poetik təfəkkür təcrübəsindən, zəngin şeiriyyət
tarixinin ənənələrindən bəhrələnən Aşıq Ələsgər
yaradıcılığında leksik vahidlərin təkrarı poetik ahəng
prinsiplərinə söykənir, nümunəvi şeir poetikasının labüd
nəticəsi olaraq meydana çıxır. Səs-söz sisteminin ifadəli
intonasiya rənglərinə diqqət onun bədii təsir dairəsinin
siqlətinə, dilə yatımlılığına yol açan amil kimi də
diqqətəlayiqdir.
Ələsgər Kövsərdən badə içəndə
Gəşt eyləyib mərd iyidi seçəndə
Güzərən xoş olub, gün xoş keçəndə
Ağ otaqdan tövləxana yaxşıdı (8, 144)
Ələsgər qurbandı, ay boyu minə,
İncidən, mərcandan düzüb köycünə
Tərsa üzün görsə, tez gələr dinə,
Alim görsə gedər saz alı, Güllü (8, 90)
Gözü yaşlı, ey füqara Ələsgər,
İşi əysik, baxtı qara Ələsgər,
Olmadı dərdinə çara, Ələsgər,
Həsrət əlin o dildara yetmədi (8, 151)
Aşıq Ələsgər şeirində təkrarlar çox vaxt bədii siqlət
fikir ağırlığını öz üzərinə götürür. Bədii üslubi yükün əsas
ağırlığını öz üzərinə götürməklə təkrarlar poetik ovqata da
istiqamət verir. Həm dilin bədiilik prinsiplərinə uyğun olan,
həm də onun estetik tələblərini ödəyən təkrarlar şeir nitqinin
118
sintaktik nizamına uyğun gəldiyi üçün mətnə əzəmətli lirik
tonlar verir və nitq ahəngdarlığı tənzim olunur. Məhz buna
görə birmənalı şəkildə etiraf olunur ki, Aşıq Ələsgərin şeiri
musiqili nitq hadisəsidir, məzmunun musiqili ahəngidir,
bədii qayənin melodik əks-sədasıdır. Aşıq Ələsgər təkrarla-
nan hər bir nitq vahidini təravətli poetik spektrlərlə dolğun-
laşdırır, misraları diləyatımlı ahəngə, qulaqları oxşayan
ritmə uyğunlaşdırır, tələffüz oynaqlığını təmin edir. Obrazlı
məziyyət və bədii səciyyə daşıyan təkrar canlı danışıq
dilinin koloritini mətnə hopdurur. Musiqili intonasiya ölçü-
ləri ilə müşaiyyət olunan patetika və emosionallıq, ehtiras və
pafos sistem halına düşür. Ritmik – arxitektonik simmetriya
yaratmaqla təkrarlar misra daxilindəki potensial məna qatla-
rını bütün incəlikləri ilə üzə çıxarır.
119
OMONİMLƏR: MƏNA-İFADƏ
AHƏNGDARLIĞI, FORMA EYNİLİYİNİN
MƏZMUN ƏLVANLIĞI
Aşıq Ələsgər bədii sözün Allahıdır və onun böyük
xoşbəxtliyi ondadır ki, onun yaradıcılıq mayası fitrətindədir,
ondakı çoşqun və tükənməz təb, ilham ilahi vergidir. Onda
sənətə yad, süni səslənən heç nə yoxdur. Aşıq Ələsgər
yaradıcılığı əzəli və əbədi sənət meyarlarına hesablanmış
şeiriyyətdir.
Aşıq Ələsgərin bədii sözündə xüsusi avazlanma
bütün çalarları ilə gözəllik yaradıcısıdır. Onun şeirləri baş-
dan-ayağa musiqidir, melodiyadır. Onun əsərlərinin ömür-
lərini əbədiləşdirən amillərdən biri də məhz musiqililiyin
Aşıq Ələsgər sözünə yol yoldaşı olmasıdır. İstənilən şeirini
oxuyarkən bu ecazkar musiqi hisslərə hakim kəsilir. Aşıq
Ələsgər təfəkküründən süzülüb gələn hər bir şeir misrası
sanki yaranışından xoş bir ritmlə, ürəkaçan ahənglə, sehrli
təranə ilə doğulub. Aşıq Ələsgərin bənzərsiz yaradıcılıq tim-
salında, onun ölməz sənət incilərinin bədii-estetik dəyərində
həlledici rol oynayan ritm və intonasiya özünəməxsusluğu-
nu, gözəl səslənmə ilə bağlı nitq şirinliyini, şeir səsinin hik-
mətini bütün dolğunluğu ilə duyuruq. Musiqililiyinə görə
Aşıq Ələsgər şeirləri ədəbiyyatımızda bənzəri olmayan bədii
söz inciləridir. Musiqi və ahənginə görə zəngin olan Aşıq
Ələsgərin möhtəşəm əsərlərində axıcılıq, rəvanlıq və səs
ovsunu, misralarda təcəllə tapan sədaların sehri bütün
çalarları və rəngarəngliyi ilə mütəxəssislərin elmi tədqiqat
hədəfinə çevrilməsi təsadüfi deyildir.
120
Aşıq Ələsgər şeiriyyətindəki səs möcüzələrindən,
onun poetik mahiyyəti, estetik məğzi, bədii məna və
mündəricəsindən yetərincə danışılsa da, bu araşdırmalarda
böyük sənətkarın səs ahənginə həssaslığı barədə geniş
təsəvvür əldə etsək də, bu mövzunun yeni aspektlərlə davam
etdirilmə ehtiyacı həmişə duyulur. Aşıq Ələsgər sözünün
heyrət doğuran avazı, nitq şirinliyi oxucunu ilk növbədə
səsin sehrinə tuş gətirir. Dinləyici sözün cazibəsi ilə yanaşı
səsin hikmətinə varır, sətirlərin musiqi elementlərinin
zənginliyi sayəsində melodiyanın təsirinə dalmamaq
mümkünsüz olur.
Aşıq Ələsgərin misilsizliyini göstərən tərkibolunmaz
faktorlardan biri də öz bənzərsiz poetik siması ilə seçilməsi,
şair mənliyinin təkrarolunmazlığı, fərdi poetik dünyasının
dərhal sezilməsi ilə bağlıdır. Onun poetik dili də bu meyar-
lara uyğundur. Şeirlərinin misilsiz poeziya faktına, estetik
hadisəyə çevrilməsində dil faktoru sadalanan məziyyətlərin
yaranmasında həlledici rol oynamışdır. Canlı ünsiyyət dilini
tam bədii qüvvətlə, bütün estetik dərinliyi ilə mənimsədiyi
üçündür ki, əlvan ifadə vasitələri, obraz və forma çalarları
axtarışları əsərlərinin bədii dəyərini təmin edən yaradıcılıq
amili ola bilmişdir. Aşıq Ələsgər Azərbaycan dilinin bütün
poetik imkanlarını tam qüvvə ilə səfərbərliyə almaqla
gerçəkliyi sözün maksimum təsir gücü ilə canlandırmağa,
oxucu qəlbini ovsunlamağa nail olmuşdur. Onun sənətkarlıq
sirləri xalq dilinə həssas münasibətlə heyrətamiz hal alır.
Xalq dilinə bu dərəcədə yaxınlıq ifadə özünəoxşarlığı dahi
aşığın öz poetik simasına, fərdi dəsti-xəttinə sədaqətindən
121
doğur. Bu keyfiyyət həddi poeziyamıza təkrarsız
məziyyətlər bəxş edir.
Aşıq Ələsgərin bədii dili daxilən mündəricəli,
emosional cəhətdən tutumlu və bitkindir. Şeirlərin intellek-
tual üfüqlərinin genişliyi dil zənginliyində, söz işlətmə üsul-
larının dilə və qulağa yatımlı formalarında aydın duyulur.
Nümunəvi bədii dil, duyğuları təbii və səmimi ifadə etmək
imkanları şeiri daxilən yeni məzmunla zənginləşdirir. Dil
materiallarının estetikası, bədii yaradıcılıq fəallığı ilə şeirdə
dramatizm, psixoloji gərginlik ünsürləri fəallaşır, lirik
təəssürat geniş miqyas alır. Adi linqvistik ünsürlər obraza
çevrildikcə bu elementlər estetik gözəlliyi, mənəvi sərvət
ləyaqətlərini özündə cəmləşdirir.
Azərbaycan dilinin səs arsenalından, leksikasına,
sintaksisinə məxsus doğma ab-havadan, estetik nəfəsindən
yararlanaraq dilimizin səs-söz imkanlarını milli poetik
qəliblərə salan Aşıq Ələsgər bədii mətni müəyyən formaya
salaraq, müvafiq ritmik biçimlər çərçivəsində tənzimləyərək
melodik səslənmə çalarları ilə zənginləşdirməyin mahir us-
tadıdır. Səs uyuşmaları söz və morfem düzümünün cazibəli
harmoniyası təbii stixiya ilə gedir. Sözləri poetiklik süz-
gəcindən, keçirib lirik təhkiyə də konstriktiv zənginliyindən
səsin poeziyası duyulur. Akustik eyniyyət təşkil edən fo-
nemlərin, sözlərin kəmiyyət və keyfiyyət uyğunluğu, eyni
və qonşu misralarda sözlərin akustik oxşarlığı mətni şeirləş-
dirən faktor kimi özünü göstərir. Bu mənada Aşıq Ələsgərin
fonetikaya – nitqin səs quruluşunun təşkilinə xüsusi diqqəti
ən vacib sənətkarlıq aktı kimi götürülür və omonimliyin,
bütün növlərinə göstərdiyi həssaslıq heyrət doğurur.
122
Müvafiq olaraq “nar”, “od” və “nərə” mənalarını ifadə edib
qafiyə mövqeyində işlədilən sözlərin ifadəlilik potensialı,
ruhi qüvvəsi və üslubi gücü göz qabağındadır:
Tifl tək qoynunda nara aşiqəm
Mürğı – səməndərəm, nara aşiqəm
Çəkərəm şübhə tək nara aşiqəm
Tərlan ovlağında sarı görəndə (8, 173)
Aşıq Ələsgər cinas yaradıcılığında qovuşmadan
məharətlə istifadə edir. Bir neçə hecanın, ünsürün söz
tərkibində və ya ardıcıl gələn iki sözün hüdudlarında bir
yerə toplaşması omonimliyə gətirib çıxarır. Söz oyunu kimi
istifadə olunan bu üslubi vasitə poetik məqsəd izləyir.
Önəmlisi odur ki, qovuşmalar çoxlarından fərqli olaraq Aşıq
Ələsgərdə süni səciyyə daşımır.
Yazıq Ələsgəri oda salıbdı
Fələk gözdən salıb, oda salıbdı
Çeşmə kənarında oda salıbdı
Cumub sona kimi ay üzə - üzə (8, 161)
Qürbətdə qalmışam, bir ay yarım var,
Qərib pəhlivanam bir əyyarım var
Lütf eylə, üstümə bir ay yarım, var (get)
Dağılsın üstümdən dağıdan məni (8, 184)
Aşıq Ələsgər eyni söz və müxtəlif məna
dolanbacları, səs-söz oyunu ilə şeirin olduqca vacib dil atri-
butu kimi estetik mühit formalaşdırır. Bədii ünsiyyətin dina-
mikası omonimliyin üslubi çevikliyini harmonik oynaqlığa
gətirir, formanın poetexniki tələblərinə asanlıqla cavab verir.
Eyni səs kompleksinin misralarda linvopoetik imkanları
123
emosional çalarlarla bədii naxışlara diqqət çəkdirir. Bədii
enerji daşıyıcısına çevrilən omonimlərin estetik məqamları
leksik-qrammatik məqamlarını üstələyir.
Aşıq Ələsgər üslubu eyni fonetik qafiyəli sözlərə ona
görə həssasdır ki, onlar şeiri məzmunca siqlətli, formaca
cilalı etmək üçün olduqca yararlıdır. Məxrəc yaxınlığı ilə
seçilən səslərdən tərtib olunmuş sözlər, bu sözlərin ifadə
etdiyi anlayışların bədii-məntiqi rabitəsi onlardan bədii –
üslubi fənd kimi istifadəyə geniş imkanlar açır:
Nə əysik din, nə artıq gül, nə dənnan (danlan)
Müxənnətə zəhər olmur nədən, nan? (çörək)
Dərd bilməzdən, dilqanmazdan, nadannan
Nə qandım əzəldən, nə qanam indi (8, 171)
Ələsgəri çəkməginən, yar, ala (yalan)
Lazımdır ki, yar könlümü yar ala.
Sınmış dəndan, nə yar ləbin yarala (zədələ)
Əmmək istəyirsən, nə qan əm indi (8, 171)
Omonimin növlərinə aid bütün səslənmə vasitələri
Aşıq Ələsgər şeiri, xüsusən təcnislər üçün ən mükəmməl
materialdır. Forma və məzmun arasındakı maksimum uyar-
lılıq yaradan omonimlər misralardakı fikir və hisslərin rit-
mik axarına səbəb olur və bədii mətni emosionallaşdırma iş-
ində başlıca rol oynayır, təcnisin ifadə sistemində özünə-
məxsus yer tutur.
Bədii forma, onun bütün ünsürləri ona görə
məzmunludur ki, Aşıq Ələsgər üçün forma quruluşunun
bütün aspektləri eyni dərəcədə əhəmiyyətlidir. Səs qiyafəsi
onun dilində xüsusi cizgilərlə ön plandadır. Səs imkanları
124
məzmunun boyuna düzgün biçilməklə üzə çıxır. Duyğu və
düşüncələrin səs ahənginə uyğunluğu Aşıq Ələsgər üslubu-
nun məğzini təşkil edir. Omonimlərə, səs tərkibi etibarilə
yaxın sözlərə intensiv müraciət bu üslubi keyfiyyətin tələbi
ilə bağlıdır. Omonimlərin bütün növlərinin tərkibindəki səs-
lərin kəmiyyət və keyfiyyət eyniliyi səslənmə sanbalına,
lirik ovqata xidmət edir. Aşıq Ələsgər omonimlərlə ritm-
intonasiya elastikliyini təzahür etdirir, təcnisin üslubi-
semantik yetkinliyini təmin edir. Fikrimiz predmetsiz olma-
sın deyə “De bir üz, bir üz” rədifli məşhur təcnisinin son iki
bəndini nəzərə çatdırıram:
İpək nazbalışa Mina dayandı,
Həcər nalə çəkdi Minada yandı,
Həsrətindən dərdim minə dayandı
Sən gəlsən əysilər de bir üz, bir üz.
Buyqu həsrət çəkdi, yara yetmədi,
Təbib neştər vurdu, yara yetmədi,
Yazıq Ələsgər, əlin yara yetmədi,
Çalxan qəm bəhrində, de bir üz, bir üz (8, 166)
Son bənddə “yara yetmədi” söz birləşməsinin
omonim olan hər iki komponentinin uğurlu semantik-üslubi
uyğunluğu monumental bədii söz quruculuğunda ən fəal iş-
tirakçı kimi çıxış edir. Eyni linqvistik qəlibdə onlar şeirin
ritmikasında aparıcı mövqe qazanır, “yara qovuşmadı”, “ya-
ra (zədə) yetişmədi”, “yara çatmadı” anlamları emosional-
laşdırılaraq vahid poetik düşüncə dairəsində üslubi birlik ya-
radırlar.
Mən qurban eylərəm yara canımı
125
Götürüb doğraya, yara canımı
Alıb təpə-dırnaq yara canımı
Bilmirəm dərmanı, ay ana, ana (8, 157)
Aşıq Ələsgər yaradıcılığı olduqca böyük bədii dil
hadisəsidir. Onun poeziyasının estetik təzahürlərindən biri
də obrazlılıq cizgilərində milli fonetik-üslubi cizgilərin fəal-
lığıdır. Aşıq Ələsgərin dilində omonimlərin bütün növləri
eynisəs tərkibli söz və söz birləşmələri bir daha sübut edir
ki, mükəmməl poetik mətn omonimlik üçün gözəl səslənmə
məziyyətlərinin açarıdır. Misraların, bəndlərin elastik tərtib-
ində olduqca fəaldır, çünki bədii memarlıq əhəmiyyətlidir.
Bədii təhkiyəni emosionallaşdırmaq üçün misraları aydın ar-
xitektonik qəliblərdə vermək işində nizamlayıcı funksiya
daşıyır. Onların iştirakı ilə poetik-üslubi əməliyyat ritmik
avazlanma, mənalı ahəng qəlibləri doğurur. Eyni səs tərkibli
dil vahidlərində uğurlu kontekstdə gözəl poetik forma
ünsürü olaraq dərin məzmun ifadə etmək mütəhərrikliyini
büruzə verir. Səslərin şeiriyyətinə nail olmaqla Aşıq Ələsgər
poetik fikri estetik cəhətdən daha da zənginləşdirir. Bu,
həmçinin şeirin ümumi ruhunu, aparıcı motivləri qabardır,
düşündürücü intonasiya çalarları doğurur, sadəliyə və
təbiiliyə xüsusi ton verir.
Qışda dağlar ağ geyinər yaz qara,
Sağ dəstinlə ağ kağıza yaz qara,
Əsər yellər, qəhr eyləyən yaz qara,
Daşar çaylar, gedər daşlar çata-çat (8, 180)
Yel dəyir, tellərin, yar, a gəzdirir,
Saqi istəkanı yara gəzdirir
126
Yar həsrəti canda yara gəzdirir
Yar gəlsə yaralar sağalı tez-tez (8, 182)
Nümunələr bir daha belə bir fikir təlqin edir ki, Aşıq
Ələsgərin varlığı aydın və obrazlı ştrixlərlə təqdim etmə
düşüncəsi deyim gözəlliyini doğurmuşdur. Bədii intonasiya
və ritm elementləri kimi bu deyim gözəlliklərində
omonimlər keyfiyyətli bədii material kimi iştirakçı olaraq
arxitektonik prinsiplərlə çıxış etmişlər.
Lirik-emosional mühakimələrin təzahür məqamları
ilə əlaqədar Aşıq Ələsgər eyni səs tərkibli vahidlərlə elastik
misra modelləri əmələ gətir və bu, müəllifin poetik təfəkkür
enerjisinin gücünü-qüdrətini nümayiş etdirir, dahi şairə
məxsus sənət və sənətkarlıq məktəbinin gözəl örnəklərini
yaradır. Diqqət çəkən hal kimi qeyd olunmalıdır ki, Aşıq
Ələsgərdə omonimlər, söz təkrarlarının iştirakı sintaktik
simmetriya ilə müşaiyət olunur, canlı danışıq dilinin
intonasiya potensialı sayəsində ritmmelodika bitkinliyi fikir
bitkinliyinə yardımçı olur, bədii düşüncənin miqyası
genişlənir. O da diqqətdən yayınmır ki, omonimlərin də qa-
tıldığı ifadə tərzi və emosiya təravəti tərənnüm predmetinə
poetik baxış yeniliyindən doğur. Omonimlərdən, söz oxşar-
lığından istifadə üsulu zahiri strukturuna görə daha çox
ənənəvi səciyyə daşısa da, Aşıq Ələsgərin poetik təhkiyəsin-
də, təsvirin obrazlı şərhində onlar ulu sənətkarın dil elastika-
sını müəyyənləşdirən üslubi faktlar kimi təzahür edir. Bütöv
bir sistem kimi səs-söz təkrarları lirik-poetik informasiyalar-
ın daşıyıcıları olaraq ifadə planında üslubi istiqamətin tipo-
logiyasını müəyyənləşdirir.
Fərhad gördü, sevdi Şirin camalın,
127
Şirin dost əlindən, şirin cam alın
Şirincə dövlətin, şirincə malın
Axırı zəhrimara döndü, nə döndü (8, 67)
Billəm eytac deyil sənə mal indi,
Geyibsən qəddinə, Sənəm , al indi,
Can alansan, canım, sənəm, al indi,
Əzrayılın cəngəlindən daldala (8, 165)
Ominimləşmə yolu ilə söz və söz qrupları bədii
memarlıq əhəmiyyəti qazanır, aktual bədii ünsiyyət aktına
xidmət göstərir.
Aşıq Ələsgərin şeirlərində lirik məzmun alliterasiya,
assonans, omonim, paronim və s. vasitəsilə ritmik qurulsa
da, maksimum enerji ilə çıxış edirlər. Məzmun və ifadə for-
ması arasındakı bu cür əlaqə müəllifin bədii qayəsinin qa-
barıq şəkildə idrakına, ideyanın bədii həllinə səfərbər edilir,
Aşıq Ələsgərin üslubu üçün estetik meyar ləyaqəti qazanır.
O, dilin zəngin vokal imkanlarından maksimum dərəcədə
bəhrələnərək poetik ovqatı bədii mətnin varlığına hopdurur.
Səs-söz təkrarı Aşıq Ələsgər üçün elə bir
kompozisiya üsuludur ki, onda professional poeziya
səviyyəsi və səciyyəsi qazanmaq imkanları zəngindir. Tək-
rarların sayəsində omonimlər, paronimlər, amoformlar və s.
də semantik cəhətdən dolğunluq və tutumluluq kəsb edirlər.
Məsələn, “Narın üz” təcnisində rədif kimi təkrarlanan eyni
söz birləşməsinin hər iki tərəfi məzmun və bədii şəraitə
uyğun fərqli mənalar və üslubi çalarlar yaradır. Altı dəfə
işləməsinə baxmaraq hər birində orijinal poetik nəfəsin
128
təravəti aydın-aşkar duyulur. Bu şeir təcnisin poetik-tipoloji
əlamətlərini xüsusi sənətkarlıqla əks etdirir.
Narın çalxan, narın silkin, narın üz
(suda ehtiyatla üz)
Almasın dər, gülün iylə, narın üz
(dostun narın dər)
İnsaf eylə, gəl könlümün narın üz
(ürəyimin odunu söndür)
Narın üzə qoy toxunsun narın üz
(incə sifət)
Qoymaqdan da şirin olar narın üz
(südün üstünə yığılan təbəqə)
Bir dərdimi eyləyibsən, Narın üz
(Narın (qız adı), yüz) (8, 170)
Bədii mətnin mənimsənilməsində omonimlərin, on-
ların çoxmənalılığının, transkripsiyaların, tələffüz variantla-
rının belə məharətlə istifadəsi, eyni səs cildinə malik dil va-
hidlərinin təsir sahələrindəki semantik-struktur gərginlik
Aşıq Ələsgərin üslubunda ayrıca əhəmiyyət kəsb edir. Bədii
materialların bu cür incəliklə seçilməsi və lazımi yerində
işlədilməsi estetik qavrayışın özünəməxsusluğundan irəli
gəlir. “Narın üz” təcnisinin dil strukturu deyilənlərə klassik
misaldır.
Aşıq Ələsgərin misralarında ahəngdar nitq parçaları-
nın eyni fonetik çalarlarla tələffüzü münasib üslubi fiqurlar
formalaşdırır və şeir dilinin poetexniki imkanlarını genişlən-
dirir. Eyni və yaxın artikulyasıyalı səslərin misralardakı dü-
zümü fonetik ifadə üsulu kimi, bədii ifadə faktı kimi Aşıq
129
Ələsgər şeirinin tərtibatında əsas yer tutur. Omonimlərin,
yaxud eyni və yaxın məxrəcli səslərin bir-birini müəyyən
məsafələrdə izləməsi gerçəkliyin bədii idrak funksiyasına
xidmət edir. Göstərilən nümunələr Aşıq Ələsgər dilinin
fonoloji səciyyəsi haqqında dolğun təsəvvür yaratmaqla
məhdudlaşmır. Bu üslubi vasitə digər ifadə üsullarınında bir
şəbəkədə cəmləşməsinə və poetik mündəricənin qavrama şə-
raitinə təsir göstərir. Şeir mətninin üsluibi ehtiyacları omo-
nimlərin bütün növlərini bədii dil formalarına uyğunlaşdırır.
Səs tərkibinə görə yaxın olan sözlərin qüvvətli poetik-mən-
tiqi vurğu altına düşməsi lirik-emosional mühakiməni yük-
səldir. Zahiri səslənmə keyfiyyəti bədii ovqatın səciyyəsinə
uyğunlaşır. “Narın üz” təcnisindən son iki bəndə diqqət
yetirək:
Ürüsxət ver, sözüm deyim, Qayım ağa,
Yuyar qəssal qəddim, bükər qayım ağa,
Ləzzət verər bal qatanda qaymağa,
Qaymaqdan da şirin olar narın üz.
Gətirdim rənginə sarı, dur gedək!
Bu sınıq könlümü sarı, dur gedək!
Ələsgərəm, bizə sarı, dur gedək!
Bir dərdimi eyləyibsən, Narın üz (8, 170)
Sağ-solunda qardaşların sağ olsun.
Corabları yaxşı bəzə, Müşgünaz (8, 115)
Müxtəlif anlayışların eyni səs tərkibində əlaqələndir-
ib bədii bütövlüyə nail olmaq Aşıq Ələsgər üslubunun əsas
prinsiplərindəndir. Eyni struktur və müxtəlif münasibətləri-
nin sərrast motivləşdirilməsi mükəmməl bədii dil hadisəsi-
130
nin təməlində durur, xüsusi tipli bədii forma düzəltmə üsulu
kimi meydana çıxır. Bunlar Aşıq Ələsgərin bədii təfəkkür
mədəniyyətinin səviyyəsini və səciyyəsini əks etdirir. Aşıq
Ələsgərdə sırf formal əlamətlərə aludəçilik yoxdur. Forma-
lizmə qapılmaq vərdişindən uzaq olan Aşıq Ələsgər üçün
omonimlər ən münasib poetik mənalandırma formasıdır,
təsvir-tərənnüm obyektinin obrazlı təsdiqidir.
Omonimin bütün növləri məzmunun səciyyəsindən
doğan lirik emosiya ilə müşaiyyət olunur, bədii fikri hərəkə-
tə gətirir. İfadə tərzi elastik olduğu qədər də mürəkkəb olan
Aşıq Ələsgərin dilində omonimlərdən istifadə güclü üslubi
keyfiyyət prosesi keçirir və mətnin ümumi fonetikasına təsir
göstərərək poetik mərama xidmət göstərir. O da aydın sezilir
ki, omonimlərin şeir naxışlarında formalaşması mətnin bə-
dii-estetik siqləti ilə ahəngdarlıq təşkil edir. “Ha bular, bu-
lar” təcnisindəki kimi:
Səba dost zülfünə şanə çəkəndə,
Yayılar gərdənə ha bular, bular (fırlanar, sarılar)
Hər kim ki, sidq ilə dilək diləsə
Əlbəttə, mətləbin ha bular, bular. (tapar)
Sərrafın əlində nə danə (daş-qaş dənəsi)-dedim,
Könül, can quşuna nə danə (dən) – dedim,
Dərdimi dərd qanmaz nadana dedim
Anlamaz başım ha bular, bular (bulayar)
Ələsgərəm məskənimdi o diyar,
Al xəncəri, bağrım başın, odu (odur), yar
Evdən çıxdı yalın qılınc, odu (atəşi) var
131
Bilirəm, qanıma ha bular, bular (bulaşar) (8, 167)
Aşıq Ələsgərin dilində eyni cür səslənən sözlərin üs-
lubi mövqeyi ona görə fəaldır ki, deyim qəliblərinin cazibəli
formaları onların sayəsində canlı və musiqili tələffüzü güc-
ləndirir, gerçəkliyin lirik qavrayışında və beləliklə də söz
sənətkarının şeir dilinin estetikasının müəyyənləşdirilməsin-
də mühüm rol oynayır. Şeirin bütün elementləri ilə eyni üs-
lubi şəbəkədə omonimlər, eyni səs tərkibli leksik vahidlər
ritmik ifadə tərzi doğurur. Bu, onun üslubi kamillik səviyyə-
sini, funksional-bədii imkanlarını əks etdirir. Müəyyən ritm
modelləri intonasiya biçimləri bədii mətnə xüsusi intensivlik
əlavə edir.
Eyni cür səslənən söz və tərkiblər Aşıq Ələsgər
üslubunda daha çox şeirin səs diapozunun nizama salma
vasitəsidir, dilin gözəllik yaratma imkanlarının təzahürüdür.
Şeir dilinin emosional-ekspressiv çalarları eyni səs-söz tək-
rarlarının köməyi ilə estetik əks-səda tapır, melodika və in-
tonasiya daha uğurla sahmanlanır. Poetik nitq mühiti zəmin-
ində omonimlər eyni məxrəcli səslərin tərtib etdiyi sözlər
şeirin bədii-estetik keyfiyyətlərini təmin edir. Müxtəlif
semantik mənaların poetik məcrada qovuşması Aşıq
Ələsgərin sənət dilinin poetik paronim və digər səs oxşarlığı
ilə bağlı sözlərin Aşıq Ələsgər dilində poetik aktivliyi, mün-
dəricənin vüsətliliyinə yönəldilir, şeir dilini xüsusi lirik məc-
raya salır və bununla da klassik aşıq şeirinin orijinal səslə-
nən nümunələrini yaradır.
132
AŞIQ POEZİYASININ FÖVQÜNƏ YOL AÇAN
KLASSİK BƏDİİ ƏNƏNƏ, ZƏNGİN
POETİK TƏCRÜBƏ
Aşıq Ələsgərin poetik təfəkkürünün siqlətini və
incəliklərini açmaq üçün onun əsərlərinin poetik sisteminə
daxil olan, poetik əhval-ruhiyyənin daşıyıcısı olan bütün
detallar diqqətlə izlənilməlidir. Çünki dahi sənətkar sözdən
elə mükəmməl şəbəkə düzəltmişdir ki, oradan adi bir kəlmə-
ni götürsən bədii təcəssüm şəffaflığı zərər çəkər. Burada ifa-
də vasitələrinin dəqiqliyi hər hansı fasilə ixtisasına belə im-
kan vermir. Cüzi ritm və intonasiya təhrifi bu mükəmməl
poetik nümunələrinin bədii-estetik mənzərəsini büsbütün
dağıda bilər.
Aşıq Ələsgərin şeir dilində bütün elementlər iç-
içədir. Onlar birgə işlənməklə bir-birinə hörülür, bir-birini
tamamlayır, eyni bədii niyyətin açılması üçün bir-birini
xüsusi həssaslıqla izləyir. Bu bütövlük bədii təsvir və ifadə
vasitələrinin misra qəliblərində monolit şəkildə qaynayıb-
qarışmasından doğulur.
Aşıq Ələsgərin poetik möcüzəsi də dilin stixiyasın-
dan yaranmışdır. Dil faktlarının poetik yükü və emotiv funk-
siyası, ifadə vasitələrinin kəmiyyət-keyfiyyət göstəriciləri-
nin heyrətdoğurucu harmoniyası, poetik simmetriya şeir
mətninin mükəmməlliyində, lirik təhkiyənin dinamikasında
əsas faktordur.
Aşıq Ələsgərin dilinin əsas qaynaqları bir tərəfdən
tipoloji quruluş etibarilə canlı ünsiyyət leksikasına yaradıcı
yanaşma vərdişlərinə söykənirsə, digər tərəfdən onun poetik
düşüncə panoramının əsas cizgilərini klassik ədəbiyyatımız-
133
dan gələn linqvistik materiallar canlandırır. Onun dilində
həm klassik şairlərimizdən gələn söz və ifadələrin, həm də
poeziya dilinin milli bünövrəsində duran kolorit etibarilə
zəngin ünsiyyət və məişət leksikasının müəyyən bədii-
estetik diapozonu vardır. Hər iki məxəzdən əxs olunan
siqlətli üslubi keyfiyyətlər belə bir qənaəti təlqin edir ki,
Aşıq Ələsgər sözə həmişə yüksək sənət və sənətkarlıq
mövqeyindən yanaşmışdır.
Yeri gəlmişkən bir məsələyə xüsusi diqqət çəkmək
vacibdir. Bir sıra mənbələrdə, folklorşünaslıqda Aşıq
Ələsgərin dünyagörüşü, klassik ənənələrə bağlılığı ilə bağlı
mülahizələrdə qeyri-ciddi fikirlərə rast gəlinir. Məsələn,
görkəmli folklorşünas alim M.H.Təhmasibə görə “Sufi-
hurifi terminologiyadan hətta Aşıq Ələsgər, Şəmkirli Aşıq
Hüseyn kimi belə təsirlərdən uzaq olan görkəmli aşıqlarımız
da heç fərqinə varmadan istifadə etmişlər” (37, 364). Aşıq
Ələsgərin əsərlərindən nümunələr göstərir ki, böyük alimin
işlətdiyi “hətta” sözünün “Aşıq Ələsgər”lə yanaşı işlənməsi
çox təəssüf doğurur. “Heç fərqinə varmadan” ifadəsi
müəllifin Aşıq Ələsgəri olduğu səviyyədə qiymətləndirə
bilməsinin qəbahətidir.
Klassik Şərq ədəbiyyatında elə poetik vasitələr vardır
ki, ondan istifadə hər qələm sahibinə nəsib olmur. Müəyyən
bədii təsvir üslubundan istifadə yüksək sənətkarlıq qüdrəti
tələb edir. Dərin biliyə, yaradıcılıq istedadına malik olma-
dan həmin ifadə tərzinə girişmək mümkünsüzdür. Bunlardan
biri də Xaqani, Füzuli kimi söz cəngavərlərinin gözəl nümu-
nələrini yaratdığı “İhamul-vəsl”dir. “İhamul-vəsl” ifadəsinin
tərcüməsi birləşmə yolu ilə işarə deməkdir. Bir növ şair
134
qarşına məqsəd qoyduğu fikri və ya adı hərflərin birləşməsi
ilə verilir. Oxucu isə şairin demək istədiyi sözü və ya müəy-
yən fikri başa düşmək üçün həmin hərfləri ilhamla birləşdir-
məlidir. ...Şair... məsələnin kəşfini oxucunun ixtiyarına
qoyur. Füzulinin qəzəlindən nümunə gətirilmiş beyt
“ihamul-vəsl”in bu növünə tipik nümunədir.
Səndən bulubdur Əhmədi-mürsəl məqami-qürb,
Təhsini “Ya”vü “sin”ilə təşrifi “Ta”vü “ha”
Müəllif bu qəzəlində allaha müraciət edərək Qurani-
şərifin otuz altıncı “Yasin” və iyirminci “Taha” surələri ilə
Məhəmməd peyğəmbərin bəyənilməsi və şərəflənməsinə
işarə vurur” (33, 76-77)
Şifahi xalq ədəbiyyatı, o cümlədən aşıq poeziyası
üçün o qədər səciyyəvi olmayan ihamul-vəslin ən gözəl nü-
munələri məhz Aşıq Ələsgər şeirlərində göz və könül oxşa-
yır. Və maraqlıdır ki, bu bədii təsvir vasitəsi onun şeir yara-
dıcılığında ötəri hal olmayıb təkrarlanan və hər dəfə öz mü-
kəmməliyi ilə heyrət doğuran keyfiyyətli əlamətlərdəndir.
Ələsgərəm, xəddi çıxdı çal indi,
“Heyi “ye”yə, “dalı” “re”yə çal indi (8, 180)
İsmin üç hərifdi, ay çeşi xumar,
Biri “mim”di, biri “nun”du, biri “sin” (8, 162)
İsmini ür hərf ilə eylərəm aşkar,
Biri “kaf”dı, biri “lam”dı, biri “sad” (8, 54)
Onun klassik şərq poeziyasından yaradıcı
faydalanması, xüsusilə Nəsimi yaradıcılığından sufi-poetik
anlayışları əxs etməsi təkzibedilməz faktlarla təsdiqlənir.
“Əlif-lam” şeiri, heç şübhəsiz Nəsiminin eyniadlı şeirinin
təsirindən meydana gəlmişdir.
135
“Aşıq Ələsgərin “Əlif-lam” şeirində “əlif” ilə “lam”
hərflərinin birləşməsindən yaranan vahid allaha işarə
edilməklə yanaşı hər bir hərfin müəyyən simvolik mənası da
verilir. Diqqəti cəlb edən hal ondan ibarətdir ki, hər bir hərf
üçün işarə edilən məzmun ümumi “əlif-lam” birləşməsinin
mənası ətrafında qurulur” (33, 77)
Bu faktlar onu diktə edir ki, Aşıq Ələsgər üslubunun
dərinliklərində gizlənən, misraların güc-qüvvət mənbəyinə
çevrilən məcazlaşdırma məharəti, klassik şərq poeziyasının
obrazlar sistemindən faydalanma ustalığı, yaxşı mənada
müəmmalı nitq gözəlliklərinə rəvac verən ərəb əlifbasındakı
hərflərin rəmzlərinin təqdimi, fəlsəfi-sufi dünyagörüşünün
bədii ifadəsi, bədii mətləbləri dolayı yollarla demək qabiliy-
yəti və digər üslubi-estetik məziyyətlər xüsusi tədqiqat həs-
saslığı tələb edən məsələlərdir. Dil faktları göstərir ki, Aşıq
Ələsgər sözünün daxili laylarını aşkarlamaq üçün, məlum
sözlərin bizə məlum olmayan üslubi-semantik çalarlarını
aydın məntiqlə təqdim etmək üçün ənənələrə, köklərə
istinad etmək, sələf-xələf əlaqələrini aydınlaşdırmaq çox
vacibdir.
Aşıq Ələsgərin dili canlı xalq danışığının sağlam
koloritini, poetik istiqamətini qorutyub-saxlaması, yeni
üslubi keyfiyyətlərlə zənginləşdirməsi ilə səciyyələnsə də,
burada həmçinin klassik ədəbiyyatımıza Nəsimi, Füzuli,
Xətai kimi söz nəhənglərinə məxsus poetik dil qəliblərinin
əks-sədasını asanlıqla duymaq olur. Klassiklərimizdə, yazılı
ədəbiyyatımızın ən uğurlu nümunələrində olduğu kimi, Aşıq
Ələsgərin dilini adi bədii nitq forması kimi götürmək
yanlışlıqlara yol açır. Bu dil daha çox zəngin mənəvi
136
dəyərlərin, düşündürücü emosiyaların, dərin elmi-fəlsəfi
fikirlərin parlaq ifadəsidir. Onun dilində də Nəsimi, Füzuli
və Xətaidə olduğu kimi üslubi ikiləşməyə rast gəlinir. Lirik
şeirlərində olduqca aydın və sadə olan dil bəzən eyni nəfəsin
hərarətindən yaransa da, elmi-fəlsəfi, sufi məzmunlu şeirlər-
ində qəlizləşir. Burada anlaşılmayan ərəb mənşəli sözlərin
sıxlığı, mətnə termin səciyyəli kəlmələrin nüfuzu məzmu-
nun kütləvi anlaşıqlığına gətirib çıxarmır. Müəllifin təfəkkü-
rü dini, sufi kök üzərində dərinləşdikcə sıxlaşır, həmin söz-
lər mətnin ümumi poetik mühitində hər oxucunun anlaya
biləcəyi dil ünsürünə çevrilə bilmir. Bu, ondan irəli gəlir ki,
müəyyən intellekt sahibi olmadan, dinin köklərini, istam eh-
kamlarını və mənəviyyatını, ümumiyyətlə, şərq zehniyyətini
və poetikasını, müəmma sənətini bilmədən dahi sənətkarın
bədii söz aləminə nüfuz etmək olduqca müşküldür. Dil işa-
rələrinin rəmzi mənalarına vaqif olmayanlar Aşıq Ələsgərə
məxsus ilham məhsullarını, leksikasını, poetik-üslubi fiqur-
ların bədii-fəlsəfi mahiyyətini çətinliklə qavraya bilər. Bu
amil ulu sənətkarın dünyagörüşü ilə bilavasitə bağlıdır. Mü-
təfəkkir şairin fəlsəfi poeziya dilinin qaynaqları haqqında
bütöv təsəvvür üçün onun sufizmlə bağlılığına nəzər salmaq
yetərlidir. Əvvəla, onu demək lazımdır ki, Aşıq Ələsgərin
özü şərqin poeziya nəhənglərinin adını çəkib onlara bələdli-
yini bildirmişdir.
Füzuli, Firdovsi, Hafiz, Nəsimi
Onlar da yazdığı ayə məndədir.
Yaxud:
Tutuldu dəstində gözəl nizamı
Füzuli, Firdovsi, gözəl Nizami
137
Təqdiri qüdrətin gözəl nizami
Dərdi mənə verdi, yara dərmanı və s.
Müəllim üzü görməyib əlifba öyrənməyən Aşıq
Ələsgər şərqin klassiklərini Göyçə aşıq məktəbində aldığı
“qulaq savadı” ilə mənimsəmiş yetişdiyi ədəbi mühitdən
onun ənənələrindən, qüdrətli ustadı Aşıq Alıdan öyrənmiş-
dir. Aşıq Alının aşağıdakı şeir nümunəsinə diqqət yetirək:
Birdi, bu aləm də nizam ikimi,
Nizam olmaz dünya nizamı kimi
Füzuli, Firdovsi, Nizami kimi
Alıyam, kaş yazam bu ayə mən də.
Aşıq Ələsgər yaradıcılığında tez-tez rast gəlinən
müdrik kəlamların, aforizmlərin bir çox məxəzlərinin məhz
sadalanan nəhəng simalardan qaynaqlanması da bu amillərlə
əlaqəlidir. Bircə nümunə:
Söz gövhərə döndü, şair-qəvvasa
Çətin ələ gəlir sözlərin xası (Nizami)
Gövhər olan dəryalarda dərində
Qəvvas çəkər onu ay üzə tək-tək (Aşıq Ələsgər)
“Allahın adı ilə”, “Peyğəmbərlərin meracı”, “Pənc
Ali-əba”, “İmamlar” kimi dini motivli şeirlərində, təsəvvüfi
dünyagörüşü ilə bağlı olan əsərlərində tez-tez sufilik sistem-
ində işlədilən terminləri, rəmzləri izləməklə Aşıq Ələsgər ir-
sindəki sufiliyin məğzinə nüfuz etmək olar. Təsəvvüf dünya
görüşünü dərindən mənimsəyərək yaradıcılığında ona geniş
yer verən Aşıq Ələsgər dini obrazlara, müqəddəslərə,
“Qurani-Kərim”dən gələn motivlərə müraciət edərkən
qədim dövr ədəbiyyatımızda, xüsusən Nəsimi, Füzuli və
138
Xətainin, Yunis Əmrənin və s. dilində də eyni işləkliyə
malik olan sözlərdən istifadə etmişdir.
İbtida “Əlifdən dərsim almışam,
Ələst aləmində demişəm “bəli” (8, 45)
“Bəli” – deyib yol-ərkana gəlmişəm,
Nəqş olub sinəmdə eşqin kitabı
Çeşmi-nübavvətə aşiq olmuşam
Bir cavaba verrən yüz min cavabı (8, 49)
“Ələst-aləmi” məşhur “bəzmi-ələst” rəvayətinə
işarədir və bu söz birləşməsi insanın dünyaya gəldiyi məka-
nı Tanrı dərgahı anlamındadır. Rəvəyətə görə, Ələst aləmin-
də Allahın “Mən sizin rəbbinizəmmi?” – sualına ruhlar
“Bəli” cavabını vermişlər. “Nübüvvəst” islamın 6 vacib əm-
əlindən biridir və Məhəmmədin (s.) və ondan əvvəl ki pey-
ğəmbərlərin peyğəmbərliyinin tanınmasıdır.
Ələstudən bəli dedim,
Nə xoş kəlamdı yükün
Bir gözəlin (Allah) aşiqiyəm
Vəsfi kəmaldı yüküm. (8, 204)
Birinci misra sufilik əqidəsində mərkəzi yer tutur. O,
Allah eşqinə əzəli sədaqət andı hesab olunur. Allah sevgisi
sufinin bütün ruhunu, könül dünyasını ehtiva edir. İlahi eşq
aşiqin könül dünyasının kamilliyini təmin edir. “Kamal –
Kamillik istəyi ilahi eşq aşiqinin ali niyyətidir. Onun inam-
ında batini ruhun kamilliyi vəhdət idealına – Allaha qovuş-
mağı şərtləndirir” (35). Sufi ədəbiyyatında aşiqlər mübtəla
olduqları eşqin təzadlarını yaşayır və bu motiv bədii sözdə
xüsusi vurğulanır.
Həm dərindi, həm dayazdı,
139
Həm acıdı, həm şirin
Zəhmətdə zəhri-həlahil
Ləzzətdə baldı yüküm (8, 204)
Eyni düşüncə tərzi Nəsiminin aşağıdakı mövqeyi ilə
üst-üstə düşür.
Məhəbbət möhkəm işdir, qafil olma,
Bu karı sanma kim, hər karə bənzər”
Əgər nış /bal/ istər isən nişə (arının iynəsi) qatlaş,
Ki, nuşu nişəsiz verməz bu zənbur (Nəsimi)
Sufi ədəbiyyatında müəyyən məcazi sözlər, perifras-
tik metaforalar vardır ki, onlar təsəvvüf dünyagörüşünün bu
və ya digər anlayışlarını ifadə edir. Həmin metaforalar ənə-
nəvi şəkildə eyni dünyagörüşlə bağlı söz sənətkarının hamı-
sının sənət dili üçün səciyyəvidir.
Bənəm ol eşq bəhrəsi, dənizlər heyran bana,
Dəryalar mənim qətrəmdir, zərrələr ümman bana
(Yunis Əmrə)
Könlümün gəmisin qərq edə gör eşq dənizinə
Kim bu dənizin bəhrini ümman bilir ancaq (Nəsimi)
Həqiqətdən dərs almışam
Təriqətdən söz qanan,
Şahı-mərdan sayəsində
Elm içində ümmanam.
Dəryaların qaydasıdır.
Ümmana baş endirir (8, 201)
“Elm içində ümmanam” – Allahın eşqi “elmini”
ifadə edir. Bu elmə qovuşan Allahın – dünya ruhunun –
140
ümmanın qətrəsini öz ruhunda daşıyır. Deməli, eyni
zamanda ümman daşıyır – qətrədə ümman yaşayır”. (35)
Bir fakta diqqət yetirmək yerinə düşər. Aşıq
Ələsgərin məşhur “Ay nədən oldu?” bağlaması uzun müddət
açılmamış qaldı. Səbəb onun sufilik ruhunu tuta bilməmək,
söz və tərkiblərin fəlsəfi-təsəvvüfi mahiyyətini, onun dini-
elmi əsaslarını dərk etməklə bilavasitə bağlı idi. Görkəmli
elm fədaisi Camal Mustafayevin həmin bağlamanın sufilik
ruhunu aşkarlayan fikir və mülahizələri olduqca maraqlıdır.
Onun əsas müddəalarına yığcam şəkildə nəzər yetirmək
məqsədəuydur.
Yerin, göyün, ərşin, kürsün, insanın
Künhü, bünövrəsi ay nədən oldu?
Yeri göydən, göyü yerdən kim seçdi?
Hikmətin dəryası ay nədən oldu?
Varlığın ilk səbəbi, sufizmə görə, Allah anlamına
gələn dünya ruhudur. “Dəryayi-mühit” termini ilə ifadə
olunan bu ruh dünyanın əsli sayılır. “Hikmətin dəryası” eyni
anlamdadır. “Yeri göydən, göyü yerdən kim seçdi?” sualı
“”Qurani – Kərim”in “Əl-Hac” və “Füssilat” surələrindən
əxs edilmişdir. Qaz halında olan göyün Allahın iradəsi ilə
yerdən ayrılmasına, kainatın nizama gətirilməsinə işarədir.
Yeddi qat göy nə növünən quruldu?
Neçə qəndil, neçə sütun vuruldu?
Sən kimsən, mən kiməm, kimdən soruldu?
Ustadlar ustadı ay nədən oldu?
Sual kainatın quruluşu haqqındadır. “Cin”, “Mülk”,
“Nəbə” surələrinə istinadən “yeddi qat göy” dəyərkən yeddi
planeti – Günəş, Ay, Mars, Venera, Saturn, Merkuri,
141
Yupiter nəzərdə tutulur. Onların səmadakı nizamı ilahi
hikmətin gerçəkliyi kimi təsdiqlənir. Yeddi qat göy bir
birinin üstündə qurulmuşdur, işığı bol olan günəş isə
qəndildir. Dörd təbii ünsür – od, su, torpaq və hava isə
“sütun” kimi dəyərləndirilmişdir. Sonuncu fikri Nəsimi belə
ifadə etmişdir.
Dörd dirəklə qaim olmuşdur bu şəhr,
Kim, anın içindədir afaqü dəhr (Nəsimi)
Bağlamanın aşağıdakı misraları isə yuxarıda qeyd
etdiyimiz “bəzmi-aləm” rəvayətindən, sufilikdə “Qurani-
Kərim”dən əxs edilən, ənənəvi anılan bir ayəyə işarədir
(“Ələstu Birəb- bikum-Qalu-Bəla” (“Mən sizin Rəbbiniz de-
yiləmmi? – Bəli!) ki, bunu da təsəvvüf əhli Allahla ruhların
qədimi vəhdəti andı kimi qiymətləndirir.
Nədən lövh yarandı, nədəndi qələm?
Neçə hüruf o məclisdə oldu cəm?
Aləmi-ərvahda qurulan aləm
Ayəsi, şəqqəsi ay nədən oldu?
Lövhə (lövh), sufilərin anlamına görə varlığın ruhu,
qələm isə Allahın əmridir ki, lövhədə “Kaf” və “nun” hərflə-
ri cəm olub “kon” (ərəbcə “ol” deməkdir) sözünü yaratmış-
dır. Qurana görə, dünyanı Allah “kon” sözü, əmri ilə yarat-
mışdır.
“Aləmi-ərvah” ruhlar aləmi deməkdir və bununla
göylər aləmi nəzərdə tutulur. Bununla təmizliyi ilə göylər
aləmi dörd ünsürlü yerin qarışıq təbiətinə qarşı qoyulur. Göy
üzündəki ulduzlar onun ayəsi, günəşlə ay isə onun şəqqəsi
(hissəsi) kimi məna kəsb edir.
Mənsurun toxmağı İsrafil suru,
142
Kəbənin Zəmzəmi, Musanın Turu.
Nitqimin quyəsi, didəmin nuru,
Sərimin sevdası ay nədən oldu?
“Toxmaq”, “pambıq atan” mənası verən “həllac”
sözünə işarə ilə “ənəbhəq” ifadəsini yayan və ilahi eşq
şəhidi kimi bütün təsəvvüfdə bir simvola çevrilən Mənsur
Həllac anılır. “İsrafil suru” mənəvi oyanış, özünü
dərketməyə çağırış kimi səslənir. “Nitqimin quyəsi
(gözəlliyi)”, “kon” (ol) ilahi əmri bildirir. “Didəmin nuru”
məcazi məna daşıyır. Burada ilahi eşqin nuru nəzərdə
tutulur. “Sərimin sevdası” Allah eşqi mənasında işlədilir.
Yazıq Ələsgərəm, intizarım var,
Alimsənsə, məni eylə Xəbərdar,
Elmi hardan tapdı cümlə aşıqlar?
Şeiri-müəmması ay nədən oldu?
“Elmi hardan tapdı cümlə aşıqlar?” misrası bəndin
məna yükünü daşıyır. Söhbət sufi görüşlü aşiqlərdən gedir.
Bunlar isə ruhlarda daşıdıqları Allah eşqini bir elm kimi
düşündürür. Bu yöndə Yunus Əmrənin bir kəlamını anlamaq
zəruridir.
Biz talibu elmləriz, eşq kitabın o qurur,
Cələb müdərris bizə eşq xud mədrəsəsidir.
Aşiqlərin eşq mədrəsəsi “Allah özüdür” (35)
“Şeiri-müəmması ay nədən oldu?” sualının cavabı
belədir: Sufilər mənanı rəmzlərlə ifadə edirlər və bu
səbəbdən də onların sözləri müəmmalı, məcazi olur.
“Üzünü torpağa sürtmək” sufizmdə Allah eşqi
qarşısında mütiliyin rəmzidir. Bu qaydanı sufi şairlərdə, o
143
cümlədən Aşıq Ələsgər şeirlərində xatırladan misralara rast
gəlmək olur.
Ələstu Birəbbikum Qulu-Bəladan
Mərdinə mövlasına nökər olmuşam
Sürtmüşəm üzümü xaki-payına
Elm tapıb sinə dəftər olmuşam (Aşıq Ələsgər)
Könül səcdə qılır dost mehrabında,
Yüzün yerə urub qılur minacat...
Yunus miskin, kəndözün, torpaq eylədi yüzün,
Məşuqəyə yaraşan bir nisginliyim vardır
(Yunus Əmrə)
Aşıq Ələsgəri klassiklərimizlə, onların dünya-
görüşləri ilə yaxınlığını müraciət etdiyi mövzularda, bədii
mətləblərin eyniliyində görürük. Sufilərdəki vəhdəti-vücud
Nəsimi, Xətai, Füzulidən Aşıq Ələsgərə qədər bütün
müəmmalarını, rəmzlərini təəssüm etdirilir. Bu baxımdan
“aşağıdakı misraların Fəxrəddin Səlim tərəfindən şərhi çox
maraqlıdır.
“Dürdanəni səngi-siyah içində
Həsrət gözüm görən kimi tanıdı...
Bu müəmmalı misraları isə Aşıq Ələsgərindir. Ona
görə müəmmalıdır ki, hələ bir nəfər alim, ya da sənətkar
filan cürət eləməyib, bəlkə də heç ağlının ucundan belə
keçməyib ki, sadə bir el aşığının dilindən çıxan bu cür
şeirlər haqda bir az düşünsün. Oxuyub keçməsin, ona özü
kimi, öz ağlı çərçivəsində baxmasın. Amma hanı bizdə o
mərifət?! Aşıq Ələsgər deyir ki, mən o gözəli – həmin o
qara daşın içindəki dürrü görən kimi tanıdım. Çünki bir
144
ömür idi ki, gözlərim ona həsrət idi. Diqqət edin, burada
tanınmaq deyə bir mətləb vardır. Onu harada görmüşdü?
Cavab birdir: Əlbəttə, Ələst aləmində! (15)
Dürr nə üçün məhz qara daşın (“səngi-siyah”)
içindədir? Bunun da rəmzi mənası var. “Sibgətullah”
(“Allahın rəngi”) ayəsində bu rəng Allaha təşbeh edilmişdir:
gecə kimi qara, sirr dolu zülmət (Qara bütün rəngləri özündə
birləşdirir). Xalq arasında məşhur “Qaradan artıq (gözəl)
rəng yoxdur” deyimi də bundan doğur”. Sufi təsəvvürünə
görə, qara hər şeyon sonu və yenidən başlanğıcıdır. Sufilərin
dilində bu rəng Allahı görüntələyən, Allahı təmsil edən
rəngdir. Qaranlıq Allahın təmsilidir, onun təsəllasıdır. Ələst
aləmində aşiq və Allah vəhdətdə idi. Hamısı tək bir Allah
idi. Dünyaya gəlməklə insan vəhdətdən qopur, ayrılığa
düçar olur. Anadan olan kimi insan ona görə ağlayır ki, o,
həmin ayrılığı dərk edir. Qeys kimi. Qeyd edək ki,
“Leyli”də ərəbcə gecə, qaranlıq deməkdir.
Xalq danışıq dili ilə fəal, çoxcəhətli və daxili təmas
Aşıq Ələsgər poeziyasının başlıca xüsusiyyətlərindən
biridir. Onun yaradıcılığının ən qüvvətli təyinedici məziy-
yətləri barədə düşünəndə ilk növbədə bu poeziyanın dil və
üslub keyfiyyətləri göz önünə gəlir. Sənətkarın geniş və
çoxaspektli maraq və fikirlər aləmi, qəlbində əks-səda tapan
duyumun miqyası münasib linqvistik materialların nizamlı
qəliblərində meydana çıxmışdır. Dil sənətkar üçün özünü-
ifadə forması olmaqla yanaşı, həm də obrazın xəyalımızda,
qəlbimizdə cilalanan, dolğunlaşan cizgilərinin reallaşdırılma
vasitəsidir. Onun sərrast səslənən misraları təsvir və
tərənnüm obyektinin real cizgilərini, lirik nəfəsini dolğun və
145
parlaq əks etdirməkdə birinci növbədə dil sənətkarlığına
borcludur. Qızğın şair qəlbi ilə duyulmuş obrazın duyğulu
cizgiləri, parlaq emosional vəsfi forma və intonasiya
çalarlarına görə fərqli və rəngarəng dil materialları ilə
canlandırılmışdır. Bu səbəbdəndir ki, Aşıq Ələsgər dilinin
kamilliyi və yetkinliyi bu dildə yaradılanları gələcək
nəsillərə çatdırmaq gücü, iqtidarı qazanır.
Maraqlı cəhət kimi xüsusi qeyd olunmalıdır ki, Aşıq
Ələsgərin kütləvi anlaşıqlılığı ilə diqqət çəksə də, qüdrətli
sənətkar çox zaman onu aşıq dili çərçivəsindən çıxarır,
klassik janrın leksikonu ilə zənginləşdirir. Alınma sözlər,
əcnəbi qrammatik quruluş elementləri də heca vəznini və
heca ahənginə uyğunlaşdırılır. Klassik ədəbiyyatımızdan
gələn söz və məcazları mütəhərrik hala gətirməyi bacarır.
Aşıq Ələsgər aşıq şeirinin elə nəhəng
nümayəndələrindəndir ki, onun yaradıcılığında, poetikasında
klassik dil tipologiyası da mühafizə olunur. Onun elə
misraları vardır ki, dili ədəbiyyatımızın Nəsimi, Füzuli,
Vaqif kimi korifeylərini xatırladır, lirik təhkiyənin klassik
normativliyini nümayiş etdirir. Məzmun – forma uyarlığı
baxımından misilsiz poetik nümunələrində yazılı
ədəbiyyatımızın ənənəvi dil – üslub elementləri göstərir ki,
bir sıra konkret məqamlarda söz işlətmə və sözdən istifadə
üsullarında Aşıq Ələsgərlə klassik poeziyamızın tanınmış
nümayəndələrini birləşdirən ümumi sənətkarlıq üsulları
mövcuddur.
Klassik sənətkarlığın bir sıra göstəriciləri, xüsusən
dil materialları ilə davranış mədəniyyəti, məcazlar sistemi,
obrazlar aləmi Aşıq Ələsgərin şeir dilində mükəmməl
146
şəkildə təkrarlanır və inkişaf etdirilir. Bir sıra bədii dil
diapozonunda, deyim və duyum miqyasında eyniləşmə,
yaxınlaşma əlamətləri həmçinin bədii ovqat ümumiliyi,
poetik əhvali-ruhiyyə şərikliyi ilə də müşaiyət olunur.
Aşıq Ələsgərin söz dünyasında aşıq şeiri üslubunu
klassik üslubla birləşdirən, müştərək linqvistik əlamətlər
kəsb etdirən dil faktlarının məntiqi görünür. Bir sıra
əsərlərində klassik nitq standartlarına uyğunluq, bu zəngin
məxəzlərdən əxs olunmuş şeir dili ünsürləri Aşıq Ələsgəri
həmin qüdrətli irsin layiqli varisi kimi də gözlərimizdə
ucaldır. Bu dil tiplologiyası ilə Nəsimi, Füzuli, S.Ə.Şirvani
səviyyəli klassiklərimizin dil sənətkarlığını davam və inkişaf
etdirən bədii söz cəngavəri kimi daha da siqlətli olur. Aşıq
Ələsgərin dili Füzulinin, S.Ə.Şirvaninin dilinə məxsus güclü
ifadə potensialına görə yaxındır. Onların üslubunda ifadə
oxşarlığı, düşüncə eyniliyi faktları mövcuddur və bu
mövcudluq özünü bütöv bir sistem daxilində göstərir.
Konkret bədii dil faktları təsdiq edir ki, Aşıq
Ələsgərin poetik lüğəti ilə yanaşı, bədii sintaksisi də milli
dil, canlı danışıq tipologiyasına malik olsa da, onun dilində
klassik üslubun bir sıra səciyyəvi əlamətləri özünü aydın
şəkildə nümayiş etdirir. Həm sintaktik – konstruktiv
baxımdan, həm də leksik dil materiallarına uyğunluq, nöq-
teyi-nəzərindən Aşıq Ələsgər klassik şairlərimizi, onların
əruz vəznində qələmə aldıqları şeir fraqmentlərini xatırladır.
Gülı-rüxsarına qarşu gözümdən qanlı axar su
Həbilüm, fəsli-güldür bu, axar sular bulanmazmı?
(Füzuli)
Ələsgər gözündən axar qanlı yaş
147
Adladı gül fəsli, gəldi növ bahar (Aşıq Ələsgər, 160)
Aşıq Ələsgər şeirinin dil materiallarına əsaslanaraq
belə bir qənaətə gəlmək olur ki, bu dil zəngin tarixi təcrübə-
nin nəticəsi olaraq yaranmışdır. Tarixən mövcud olan bir
sıra deyim üsulları, tərkiblər, klassik ədəbiyyatımızda təsbit
olunub sabitləşmiş deyim gəlibləri Aşıq Ələsgərin də dilində
yüksək üslubi sənətkarlıq faktı kimi diqqəti cəlb edir. Bu
linqvistik faktlar göstərir ki, Aşıq Ələsgər poetik təfəkkürü
və onun ifadə vasitələri qədim Azərbaycan, türk və ümumən
müsəlman-şərq mənbələrindən ustalıqla qidalanmışdır.
Əsrlər boyu Azərbaycan klassik ədəbiyyatında işlədilən söz
və ifadələr, obrazlar Aşıq Ələsgərin üslubunda da
dəyişmədən, lakin kontekstin ümumi mənzərəsinə xüsusi
estetik zövqlə uyğunlaşdırılmış şəkildə işlənmişdir. Bunu
Aşıq Ələsgərlə klassik şairlərimizin ifadə üsulu, leksikonu,
dil materiallarından istifadə mədəniyyətinin səviyyəsi
üzərindəki müşahidələr qabarıq şəkildə təzahür etdirir.
Nümunələrə nəzər yetirək:
Sərvərlik istər isən, üftadəlik şüar et
Kim, düşmədən əyağə çıxmadı başə badə (Füzuli)
Alçaqda otur ki, çıxasan başa (Aşıq Ələsgər)
Oyadar xəlqi əfğanım, qəra bəxtim oyanmazmı?
(Füzuli)
Pərişan xəlqi-aləm ahü əfğan etdigimdəndir
Pərişan olduğum xəlqi pərişan etdiyimdəndir
(Füzuli)
Ələsgərəm incimişəm yarımdan
Aləm yatmaz mənim ahü zarımdan (Aşıq Ələsgər)
Hər kimin var isə zatında şərarət küfrü
148
İstilahati-ülum ilə müsəlman olmaz.
Gər qara daşı qızıl qan ilə rəngin eləsən.
Təbə təğyir verib, ləli-Bədəxşan olmaz (Füzuli)
Sərraf yüz bəzəsə səngi-siyahı
Əsli mütəlladı, - ləl ola bilməz.
Məkəs fəğan eylər zənbur sövtilə
Künhü yox, fəmində bal ola bilməz (Aşıq Ələsgər)
Ey mələksima kim, səndən özgə heyrandır sana,
Həq bilir insan deməz, hər kim ki, insandır sana
(Füzuli)
Nə sənə bəşər deyilər,
Nə də ki, insan, Şapəri (Aşıq Ələsgər) (244)
Bəşərə bənzətmək olmaz
Göydə mələklər tayıdı (Aşıq Ələsgər) (228)
Əslin mələk, cismin huri, qılmandı
(Aşıq Ələsgər) (106)
Saxlamaq olmaz xaru xaşak ilə Ceygundur (Füzuli)
Eynim yaşı dönüb ceyhun nəhrinə
(Aşıq Ələsgər) (8,126)
Aşiyani mürği-dil zülfi-pərişanındadır,
Qanda olsam, ey pəri, könlüm sənin yanındadır
(Füzuli)
Mürği-ruhum getməz səndən irağa
Qonşun ollam, qəbul etsə sini sin
(Aşıq Ələsgər) (175)
Ələsgər, sər dil mürgünə sağər dən
(Aşıq Ələsgər) (8, 74)
Nə Kamandarsan, ey mah, kim atıb qəmzə oxun
Yıxdığın seyddə nə zəxm, nə peykan görünür (Füzuli)
149
Atdı müjgan oxun, keçdi sinəmdən
Cadu qəmzələri canıma düşdü (Aşıq Ələsgər) (8, 72)
Şirin canım müjganıma toxundu
Sən allah, öldürmə, yazığam məni
(Aşıq Ələsgər) (8, 177)
Klassik yazı dilinin normativ xüsusiyyətlərini
dərindən mənimsəmiş Aşıq Ələsgərin yaradıcılığında dil-
üslub modellərinin funksionallığı nə qədər güclü olsa da,
qoşma ilə yazılan əsərlərin dilində xalq dilinə yaxınlıq aşkar
hiss olunur. Aşıq Ələsgərin dilində bəzi izafət biçimləri
leksik vahidlər mühafizə olunsa da, sözlərin sıralanması
milli dilimizin qanunauyğunluqlarına tabe etdirilir. “Mürği-
dil” (könül quşu) əvəziə “dil mürğü”, “fəsli-gül” yerinə
sistemləşən dil materialı milli qrammatik biçimdə təzahür
edir. Möhkəm ənənəsi və zəmini olan izafətləri Aşıq
Ələsgər qoşma janrının üslubuna uyğunlaşdırır. Məsələn,
M.P.Vaqifin “Görmədim” müxəmməsində rast gəldiyimiz
“cifeyi-dünya” (dünya leşi) izafətini “dünya cifəsi” kimi
mətnə daxil etməsi fikrimizi təsdiqləyir:
Cifeyi dünyayədir hər ehtiyacü iştiyaq (M.P.Vaqif)
Zərrəcə gəlməz eynimə
Bu dünyanın cifəsi (8, 199)
Dünyanın cifəsi aldatdı məni (8, 111)
Dünya cisfəsinə sən aldanmısan (8, 154)
Dünya malına hərislik və buna ikrah hər iki müəllifin
bədii qayəsində əsas yer tutur.
Füzulinin leksikonu, ifadələri, obrazları mükəmməl
dil-üslub məktəbinin yaradıcısı olan Aşıq Ələsgərin şeir dili
üçün xarakterikdir. Onun dil gözəllikləri ümumxalq dilinin
150
dərin qatlarından gəldiyi kimi, üslubunda özünü büruzə
verən nitq aktları içərisində müəyyən izafətlər, leksik vahid-
lər, məcazlar, üslubi fiqurlar zəngin şərq poetikasından,
klassiklərimizin dil təcrübəsindən başlanğıc götürür. Heç də
təsadüfi deyil ki, bu cür yaradıcılıq faktorları Aşıq Ələsgər
dilinə klassik normativlik bəxş edir və bu amil böyük söz
ustadının dilindəki ərəb və fars mənşəli sözlərin mövqeyini
tam sarsıda bilməmişdir.
Aşıq Ələsgərin poetik sintaksisinin doğma normalar-
la uyğunluğu, sadəliyi və təbiiliyi çərçivəsində, ana dilinin
qrammatik quruluşu dairəsində elmi-fəlsəfi, həyati fikirləri,
real və canlı insan düşüncələrini klassik şeir üslubu
səviyyəsində çatdırması onun bütün şeirlərində özünü nü-
mayiş etdirir. Onun istənilən şeirini oxuyanda dərhal hiss
edirsən ki, bu əsər ədəbiyyat abidəsindən ilk öncə dil
abidəsidir və Füzuli səviyyəsində bir el sənətkarının
qələmindən çıxıb.
Milli dilin əsasları üzərində yüksələn hər bir qoşma,
gəraylı, təcnis, müxəmməs və s. milli təfəkkürümüzün ən
bariz göstəricisi kimi nəzərə çarpır. Xüsusi qeyd etməyə
ehtiyac duyulur ki, nəhəng ədəbi şəxsiyyətlərin dil varisi
olan Aşıq Ələsgərin öz dili də milli ədəbiyyatımızın,
xüsusən onun ən güclü qolu olan poeziyamızın keyfiyyət
göstəricilərindən biri olaraq müəyyənləşmiş və birmənalı
şəkildə təqdir olunmuşdur.
Aşıq Ələsgərin dili şeir dilinin klassik nümunəsidir.
Bu dil, ilk növbədə onun fəlsəfi-poetik məramının, ədəbi-
bədii təfəkkürünün dilidir. Onun əsas atributiv göstəricisi
Aşıq Ələsgərin təfəkkür tərzinə uyğunluğudur, sözün
151
obrazlılıq səviyyəsinin bədii mərama, yaradıcılıq idealına
mütənasibliyidir.
Aşıq Ələsgər sözünün ədəbiyaşarlığının əsas sirri
ondadır ki, o, sənət hadisəsinə çevrilmirsə, şeir nitqi faktı
kimi ortaya çıxmırsa mətnə daxil ola bilmir. Sözdə bədii-
estetik məqam elmi-fəlsəfi mündəricədən heç bir vaxt
təcriddə olmur. Bu vəhdət kontekstlə şərtlənir. Fikirlə ifadə
arasındakı bağlılıq şeirin məzmunundan və müəllifin təlqin-
edici mətləblərindən nəşət edir, aydın ifadə tərzi estetik fak-
tora çevrilir.
Aşıq Ələsgərin bədii nitqi həm də elmi-fəlsəfi
təfəkkür ifadəçisidir. Onun ürfan və təsəvvüflə, şəriət və
ehkamla bağlı poetik düşüncələri kütləvi anlaşılmayan ərəb
kəlmələrinin işləkliyini təmin etmiş və bunun arxasında
qüdrətli aşığın siqlətli təfəkkür fenomeni dayanır. “Aşıq
Ələsgər, Seyid Əzim və təsəvvüf” adlı məqaləsində
Fəxrəddin Səlim yazır: “Bizim gəldiyimiz qənaətə görə,
Aşıq Ələsgər dinin şairi olsaydı, çox güman ki, təpədən
dırnağa qədər mütəsəvvüf şair olardı”. Doğrudan da
təsəvvüf ideyası aşılayan elmi-fəlsəfi məzmunlu
şeirlərindəki sözlərin ifadə etdiyi anlayışları qavramaq
xüsusi hazırlıq tələb edir. Qurani – Kərimdən, Peyğəmbər
xanədanından, vəhdəti – vücudun mahiyyətindən, təsəvvüf
fəlsəfəsindən xəbərdar olmadan Aşıq Ələsgərin fəlsəfi dil
mühitini duymaq çətindir. Aşıq Ələsgərin təsəvvüf
dünyagörüşü ilə bağlı bədii dilini tədqiq etmək üçün islam
tarixinə və fəlsəfəsinə dərindən bələd olmaq lazımdır. Bu
baxımdan Aşıq Ələsgər ilə S.Ə.Şirvaninin fəlsəfi dili, kamil
152
düşüncəni mükəmməl formada ifadə şəriştəsi, bədii-məntiqi
ağırlıq dərəcəsi üst-üstə düşür.
Göstərir məscidi zahid ki, bu iman yoludur,
Bunu da bil ki, könül, meykədə ürfan yoludur,
Tut, könül, ali-Əli damənini, eyləmə qəm
Get bu yoldan ki, bu yol Buzərü Səlman yoludur
(S.Ə.Şirvani)
Xəstə könül sürün dost irahına
Islam sərdarına, din pənahına
Ələsgər, yön çevir, şahlar şahına,
Yapış ətəyindən şikayət eylə (Aşıq Ələsgər)
Vahid dünyagörüşün bir məqamını əks etdirən bu
şeir fraqmentlərində ürfani məqam qazanan Həzrət Əli
qüdrəti eyni bədii ifadə tərzində - xitab etmə üsulu ilə
canlandırmışdır. Lakin xalq şeiri üslubu, Aşıq Ələsgər
sintaksisinin xəlqiliyi kifayət qədər açıq-aşkar sezilir.
Bununla belə onun ifadə və obrazları dili, poetik leksikası-
nın məna siqləti, bədii-emosional istiqaməti baxımından
klassik şeir janrlarının dili ilə səsləşir. Klassik poeziyamızın
ənənəvi obraz və dil ənənələrinin Aşıq Ələsgər üslubunda
davamı, klassik şeir leksikonunun xalq şeiri janrlarında işlə-
dilməsi onun təfəkkür tərzindəki zənginliklərlə birbaşa bağ-
lıdır. Çünki klassik poeziya dilindəki spesifik söz və izafət-
lərin, obrazlar sisteminin Aşıq Ələsgər dilində geniş mənzə-
rəsi vardır. İfadə modellərindəki bənzərlik eyni sözün tək-
rarından yaranan bədii məntiq və emosional tutum da çox
zaman üst-üstə düşür. Üslubi fiqurlar arasını da yaxınlıq hiss
olunur.
Ey mələk sima kim, səndən özgə heyrandır sana
153
Həq bilir, insan deməz, hər kim ki insandır sana
(Füzuli)
Ölsəm Fərhad kimi Şirin yolunda
Adam sayar adam sayılan məni (Aşıq Ələsgər, 174)
Aşıq Ələsgər sənətində və dil sənətkarlığında
klassiklərimizin, xüsusilə Füzuli dilinin fəlsəfəliyi, folklor
nəfəsinin munisliyi vardır. Xalq ifadələri misralaşdıqca, adi
ünsiyyət vasitələri poetikləşdikcə Füzuli deyim tərzi daha
aydın sezilir, xəlqi ifadə formaları onun şeir sətirlərində
misilsiz bədii biçim alır. Onun bədii düşüncəsi üçün səciy-
yəvi olan hikmət və müdriklik sözün poetik incəliklərini
duymaq və sözün üslubi çalarından maksimum yararlanmaq
vərdişinə söykənir. Ən dərin məzmunlu mətləbləri, adi həyat
həqiqətləri şeir dilində elə məharətlə, elə sənətkarlıqla
deyilir ki, bu deyim keyfiyyəti aforizm siqləti qazanır,
məişətimizə, leksikonumuzə nüfuz edən aforizmlər kimi adi
linqvistik materialların ifadə siqlətində qeyri-adilik təəssür-
atları formalaşır. Sanballı semantikası, emosionallıq və bədii
düşüncə yükü ilə dinləyicini təəccübləndirir. Üslubi və
semantik baxımından zənginləşdirmə əməliyyatının bilava-
sitə nəticəsi olaraq müəllifin təlqin etdiyi fikir və duyğular
söz qəliblərinə çevrilir və bədii keyfiyyət halında dinləyici-
nin hisslərinə hopur.
154
GÖYÇƏ DİL MÜHİTİ VƏ BƏDİİ
DİL QAYNAQLARI
Aşıq Ələsgər şeirində canlı ünsiyyət dilinin təbiiliyi,
məişət leksikasının koloriti və sadəliyi əks olunur. Rəvan
ahəngi, emosional məzmunu, sehrli bədii məntiqi, məcazi
sözlərin orijinallığı, vəzn-ahəng çevikliyi onun bədii
nitqində estetik meyar həddinə çatır. Sözün bədii-estetik
kəsəri sənətkarın ulu babalarımızın bu mənəvi sərvətinə
xalqın müdrikliyi səviyyəsindən baxmağından irəli gəlir.
Dilin müəllifi olan xalqla konkret şeir nitqinin müəllifinin
ruhi yaxınlığı, bədii sözə eyni estetik ölçülərlə yanaşma tərzi
Aşıq Ələsgər poeziyasının siqlətinə stimul verir. Ana
dilimizin saflığı, şəffaflığı aşıq-şairin ləngərli misralarındakı
səslərin və sözlərin ruhi-metodik toplusundan ciddi bədii-
estetik təyinat alır. Səlis dil, aydın ifadə mədəniyyəti,
danışıq idiomlarının yaratdığı emosional təravət, xalq
danışıq qrammatikası əsasında bədii ünsiyyət, rəngarəng
biçimli məcazi söz birləşmələrin təravəti, çoşqun emosiya
daşıyıcısı frazeoloji dil materiallarının ifadə elastikliyi,
bütövlükdə alınma sözlərin də milli səslənişi və s. sənət
faktları Aşıq Ələsgərin dil-üslub özünəməxsusluğunun
bünövrəsində dayanır.
Canlı ünsiyyət və məişət leksikinin düzgün üslubi
səmtləşdirilməsi bədii amalı aydın bir məcraya yönəltmək
nümunəsidir. Aşıq Ələsgər poeziyasında ümumxalq danışıq
leksikası dərin poetik düşüncə panoramının əsas cizgilərini
yaradır, adi danışıq sözünün sanbalı artır. Onu milli zəminlə
bağlayan əsas amillərdən biri üslubundakı estetik meyarların
xəlqiliyidir. Qüdrətli sənətkarın dilinin milli bünövrəsində
155
kolorit etibarilə zəngin leksikon dayanır. Aşıq Ələsgərin
monumental bədii söz quruculuğunun bünövrəsində xalq
danışıq leksikasının poetik çalarları dayanır.
Aşıq Ələsgərin sadə və qüdrətli nitqi xalq
müdrikliyindən şirə çəkir. Sözə sənət və sənətkarlıq
prizmasından yanaşaraq o, adi – ünsiyyət sözlərinin seman-
tikasını çox asanlıqla dərin fəlsəfi məzmun siqlətinə keçirir.
Sözdən istifadə meyarı poetik situasiya daxilində özünü gös-
tərir, ifadə tərzinin poetik pafosdan asılılığı məzmuna uyğun
yeganə sözü tapmaq qabiliyyəti ilə tənzimlənir. Mündəricə
ilə maksimum dərəcədə əlaqələnən söz seçimi xalq dilinə
bələdlik dərəcəsinin göstəricisi, Aşıq Ələsgərin poetik
düşüncəsinin ilkin şərtidir.
Müxənnət, seyraqub, xaini-xəbis
Nə yaman qandırıb a yara məndən
Lənətullah, ləin, şeytani-iblis
Nə dedi, dost kəsdi, a ara məndən (8, 158)
Xeyir çəkməz ustad ilə dəyinən (8, 155)
“Qandırmaq”, “ara”, “dəyinmək” kimi sözlər
göstərir ki, Aşıq Ələsgərin lüğət özəyində yetişdiyi Göyçə
mühitində işlək olan xalq dilinin hər bir sunilikdən uzaq
koloritli ünsürləri dayanır. “Dəyinmək” münasibəti pozma
deməkdir, “ara” isə münasibət anlamındadır. Göyçədə
“arası yoxdur”, “arası dəyinib” kimi ifadələr işləkliyi,
anlaşıqlığı və koloriti ilə seçilir. Məhz bu cür sözlər Aşıq
Ələsgəri xalqın ruhuna sakin edir. Əgər “ara” və
“deyinməyin” əvəzinə “münasibət” və “münasibəti pozmaq”
sözləri işlənsəydi, şübhəsiz, şeir kitab dilindən fərqlənməz,
süni səciyyə daşıyardı. “Seyraqub” sözü də canlı danışıq
156
tələffüzünə uyğunlaşdırılmışdır. Fars dilində səg rəqib söz
birləşməsinin təhrif olunmuş formasıdır.
“Qandırmaq” münasibətləri pozmaq üçün iftira,
böhtan və yalan danışmaq mənasını bildirir. Bu söz həm
canlı ünsiyyətdə, həm də klassik aşıq poeziyasında işləkliyə
malikdir. Məsələn, Hər kəs məndən sənə yaman qandıra, Ya
əqrəb dişləsin, ya ilan Pərim (Aşıq Abbas Tufarqanlı)
Aşıq Ələsgərin dərin lirikası öz zərifliyini mükəm-
məl xalq dilindən alır, böyük sənət dili kimi heyrət doğurur,
danışıq sözlərinin hər biri melodiya elementinə çevrilir və
bədii-məntiqi ağırlığı ilə yadda qalır.
Dilin poetik qaynaqlarından fərdi yaradıcılıq
çalarları aşkarlayıb obrazlılığı maksimum həddə çatdırmaqla
da Aşıq Ələsgər sözün üslubi semantik təbiətini bütün
incəlikləri ilə açır. Söz sanki öz ilkinliyinə daha çox
bağlanıb xüsusi üslubi siqlətə yiyələnir. Sözün daxili
potensialı güclü üslubi-semantik şüalanma ilə təravətli
qatlarını göz önündə əyaniləşdirir. Söz müdrik ifadə
yaradıcılığında bütün üslubi şaxələri ilə qidalandırır. Bu
mənada Aşıq Ələsgərin dili sözlə yaşamağın, onu şeir dili
faktına çevirməyin, üslubu laylarına nüfuz etməyin, estetik
çalarlarını xüsusi həssaslıqla duyub şeir mətninə hopdur-
mağın ən bariz nümunəsidir. Məhz buna görə də ən müdrik
fikirlərin, kamil düşüncənin sadə ifadəsi üçün Aşıq Ələsgər
adi sözləri estetikləşdirir, xalq dilində vətəndaşlıq hüququ
olan hər bir leksik ünsür, şivə elementləri belə ardıcıl işlənir.
Gül olma dünya malına,
Qalacaqdı dünyada (8, 194)
Aldanma dünyanın bu fənasına
157
Gül olma gövhərli xəzanəsına (8, 50)
Söynalı başını qoydu yolunda
Hüseyn pəl vurdu, Həsən qoymadı (8 , 110)
Ələsgərəm, mən yetiyəm hər işə (8, 21)
Ələsgərəm, hər elmdən halıyam (8, 72)
Müasir dilimiz üçün bir qədər arxaik təsir bağışlayan
“gül olmaq” (bağlanmaq, meyl etmək), “pəl vurmaq” (işi
pozmaq, işin düzəlməsini əngəlləmək), “halıyam” (xəbər-
daram, məlumatlıyam), “yetiyəm” (işin içində olmaq, məlu-
matlı olmaq) sözlərinin Aşıq Ələsgərin nitqində işlənməsi
göstərir ki, onun şeir dilində bədii-estetik yüklü sözlər müəl-
lifin sənət dilinə, xalq zövqünə ehtiramından irəli gəlir. Söz-
dən istifadə sənətkarlığı dildən yararlanma bacarığının bütün
tərəflərini əyaniləşdirir.
Aşıq Ələsgərin dilində öz üslubi ləyaqəti, bədii-
estetik yönümü olmayan söz yoxdur. Bədii mətləb və
qayənin orijinal poetik təcəssümü kimi onlar elə üslubi
səviyyədədir ki, bütövlükdə əsərin ideyasının tələb etdiyi
mənanı tam ehtiva edir və onu əvəz edə biləcək başqa bir
sözün yoxluğu açıq-aydın görünür. Çünki Aşıq Ələsgər şeiri
poetik ovqatın incə dilidir. Şeirin səs tonu onun daxili-
mənəvi dünyasının mənalı hissələridir. Müdriklik onun
yalnız fikirlər aləmində yox, eyni zamanda ifadə vasitələri-
nin şeiriyyətindədir, dilindəki sözlərin əvəzedilməz-
liyindədir. O, hər şeydən əvvəl səslərin harmoniyasıdır və
estetik tamlıq söz seçiminin sərrastlığı ilə yaranır. Aşıq
Ələsgər sözünün gözəlliyi və mükəmməliyi ona müdaxilə
məqamlarında dərhal hiss etdirir. Bunun ən bariz
nümunəsini Əli Rza Xələflinin “Aşıq Ələsgərli düşüncələr,
158
yaxud “alalı” sözünün yaddaşındakı ağrısı” adlı olduqca
maraqlı yazısında bütün təfərrüatları ilə görürük.
Bahar fəsli, yaz ayları gələndə
Süsənli, sünbüllü, lalalı dağlar.
Yoxsulu, ərbabı, şahı, gədanı
Tutmaz bir-birindən alalı dağlar.
Ə.R.Xələfli bir fakta diqqət çəkir: 1999-cu ilə
qədərki bütün nəşrlərdə ulu sənətkarın yuxarıdakı şeir
fraqmentində “alalı” sözü “aralı” şəklində yazılmışdır.
Ələsgərin dil sənətkarlığını, onun ruhunu, poeziya dilinin
qızıl qanunlarını dərindən duyan müəllif məşhur “Dağlar”
qoşmasındakı mükəmməl qafiyə sistemində (lalalı, məlalı,
balalı, calalı, halalı, qalalı, nalalı) “aralı”nın yad görkəmi ilə
bağlı arqumentləri, sevimli müəllimi, görkəmli folklorşünas
M.Təhmasibə etdirdiyi “Aşıq Ələsgər kimi bir aşıq “alalı”
tələb olunan yerdə “aralı” yazmazdı. Bu, çox kobud
qüsurdur” (24). Bu yolda Ə.Xələflinin “mücadilə”ləri bizi
mütəəssir etdiyi qədər də razı salır. Belə bir faktı bir daha
təsdiqləyir ki, Aşıq Ələsgər kimi əlçatmazların şeirində tək
bircə səsin dəyişməsi də yamaq təəssüratı bağışlayır. (alalı-
aralı), Onun sənət səviyyəsinə zərər yetirir. Ələsgər şeiri
bədii məzmun ilə estetik formanın elə vəhdətidir ki, burada
şairin obrazlı təfəkkürünün siqlətli miqyas və tutumunu
özünü dərhal hiss etdirir. Yeri gəlmişkən qeyd edilməlidir
ki, Göyçə ləhcəsində “alalı” sözü “fərqli” anlamında indi də
işləkdir. “Təfriqə yaratmaq” mənasını ifadə edən “alacalıq
salmaq” frazeoloji vahidin tərkibindəki ilk söz də “alalı”
sözü ilə eyni kökdəndir.
159
Məhz bu cür üslubi incəliklər Aşıq Ələsgər poeziya-
sının dirilik suyudur, həyat vəsiqəsidir. “Zamanlar keçəcək,
dövranlar dəyişəcək, çox mənəm-mənəm deyənlərin dizi
yerə gələcək. Amma Aşıq Ələsgər qüdrəti əlçatmazlıq
zirvəsindən heç zaman enməyəcək. Aşıq Ələsgər fenomeni,
Aşıq Ələsgər möcüzəsi axıracan açılmasa da, Aşıq Ələsgər
hikməti zaman-zaman dərk olunacaq” (24)
Aşıq Ələsgər klassik aşıq şeirinin dilindən gələn
sözləri belə mütəhərrik hala salmaq üçün onları milli deyim
qəliblərində işlədərək xalq yaradıcılığının ruhuna uyğunlaş-
dırmışdır. Məsələn, fars dilindən alınmış “qubar”ın ilkin
mənası tozdur. Qurbanı onu və ondan yaranmış “qubar-
lanmaq” feilini həqiqi mənasında işlətmişdir: Dəstələ
züflərin yerə dəyməsin, Yollar qubarlanar toz dəyər sənə.
Sonralar bu söz qüssə, kədər mənası kəsb etmişdir. Aşıq
Abbas Tufarqanlı “Eyləsin” gəraylısında feilini “kədərlən-
mək” mənasında işlətmişdir:
Nə gözlərim səni görsün,
Nə könlüm qübar eyləsin.
Aşıq Ələsgər isə Qurbaninin işlətdiyi “qubarlanmaq”
modelini saxlasa da, Abbas Tufarqanlıdakı semantikanı
saxlamışdır:
Ataş alıb çox da yanma, Ələsgər,
Sənətindən heç usanma, Ələsgər,
Öz-özünə qübarlanma, Ələsgər,
Bu dünyanın Rüstəm-Zalı varıymış (8, 141)
Xəlqilik və sadəlik Aşıq Ələsgərin bədii dilinin
cövhərini təşkil edən poetik-üslubi atributlarındandır. Onun
bitib-tükənməyən yaradıcılıq çeşməsi min bir tellərlə xalqın
160
təfəkkürünə, mənəviyyatına və ruhuna güzgü tutan
şeirlərinin dilində əks-səda tapır. O, xalqla onun öz dili ilə,
xalqın zövqünə uyğun şəkildə, hər kəsin anlayacağı nitq
qəliblərində danışa bildiyi üçün sənət zirvəsinə yüksəlmiş,
ustad sənətkar şöhrətinə yiyələnmişdir. Onu xalqa sevdirən
məhz xalq dilinin çevik ifadə imkanlarından istifadə
bacarığı, onun fonetik, leksik-qrammatik potensiallarını
poetik düşüncənin əyaniləşdirilməsinə səfərbər etmək
qabiliyyətidir.
Aşıq Ələsgərin yazıb-yaratdığı Göyçə ədəbi mühiti,
bu mühitin onun mədəni-mənəvi inkişaf səviyyəsi, xalq
həyatının və məişətinin güzgüsü vəzifəsini yerinə yetirmə
dərəcəsi bədii dil göstəriciləri, poetik üslub gözəllikləri ilə
olduqca canlı formalarda aşkarlanır. Dilin bütün üslubi
layları xalq həyatının bütün palitrasını əks etdirmə prosesini
nizamlayıcı funksiyaya tabe etdirilir. Aşıq Ələsgərin yüksək
səviyyədə təmsil etdiyi klassik aşıq şeirinin dili maksimum
dərəcədə canlı danışıq-ünsiyyət dili ilə qovuşması misilsiz
estetik dəyərlərlə müşaiyət olunur. Onun bədii dilinin
ümumxalq danışıq dili elementləri ilə zənginliyi, əzəmət və
möhtəşəmliyi bütün səviyyələrdə göz önündə canlanır. Bu
dil xalqın bağrından qopub gələn hisslərin tərcümanı kimi,
təfəkkür tərzinin misilsiz ifadə vasitəsi kimi Aşıq Ələsgərin
misralarında daha əzəmətli görkəm alır və bu cəhət milli
sözlərin, xüsusilə Göyçə ləhcəsində işlək olan leksik-
semantik vahidlərin çox işlənməsini təmin edir.
Çoş edən dərya tək moc verir təbi
Məddahi-mövladı, budu səbəbi (8, 52)
Oğrun baxıb güldün yaşmaq altından
161
Bir od saldın din-imana, Gülpəri (8,91)
Əkmədik qardalı, darı
Başımıza gəldi oyun (8, 208)
Hər kəlmə Aşıq Ələsgərin dilində mükəmməl üslubi
mövqedə təzahür edir. Burada hər bir dil elementinin üslubi
məqsədi var, üslubi nəzarətdən kənarda heç bir linqvistik
vahidə rast gəlmək mümkün deyil. Adi danışıq ifadələri də
bədiilik səviyyəsindən enmir, bədii mühitin dil materialı,
Göyçə düşüncə və ifadə tərzinin yadigarı kimi bədii
emosionallığa xidmət edir. Elə arxaizm vardır ki, o,
yaratdığı yüksək tarixi koloritliyi ilə seçilir, dilin təkcə
keçmiş zamankı səviyyəsini yox, bu günkü düşüncə və
deyim tərzinə uyğunluğu ilə də təqdir olunur. “Qılmaq”
köməkçi feili bu gün ancaq “namaz qılmaq” mürəkkəb feilin
tərkibində fəal işləkliyə malikdir. Aşıq Ələsgərin dilində bu
sözün müxtəlif söz tərkiblərində kəmiyyət çoxluğu
diqqətdən yayınmır:
Tut orucun, qıl namazın (8, 194)
Bəy yoxsulla, bəhsə düşüb,
Həcv edir, tənə qılır (8, 193)
Sevda qıl haqq ilə, əl çək haramdan (8, 109)
Qılıbsan hüsnün şamına
Sən məni pərvana, Mələk (8, 235)
Torbakeşlər tənə qılır peşəngə (8, 68) və s.
Aşıq Ələsgərin dilindəki şivə sözlərinin məna dairəsi
dəyişməsə də, üslubi boya keyfiyyəti ciddi təbəddülatlara
uğrayır, bu prosesdə söz sənətkarının sözlə bağlı ana dilinin
imkanlarından istifadə münasibətinin təfərrüatları aşkarlanır.
İncəliklərinə qədər duyulub bədii niyyətin xidmətinə cəlb
162
edilən sözün üslubi-emosional məzmunca yeniləşməsi təmin
edilir. Söz birliyinin harmoniyası daxilində dialektizm
üslubi-emosional cəhətdən poetik mətnin dinamik ünsürünə
çevrilir. Bu, Aşıq Ələsgərin bədii üslubunda fasiləsiz
prosesdir və həmin davamlılıq sözün bədii həyatının mütə-
hərrikliyi, çevikliyi ilə müşaiyət olunur. Konkret nitq
şəraitinə müvafiq üslubi siqlətə yiyələnir. Şeirin obrazlı
materialı olma səlahiyyətinə yüksəlməklə dialektizm sənət
dilində xüsusi mənalılıq aşılayır. Sözlərlə fəal şəkildə
manevr etmə imkanı da çox vaxt dialektizm vasitəsi ilə
həyata keçirilir. İfadə nizamındakı mütəhərriklik şeirin
daxili hərarətinə intensivlik verir, məna çalarlarındakı
əvəzlənmələrlə poetik dilin qayda-qanunlarını əks etdirir.
Tovuz kimi cilvələnib
Qırımı tərlan kimidi (8, 222)
O gödək zalimü fasıq
Bir belə azar elədi (8, 241)
Səni də aldatdı dünyanın malı
Zəhər Qələndərin pencər payına (8, 290)
Şeir öz məzmununa uyğun gələn leksik materialı
qəbul edir, poeziya dilinə sızan bu cür sözlər ümumxalq
dilinin potensialında aşkarlanır, lirik-emosional notlarla
zənginləşir.
Aşıq Ələsgərin dili daha incə, daha həssas ifadə
məcrasında fəaliyyət və hərəkətdədir. Onun üslubunda
sözün yeni məna çalarlarını aşkarlamaq, onu öz üslubi sər-
vətinə çevirmək səyi hakimdir. Dilimizin poetik imkanları-
nın tükənməzliyi orijinal hissi-emosional kontekstdə açılır.
Yaradıcı və yeni olduğu üçündür ki, bu dil lakonik və
163
dolğun misralarda şeirlərin ideya-poetik məzmun təsirli
bədii notlar, poetik detal və ştrixlərlə təqdim olunur. Mənalı
və mündəricəli poetik üsullarla Aşıq Ələsgər yaşadığı
həyəcanları sözün yaddaşına həkk edə bilir. Bu söz obrazlı
qiyafədə hikmətli, mənalı və fəlsəfi fikirlər aşılayır. Dərin
məzmun, emosional başlanğıc bütün hallarda çılpaq və quru
mühakimə hisslərini üstələyir, dilin xalq təfəkkür və danışıq
tərzinə yaxınlığı Aşıq Ələsgər üslubunun, bədii keyfiyyəti-
nin əsas məzmununu təşkil edir. Təsvir obyektinin gizli və
sehrli məzmunu, poetik mahiyyəti məxsusi çalarlarla
təcəssüm etdirilir. Şeirin lirik strukturunda yeniliyi və
gözlənilməzliyi ilə seçilən söz və ifadələr dəyərli poeziya
sərvətinə çevrilə bilir, nadir, lirik özünüifadə forması səla-
hiyyətlərinə yiyələnir.
Tuf dağıdıb ordu pozan
Səf yaran sərdar balası (8, 212)
El yeridi yalqız qaldıq səhrada
Çək əstərin, çal çatığın çata-çat (8, 180)
Mədhin eşidən cahallar
Düşər sorağa, Gülxanım (8, 256)
Aşıq Ələsgər dili əslində üslubi-poetik, estetik,
məntiqi-fəlsəfi düşüncə sferasında sınağa çəkir. Ənənəvi
obraz və ifadə ştampları da yaradıcılıq prizmasında təzə
təravətli görünür və bütün bunlar öz mayasını xalq dilinin
potensialından əxs edir. Aşıq Ələsgərin şeir dilinin leksik
sisteminə daxil olan nitq ünsürü ağır üslubi çəkisi ilə çıxış
edir, poetik nitq əhatəsində bədii biçim alır, üslubi-məna
faktı kimi özünü təsdiq eidr. Dil potensialındakı semantik
imkanları aktuallaşdırmaqla Aşıq Ələsgər şeiri quru kitab
164
dilini, onun qapalı leksikonunu, bədii cəhətdən sönük və
düzgün məntiqi sxemlərini qəbul etmir. O, başdan-ayağa
canlı xalq nitqinin şeiriyyətidir. Məişət-ünsiyyət sözlərinin
bədii nitq-ifadə sistemində möhkəmlənməsində, parlaq
üslubi enerji ilə yüklənməsində Aşıq Ələsgərin misilsiz
xidmətləri vardır.
Gahdan qeyzə gələr, nahaq qan eylər,
Dinşəməz haramı, halalı dağlar (8,59)
Müxənnətlər daldasında
Gizləndi dünya malının (8, 217)
Yetəni özümə mən dost eylədim (8,85)
Aydın ifadə tərzi ilə ürəyə yol tapan misralarındakı
“dinşəmək”, “dalda” (himayə, indi ona “şapka”da deyirlər),
“yetən” (hər qələni) sözlərin üslubi zərifliyə, deyim
kamilliyinə və cəlbedici formaya xidməti aydın sezilir,
onların yaratdığı fikir aydınlığı estetik faktora çevrilir.
Güclü ənənə və dil zəmini üzərində yüksələn Aşıq Ələsgər
şeiri koloritli klassik poeziya ifadələri ilə əbədiyaşarlıq
qazanmışdır.
Aşıq Ələsgər adi danışıq elementlərini belə şeir
mətninə çitəməklə ona əlavə emosiya verir. Deyim tərzi
təbiiliyə yönəldilir və bədii dad yaradılır. Bu dil sadə olduğu
qədər də bədiidir, sənətkarın sənət potensialını aşkarlayan,
sözə qənaət etməklə fikrə maksimum genişlik vermək
qabiliyyətini nümayiş etdirən vasitədir.
Xalqın tükənməz poetik nəfəsindən, canlı dildən,
danışıq elementlərindən yaradıcılıqla bəhrələnməyin nəticə-
sidir ki, Aşıq Ələsgər şeirinin aydınlığı, obrazlı ifadə tərzi
xalq təfəkkürünə, onun folklor dilinə söykənir. Bu fakt bir
165
daha göstərir ki, canlı ünsiyyət deyimindən təcrid olunmuş
istənilən əsər, xüsusən də şeir canlı poetik nəfəsdən də
məhrum olur. Aşıq Ələsgərdə söz adi kommunikativ vasitə
deyil, söz fikrin sadəcə informasiya daşıyısıcı yox, poetik
qayə, estetik keyfiyyət qazanmış linqvistik vahidlərdir:
Tərlan qaynaqlıdı, aslan savaşdı,
İyidlərdə Nəbi hamıdan başdı (8, 134)
Dostlarım özümə yağı kəsildi (8, 98)
Gördüm gözəllərin xası seçilmiş (8, 132)
Özüm aşıq oldum, oğlum gülləçi (8, 109)
Bənna olsan, tərki axtar, him ara (8, 189)
Qarı düşman bir də gəlib dost olmaz (8, 189)
Vaxtın keçdi, xəttin çaldı, ə Ələsgər (8,188)
Sayılan qonağa xalı varıymış (8, 141)
Öynədə bir bayda doğrama yeyir (8, 300)
Axşamdan yıxılır, çeştədək yatır (8, 300) və s.
Qaynaqlı (güclü), baş (yaxşı), yağı (düşmən), xas
(saf, yaxşı), gülləçi (güllə atan), qarı (köhnə), çal (saçı
ağarmış), sayılan (hörmətli), öynə (nahar və vaxt mənasında
“Kitabi-Dədə Qorqudda “öylə” şəklindədir) və s. göstərir ki,
milli qaynaqlar Aşıq Ələsgər dilinin koloritini təşkil edir,
kütləvi anlaşıqlı şəklə salır. Bu, Aşıq Ələsgərin fitrətən sözü
duymaq qabiliyyətindən gəlir və bu həssaslıq şeir dilinin
gözəllik və zənginliyinə yönəldilir.
Poeziya tariximizdə böyük hadisə olan Aşıq Ələsgər
poetik əhval-ruhiyyə yeniliyi, bədii idrak üfüqlərinin
genişliyi, dünyaya baxış ənginliklərinin dərinliyi ilə yanaşı,
bədii dilinin vüsəti, təsir qüvvəsi ilə də yaradıcılıq zirvəsini
fəth etmişdir. Azərbaycan dili Aşıq Ələsgərin xoşbəxtliyi
166
olduğu kimi, Aşıq Ələsgər də Azərbaycan dilinin
xoşbəxtliyidir. Aşıq Ələsgər daha çox Azərbaycan dilinin
Aşıq Ələsgəridir.
167
ƏDƏBİ TƏLƏFFÜZÜN, ŞİVƏ
TRANSKRİPSİYASININ ESTETİK
MİQYASI VƏ LİRİK OVQAT
Aşıq Ələsgər poeziyasında dil, xalq danışıq, ünsiyyət
ünsürlərindən yaradıcılıqla faydalanma estetik keyfiyyət və
poetik mahiyyət kəsb edən prinsiplərdəndir. Onun böyük
şeir sənəti, professionallıq səviyyəsi və zənginliyi hər
şeydən əvvəl, dahi söz ustadının əsl şeiriyyətə, özünün
yaradıcılıq ideallarına sədaqətinin ifadəsidir. Sadəlik və
səmimiyyət, müdriklik Aşıq Ələsgər üslubunun ayrılmaz
keyfiyyətidir. Aşıq Ələsgərin dil mədəniyyəti onun
poeziyasının ümumi ruhundan, mündəricə və motivlərindən
ayrılmazdır, onun tərkib hissəsidir. Nəcib və müdrik
hisslərin, səmimiyyət və təbiiliyin ifadəsi olan bu dil daha
çox həm də ona görə yüksək məziyyətlidir ki, bu dilin
yaratdığı misralar olduqca sadə və adidir. Lakin bu
sadəlikdə misilsiz bədii həqiqətlər, bu adilikdə dərin poetik
səmimiyyət vardır. Bu dil lirik qavrayışın çoxcəhətliliyini,
lirik həyəcan və mühakimələri oxucuların mənəvi yaddaşına
asanlıqla həkk etmə qüdrətinə malikdir.
Aşıq Ələsgərin bədii üslubundakı novatorluq
məzmununda, təsvir-tərənnüm obyektində deyil, yenilik
daha çox mətnin bədii struktrunda, linqvistik tərtibində,
poetik ifadə vasitələrinin özündədir, canlı ünsiyyət dilinə
müəllif münasibətindədir. Aşıq Ələsgər yaradıcılığı dilimiz-
in tarixi izlərini, onun bütün səviyyələrdə başlıca bədii-üslu-
bi xüsusiyyətlərini tam əlvanlığı ilə nümayiş etdirir. Ona
görə də bu dil estetik məzmunlu, poetik mahiyyətlidir. Dil
168
faktlarına ədəbi tələffüzün transkripsiyası baxımından nə-
zərdən keçirməklə belə bir fikri birmənalı şəkildə təsdiqlə-
yirik ki, gerçəkliyin lirik keyfiyyətlərlə aşılanması, poetik
intonasiyanın ideya-bədii istiqaməti, onların bədii qayə ilə
bağlılığı xəlqi deyim qaydalarına söykənir. Aşıq Ələsgər ün-
siyyət dilinin koloritli forma və imkanlarını xəlqi ifadənin
daha mükəmməl üsullarını mənimsəyərək psixoloji təsvirin
yetkin vasitələrinə nail olmuşdur.
Ələsgərin nəfsi binadan toxdu,
Səxavətin yoxdu, sözlərin oxdu (8, 134)
Yar xəttiylə yazılıbdı a tarıx
Mehtər bivec, əstər kökdü, at arıx
Gözəllər fövcünə qürə atarıx
Baxtım kora, şilə, a lala çıxar (8, 168)
Dilin üslubi laylarına fəal yanaşma Aşıq Ələsgərin
dilində təsadüfdən-təsadüfə yox, sistem halında ardıcıl
işlənməsi göstərir ki, bu, bədii şəraitin tələblərini ödəmək
istəyinin ifadəsidir. Müəyyən poetik situasiyada müəllif
bədii mətləbin parlaq ifadəsi üçün canlı xalq danışıq dilinə
arxalanır. Təsvir-tərənnüm predmeti sözün üslubi rəngində
öz real təzahürünü tapır, dilə yatımlılıq qazanır. Canlı nitq
elementlərinin üslubi-semantik çəkisi oxucu və dinləyici ilə
bədii-estetik ünsiyyətin qurulmasına, lirik ovqatın
güclənməsinə yönəldilir. Belə sözlər Aşıq Ələsgərin
bənzərsiz poetik ovqatına ifadə təravəti gətirir, xalq ruhunu,
xalq nəfəsini əlavə edir.
Aşıq Ələsgər şeirlərində şivə tələffüzünün
transkripsiyası poetik mətnin təşkilində mühüm amildir və
onların estetik zəmində işlədilməsi poetik-üslubi meyarlara
169
uyğundur. Buna görə də söz daxilində bir və ya bir neçə
səsin düşməsi poetik kateqoriya səviyyəsində başa düşülmə-
lidir. Dilçilikdə sinkopa adlanan bu linqvistik hadisə Aşıq
Ələsgərdə mətnə kamillik vermə istəyindən doğur, estetik
zərurətdən qaynaqlanır, inikasetdirmə ustalığını, fikri
maksimum dərəcədə sərbəst və təbii əks etdirmə məharətini
təcəssüm etdirir:
Hərcayıyla aşna olma
Namərdə bel bağlama (8, 197)
Pərzad məlakədi, Göyhər bir xanım,
Görən kimi getdi dinim, imanım (8, 87)
“Qardaş” deyib, dindirir hər adamı,
“hörmətləri, mərfətləri yaxşıdı
Eşq oduna düşən aşkara yanmaz
Pünhan-pünhan mənim kimi saralı (8, 97)
Sızıldar həmişə, şan şəkər arı
Gövhəri axtarıb tapar xirdarı (8, 91)
Aşıq Ələsgər şeiri Göyçə ləhcəsinin ədəbi-bədii
etalonudur. Bu dilin bədii ifadə zənginliyi bir sənət örnəyi
olaraq bənzərsiz dəst-xəttin özülüdür. Həmin dəst-xətt Aşıq
Ələsgərin poetik şəxsiyyətini səciyyələndirən keyfiyyət
həddidir. Onun üslubunda qaynayıb-qarışan xüsusi aksent-
lər, misilsiz estetik tonlar sənət amili kimi bütövləşir. Onun
orijinal poetik istedadı adi danışıq sözlərini belə ayrıca
rəngə çevirir, sözdən obraza keçid bədii yaradıcılıq məntiqi-
nin tələblərindən törəyir, sənətkarlıq qanunauyğunluqlarının
dialektikasından doğur. Aşıq Ələsgər poeziyasının emosio-
nal-obrazlı nüfuz ediciliyi, ahəngi, ritmi, qafiyə-heca sistemi
öz mənbəyini xalq dilinin bədii hazırcavablılığından götür-
170
ür. Onun şeir dili obrazlı siqlətlə silahlanmaqla, fikir və duy-
ğu yaratma vasitələri ilə təchiz olunmaqla bədii məntiqin
poetik nitq gözəlliyi ilə qovuşmasına təməl qoyur. Canlı ün-
siyyət dilindən Aşıq Ələsgər şeiri poetik imkanlar mənimsə-
yərək bu bünövrədə bədii nitqin daxili struktur zənginliyinə
nail olmuş mətnin emosiya tutumuna güc-qüvvət bəxş
etmişdir.
Klassik şərq ədəbiyyatında geniş şəkildə istifadə
olunan müxəffəfdən istifadə Aşıq Ələsgərin dil sənətkar-
lığında, dilə yaradıcı yanaşma vərdişlərində mühüm faktor-
dur. İxtisar olunmuş, yüngülləşdirilmiş sözlərdən yararlan-
ma ona görə yadda qalandır ki, onlar təravətliyi ilə seçilir.
Sözdən məqsədyönlü faydalanma fəhmi, vəzn, qafiyə və
ritm tələblərinə uyarlığı özünü açıq-aşkar hiss etdirir. Hiss
olunur ki, sözün bu cür bədii həyatı poetik situasiyadan irəli
gəlir, şivə tələffüzünün transkripsiyası bədii sözün taleyidir,
poetik dil faktıdır.
Eşq əhliyəm, dərd çəkməkdən üzülləm,
Nəsildən nəsibsən, əslini billəm,
Bir saat camalın görməsən ölləm
Görsəm də yanaram nara, Bəyistan (8, 51)
Hay verrəm, qıy vurram eyləməz şikar
Tərlan bəxtim sara döndü, nə döndü (8, 67)
Şivə tələffüzünün transkripsiyası və onun oyatdığı
poetik təəssürat Göyçə ləhcəsinin bəkarətindən mayalanır.
Poetik aydınlıq canlı danışıq elementlərindən pərvəriş tapır.
Şivə ünsürlərinin düzgün səmtləşdirilməsi poetik düşüncə
panoramının əsas cizgilərini yaradır, geniş diapozonlu
171
semantik-üslubi sahələrin effektliliyinə, sanbalına səbəb
olur.
Anaptiksisdə, yəni tələffüzü asanlaşdırmaq məqsədi
ilə iki samit arasına sait səsin əlavə edilməsi hadisəsində
olduğu kimi, semantik kondensasiya da şeir dilinin zahiri
cəhətlərinə aludəçilikdən daha çox daxili məzmununda
üslubi zənginliyə xidmət göstərir. Semantik kondensiya
anlayışı yığcamlaşma, ixtisar və əlavə etmə hadisələrini
əhatə edir. Eyni məna qalmaqla sözdə morfemlərin
miqdarca azalması söz birləşməsinin ixtisar olunub bir sözə
keçməsi və s. fikri mükəmməl bədii formalarla əks etdirmə
prinsipinə söykənir.
Sədət gətdi sini içində si nanı
Dildə qaldı nə ləzzəti, nə dadı (8, 181)
Necə zinət verib eyvan, otağa
Ətri qoxur Bağdat baharı kimi (8, 94)
Sağda-solda səf-səf yerir mələklər,
“yahu”, “yahu” – deyir qulu qabada (8, 102)
Oxuram “İnna fətəhna”
Mətləb allam yuxuda (8, 201)
Aşıq Ələsgərin şeirlərində mündəricə ilə dilin
estetik səciyyəsi arasında haçalanmadan söhbət gedə bilməz.
Bütün dil faktları, ritorik pafos inikas hüdudlarının imkanla-
rını yüksəltməyə xidmət edir. Dil faktlarının məzmuna mü-
vafiqliyi sözlə poetik möcüzə yaradıcılığının açarıdır. Aşıq
Ələsgər istedadının orijinallığı da məhz dilin estetik qaynaq-
larını poetik məzmunun şərhinə düzgün istiqamətindədir.
Aşıq Ələsgərin şeirlərində formanın bütün ünsürləri
bədii qayənin açarı qədər önəmlidir. Məzmunla daxili bağlı-
172
lıq mətinin poetik təşəkkülündə aparıcı amildir. Onun bütün
janrlarda yazdığı əsərlərinin cövhəri, pafosu bədii forma ka-
milliyində təzahür edir. Həqiqi poeziya nümunələrinin bütün
daxili gücü, estetik enerjisinin potensialının aşkarlanmasın-
da dil faktları xüsusi fəallıqla çıxış edir. Yetkin professio-
nallıq nümunələri kimi Aşıq Ələsgərin şeirləri poetik
qanunların, poetika tələblərinin nəzarəti altında pərvəriş
tapır. Lirik qəhrəmanların fikir və emosiyaları canlı təsvir
vasitələri ilə xüsusi poetik nyuanslar qazanır. Xüsusi poetik
səslənmə və bədii hərarət kəsb etməklə dil naxışları estetik
məziyyət və sanbala yiyələnir. Ritmik qəliblər və intonasiya
çalarları şeirin ümumi ovqatının gücləndirilməsinə
yönəldilir, şeir dilinin bitkinlik və mükəmməlliyini təmin
edir.
Simmetrik ölçü və harmoniya, ritmik misra və bənd
quruluşu söz sənətkarının təkrarsız poetik səsinin rəhnidir,
estetik təəssürat və bədii fikir dinamikasının təkanverici
qüvvəsidir. Aşıq Ələsgərin dilində hər bir linqvistik vahid
eyni zamanda ritm və intonasiya vahididir. Bu, zahiri
səciyyə daşımır, onun təməlində bədii düşüncə üçün xarak-
terik olan psixoloji-drammatik çalarlara güclü meyl dayanır.
Dil vahidlərinin qarşılıqlı və məqsədyönlü fəaliyyəti
estetik bütövlüyə yönəldilir. Misraların axıcılığının,
qafiyələrin zənginliyinin təminatçısı olaraq fonetik hadisələr
şeirin strukturunda mükəmməllik əlamətlərinə çevrilirlər.
Buna görə də orfoqrafik normalara müdaxilə estetik
təsəvvürlərə kölgə sala bilmir. Məsələn, “r” sonoru ilə
başlanan sözlərdəki səsartımı şeir dilinin ilkinliyini və
173
cazibəli məziyyətlərini nümayiş etdirir. Proteza hadisəsi
estetik funksiyası ilə daha təbii görünür.
Pasibanı oldum dost irahının
Soruşdum, öyrəndim yar salamatdı (8, 129)
Barillahım, irəhm eylə
Pozulmasın bu cəlalı (8, 230)
Uruhum, cismanım, nəbzim, həyatım,
Zinətim, zivərim, adım, isbatım (8, 58)
Qədd əyilib, gül irəngim saralıb
Xəzan dəymiş gülüstana dönübdü (8, 69)
Bərhəm olsun təqdir, pozulsun yazı,
Bu qurğuya heç kim olmaz irazı (8, 199) və s.
Müşahidələr göstərir ki, sait səs artımı avazlanmaya,
səs tonlarının müəyyən sistemdə sait-samit növbələnmələri
ilə yaradılan melodiyaya xidmət edir. Mətnin lirik incəliyi
sait səs artırılmasından asılı olur. Nümunələrdən də
göründüyü kimi, “r” sonoru ilə başlanan sözdən əvvəlki
kəlmələr samitlə bitdiyi üçün rəvanlıq naminə, vəzn
nizamına görə sait artırmaq zərurət yaranmışdır. Əks
təqdirdə buna ehtiyac yaranmazdı. Aşağıdakı nümunə də
olduğu kimi:
Unutmuşam doğru rahı
Din-imandan keçmişəm (8, 199)
Aşıq Ələsgərin dilində müşahidə olunan şivə
tələffüzünün transkripsiyası daha çox qafiyə mövqeyində
işlənib zəngin qafiyə yaradıcılıq naminə fəallaşır. Bəhanə,
lalə, nərə, atəş, çarə kimi alınmalar müvafiq olaraq bahana,
lala, nara, ataş, çara fonetik cildində işlənərək şeirin poetik
struktur kamilliyi naminə linqvistik əhatəyə uyğunlaşır, şeiri
174
canlı ünsiyyət dilinə yaxınlaşdırır. Onların bədiilik sirləri
Aşıq Ələsgərin söz işlətmə ustalığının özünəməxsusluğu
fonunda meydana çıxır.
Tifil tək qoynunda nara aşiqəm,
Mürği-səməndərəm nara aşiqəm,
Çəkərəm sübhətək nara aşiqəm,
Tərlan ovlağında sarı görəndə (8, 173)
Məhəbbət odundan təam yeyirəm
Eşqin ataşına heç olmaz çara (8, 74)
Xoş saatda xoş gəlibdi cahana
Yoxdu gözəlliyə qüsür, bahana
Qənd əzilib dilə, dişə, dahana
Qaymaq dodaqlara bal bələnibdi (8, 86)
Bahar fəsli, yaz ayları gələndə
Süsənli, sünbüllü, lalalı dağlar (8, 59)
Aşıq Ələsgərin misralarında fonoloji ifadə
vasitələrinin mürəkkəb sintezi, fonosemantik vahidlərin
yaratdığı səs obrazları, poetik məna ilə səslənmə
gözəlliyinin estetik bütövlüyü ədəbi tələffüzün
transkripsiyasında üslubi imkanlarını aşkarlayır. Ritmik
qəlibləri özündə ehtiva edən ölçü və harmoniyaların
nizamlanması da orfoepik normalara uyğun deyim üçün
təməl rolunu oynayır:
Gülləynən öldürmə, dara çək məni
Dil deyir: güllədən dar salamatdı (8, 192)
Ələsgər kövsərdən badə içəndə
Gəşt eyləyib mərd iyidi seçəndə
Güzəran xoş olub, gün xoş keçəndə
Ağ otaqdan tövləxana yaxşıdı (8, 144)
175
Forma elementi kimi ədəbi tələffüz və şivə
transkripsiyasının şeirin bədii strukturundakı mövqeyi linq-
vistik vasitələrin sinkretik halda birləşməsinin tələblərindən
qaynaqlanır və sözün potensial mənadan əlavə məzmun im-
kanlarına yol açır. Qafiyə mövqeyindəki söz və söz birləş-
mələrinin səs oyunu səviyyəsində iştirakı ritm və intonasiya
faktları kimi qiymətli üslubi fiqurlardır. Şeir arxitektonikası-
nın, tələffüzdəki elastiklik və mütəhərrikliyin təminatçısıdır.
Onların ritmik tələffüzü, məzmunlaşana intonasiyası şeirin
bədii möhürünə çevrilir, mətni elastik keyfiyyətlərlə
yükləyir, misraların semantikasına xüsusi üslubi siqlət ver-
ərək fikir bitkinliyini forma kamilliyinə qovuşdurur. Aşıq
Ələsgərin şeirlərində dilin fonetik, leksik-qrammatik yarus-
larında formalaşan tələffüz transkripsiyaları olduqca oynaq
və dinamik olduğu üçün fonoqrammatik hadisə, ritmik şeir
vahidləri kimi çıxış edirlər:
Qəlbi düz olanın evi hac olu,
Qonşuya kəc baxan özü ac olu,
İki arvadlılıq mardan ac olu,
Bez geydirsən bir canana yaxşıdı (8, 144)
Novruzda bahara deyərlər “bəli”
Gah kamala yetər, gah olar dəli
Gün vuranda quzeylərdən sel gəli,
Guzey istər zimistana can desin (8, 55)
Aşıq Ələsgərin dilindəki struktur-forma komponent-
ləri funksional-məzmun komponenti ilə vəhdət keyfiyyət
həddindədir. Arxaikləşmiş, lakin dialektlərimizdə müşahidə
olunan leksik-qrammatik vahidlər, tarixən işləkliyi ilə seçil-
176
ən şəkilçi morfemlər burada poetik yetkinliyə yol açır. Ar-
xaik ünsürlərin mütəhərrikliyə meyli poetik təsvir sistemin-
də yeni bədii həyat kəsb edir.
Orxon – Yenisey abidələrindən başlamış XIX əsrə
qədər intensiv işləkliyi ilə seçilən bir sıra morfoloji əlamət-
lər Aşıq Ələsgərin bədii nitqində fəaldır. Onlar kommunika-
tiv ünsiyyət məqsədindən daha çox üslubi məqsəd izləyir.
Bədii təfəkkürünün sanbalı arxaikləşən bəzi morfemlərin sə-
nətkarlıqla işlədilməsində də təzahür edir. Müasir ədəbi
dilimizdə arxaikləşmiş ünsürlərin işləkliyi göstərir ki, Aşıq
Ələsgərin dilində dilimizin leksik-semantik və qrammatik
inkişaf tarixi ilə bağlanmayan heç bir detal yoxdur. Məsələn,
Ələsgər görcəyin candan usanıb,
Camalından şəmsü qəmər utanıb (8, 83)
Endiribən məclisimə gəlmirsən
Yoxsa taxtın Süleymana dönübdü (8, 69)
Nə xeyrimə, nə şərimə qarışma,
Qarışsan, çıx, yeri dar eyləməynən (8, 75)
Vallah, sənin kimi vəfalı yarı
Dəyişməm sultana, xana, Gülpəri (8, 91)
Ələsgərin az ömrünü üz, Gilə,
Sona sənsən, dəryalarda üzgilə (8, 160)
-cəyin, -ibən feili bağlama, -ginən, -gilən II şəxs
əmr, -məm qeyri-qəti gələcək zamanın inkarını bildirən
şəkilçilərin işləkliyi göstərir ki, arxaik morfemlərin müxtəlif
biçimləri keçmiş qrammatik mənalarından təcrid olunma-
dan, bədii mətnə daxil edilmiş, həm canlı ünsiyyət dili, həm
də qədimlik ünsürləri kimi öz öz üslubi-ritmik keyfiyyətləri
maraq doğurmuşdur. Onların səlisliyi sözlərin dəqiqliyində,
177
söz seçiminin sərrastlığında, ritm-qafiyə yaradıcılığındakı
fəallığında özünü büruzə verir, bədii mətləbi dürüst ifadə
edir. Morfemlərin bu cür üslubi xidməti eyni zamanda Aşıq
Ələsgərin dilinin morfoloji əlamətlərində tarixilik, dilin qə-
dim köklərinə bağlılıq məziyyətlərini təqdim edir. Məntiqi
və emosional vəhdətin nizamı, mətnin sözləri ilə ölçülü-biçi-
li əlaqəsi morfemlərin heyranedici üslubi funksiyasında əks
olunur.
Müəyyən dil vahidlərinin ilkinliyini üslubi tələblərə
görə hifs etmək onu şeir texnikası ilə misralaşdırmaq
prinsipindən irəli gəlir. Aşıq Ələsgərin üslubi nəzarətindən
kənarda heç bir dil elementi olmadığına görə Aşıq Ələsgərin
bütün yaradıcılığı möhtəşəm bədii dil hadisəsi kimi qəbul
olunur. Orxon-Yenisey abidələrindən üzü bəri üçüncü,
şəxsin təki və işarə əvəzliyi kimi işlənən “ol” sözü yeri
gəldikcə şeir nitqinə daxil etməklə öz nəhəng sələflərinin
platformasında dayanır. Xalq dilinin tarixi dərinliklərinə
endikcə Aşıq Ələsgər sözlə möcüzə yaratmaq səviyyəsini
yüksəldir.
Fanidən köçmək lazım
Ol üqbaya dalbadal (8, 193)
Alıb təpə-dırnaq yara canımı
Bilmirəm dərmanım ay ana, ana (8, 157)
“Ol üqbaya” birləşməsində “l” samiti şeirin
musiqisinə, səsin şeiriyyətinə rəvac verir, melodiya misranın
ahənginə uyğunlaşan bu səsin daxilindən süzülüb gəlir, bu
sonor “dalbadal” sözündə təkrarlanan “l” səsləri ilə
alliterasiya doğuraraq musiqi potensialına güc verir,
misranın ritmik avazında, melodik strukturunda, daxili
178
dinamikasında həlledici amilə çevrilir. “O”nun yox, məhz
arxaik “ol”un mətnə düşməsi dilin şeiriyyətini ürəkdən,
bütün varlığı ilə duymaqdan, səsin poeziyası ilə nəfəs
almaqdan irəli gəlir.
Məşhur “Ay ana, ana” təcnisində “ay ana, ana”
(valideyn), “a yana-yana” (alovlana-alovlana), “a yana,
yana” (yan tərəfə) qafiyələri içərisində yuxarıdakı
nümunədəki “ay ana, ana” (ay ona, ona) qafiyəsi uydurma,
dilin qanunlarına müdaxilə təəssüratı bağışlaya bilər. Ancaq
dil tarixindən məlumdur ki, “ol” şəxs əvəzliyi hallanarkən
adlıq haldan başqa bütün hallarda “o” səsi “a” səsinə keçir.
Bunu dil tarixçiləri, peşəkar filoloqlar bilir. Savadı
ədəbiyyatşünaslıqda, ələsgərşünaslıqda mübahisə mövzusu
olan ulu sənətkarın cinas qafiyə yaradıcılığında tarixi dil
faktlarına nüfuzu heyrət doğurmaya bilmir. Qavrayış tezliyi,
obraz aydınlığı, bu cür dil vahidlərini söz yaradıcılığı
səviyyəsində anlamağa və xüsusi dəyər verməyə imkan
yaradır.
Aşağıdakı nümunələrdə “belə” yox, “böylə”
işlədilməsi də eyni amillərlə bağlıdır. Dilin melodik qaynaq-
larına xüsusi vüsət və sanbal vermək istedadı söz ustadını
dilin tarixi özəyinə üz tutmağa vadar edir:
Gəlməyib bu dünyaya
Yəqin bilin böylə sənəm (8, 247)
Hər yanı axtarmışam
Yaranmayıb böylə afat (8, 215)
Üslubi şərait ədəbi tələffüz və şivə transkripsiyasını
şərtləndirir, sözlərin poetik ovqat və məqamlarına
müəyyənlik verir. Söz bədii qayənin daxili məntiqinə uyğun
179
köklənir. Səs düşümü və ya artımı, şivə transkripsiyası, səs-
lərin harmonik düzülüşü ilə müşaiyət olunur. Ədəbi dil nor-
malarından şüurlu yayınma halları da Aşıq Ələsgər şeirinin
sağlam rüşeyimini təşkil edir:
Soynalı başım qoydu yolunda
Hüseyn pəl vurdu, Həsən qoymadı (8, 110)
İlk misrada “Hüseynalı” olsaydı hecanın sayı 11-i
keçərdi, ikinci sətirdə “Hüseyin” tələffüzü hecanın
miqdarını 11-ə çatdırır. Fonetik hadisələrin yaratdığı
ecazkarlıq şeir dilinin qızıl qanunlarından doğur. Aşağıdakı
nümunədə eyni sözün iki şəkildə deyilişi və yazılışı da
həmin qanuna tabedir.
Nəfs ilə mərifət durub cihada
Mərfət deyir: Belə kar eyləməynən (8, 72)
Burada başqa bir amil də vardır. Təsvir obyektini
dəqiq və sərrast vermə təşəbbüsündə mövzu da vacib
məsələdir. Məhz buna görə də Aşıq Ələsgər “Pənc ali-əba”,
“İmamlar” adlı şeirlərində imamın adını olduğu kimi –
“Hüseyn” – deyə təqdim edirsə, məişət mövzulu “Eləyib”
müxəmməsində Göyçə ləhcəsinin transkripsiyasını əsas
götürür.
Kalvayı Söyün baxıb gördü,
Şoru çıxıb şorcalının (8, 217)
Deməli, belə təbəddülatların baş verməsi – eyni
sözün fonetik qiyafəsinin dəyişməsi üçün meyar və ölçü
göstəricisi həm də poetik məzmundur. Çünki hər bir leksik
vahidin cildi də böyük sənətkarlar üçün poetik ovqat və təsir
vasitəsidir. Deməli, bu cür dil vahidləri bədii və estetik tə-
fəkkürün təsəssüm etdirmə funksiyasının vacib aspektlərini
180
aşkarlayır, bədii mətnə professional poeziya səviyyəsi qaz-
andırmaq üçün vacib dil materiallarına çevrilir, ifadə elastik-
liyi və ekspressiya doğurur. Aşıq Ələsgərin incə üslubi ştrix-
lər kimi istifadə etdiyi şivə transkripsiyaları ahəngdar nitq
parçalarının müəyyən fonetik çalarlarla tələffüzünə stimul
verir.
Aşıq Ələsgərin söz duyumu, onun üslubi
incəliklərinə həssaslığı, güclü sənətkarlıq amili ilə əlaqəlidir,
həm də şeirin taleyini təyin etmə vasitəsidir. Mənaca
yaxınlıq və eynilik dərəcəsindən asılı olmayaraq onun
dilində sinonimlərin, yaxud şəkil etibarilə fərqli eyni sözün
bir-birini əvəz etməsi mümkün deyil. Onlar müəyyən əlamət
və cizgilərinə görə fərqlənir, fərqli üslubi incəlikləri təcəs-
süm etdirirlər. Aşıq Ələsgər sərəncamında olan sinonim eh-
tiyatlarına həssas diqqəti ilə yaradıcılıq vərdişi ilə yanaşar-
aq onların hər birini, hətta şivə elementlərini də kontekstdə
uyğunlaşdırmaqla mahir üslubçu olduğunu nümayiş etdir-
məsidir. Dəqiq seçimi ilə fikrin bədii ifadəsində müəyyən
fonetik dəyişmələrə məruz qalmış sözlər də üslubi tələbləri
ödəyir. Səbəb və məqsəd bildirən qoşmalardan istifadə
dediklərimizi təsdiq edir.
Xəstə üçün təpəsində qar olur (8,59)
Onunçun bağlandı yolların dağlar (8,60)
Eşq ucundan tapdı xətalar məni (8, 57)
Şeytana tabe olub, onçu molla gec qocalır (8, 299)
Bir gül bəsləyirdim yardan ötəri (8, 137)
Bülbül gül yolunda keçər başından (8, 57)
Sinonimliyə yaradıcılıq prizmasından yanaşan Aşıq
Ələsgər söz seçmə fəhmi ilə “çu”, “ötəri” qoşmalarının şivə
181
transkripsiyasından bəhrələnib onu şeirin əsas estetik ruhuna
istiqamətləndirir. Söz sənətkarının peşəkarlığından güc alan
sinonim cərgənin yeganə mümkün olan variantı siqlətli
məzmunun estetik təcəssümündə iştirak edir. Şeirin poetik
dil sistemində doğmalıq və orijinallıq qazanır.
Şivə transkripsiyası əksərən fonik ritmin formalaş-
ması istiqamətində fəal mövqeyə keçir, səs semantikliyi ritm
semantikliyinə keçməklə sözün estetik təsir dairəsini geniş-
ləndirir. Saitlərin ardıcıl proyeksiyaları və ritmmelodika im-
kanları şeirin ekspressiya mənbəyini zənginləşdirir. Aşıq
Ələsgərin poeziyası şivə transkripsiyasından konkret poetik
cizgilər mənimsəyir, mətnin bədii toxumasının ahəngdar na-
xışları kimi dil elementlərinin kompozisiya birliyini yaradır:
Həmi ağsan, həmi sağsan,
Həmi də köksən malades (8, 234)
182
SÖZ DUYĞUSU: SİNONİMLƏRİN SEMANTİK
SİQLƏTİ VƏ POETİK POTENSİALI
Aşıq Ələsgər dilində söz anlayışı olduqca geniş
məfhumdur. Onda dilin bütün təbəqələri həmişə hərəkətdə-
dir. Lüğət tərkibinin hər bir qatı durğun vəziyyətdə olan adi
işarələr sistemi təəssüratı bağışlamır, ifadəlilik planından
obrazlı-poetik çalarlarla zəngindir. Dilin leksik sistemində
öz üslubi səciyyəsi ilə fərqlənən lay Aşıq Ələsgər şeirinin
zəngin və yığcam strukturuna, mündəricəsinə uyğun olaraq
müxtəlif məna çalarları rəngarəng üslubi effektlər kəsb edir.
Dilin lüğət tərkibinin üslubi diferensiasiyasının
bölmələrindən biri kimi rus və Avropa mənşəli sözlər Aşıq
Ələsgər şeirində bədii nitq şəraitindəki məna çevikliyini,
poetik qüvvəsini və daxili dinamikasını əyaniləşdirir.
Nitqə xüsusi kolorit vermək üçün adətən başqa
dillərdən alınıb işlədilən söz və ifadələrin bədii-estetik
istiqamətləri müəyyənləşdirilərkən belə bir təkzib edilməz
fakt birmənalı şəkildə təsdiq olunur ki, ekzotik leksika da
Aşıq Ələsgərin dilində adi danışıq, ünsiyyət funksiyasından
fərqli olaraq spesifik işlənmə qanunauyğunluqları ilə
şərtlənir. Məsələnin ən mühüm aspekti ondan ibarətdir ki,
Aşıq Ələsgərin dilində rus-Avropa mənşəli sözlərin üslubi
çevikliyi də spesifik çalarlarla özünəməxsusluğu mürəkkəb
səciyyə daşıyır.
XIX əsrin əvvəllərindən Quzey Azərbaycanın rus
imperiyasının əsarəti altına düşməsi ilə əlaqədar siyasi
mühitin dəyişməsi elmi-mədəni təkamülü yeni səmtə
yönəltdi. Rus despotizmi və müstəmləçilik siyasəti milli
183
mədəniyyətimizin və ədəbiyyatımızın inkişafına əngəllər
törətdi. Yeni ictimai-siyasi mühit bütün sahələrdə olduğu
kimi, dilimizə də təsirsiz qalmadı. Qanlı imperiyada hakim
rus dili ünsürləri dilxarici amil kimi həm canlı danışıqda,
həm də şifahi və yazılı ədəbiyyatın dilində görünməyə
başladı, mövcud mədəni şəraitə nüfuz etdi. Rusizmlərin və
rus dili vasitəsi ilə Avropa mənşəli sözlər bədii ədəbiyyatın
dilində işləklik qazandı. M.F.Axundov, T.Zakir,
S.Ə.Şirvani, B.Şakir, M.Nadim, Hacıağa Fəqir və s.
əsərlərində rus dilinə məxsus ayrı-ayrı linqvistik ünsürlər
müxtəlif üslubi məqamlarla bağlı bədii mətnlərə də yol
tapdı.
Şifahi ünsiyyət vasitəsilə dilimizə gələn rusizmlər
folklor nümunələrində, o cümlədən aşıq poeziyasında da
özünə yer tapdı ki, bunu Aşıq Ələsgər yaradıcılığında da
görürük. Rus və Avropa sözlərinə müraciət özünü ictimai
məzmunlu şeirlərdə və satirik əsrlərdə göstərir. Leskik-
üslubi məqsəd izləyən rusizmlər poetik mətləblərə aydınlıq
gətirir. Yazılı ədəbi mənbələrdə olduğu kimi, açıq-aşkar,
bəzən də dolayı yollarla – eyhamlarla çarizm üsul-
idarəsindən, rus əsarətindən narazılıq hisslərini təcəssüm
etdirir. Vəzifə, rütbə bildirən sözlərlə, müxtəlif səciyyəli
terminlərlə Aşıq ƏLəsgər konkret tarixi dövr və ictimai-
siyasi mühit haqqında canlı təsəvvür yaratmağa müvəffəq
olur.
Pristav, naçalnik gələndə kəndə
Obanı, oymağı vururlar bəndə (8,280)
İstəyirəm sənə bir dastan yazım
Qubernat eşidə, yaran bilə (8, 229)
184
Neçə çinovniklər gəldi
Çox ağır keçdi yığnağı (8, 230)
Çinellər baş-başa durub,
İşi salırlar çəminə (8, 217)
Yazdırın qəzetlərə
Qurdurun zastana çəkin,
Çağırın papasları
Ədalət divana çəkin (8, 216)
Paşol, malçi! İdi, durak!
Səni verrəm padsuda
Ərzələr atqaz qayıtsa
Şahdan imdad olmasa (8, 201)
Buradakı rusizmlər dövrün ictimai mənzərəsini
canlandırır. Siyasi rejimin yaratdığı ab-hava, məzlum xalq
kütləsinin vəziyyəti haqqında dolğun təsəvvür yaradır.
Qubernator, naçalnik, pristav, çinel (çlen-məhkəmə üzvü) və
papasların hakim mövqeyi, “Qamçdan belinin qatı
çıxan”ların “ətqaz” (otqaz)
cavabı, “paşol, malçi”,
“nidaları”, “padsud” hədə-qorxusu əyaniləşdirilir. Yaxud:
Süsəni götürüb düşəndə ata,
Fələk əhsən deyir boya-büsata
Nərə çəkib təpinəndə saldata
Sel kimi axıdır qanı Dəli Alı (8, 63)
Nec oldu Serbiya, Çernoqoriya,
Əl-ayaq altında itdi İtalya
German bir bonıb atdı, qan oldu dərya
Qırıldı dünyada insan qalmadı (8, 104)
185
Nümənələrində “saldat”ın qanını sel kimi
axıdanların vəsfi fonunda imperiya əsarətinə kin-küdurətini
və mübarizə əhval-ruhiyyəsini ifadə etmişdir. “German” və
“bonıb” sözləri Birinci dünya müharibəsi ilə səsləşən
hadisələrin əks-sədası kimi səslənir.
Rusizmlərin bir qismi üslubi cəhətdən neytral
rənglərlə çıxış edir. Onlar sadəcə əşya və hadisələrin, ayrı-
ayrı məfhumların adını bildirən sözlər kimi bədii dilin leksik
tərkibində qaynayıb-qarışır: Dolduraq istəkanları (8, 217);
Kartop ilə ayran aşı (8, 290); İşlədi qəpik yerinə (8, 231);
Samavar qaynayıb çoşar (8, 210); Markiz, Mavzer, Süsən,
aynalı, berdon, Muşoğnan patron, qutuynan piston (8, 52);
Bir düjin tüfəngin gördüm, Aynalı, berdanqa, süzən (8, 240)
Göstərilən sözlərin bədii mühitə düşməsinin əsas
səbəbi mövzudan asılıdır, ictimai quruluşa, baş verən
hadisələrə, imperiya həyatına münasibət bildirmək üçündür.
Rusizmlərin bir qismi barbarizm səciyyəlidir – dilin qayda-
larına müvafiq olmayan vahidlərdir. Onlar daha çox istehza,
yumor və komik effekt yaratmağa xidmət edir. Yumoru
gücləndirmək üçün barbarizmlər üslubi vəzifə rolunu
oynayır. Dedi: “Brat. Pajal üstə... Gəlmişəm oğlana deyin (8,
213); Axşamadək evlərdə, Qurulur zastava pişik (8, 106);
Bağlanıb zavodlar, kəsilib fəndlər, Qaynamır Samavar,
artıbdı dərdlər (8, 104); Həmi ağsan, həmi sağsan, həmi də
köksən, malades (8, 234) və s.
Aşıq Ələsgərin dilində rusizmlər, şübhəsiz ki, canlı
danışığa daxil olduqdan sonra bədii mətnə daxil olmuşdur.
Onların əksəriyyətində Azərbaycan dilinin tələffüz ölçüləri
əsas götürülmüşdür. Sözlər əslində olduğu kimi yox,
186
dilimizin fonetik-morfoloji quruluşuna uyğun şəkildə
işlədilmişdir. Ana dilimizin təbiətinə, əsasən fonetik
prinsiplərə tabe etdirilmişdir. Böyük söz sərrafının dilinə yol
tapmış rusizmlərin bir çoxu hazırda da eyni fonetik biçimdə
canlı danışıqda işlənməkdədir. Məsələn, Dağıstan formu
geyib (8, 231); Xod verib beşatana (8, 212); Xoddandı çehil
çırağı (8, 230) və s.
Dildə tam mənimsənilməmiş, yadlığı aydın şəkildə
nəzərə çarpan alınmalar – rusizmlər fonetik dəyişmələrdən
sonra canlı danışıq təsiri oyadır: muşoğ (meşok), bomb
(bomba), qoburnat (qubernator), mavzer (mauzer), yaranal
(general), zastan (zasedanie), ətqaz (otkaz), çinel (çlen) və s.
Bunları həm linqvistik-üslubi, həm də tarixi baxımdan
qiymətləndirmək lazımdır.
Yeri gəlmişkən demək lazımdır ki, ifadəli və təsirli
eksotik leksika ilə yanaşı Aşıq Ələsgər Azərbaycan dili ilə
mənşə ümumiliyinə malik türk dili elementlərinə də yeri
gəldikcə müraciət etmişdir. Dilimizə məxsus leksik
vahidlərin funksiyasını yerinə yetirən ekvivalentlər əslində
öz semantikasına görə əvəz etdiyi sözlərin mənasına tam
uyğundur. Onların bir qismi klassik ədəbiyyatımızın dilində
olduqca doğma səslənir. Ekvivalenti ilə eyni üslubi-
funksional ümumiliyi imkan verir ki, həmin sözlər fəal
üslubi mövqe nümayiş etdirsin.
Türk sözlərinin poetik məna çalarları ifadə
sistemində əlvanlıq əmələ gətirir, poetik mənanı mavafiq
məcraya salıb üslubi fəallıq qazanır. Daxili məzmunda
qarşılıqlı əlaqəsində bədii gözəlliyi təzahür etdirən türk
dilinə məxsus lüğəvi ünsürlərin səs effekti Aşıq Ələsgər
187
üçün ondan yaradıcı bəhrələnmə kamilliyinə nail olmağın
rəhmidir.
Şəhrin şöləsindən buldum bələdi
Xoş gəldi xoşuma halı qabada (8, 101)
“Buldum”un özündən sonrakı “bələdi” sözü ilə
yanaşı gəlməsi üslubu amilin tələbidir. Hər ikisinin samitləri,
ardıcıllığı eynidir. Bu eyniyyət zəngin məna və struktur
kamilliyi ilə mətni ifadə şablonçuluğundan xilas edir,
intonasiya dalğalarının möhkəmliyinə xidmət məqsədi
izləyir. Şeirin bədii enerjisinə qüvvət verən “buldum” vəzni
də oynaq məcraya salıb onu ritmik funksiyasına tabe etdirir
ki, bunu “tapdım” ekvivalenti ilə etmək mümkün deyil.
İstəyirsən seyr edəsən Sinanı,
Şər işlərdən saqın saxla sinanı,
Sədət getdi sini içində si nanı
Dildə qaldı nə ləzzətdi, nə dadı (8, 181)
Al çətirin, çıx səhraya
Sal sərinə sayə, göz
Sakin əyləş sin içində
Həqiqətdən ayə gəz (8, 196)
“Saqın” və “sakin” sözlərinin poetik mühitdəki rolu
göstərir ki, onlar “s” samitinin yaratdığı akustik cazibə
naminə poetik bütövün elementlərinə çevrilmişdir. “S”
səsinin akustik həmrəyliyi tələffüzə xüsusi çeviklik
qazandırır, bədii dilin norma və qanunları çərçibvəsində “S”
samitinin fəallığı, fonoloji təkrarların linqvopoetik tələbi
“saqın” və “sakin” sözlərinin mətnə daxil olmasını
zəruriləşdirir.
188
Deməli, türk sözlərinin səslənmə cəhəti onun leksik-
semantik tərəfinə nisbətən daha fəal olur. Şeirdə məzmunun
uğurlu fonoloji forma qəliblərində daha sürətli qavrama
vasitəsi olmasını rəhbər tutan Aşıq Ələsgər üslubi
situasiyadan asılı olaraq dilimizin bəzi ümumişlək sözlərinin
türkcə ekvivalentinə üstünlük vermişdir. Çünki onun dilində
alliternativ səs aktuallığı sxem rolunu oynayır, bədii
ünsiyyət prosesində leksik-üslubi layları, qrammatik
formaları da mütəhərrik hala salır. Bu, özünü qafiyə
mövqeyində işlənən türk sözlərində də göstərir.
Ayrılıqdan ölüm yeydi,
Həsrətin qəlbimi əydi
Nə dedim xətrinə dəydi
Üzün məndən niyə döndü? (8, 140)
Gözəl, sən də muradına çatmadın,
Bənna olub, sınıq könül yapmadın,
Tərlan idin, öz tayını tapmadın
Getdi, qismət oldu sara zülflərin (8, 152)
Göründüyü kimi, mükəmməl qafiyələrə, yaxın səs
fiqurlarına müraciət fonetik, leksik-qrammatik vasitələrin
mürəkkəb sintezini yaradır, onu cazibədar ritm
quruculuğunun iştirakçısı edir. Üslubi keyfiyyət
yaradıcılığındakı faəllığı türk danışıq dilinə məxsus sözlərin
uğurlu qafiyə funksiyası Aşıq Ələsgərin linqvopoetik
təfəkkür səviyyəsini aşkarlayır. Zəngin qafiyələr cərgəsində
“yey” (yaxşı) və “yapmaq” sözləri ilə bədii pafosun dil
aksentində Ələsgər dövrünün nəbzi döyünür, deyim
təravətində zamanın nəfəsi duyulur.
189
“Yeydi” və “yapmadı” sözlərinin iştirakı ilə təravətli
qafiyə modelləri güclü poetik mühit əmələ gətirir, onlar
bədiiliyin ölçüləri çərçivəsində deyim qəliblərinə estetik
ünsür kimi daxil olur və poetik imkanlarını üzə çıxarırlar.
Türk dilindən alınmalar arxitektonik funksiya və
emosional – ekspressiv stimul vasitəsi kimi istifadə təcrübə-
sinə söykənir. Öz leksik-üslubi təbiətinə görə məzmuna
maksimum dərəcədə yaxın olan türk dili vahidləri şeirin
digər ünsürləri ilə qaynayıb-qarışmaqla mətni kamil ifadə
formasına salır. Aşıq Ələsgərin söz seçimində forma əlvanlı-
ğı və onu doğuran leksik ünsürün üslubi spesifikası nəzərə
alınır. Buna görə də onların işlədilməsində ənənəvi və fərdi-
üslubi cəhətləri müşahidə olunur. Çoxsaylı komponentlər
içərisində onlar öz üslubi rolunu hiss etdirir.
Qarışdırma Şəmsəddini, Göyçəni
Gəndindən gəndimə yaz, şair Nağı (8, 229)
Soruşsalar: Əcəm oğlu
Ər hansı məmləkətdədir?
Emin allah, paşa əfəndim,
Get Gəncəbasara – deyin (8, 211)
Aşıq Ələsgərin dilində alınma leksikanın müəyyən
bədii-estetik diapozonu vardır və sərrast ifadə məqamlarında
onlarda məhdudluq və üslubi qapalılıq hiss olunmur.
Semantik-üslubi rənglər onların cövhərindən nəşət edir. Ulu
sənətkarın poetik düşüncə mütəhərrikliyi və bədii təfəkkür
orijinallığı türk sözlərinin işləndiyi şeir parçalarını parlaq
poetik-üslubi əməliyyat səviyyəsində duyumlu, siqlətli və
mündəricəli edir.
190
Aşıq Ələsgərin dilində eksotik leksika ilə əlaqədar
bir fakta da diqqət çəkmək yerinə düşər. Məlumdur ki, Aşıq
Ələsgərin “Bax, bax” rədifli şeiri dildönməz (diltərpənməz)
gəraylının yeganə nümunəsidir. O da maraqlıdır ki, bu əsər
qədim və zəngin şeir tariximizdə yeganə dildönməz gəraylı
olduğu kimi, həm də aşıq poeziyasında ilk makaronik şeirdir.
Bu tip şeirlərin əsas göstəricisi nitqdə müəyyən məqsədlə
qrotesk yaratmaq üçün başqa dillərə məxsus söz və
ifadələrin işlədilməsidir. Şeirin ilk bəndi belədir:
Axı biya, biya, bigu,
Bigu, biqo, dağa bax-bax!
Həyyü həqqü hakim sənsən
Həyyə bax, bu bağa bax-bax (8, 267)
Eksotik leksika əslində məzmundakı bədii motivlər
üzərində işlədilir, bu bünövrədə poetik fikrin emosional
tutum dairəsi geniş miqyas kəsb edir, şeir üslubunun ekspe-
rimental faktı kimi meydana çıxır. Poetika-sənətkarlıq
planında eksotik leksika yaradıcılıq dəsti-xəttinə yeni
istiqamət verir.
Aşıq Ələsgərin poeziyasında qədim və zəngin ədəbi-
bədii təfəkkürümüzün sanbalı, dilimizin ağırlığı cəmləşmiş-
dir. Bu siqlət onun dilinin bütün güşələrində sezilir. Onun
dilindəki bütün fonetik, leksik və qrammatik faktlar olduqca
mükəmməl bir bədii şəbəkədə, kamil sistemdə təzahür edir.
Maraq kəsb edən cəhət ondan ibarətdir ki, dil vahidləri bədii
nitq abidəsi yaradıcılığında, demək olar ki, eyni dərəcədə
fəaldır və onlar məna dərinliyi ilə bərabər, həm də üslubi-
ritmik keyfiyyətlərlə bağlıdır. Aşıq Ələsgər dilinin qüdrəti
191
onun bədii-üslubi yaradıcılıq fərdiyyəti, özünəməxsusluğu
ilə müəyyənləşir.
Öz aydın ifadə tərzi ilə ürəklərə yol tapan Aşıq
Ələsgərin poetik dili əksər hallarda estetik faktor kimi
diqqət çəkir. Üslubi zərifliyə malik olan bu dil bütün
elementləri ilə cəlbedicidir. Onun söz şəbəkəsində dil
ünsürləri bir-birini elə mükəmməl formada tamamlayır ki,
bunun bilavasitə nəticəsində mənalı rəssam tablosu yaranır.
Onun təsvir və tərənnüm obyektləri, hisslərinin, düşüncələri-
nin səmimiliyi incəlikləri ilə əyaniləşib oxucunun gözləri
qarşısında canlanır. Hansı üslubi laya daxil olmasından asılı
olmayaraq onun dilindəki hər söz, hər ifadə koloritli poeziya
sözüdür, poeziya ifadəsidir. Aşıq Ələsgərə məxsus üslubi
faktlar Azərbaycan dilinin dərinliklərindəki zənginlikləri
üzə çıxarır, deyim imkanlarını nümayiş etdirir.
Aşıq Ələsgərin bənzərsiz poetik təfəkkürünün son
dərəcə əsrarəngiz təzahür forması sözdür. Söz onun mənəvi
dünyasının, fitri psixologiyasının, tükənməz ehtiras və
potensial ruhi təlatümlərinin tərcümanıdır. Söz Aşıq Ələsgər
fenomeninin atributu, Aşıq Ələsgər dühasının təsdiqi, Aşıq
Ələsgər ruhunun möcüzələrlə dolu alternatividir, onun
misilsiz sənətinin ədəbi yol yoldaşı, hüdudsuz hikmət xəzi-
nəsinin açarıdır. Sözünün qüdrəti qarşısında heyrətləndiyi-
miz Aşıq Ələsgər şeirinin sehr və cazibəsi gözəl nitq
nümunəsi kimi möhtəşəmliyə yiyələnir. Sözə həssaslıqla ya-
naşmaq onun poetik məntiqinin canını-cövhərini
aşkarlamaq, canlandırmaq niyyətindən irəli gəlir. Sözün
bütün estetik potensialını, emosional mənbələrini onun
gözlənilməz bədii sirlərini nümayiş etdirir. Aşıq Ələsgərin
192
bədii dilinin gözəllikləri, bədii qüdrəti və estetik cövhərini
təşkil edən sözlər ona görə hakim mövqeyə ucala bilirlər ki,
onlar estetik fakt kimi söz sənətkarının poetik hiss və
duyğularını yeni üslubi aspektdə canlandırıb orijinal bədii
təfəkkür havası yaratdı.
Aşıq Ələsgərin sənət dili yeni tipli poetik intibah
əlamətidir və o, aşığın orijinal bədii təfəkkürünün daxili
potensialları əsasında meydana gəlmişdir. Tarixin dərinlik-
lərindən gəlib davamlı bir yol keçmiş şeir dilimiz Aşıq
Ələsgərin timsalında öz sənətkarlıq və bədiilik diapozonunu
genişləndirmiş, onun yeni-yeni emosional-ekspressiv
imkanlarını üzə çıxarmışdır. Aşıq Ələsgərin sənət dili poetik
leksikamızın, Azərbaycan dilinin bütün akustik gö-
zəlliklərinin yenidən kəşf olunması hadisəsi təəssüratı
oyadır. Onun dili dünyaya, həyati faktlara yeni fəlsəfi-
estetik baxışlar sistemidir. Aşıq şeirində yeni poetik
istiqamətin, yeni nəfəsin, yeni obrazların yaranması olmaqla
minillik tarixi təcrübənin davamı Aşıq Ələsgərin sənət
dünyası poetik fikrin və dil sənətkarlığının intibahıdır.
Aşıq Ələsgər şeirində sözün estetik aspektləri poetik
meyarlara maksimum uyğunluğundadır, misilsiz şairanə
təxəyyülünün yaradıcı mahiyyətindədir, poetik detallarının
xalq ruhuna yaxınlığındadır.
“Ana dilinin koloritini verə bilməməyin əsas səbəbi
quru və təmtəraqlı dillə yazmaqdır. Xalq dili quruluğa
biganə olduğu kimi, təmtəraq və yersiz dəbdəbəyə də
yabançıdır. Xalq dili xalqın özü qədər sadə və səmimidir”
(4, 57) deyən görkəmli filoloq – alim Ağamusa Axundov
xalq dilini dərindən bilib ondan bacarıqla istifadə etmək dər-
193
sini Aşıq Ələsgərdən almağı tövsiyyə edir. Məsələn, Zeynal
Xəlilin “Bakının axşamları” şeirindən aşağıdakı fraqmentə
aid qüsurlara münasibət bildirərkən haqlı olaraq Aşıq
Ələsgəri örnək kimi xatırlatmalı olur:
Ötüb keçən qıza bax,
Göz qaradır, yanaq ağ (?)
Deyin hara gedir, ah (?)
Azərbaycan gözəli?!
Nə yaraşır o qıza
Ələsgərin qoşması,
Füzulinin qəzəli.
A.Axundov yazır: “Görünür, şair ya Ələsgərin yara-
dıcılığına yaxşı bələd deyil, ya da ona laqeyd yaraşır. Ya-
nağı ağ olan qız müəllifin iddiası xilafına olaraq, Ələsgərin
qoşmalarında tərənnüm olunmamışdır. Ələsgər öz xalqının
zövqünə yaxşı bələd idi və belə qızları bəyənirdi:
“Yanağın qırmızı, buxağın ağdır,
Çırağban eləyib ağı qırmızı” (4, 58)
Görkəmli dil nəzəriyyəçisinin dahi söz ustadında
gördüyü bu məziyyət Aşıq Ələsgərin sinonimlərin daxili po-
etik keyfiyyətlərini aşkarlama qüdrətindən xəbər verir. Bü-
tün, uğurlu deyimlərin mənbəyində söz seçiminin poetik sir-
lərini maksimum dərəcədə saf-çürük etmə sənətkarlığı
durur.
Aşıq Ələsgərin dilində sinonim cərgədəki hər sözün
öz yeri var. Şeirinin bədii keyfiyyəti, sənətkarlıq səviyyəsi
də məhz öz yerində olan sözlərin uğurlu işlədilməsindən
asılı olur. Söz seçimini şərtləndirən cəhətlər çoxdur və bu
prosesin mərkəzində ona estetik münasibət dayanır. Bədii
194
formaya, xüsusən də onun poetik dilinə həssaslıq söz
seçimində daha bariz nümayiş olunur. Dil duyğusu fərdi nitq
mədəniyyətinin keyfiyyət həddini təmin edir. Sözün mətn
mühitinə uyğunlaşdırılması poetik forma kamilliyinin əsas
şərti kimi çıxış edir. Eyni sinonim cərgəyə daxil olan
sözlərin işlənmə tezliyinə görə fərqlənməsi də məhz poeziya
dilinin qızıl qanunlarından irəli gəlir.
Müşahidələr göstərir ki, fars dilindən alınma
“çeşmə” sözü dilimizin “bulaq” sözü ilə müqayisədə
olduqca üstün işlənmə tezliyinə malikdir. Bu da hər şeydən
sözün fonetik cildi, onun bədii mətnə bəxş etdiyi estetik
gözəlliklərlə birbaşa bağlıdır. Söz seçimi səs duyğusundan
pərvəriş tapır, bədii mətləbi aydın bir ifadə məcrasına
yönəltmək vərdişindən doğur. Diqqət çəkən ilk cəhət ondan
ibarətdir ki, “Çeşmə” sözünün işləndiyi şeir sətirlərində “ç”
və “ş” səslərinin alliterasiyalaşması vardır. Alliterasiya isə
Aşıq Ələsgər şeirini ifadə və məzmun sxematirmindən xilas
edən, təsvir və təfərrüatların monumental səs quruculuğu ilə
qabarıq ifadəsinə aparan sınanmış üslubi vasitədir. Bu
sözün, tərtibində “ş” samiti olan “baş” sözü işlənməsinin
əsas səbəbi də eyni səsin misrada yaratdığı ahəng və
oynaqlıqla bağlıdır. Bulağın, suyun fonetik obrazını “ç”, “ş”
səsləri ilə yaradılması konkret poetik situasiya daxilində
özünəməxsus keyfiyyətlərlə özünü göstərir. Şeirin
məzmununa uyğun forma tapmaq ustalığının nümunəsi kimi
dəyər qazanır. İfadə tərzinin poetik pafosdan asılılığı Aşıq
Ələsgər şeirinin dəyişməz məziyyəti kimi heyrət doğurur:
Axşam sabah çeşmə sənin başında
Bilirsənmi necə canlar dolanır (8, 65)
195
Tovuz kimi qaxdın çeşmə başından
Cəmi gözəllərin gözəli Güllü (8, 90)
Qazdır məzarımı çeşmə başında
Sal sinəm üstündən yol, incimərəm (8, 95)
Çərşənbə günündə çeşmə başında
Gözüm bir alagöz xanıma düşdü (8, 72)
Eyni misralarda “çeşmə” və “baş” sözlərinin
işlənməsi əslində səs simvolizminin yaranmasına xidmət
edir. Məlum olduğu kimi, eyni və yaxın artikulyasiyalı səs-
lərdən, onların üfiqi düzülüşündən bilavasitə müəyyən tə-
səvvür və təəssürat əldə etmək üçün istifadə olunmuşdur.
Elmi ədəbiyyatda, bədii üslubiyyat və poetikada bu, çox za-
man səs metaforası da adlandırılır. Yuxarıdakı nümunələrdə
“ç” və “ş” səsləri bulağın fonetik obrazı kimi uğurlu alındığı
üçün suyun səsi ilə bağlı təəssüratın canlandırılması olduqca
təsirli üslubi vasitədir.
Səs tərkibinə görə söz seçimi Aşıq Ələsgərin dilində
möhtəşəm poeziya hadisəsidir. Şeir dilinin mükəmməl səs
mənzərəsinin bədii faktlara həssas yanaşmaqla dilin fonetik
potensialını aşkarlayır. Maraqlıdır ki, Aşıq Ələsgər “çeşmə
başı” birləşməsinin komponentlərinə səs cildində görə yaxın
olan sözləri də eyni model çərçivəsində bədii mətnə daxil
edir. Bu, o deməkdir ki, Aşıq Ələsgərin poetik üslubu üçün
səs ahənginə və məna siqlətinə uyğun bir-birinə semantik –
üslubi cəhətdən tamamlayan söz seçimi estetik faktorlara
söykənir. Məhz buna görə də Aşıq Ələsgər “çeşmə başı”nda
olduğu kimi, “gözümün yaşı” yox, “çeşmimin yaşı” deyir.
Çünki hər ikisi eyni üslubi prinsipə əsaslanır: suyun fonetik
obrazını yaratmaq:
196
Aşıq Ələsgərin qədrini bilsən,
Ağladıb çeşminin yaşını silsən (8, 102)
“Çeşmə başında” söz birləşməsinin ikinci tərəfi
yalnız bir dəfə “üstə” sözü ilə verilmişdir. Bu da onun
“qəsdə” ilə qafiyələnməsi ilə bağlıdır:
Səhər-səhər çeşmə üstə
Durur boyu bala, Maral.
Ala gözlər girib qəsdə
İstər canım ala Maral (260)
“Bulaq” sözü də şeir nitqinin zahiri təşkilində,
bütövlükdə onun ideya-estetik fəallığının intensivləşdirilmə-
sində işlədilir. “Bulaq” iki üslubi məqamda – ya qafiyə
mövqeyində, ya da məna təkrarlarının təşkilində özünü
göstərir. Hər iki halda səs naxışları məzmunun koloritli bo-
yalarda təsvirini asanlaşdırır, tərənnümün əsas məqamlarını
poetik nəfəslə dolğunlaşdırır. “Çeşmə” sözü misralarda şa-
quli xətlə alliterasiyanın tənzimləşnməsində rol oynayırdısa,
“bulaq” qafiyə qismində və şaquli xətlə şeir bəndlərinin
sonluğunu əlvan qabarıq canlandırmaq iqtidarına yiyələnir:
Ələsgəri gözdən salma irağa,
Könül dərd gətirməz dərdi-fərağa
Leyli kimi vədə versən bulağa
Məcnun tək gözlərəm il, sənə qurban (8, 30)
Sinonimləri ilə eyni, yaxud qonşu misralarda
işlənməklə “bulaq” şeirin bütün komponentləri ilə vahid
məcraya yönəlir. Aşıq Ələsgər sinonimləri eyni kontekstdə
sadalamaqla sözün estetik təbiətini, üslubi boyalarını
nümayiş etdirir. Söz sözlükdən çıxıb obraza çevrilir, sənət
dairəsinə düşərək üslubi-semantik cəhətdən zənginləşir:
197
Abi-Kövsər kimi axır,
Çeşmən, bulağın, sah dağı (8, 244)
Çox zaman akustik naxışların panoramını yaratmaq
üçün Aşıq Ələsgər “bulaq”, “Çeşmə” əvəzinə onun
onomastik adını çəkir. Aşağıdakı misrada “zəm” və “züm”
səs kompleksinin təkrarından törəyən ahəngə, əşya və
hadisənin fonetik təsvirinə nail olmaq məqsədilə o,
“zəmzəm”lə zümzüməni qoşalaşdırmış, poetik fikrin
qavranılma surətinə stimul vermişdir.
Çalxanır sonalar, çığırır qazlar
Zəmzəm zümzüməli göllərin dağlar (8, 60)
“Zəmzəm” alliterasiya üzərində qurulmuş cilalı
poetik nitqin tələbi ilə bədii mətndə mükəmməl bədii obraz
yaradırsa, “Kövsər”də bədii düşüncənin dərinliyini, poetik
fikrin konkret motivə istiqamətləndirmə vasitəsi kimi olduq-
ca uğurludur. Appelyativ sözdən onomastik leksikaya keçid
söz sənətkarının fitri-poetik qüdrətinin səviyyəsi ilə
müəyyənləşir:
Gözəllər çeşməndən götürür abı
Dad verə dahanda Kövsər şərabı (8, 60)
Ləblərin şirəsi – Abi-Səlsəbil
Ləzzəti dünyada bala əvəzdi (8,78)
Çeşməsindən Abi-həyat car olur,
Dağıdır möhnəti, məlalı dağlar (8,59)
Göründüyü kimi, dini-mistik məna daşıyan hidro-
nimlərdən Aşıq Ələsgər poetik məqsədlərlə istifadə etmiş-
dir. “Zəmzəm” dindarların suyunu təbərrük saydıqları Kəbə-
dəki quyu, “Kövsər” dini əfsanəyə görə, cənnətdə bir
budağın adı, “Səbsəbil” rəvayətə görə behiştdəki dadlı
198
çeşmə, “Abi-həyat”, “Abi-heyvan” isə əfsanələrdə deyildiyi
kimi, Xızrın İsgəndəri yetişdirdiyi dirilik suyudur. Bu
hidronimlərin iştirak etdiyi misralarda dərin həyati mənalar,
mükəmməl bədii obrazlar gizlənir. Buna əsasən demək olar
ki, Aşıq Ələsgərin sənət dili kamala yetmiş sənətin göstəri-
cidir. Aşıq Ələsgərin poetik təfəkkürünün hüdudu olmadığı
kimi, onun yaradıcılıq diapozonu da məhdudiyyət tanımır.
Dil sənətkarlığının mükəmməliyi sayəsində Aşıq Ələsgərin
möhtəşəmliyi, əzəməti yaddaşlara həkk olunmuşdur. Aşıq
Ələsgərin şeir üslubu gözəllik, zəriflik və ülvilik aləmidir.
Bu dilin əbədi ömür verdiyi sənət inciləri ölməzdir. Onun
istifadə etdiyi bir neçə sinonim cərgəyə diqqət yetirək:
Allah ilahi-xaliq-xuda-yaradan-haqq-tanrı-sübhan-
aləmin padişahı-qadir-qüdrət-ağa-kərəm kanı-barıllah-rəbb-
vahidi-yekta-barixuda-mövla-cabbar-cəlil: Cümlə məxluqatı
yaradıb. Allah, Allah yaradanı biz də satmayaq (8, 134); İş
sana agahdır qadir ilahi, Eşq əlindən itirmişəm irahi (79);
Dəryada çox olar balıq, Mətləbini versin Xalıq (8, 253);
Xaliqindən utan, məndən utanma, şəcərətil-mövti heç səhl
sanma (8, 49); Ələsgər mətləbin xudadan istə, Kərəm olmaz
müxənnəsdə, nakəsdə (123); Bəyənmişəm xəsyətini, halını,
Yaradan bol verib huş-kamalını (66); Belə məlum olur,
şahlar şahının, Bizə mərhəməti var, salamatdı (8, 129);
Qüdrətdən ucalan zülm ilə enməz, Haqdan yanan çıraq bad
ilə sönməz (47); Hansı şah haqq ilə ilqar eylədi, Nə incidi,
nə ah çəkdi, nə dadı (181); Tanrı səni qüdrətindən yaradıb,
Gözəlliyinə yox bəhanə, Gülpəri (91); Vallah sənin kimi
vəfalı yarı, Dəyişməm sultana, xana, Gülpəri (91); Sidq ilə
sığınmışam, sübhana yalvarıram (203); Aləmin padişahı, sən
199
yetiş imdada bu gün (210); Belə əmr eyləyib qüdrəti-qadir.
Bu əmrə qol qoyan tez tapar nicat (8, 154); Qüdrətin
naqqasına, olubdu pünhan dolanır (215); Ağa olan qulun
salmaz nəzərdən, salma nəzərindən, ay ağa, məni (183);
Gəzən afatdan, bəladan, Hifs eləsin. Kərəm kanı (214);
Barillahım, irəhm eylə, pozulmasın bu cəlalı (8, 230);
Mövlam məni nəzərindən salmayıb, Huşum cəmdi, ağlım
heç azalmayıb (8, 287); On min qırx yol sərin qoyur turaba,
“Mi” kəlməsi Rəbbi ilə bir olur (8, 274); “Te” təkdi vahidi-
yekta, Arif bu elmə bələddi (41); Musa ərz eylədi, ey bari-
xuda, Nə qurğu mənzilət, nə fəzilətdi (43); Sürahi gərdənli,
qəddi mötədil, səni gül yaradıb Cabbari-cəlil (8,78) və s.
Sinonim cərgədən istifadə çevikliyi Aşıq Ələsgərin
bədii dil məziyyətlərinin əsas məğzini təşkil edir. Münasib
söz seçimi üslubi əməliyyat səviyyəsi kəsb edib dilin
mütəhərrik keyfiyyətlərini üzə çıxarır. Dilin lüğət tərkibini
mükəmməl bilməklə yanaşı Aşıq Ələsgərin poetik duyumu,
dilin estetikasına yaxından vaqif olması fitri poetik
fəhmdən, təbii ilhamından, yaradıcılıq intiusiyasından irəli
gəlirdi. Sinonim cərgənin hər bir sözünü sanki Aşıq Ələsgər
qəlbinin poetik narahatlığında, bədii düşüncə və duyğuların-
da hiss etmişdir. Aşıq Ələsgər bədii sözünün uzun
ömürlülüyü onun ürəkdən qaynaqlanması, qidasını həssas
sənətkar ürəyindən alması ilə birbaşa əlaqədardır.
Üz-camal-çöhrə-sima-rüxsar-yanaq-qabaq-liqa və s.
xub çəkilib qəddüdallar, Ağ üzündə qara xallar (256); İnsan
üzün görməyəsən dönəndə, Açılanda xoş cəmalı varıymış
(141); Çöhrəsi şölə saçır, Göylərin Şəmsü mahıdı (8, 215);
Aşiq oldum simasına boyuna, Hayif ki, Kamalda dərin
200
görmədim (85); Bülbül gül üstündə xarı görəndə, Qan ağlar,
rüxsarı yaşa dayanmaz (8, 62); Büllur buxaq, alma yanaq, ay
qabaq, Şahmar zülfü pərişanlar dolanır (65); sən allah,
gizləmə gül camalını, şöləsinə qoy füqara dolansın (8,66);
Hüsnün şöləsinə xəstə xəyalım, Pərvanədi səmistanlar
dolanır (65); Yanaqları güldü, heç olmaz xəndan, cisimdə
mələkdi, nəsildə insan (71); Durub hüsnün kitabına baxıram,
şirin canım ataşına yuxıram (102) və s.
Göstərilən sinonim sözlər arasında “üz” semantik
dominant hesab edilir. O, sinonim sırada əsas mənanı
bildirir, buna görə də cərgəyə daxil olan leksik vahidlərin
ifadə etdiyi digər mənaları da özünə tabe edir. Semantik
dominant ətrafındakı sinonimlərin hər biri özündə incə
üslubi məqamlarla, bədii situasiyalarla bağlı ayrı-ayrı
nüansları təcəssüm etdirir. Bu sözlər semantik dominantın –
“üz” sözünün tam ekvivalenti olmayıb sənətkar tərəfindən
rəngarənglik yaratmaq üçün müxtəlif üslubi məqamlarda
istifadə edilmişdir.
Aşıq Ələsgər dilinin sinonim zənginliyi onun üslubi
kamilliyinin təməlidir, tükənməz yaradıcılıq qaynağıdır.
Konkret nümunələrdən aydın sezilir ki, ulu sənətkar sözün
üslubi rənglərini heyranlıqla duyur və bu duyum nəticəsində
leksik dil materiallarını yüksək səviyyədə şeirləşdirir. Bu
prosesdə sinonim sıradan alınıb şeirin tərkibinə daxil olan
hər bir söz parlaq bədii obraza çevrilərək poetik dil faktına
keçir. Mətnin ümumi semantikası ilə həmahəng olma
keyfiyyəti sinonim sözlərin şeirdə incə çalarlarla işlənir,
üslubi kəşf səviyyəsi kəsb edir ki, bu da Aşıq Ələsgərin
poeziya dilinin ləyaqət meyarı hesab edilməyə qadirdir.
201
Od-ataş-nar-köz və s.
Eşq oduna yanan aşkara yanmaz, Pünhan-pünhan
mənim kimi saralı (97); Qiyamət odundan pisdi tənə söz (8,
109); Ataş olub çox da yanma, Ələsgər, sənətindən heç
usanma, Ələsgər (8, 141); Bir saat camalın görməsəm ölləm,
Görsəm də yanaram nara, Bəyistan (51); Bivəfa gözəlin tənə
sözləri, Yandırdı odlarda, közlərdə məni (8, 112) və s.
Sinonim sözün seçimi mətn mühitinin tələbinə
uyğunluğundan asılı olur. Lirik düşüncənin daha tutumlu
edilməsi üçün söz öz əhatəsinə maksimum dərəcədə
uyğunlaşır. Poetik keyfiyyət halına gəlməsində sözün ətrafı
fəal üslubi güc mənbəyi rolunu oynayır və sənət faktı kimi
çıxış edir. Şeirin vəzn, ritm və intonasiya çalarları, qafiyə
sistemi və s. ilə bilavasitə bağlı olaraq bədii mühit söz
seçimini müəyyən edir. Poetik ölçü hissi və dilə həssaslıq
sayəsində sinonimlər müəllif və dinləyici arasında bədii
ünsiyyət vasitəsi olur. Öz çevikliyi ilə sinonim bədii nüfuza
yiyələnir, estetik təsir bədii fikrin nitq qiyafəsi təşkil edən
söz komponentlərinin mühüm üslubi-semantik çevikliyi ilə
güclənir.
Aşıq Ələsgərin bədii dil keyfiyyətinin cövhərini
sözdən istifadə çevikliyi təşkil edir. Buna görə də sinonim
mahiyyətindəki elastiklik lirik obrazlara xüsusi əhval-ruhiy-
yə verir. Bu mənada hər bir sinonim cərgədəki sözün daxili
enerjisinin tükənməzliyi Aşıq Ələsgərin sözün poetik ma-
hiyyətinə nüfuzetmə bacarığının parlaq təzahürüdür.
Ürək-könül-qəlb-bağır-dil-can:
Könül qəmgin, ürək dərdli, vərəmli, səni gördüm
səxavətli, kərəmli (8, 115); Könlünə yasdan çıxmır, qəlbimi
202
qaradan, Bu dərdü möhnətdən, bu məcəradan (8, 98); Al
xəncəri, bağrım başın budu yar, El içində salma ayağa məni
(8, 184); Gözüm gördü, könlüm qəmdən ayrıldı, şikəst
qəlbimin pası seçilmiş (132); Mənim bu dərdi-dilimi, Dost-
lara əyan eyləyin (238); Diliylə zəbanı üzbəüz ola. Ələsgər
yolunda can qurban eylər (8,77); Yetəni özümə mən dost
eylədim, Yolunda canıma çox qəsd eylədim (8, 85) və s.
Fikrin poetik aydınlığı və müdrikliyi sinonim cərgə-
dəki lazımi sözün bədii mətnə bəxş etdiyi gözəlliklərdən,
füsünkarlıqdan pərvəriş tapır. Zəngin söz xəzinəsindən ya-
radıcı istifadə, canlı ünsiyyət leksikasını düzgün seçmə duy-
ğusu bədii mətləbi aydın bir məcraya yönəltmə işində
həlledici amildir.
Aşıq Ələsgərin dilindəki sinonim sözlərin heyrət
doğuran tərəfi onun bədii təsvir və təsir imkanlarının nüma-
yişindədir. Bədii sözdə təcəssümünü tapan Aşıq Ələsgərin
poetik təfəkkürünün öz aləmi, öz ifadə potensialı və cazibə
qüvvəsi vardır. Dahiyanə şeirlərində vəhdət təşkil edən söz
və fikir, söz və duyğu bir-birinə qida verir, bir-birini ta-
mamlayır, bir-birinə doğmalaşır. Dahi sənətkarın dilində
canlanan hər bir kəlmə ürəklərə, təfəkkürə körpü salır.
Sözlər böyük şairin qəlbinin odu ilə hərarət və istilik kəsb
edir. Bu sözlərdə qüdrətli sənətkarın hissiyyatı, estetik
duyğusu, ruhu, təəssürat və müşahidə zənginliyi, can yanğısı
təcəssümünü tapır. Ruhundakı, qəlbindəki, psixoloji dünya-
sındakı poeziya atəşi ilə isinən sözlər poetik mənalardır-
manın zərifliyində aparıcı mğvqedə dayanır. Söz seçimi mü-
əllifin fitri tərbiətində potensial qüvvəyə dönür, belə olduğu
203
halda onun metaforik düşüncələri də, ifadə üsulları da
koloritli olur.
Münasib söz seçimi lirik düşüncənin çərçivəsini gen-
işləndirir, lirika Aşıq Ələsgərin qəlbindən süzülüb keçərək,
təfəkküründə büllurlaşaraq təzahür edir. Aşıq Ələsgərin hər
bir sözü fikir və həyəcanlarının ifadə formasına, poetik
ümumiləşdirmə vasitəsinə çevrilir. Müfəssəl lirika mükəm-
məl dil materiallarında əks-səda tapır.
Bütün məqamlarda lirika bənzərsiz poetik təfəkkür
sahibi Aşıq Ələsgərin həyata müdrik münasibətinin ifadəsi
kimi daha cəlbedicidir. Hər şeiri dahi aşıq – şairin oxucu və
dinləyiciləri ilə müdrik söhbətidir. Lirik düşüncələrin şeirə
çevrilməsi bədii nitq ustalığından qaynaqlandığı üçün
sənətkarlıq səviyyəsi aparıcı mövqe qazanır, həyat həqiqət-
lərinə müdrik müəllif müdaxiləsinin güclənməsi xüsusi
vüsət alır. Bu proses lirik əsərlərində olduqca təbii psixoloji
və poetik aksiyadır. Çünki “Susan təbiətinin daxili mahiyyə-
tini təşkil edən duyğuları əks etdirmə, emosiyaları ifadə
etmə prosesini intensivləşdirmə işində lirik şeirlər misilsiz
imkanlara malikdir. Təsadüfi deyil ki, mütəfəkkir alman
şairi Yan-Pol Rixterin fikrincə, lirika “hər cür ədəbiyyatın
anası, bütün surətləri canlandıran Prometey atəşi kimi, hər
cür ədəbiyyatı alışdıran qığılcımdır”. (9, 18)
Bu qığılcım sayəsində Aşıq Ələsgər dərin və mənalı
fikirlər, misilsiz müdriklik, intəhasız şeiriyyət və sənət
sevincləri təlqin etmişdir. Lirizm Aşıq Ələsgər şeirinin canı,
qanı və yaraşığıdır. Bu yaraşıq sənət etalonuna çevrildiyi
üçündür ki, şairin bədii dil imkanları bütün potensialı ilə
nümayiş etdirilir, gözəl bədii sənət nümunələrinin həyat və-
204
siqəsi almasında, Aşıq Ələsgərin bədii təfəkkürünün ən mü-
hüm cizgilərinin meydana çıxmasında oynadığı misilsiz rol
əyaniləşir. “Ələsgərin lirikası xalq şeirinin qızıl fonduna
daxil olur. Çünki o, bədii üslubu cəhətdən xalqa bağlıdır,
onun yaradıcılığı Azərbaycan poeziyasının ənənələri üzərin-
də yüksəlmişdir. Xalq dilinin ən gözəl xüsusiyyətlərini bil-
ən, bu dili bəzən olduqca yüksək şeir səviyyəsinə qaldıran
Aşıq Ələsgərdə müəyyən bir fikir ifadə etməyən süni misra-
lara rast gəlməzsiniz” (28, 174)
Lirik təhkiyənin sərbəstliyi Aşıq Ələsgər dilinin əsas
atributlarındandır. Dil faktının şeiriyyət faktına keçməsi
bütün nitq materiallarını cazibəli emosiya pərdəsi üzərində
kökləyir və bu fakt bütövlükdə mətnin fikir və emosiya
tutumuna müsbət təsir göstərir. Bu da qüdrətli söz dahisinin
sənət dilini monotonluqdan, ifadə yeknəsəqliyindən qurtaran
əsas amildir.
Aşıq Ələsgərin əsərlərinin bədii-texniki quruluşu
poetik məna yaradıcılığı üzərində bərqərar olur, formanın
bədii-semantik ahəngdarlığı şeir dilini müxtəlif imkanlı üs-
lubi materiallarla təchiz edir. Lazımi dil vahidlərini sənət-
karın şeir nitqinə gətirilməsinə yol açılır. Səs, söz, ifadə se-
çimindən başlanan şeir yaradıcılığı obraz yaratmaqla, sis-
temli bədii lövhələr şəbəkəsi ilə sona yetir.
Təbii danışıq tonu sinonim cərgədən seçilən sözün
temperamentli köklənməsini gerçəkləşdirir. Şeir dilinin xalq
zövqü üzərində kökləməsi, mayasının xalq ruhundan
yoğrulması münasib söz tapma vərdişini formalaşdırır ki, bu
da sənətkarı standart deyim yeknəsəqliyindən xilas edir.
Eyni məna ətrafında birləşən kəlmələr melodiya munisliyi,
205
vurğu zərifliyi, söz və fikrin harmonik rabitə bolluğunu
yaradır:
Ovsunçuyam, ovsun sallam him ara
Bənna olsan, tərki axtar, him ara (8, 189)
Hər kəs istər qana aşıq sirrini
Axtarsın dayazı, gəzsin dərini (8, 107)
Gəşt eylədim, bu dünyanı dolandım (8, 143)
Kəlbəcərin xeyri-şəri yaxşıdı
Dolandım bihudə, gəzdim əfsanə
Tabe oldum nəfsə, uydum şeytana (8, 11)
Tərk-him (bönövrə), axtar-ara-gəz, bihudə-əfsanə,
gəzmək-dolanmaq-gəşt etmək, nəfs-şeytan, tabe olmaq –
uymaq sinonimlərin bilavasitə köməyi ilə Aşıq Ələsgər
yaşadığı hissləri təfəkkür və duyğu süzgəcindən keçirərək
ifadə vasitələrini ana dilinin təbiiliyinə, deyim qaydalarının
ilkinliyinə tabe etdirmişdir. Sinonimlər janrın estetik
mahiyyətinə uyğunlaşdırılmışdır.
Aşıq Ələsgər üslubunda hər bir nitq vahidinin bədii
mətnə gəlişi ciddi zərurətə söykənir. Bədii nitq şəraitinə
yararlı olmaq istənilən dil ünüsünə yol açır. Onun mətn
daxilindəki uğur ölçüsü Aşıq Ələsgərin bədii qayəsinə
xidməti ilə müəyyənləşir. Maraqlı cəhət budur ki, istənilən
linqvistik ünsür səslənmə keyfiyyətinə xidmət edir, bu
bədiilik yaratma prosesində məzmun planı ifadə planına
uyğun gəlir, biri digərini sıxışdırıb arxa plana ata bilmir.
Odur ki, Aşıq Ələsgərin şeir dilində istənilən dil vahidi
yaratdığı bədii təəssüratla yaddaqalandır. Bədii üslubun
206
qanunları mətnin emosional çəkisini artıran, müxtəlif poetik
çalarlar hasil edən dil faktlarının işləkliyini labüdləşdirir.
Müxtəlif səs tərkibli sözlərlə ifadə etdiyi eyni anlayış
arasındakı bağlılığa müstəsna əhəmiyyət verən Aşıq Ələsgər
orijinal poetik yaradıcılığının ən mühüm üslubi komponent-
lərinə diqqət çəkir. Məna təkrarları mətnin ümumi semanti-
kasında bir sanbal, poetik vüsət və emosional hərəkət üçün
stimul rolunu oynayır. Sadalanan sinonim sözlərin ümumi
qüvvəsi böyük obrazlılıq təsirini yüksəldir.
Namərdin dünyada çox çəkdim bəhsin
Namusun, qeyrətin, arın görmədim (8,85)
Naz elədi, işvə satdı
Qəmzələri qana keçdi (8, 249)
Gözəl arif olub, mətləb qonmasa
Yayınıb, yaşınıb daldalanmasa
Aşiq müştaq olub qəlbi yanmasa
Bir bu qədər ilticaya düşərmi? (8, 305)
Nümunələr qüdrətli söz sənətkarının tükənməz söz
ehtiyatlarını, lüğət zənginliyini göstərməklə bərabər,
sinonimlərin estetik köklərini də aşkarlayır. Aşıq Ələsgər
irsində şeir dilində yetkinlik səviyyəsi, bədii keyfiyyət və
estetik təsir gücünün vüsəti bütün imkanları ilə özünü biruzə
verir. Ulu ustadın sənətkarlıq siması poetik zövqün ən
yüksək səviyyəsi ilə yaratdığı şeirlərinin leksikası, onlardan
istifadə orijinallığı ilə açılır.
Aşıq Ələsgər şeirlərinin leksik tərkibini əmələ
gətirən üslubi layların funksional təyinatı rənrarəngdir.
Ayrı-ayrı leksik qatlara məxsus sözlərin şeir dilində
qazandığı kontekstual-fərdi məna çalarları müxtəlifliyi ilə
207
diqqət cəlb edir. Bütün leksik vahidlərin şeirin dilində
daşıdığı poetik üslubi yük olduqca siqlətlidir. Dil
materiallarının işlədilməsində Aşıq Ələsgərin xalq dilindən
istifadə məharəti, fikrin kommunikativ və emosional –
ekspressiv ifadəsi zamanı həmin dil vahidlərinin yerinə
yetirdikləri funksiyalara düzgün istiqamət vermə qabiliyyəti
heyrət doğurur. İlk diqqət çəkən məziyyət ondadır ki, Aşıq
Ələsgər dilinin leksik vasitələri funksional baxımdan olduq-
ca mütəhərrikdir və onları üslubi çalarlı və neytral leksik
vahidlər kimi hissələrə parçalamaq çətinlik törədir. Belə bir
bölgünü aparmağın müşgüllüyü ondadır ki, Aşıq Ələsgərin
şeir dilinə daxil olan istənilən söz sanki üslubi məhdudiyyət
tanımır. Bütün leksik vasitələr poetik mənsubiyyət çərçivə-
sində və intonasiya axarında bədii dilə gətirilir. Beləliklə də
ayrılmaz üslubi bütövlüyün yaranmasında bütün leksik
qatlar – ümumişlək sözlər, onomastik vahidlər, ünsiyyət
leksikası, alınmalar və s. eyni dərəcədə iştirak edirlər.
Üslubi bir fənd kimi Aşıq Ələsgər bəzən mənası
anlaşılmayan sözlərin eyni, yaxud qoşa misralarda milli
mənşəli sinonimi ilə birgə işlədilir. Bu da həmin sözlərin
estetik-üslubi rənglərini incələyir.
Hicran düşgünüyəm, gözəl müştaqı,
Axtarıram bu dünyada sini-sin (8, 175)
Yeri, göyü, ərşi kürsü yaradan
Adil padişahsan ədalət eylə (8, 74)
Arif ola, eyham ilə söz qana
Naməhrəmdən şərin eyləyə, utana (8, 85)
Sən kimi sığal verib anası
Guşunda guşvara, qızıl tanası (8, 93)
208
Məntiqi və emosional məzmunun fikir hüdudlarına
işıq saçan Aşıq Ələsgər üslubu canlı nitqdən gələn təbii not-
larla öz gözəlliklərini tapır. Sözün şeirləşmə yolunun xalq
deyim tərzinə maksimum dərəcədə uyğunluğu Aşıq Ələsgər
yaradıcılığının üslubi simasıdır. Aşıq Ələsgərin poeziya seh-
ri danışıq – ünsiyyət dilinin münbitliyindən faydalanma
qüdrəti ilə izah olunmalıdır. Bu sehrkarlığın mənbəyi şeirlə-
rə əbədi həyat vəsiqəsi verən səliqəli üslubda, təravətli ifadə
tərzindədir.
Mükəmməl üslubi tamlıq naminə sinonim fikri
müxtəlif bədii biçimlərdə ifadə edir. İlk baxışda çox sadə və
aydın görünən faktları lirik təhkiyə axarına daxil edərkən
təsvir obyektinin təkrarolunmaz cizgilərini sinonim sözlərin
ifadəlilik imkanları ilə qabarıq şəkildə canlandırır.
Müəllifin lirik təsvir və təhkiyəsi dərin daxili
təsvirin, emosional və psixoloji təhlilin nəticəsi kimi
təəssürat zənginliyi oyadır. Leksik vahidlərdən bu cür
faydalanma Aşıq Ələsgər şeiriyyəti üçün poetika müəyyənli-
yinin əsas əlamətidir, bənzərsiz dəsti-xəttinin estetikasıdır,
bədii təfəkkürünün məxsusi tərəfidir.
Aşıq Ələsgərin dili çox mühüm estetik akt olaraq
yalnız mündəricənin bədii ifadəsi deyil, həm də şeirin este-
tik tələblərini xalqın zövqünə uyğunlaşdırmış incə sənət
faktıdır. Buna görə də Aşıq Ələsgər poeziyasının ümumi
ahəngində sinonim cərgəyə daxil hər bir söz bədii dil gözəl-
liyi, üslub aydınlığı və forma mükəmməlliyinin təmin-
atçısıdır.
Aşıq Ələsgərin dili kütləvi aydınlığı və anlaşıqlığı ilə
seçilir. Onun hər bir kəlməsi işləkliyi ilə səciyyələnir.
209
İfadələrin yığcamlığı və cilalığı canlı mükalimə üçün əsas
olması xüsusi seçilir. Ən sadə xalq danışıq dilinin bütün
ünsürləri nümunəvi bədii dil faktı kimi təqdim olunur.
Bütün formalarla Aşıq Ələsgər şeirlərinin dili vahid bir üs-
lubi sistem, poetik nitq norması yaradır. Deməli, qeyri-adi
yaradıcılıq işində Aşıq Ələsgərin poetik dili tərənnüm və
ibarətli məzmun üçün bütün potensialını açır, poetik dilin
norması tarixində xüsusi meyl yaradır.
Müəyyən anlayışın müxtəlif leksik-semantik vahidlə
ifadəsində, sözün üslubi-semantik cəhətdən məna
tutumunun genişləndirilməsində Aşıq Ələsgərin yaratdığı
mətn mühitinin misilsiz xidməti vardır. Aşağıdakı nümunə-
lərdə “dost” və “düşmən” məfhumlarının müxtəlif üslubi
təzahürləri ayrı-ayrı sinonim sözlərin timsalında müşahidə
olunur:
Təzə aşnalıqla, köhnə dostluğun
Fərqi var qış ilə yaz arasında (8, 47)
Ələsgərəm, ismim deyim aşikar
Qədir bilən dosta, başü can nisar
Təvəlla təbərra şəriətdə var
İstəyən şad olsun, düşman kor olsun (8, 287)
Müxənnət, sayraqub, xaini xəbis
Nə yaman qandırıb, o yara məndən (8, 158)
Varlıqda dost olma, yoxluqda kənar (8, 123)
Bəzirgansan yolun kəsər
Yağı, gözlə, gözlə sən
Hərcayıyla aşna olma
Namərdə bel bağlama (8, 197) və s.
210
Dil materiallarının estetik bütövlüyünü, ahəngdarlı-
ğını təmin edərkən sinonimlər poetik sanbalın təkrarolun-
mazlığına zəmin yaradır, nitq şəraitindəki üslubi çevikliyini,
daxili dinamikasını əyaniləşdirir. Söz rəngdən-rəngə düşür,
dinamik məzmunlu obrazın təməlində dayanır. Söz seçimi
ilə bağlı üslubi əməliyyat müəllifin söz duyumunu fəallaş-
dırır, mətnin estetik tutumunun sanballaşmasına yönəldilir.
Yüksək şeiriyyət əldə etməyin bütün vasitələrinə xü-
susi həssaslıq göstərən Aşıq Ələsgər söz və ifadələr arasında
sıx məna münasibətləri yaratmağın ustasıdır. Dahi şairin
şeirlərinə məxsus məzmun dolğunluğu, poetik məna gücü
çox hallarda onun fərdi üslubu, təsvir-tərənnüm üsulunun
özünəməxsusluğu ilə əlaqəlidir. Sözün bədiilik sirlərinə
dərindən bələd olan Aşıq Ələsgərin sözə yanaşma üsulu
özünə xas dəyərlərlə müşayiət olunur. Xəlqi deyim tərzi,
xalqın söz işlətmə üsulları Aşıq Ələsgər üslubunun cöv-
hərini təşkil edir. Obrazlılıq, yığcamlılıq, sözə maksimum
qənaət, sərrast ifadə modelləri onun şeir sətirlərinə xüsusi
poetik siqlət verir.
Aşıq Ələsgər şifahi xalq ədəbiyyatının dil
ənənələrinə və klassik şeirlərimizin bədii nitq mədəniyyətinə
biganə qalmamışdır. Ustad şairin dil sənətkarlığı təsdiq edir
ki, sözdən istifadə bacarığına görə o, xalqın mənəvi xəzinəsi
olan dilinin gözəlliklərini duyub onun sənət möcüzələri yar-
atma imkanlarını təcəssüm etdirmə qabiliyyətinə görə heç
kimlə müqayisəyə gəlməyən nadir sənətkarlarımızdandır.
Aşıq Ələsgər bədii söz aləmində öz səsi, öz nəfəsi ilə qürur
doğuran bədii dil dahisidir.
211
Sözün poetikləşməsi və sözdən obraza keçid
prosesinin üslubi incəliklərlə gerçəkləşdirməsi ilə Aşıq
Ələsgər həyat həqiqətlərini bədii həqiqətə çevirir, onun oriji-
nal bədii təfəkkürü sinonimlərlə ənənəvi obrazlara yeni
nəfəs və çalarlar verir. Sinonim sözün bədii uğuru onun təra-
vətli deyim üsulu ilə şərtlənir. Bu prosesdəki orjinallıq sə-
nətkarın sinonimlərin poetik mahiyyətinə nüfuzu və onun
dərinliklərindəki obrazlı rəngləri aşkarlamaq istedadıdır:
Bədəsildən hərgiz olmaz heçə sil,
Lənət sənə gəlsin pis söy, pis nəsil (8, 114)
İnsaflar azalıb, mürvət gödəlib
Qazıların mazarratı çıxıbdı (8, 280)
Mərd iyidin məclisindən
Aşıq gəlir, at aparır
Tər tökür, zəhmət çəkir
Açır hər büsat aparır (8, 215)
İsvəyi nazıyla adamı öldürür
Qəmzəsində nahaq qanlar dolanır (8, 65)
Sinonimik leksika obrazlı düşüncəyə istiqamət verir,
üslubi-semantik çevikliyi və məqamında işlənməsi
sayəsində üslubi cəhətdən intensiv səciyyə daşıyır.
Dil xəzinəsinin üslubi zənginliyinə, bədii lətafətinə
dərindən bələd olan Aşıq Ələsgər hər sözü öz yerində və
məqamında işlətmə məharətinə malik olan nadir söz sənət-
karlarımızdandır. İfadə tərzində aydın sezilən bir cəhət–sözü
sadə danışığa, xalqın nitq mədəniyyəti qanunlarına uyğun
işlətmə məharəti onun əsərlərini misli görünməmiş mənəvi-
bədii xəzinəmizə daxil etmiş, ruhumuzun incəliklərini
212
oxşayan anadilli dahi şairlərimizlə- Nəsimi , Füzuli, Vaqif,
Sabir və s. ilə eyni sənət və şöhrət zirvəsinə ucaltmışdır.
Aşıq Ələsgərin dilində milli səciyyədən uzaq, xalqın
zehni, təfəkkürü ilə bağlı olmayan söz və ifadələrə az təsa-
düf edilir. Adi məişətdə işlənən dil ünsürləri, istənilən ifadə
vasitələri onun yaradıcılığında xüsusi poetik rənglərlə zən-
ginləşir, poetik məna siqləti qazanır. Onun şeir dili Azərbay-
can xalq şeirinin bütün incəliklərini ehtiva etməklə bərabər,
həm də klassik poeziyamızın dil-üslub ənənələri ilə də ya-
xından səsləşir.
Sinonimlər bədii qayənin üslubi təzahür üsulu kimi
obrazlılığın mükəmməl nümunələrini yaradır. Onların üslubi
istiqamətləri bədii təfəkkürün, emosiyaların orijinal ifadə
ehtiyaclarını ödəyir. Lirik ovqatın emosional cizgilərlə ifa-
dəsində sinonimlər əsas meyara çevrilir, lirik mühakimə və
düşüncələrə konkretlik gətirir, obrazlı düşüncə tərzi sözlərin
semantik hüdudlarına genişlik verir:
Unutma ilqarı, itirmə iman,
İman durur düz il qanın içində (8, 94)
Sayılmaz mehmana keçə salırsan,
Sayılan qonağa xalı varıymış
İnsan üzün görməyəsən dönəndə
Açılanda xoş cəmalı varıymış (8, 141)
Yaman övlad, bəd qonşu,
Qohum-qardaş incidir (8, 183).
Aşıq Ələsgər təbii dil mühiti yaradıb fikri rəngarəng
üslubi çalarlarla, şeirin ideya-bədii istiqamətinə uyğun
şəkildə ifadə etməyin misilsiz ustadıdır. Onun qeyri-standart
ifadə tərzi, oxucu ilə məhrəmanə poetik söhbəti xalq danışıq
213
dilinin leksik imkanlarının qol-qanad açmasına rəvac verir.
Bu yaradıcılıq məziyyəti böyük sənətkarın öz milli-mənəvi
köklərinə və doğma ana dilinə min bir tellərlə bağlılığından
törəyir. Təsadüfi deyildir ki, Aşıq Ələsgərin şeir dilinin əsas
ağırlıq mərkəzini canlı xalq dili sözləri təşkil edir, bu
sözlərin üslubi çalarları, məna spektrlərini də daha çox məhz
milli mənsubiyyətli kəlmələr əks etdirir. Bu kəlmələrin digər
laylara aid olan leksik vahidlərlə çox şaxəli təması Aşıq
Ələsgər dilinin leksik-üslubi istiqamətini təyin edir.
Aşıq Ələsgərin şeirlərində həyat hadisələrinin, təbiət
lövhələrinin məişət – ünsiyyət dili ilə obrazlandırılması
sirayətedici bədiilik yaradır. Onun əksər şeirlərinə xas olan
bir keyfiyyət kimi belə bir cəhət qabarıq görünür. Müxtəlif
üslubi laylara aid olan sözlərin hamısı sanki bədii dil üçün
eyni dərəcədə yararlıdır. Sözlər sənətkar təxəyyülündə
cilalanaraq elə məqamlarda işlənir ki, üslubi cəhətdən
neytral leksikaya aiddiyyəti qətiyyət ağla gəlmir. Sinonim
cərgədəki hər bir sözün obraz yaratma potensialını bədii
təfəkkürün çevikliyi hərəkətə gətirir, sözün bütün üslubi-
funksional imkanları poetik mərama istiqamətləndirilir,
təlqin və təsvir vasitəsi kimi hər bir söz şeirinin əsas
qayəsinə uyğun motivləşir.
Elə ki şər gəldi, qaraldı qaşı
Dumana qərq oldu, dağların başı (8,61)
Aşıq Ələsgərəm, söylənir, adım
Budu ürəyimdə mətləb, muradım
Sənin ərin ölsün, mənim arvadım
İkimiz də qalaq yaslı, yaralı (8, 97)
214
Sadə nitq faktları Aşıq Ələsgərin dilində ciddi bədii-
estetik təyinatla müşayidə olunur. Adi danışıq materiallarına
üz tutmaqla dahi sənətkar sənət dilində təbiiliyin yaranması-
na xidmət göstərir. Sənət dilinin saflığı ümumxalq dilinin
mənbəyinə bədii-estetik yanaşma niyyətinin nəticəsi olaraq
meydana çıxır. Danışıq – məişət leksikası obrazlara xüsusi
emosiya əlavə edir, təlqinedici mahiyyətini gücləndirərək
daha intensiv şəkildə oxucunun yaddaşına keçir. Bədii
mühitin adi ünsiyyət leksikası ilə obrazlaşması son dərəcə
kamil ifadə etmə qüdrətinin əsas atributlarındandır. Aşıq
Ələsgərin bədii düşüncə məhsullarında məişət leksikası
əsərlərinin daxili məna strukturunda və forma komponentlə-
ri əhatəsində olduqca mühüm detaldır. Aydın ifadə tərzinin
aydınlıq məziyyətinin estetik faktora çevrilməsi də bu
detalların kəmiyyət və keyfiyyət göstəricilərindən çox
asılıdır.
Sinonimlər Aşıq Ələsgər şeirində bütün
bədiiləşdirmə potensialı ilə iştirak edir, poetik fikri lirik
ovqat labirintindən keçirməklə mündəricədən doğan eks-
pressivliyə təkan verir, misraları poetik keyfiyyət halına
salır. Bədii təfəkkürün orjinallığına söykənən dil sənətkar-
lığında sinonimlər güclü poetik-üslubi əməliyyat sayəsində
şeirin estetikasına orijinal çalarla əlavə edir.
Sözlə mənanın siqlətinə, təhkiyə nəfəsinin
dolğunluğuna xidmət Aşıq Ələsgər üslubunun əsas
qayəsidir. İfadə formalarının bədii düşüncə ilə ahəngdarlığı
bu üslubda aydınca seçilir, poetik təəssüratın əhatə və
semantik dairəsini genişləndirir. Bədii mətnə leksik-üslubi
fakt kimi daxil olan hər bir söz obraz yaradıcılığında
215
məhdudluq tanımır. Sözün üslubi ağırlığı, onun fikri ifadə
imkanlarının tükənməzliyini nümayiş etdirir. Aşıq Ələsgərin
sözə həssaslıq duyğusu onu ifadə standartçılığından
yayındırır, vərdiş olunmuş ənənəvi deyim şablonlarından
uzaqlaşdırır. Mətnin ümumi məntiqi semantik və ritmik
axarında dinləyicinin bədii təxəyyülünü hərəkətə gətirir,
bədii qayənin dərin qatlarına nüfuzetmə şəraiti
formalaşdırır.
Estetik idrakın tutumluluğunun təcəssümü olaraq
Aşıq Ələsgər eyni və ya qonşu misralarda sinonim sözlərin
sıxlığı ilə əsl poeziyaya layiq bədii keyfiyyət göstəricilərini
zənginləşdirir, onlar şeir texnikasının tələb və prinsiplərinə
uyğun olaraq məzmunu və forma çalarlarının kəmiyyət və
üslubi keyfiyyət çoxluğuna rəvac verir.
Mərhəba, namxuda,
Afərin, əhsən, malades!
Cahanda yoxdu tayın,
Dünyada təksən, malades (8, 234)
“Mərhaba”, “əhsən”, “afərin”,
“Can” belə oğlana deyin (8, 112)
Nə zaman ki, nəzərimə sataşır,
İtir ağlım, huşum, kamalım mənim (8, 114)
Olum sadağası bu gözəllərin,
Mərfətdə kamildi, kamalda dərin,
Əsəli-müsəffadı, şəhdi-ləblərin
“Əsəl” baldı, “müsəffası” seçilmiş (8, 132)
216
Aşıq Ələsgərin dilində leksik laylar arasında
sərhədlər sanki hiss olunur. Müxtəlif leksik qatlara məxsus
söz və ifadələr bir-birini tamamlayır. Xalq dilinin leksik
ifadə vasitələri alınmaları, termin səciyyəli sözləri,
dialektizmləri, hətta varvarizmləri belə öz içərisində əridir.
Bədii nitq mühiti qeyri-poetik leksikanı da xalq dilinin
enerjisi ilə yükləyir, sözlərin funksional təyinatındakı fərq,
demək olar ki, nəzərə çarpmır. Xalq dilinin ifadə vasitələri
əhatəsində ayrı-ayrı üslubi laylara məxsus leksik vahidlər
folklor ifadə tərzinin təəssüratını mühafizə edə bilir, xalq
yaradıcılığının təbiilik qəliblərində poetik fikirlərin
təcəssümünə çevrilir. Xalq məişət sözləri, loru danışıq
elememtləri, dialektizmlər, arxaizmlər – bir sözlə,
ümummilli dilin bütün vasitələri Aşıq Ələsgərin
misralarında bədii sehri, poetik əfsunu ilə özünü nümayiş
etdirdi.
Xalq dilinin söz xəzinəsi Aşıq Ələsgər poeziyasında
bariz şəkildə ortaya çıxdı. Yeni və təravətli ifadə vasitələri
bədii dilin sərhədlərini genişləndirdi.
Nadansan, qanmırsan xeyir-şərini,
Tərsə oxuyuram, xoş dəftərini,
Tanı adamını, bil müştərini,
Qarğı mizrab qıl çuvala sığışmaz (8, 298)
Könlüm yasdan çıxmır, qəlbim qaradan,
Bu dərdi möhnətdən, bu macəradan,
Dövlət getdi, hörmət qalxdı aradan
Qapımızdan dost ayağı kəsildi (8, 98)
217
Aşıq Ələsgərin poetik düşüncəsində hər bir anlayışın
söz cildi misralarda özünəməxsus rezonans doğurur və
bütün üslubi imkanları ilə bədii niyyətin gerçəkləşməsinə
yönəldilir. Xüsusi ekspressivlik və emosional yüklə
semantik-üslubi əməliyyatlarda fəallıq göstərir. Söz ulu
sənətkarın fərdi üslubi məharətindən uğurla bəhrələnir ki, bu
səbəbdən də orijinal ifadə yaradıcılığı sözün obrazlaşma
prosesinə ciddi nüfuz edir. İfadə tərzindəki sirayətedicilik
poetik təsvirdə, obrazlı təəssüratlarda təravəti meydana
çıxarır. Söz və məna sisteminin zənginliyi də Aşıq Ələsgərin
yaratdığı bədii nitq mühitini formalaşdırır.
Sözün estetik əmsalının böyüdülməsi emosionallıq
doğuran bədii mühitin cövhərini təşkil edir. Xalq dilinin şeir
sətirlərinə hopmuş ahəngində poetik nitq ünsürləri yeni
ladlar üzərində kökləyən Aşıq Ələsgər hər bir leksik vahidi
şeiriyyət faktına çevirir, şeirə təzə mündəricə əlavə edir.
Aşıq Ələsgərin dilində bütün linqvistik kateqoriyalar,
onların üslubi imkanları mətnin mütəhərrik tərtibinə
istiqamətlənir və xüsusi üslubi çevikliklə, dinamizmlə
müşaiyət olunur. Bir sıra leksik-semantik vahidlərə verdiyi
bədii fəallıq onun fərdi ustalıq səviyyəsini müəyyənləşdirir.
Belə hallarda sözdəki intensivlik və hərəkət çevikliyi ön
plana keçir. Deməli, Aşıq Ələsgərin şeir dilində sözün
sükunət halı təsəvvürə gəlməzdir.
Sərim qurban sərinə
Ay atanın nər balası,
Tuf dağıdıb ordu pozan
Səf yaran sərdar balası (8, 212)
218
Yüz iyirmi dörd min nəbi gəlibdi,
Cəmi ənbiyanın ədədi sənsən (8, 133)
Bədii dilinin keyfiyyət səviyyəsi, onun estetik
tutumu Aşıq Ələsgərin bədii idrak üfuqlərinin genişliyi,
sonsuzluğudur, bu dil onun sənətkarlıq ruhunun ayrılmaz
xüsusiyyətidir. Söz axtarışını yüksək bir şeiriyyətlə fikir
axtarışı və kəşfi səviyyəsində təsdiqlənməsi Aşıq Ələsgərin
sənətkar mövqeyinin, mənəvi mövqeyinin təzahürüdür.
Ümumiyyətlə, dil gözəlliyi və orijinallığı Aşıq Ələsgərin
poetik yaradıcılığına daxilən xas olan xüsusiyyətdir, onun
lirik təfəkkürünün aşkarlanma özünəməxsusluğudur. Deyim
orijinallığı duyum özünəməxsusluğu ilə, ifadə cazibədarlığı
çoşqun hisslə, təfəkkürlə bağlıdır. Danışıq leksikonu, xalq
danışıq sintaksisi poetik ünsiyyət formasının əsasında
dayanır və buna görə də onun fərdi üslubunun, mənalı və
poetik mündəricəli söz dünyasının tükənməzliyinin poetik
mənalandırma formasının ifadəsidir.
Aşıq Ələsgərin dili təcəssüm etdirdiyi fikir və
duyğularla həssas və fəal münasibətdədir. Bədii strukturu
formalaşdıran bütün dil ünsürləri Aşıq Ələsgərin hiss və
düşüncə tərzinə, emosional qatlara, daxili güşələrə dərindən
nüfuz edir. Təbiət obrazları, insan qəlbinin kövrək və həzin
duyğuları uğurla ifadə olunur. Obraz zəngin poetik
təfərrüatlarla canlandırılır. Bütünlükdə bədii mətn gözəl
poetik intonasiya ilə müşaiyət olunur.
Aşıq Ələsgərin bədii dil təcrübəsində vulqarizmlər-
dən, loru sözlərdən, söyüş leksikasından tikinti materialı
kimi istifadə də satirik düşüncənin məzmununa, tələb və
ölçülərinə tam uyğundur. Satirik yüklü ifadələr danışıq dili
219
səviyyəsində xəlqilik çalarları ilə zəngindir. Qeyri-rəsmi
şəraitdə işlənən, ədəbi danışıq normalarından kənarda qalan
açıq-saçıq və kobud, bəzən də ədəbsiz mənalı loru sözlərin
də mənbəyi xalq dilidir. Onun əsərlərində həcv, məsxərə və
sataşma leksikonu çox uğurludur, tənqid və ifşa obyektinin
satirik məzmunla poetik şərhinə sərrastlıq verir, sərt satirik
məzmun aşılayır. Loru-danışıq elementləri satira estetikası-
nın tələblərinə sığışmaqla mükəmməl həcv tonu yaradır,
satira dilinin canlı ünsiyyət çalarlarını əmələ gətirir.
Aşıq Ələsgərin dilində aşağı üsluba məxsus dil
elementləri öz üslubi təyinatı ilə bağlı bədii mətnin semantik
ahənginə uyğundur. Kobud söz və ifadələr özü belə incə
poetik çalarların ifadəçisi olur, bədii mətləblərin qabarıq
canlandırma vasitəçisi kimi üslubu ləyaqətlə yüklənir. Şeir
dilində müəyyən üslubi məqsəd izləyən vulqarizmlər, hətta
söyüş çalarlı söz və ibarələr şeir sətirlərinin ahəngində
uğurlu notlar qismində çıxış edir.
Yaxşı tanı, dağıtmaynan huşunu,
Dostun oğraşısan, duydum işini
Badkeş bənd eləmə, çək qəmişini,
Nəzmə cəzm eyləmə şeytan felini (8, 145)
Kobud ifadələr, müəyyən narazılıqla əlaqədar
işlədilən ədəbsiz, təhqiramız və söyüş sözlər Aşıq Ələsgərin
satirik nitqində bəzən əndazəni aşsa da, yerinə düşdüyü
üçün normativ komik material səciyyəli olur. Satirik
üslubun tələblərinə üz tutan Aşıq Ələsgər loru və kobud
sözləri bu və ya digər anlayışları bədii-komik şəraitdə
daşıyıcılarına çevirir. Satirik yüklü leksik vahidlər sərtliyi
ilə seçilir, sözün potensialındakı satirik məzmun üzə çıxır.
220
Vulqarizm və söyüş sözlər leksik-kommunikativ məqsəddən
daha çox leksik-üslubi məqsəd izləyir.
Adi şair, özü himarın tayı (8, 278)
Himarın dümbündə lağəri-məğəz (8, 281)
Xub yaraşır sənin kimi ulağa
Noxta, torba, palan, biz, şair Nağı (8, 299)
Heç kəs yeyə bilməz sən yeyən...
Ərəb, türkmən, nə də tat, köpək oğlu (8, 289)
Açıqlanın çal köpəyə hürməsin (8, 380)
Aşıq Ələsgərin dili başdan-ayağa poeziyadır. Hər
kəlmənin mayasında gizli şəkildə mövcud olan şeiriyyət
Ələsgər dühasi ilə aşkarlanır. Müdrik ifadələr, qanadlı sözlər
hikmət yaradıcılığı modelində şeirin məna siqlətinə güc-
qüvvət verir. Deyim tərzi, ifadə bacarığı ilə dərin düşüncə
qabiliyyətinin sintezindən yaranan, kökü xəlqi deyim tərzin-
dən gələn Aşıq Ələsgər üslubu sözün həqiqi mənasında
güclü bədii-estetik təsir yaratma qabiliyyəti ilə heyrət doğur-
ur. Onun hər bir linqvistik işarəsində xalq deyim üsulunun
nəfəsi duyulur. Bədii məntiqin gücü elə poetik təəssürat for-
malaşdırır ki, mətnə məlahət gətirən ünsürlər eyni zamanda
üslubi zənginlik mənbəyi kimi diqqət çəkir. Poetik söz bir-
liyində iştirakçı olan hər bir dil vahidi semantik bütövün içə-
risində əriyib bədii xəlitə yaradır. Hər bir söz bədii düşüncə-
yə və ifadə tərzinə sanki yeni bir rəng verir.
Aşıq Ələsgərin şeir dilinin ecazkarlığında sevimli
peyğəmbərimizin “Dünyanın bütün gözəlliyi dildədir” (29,
106) müdrik kəlamının bütün incəlikləri təzahür edir. Belə
bir fikir təlqin olunur ki, Aşıq Ələsgər yaradıcılığı xalq
müdrikliyi ilə duyğularının şeiriyyətidir, dil möcüzəsidir.
221
Dilin bütün qatlarından Aşıq Ələsgərin poeziya
dilinə sızan bütün sözlər mətni təravətli dil materialı ilə
təchiz edir. Dilin potensialında aşkarlanan bütün leksik
vahidlər bədii faktlara yanaşma mövqeyindən asılı olaraq öz
üslubi boyalarını müəyyənləşdirir. Müxtəlif üslubi qatlara
aid lüğəvi vahidlərin bədii potensialının fəallığı poetik
nitqin həyatiliyinin təminatçısı olur və müəyyən dil aksenti
doğurur. Məsələn, şeirin təlqinedici gücü xalq danışıq leksi-
kasından, konkret desək, onomastik vahidlərdən, yaxud
təbiətlə bağlı sözlərdən törəyən obrazlar üzərində təməl
tutur. Bu prosesdə orjinal nitq şəraiti sözü təzələyir, ustalıqla
işlədilən söz tamamilə yeni bir üslubi məcraya daxil olub
onun poetik yönümünə estetik müəyyənlik verir.
Aşıq Ələsgər poeziyasında təbiət gözəllikləri ilə
insan emosiyaları arasındakı ahəng mühüm amil kimi həssas
təbiət duyğularını heyrətamiz poetik məcraya keçirir. Fikir,
duyğu və təsəvvür aləmi ilə təbiətə yaxın müəllif möhkəm
tellərlə bağlı olduğu təbii abidələri, mənzərə və gözəllikləri
mənəvi-estetik sərvət kimi mənalandırır, təbiət obrazları
bakir poetik məqamlarda təqdim olunur. Dağ, yaylaq, bulaq
və s. obrazlar bədii konkretliyin, əyaniliyin və dəqiqliyin
qüvvətlənməsinə xidmət edir. Təbiət məfhumlarının yerində
işlədilməsi estetik idrakın tutumlu sanbalına söykənir, söz
düzümünü poetik məntiqin tələblərinə istiqamətləndirir.
Təbiətlə bağlı söz-obrazlar bir-biri ilə qarşılıqlı semantik-
üslubi təsiretmə şəraitində dərin assosiasiya doğururlar.
Təbiət obrazları uğurlu poetik tapıntı qəliblərində
canlandırılır. Çünki təbiəti estetik qavrayışın əsasında
obrazlı təfəkkür hadisəsi durur. Bədii mətnin ümumi
222
məntiqi-semantik axarında müxtəlif təbiət məfhumlarını
ifadə edən sözlərin bir-birini izləməsi məzmun və formanın
daxili tənasübü ilə şərtlənir. Bədii qayəni yüksək poetik
təfəkkür mədəniyyəti səviyyəsində təbiətlə bağlı söz-
obrazlar olduqca mühüm estetik təsir dairəsinə düşür:
Bahar fəsli, yaz ayları gələndə
Süsənli, sünbüllü, lalalı dağlar...
Xəstə üçün təpəsində qar olur
Hər cür çiçək açır, lalə zar olur
Çeşməsindən abi-həyat car olur
Dağıdır möhnəti, məlalı dağlar (8, 59)
Aşıq Ələsgərin təbiət şeirlərindəki “dağ”, “yaylaq”
və s. obrazları ana təbiətimizə məxsus nəcibliyin, paklığın
rəmzi kimi təsirlilik yaradır. Coğrafi məfhum vətənin poetik
analoqu kimi dərk olunur. Təbiətlə bağlı obrazlar geniş
estetik məna yükü daşıyır. Dil vahidlərinin estetik çalarları
ilə ictimai-əxlaqi motivlər qaynayıb-qarışır. Sözün məna
yükü, sənətkarın ilhamından güc aldığı məzmun dolğunluğu,
obrazın qazandığı məzmun dolğunluğu, obrazın qazandığı
estetik çalarlar poetik mənalandırmalarla, vətən torpağına
sonsuz məhəbbət hisslərinin ümumiləşdirilməsi yolu ilə
daha da vüsətlənir. Aşıq Ələsgər dilinin füsunkar rəngləri
doğma yurd gözəlliklərinin poetikləşdirilməsi istiqamətində,
vətəndaşlıq duyğularının ifadəsi yönümündə xüsusi üslubi
intensivliklərlə müşayət olunur. İfadə kamilliyi şeirin
ürəyəyatımlılığının təminatçısı kimi çıxış edir. Ana dilinin
təmizliyindən, saflığından süzülüb gələn şirinlik oxucunun
qəlbinə köçür, misraların ahəngi ürəyimizdə əks-səda verir.
Təbiətlə bağlı dil vahidləri fikirlə emosiyanın şəffaflığını,
223
saflığını və dərinliyini yaradır. Lüğətinin semantikası,
fonetik deyim çalarları canlı ünsiyyətdən gələn təbii üslubi
siqlətə ağırlıq verir. Leksik və frazeoloji material ciddi
estetik təyinat alır.
Bir ay yarım nabahardan keçəndə,
Car olur köysündən sellərin, dağlar!
Çalxanır sonalar, çığrışır qazlar,
Zəmzəm zümzüməli göllərin dağlar (8, 60)
Aşıq Ələsgərin lirik düşüncələrini təcəssüm etdirən
obrazlar, müraciət etdiyi poetik motivlər onun könül
dünyasının zənginlikləri prizmasında təcəssüm etdirilir.
Təbiət motivləri də bədiiliyə xidmət edir. Bu poetik
prosesdə təbiətlə bağlı motivlər bədii ifadə vasitələrinin
işlənmə həcmini və tempini şərtləndirir. Təbiət haqqında
səmimi fikir və düşüncələr, onun doğurduğu hisslər yüksək
bədii mükəmməlliklə, cazibəli üslubi fiqurlarla, təravətli
təsvir üsulları ilə xarakterizə edilir. Tərənnüm obyektinin
sərrast cizgilərini canlandıran lüğəvi vahidlər qeyri-adi
poetik semantikası ilə, yaratdığı siqlətli ovqatı ilə oxucunun
və ya dinləyicinin hisslərinə hopur. Təbiətin misilsiz
hüsnünü sözün üslubi rəngləri oxucunun gözləri önündə,
xəyalının güzgüsündə möhtəşəm bir tabloya çevirir.
Aşıq Ələsgərin təbiət şeirlərində dil və sənətkarlıq
tələbləri, sənətkar məsuliyyəti özünü yüksək bədii keyfiyyət
həddində doğruldur. Təbiət gözəlliklərinin estetik cəhətləri
ilə sosial və fəlsəfi mətləblər kamil bədii formalarda, saf
duyğular canlı söz cildlərində təqlim olunur. Burada zahiri
obrazlılıq xatirinə işlədilən heç bir dil ünsürünə rast gəlmək,
demək olar ki, qeyri-mümkündür.
224
Ağ xalat bürünməz, zərnişan geyməz,
Heç kəsi dindirib, xətrinə dəyməz,
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar (8, 59)
Aşıq Ələsgər şeirlərində ana torpağa, təbiətə ənənəvi
bağlılıq sənətkarın əhatəsində olduğu ətraf mühit və onun
ayrı-ayrılıqda hər bir güşəsi ilə bağlı motivlərin geniş yer
tutmasının köklü səbəbləri vardır. Bu, hər şeydən əvvəl, bu
motivlərin doğurduğu mənəvi-psixoloji qayğılarla bağlıdır.
Təbiətə estetik münasibətin əsasında təbiətin estetik
məzmunu ilə yanaşı şairin ilhamına qida və qanad verən
təbii gözəlliklərə Aşıq Ələsgərin sonsuz məhəbbəti dayanır-
dı. Ağuşunda olduğu təbiət onun məişətinin, həyat tərzinin
ayrılmaz parçası idi. Dağların, yaylaqların tərənnümü şairin
gündəlik estetik təəssüratlarının təcəssümü kimi dəyərlidir.
Bu poeziyada təbiətlə insanın üzvi vəhdəti lirik qəhrəmanın
duyğularının təsviri fonunda canlandırılır. Ülviyyət və
gözəllik mənbəyi kimi təbiət, şairin təbiətə münasibətini
səciyyələndirən mühüm cizgilər xüsusi ehtirasla səslənir,
təbiət mövzusu şeirin dilini də təbii boyalarla zənginləşdirir.
Təbiət obrazlarının ənənəvi məna çalarları Aşıq Ələsgərin
işlətdiyi ifadələrlə, məcazlarla özünəməxsus üslubi
əlamətlərlə meydana çıxır, belə məqamlarda sözlər təbii və
canlı danışıq tərzinə söykənir.
Tarixi və dini mənbələrə yaxından bələdliyi Aşıq
Ələsgərin dilində tez-tez təzahür eidr. Əsatirlərə və miflərə,
fəlsəfə və təriqət rəmzlərinə müraciət şeirin dilini qəlizləş-
dirmir, əksinə onların leksik anlaşıqlığı əsas tutulur və onlar
qoşma, gəraylı üslubunun materialına çevrilir. Bütövlükdə
225
islam dininin əsaslarına, şərq poetikasına xüsusi
mükəmməliklə yiyələnən Aşıq Ələsgərin dilində simvolik
onomastika mühüm yer tutur. Onomastik anlayışların kə-
miyyət göstəriciləri təsdiqləyir ki, kontekstdə onların bədii
semantikası mükəmməliyi ilə təqdim olunur. Zəngin
onomastik vahidlərin poetik sistemi yüksək bədiiliyi ilə
diqqəti cəlb edir.
Aşıq Ələsgər Göyçə mahalına və Göyçə ətrafı
bölgələrə, Azərbaycana aid coğrafi adlarla yanaşı, dünyanın
yaxın və uzaq ölkələrinə aid toponimləri də müxtəlif üslubi
məqsədlərlə tez-tez işlətmişdir. Onlar mətndə müəyyən in-
formasiya yükünün daşıyıcıları olmaqla bərabər, həm də
güclü poetik ekspressiya doğurur. “Quran”da, “Quran”a
qədərki dini kitablarda qeyd olunan antroponimlər, şərq ədə-
biyyatı ilə bağlı şəxs adları, tarixi-dini şəxslərlə əlaqəli insan
adları bir daha göstərir ki, Aşıq Ələsgərin tərənnüm etdiyi
ideyalar qədim dünya və eləcə də orta əsr mütəfəkkirlərinin
fikirləri ilə səsləşir. Aşıq Ələsgərin dilində semantik qrupla-
rına, mənşəyinə görə fərqlənən onomastik vahidlər belə bir
qənaəti təsdiqləyir ki, Aşıq Ələsgər dini elmlərə mükəmməl
yiyələnmiş müraciət etdiyi antroponimlər haqqında bütün
bilgiləri mənimsəmişdir. Tarixi-əfsanəvi şəxslər məhəbbət
qəhrəmanlarının simvolları ilə Aşıq Ələsgər klassik
ənənələri qoruyur, onlar özündə obrazlılıq yükünün ağırlıq
mərkəzini saxlayır, semantik motivləşmə xüsusiyyətlərini
hifs edir, poetik dilin xüsusi göstəricilərinə çevirir.
Demək yerinə düşər ki, “Azərbaycan”ı böyük
sənətkar iki, “Əlosman”ı (Türkiyə) bir neçə dəfə işlətmişdir.
Gözün talan salar Azərbaycana,
226
Dilin istər Əlosmanı dağıtsın (8, 58)
Yanında yoldaşları var
Azərbaycan xanı kimi (8, 230)
Klassik şairlərimizdə olduğu kimi Aşıq Ələsgərin
onomastik dil materialları içərisində ümumşərq toponimi-
yası geniş yer tutur. Bununla belə onun dilində
Azərbaycana, xüsusilə Göyçəyə aid yer adları işlənmə
tezliyinə görə və kəmiyyət etibari ilə üstünlüklərə malikdir.
Bu fakt ilk növbədə böyük söz ustadının milli təfəkkür
tərzini şərtləndirən amil kimi dəyərləndirməyə layiqdir.
Milli coğrafiyaya daha yaxından bağlanması şeir dilində
milli toponimiyanın işlənməsindəki kəmiyyət üstünlüyünə
yol açmaqla bərabər belə bir faktı da təsdiqləyir ki, Aşıq
Ələsgər ruhən daha çox bağlandığı və təmasında olduğu
obrazların, kəndlərin adlarının funksionallığını öz
şeirlərində intensivləşdirmişdir. Göyçə toponimlərinin
sıxlığı həmçinin Aşıq Ələsgər sənətinin realizminin, milli
gerçəkliyə bağlılığının göstəricilərindəndir. Onun onomastik
sistemində Göyçə, Azərbaycan və Qafqaz toponimlərinin
hüdudları aşsa da, doğma torpaqdakı kənd adlarının tez-tez
səslənməsi dil realizminin konkretliyinə nümunədir:
Bir tərəfin Çənbərəndi, Görənin həvəsi gəlir (8, 244)
Kəsəmənli nə cür geyir papağı (8, 307)
Bizim Ağkilsəyə xəbər doldu
Yaxın mənzilimiz Kəvər olubdu (289)
Kalvay Söyün baxıb gördü,Şoru çıxıb Şorcalının (8,275)
Addayın Şahtaxtıdan, Təbrizə, Tehrana deyin, üz tutun
Əlosmana, Qarsa, Qağızmana deyin (8, 211) və s.
227
Öz xalqının əbədi iftixarı olan Aşıq Ələsgər mütə-
fəkkir el şairi, zəngin yaradıcılığının bütün güşələri ilə do-
ğulduğu torpağa bağlı olan qüdrətli ozan kimi “Göyçə”
adına, onun təbiətinin gözəlliklərinə, ağır ellərinin müdrikli-
yinə xüsusi pərəstiş və heyranlıq yaradır. Aşığın dilində
“Göyçə” nidası xüsusi qürurla səslənir: Onlara möhtacdı
Göyçə mahalı (307); Ələsgərin toy işi var əlində, İşi təhər
tapıb Göyçə elində (69); Adım Ələsgərdi, əslim Göyçəli
(45); Adım Ələsgərdi, Göyçə mahalım (65); Eşidib Göyçə
mahalı, Külli-İrəvana deyin (211); Yoxdu Göyçə mahalında
İsgəndər tək igid gəzən (217); Anam Göyçəlidi, öz adın
Nağı (286); Göyçəyə məlum olsun, Yıxıb İranı mollalar
(292) və s.
Aşıq Ələsgər müəyyən anlayışların ifadəsi prosesin-
də söz və tərkiblərin daxili enerjisini qüvvətləndirmək üçün
daha mükəmməl poetik konstruksiyalara müraciət etdiyi
kimi, poetik onomastikaya da xüsusi diqqət ayırmışdır.
Sözdən obraza keçid üçün xüsusi adlar yetkin üslubi üsul
kimi sənətkara imkan verir ki, şeirin məna və struktur
cəhətdən təşkili prinsiplərinə uyğun olaraq bütün kompo-
nentlərin möhkəm vəhdəti daxilində xüsusi adların fəallığını
artırsın. Xüsusi adlar bəzən parafrazların yaranmasına yol
açır. Parafraz bir sözün mənasını təsviri yolla əks etdirən
ifadədir: bir şəxsin adı əvəzinə onun əsas əlamətlərini,
atributlarını, mühüm xüsusiyyətlərini işləməkdən ibarət
məcazdir ki, bu, təsvir obyektinin poetik qavranılmasına
xidmət edir. Aşıq Ələsgərin dilində şəxs adları ilə bağlı pa-
rafrazlar poetik-bitkin tamın üslub kompozisiya, ahəng və
intonasiya ünsürü olaraq daxili intensivlik kəsb edir. Bunu
228
Aşıq Ələsgər şeirə zahiri bər-bəzək xatirinə daxil etmir.
Onlar zahiri görüntüdən daha çox poetik nəfəsin mövcudluq
forması olaraq yadda qalır, bədii qayənin daxili mahiyyətini
aşkarlayır.
229
TƏZADLI HARMONİYA, EMOSİONAL
KONTRAST
Aşıq Ələsgər şeirinin daxili ovqatı və ahəngi lirik
təhkiyənin təsirli və mənalı linqvistik vahidlərə istinadı ilə
bağlıdır. Şeir texnikasının, peşəkarlıq səviyyəsinin söz
duyğusu ilə bilavasitə əlaqəsi, sözün incə çalarlarından
istifadə etmək bacarığı ilə müşaiyət olunması, bədii
məntiqin mətn strukturundakı mövqeyi şeir sənətinin
həyatilik qüvvəsinin əsasında dayanır. Bədii düşüncə
tərzinin elastikliyi də sözlə rəftar səriştəsi ilə həmahəng
şəkildə meydana çıxır. Söz ustalığı şeirin ümumi ruhu və
ahəngini tənzimləməyə xidmət göstərir. Vəznin ahəngi
fikrin ahənginə güc əlavə edir və bütövlükdə bədii ovqatın
ahəngində bütövləşir. Yüksək sənətkarlıq və bədii keyfiyyət
Aşıq Ələsgərin dilində təbii-danışıq axarında formalaşır.
Lirik-bədii mətləblər, konkret obraz və anlayışlar, müxtəlif
detal və müşahidələr onun poetik leksikonu, kamil bədii
ifadə üsulları ilə təqdim edilir, bədii-estetik cəhətdən daha
təsirli tərzdə meydana çıxır. Sənətkarlıq amilləri, dil
gözəllikləri daha təsirli, daha mündəricəli formalara düşür.
Obraz və ifadə vasitələrindəki sanbal şeirin məzmununa
məxsus keyfiyyət kimi təzahür edir. Aşıq Ələsgər üslubunun
diqqət çəkən məziyyəti ondan irəli gəlir ki, onun
yaradıcılığında dil sənətkarlığı dərin mündəricə, zəngin
poetik məzmun səviyyəsində aşkarlanır.
Antonim sözlər də Aşıq Ələsgər şeirinin məzmunu
ilə üslubi strukturunun harmoniyasını təmin edən və gözəl
estetik hadisələrə rəvac verən leksik-semantik söz
qruplarındandır. Onun dilində əks mənalı sözlər sözü poetik
230
sərvətə çevirmək vasitəsidir. Antonimlər Aşıq Ələsgər
şeirində obrazlı təfəkkürün daşıyıcısı, hiss-həyəcanların
bədii əks-sədasıdır və bu cür ciddi estetik vəzifələrin yerinə
yetirməklə bədii dil hadisəsinə çevrilir. Təbii danışıq dilinin
imkanlarından qidalanmaqla antonimlər öz tükənməz
enerjisi üstündə köklənir.
Çox həsrətlər görünür öz kimsəsini
Vaya döndərirsən şadlıq bəhsini
Tərəqqi-tənəzzül kəməncəsini
Gah zilləyib, gah da bəmə çəkirsən.
Kamil ovçu ölməyincə uzanmaz,
Əldən qoymaz belə sərxoş maralı
Eşq oduna düşən aşkara yanmaz
Pünhan-pünhan mənim kimi saralı (8, 97)
Novruz da bahara dəyərlər “bəli”,
Gah kamala yetər, gah olur dəli
Gün vuranda quzeylərdən sel gəlir,
Quzey istər zimistana can desin (8, 55)
Aşıq Ələsgərin dilində paradoksların yaratdığı har-
moniya yalnız əks mənalı sözlərin eyni mətndə iştirakı ilə
yaranmır, bu, həmçinin ziddiyyətli bədii lövhələri canlan-
dıran sintaktik konstruksiyalarda təzahür edir. Təzadlı ha-
disələri, ziddiyyətli mühakimələri real cizgilərlə verməkdə
antonimlər müstəsna rol oynayır. Paradokslar lakonik və ob-
razlı məzmunun ənginliklərinə nüfuz etmə keyfiyyəti əldə
edir. Əks qütblərin yaratdığı paradoks dinamik şəkildə baş
231
verir və estetik məziyyəti ilə seçilir. Şirin lirik təəssüratlar
aləmi poetik formanın bədii imkanları üzərində dayanır.
Aşıq Ələsgərin dilində antonimlərin özünəməxsus
bədii həyatı var. Öz təbiəti etibarı ilə şeir dili üçün yararlı
ifadə vasitəsi kimi daxili semantikasında böyük və cazibəli
bədii əsrarəngizliyi gizdədir və onu misralarda yaratdığı
poetik gözəllikləri ilə aşkarlayır. Aşıq Ələsgərin dilində an-
tonimlərin zəngin ifadəlilik potensialı gözlənilməz bədii-
estetik icadlar üçün etibarlı özül rolunu oynayır. Nümunələr
göstərir ki, onların vasitəsilə canlandırılan fikir və duyğular-
ın təravətli deyim orijinallığı söz sənətkarının fərdi üslubi
özünəməxsusluğundan qaynaqlanır. Açıq-aşkar hiss olunur
ki, söz sənətkarının istedad dərəcəsi antonim sözlərin poetik
məğzinə, üslubi mahiyyətinə işıq tutur. Aşıq Ələsgər
antonim sözlərin iştirakı ilə yaratdığı forma aləmətləri
məzmun kamilliyinə xidmət etdiyi üçün, forma və məzmun
eyni ahəng üzərində qurulduğu üçün sanballı təəssürat
bağışlayır:
Ələsgər qəlbinə saldın işığı,
Məclislər zinəti, el yaraşığı
Əzizliklə saxladığın aşığı
Zəlilliklə intiqama çəkirsən (8, 56)
Sevda qıl haqq ilə əl çək haramdan
Halaldan mətləbin al qoca baxını (8, 109)
Hay verrəm, qıy vurram eyləmir şikar
Tərlan baxtım sara döndü, nə döndü (8, 67)
Poetik əhval-ruhiyyəyə, emosional mühakimə
tərzinə müvafiq Aşıq Ələsgərin işlətdiyi hər bir antonim
cütlük həyat həqiqətinin bədii həqiqətə çevrilməsi
232
vasitəsidir. Antonimlər üslubi məqsədə müvafiq estetik
fəaliyyət sferasına daxil olub yüksək bədii səlahiyyətə
yiyələnir. Onlar adətən yanaşı, çox vaxt da qonşu
misralardada işlənməklə, bədii zövqü oxşamaqla nəzər-
diqqəti cəlb edir. Odur ki, Aşıq Ələsgərin dilində antonimlər
bədii sənətkarlığa yetməyin fəal və zəruri vasitəsi kimi
dəyərləndirilməyə layiqdir.
Antonim sözlər Aşıq Ələsgərin dilində ən işlək
semantik fiqurlardandır. Fikir təzadları kamil üslubunun elə
cizgiləridir ki, onun bədii dil üsulunu, poetik təcrübəsini və
estetik normalarını bunsuz təsəvvürə gətirmək qeyri-
mümkündür. Ziddiyyətlərin daşıyıcısı olan antonimləri söz
ustadının əşya, hadisə, əlamət və s. arasındakı dialektikanı
duymaq, poeziya dili ilə bunların dialektik vəhdətini aşkar-
lamaq vasitəsidir. Ən fəal üslubi fiqur kimi təzadlar şeirləri
həm dərin fikri siqlətinə görə zənginləşdirir, həm də
emosional məzmunla qidalandırır. Eyni anlayışı həm müs-
bət, həm də mənfi qütbləri ilə canlandıraraq obrazlı təsəvvür
bütövlüyünün ərsəyə gətirilməsi də əksərən əks mənalı söz-
lərin ifadəlilik imkanlarına söykənir. Sözlərin semantikasın-
dan törəyən təzadlı tabloları müəllif bədii-ekspressiv yük-
səkliyə qaldırır. Antonimlərin ekspressiyası bədii məzmunu,
daha çox da mətnin poetik siqlətini daha vüsətli səviyəyə
çatdırır. Bədii kontekstdə sözlərin antonimliyi poetik məna
cəhətdən əlaqələnərək yüksək poeziya emosiyası doğurur,
bütöv mətnə xüsusi poetiklik verir.
Şər işdən nə tapdın söyləsən qanam
Necoldu büsatın, dəmim, dəm xanam,
Tülkü havalanıb deyir aslanam
233
Tuf dağıdan ac aslanlar itibdi (8, 96)
Günahkardı nə ki yoldan azan var
İki mələk – xeyri – şəri yazan var
Nəkreyin var, Qıl körpü var, qazan var,
Rövşən yollarını tar eyləməynən (8, 75)
Üz – üzə dayanan anlayışlar eyni misrada, beytdə və
yaxud bənddə yanaşı dayanmaqla, əks mənalı ifadələr
qonşuluq mövqeyində durmaqla, təsvir obyektinin daxilinə
nüfuz etməni intensiv vəziyyətə salır, bədii faktlara analitik
baxışları dərinləşdirir. Aforistik ümumiləşdirmələrin, müd-
rik kəlamların bünövrəsində antonimlərin üslubi fəallığı dur-
ur. Məzmun kəsəri, bədiilik lətafəti antonimlə bağlı dil fakt-
ları üzərində qurulur və güclü emosional – obrazlı təfəkkür
amili kimi çıxış edir. Aşılayıcı emosiya, poetik təlqin bədii
fraqmentlərin aforizmlər şəklində üzə çıxmasına stimul
verir.
İslama haram halal bilərsiz,
Şəriətdən kənar mətləb dilərsiz,
Əysik danışarsız, artıq gülərsiz,
Namus, qeyrətiniz, arınız olmaz (8, 295)
Çox gəzmişəm, az görmüşəm danəndə,
Deməliyəm sözün yeri gələndə
İnsan üzün görməyəsən dönəndə
Açılanda xoş cəmalı varıymış (8, 141)
Aşıq Ələsgər semantik məzmunca qarşı-qarşıya
duran kateqoriyalar arasında poetik ünsiyyət durmağın
misilsiz yaradıcısıdır. Reallığa poetik münasibət, həyata
234
analitik baxış dahi şairə ziddiyyətlərin birliyini və bu
vəhdətin şeiriyyətini sözə çevirməyə yönəltmişdir. Aşıq
Ələsgərin bədii məntiqi, cövhərini həyat həqiqətlərindən
tutmuş bədii mətləbi antonimlərin yaratdığı bənzərsiz bədii
nitqdə təcəssüm etdirmişdir.
Həyat faktlarına, mühitə analitik-fəlsəfi baxış Aşıq
Ələsgərin poeziya yaradıcılığının mayasındadır. Gerçəkliyin
mahiyyətinə fəlsəfi mühakimə ilə yanaşmaq, aləmi bütün
təzadları ilə qavramaq Aşıq Ələsgər şeirinin, ondakı lirik
ovqatın, müəllifin lirik təfəkkürünün spesifik atributların-
dandır. Aşıq Ələsgər poeziyasının siqlətli tərəflərindən biri
kimi qeyd edilməlidir ki, o, başdan-ayağa təzadlar poeziya-
sıdır. Bədii məzmunun ifadəsində əks qütbdə dayanan anla-
yışların, antonim sözlərin toqquşdurulması bədii mətnə xü-
susi emosional vüsət verir, müdrik mühakimələrə, fəlsəfi
ümumiləşdirmələrə yol açır. Həyati və fikri təzadlar
dialektik əskiklərin poetik əks-sədalarına çevrilir.
Ziddiyyətli həyat mənzərələrini əyaniləşdirmək Aşıq
Ələsgərin dərin mündəricəli yaradıcılığına xas olan məziy-
yətdir. Emosional təhlilin, fəlsəfi düşüncələrin güclü olduğu
poetik mətnlər rəngarəng mündəricələrin, fikir və həyəcan-
ların geniş spektrlərini əhatə edir. Folklor və klassik şeir mə-
dəniyyəti ilə qırılmaz mənəvi təmasların nəticəsidir ki, din-
ləyici ilə poetik ünsiyyətin təbiiliyi və səmimiliyi estetik
qavrama tezliyini təmin edir, bədii təlqini intensivləşdirir,
dərin emosiya aşılayır.
Həyatla fəal təmas Aşıq Ələsgər poeziyasının əsas
xüsusiyyəti, yüksək sənətkarlıq prinsiplərinə sədaqət onun
başlıca yaradıcılıq üslubundan törəyən keyfiyyətdir. Həssas
235
sənətkar qəlbi ilə duyulmuş zamanın əks qütblərinin real
cizgiləri, lirik nəfəsi əks etdirən şeirlər öz təravəti, üslubi
zənginliyi, mənalılığı ilə ona görə bəyənimlidir ki, onlar
bilavasitə Aşıq Ələsgərin özünüifadə formalarıdır.
Təzə aşnalıqla köhnə dostluğun
Fərqi var qış ilə yazı arasında (8, 47)
Qüdrətdən ucalan zülm ilə ölməz
Haqdan yanan çıraq bad ilə sönməz (8, 47)
Varlıqda dost olma, yoxluqda kənar
“İyidəm” deyəndə bu adət olmaz (8, 129)
Real əksliklərin optimal dil işarələri kimi antonimlər
hadisə və predmetlərin özünəməxsus əlaqə formalarını,
xüsusən təzadlı mənzərələri yaradır. Bunun vasitəsilə Aşıq
Ələsgər bədii məzmunun ən səciyyəvi əlamətlərini ön plana
çəkir. Təzadlı lövhələr, qarşılaşdırma mühüm üslubi əhə-
miyyət kəsb edir və şeir mətnində ümumiləşdirici bədii-
estetik qavrayış aktı kimi reallaşır.
Poetik ünsiyyət faktına çevirdiyi antonim sözlərlə
Aşıq Ələsgər təzadlı həyat hadisələrinin mühüm və səciyyə-
vi cəhətlərini aşkarlayır. Təzad yaradıcılığı ilə antonimlər
şeir dilinin poetik ünsürlərinə çevrilir. Bu isə poetik təmas
və ünsiyyətin intensivliyini şərtləndirən amil kimi bədii ov-
qatı stimullaşdırır, lirik düşüncə və mühakimələrin poetik
potensialına yeni güc-qüvvət gətirir.
Aşıq Ələsgər antonimlərin mətn daxilində üslubi
səmtini və mövqeyini sərrast müəyyənləşdirməklə onların
bədii effektivlik dərəcəsini məntiqi – estetik müstəvidə
uğurla sınaqdan keçirir. Təzad quruculuğu sosial-psixoloji,
fəlsəfi kontekstdə sənətkarın dünya duyumunu əks etdirir və
236
bununla da təsvir-tərənnüm obyektinin poetik mahiyyətini
dərindən duyub obrazlı şəkildə qiymətləndirməyin spesifik
ifadə formasına çevrilir: Aşıq Ələsgərin dilində təzad
duyğusu bütün hallarda bədii situasiyanın daxili məntiqinə
əsaslanır və bədii ovqatı daha dolğun və əhatəli miqyasda
söyləmək tələblərini ödəyə bilir. O da nəzərdən qaçmır ki,
təzad fiqurlarından yaradıcılıqla bəhrələnməklə Aşıq
Ələsgər öz hikmətli fikirlərini, müdrik deyimlərini,
aforizmlərini daha çox təzad qəliblərində ifadə etməyə
üstünlük verir. Semantikasına görə əks qütblərdə dayanan
sözlərin kontrastlı bədii lövhələr yaratması əslində Aşıq
Ələsgər üçün poetik mətnin incəliklərinə xidmət göstərən
estetik dil göstəricisidir.
Zülm ilə enməz haqdan ucalan
Yüksələr fağırın qeydiyinə qalan
Hər kim çuğul oldu söylədi yalan
Şeytan imanını aldı da getdi (8, 80)
Mərd istər ki, çörək verə, ad ala
Namərd gözlər mərd iyidin sinisin (8, 175)
Yaxşı günün olurmuşsa yamanı
Yaman günün yaxşı halı varıymış (8, 141)
Bu və ya digər anlayışın təzadlı qavrayışı, mühüm
psixoloji amillərin, hadisə və proseslərin daxili kontrastları-
nın poetik dərki üçün antonimlər assosiativ uyarlıq mənbə-
yidir. Sənətkarlıq təcrübəsində sınağa çəkilmiş antonimlərin
işləndiyi ibrətli şeir nümunələri göstərir ki, Aşıq Ələsgər
həm də qüdrətli təzad şeiridir, geniş fəlsəfi ümumiləşdirmə-
lər yaradan, hadisələrə fəal və ehtiraslı münasibətlər forma-
237
laşdıran təzad bolluğu, eyni zamanda misilsiz bədiilik ünsür-
ləri kimi şeir dilinin lirik tonlarını yaradır, canlı danışıq dili-
nin təbiiliyini və şirinliyini təmin edir.
Bədii dil mühitinə xüsusi ovqat verən, onun poetik
enerji potensialını zənginləşdirən antonimlər Aşıq Ələsgərin
sənət dilində estetik keyfiyyət həddində dayanır. Oynaq sin-
taktik konstruksiyaların işləkliyini zəruriləşdirir və müəyyən
ifadə modellərində konkret təzad-paralellərlə oxucunu
maraqlı düşüncələr, həyat fəlsəfəsini açmağa ünvanlanmış
suallar aləminə cəlb edir. Müdrikləri düşündürən həyat
problemlərin, qəlbində baş-başa gələn həyəcanların zaman
və insan münasibətlərinin poetik şərhini vermək Aşıq
Ələsgər şeirindəki təzadların ən mühüm fəlsəfəsi və
semantik prinsiplərini təşkil edir.
Poetik qarşıdurma, daxili kontrastlıq vasitəsilə
ictimai mühitə, dünya hadisələrinə fəal münasibətin ifadəsi
Aşıq Ələsgər şeiri üçün olduqca doğma və səciyyəvidir.
Qarşılaşdırma bədii mətndə güclü impluslar, dərin emosi-
yalar yaratmağa yönəldilir. Diametral tutuşdurma texnikası
varlığı bütün təzadları ilə bütöv şəkildə qav-ranılmasında
məntiqi əsasdır. Təzadlar Aşıq Ələsgər üçün gerçəkliyi
poetik-məntiqi düşüncələr vasitəsi ilə tam halında dərk et-
məyə stimul verir. Məhz buna görə də antonimlər Aşıq
Ələsgərin misralarında semantik vurğular, bədii fikrin,
poetik qayənin aparıcı gücü kimi sıralanır. Bu cür emosi-
onal–ekspressiv başlanğıc şeirin poetik-üslubi strukturunda
da fəal mövqeyini nümayiş etdirir. Buna görə də antonimlər
yalnız poetik mündəricə kamilliyində yox, həmçinin ifadəli-
liyi, lirizmi ilə də təsirli poetik ovqat formalaşdırır,
238
məzmunun poetik həllində formanın püxtələşməsində ol-
duqca orijinal və təravətli təsir bağışlayır. Antonim sözlərlə
onların doğurduğu bədii qarşılaşdırmalar arasındakı uyğun-
luq poetik təfərrüatdan alınan estetik zövqü kifayət qədər ar-
tırır. Antonimlərdən, onların bədii üslub üçün yararlı keyfiy-
yətlərindən faydalanan Aşıq Ələsgər şeirlərinin forma ləya-
qəti belə bir qənaəti bir daha təsdiqləyir ki, söz sənətkarının
poetik dil təcrübəsində təzadların poetik-üslubi məziyyətləri
lirik-emosional qavrayışın operativliyinin təminatçısıdır,
onun əsas gücü isə bu leksik vahidləri müəllifin nitq axarına
düzgün səmtləşdirmək məharətindədir.
Ələsgər, axtarma qüdrətin sirrin,
Zülmətdə işıq var, acıda şirin
Addadı zimistan, gəldi nobahar,
İnsallah dağlarda ha lala çıxar,
Neçə şey halaldan dönər harama
Neçə şey haramdan halala çıxar (8, 168)
Ələsgərəm, ismim deyim aşikar,
Qədr bilən dosta başücan nisar,
Təvəlla, təbərra şəriətdə var
İstəyən şad olsun, düşman kor olsan (8, 297)
Qarşılaşdırma yaratmaq üçün antonimlərin uğurlu
seçimi ilə Aşıq Ələsgər mətnə təravətli poetik nəfəs verir,
təzadlı vurğular lirik təbəqəyə intensivlik və mütəhərriklik
gətirib mətnin assosiativ dayaqlarına çevrilir. Lüzumsuz təs-
virçiliyin qarşısını almaqla poetik bütövlüyün effektliliyinə
nail olur. Qarşılaşdırma prinsipi ilə qurulan misralar lako-
nikləşir, bu prosesdə antonimlərin poetik-məntiqi nizamla-
ma gücü özünü aydın şəkildə büruzə verir. Təzadın bədii
239
nizamlama və yığcamlıq vasitəsi kimi mətnə nüfuzu lirik-
semantik formaya müxtəlif səviyyələrdə fərqləndirici key-
fiyyətlər verir. Incə antiteza duyğusu, antonimlərin üslubi
cizgilərinə həssaslıq, rəvan təhkiyə ritmində fikri lakonik tə-
zadlarla ümumiləşdirmə vərdişləri Aşıq Ələsgərin şeir
dilində əks mənalı sözləri obraz yaratma sisteminə daxil edir
və onu az sözlə çox fikir ifadə etməyin təsirli vasitəsinə
çevirir.
Ala gözlüm, səndən ayrı düşəli,
Hicranın qəmiylə kef eyləmişəm
Ah-vay ilə günüm keçib dünyada
Qəm satıb, dərd alıb nəf eyləmişəm (8, 76)
Sol əldə kağız var, sağ əldə qələm,
Bir yanda nəşə var, bir yanda ələm
Ələsgər tək şirin zəban, xoş kəlam,
Bivəfa dünyaya gəldi də getdi (8, 80)
Antiteza obrazlılığın mükəmməl formalarından biri
kimi, Aşıq Ələsgərin şeir dilində aydın cizgilərlə seçilir.
Mətnin dinamik tərtibatında antonimləri elə reallaşdırır ki,
təzadlı üslubi fiqurlar bədii qayənin fəlsəfi siqlətini, estetik
xarakterini, hikmət saçan mündəricəni oksümoran qəlibləri-
nə asanlıqla salmaqda çətinlik çəkməsin. Təzadlı düşüncələr
bir qayda olaraq təhkiyə quruculuğunu da nizamlamağa
xidmət edir, maksimal poetik-struktur intensivlik və vəhdət
yaradır. Semantik cəhətdən əks qütblərdə dayanan sözlərin
bir mətndə yaxınlaşması fəal assosiativ səsləşmə, dinamik
vüsət, daxili ekspressivlik formalaşdırmaqla şeirə ritmik
axar, emosional dalğalanma, canlı ritm-intonasiya çalarları
gətirir, nitqi canlandıran üslubi faktor rolunu oynayır. Aşıq
240
Ələsgərin poetik düşüncə tərzini, bədii qayəsinin fəlsəfi
mündəricəsini təzad qəliblərinə salır.
Antonimlər vasitəsilə qarşılaşdırma üsulu,
fərqləndirmə duyğusu imkan verir ki, müəllif dünya
duyumunun daxili qaynaqlarını, emosional həyatın həyəcan-
larını təlqin edə bilsin. Məhz bu səbəbdəndir ki, antonimlər
mükəmməl dil-üslub materialı kimi çıxış edir, şeirə melodik
əlvanlıq, bədii təhkiyə, daxili intensivlik gətirir. Antiteza se-
mantik vurğularla üslubi sahəni genişləndirir, daxili-poetik
gərginlik yaratmaqla bədii mətləbin fəlsəfi tutumu siqlətli
edir. Aşıq Ələsgərin şeir mətnini dərin psixoloji antitezalar,
tutumlu emosional kontrastlıq üzərində qurmasının əsas sirri
də bundadır. Antonimlərin arxitektonik funksiyada çıxış
etməsi, poetik idrak, həm də sənətkarlıq səviyyəsini artırır
və bunun bilavasitə köməyi ilə Aşıq Ələsgər emosional
mühakimə tərzinin üstünlüyünə nail olur.
İnsan payız ölə, yazda dirilə
Zimistanda boran-qarı çəkməyə (8, 57)
Tərlan idin, öz tayını tapmadın
Getdi qismət oldu sara zülflərin (8, 152)
Bir mərd ilə ağı yesən şirindi
Yüz namərdlə şəkər yesən dad olmaz (8, 122)
Alçaqda otur ki, çıxasan başa,
Tülküsən aslanla girmə savaşa
Əlin atma gücün çatmayan daşa
Götürə bilməzsən zora düşərsən (8, 299)
Aşıq Ələsgər şeir dili üçün səciyyəvi olan assosiativ
şəbəkədə təzad vurğuları bütün söz mühitinə dinamizm
gətirir, psixoloji canlandırma üslubi sahəni daha da geniş-
241
ləndirir, antonimlərin bilavasitə sayəsində bədii qayə həssas
təzad düşüncəsi ilə yekunlaşır. Antiteza onun dilində mü-
kəmməl poetik – üslubi əməliyyat səviyyəsinə qalxır. Asso-
siativ qavrayış təzadlarda özünü daha aydın şəkildə biruzə
verir. Antonim qoşalıqları əks qütbdə, barışmaz mövqedə
dayanan anlayışların bir-birinə yaxınlaşması imkanını yara-
dır. Beləliklə, əks-qoşalıqlar münasib lirik təhkiyə və bədii
təqdimat vasitələri kimi mühüm estetik əhəmiyyət kəsb edir.
Təzadlı fikirlərin qarşılaşdırılması antonimlərin işlənmə
zərurətini reallaşdırır, bədii idrak hüdudlarının genişləndiril-
məsinə güclü təsir göstərir. Bu da öz növbəsində poetik düş-
üncəyə, onun mənəvi-psixoloji çalarlarına həqiqi sənət ov-
qatı və bədii həyat nəfəsi gətirir. Aşıq Ələsgərin dilində ob-
razlılıq sferasından kənarda qalan antonim cütlüklərinə
demək olar ki, rast gəlmirik. O, antonim sözlər təzadlarla
dolu varlığın poetik ifadəsinə uyğunlaşdır, ziddiyyətli
tabloların poetik bütövlüyünə nail olur. Odur ki, söz sənət-
karının bədii dil arsenalında mənaca bir-birinə zidd olan
leksik vahidlər mühüm yer tutur, şeir dilinin ən vacib maddi
əsaslarından birini təşkil edir. Aşıq Ələsgər antonimləri
mətnin ümumi məzmununa elə hopdurur ki, o, üslubi bütöv-
ün ayrılmaz ünsürünə çevrilir, söz mühitinə dərin rişə atır.
Ustad sənətkar ilhamının qüdrəti ilə dil materialını
sənət incilərinə çevirməkdə, lirik nitq mühiti yaratmaqda,
təbii danışıq üslubunu şeir dilinə gətirməkdə çox mahirdir
və bütün linqvistik ünsürlər kimi antonimlər də üslubi fəallı-
ğı ilə fərqlənir. O, sözlərin, sintaktik fiqurların, fonoloji va-
sitələrin poetik-üslubi potensialından maksimum dərəcədə,
yüksək yaradıcılıq əzmi ilə yararlanır və nəticədə kamil
242
obrazlılıq ifadə edən bədii mətn formalaşdırır. Dahi söz
ustadının bədii dil təcrübəsi bunu təsdiq edir ki, optimal nitq
mühiti yaratmadan o, heç bir linqvistik ünsürü şeir mətninə
gətirmir. Onun işlətdiyi hər bir antonim ilk növbədə poetik
faktordur. Onların hər biri bədii nitq mühitində, poetik söz
əhatəsində olduqca munis görünür. Aşıq Ələsgərin üslub an-
ketinə düşən leksik vahid bədii nitqin motivləşməsində yax-
ından iştirakçı olur, bədii məkanın elastik qavrayışına
yaxından kömək edir. Kontekstdə sözlərin üslubi-semantik
çəkisi təbəddülata uğradıqca bütöv mətndə dramtizm güc-
lənir, duyğu və fikir axınının intensivliyi də artır.
Aşıq Ələsgərin bədii ifadə-nitq sistemində yeri
gəldikdə aktuallaşmayan üslubi vasitə yoxdur. Üslubi
şəraitdən asılı olaraq o, dilimizin potensialındakı semantik
imkanlardan böyük sənətkarlıqla yararlanır. Bununla da
şeirlərində xalq dilinin ən dəyərli poetik cizgilərini üzə
çıxarır, milli təfəkkürdən əxs etdiyi müdriklik çalarlarını nü-
mayiş etdirir. Onun şeir dili ümumxalq dilinin və düşüncə
tərzinin obrazları üzərində qurulur, onun bütün obrazları və
bədii anlayışları dərin assosiasiyalarla müşaiyət olunur, nəti-
cədə xalq təfəkküründən nəşət edən hikmət müəllifin öz
ifadə tərzinə üslubi vərdişlərinə uyğunlaşdırılır. Söz və
məna çarpazlaşması və onların bədii mətləbin üslubi şərhinə
səmtləşdirilməsi semantik-assosiativ qovşaq yaradıb müəlli-
fi yeknəsəq düşüncə təhlükəsindən uzaqlaşdırır. Təzad bol-
luğu bədii paradok yaratma vasitəsindən başqa poetik düş-
üncənin mütəhərrikliyinə nail olur, bədii mündəricənin
fəlsəfi-psixoloji spektrləri zənginləşir.
İgid cavanlıqda dəli gərəkdi
243
Qocalıqda mərfət tapa, hal bilə (8, 83)
Eşşəyə çullayıb əbrü ətlazı
Köhlən deyin şahlıq dama çəkirsən (8,56)
İnsafdırmı gülə həmdəm xar ola
Tülək tərlan ovlağında sar ola (8, 76)
Yoxsulu, ərbabi, şahı, gədanı
Tutmaz bir-birindən alalı dağlar (8, 53)
Əl deyəndə tez-tez küsə, barışa
Aralıqda söhbət ola, saz ola (8, 118)
Aşıq Ələsgər təzadlarla yaddaşlara möhkəm həkk
olunan aktual ictimai-fəlsəfi mətləbləri daha uğurla təqdim
etməklə mətn axarına da assosiativ çarpazlıq, emosional
çoşqunluq yaradır, nizamlı ifadə qəliblərində antonim sözlər
varlığı fəal anlamağa, duyub-düşünməyə vadar edən üslubi
vasitə səlahiyyətinə yiyələnir.
Aşıq Ələsgərin poeziyasında antonimlərlə fəal həyat
mövqeyi, haqqa çağırış və təkid ruhu aşkarlanır, qarşılaşdır-
ma qütbləri müəyyən bədii mətləbin təlqininə səmtləşdir-
məklə şeirin ümumi semantik-üslubi çəkisinə sanbal gətirir,
antonim qoşalıqlar xüsusi funksional siqlət qazanır. Vahid
məna əlaqələrində kəsişən ən mənalı sözlər güclü məntiqi və
emosional ekspressivlik doğurur, misralar təkidli təsdiq və
qətilik ruhu ilə sanballaşır, poetik fikir yığcam və emosional
tezislər kimi səslənir. Ekpressiv qarşılaşdırma yaddaşı
hərəkətə gətirir və həyat həqiqətləri obrazlı müqayisə,
qarşılaşdırma yolu ilə ifadə olunur.
Ölləm bu dərd ilə, mən dirilmərəm,
Çalıb zülfün kimi say ilan məni (8, 174)
Canım qurban olsun belə bir dosta,
244
Mərtəbəsi hündür, nəfsi şikəstə (8, 52)
Şöləsi aləmi eylər münəvvər
Zahir deyil, özü pünhan qalıbdı (8, 83)
Hər kəs istər qanlı aşıq dərdini
Axtarsın dayazı, gəzsin dərini (8, 107)
Antonimlər Aşıq Ələsgər şeirində bütün üslubu
potensialı ilə işə düşür, zəngin duyum və düşüncə pano-
raminin əsas cizgilərini əks etdirir. Təzad düşüncələrinin
aparıcı mövqe tutduğu şeirlərində antonimlər həm də arxi-
tektonik vasitə kimi şeirin strukturunun kamilliyində, poetik
düşüncələri mükəmməl deyim qəliblərində verilməsində
yaxından iştirak edir, bədii memarlıq əhəmiyyəti qazanır.
245
FRAZEOLOGİZMLƏRİN FİKRİ-HİSSİ VÜSƏTİ,
CANLI ÜNSİYYƏT KOLORİTİ
Aşıq Ələsgər fenomeni bir də ona görə əlamətdardır
ki, o, Azərbaycan aşıq poeziyasının dili və üslubu, bütövlük-
də onun deyim formalarının təkamülü baxımından da yük-
səkdə dayanır. Aşıq Ələsgər şeiri poeziyamızın ən yaxşı
ənənələri, təcrübələri, qədim və yaxın keçmişi ilə dərin
daxili, üzvi təmasda xüsusi estetik səviyyə və səciyyə kəsb
etməsi əlamətdar hadisədir. Sözün poetik əhatə dairəsinin
genişləndirilməsindəki səyləri, onun estetik gözəlliklərini
fərdi yaradıcılığında təsdiq etməsi ədəbiyyatımız tarixində
xüsusi və təkrarolunmaz səhifədir. Poeziyanın qızıl qanunla-
rı ilə yoğrulmuş şeirləri öz sanbalı lirik intonasiyası, səs-söz
düzümü, poetik frazeologiyası, ahəngdarlığı ilə dinləyicini
heyrətləndirir. Bütün məqamlarda onun şeir dili zərif və
gözəldir. Fikirləri müdrik və sanbalıdır. Dil səciyyəsi
yaradıcılığının ümumu ruhu və motivlərindən ayrılmazdır.
Çünki Aşıq Ələsgərin poeziya dili ciddi yaradıcılıq kəşfi
səviyyəsinə yüksəlmişdir.
Ustad sənətkar xalq dilinin hikmət xəzinəsinin bütün
güşələrinə nüfuz etmişdir. Onun bədii dil fəalliyyətində sözə
əlavə bədii məna ağırlığı vermək, ifadələri xüsusi emosiya
yükü ilə sanballaşdırmaq aparıcıdır. Aşıq Ələsgər yaradıcılı-
ğı bütün dil səviyyələrində olduğu kimi, milli ifadə vasitələ-
rinin seçilmə texnikası ilə də diqqəti cəlb edir. Frazeoloji va-
hidlərin təbii bədii biçimləri ilə şeir dilini təravətləndirmək,
onları bütün hissi çalarları ilə qavramaq, daxili ekspressiya-
sını üzə çıxarmaq Aşıq Ələsgərin ifadə seçmə duyğusu üçün
246
olduqca xarakterikdir. Uğurlu yararlanma hər bir frazeoloji
söz birləşməsini bədii boya səviyyəsinə qaldırır. Düzgün
ifadə seçimi sənətkarlıq qüdrətini təmin edən üslubi qüdrətə
çevrilir. Bunun sayəsində bədii mündəricə ilə onun ifadə
materialları arasında estetik müvazinət təmin olunur.
Görkəmli sənətkarımızın ilhamlı poetik əməyinin
məhsullarında qədim ənənələrlə bağlılıq, nümunəvi dəyər-
lərlə təmas olduqca diqqətçəkəndir. İdeya-poetik ənənələri,
üslub-forma xüsusiyyətləri Aşıq Ələsgər təfəkkürünün po-
etik fəallığı nəticəsində yeni məcraya istiqamət almış, aydın
poetik üslubu və bədii dilində dərhal seçilmişdir. Poetik
əhval-ruhiyyənin özünəməxsusluğunu əyaniləşdirən dil sis-
temində onun fərdi məxsusi cizgiləri qabarıq sezilir. Dil və
ifadə formalarının uğurlu davam və inkişaf etdirildiyi, dərin-
ləşdiyi aydın müşahidə olunur. Sınanmış ənənələrlə əlaqəsi-
ni dərinləşdirən Aşıq Ələsgər bu ənənəni zənginləşdirməyin,
dil və ifadə imkanlarının yeni yollarını axtarıb tapmışdır.
Məhz bu tapıntılar, bədii kəşflər Aşıq Ələsgərin bədii dili-
nin, poetik üslubunun əsas məğzidir. Poetik təhlil predmeti-
nə çevrilən hər bir frazeoloji vahid yetkin sənətkarlıq səviy-
yəsində dayanır və ona görə də qayğı və həyəcanların sözün
yaddaşına köçürülməsinin stimuludur.
Aşıq Ələsgər öz obrazlarının emosional mündəricə-
sini kamil ifadə üsulu ilə reallaşdırır. Onun əsas bədii qayəsi
sözlərin yatımında, fikirlərin dərinliyində, hiss və duyğular-
ın çoşqunluğunda əks olunur. Aşıq Ələsgər dilinin səliqə-
sahmanı sistem yaratmış, bədii dil materiallarının, ritmində,
ahəngindədir. Onun canlılığı və gözəlliyi danışıq dilinin söz
sənətkarının üslubuna bəxş etdiyi xalq ruhu, xalq nəfəsidir.
247
Çünki Aşıq Ələsgər frazeologizmlə poetik fikir arasındakı
uyarlıq həddini düzgün müəyyənləşdirir, onların təbii üslubi
ahəngini yaradır:
Ayrılıqdan ölüm yeydi,
Həsrətin qəddimi əydi
Nə dedim xətrinə dəydi,
Üzün məndən niyə döndü (8, 264)
Dövlət getdi, hörmət qalxdı aradan
Qapımızdan dost ayağı kəsildi
Çox qaçdım qəzadan, olmadı çara
Bir vurmuşdu, bir də vurdu dübara
Çinovliklər istədilər qurtara
Dostlarım özümə yağı kəsildi (8, 98)
Aşıq Ələsgərin şeirlərində ən çox işlənən obraz və
ifadələr, ümummilli frazeoloji tərkiblər və ya onların
sinonimləri, idiomlar və onların leksik ekvivalentləri bədii
əyaniliyin qüvvətlənməsinə xidmət edir. Şeir dilində
onlardan bir qismi standartlaşmış sözlər qrupuna daxil olsa
da, mətnin bədii tərtibində elə üslubi fəallıq qazanırlar ki,
bədii təfəkkürdə təravət faktoru kimi dəyərləndirilməyə
layiq olur. Ənənəvi obrazlar sistemi, ümumişlək sözlər Aşıq
Ələsgərin dilində həmişə gözlənilməz bədii məqamlarda,
məna çalarlarında işlədilir. Həyati faktlarla bağlı obrazların
işlənməmiş saysız-hesabsız çalarları, frazeologizmlərin bu
istiqamətdə potensial imkanları hüdudsuzdur. Buna görə də
onların hər birinin Aşıq Ələsgər dilində bakir görünməsi də
mövcud linqvistik materialları bədii mətnə daxil etmə
ustalığı ilə bilavasitə bağlıdır və sənətkarlıq səviyyəsini
xüsusi dəqiq və sərrastlıqla əks etdirir.
248
Ələsgər dəstini üzmə məndən
İstə mətləbini sahib-zamandan
Məhəmməd ümməti çıxmaz zindanda
Ta ki, Ağan Zülfüqarı çəkməyi (8, 57)
Gördüm gözəlliyin bizə bəllidir
Qaş oynadır, xəstə könlüm güldürür,
İşvəyi nazıyla adam öldürür.
Qəmzəsində nahaq qanlar dolanır (8, 65)
Bəzirgansan yolun kəsər
Yağı, gözlə, gözlə sən
Əridibdir ürəyimdən
Yağı, gözlə, gözlə sən (8, 197)
“Dəstini üzmə daməndən” idiomu əslində “əl
mənim, ətək sənin” deyimindən gəlir. “Əl” və “ətək” sözləri
“dəst” və “damən” alınmaları ilə əvəzlənmişdir ki, bu üslubi
əməliyyatda mətn quruculuğuna şüurlu münasibət özünü
göstərir. “Dəst” və “damən” eyni misrada alliterasiya yarat-
dığı kimi, “damən” sözü həm də “zaman” və “zindan” söz-
ləri ilə qafiyə mövqeyində dayanır. Deməli, Aşıq Ələsgər
ümumxalq frazeologiyasından yaradıcılıqla bəhrələnmənin
bariz nümunəsini göstərmişdir.
Mövcud söz və ifadədən yaradıcı istifadə prosesində
dilin daxili qanunauyğunluqları müstəsna rol oynayır.
Məlum modellərə istinadən əmələ gələn yeni ifadələr
əslində ilkin linqvistik vahidlərin semantik-struktur bazası
üzərində anlaşılır. Söz işlətmədə avtomatizmdən qaçmaq
şeir dilinin əsas atributlarındandır və burada yaradıcılıq
qabiliyyətindən asılı olaraq hər müəllif nitq prosesində dildə
hazır şəkildə mövcud olan leksik, frazeoloji vahidlərin
249
avtomatik istifadəsindən yayınmaqla novatorcasına hərəkət
edir. Dilin virtual – gizli işarələri fəal nitq işarələrinə çevril-
məklə fərdi üslubi cizgilərin müəyyənləşməsi orijinal ifadə
tərzi üçün stimula çevrilir. Dil ünsürlərinin real məna və
funksiyaları aktuallaşdırma üsulunun nəticəsi olaraq meyda-
na çıxır. Aşağıdakı nümunədə də Aşıq ƏLəsgər qəlibləşmiş
xalq ifadələri üzərində üslubi əməliyyat aparmış, donmuş
ifadələrə yeni nəfəs verib onları hərəkətə gətirmişdir.
Gəzən afatdan, bəladan
Hifs eləsin Kərəm kanı (8, 214)
Qalmayıb dünyada “mənəm” deyənlər
Həzrət Süleymanın taxtına bax, bax (8, 48)
“Allah səni xətadan-bəladan qorusun”, “Süleymana
qalmayan dünya sənə də qalmaz” frazeoloji vahidləri bu cür
aktuallaşdırmaqla müəllif ifadə yeknəsəqliyini aradan
qaldırmış, yüksək sənət meyarlarına cavab verən üslubi
yolla getmişdir. Frazeoloji dil faktlarının bu cür dəyişdiril-
məsi tamam yeni psixoloji təfərrüatı emosionallaşdrımaq
məqsədi izləyir. Hər iki şeir fraqmenti aktuallaşdırılmış fra-
zeologizmin daxili ekspressivliyi üzərində qurulmuşdur. Bu
üsul deyimin daxili mahiyyətində incə poetik təfərrüat
ştrixləri əmələ gətirir, sənətkar qüdrətinin təzahür qaynağına
çevrilir ki, bu da poetik mənalandırma duyğusu güclü olan
sənətkarlara məxsus məziyyətdir.
“Aşıq Ələsgər böyük bir talantdır” (28, 172)
Bu istedadın sayəsində klassik poeziyamızın, şifahi
xalq ədəbiyyatımızın müəllifdən-müəllifə, əsərdən-əsərə
keçən onlarla obrazları görkəmli sənətkar tərəfindən təzələn-
ir. Gül, bülbül, Yusif, Züleyxa, Məcnun, Leyli kimi ənənəvi
250
obrazlar tamamilə yeni bədii ovqatın, yeni hiss və
duyğuların ifadəsinə çevrilir. Bədii məntiq, orijinal mətn
mühiti köhnəlmiş, klişe və trafaret şəklinə keçmiş ifadələr
tamamilə yeni, təravət saçan poetik münasibətlərin təzahürü
olmaq səlahiyyəti qazanır. Aşıq Ələsgər şeirlərinin fikir və
duyğu novatorluğu müqəyyəd obrazlara yeni nəfəs bəxş
edir, bu söz-obrazlar, frazeoloji, ifadələr qeyri-adi bir
gözəlliklə qavranıdır. İdeya və hissiyyat təravəti ənənəvi
frazeoloji dil materialları yeni bədii həyata qovuşdurur. Bu
səpkili ifadələr, obrazlar geniş miqyaslı poetik təəssüratlar
fonunda sanki yenidən doğulur, orjinal poetik-fəlsəfi
məzmun ənənəvi ifadə qəliblərində də yeni görünür. Dolğun
və zəngin hissləri özündə cəmləşdirə bildiyi üçün köhnə
obrazlar, qəlibləşmiş ifadələr, demək olar ki, arxaik təsir
bağışlamır.
Dost yolunda başın qoyub
Düşmanım canın üzən
Yoxsulların əlin tutan
Ac doyuran, əysik düzən
Aynalı, berdanqa, süzən,
Berdanqaya nabələdəm
Aynalı beş qan eləyib (8, 217)
Öldür xaki-payında
Əllərin batsın qanıma
Bəlkə intizar getməyim
Mən bu dünyadan, Şapəri (8, 248)
Mərd iyidin məclisindən
251
Aşıq gəlir, at aparır
Tər tökür, zəhmət çəkir
Açır hər büsat aparır (8, 205)
Aşıq Ələsgərin yaradıcılığı onun bənzərsiz poetik tə-
fəkkürünün, zəngin dünyagörüşünün bədii ensiklopediyası-
dır və bu dünyagörüşü bədii dilində tam gücü və dolğunluğu
ilə öz əksini tapmışdır. Onun poetik dili son dərəcə ruhayat-
andır. Bu dil o qədər cilalıdır ki, fikri lay-lay açır, dərin
düşüncələri qat-qat oxucunun şüurunda xüsusi çevikliklə
canlanır. Burada hər söz pardaqlanır, şairənəliyini,
sadəliyini, müdrikliyini ləngərli ritm və intonasiyası ilə
nümayiş etdirir. Aforizm səciyyəli hökmləri birbaşa qana
keçir, iliyə işləyir.
Aşıq Ələsgərin ensiklopedik zəkası poeziya dilinə
yeni ruh gətirdi. Onun mükəmməl dil sənətkarlığı, sehrli
poetik üslubu dahi ərəb mütəfəkkiri Cibran Xəlil Cibranın
belə bir fikrinin təsdiqi kimi heyrət doğurdu: “Xalqı
dirçəldən ən böyük qüvvələrdən biri – şair sözüdür. Şair
dilin həm atası, həm də anasıdır. Əsil şair – dili yaradandır,
təqlidçi isə - o dilin kəfən toxuyanı və qəbir qazanıdır”. (27)
Aşıq Ələsgərin bədii dil yaradıcılığı, üslubi fədakarlığı,
onun poeziya aləminə gətirdiyi yeni poetik nəfəs bitib-
tükənməyən ilhamının nəticəsi olaraq meydana çıxdı. Onun
bədii dil keyfiyyəti təkcə quruluş baxımından yox, lirik
təhkiyə arxasındakı düşündürücü, əhatəli məzmun ilə özünü
doğruldur. Onun yaradıcılıq aləmi, poetik təcrübəsi bədii dil
orijinallığında da yüksək estetik təsir bağışlayır.
Canlı ünsiyyət frazeologiyasının Aşıq Ələsgər
şeirinə güclü nüfuzu bədii düşüncə siqlətinə, poetik ovqatın
252
aydınlığına, şeirin üslubi-mədəni səviyyəsinə təsir göstərir,
frazeoloji vahidlərdən istifadə səriştəsinin yetkinliyini
nümayiş etdirir. Bu, canlı xalq danışıq dilinə, onun
təbiiliyinə, daxili poetik potensialına inamın təzahürüdür.
Xalq dilinin dərinliklərindən gələn bu linqvistik materiallar
Aşıq Ələsgərin təbii deyim tərzinin ilkinliyinə qayıdış
mövqeyindən vüsət almışdır:
Hərcayıya aşna olma,
Namərdə bel bağlama
Müxənnət qatar aşına
Ağı, gözlə, gözlə sən (8, 197)
Ələsgər də nazlı yara qul ola,
Yanıb cismi ataşına kül ola,
Canı çıxar dərd ürəkdə bol ola
Qəm qalxıb başından aşa dayanmaz. (8, 62)
Aşıq Ələsgərəm zari-dil, xəstə,
Gözüm yolda qaldı, qulağım səsdə
Bur gəliş gələrəm anlamaz dosta
Dəyməmiş tökülər kalı, Məhəmməd (8, 291)
Aşıq Ələsgərin yaradıcılıq laboratoriyasında uluları-
mızın yaratdığı misilsiz frazeoloji dil sərvətlərini şeirin dil
sisteminə sənətkarlıqla daxil etmə orijinal ekspressiya mən-
bəyinə həssaslıqdan irəli gəlir. Frazeoloji materialların ob-
razlılıq cizgiləri digər leksik vahidlərlə üslubi təmasda, söz
əhatəsində rəngarəng poetik qənaətlərin uğurlu ifadə vasitə-
sidir. Aşıq Ələsgər frazeologizmlərlə emosional mühakimə
tərzinə fəallıq gətirir, onlar şeiri fikir və məzmununca,
253
forma və üslub cəhətdən zənginləşdirdiyi kimi, lirik
təəssüratı da qabardır, emosional çalarları tündləşdirir, şeirin
canlı dil üzərində qurulmasında fəal üslubi başlanğıc rolunu
oynayır.
Kamil ovçu ölməyincə usanmaz,
Əldən qoymaz belə sərxoş maralı (8, 97)
Ağa olan qulun salmaz nəzərdən,
Salma nəzərindən, ay ağa, məni (8, 183)
Aşıq Ələsgər özünə qədərki poetik dilimizin
çoxəsrlik təcrübəsindən, zəngin ağız ədəbiyyatının ruhunu
özündə hifs edən canlı danışıq dilindən-bu iki möhtəşəm
qaynaqdan yüksək sənətkarlıqla yararlanmış, xüsusi örnək
və yaradıcılıq məktəbi səviyyəsi kəsb etmişdir. Belə bir key-
fiyyət həddinə yiyələnməyin bünövrəsində sadəliklə xəlqi-
liyin çulğalaşması, xalq ruhuna, xalq təfəkkürünə bağlılığı
dayanır. Xalq danışıq dilinin çevik ifadə imkanlarını səfər-
bər etmə bacarığı ilə, dilimizin bütün linqvistik potensialını
hərəkətə gətirməklə ulu sənətkar xalqın qəlbinin dərinliklər-
indən qopub gələn həyəcanların, zehniyyətində əks olunan
müdrik düşüncələrin tərcümanına çevrildi və ümumxalq mə-
həbbəti qazandı.
Obrazyaratma tipologiyası məcazi sözlərə yaxın
olduğu üçün poetik məzmun zənginliyi frazeoloji birləşmə-
lərə də xasdır. Buna görə də məcazlaşmağa məruz qalmış
poetik leksik vahidlər kimi frazeoloji vahidlər də Aşıq
Ələsgər şeir dilinin ən kamil üslubi faktlarındandır. Onun
dilindəki frazeologizmlərin kəmiyyət üstünlüyü və işlənmə
tezliyi müəyyən psixoloji-linqvistik hadisələrə aydınlıq
gətirmək üçün çox vacib dil faktlarıdır. Frazeoloji vahidlərin
254
yaratdığı üslubi sanbal, poetik ovqat Aşıq Ələsgər şeir
mətnində qabarıq formalarda özünü təzahür etdirir. Poetik
aforizmlər, dərin xalq hikməti frazeoloji dil materiallarının
yaratdığı bədii ovqat üzərində dayanır, dilimizin milli ruhu
bu sabit söz birləşmələrin zənginliklərində əks olunur. Aşıq
Ələsgər şeiri frazeoloji dil faktlarında təzahür edən semantik
dərinlikdən üslubi dəyərlər və ifadəlilik ləyaqəti əxs
etmişdir.
Söynalı başını qoydu yolunda
Hüseyn pəl vurdu, Həsən qoymadı
Fələk Ələsgər tək oda salmasın
Nə naxoşu belə, nə sağı belə (172)
Açıldı niqabın ay qabağından
Aldı başdan ağlı, kamalı, Xurşid (8, 43)
Aşıq Ələsgərin dilində frazeologizmlərin sənət
ölçüləri estetik hadisədir və bədii dil sənətkarlığını, təbiidir
ki, onu dialektik poetik təfəkkür aktı kimi götürüb dəyərlən-
dirmək lazımdır. Onun dilində estetik kateqoriya sxeminə
daxil olan bütün frazeoloji vahidlər orijinal üslubun
formalaşdırılmasının iştirakçısı kimi olduqca fəaldır. Zəngin
lüğət fondundan istifadə bacarığı, bədii və fəlsəfi ümumiləş-
dirmə ustalığı, dilin oynaqlığına həssas münasibət Aşıq
Ələsgərin poetik dilində keyfiyyət həddində özünü əks et-
dirir. Onun poetik təfəkkür sistemi başdan-başa bədii mən-
tiqə, xəlqi deyim tərzinin zənginləşdirilməsinə yönəldilir.
Əslində Aşıq Ələsgər poeziyasının şöhrət və qüdrəti, poetik
fikirlərinin bünövrəsi, estetik ruhu bilavasitə dilə borcludur.
Aşıq Ələsgərin müdriklik ruporu, dərin poetik-üslubi gözəl-
liklərinin canı onun bənzərsiz dilidir. Aşıq Ələsgər şeirinin
255
fəlsəfəsinin əsasında ehtiraslı bədii söz, milli frazeologiya,
lakonik və poetik mündəricəli dil dayanır.
“Aşıq Ələsgər şeiri bütün ozan-aşıq şeirimizin
zirvəsidir. Əsrlərin arxasından süzülüb gələn xalq şeiri, xalq
müdrikliyi, xalq dilinin saflığı, büllurluğu Aşıq Ələsgər
şeirində cəmləşmişdir... Aşıq Ələsgərin şeiri təpədən-dırna-
ğa həyatın özüdür. Ələsgər şeirini yaşadan da bu cəhətdir”
(36, 74-75). Aşıq Ələsgərin dili Azərbaycan dilinin gözəl-
liyidir və öz təntənəsi, təbiiliyi, dəbdəbəsi və səmimiyyəti
ilə gözəlliyin dilidir. Aşıq Ələsgərin şeiri ilk öncə dilin
şeiriyyətidir və şeiriyyətin dilidir. Bu dilin sanbalı ondadır
ki, o, dərin fəlsəfi fikirlərlə müdriklik və zəngin bədii qayə
ilə həyati mətləblərlə, estetik gözəlliklərlə yüklüdür. Aşıq
Ələsgərin dili onun əbədiyaşar söz sənətini əsrdən-əsrlərə,
zamandan-zamanlara və nəsildən-nəsillərə çatdıran qol-
qanaddır. Aşıq Ələsgər sözünün kəsəri bir də ondadır ki,
onun əsasında xalqın mənəviyyatına güzgü tutan, xalqın dü-
şüncə tərzinin əks-sədası olan dərin xalq hikmətli frazeoloji
dil materialı dayanır. Bu, sənətkarın obrazlı düşüncəsini mil-
li kökə bağlayır. Bədiiliyin əsas məziyyətləri öz ifadəsini
frazeologizmlərdə tapır:
Ələsgərəm, hər elmdən halıyam,
Dedim: Sən təbibsən, mən yaralıyam,
Dedi: nişanlıyam, özgə malıyam,
Sındı qol-qanadım yanıma düşdü (8, 72)
Gözləri canımı alır,
Afəti-dövrandı, nədi?
Hüridirmi, pəridirmi,
256
Mələkdi, qılmandı, nədi?
Çərşənbə günündə çeşmə başında,
Gözüm bir ala göz xanıma düşdü (8, 72)
“Sındı qol qanadım yanıma düşdü” misralarında
Aşıq Ələsgər “qol-qanadım” komponentinin işləndiyi iki
frazeoloji vahidi böyük ustalıqla birləşdirmişdir: “Qol-
qanadım sındı”, “Qol-qanadım yanıma düşdü”.
Xalq dilinin nəfəsi Aşıq Ələsgər poeziyasının maya-
sındadır. Varlığı obrazlı görüm, duyum və deyim təravəti ilə
vəhdətdə, obrazlı düşüncə özünəməxsusluğu ifadə tərzində,
sanballı mündəricə ritm və misra strukturlarının kamilliyin-
də estetikləşir. İfadə orijinallığı, emosional təravət və məh-
rəmanə intonasiya Aşıq Ələsgər poeziyasının ən ləyaqətli
tərəfidir. Zəngin daxili pafosla müşaiyət olunan Aşıq
Ələsgər şeirləri dil sərrastlığı sayəsində emosional və canlı
poetik cizgilərlə zəngindir. Bu faktor şeirlərdə əhval-ruhiy-
yəni, səmimiyyəti ilıq nəfəslə isidir. Lirik qəhrəman ruhu və
intellekti etibarilə dərinlik və ağırlıq qazanır. Forma və
poetik quruluş bədii mətləbin sürətli qavrayışına zəmin
hazırlayır. Aşıq Ələsgər şeirlərində poetik məna, mündəricə-
nin daxili güşələri nə qədər geniş və dərindirsə, onların zahi-
ri forması da mühakimə şairənəliyinin, duyğu təravətliliyi-
nin əvəzolunmaz detallarıdır, bəyənimli cizgiləri, xoş təsir
oyadan işarələridir.
Aşıq Ələsgərin dilində bədii mətnə yol tapan
frazeoloji vahidlər müfəssəl poetik fikir ifadə etmək
vasitəsidir, incə müşahidələrin, səmimi hisslərin dəqqi
poetik detallarıdır. Ulu sənətkarın ilhamlı sinəsindən qopub
257
gələn sənət inciləri ona görə möhtəşəm və uzun ömürlüdür
ki, onda gerçəkliyin təkrarolunmaz həqiqətləri, dövrün real-
lıqları, dinamikası, insan qəlbinin sarsıntı və həyəcanları
yüksək dil sənətkarlığı ilə əks olunmuşdur və Aşıq Ələsgər
frazeologizmlərin üslubi istiqamətini müəyyənləşdirərkən
onun yaradıcılıq məharəti, sənətkar təxəyyülünün hüdudları,
istedad dərəcəsi bütün dolğunluğu ilə ləyaqət həddinə çatır.
Dahi söz ustadının böyük yaradıcılıq diapozonu heyrət
doğurur:
Eşq ucundan tapdı xətalar məni,
Qul deyə Həbəşdə satalar məni,
Qoyub top ağzına atalar məni,
Bəlkə canım bu azarı çəkməyə (8, 57)
Arpadan, buğdadan çıxmışdı əlim,
Zəhmət çəkdim, dedim bir az darı olsun
Yolmanı yolmaqdan qırıldı belim.
Bundan gələn gəlir zəhrimar olsun (8, 303)
Ələsgərin toy işi var əlində
İşi təhər tapıb Göyçə elində (8, 63)
Aşıq Ələsgər lirikasının dilinə məxsus təravətli ciz-
giləri əks etdirən şeirlərdə ifadə olunan hiss və düşüncələr,
dərin fəlsəfi mühakimələr üslubun təbiiliyindən hasil olur.
Bu əsərlərin dilində heç bir soyuq sözə, cansız ifadəyə, mü-
cərrəd mühakiməyə rast gəlinmir. Burada canlandırılan
bütün duyğu və mühakimələr emosional zəmində obrazlılıq
qazanır. Söz ilə obrazın təkrarolunmaz vəhdətini Aşıq
Ələsgərin bənzərsiz yaradıcılığı özündə əxz edir.
258
Aşıq Ələsgər üslubunun aşıladığı səmimi duyğular,
müdrik fikirlər, rəngarəng poetik təfərrüatlar canlı danışıq –
ünsiyyət dili, təbii və mənalı təsvir üzərində qərar tutur.
Aşıq poeziyası üçün xarakterik olan, doğma və səmimi
obrazların təzə və emosional çalarlarını məhz bu dilin fraze-
ologiyasının təravətində görüb duyuruq. Frazeoloji ifadələr
sayəsində onun hər bir misrası səmimi lirik həyəcanın, lirik
təəssüratın yığcam və lakonik ifadəsidir.
Hissi zənginlik və dolğunluq, məzmunlu və tutumlu
poetik anlayışların mənalandırılması, poetik əlvanlıq Aşıq
Ələsgərin frazeoloji ifadə duyumundan, söz işlətmə səriştə-
sindən qaynaqlanır. Dil novatorluğunun birbaşa nəticəsidir
ki, ənənəvi mövzular, şeirdən-şeirə, müəllifdən-müəllifə
keçən obrazlar da yeni bir qüvvə ilə səslənir. Bu da Aşıq
Ələsgər poeziyasının həyati və poetik gücünün təsdiqi kimi
əhəmiyyətlidir. Frazeologizmlər bədii söz həyəcanı doğurub
estetik yetkinliyin həlledici əlamətlərini üzə çıxarır. Fraze-
oloji vahidlər şeirin bədii-estetik hüdudlarını genişləndirir,
müəllifin poetik düşüncəsindən qaynaqlanan xalq ruhu
hakim mövqeyə malik olur.
Qiblənüma məhəbbəti dilbərin,
Meyli bizdən qeyri-yana dönübdü (8, 68)
Getmə göz önündən, ay Şəkər xanım,
Könül mayıl olub o qələm qaşa
Gəl əyləş məclisdə sən mənim canım
Mən saz çalım, sən də eylə tamaşa (8, 82)
Nadansan, qanmazsan xeyir-şərini,
Təzə oxuyuram xoş dəftərini,
259
Tanı adamını, bil müştərini,
Qarğı mizraq qıl çuvalda sığışmaz (8, 295)
Aşıq Ələsgərin şeir dili daha çox mövzularından,
şeirlərinin fikir və məzmunundan irəli gələn keyfiyyətlərlə
şərtlənir. Daha çox emosional mühakimə tərzinə, dərin
fəlsəfi mənaların poetik ifadəsinə malik olan müəllifin
şeirləri həm forma, üslub cəhətdən, həm də poetik əhval-ru-
hiyyəcə bədii dildə öz fərdi keyfiyyətlərini, əsl yaradıcılıq
faktorlarının zəruri tələblərini əks etdirmişdir. İfadə üsulları-
nın əlvanlığına nail olan Aşıq Ələsgər bu rəngarəngliklə
lirik qəhrəmanın hissi-psixoloji aləmini, daxili dünyasını
qabarıq formalarda canlandırmağa müvəffəq olmuşdur.
Onun şeirində mətnin tərtibində iştirak edən hər bir fraze-
oloji vahid insan qəlbinin və təfəkkürünün müəyyən fikir və
duyğularının daşıyıcısına çevrilir. Bu dil elementləri bədii
qavrayış və poetik dərketmə vasitəsi olaraq həmçinin şeir
yaradıcılığının əsas ləyaqət göstəricisi kimi diqqəti cəlb edir.
Onun sənətkarlıq mədəniyyətinin əsas atributlarını nümayiş
etdirir. Məsələn, onun satirik ruhlu “Mollalar” rədifli
həcvində əsərin məzmununa, ideya istiqamətinə uyğun fra-
zeologizmlər sənətkarcasına işlədilmiş, predmet və ha-
disələrə poetik münasibət qabardılmışdır.
Göyçəyə məlum olsun
Yıxıb İranı mollalar
Millətə göz açmağa
Vermir amanı mollalar.
İndi də əsabələrin
İstər sürtə payına kir
260
Molladan gileyliyəm
Dönüm əfəndi başına
Əyləşir məclisində
Söhbətim gəlmir xoşuna (8, 293)
Göründüyü kimi, təsirli misralar, ekspressiv sətirlər
frazeoloji dil vahidlərinin poetik cizgilərindən törəyir.
Poetik mətnə cəlb olunan frazeoloji vahidlər dəqiq
müşahidələri, səmimi hissləri ifadə etmək vasitəsinə çevrilir.
Söz sənətkarının professional vərdişləri poetik detalları
üslubi cəhətdən mənalı elemetlər səviyyəsinə çatdırılır.
Aşıq Ələsgər dilin bütün bədii imkanlarını üzə
çıxarmağı, poetizmlərlə adi məişət sözlərini yanaşı işlətmək-
lə onları sənətin sağlam özəyinə çevirməyi bacaran, şeirin
ali ehtiyaclarını ödəyib onu zənginləşdirən söz ustadıdır.
Şeirin estetik ehtiyaclarından irəli gələn söz işlətmə oriji-
nallığı onun bənzərsiz şeir nümunələrini fikri-emosional
cəhətdən zənginləşdirir. Dil faktları ulu sənətkarın fərdi istə-
yinə istiqamətlənib bir-biri ilə əlaqələnirsə, yeni məna incə-
liyi yarada bilirsə, bütövlükdə mətnin özü estetikləşir, ali
hiss və düşüncələr şairanə ifadə qəliblərində təzahür edir.
Dil faktorları şeirlərin məzmun və fikir, hiss və
düşüncə cəhətdən zənginliyini təmin edir və bütün hallarda
poeziyanın estetik prinsipləri yüksək səviyyədə rəhbər
tutulur. Aşıq Ələsgər sözünün emosiya və fikir tutumluluğu
növündən asılı olmayaraq bütün şeirlərini gözəl və
cazibədar, incə və sadə, mündəricə etibarilə dərin və vüsətli
edir, lirik təəssüratlar aləmi, dinamik və emosional lirik
təhkiyə xüsusi əzəmət kəsb edir. Gözəl dil dərin hikmətlərin,
261
müdrikliyin tərcümanına çevrilir. Yerinə düşən hər bir
linqvistik vahid öz estetik miqyasını genişləndirir.
Aşıq Ələsgərin sənət dili öz vüsəti və estetik təbiəti
etibarilə olduqca zəngin poetik-üslubi meyllərlə səsləşir. Dil
ünsürləri vəzn və qafiyə ünsürləri ilə o dərəcədə monolitlik
təşkil edir ki, o, öz əks-sədasını oxucunun ehtizaza gələn
duyğularında tapır. Fikir və duyğu üfuqləri genişləndikcə,
məzmun da yeni poetik cizgilərə yiyələnir.
Aşıq Ələsgərdə bədii mətn yaradıcılığı münasib dil
materiallarının yığcam istifadəsindən, sərrast bədii boyalar-
dan, onların təsirli və qabarıq obrazlara çevrilməsindən baş-
layır. Buna görə də Aşıq Ələsgərin dili bədii kəşf və həqi-
qətlərin ən yetkin təzahür formasıdır və bu formanın
yaranmasında frazeoloji vahidlər olduqca önəmlidir.
Frazeoloji dil materiallarının bilavasitə iştirakı ilə
yaranan, poetik əhvali-ruhiyyə, lirik mühakimə dərinliyi,
bədii düşüncələrin şairanəliyi üslubi-semantik potensiallara
xüsusi dinamizm verir. Onun dərin qatlarda olan ifadəlilik
imkanları hərəkətə gətirilir, gizli qalan bədii cövhərini üzə
çıxarır. Uğurlu mətn mühiti frazeologizmlərin semantik-üs-
lubi tutumunu genişləndirir və nümunəvi mətn zəminində
cəlbedici poetik obrazların yaranmasına rəvac verir. Fraze-
oloji vahidlərin yaratdığı hiss-həyəcanların təravəti Aşıq
Ələsgər şeirlərinin bəyənimli edilməsində misilsiz rol oyna-
yır. Dilimizin estetik incəliklərinə yaxından bələd olan ulu
söz sərrafı hər bir əsərini məhz bu məziyyətləri ilə ana dili
abidəsi səviyyəsinə qaldırmışdır:
Sənin kimi mərd iyidin yolunda
Qurbandı aşığın canı, Dəli Alı (8, 63)
262
Sərdara söz deməz, şaha baş əyməz
Qüdrətdən səngərli qalalı dağlar (8, 59)
Firqətindən saralıban salanam,
İzin versən, yar başına dolanam (8, 95)
Ələsgərin az ömrünü üz, Gilə
Sona sənsən dəryalarda üzgilə (8, 160)
Sözün bədii situasiyanın tələbindən irəli gələn
konkret məna çalarını tuta bilmək bacarığı ilə Aşıq Ələsgər
dilin bütün potensialını hərəkətə gətirir. Forma kamilliyinin
siqlətli məzmuna uyğunluq xalq təfəkküründən, xalq
dilindən mayalanır və mürəkkəb yaradıcılıq aktı kimi özünü
göstərir. Mətndə güclü aksent yaratmaq, mətni koloritli
emosional təsirə çevirmək əməliyyatı Aşıq Ələsgərin ilhamlı
şeirinin, ilhamının ümumi ruhundan doğur. Bu ruh sözü
cana gətirir, bunun nəticəsində adi həyati detallar qeyri-adi
məzmunla qabarıq obraza keçir.
Aşıq Ələsgər lirikasında əşya və hadisələrin müfəs-
səl poetik şərhi dil naxışlarının sərrastlığına söykənir. Poetik
fikir siqləti mükəmməl dil və üslubla tamamlanır. Poetik
fikir onu oxucuya çatdıran yaradıcı bədii dildən hasil olur.
Mündəricə dolğunluğu söz axtarıcılığının səmərəli tapın-
tıları ilə yeni-yeni üslubi cizgilərlə gözəlləşir. Poetik fikir
aydınlığı, incə lirizm, zərif və kövrək hisslər uğurlu dil və
ifadə qəliblərində bəyənimli olur. Dilə xüsusi həssaslığının
bilavasitə nəticəsidir ki, Aşıq Ələsgər üslubunun estetik
çalarları, gözəllik əlamətləri olduqca aydın və qabarıqdır.
Azərbaycan şeir mədəniyyətinin, xüsusən zəngin
aşıq şeirinin uğurları ilə xalq obrazlı təfəkkürünün sintezi
Aşıq Ələsgər dilində bütün detalları ilə göz oxşayır. Bu dilin
263
səciyyəvi üslub təmayülündə hisslərin dramatik kəskinliyi,
obrazlı fikir genişliyi, assosiativ təəssürat bolluğu məxsusi
poetik cizgilər kimi meydana çıxır. Bu məziyyətlər dahi
şairə dövrünün poetik təfəkkür mədəniyyəti səviyyəsində
yuxarı qaldırır, poeziyamızda Aşıq Ələsgər zirvəsi yaranır.
Frazeoloji vahidlərin daxili məzmununda mövcud
olan obrazlılığın müəyyən cizgiləri misralara əlavə
müdriklik çalarları qatır, lirik vüsət çox asanlıqla semantik
cəhətdən tutumlu hala keçir. Misrada, bənddə, hətta bütöv
şeirdə ifadə olunan psixoloji vəziyyətə, poetik düşüncələrə
yeni ovqat bəxş edilir. Frazeoloji ifadələrin poetik-üslubi
impulsları bədii şəraitə uyğun təzələnmə prosesi keçirir.
Aşıq Ələsgərin frazeologizmlərə intensiv müraciətlərinin
arxasında obrazlar sistemini təravətləndirmək stixiyasını
görmək çətin deyil. Dərhal hiss olunur ki, poetik qayənin
nüvəsi frazeoloji ifadənin gücündə təmsil olunur. Şairin
forma və strukturundakı fəallığı ilə frazeologizmlər mətnin
məna tutumuna da təsir göstərir:
Əsli-Kərəm kimi mən oda yandım,
Eşqə düşdüm, öz canımdan usandım,
Bir mürvətin atəşinə qalandım
Bir soruşan yoxdu əhvalım mənim
Ələsgərəm doğru yoldan azmaram
Hərcayı gözələ tərif yazmaram,
Yüz il keçsə, əlim səndən üzmərəm,
Çəksələr dilimdən dara, Bəyistan (8, 51)
Bir saat camalın görməsəm ölləm
Görsəmdə yanaram oda Bəyistan (8, 51)
Əyri telli, yaşıl başlı sonasan,
264
Qoyma sinəm üstə köz, qadan alım (8, 102)
Aşıq Ələsgər şeiri Azərbaycan, daha dəqiq desək
şərq poeziyasının poetik-üslubi əsasları üzərində
bərqərardır. Hikmətli söz ustadı kimi o, klassik şərq poezi-
yasında çox geniş istifadə edilən bədii ifadə vasitələrinə
dönə-dönə müraciət etmişdir. Yararlandığı poetik kateqori-
yaların incəliklərini bütün təfərrüatı üzə çıxara bilmək iqti-
darındadır. Şərq poetik kateqoriyalarının Aşıq Ələsgər
şeirlərində geniş vüsət olması onun söz ehtiyatını, üslubi ka-
milliyini daha da zənginləşdirmişdir. Məsələn, hikmətamiz
söz səlahiyyəti qazanan, zərbül-məsəl siqlətinə yiyələnən
ifadələr, misra və bəndlər Aşıq Ələsgərin şeirlərinin sanbal-
ında xüsusi rol oynayır. “İrsəlul – məsəl və ya təmsil” adla-
nan bədii ifadə vasitəsi Aşıq Ələsgər bədii sözünün gözəlli-
yinə, semantik dolğunluğuna səbəb olur. Xaqani, Nizami,
Nəsimi, Füzuli kimi söz nəhənglərinin dilinin bəzəyinə çev-
rilən bu bədii ifadə tərzi Aşıq Ələsgərin sənət dilində yüksək
intellektual obrazlarla, müdrik düşüncə ilə, siqlətli məz-
munla zənginləşmişdir. Bu, Şərq ədəbiyyatının sənətkarlıq
və poetikası ilə məşğul olan tədqiqatçıların da nəzərindən
yayınmamışdır. “Klassik Şərq poetikası” əsərinin müəllifi
Mahirə Quliyevanın qeyd etdiyi kimi, “Böyük el nəğməkarı
Aşıq Ələsgərin “Yaxşıdı”, “Görmədim” qoşmaları bu sənətə
gözəl nümunədir:
Arif olan gəlin sizə söyləyim,
İyid sözü mərd-mərdana yaxşıdı
Kişi gərək dediyindən dönməsin,
Bir qardan bir zənəna yaxşıdı.
265
Nəfs aldatdı, hər yetənə xan dedim,
Bihudə kollara gülüstan dedim
Əbəs yerə bivəfaya “can” dedim,
Zəhmətin çox çəkdim, karın görmədim.
Birinci qoşmanın son üç misrası, ikincinin dördüncü
misrası hikmətamiz sözlər silsiləsindəndir”. (33, 72)
Aşıq Ələsgərin yaradıcılığı timsalında aydın görünür
ki, frazeoloji ifadə ana dilinin idiom qəliblərindən bəzən öz
hüdudlarını aşır. Bədii situasiya və üslubi şərait frazeoloji
novatorluğa yol açır. Üslubi ehtiyacdan doğan hikmətli söz
qəlibləri bədii tapıntı – aforizm səlahiyyətinə yiyələnir. Afo-
rizmləri ilə Aşıq Ələsgər şeirə şirinlik gətirir, şeir dilində
möhtəşəm təsir qüvvəsi əmələ gəlir. Atalar sözlərinə,
zərbül-məsəllərə bənzər ifadələrin meydana gəlməsi Aşıq
Ələsgərin şeirlərində tez-tez təsadüf olunur. Atalar sözlərinə
uyğun gələn bu cür ifadələr – sentensiyalar quruluş-struktur
cəhətdən frazeoloji vahidlərə uyğun olduğu üçün ümumxalq
malına keçmişlər. Aşıq Ələsgərin dilində aforimzlər
müəyyən anlayış, psixoloji məqam və emosional ovqatla
bağlı ümumiləşdirilmiş hökm ifadə edir. Aşıq Ələsgərin
dilində frazeoloji novatorluq şeirin həm forma gözəlliyi,
həm də ifadə olunan fikrin obyektinə müdrik münasibət bir-
birini tamamlayır. Aşıq ƏLəsgərə məxsus olan fərdi afo-
rizmlər, hikmətli ifadələr məzmun dolğunluğu, fikir genişli-
yi, ifadə siqləti ilə diqqət çəkir. İntellektual obrazlarla zən-
gin olan bu fərdi yaradıcılıq məhsulları bədii-estetik və emo-
sional kamillik nümunələridir. O da diqqətəlayiqdir ki, Aşıq
Ələsgər poeziyasında bu poetik kateqoriya daimi səciyyə
daşıyır. Dərin hikmətli fikirlər, fəlsəfi mühakimələr zəngin
266
təcrübənin təməli üzərində bərqərar olmuşdur və sistemli
ifadə tərzi kimi bədii söz cəngavərinin bütün yaradıcılıq
fəalliyyətini müşaiyət edir. Onlar Aşıq Ələsgərin şeir dilində
ən mühüm gözəllik ünsürləri kimi müdriklik zəmini
üzərində boy göstərir.
Dost uzaq olmaqla, könül yad olmaz,
Ölüncə qəlbində nişanəsi var (8, 117)
Muşdan pələng olmaz, tülkülər aslan,
Danalar meydanda kəl ola bilməz (8, 119)
Qabiliyyətsiz, mərifətsiz qızların
Yüzü bir dərdmənd dul ola bilməz (8, 119)
Müxənnətdə səxa, nakəsdə kərəm
Namərdin cibində pul ola bilməz (8, 8, 119)
Ya dost olma, ya zəhmətdən incimə
Dost yolunda boran, qar olacaqdır (8, 120)
Dosta xain baxan kor olacaqdır (8, 120)
Aşıq Ələsgər şeirinin emosional və rasional imkanla-
rı onun aydın və dərin təfəkkür tərzini və səviyyəsini nüma-
yiş etdirən dil mükəmməliyi ilə açılır. Üslubi kamilliklə
şairin hikmət hazırlığının üzvi birliyi aforizm yaradıcılığına
gətirib çıxarır. Onun üslubunda, ifadə tərzində ulu bir qayə
vardır: yığcam şeir arxitektonikası, misra quruluşunun
poetik modeli ilə bədii düşüncənin münasib deyim
qəliblərinin vəhdətinə nail olmaq. Yüksək bədii-üslubi
çəkiyə sahib olub bədii mətləblərin operativ şərhini xüsusi
çevikliklə vermək. Duzlu ifadələrlə, yapışqanlı sözlərlə
düşündürücü məzmunu, səmimi duyğuları dinləyicinin
zehninə, qəlbinə həkk etmək. Deməli, Aşıq Ələsgər
267
poeziyasında bədii ifadə forması şeiriyyət faktoru ilə
dəyərlidir, cazibədardır.
Misralardakı bədii fikri, mündəricəni dinləyicinin şü-
uruna, hisslərinə yetirən dil faktlarını Aşıq Ələsgər canlı da-
nışıq – ünsiyyət dilindən mənimsəyərək obrazlarla zəngin-
ləşdirib təbiilik axarına salır, bədiiliklə naxışlayaraq poetik
enerji potensialını fəallaşdırır. Daxili incəlikləri, fərdi ifadə
vasitələri ilə zəngin olan Aşıq Ələsgər poeziyasının dili milli
zəminlə bağlıdır və buna görə də onun bütün güşələrində,
Azərbaycan xalqına məxsus mənəvi-əxlaqi dəyərlərin,
mənəviyyatın vəhdət təşkil edən bədii mənzərəsi görünür.
Haq meyi islama haram, buyurmuş,
Qəm tüğyan eyləsə mey içmək olar
Dostun məzəmməti adamı öldürür.
Düşmənlə söyüşüb dalaşmaq olar
İlqarın dalınca bir baş getməsin
Onu bir qarpıza dəyişmək olar
Göz gözə baxanda halım soruşa
Aləm düşman olsa, görüşmək olar (8, 121)
“Az kəlmə ilə çox fikir söyləmək, canlı və təsirli,
şairanə səhnələr təsvir etmək istedadlı Ələsgərin lirikasını
daha da zənginləşdirir”. (28, 176) Lirizmin zənginliyi, hiss
və duyğulardakı coşqunluq dilin təbiiliyindən mayalanır.
Lakoniklik Aşıq Ələsgərə məxsus bədii nitq mədəniyyətinin
spesifik cəhətlərini büruzə verir, onun üslubi keyfiyyət təka-
mülünün bünövrəsində sərrast deyim üsullarının sintezi day-
anır. Yığcamlıq əsl poeziya meyarlarına sədaqətdən, əsl po-
etik təəsüratların təbiiliyindən başlanğıc götürür. Dərin bədii
təəssürat mahiyyətcə formanı da – maksimum ifadə yığcam-
268
lığını da tələb edir. Aşıq Ələsgər ilhamının məhsulu olan po-
etik nümunələrində məna zənginliyi deyim lakonizmindən
təcridlə təsəvvürə gəlməzdir. Bu estetik keyfiyyət şeirlərin
obrazlılıq, səmimiyyət və təbiilik kimi tələblərini maksi-
mum dərəcədə ödədiyi üçündür ki, Aşıq Ələsgər ənənəvi
aşıq şeirinin qəlibləri dairəsində təravətli söz demək qüdrəti-
nə sahib olmuş, məzmunlu danışmaqla, ürəklərə asanlıqla
yol tapmaq istidarını da nümayiş etdirə bilmişdir.
Aşıq Ələsgər şeirlərindəki forma elementləri, deyim
tərzi məzmunlu anlayışdır və bu, qüdrətli söz ustadının yara-
dıcılığında spesifik tərzdə meydana çıxır: məzmunun imkan
verdiyi dərəcədə sözə qənaət meyarlarının bütün prinsiplərin
diqqət mərkəzində saxlayır. Təsirləndirmək keyfiyyəti də
məhz forma gözəlliyindən, forma bədiiliyindən nəşət edir.
Bədii fikrin ahəngi, poetik ovqatın vüsəti özündə dərin
məzmun ehtiva edən yığcam forma qəliblərindən güc alır.
Namus qədri bilib namus gözləyən,
İnsallah heç yerdə xəcalət olmaz (8, 123)
Yüz il keçsə qohum səndə yad olmaz
Mərd bir olar, onda iki ad olmaz (8, 122)
Bir mərd ilə ağı yesən, şirindi
Yüz namərdlə şəkər yesən dad olmaz (8, 122)
Aşıq Ələsgərin hikmətli söz qəlibləri bədii tapıntı
səlahiyyətindədir. Xalqın müdrik ifadələrinə bənzər
deyimlər üslubi şirinliyi ilə xoşagəlimli təsir bağışlayır. Aşıq
Ələsgərə məxsus sentensiyaların ümumxalq ünsiyyətində
fəallığı konkret bədii ovqata, müəyyən əhval-ruhiyyəyə
bağlı olub emosional durum və psixoloji məqamlarla
əlaqədar ümumiləşdirilmiş hökm ifadə edir. Sözə yanaşma
269
vərdişi, sözə sənətkar münasibəti, söz seçmə meyarları məz-
mun gözəlliyinə xidmət edir. Fərdi aforizmləri, hikmətli ifa-
dələri Aşıq Ələsgər sənətinə zamanın nəfəsini qatıb ona ya-
şamaq haqqı, əbədi bədii həyat verir. Azərbaycan dilinin fü-
sunkarlığı aforizmlərlə açılır. Oxucunun düşüncə qabiliyyə-
tini itiləşdirən aforistik misralar dərin semantik yükü ilə
poetik qavrayışa xüsusi dinamika bəxş edir.
Hər ağacdan sandal, hər yarpaqdan gül,
Hər torpağın tamı duz olmaz, olmaz
Aşığın nisyəsi, kürdün ilqarı,
Desələr inanma, düz olmaz, olmaz
Günü keçmiş qarı qız olmaz, olmaz,
Suda çimmək ilə sağsağan, qarğa,
Göldə silkələnib qaz olmaz, olmaz,
Comərdin kisəsi, mərdlərin namı
İnsallah ölüncə az olmaz, olmaz
Bülbülü gülə yaz, gülü bülbülə (8, 123)
Qönçənin üstündə xar oynamasın
Zəhmət, zillət çəkən yazıq əllərim
İnsafdımı səndə nar oynamasın (8, 127)
İlahi misralar dahi aşıq-şairin ilhamlı ürəyindən,
misilsiz poetik təbindən cücərmişdir. Göyçə elinin mədəni
səviyyəsini, mənəviyyatını, poetik nəfəsini canlandıran şeir
dilindən üslubi-məna faktoru kimi yararlanma tamamilə
orijinal göstəricilərə malikdir. Bu dil Aşıq Ələsgərin zehni
gücündən, elmi-mədəni səviyyəsindən, yüksək erudisiyasın-
dan mayalanır. Sözlərin mükəmməl məna rabitəsi, gözəl və
nüfuzedici məcazlar, söz və ifadələrin obraz səviyyəsinə gə-
tirilməsi Aşıq Ələsgərin bədii nitqi üçün professional səviy-
270
yədə özünü biruzə verən yaradıcılıq vərdişidir. Milli mənsu-
biyyətindən asılı olmayaraq bütün leksik vahidlər həm alın-
malar, həm də doğma dilimizin öz kəlmələri misralarda öz
üslub çərçivəsini olduqca sərrast formalarda tapmaqla,
xalqın canlı ünsiyyətində işlənən ibarə və tərkiblər bədii mü-
hitlə qaynayıb-qarışmaqla, bədii mətnə daxil olma məqam-
larını düzgün müəyyənləşdirməklə, bir sölə, bunların hamısı
poetik nitq əhatəsində doğma görünməklə cazibəli səslənir,
könül oxşayan xoş təəssürat yaradır. Bunun birbaşa nəticəsi-
dir ki, Aşıq Ələsgər üslubu ilə bağlı tipik bir cəhət – məz-
munlu düşüncə tərzi, poetik qənaətlər, müdrik ümumiləşdir-
mələr onun dilində bir qayda olaraq aforizmlər şəklində üzə
çıxır.
İki könül bir-birini tutmasa,
Alan da yazıqdı, gələn də yazıq (8, 150)
Haqq verməsə, qonşu payı pay olmaz
Doğru yola əmək çəksən zay olmaz (8, 139)
Kişi gərək dediyindən dönməsin
Bir ilqardan bir zəmana yaxşıdı
İki arvadlılıq mərdan acı olur
Bez geydirsən bir canana yaxşıdı
Güzəran xoş olub, gün xoş keçməkdə
Ağ otaqdan tövləxana yaxşıdı (8, 144)
Sözə sənətkar məsuliyyəti şeir-sənət ləyaqətinin özü-
lünü təşkil edir. Bədii fikrə təravətli forma geydirmək Aşıq
Ələsgər üslubunun vacib əlamətidir, obrazlı təfəkkürünün
poetik təzahürüdür. Azərbaycan dilinin gözəllik yaratma im-
kanları özünü Aşıq Ələsgərin şeirində tapır. Onda saxta no-
vatorluq əlaməti yoxdur. Orijinal istedad hər bir sözün
271
bədii-üslubi dirçəlişinə yol açır, donuq sözlərin belə isin-
məsi təbii deyim tərzinə söykənir, şeir nitqində üslubi pro-
sesin gedişatı poetik nəfəsdəki hərarət və təravətdən güc
alır. Duzlu və təkrarolunmaz kolorit bədii şirinliklə dil
qəliblərinin həm səslənmə-melodiya keyfiyyətləri ilə təmin
edir, həm də poetik mündəricənin cövhərində müdrikləri-
mizin şairanə düşüncələrinin pozulmaz naxışlarını aş-
karlayır. Bununla da dahi sənətkar öz bənzərsiz şeir dilini
sənət örnəyinə çevirir.
“Qanadlı sözlər”in məntiqi-emosional tutumu, ifadə
siqləti lirik təhkiyəni intensiv axın halına salır. Aforizm
müəyyən hissi mühit, əsaslı poetik zəmin üzərində qurulur.
Xüsusi poetik fəhmlə əlaqələndirilən fikirlər bədii-frazeoloji
struktur şəklində meydana çıxır, semantik cəhətdən daşlaş-
mağa meylli söz qrupu yeni bədii həyat qazanıb geniş
işləklik qazanır.
Aşıq Ələsgərin aforizmlərində xalq deyim tərzinin
nəfəsi duyulur. Sənətkarın fərdi üslubunu müəyyənləşdirən
poetik əlamətlərdən biri kimi bu proses bədii dil sənətkarlı-
ğının spesifikasını qabarıq nümayiş etdirir və bədii düşüncə-
yə, ifadə tərzinə yeni rəng verir.
Təzə aşnalıqla köhnə dostluğun
Fərqi vur qış ilə yuz arasında
Dost dostdan inciyər, qəlbində dönməz
Olar bir az ərki naz arasında
Haqq ilə nahaqqı, axtaran hakim
Tapur qulaq ilə göz arasında
Mərd iyidə ölüm haqdı dünyada
Yoxsul olub ahuzarı çəkməyə (8, 57)
272
Dövlətə güvənib gül tək açılma
Çox sənin tək güllər soldu dünyada
Dövlətdən qismətin beş arşın ağdı
Çəkdiyin qovğadı, qaldı dünyada
Hayif cavanların gül əndamları
Mara, mura qismət oldu dünyada (8, 70)
Aşıq Ələsgər poeziyasının nüfuzunun, möhtəşəm bir
poetik hadisə kimi əbədiyaşarlığının kökündə misilsiz poetik
məna, dərin bədii məzmun və təsirli ekspressivliklə bərabər,
həm də heyranedici söz və ifadə duyğusu dayanır. Milli
poetik ənənələrin üfuqləri onun misralarında daha da geniş-
lənir, həmişə yeni və təravətli təəssürat doğurur. Bədii forma
və düşüncə ritmi Aşıq Ələsgərin poetik ruhunda qovuşur və
bu səbəbdən onun yaradıcılığı zəngin ənənələri olan Azər-
baycan poeziyasında tam orijinal bir hadisədir. Dil sadəli-
yindəki dərinliyi belə qiymətləndirməyə haqq verir ki,
xalqın ünsiyyətində fəaliyyət göstərən leksikonun adiliyində
yüksək poetik kəşfin ifadəsi Aşıq Ələsgər üslubunun əsas
göstəricilərindəndir. Onun parlaq təfəkkür tərzi olduqca yığ-
cam və ifadəli obrazlarla, bədii nitq mühitinə munis görünən
lüğət materialları ilə öz əksini tapır. Sadə, təbii və canlı dey-
im tərzi ilə səciyyələnən bu şeir nitqində bir aşıq şeirinin,
ümumiyyətlə kəmiyyət və keyfiyyət etibarilə zəngin poezi-
yamızın dil gözəlliklərinin, cəsarətli bədii söz tapıntılarının
əks-sədasını görürük. Poetik abidə ləyaqəti qazanmış şeirlər-
in dili, ifadə qəlibləri bədii məzmuna müqabildir. Bədii mət-
ləbə o dərəcədə uyğundur ki, köhnə, ənənəvi deyim forma-
larında da qeyri-adilik hiss edilir.
273
Aşıq Ələsgərin üslubunda hər bir misra özülüyündə
mükəmməl lirik məzmun qəlibidir. Poetik ünsiyyətin bünöv-
rəsində dayanaraq estetik-fikri dərinliyi ilə semantik güc
qazanır ki, bunun sayəsində də poetik düşüncənin daxili-
məntiqi xüsusi güc-qüvvət kəsb edir. Bədii niyyəti daha dol-
ğun və əhatəli miqyasda söyləmək vəzifəsini məhz aforizm
siqləti qazanmış misralar daha dolğun icra edir.
Aşıq Ələsgər poeziyasında yüksək poetik dillə
canlandırılan lirik qəhrəman obrazı, onun mənəvi dünyası-
nın inikası, həyəcanlar aləmi, düşüncələri, mürəkkəb psixo-
loji vəziyyətlərin təsviri olduqca rəngarəng boyalarla verilir.
Təsvir obyekti, bədii təhlil predmeti olduqca əlvan dil
çalarları, təzadlı bədii təsvir vasitəsi ilə təqdim olunur.
Deyim tərzinin təravəti Aşıq Ələsgərə xas olan dil həssaslı-
ğının əlamətidir. Fikirdə, əhval-ruhiyyə tərzində özünü
biruzə verən bu məziyyət misraların dil materialında, onun
daxili quruluşunda, şeirlərin zahiri əlamətlərində görünür.
Onun dili gerçəkliyə, əşya və hadisələrə olan münasibət
tərzinə, ümumiyyətlə mündəricənin poetik-fəlsəfi, psixoloji
səciyyəsinə uyğundur. Zəngin dil lirik duyumu strukturca
zənginləşdirir və mürəkkəb tərəflərilə poetik mətnə daxil
edir. Bunun bilavasitə nəticəsi kimi törənən qeyri-adi assosi-
asiyaların dinamikliyi intensiv xarakter alır, sözlər obrazlı
miqyasını genişləndirir, xüsusi cizgilərlə lirik düşüncənin
tərkibinə daxil olur. Poetik kontektin hissi-emosional əsasını
təyin etməkdə məhz dil vahidlərinə yaradıcı yanaşma həll-
edici amil kimi çıxış edir.
274
RİTORİK MÜRACİƏT POETİK FİKİR VƏ
EMOSİYA İFADƏSİNİN SPESİFİK FORMASI KİMİ
Ana dilimizdə yaranan şeirin ən saf, ən milli
nümunəsi, bəlkə də ən mükəmməli Aşıq Ələsgərə məxsus-
dur. Poeziya şirinliyi onun səsində də, sözündə də, misralar-
ında, məcazlarında, bütöv mətnində də eyni dərəcədə duyul-
ur. Neytral üslubi rəngli kəlmədən tutmuş mükəmməl poetik
fiqurlarına qədər hər bir dil işarəsi yüksək bədii zövq, milli
ruh üzərində köklənmişdir. Dilin söz ehtiyatına bələdliyi dil
naxışlarının möhtəşəmliyi və zərifliyinin kökündə dayanır.
Ona görə də onun dili şeir tariximizin heç zaman zövqlərdən
düşməyən, yaddaşlardan silinməyən bəzəyidir. Ulu sənət-
karın dili ilə ona görə öyünürük ki, o, öz səlisliyi, şəffaflığı
ilə xalq təfəkkürünün zənginliyini nümayiş etdirən dildir,
qərinələrin dərinliklərindən gəlib çıxan adi sözlərimizin
özünə qədər kəşf olunmayan rənglərini aş-karlayan dildir,
adi məişət danışıq ünsürlərinə poetizm siqləti gətirən dildir –
bir sözlə, xalqın mənəviyyatının, müdrikliyinin dilidir,
yaradıcılıq potensialının sonsuz fikir və düşüncə üfuqlərinin
meyarıdır.
Aşıq Ələsgərin dili poetik kamilliyi ilə ən məşhur
söz nəhənglərinin dil-üslub örnəkləri ilə eyni səviyyədə
durur. Sənət gerçəklikləri imkan verir ki, onu ədəbiyyatı-
mızın Füzuli kimi qüdrətli klassikləri ilə yanaşı qoyub öy-
rənən. Həyatın poetik idrak forması olan şeir dilinin Füzuli
və Aşıq Ələsgər, Nəsimi və Aşıq Ələsgər və s. müqayisələr-
ində, duyum və deyim səviyyəsinin uyğunluğunda bəra-bər-
lik əlamətlərini görməmək mümkün deyil. Aşıq Ələsgərə aid
edilən Azərbaycan aşıq poeziyasının Füzulisi “epitet”i
275
(M.İbrahimovun) də çox güman ki, misilsiz söz ustadının
yüksək bədii dil mədəniyyətinin, sənətkarlıq dəyərlərinin
aliliyinə olan obyektiv həqiqətin ifadəsidir.
Söz və ifadələrə yeni ruh, orijinal bədii rəng vermək
bacarığı da Aşıq Ələsgərin dilində üslubi sanbal və qiymət
kəsb edir. Xitablar şeir mətnini formalaşdıran mühüm bir
atribut kimi bədii effektin yüksəldilməsi üçün çox
önəmlidir. Poetik dil sənətkarlığı ilə birbaşa bağlı fakt
olaraq çağırışlar şairənəlik məziyyətlərini təmin edir və
buna görə də onun Aşıq Ələsgərin üslubi təcrübəsində
miqyası və rolu olduqca əhatəlidir.
Müraciət məqsədi ilə işlədilən söz və ifadələr
mühüm estetik akt kimi, mündəricənin bədii ifadəsi kimi
şeirin üslubi tələblərini ödəyir. Vokativlərə sırf yaradıcılıq
və estetik mövqedən yanaşan Aşıq Ələsgər xitabların zahiri
cazibədarlığını şeirin daxili mündəricəsi ilə tamamlayır.
Vokativ funksiya daşıyan bütün dil vahidləri şeirlərin ümu-
mi ruhu və motivlərindən ayrılmazdır. Lirik intonasiyası ilə
dinləyicini heyrətləndirir, poetik fikir və emosiyalara bir tə-
zəlik bəxş edir. Aşıq Ələsgərin duyğu və düşüncələri daha
çox həyatla, sosial gerçəkliklərlə, təbiətə ünsiyyətdə ifadə
olunur, bu ünsiyyət və təmasdan doğan xitablar lirik du-
yumu zənginləşdirir. Müəllifin həyata, zamana, dünyaya
fəlsəfi-poetik baxışlarının çox cəhətliliyi açılır. Lirik
“mən”in şəxsiyyəti təbiətlə, sosial varlıqla təmasda açılıb
mənalandırılır. Həyatın şairanə təzahürlərini həssaslıqla
duyum vokativlərin köməyi ilə əks-səda tapır.
Müxənnət zamana, bimürvət fələk,
Şamı sübhə, sübhü şama çəkirsən (8, 56)
276
Başına döndüyüm, ay telli sənəm
Qovma dərgahından, sayılam məni (8, 174)
Ay həzərat, gəlin sizə söyləyim
Bu dünyanın xəyanəti çıxıbdı (8, 280)
Vokativ söz birləşmələri tələffüz edərkən nəinki
müraciət olunanın adı çəkilir, həm də müvafiq intonasiya
vasitəsilə müxtəlif emosiyaları da oyadır. Müraciət bildirən
vahidlərin kommunikativliyi də burada təzahür edir.
Müraciət məqamında işlənən xüsusi tipli leksik-qrammatik
vahidlər poetik niyyəti əks etdirən sözlərin daha çox enerji
toplamaq cəhdinə kömək edir. Ritorik xitabla poetik obraz
emosional təhkiyə vasitəsilə, xüsusi intonasiya ilə lirizmi
qabarıqlaşdırır. Xitabların müraciət bildirən nidalarla qoşa
işlənməsi isə daha mükəmməl üslubi əlamətləri nəzərə
çarpdırır. Bu və ya digər fiqurların fəallaşması da xitabların
şeir dili vahidinə çevrilməsi amili ilə əlaqəlidir.
Dad sənin əlindən, a qanlı fələk,
Könül həsrət qaldı yara dəyməmiş (8, 64)
Ələsgər qurbandı, ay boyu minə
İncidən, mərcandan düzüb köysünə (8, 90)
Getmə göz önündən, ay Şəkər xanım,
Könül mayıl olub o qələm qaşa (8, 82)
Cansız əşyalara, söhbətdə iştirak etməyənlərə
müraciətlə ritorik xitablar, mükəmməl poetik fiqurlar Aşıq
Ələsgər lirikasında fəal üslubi başlanğıc təşkil edir,
sənətkarlıq mədəniyyətini layiqincə təmsil edir. Bəzən
xitabların sıxlığı şeir poetikasının mühüm məziyyətlərini
aşkarlayır. Xitab funksiyasında çıxış edən sözlər daxilən bir-
biri ilə bağlanaraq bütöv poetik təəssüratın qəlpələri kimi
277
vahid poetik ovqat yaradır. Bu sıxlıq canlı danışıq koloritini,
sadə ifadə tərzini gücləndirib bədiiləşdirici faktora çevrilir.
Ağıldan kəm, huşdan çaşqın, dilqanmaz,
Şərm eylə qonaqdan, ölməz, utanmaz,
Bu zəhmətə nazik bədən dayanmaz,
Birmürvət, nainsaf, dil bilməz, yağı (8, 286)
Poetik nitq mühiti formalaşdırmaqla xitablar Aşıq
Ələsgərin dilində dərin emosiya ifadəsinin spesifik forma-
sıdır. Onlar şeir dilini rəvan məcraya salıb poetik düşün-
cələrə təravətli bədii ovqat qatır, intonasiya çalarlarını şeirin
daxili məzmunu ilə əlaqələndirir. Məhz buna görə də Aşıq
Ələsgərdə xitab intonasiyası yeni məzmun kəsb edir, məşhur
kəlamda deyildiyi kimi, “poeziyanı tədqiq edən alət göz
yox, qulaqdır”. Aşıq Ələsgər misralarının gözəl səslənməsi-
nin bir sirri də ondan ibarətdir ki, xitab ahəngi ifadə edilən
fikrin səciyyəsinə uyğundur.
Müraciət obyektinə görə Aşıq Ələsgərin istifadə
etdiyi vokativlər olduqca çoxcəhətlidir. Burada xüsusi şəxs
adlarından başqa xitab kimi digər sözlər də gen-bol işlədilir.
Müxtəlif heyvan adları, ləqəbləri, cansız əşyalar, coğrafi ad-
lar, insanların qarşılıqlı münasibət və ələqələrini əks etdirən
sözlər, qohumluq, şəxsin cəmiyyətdəki mövqeyini bildirən
sözlər və s. sənətkarlıq səviyyəsində xitab funksiyasında
mətnə daxil edilir, estetik imkanlarını, emosional təsir va-
sitələrini zənginləşdirir. Poetik dil faktları olaraq onlar
həmçinin Aşıq Ələsgərin bir sənətkar kimi yetkinliyini açıb
göstərir.
Qiymətləndirici səciyyə daşıyan, ekspressiv
çalarlarla zəngin olan sadə və genişləndirilmiş xitablar, tək-
278
rar və həmcins xitablar, xitab-metaforalar, xitab-metonimi-
yalar, xitab-perifrazlar və s. çağırış intonasiyalarının emosi-
onallığı ilə müşaiyyət olunur, bədii sözün insan qəlbinə
nüfuzetmə qabiliyyətini stimullaşdırır:
Arif olan, bir od düşüb canıma,
Əridib döndərir a yağa məni,
Ağa olan qulun salmaz ayağa,
Salma nəzərindən, ay ağa, məni (8, 183)
İyidlər at vermir, gözəllər xələt,
Gəlmir tənbəkiyə bal, qoca baxtım (8, 109)
Sallanışı bənzər huri-qılmana,
Kəbəm, qibləm, din-imanım, yavaş get (8, 149)
Aşıq Ələsgərdə vokativlər üçün xarakterik olan
intonasiya çalarları çox zəngindir. Bir qayda olaraq, xitablar
çox güclü vurğu və yüksək tonla tələffüz olunur. Çağırış
intonasiyası və bundan irəli gələn fasilələr xitabı mətnin
digər tərkib hissələrindən ayırır. Ritorik xitablarda nida
intonasiyası daha qabarıq hiss olunur və beləliklə, bədii
şəraitin, vokativlərin məzmunun diktə etdiyi əzizləmə,
şikayət, qürur, razılıq, sual və s. intonasiyalar mətnin ruhuna
uyğunlaşır.
Şeirin lirik qayəsini qabardan polifonik boyaların
üzə çıxmasında vokativlər digər ifadə vasitələri ilə sinkretik
şəkildə güc-qüvvət kəsb edir. Xitablar sayəsində poetik
ifadə kompleksinin formalaşdırma əməliyyatı estetik incə-
liklərlə həyata keçirilir. Bədii təəssüratların çoşqunluğuna,
cazibəsinə laqeyd qalmayan müəllifin çox hallarda xitabları
ilk misrada işlətməsi də bu amillə bağlıdır. İlk sətirdən po-
etik və qrammatik xitablar təlqin ediləcək fikri, lirik müha-
279
kimələri poetik qavrayışa həkk edir, hiss-həyəcanların üfuq-
lərini genişləndirir. Onun üslubi fəallığından sonrakı mis-ra-
lardakı bədii təsvir və ifadə vasitələri güc alır:
Gözü yaşdı, ey füqara Ələsgər,
İşi əysik, baxt qara Ələsgər,
Olmadı dərdimə çara, Ələsgər,
Həsrət əlim o dildara yetmədi (8, 151)
Axşam-sabah, çeşmə, sənin başında
Bilirsənmi necə canlar dolanır? (8, 65)
Tərlan tamaşadı, maral baxışdı,
Qədəm qoyub, asta-asta xoş gəldin (8, 92)
Müraciət olunan anlayış emosionallıqla bir vəhdətdə
çalğaşır. Çoxəsrlik şeir dilimizin zəngin təcrübəsində müəl-
lifin dilində vokativlər ritmli ifadə modeli poeziyanın tələb-
lərini xüsusi çevikliklə ödəyir.
Təbiətə, insanlara müraciət, poetik mühakimələrin
əsasını təşkil edən nidalar Aşıq Ələsgər şeirinin əsas poetik
forma ünsürlərindən biridir. Xitab və nidaların işləndiyi
misralarda lirik forma yalnız müəyyən sözlərin semantik
tutumluluğu ilə şərtlənmir, burada təbii olaraq həm də əsas
mətləbin bədii həlli üçün emosiyaların bədii şərhi üçün
vokativ və nidaların ərsəyə gətirdiyi intonasiya çalarları
müstəsna yer tutur. Poetik hissin predmeti lirik kompozisiya
daxilində bədii şərhini tapır. Şeirin ideya-emosional məğzi,
estetik gücü intonasiya sərrastlığından, dil mədəniyyətindən
bəhrələnir. Bədii fikir poetik canlandırma, sözün təsvir-
tərənnüm imkanlarından maksimum yararlanma yolu ilə
təlqin olunur. Bu, hər şeydən əvvəl, istedadın yetkinlik
əlaməti kimi qəbul olunur.
280
Aşıq Ələsgərin əsərlərində hiss, əhval-ruhiyyə
əlvanlığı bədii dil əlvanlığına yol açır. Dildə əlvanlıq fikir
və duyğuların ayrı-ayrı poetik çalarlar vasitəsilə bədii təcəs-
sümüdür. Vokativlərin, hiss-həyəcan bildirən sözlərin bila-
vasitə iştirakı ilə ifadə üsulları, bu cür deyim tərzi xalq po-
etik dilindən gəlir. Lirik həyəcan və bədii ovqatın xalq poet-
ik təfəkküründən süzülüb gəlməsi ilə obrazlılığın deyim üs-
ulları ilə ahəngdarlığı misilsiz bədii mətnin formalaşdırması-
na zəmin yaradır.
Aşıq Ələsgərin dilində bədii xitabların hamısı,
demək olar ki, ekspressiv mahiyyətlidir, vokativləşməklə
leksik və qrammatik vahidlər estetik hadisəyə çevrilir. Onun
şeirlərinin çox mühüm hissəsinin rədiflərinin xitab sözlərdən
və tərkiblərdən ibarət olması faktı da bu amillə izah olunma-
lıdır: “Dağlar”, “Yaylaq”, “Dəli Alı”, “Güllü”, “Gülpəri”,
“Xurşid”, “Sarı köynək”, “Telli”, “Ya Əli”, “Yazıq”,
“Gəda”, “Gözəl”, “Mələk”, “Pəri”, “Şah dağ”, “Şapəri”,
“Şair Nağı” və s.
Bu rədif xitablar şeir dilinin musiqisinin bütün
notlarını – vurğu, temp, ritm, melodiya və s. tənzimləyir.
Abi-Kövsər kimi axır,
Çeşmən, bulağın, Şah dağı (8, 244)
Nahaq işdi dilək dilər
İnsan insandan, gəda (8, 196)
Gözəllər sultanı, mələklər şahı
Şahmar zülfün nə tökübsən dal dala
Şahlar şahı, özün yetiş haraya
Mən yalqızam, düşman verib dal dala (8, 165)
281
Aşıq Ələsgərin xitablarla bağlı üslubi ifadə tərzinin
bünövrəsində daha artıq məcazi düşüncə tərzi durur. Onun
dilində xitablar elə bir semantik-üslubi dil prosesinin məh-
suludur ki, bədii nitq mühiti onun lirik məzmunla dolğun-
laşmağa şərait yaradır. Müraciət məqamları ilə işlədilən
vokativlər ritmləşdirmə prosesinin başlanğıcında dayanır.
Bu keyfiyyət canlı ünsiyyət dilinin potensialından doğur.
Xitabların bədii mətləbin təfsilatlı təcəssüm etdirmə
niyyəti ilə, varlığı real cizgilərlə rəsmetmə məqsədi ilə üzvi
bağlılığı var. Elastik cümlə modellərinin şeirin
tipologiyasına uyğunluğu da bəzən xitabın səciyyəsindən
qaynaqlanır. Xitabların üslubi çevikliyi bədii mətnin poetik
sintaksisinə də təsirsiz qalmır, emosionallaşdırma vasitələri
fəallaşır.
Kəpəz, Murov, Qonur – gör neçə dağ var,
Üstünə qar yağsın, ay dəli Qoşqar
Yayın orta ayında yağdırırsan qar
Saf çəkib üstündə salların, dağlar (8, 60)
Xitab xüsusi poetik ovqat yaradıcılığında, müraciət
edənlə olunan arasındakı poetik münasibətlərin assosiasiya-
sında mühüm vasitədir və buna görə də o, yaratdığı poetik
ruh sayəsində fundamental üslubi şəbəkəyə daxil olur. Xitab
mövqeyində sözlər öz semantik yükünü üslubi funksiyasına
uyğun gücləndirir. Bu proses daha çox lirik qəhrəmanın
özünə və tərənnüm obyektinə müraciəti məqamlarında mey-
dana çıxır. Lirik “mən”in psixoloji-emosional monoloqun-
dakı xitablar xüsusi bədii mühit formalaşdırır və hissi-emo-
sional ovqatın fəalliyyət sferasını genişləndirir.
282
Xitab Aşıq Ələsgərin şeir dili üçün çevik, rasional və
təsirli ifadə üsuludur. O, musiqi ahəngi ilə müşaiyət olunur
ki, bu da bədii emosiyanın tutumlu spektrini qaydaya salır.
Şeirin lirik strukturunda incə ünsürlərdən biri kimi poetik
təfəkkür və ovqatı obrazlı şəkildə təzahür etdirmə xassəsinə
malikdir. Xitab şeirə forma və məzmun təravəti, əlvan və
rəngarəng ifadə tərzi, intonasiya zənginliyi ilə əhatəli fikir
söyləmə məharəti gətirir.
283
HƏMCİNS ÜZVLƏRİN ÜSLUBİ CİZGİLƏRİ,
LİRİK MÜHAKİMƏLƏRİN ÇEVİKLİYİ
Bütün dil vahidləri Aşıq Ələsgərin şeirlərində
bədiilik çərçivəsində fəaliyyət göstərir, bədii-üslubi məqsəd
şeir dilinin əsas struktur və intonasiya mənzərəsinə sığal
çəkir. Sözlərin düzülüşü, sintaqmatik bölgü, ritm və intona-
siya çalarları poetik niyyətin ehtiyaclarına uyğun formalarda
bir-birinə calanır. Onun ümumi dil aksenti xalqın estetik
zövqü ilə eyni ahəng üstündə köklənir.
Aşıq Ələsgərin bədii dili həmişə təravətlidir, yenidir.
Bunun izaha ehtiyacı olmayan, sadə bir səbəbi var: onun dil
yeniliyi xalq dilinin təkindən qaynaqlanır, deyim tərzi
folklor ənənələri üzərində durduğu üçün obrazları uğurlu
üslubi elastikliyi ilə könül oxşayır. O, mahir söz-fırçası ilə
istədiyi bədii lövhənin spesifik rəng çalarlarını yarada bilir.
Sadəlik Aşıq Ələsgər sözünün deyiliş təmtəraqında yox, ifa-
də müdrikliyində, mətləbin dərin və təsirli deyim formalar-
ındadır. Adi dil materiallarına söykənən Aşıq Ələsgər poezi-
yası, sadə biçimli deyim qəlibləri cəsarətli üslubi kəşflər
səviyyəsinə qalxa bilir. Təbii nitq naxışlardakı məcazların
elastikliyi eyni zamanda qüdrətli emosiya daşıyıcılarıdır,
onun bədii üslubunda novatorluğu təmin edən ən aparıcı
faktorlardandır. Bu baxımdan həmcins üzvlərin də mükəm-
məl üslubi əlamətləri, eyni sintaktik mövqedə sözlərin sada-
lanması və fəallaşması onların poetik sistemə daxil olmasını
təmin edir. Poetik funksiyalara səfərbər olunan həmcins
üzvlər spesifik bədii cizgilərlə duyğu və düşüncələrin poetik
üfüqlərini genişləndirir. Aşıq Ələsgərin mükəmməl üslubi
şəbəkələrində həmcins üzvlər şeirin dinamik və emosional
284
təhkiyəsinə lirizm hopdurur. Həmcins sözlərin estetik
aspektləri bədii mətləbə xüsusi çəki, üslubi siqlət gətirir.
Bahar fəsli, yaz ayları gələndə
Süsənli, sünbüllü, lalalı dağlar,
Yoxsulu, ərbabı, şahı, gədanı,
Tutmaz bir-birindən alalı dağlar (8, 59)
Firəngi, rusi, farsi, ərəbi,
Beş dil ilə var savadı Bəylərin (8, 52)
Züleyxa təmkinli gözəllər hamı
Siması, libası, qurğu, nizamı,
“Qardaş” deyib dindirirlər adamı,
Hörmətləri, mərfətləri yaxşıdı (8, 143)
Mətnin bədii strukturunda həmcins sözlərin kəmiy-
yət göstəriciləri bədii məzmunun keyfiyyət dərəcəsinə uy-
ğundur. Bədii məzmun həmcins üzvlərinin sayını müəyyən
edən faktordur, konkret psixoloji vəziyyəti, bədii mətləbi
canlandırmaq qayəsinə tabedir. Bu səbəbdən onlar təsvir və
ifadə tərzinə təravət gətirir, digər üslubi vasitələrlə kəsişib
çulğalaşmaqla monumental şeir nümunələrinin yaranmasın-
da fəal iştirakçı olur. Güclü vurğu altında deyilib poetik
ritm-intonasiya çalarların yaranmasına, melodiya siqləti
kəsb etməsinə, sirayətetmə qabiliyyətinə təkan verir. Mis-
ralar öz bədii gücünü və üslubi kəsərini ondan alır.
Aşıq Ələsgər həmcins üzvlər vasitəsilə poetik
təəssürat və təsəvvürləri bütövləşdirməklə bərabər şeirin
üslubi mənzərəsinə cazibədarlıq verir, onun rəvanlıq yarat-
maq imkanlarını, oynaq ifadə formalarını açıb göstərir.
Canlı ünsiyyət dilinin dərin qatlarına nüfuz etdikcə həmcins
285
üzvləri təşkil edən elementlər də fəallaşır, deyim tərzində
milli kolorit qabarıq görünür.
Ağa, rəiyyət, bəy, gəda
Əmrinə fərmana gəlir
Aşıq, alim, molla, seyid
Dad çəkir, amana gəlir (8,235)
Aşiq oldum bir nainsaf millətə,
Qolu bağlı məni verdi cəllətə
İncilə, Zənbura, Səhfə, Tövrətə,
And verrəm Qurana, dedin, nə dedi? (8, 301)
Aşıq Ələsgər şeirində tematik və semantik cəhətdən
bir-biri ilə əlaqəli leksik vahidlərin eyni misrada və ya
bənddə işlənmə tezliyi vacib üslubi vasitələrdən biridir.
Həmin lüğəvi vahidlər semantik sahə yaradır. Bu cür söz
toplusunun əsas üslubi istiqamətini müəyyən anlayış, pred-
met və hadisələrin təfərrüatlı təsviri təşkil edir. Belə ki, mü-
əyyən məna sahəsi ilə əlaqədar olan söz və ifadələr eyni və
ya qonşu misraların daxilində canlı təsvir, bədii təsir və po-
etik təsəvvür formalaşdırır.
Aşıq Ələsgər eyni semantik sahəyə aid sözlərin
həmcinsliyi üslubi mütəşəkkilliyə malikdir. Bu, varlığı oriji-
nal qavrayış və ifadənin elə bədii variantıdır ki, poetik fikrin
tutumlu təcəssüm etdirir, lirik təəssüratın bütün güşələrinə
işıq saçır, həmcinsliklə yaradılan canlı lövhələr kamil poetik
biçimlərdə incəliklə fırçaya alınır. Müəyyən semantik sahə
dairəsində nizamlanmış həmcins sözlər fikrin bədii istiqa-
mətini dəqiqləşdirmək, mündəricənin hüdudlarını genişlən-
dirmək baxımından da yetkin üslubi təzahür formalarından-
dır. Poetik fikrin inkişaf xətti lirizm, axıcılıq və ifadəlilik
286
dəyərləri sayəsində cəlbedici və orijinal təəssürat bağışlayır.
Eyni motiv və cizgini, konkret anlayışın müxtəlif tərəflərini
yaddaqalan bədii lövhələrə həkk etmə qabiliyyəti həmcins
üzvlərə fəal işləklik hüququ qazandırır.
Huri, qılman, mələk, neçə min pəri,
Əmr eylədi haqq, göyləri bəzətdi (8, 44)
Nə zaman ki, nəzərimə sataşır,
İtir ağlım, huşum, kamalım mənim (8, 114)
Sallanışın bənzər huri-qılmana,
Kəbəm, qibləm, din-imanım yavaş get (8, 149)
İslama haramı halal bilərsiz,
Şəriətdən kənar mətləb dilərsiz
Əysik danışarsız, artıq gülərsiz
Namus, qeyrətiniz, arınız olmaz (8, 235)
Həmcins üzvlü sözlərin sadalanması nitqin ritmik-
melodik komponentlərinin emosional-ekspressiv gücünü
artırır. Mürəkkəb bir dil hadisəsi kimi intonasiya da fəallaşıb
poetik mənanın ifadəsinə xidmət göstərir. Sadalanma emosi-
onal çalarları ilə səciyyələnməklə bərabər təsvir obyektinə
estetik münasibətləri də bildirir. Həmcins üzvlərin sadalan-
ması Aşıq Ələsgər yaradıcılığında üslubi xüsusiyyət kimi
müxtəlif ifadəlilik məqamlarına tabe tutdurulur. Hətta irradi-
asiyadan istifadə də belə üslubi fiqurlara tez-tez müraciət
zərurəti yaradır.
“İrradiasiya bədii dil haqqında struktur üslubiyyatın
irəli sürdüyü prinsiplərdəndir. Bu prinsipə görə müəyyən
mətn parçasında neytral leksika fonunda işlənən sözlərdən
bir-ikisi ali üsluba məxsus olsa, bütöv mətndə səciyyə
daşıyır, bir-ikisi vulqar üsluba məxsus olsa, bütöv mətn vul-
287
qar səciyyə kəsb edir. Məsələn, Aşıq Ələsgərin şeirindən
alınmış aşağıdakı bənddə “ulaq” sözünün işlənməsi bütöv-
lükdə mətnin vulqar səciyyə kəsb etməsinə səbəb olmuşdur.
Arvadlar ki əlin vurar qalağa,
Yuyarlar, gün vurar, çıxardar sağa,
Xub yaraşır sənin kimi ulağa
Noxta, torba, palan, biz, Şair Nağı!
Buradakı irradiasiya “sənin kimi ulağa” birləşməsi
ilə əlaqədardır. Mətndəki digər sözlər neytral mənadadır.
Göstərilən ifadə əvəzinə “bu gördüyüm ulağa”, “qapıdakı
ulağa” və s. tipli neytral, ifadələr işlədilsəydi, bütövlükdə
bənddə mənfi çalar ola bilməzdi” (1, 125)
Aşıq Ələsgərin dilində amplifikasiya işlənmə tezliyi
etibarilə seçilən ifadə formaları içərisində xüsusilə seçilir.
Amplifikasiyanın bir növü kimi sinonim sözlərin sadalan-
ması şeir mətnində istifadə sıxlığına malikdir. Eyni və ya
yaxın mənalı sözlərin yanaşı işlədilməsi bədii təsiri güclən-
dirmə vasitəsidir. Sinonimlərin həmcins üzvlərin təşkilində
rolu, məna təkrarı, ayrı-ayrı leksik vahidlərin müəyyən se-
mantik sahədə qovuşma və doğmalaşması dilin milli özülü-
nə, onun lüğəvi potensialına sənətkar inamının təzahürüdür.
Həmcins üzv funksiyasında sinonim sözlərin sadalanması
poetik ifadə zənginliyinə, poetikləşdirmə imkanlarına yol
açır:
Qabiliyyətdə, mərifətdə, kamalda,
Bu cahanda sənin kimi can olmaz (8, 124)
İnsan payız ölə, yazda dirilə
Zimistanda boran-qarı çəkməyə
Günü-gündən işi düşür müşkülə
288
Hər kəs namus, qeyrət, arı çəkməyə (8, 57)
Nütfəsi, xilqəti, zatı gözəldi
İnan bu sözlərim, bil həqiqətdi (8, 49)
Sinonim təkrarlarının formalaşdırdığı həmcins üzvlər
Aşıq Ələsgər üslubunun belə bir təkzibolunmaz faktını üzə
çıxarır ki, bu üsul ulu sənətkarın bədii dilinin daxili
güşələrinə, poetikasına, lirik təhkiyəsinə, onların səciyyəsinə
aydınlıq gətirən estetik amildir. Sinonim söz və ifadələri
həmcins üzvlər kimi işlətməklə Aşıq Ələsgər emosional və
idraki təsir vasitələrinin cəbhəxanasını genişləndirmişdir.
Aşıq Ələsgərin dilində effektli ahəngdarlıq və üslubi
gözəllik yaradan həmcins üzvləri təşkil edən sözlərlə fikir
arasında daxili vəhdət ona görə güclüdür ki, komponentlərin
səs tərkibi, leksik-semantik mənası, morfoloji əlamətlərin
ixtisarsız işlədilməsi poetik mətn mühitinin bütün tələblərinə
cavab verir, münasib ahəng qəliblərində təzahür edir.
Gözləri canım alır,
Afəti-dövrandı, nədi?
Hüridirmi, pəridirmi,
Mələkdi, qılmandı, nədi? (8, 137)
Hər görəndə həsrət ilə sarışa,
Deyə, gülə, şirin-şirin danışa,
Əl dəyəndə tez-tez küsə, barışa,
Ortalıqda söhbət ola, saz ola (8, 118)
Söyüddən bağ saldım, peyvəst eylədim,
Almasın, heyvasın, narın görmədim (8, 85)
Aşıq Ələsgər həmcinsliklə bağlı əsas ifadə
üsullarından sənətkarlıqla bəhrələnir. Bunun ən bariz
nümunəsindən biri polisindetondur. Polisindeton cümlənin
289
həmcins üzvləri hər birinin yanında tabesiz bağlayıcı işlət-
məkdən ibarət üslubi qaydadır. Bu üsulla sadalanan müxtəlif
əşya və hadisələr bir vəhdətdə götürülür, nitqin ifadəliliyi
əldə edilir. Bu, deyim tərzinə xüsusi tutumluluq qazandırır,
fikrin dürüst ifadəsini gerçəkləşdirir. Dilin mənalı və oynaq
ifadə tərzində xalq zövqünün, xalq deyiminin nəfəsi duyul-
ur. Bununla xalq şeirinin obrazlılıq cizgiləri, ritm və intona-
siya tərzi Aşıq Ələsgərin poetika aləminə daxil olmuşdur:
Arif məclisində bir söz söylərəm,
Nə hədyan, nə çaşqın, nə qələt olmaz (8, 123)
Nə əysik din, nə artıq gül, nə dannan,
Müxənnətə zəhər olmur nədən nan?
Dərd bilməzdən, dil qanmazdan, nadanan,
Nə qandın əzəldən, nə qanam indi? (8, 171)
Həm aşiqəm, həm dərvişəm, həm dəli,
Canım gözəllərin yol qurbandı (8, 171)
Aşıq Ələsgər geniş dil diapozonuna malik olan
qüdrətli söz ustasıdır. Xəlqilik bu dilin əsas atributudur.
Dərin aforistik təfəkkürün məhsulu olan hər bir kəlamda
sadəliklə gözəllik, aydınlıqla mükəmməllik, xəlqiliklə dərin-
lik, anlaşıqlıqla mənalılıq bir vəhdətdə çulğalaşmışdır. Bədii
dil qanunlarına ifrat həssaslıq onun misilsiz bir sənətkarlıq
zirvəsinə yüksəlməsinin bünövrəsində dayanır. Onun ifadə
tərzində xalq təfəkkürünün bütün zənginlikləri təcəssümünü
tapır. Sırf danışıq dil ünsürlərindən tutmuş fəlsəfi ibarələrə
qədər bütün dil ünsürləri onun bədii zəkasından süzülüb
gələn şeiriyyətin milli sərvətə çevrilməsini təmin edir. Aşıq
Ələsgər şeirinə xalq ruhunun sirayət etməsində həmcins
üzvlərin incə üslubi məziyyətləri xalqın bədii təfəkkür
290
tərzindən və estetik təsəvvürlərindən qaynaqlanır. Şeir dili-
nin təbiiləşməsi, müdrik poetik mühakimələrlə, emosiya və
hiss-həyəcanlarla yüklənməsi mətnə forma şirinliyi gətirir.
Həmcins üzvlərin köməyi ilə poetik predmet, şeirin məzmu-
nu xüsusi keyfiyyət həddində təzahür edir. Obrazları canlan-
dırıb meydana çıxarmaq işində həmcins üzvlər şeirin daxili
forma əlamətləri ilə elə qaynayıb-qarışır ki, bədii düşün-
cənin bütün aspektlərini ehtiva edə bilir. Bununla da həm-
cins üzvlər Aşıq Ələsgər şeirində bədiiliyin linqvistik əsas-
larından birinə çevrilir. Aydın görünür ki, həmcins üzvlərini
kamil ifadə formalarına salmaq, sözü obraza çevirmək Aşıq
Ələsgər yaradıcılığının ən mühüm əlamətidir, sənət əsərinin
əsası olan bədii obrazlığın köklərindən biridir.
Bivəfanın, müxənnətin, nakəsin,
Doğru sözün, düz ilqarın görmədim (8, 85)
Hərcayıdan, müxənnəsdən, nadandan
Nə söz qaldı sənətkara dəyməmiş (8, 64)
Miyata qail ol, qafil dolanma,
Haqdı mizan, sirat, qəbir əzabı (8, 49)
Gözəllər fövcünə qürə atarıx,
Baxtım kora, şilə, ha lala çıxar (8, 168)
Aşıq Ələsgərin dilində oxucunu cəlb edən, onun
ruhuna yatan, ağlını və duyğularını məşğul edən məziyyətlər
həmcins üzvlərin üslubi sərrastlığında əks olunur. Sadəlik və
təbiilik, yüksək bədii-estetik ümumiləşdirmə ilə yaradılan
sanbal həmcins sözlərin imkanlarından bəhrələnir və bütün
hallarda müəllifin idrak və duyğularının potensialı üzə çıxır.
Bu sadəlik və təbiilik, dərin fəlsəfi-lirik mühakimələr oxu-
cunu əsərlərin mahiyyətinə çəkir. Aşıq Ələsgər mahir söz
291
sənətkarı intuisiyası ilə sadalanan hər bir sözü öz qəlbinin
laboratoriyasından keçirərək bədii əsər üçün əsas faktor olan
poetik şərtiliklərdən məharətlə istifadə edir, canlı və ehtiraslı
ifadə qəlibləri ilə təsvirdəki tənasübləri bədii məntiqə uy-
ğunlaşdırır.
Aşıq Ələsgərin dilində həmcins üzvlərin sadalanması
ənənəvi üslubi proses kimi fikrin maksimum aydınlığına
xidmət edir. Onun şeirlərində həmcins üzvlər 2-5 miqdarın-
da daha çox işləkdir, lakin son hədd deyil. Üslubi zərurət bə-
zən həmcins söz cərgəsinin hüquqlarını genişləndirir. Bədii
mətləb həmcins üzvlərinə hegomonluq səlahiyyəti verəndə
sadalanma nitqin emosionallığı üçün çox yararlı olur, həm-
cins sözlər şeirin dil libasına xüsusi bəzək vurur. Müəyyən
ritm qəliblərinə, deyim biçimlərinə uyğunlaşan həmcins söz-
lər sənət aktına, estetik hadisəyə çevrilir.
Ələsgərəm, qəmdən olmaram azad,
Haqdı mizan, sirat-puli-qiyamat,
Üsyan, tuğyan, çaşqın, düşgün, bisavad,
Ah çəkmək dilimdə müdamı vardır (8, 140)
Qafılsan, işindən tapmayıbsan baş,
Üz döndərər səndən qohum, yar, yoldaş (8, 94)
Markiz, mavzer, süzən, aynalı, berdon...
Səhv düşdüm sayında, doqquzdu, ya on
Meşoğ ilə patron, qutuyla piston
Yox kimsədən ehtiyatı Bəylərin (8, 52)
Aşıq Ələsgərin dilində həmcinslik həmçinin nitqin
ritmik-struktur əsasıdır, üslubi-poetik ifadə vasitəsidir.
Mətnin asan anlaşılmasına, misralardakı xoş ahəng üzərində
köklənməsinə, ritm-intonasiya sahmanına rəvac verən
292
amildir, vəzn və ahəng əlamətləri ilə bağlıdır. Onlar mənalı
musiqi akkordları kimi səslənməklə şeir strukturunda aparıcı
mövqedə dayanır, rəngarəng psixoloji ovqat formalaşdırır,
oxucunun duyğularına asanlıqla sirayət edir.
Aşıq Ələsgərin incə və sadə, cazibədar, həyat qədər
dərin və gözəl şeir dilində həmcins üzvlər bədii mündəricəni
əzəmətli və mükəmməl göstərmək ehtiyacından doğur. Hiss
olunur ki, tutumluluq xüsusiyyətləri onların daxilən bir-biri
ilə bağlı, bir-birini tamamlayan, vahid poetik hiss və ahənglə
rabitələnən hər bir ünsürünün əsas lirik xətlə uyğunluğundan
irəli gəlir. Obrazlı təsviri, müfəssəl lirik formanı şərtləndirən
əsas amillərdən biri kimi həmcins üzvlər geniş poetik sahə
formalaşdırır, lirik qavrayış dairəsinin estetik hüdudlarını
genişləndirir:
Dostun vəfasını gördüm
Seçib, sevib könül verdim (8, 257)
Göydə huri, pəri, mələk
Behiştdə qılman yeridi (8, 240)
Nakəs, müxənnətdən mətləb diləmə
Yoxdu namus, qeyrət, ar nişanəsi (8, 117)
Həmcins üzvlər misraların bədii-estetik komponenti
kimi, bədii idrakın ifadə üsulu kimi yadda qalır, düşüncələr
dramının, lirik mühakimələrin maddi əsası olaraq fikir kons-
truksiyalarında iştirak edir. Sözün daxilində olan obrazlılığ-
ın potensialı aşkarlanır. Bunun bilavasitə nəticəsidir ki, Aşıq
Ələsgər sözlərinin yaratdığı poetik ovqat qəlbin dərinliyinə
qədər enir, ruhun ən gizli guşələrinə qədər nüfuz edir.
293
SİNTAKTİK PARALELİZM:
RİTMİK-ARXİTEKTONİK SİMMETRİYA
“Söz sənəti, sənətkarlıq hər kəsin işi deyildir... Söz
ustadının xüsusi imzası, yazı ədası olmalıdır” (1, 120) Fərdi
üslub hər qələm sahibinin boyuna biçilmiş sənət ucalığı,
sənətkar xoşbəxtliyi də deyil. Öz hərarətini xalq dilindən
almaqla, poeziya sənətinin ən incə sözlərinə vaqif olmaqla
yanaşı fitri istedad əsas amildir. Aşıq Ələsgər kimi nəhəng
söz ustadı, misilsiz fərdi üslub sahibi məhz deyilən məziy-
yətləri öz sənətkar fərdiyyətində sintez etdiyindəndir ki, ya-
radıcılıq möcüzələri baş verdi. “Görkəmli sənətkarların mü-
zəffər yürüşündən dil bəzən ehtizaza gəlir” (Viktor Hüqo)
qənaətini Aşıq Ələsgər öz bənzərsiz bədii təfəkkürünün
məhsulları ilə, özündə tükənməz və coşqun hissiyatı, fikir
dərinliyi və zənginliyini əks etdirən bədii sözü ilə bir daha
əyaniləşdirdi. Aşıq Ələsgərin hədd-hüdud bilməyən şairanə
təxəyyülü sözün ecazkar qüdrətinə yeni çalarlar əlavə etdi.
Bununla da dahi şair Azərbaycan poeziyasında öz fərdi
üslubunu yaratdı. Bu zəngin poetik dünyada öz səsinə, öz
nəfəsinə görə bütün nəsillərin şairi olmaq səlahiyyəti
qazandı.
Aşıq Ələsgərin misralarında insanın daxili hissləri
danışır, munis duyğuları dilə gəlir. Təəssürat bolluğu, məz-
mun dolğunluğu bu musiqili dillə emosionallıq işığına çıxar-
ılır. Onun aydın bədii obrazları, sətir və bəndlərinin ürəyə
yatımlı musiqililiyi, yapışqanlığı məxsusi üslubi təzahür
qəliblərində canlanır. Xalq dilinin təbii rəngləri, xalqın bədii
təfəkkürünün dadlı-duzlu deyimi, güclü emosional-obrazlı
294
düşüncə faktları Aşıq Ələsgərin ifadə tərzindəki nüfuzedici-
liklə qabarıq şəklə düşür, oxucunu, dinləyicini ovsunlayır.
Sintaktik paralelizmlər də Aşıq Ələsgərin poetik
sintaksisinn ağırlıq mərkəzini təşkil edir. Daha çox vəzn,
qafiyə, misraların ritmik strukturu ilə bağlı olan sintaktik
paralelizmlər ənənəvi üslubi fiqurlar kimi Aşıq Ələsgərin
şeir dilinin ən cazibədar nişanələridir. Diqqət çəkən odur ki,
ənənəvi üslubi fiqurlarda təzə mənalar, məzmun təravəti,
təsirli eksprssiya tapırsan, təkrarlanan sintaktik qəliblərdəki
sözlərin dəqiqliyinə heyran olursan. Aşıq Ələsgər istedadı-
nın əsas cizgiləri – söz duyğusu, sözlərlə rəftar səriştəsi,
ritm-intonasiya zənginliyi yaratma vərdişləri lirik düşüncə-
nin məntiq və poetik məna səviyyəsində təzahür etməsinə
stimul verir, bədii forma ilə mündəricə vəhdətinə yetkinlik
gətirir. Uyğun semantik bütöv daxilində sintaktik təkrarlar
Aşıq Ələsgər şeirlərində ona görə sanballı və tutarlıdır ki,
onlar fikrin emosional, elastik və anlaşıqlı ifadəsinə xidmət
edir, konkret obraz və anlayışların kamil bədii təcəssüm
etdirmə üsulu kimi təzahür edir.
Konstruksiyaların paralelizmi Aşıq Ələsgər şeirində
bədii keyfiyyət və dil sənətkarlığına tabedir və buna görə də
onun yaradıcılığında duyum və deyim boyatlığı yoxdur.
Sintaktik təkrarın bütün konstruksiyalarında eyni düzülüşə
malik sözlər bədii fikrin və ovqatın ahənginə uyğundur.
Məhz bu məziyyət Aşıq Ələsgər dilində yerinə düşməyən,
mücərrəd səciyyə daşıyan söz və ifadələrin yolunu kəsir:
Nazik barmaqlıdı, şümşad əllidi,
Ayna qabaqlıdı, siyah tellidi
Şəkər söhbətlidi, şirin dillidi,
295
Tuti kimi xoş zəbanım gedibdi (8, 79)
Göründüyü kimi, ritmik-sintaktik paralelizmdə se-
mantik faktor qabarıq nəzərə çarpır. Paralel konstruksiya-
ların hər biri semantik bütövün hissələridir.
Aşıq Ələsgərdə bütün bədii təsvir vasitələri spesifik
işlənmə tezliyi qazanmaqla məhdudlaşmır, o, həmçinin ye-
ni-yeni mənalı ifadə tərzi meydana gətirir, nüfuzedici və
mükəmməl bədii lövhələr canlandırır. Hər bir üslubi fiquru
təşkil edən komponentlərin fəallığı sayəsində cazibəli poetik
nitq mühiti müəyyənləşir. Bu prosesdə aparıcı rola malik
olan sintaktik dil vahidinin fəaliyyət sferası üslubi-poetik
mənaların özünəməxsus xüsusiyyətlərini aşkarlayır. Optimal
bədii nitq mühitinin yaranmasına yol açan linqvistik vahidin
işlənmə tezliyi ifadə və məna yekrəyindən daha çox məna
rəngarəngliyinə xidmət göstərir. Poetik ovqat yaratma
əlamətləri sintaktik dil işarələrinin bədii fənd səciyyəsi
qazanmasına, poetik faktor kimi meydana gəlməsinə şərait
yaradır. Bir sözlə, ustalıqla işlədilən hər bir dil işarəsi
ümumi mətnə bədiilik keyfiyyəti aşılayır. Bütün hallarda
bədii mətləblə bağlılıq, fikrin poetik deyiminə tabelilik Aşıq
Ələsgərin obrazlı təfəkkürünün hərəkətə gətirdiyi dil
faktorlarının əsas atributu kimi üzə çıxır.
Paralelizm qəlibinə cavab verən bütün sintaktik
vahidlər öz bədii nitq əhatəsində doğma səslənir, munis
görünür. Əhatəlilik, rəngarənglik və genişlik şeir dilinin
mühüm kütləsini təşkil edir. Leksik mənalarla qrammatik
ifadə üsullarının əlaqəsi doğma münasibətdə çulğaşır. Bədii
nitqə təbii danışıq koloriti verən paralel konstruksiyalarda
leksik təkrarlar da mühüm yer tutur və poetik emosiyanın
296
əks-sədasına çevrilir. Misraların ritmi bədii intonasiya
dalğalarını yaradır:
Ələsgər durarmı mətah satmasa,
İyid sarsılarmı bəxti yatmasa,
Iki könül bir-birini tutmasa,
Alan da yazıqdı, gələn də yazıq (8, 150)
Dinini aşkar eylədi
Minkirə verdi cəza
Qılıncı mərd, qüvvəti mərd
Atı mərd, meydanı mərd (8, 147)
Struktur üslubiyyatın irəli sürdüyü prinsiplər Aşıq
Ələsgər şeirində nümunəvi səviyyə kəsb edir. Akkumulya-
siya bu prinsiplərdən biridir. “Bu prinsipə görə, eyni bir
motiv, eyni bir əhvali-ruhiyyə, hiss, duyğu, adətən, eyni
məzmuna malik bir neçə müvazi vasitələrlə ifadə edilir.
Belə artıqlıq təəssüratı şiddətləndirir və diqqəti cəmləşdirir.
Məsələn, Aşıq Ələsgərin “Salamatdı” şeirində eyni bir
motiv, eyni əhvali-ruhiyyə, eyni hiss bir neçə müvazi
vasitələrlə ifadə edilmişdir:
Çox obadan, ağır eldən keçibdi,
Pələng, əjdahalı koldan keçibdi,
Çoşğun dərya, daşqın seldən keçibdi,
Öldürməyib boran-qar, salamatdı.
Hiperbolik tərzdə deyilmiş bu bənd bütövlükdə təx-
minən belə bir fikri bildirir: “(yar) çox əziyyət çəkib” şeirdə
bundan sonrakı misra belə də başlayır: “Çox əziyyət çəkib
yağmur, bərfübəd”. Sadə fikri bildirmək üçün bu qədər
“artıq” dil vahidləri işlədilməsindən məqsəd təsiri
297
qüvvətləndirmək və diqqəti bir nöqtəyə istiqamətləndir-
məkdir.
Struktur üslubiyyat ünsürünün özündən daha artıq bu
ünsürlərin əlaqələrini öyrənməyi zəruri hesab edir. Ünsürlər-
dən sərf-nəzər etmək tələb olunur. Elə buna görədir ki, şeir-
də bəzi vahidlər məntiqi baxımdan “səhv” görünsə də, ona
diqqət və əhəmiyyət verilmir. Doğrudan da, “əjdahalı kol”
nə deməkdir? Obadan keçmək olar, bəs “eldən keçibdir”
nədir? Şeir bütövlükdə dərk olunur” (1, 11)
Maraq doğuran cəhət ondan ibarətdir ki, belə ifadə
üsulunda mətndaxili yarımçıq paralelizmlərin işləkliyi real-
laşır. Paralelizmin komponentlərinin kəmiyyətindən asılı ol-
araq sadalayıcı intonasiya güclənir. Şeirin ahəngdarlığını
təmin edən vasitə kimi maksimum effektliyə nail olunur.
Aşıq Ələsgərin bədii təsvir vasitələri sisteminə daxil
olan hər bir paralelizm faktı poetik mədəniyyətə xidmət
edir, onun üslubi fəallığı bədii temperamentə vüsətli miqyas
verir. Bu, intonasiyanı konkret psixoloji şəraitə və məzmuna
uyğun kökləyir. Ritm nizamı şeirin bədii məntiqindən irəli
gəlir, bədii məna siqlətinə yönəlir. Bədii kontekstin şairanə
nizamı fikrin emosional çalarlarını təsirli məcrada aydınlaş-
dırır ki, bunlar da bilavasitə estetik zərurətdən doğur. Şeirin
qrammatik-üslubi strukturu öz çevikliyi ilə dolğun və siqlət-
li intonasiya çalarları əmələ gətirir. Aşıq Ələsgər şeirinin
quruluş bütövlüyündə və monumentallığında mükəmməl üs-
lubi fiqurun yaradıcısı kimi paralelizmlər güclü ekspressiya
mənbəyinə çevrilir. Eyni sintaktik konstruksiyaların para-
lelliyində məna bölgüləri ilə intonasiya bölgüləri üst-üstə
düşür:
298
Heç kimsəni eşq oduna düşməsin,
Ahəngi əridir, daşı yandırır
Atəşi ürəkdən, narı pünhandan
Kirpiyi oxlayır, qaşı yandırır (8, 146)
Bayqu həsrət çəkdi, yara yetmədi,
Təbib nəştər vurdu, yara yetmədi,
Yazıq Ələsgər, əlin yara yetmədi,
Çalxan qəm bəhrində de bir üz bir üz (8, 166)
Sintaktik paralelizmlərdə Aşıq Ələsgərin yaradıcılıq
üslubunun xislətində gizlənən bədii naxışlar, poetik şirinlik-
lər, canlı danışıq dilindən mənimsədiyi canlı təbiilik axarı,
zövqə yatımlılıq, ürəyi oxşamaq sehri çox güclüdür. Onlar
Aşıq Ələsgər lirikasındakı üslub sadəliyinə, büllurluğa, fikir
və həyacanların miqyasının böyüklüyünə münasibdir. Sin-
taktik müvazilik şeir dilinin və poetik təfəkkürün nümayiş-
ində layiqli üslubi özüldür. Şeirin daxili təkamülünün və üs-
lubi yetkinliyinin özünəməxsus üstünlüklərini göstərən nişa-
nələrdir ki, onlarda ifadə olunan bədii konkretlik məzmun
səviyyəsində təzahür edir. Bütün bu amillər Aşıq Ələsgərə
məxsus dilin bənzərsiz zənginliyidir.
Ritm və intonasiya ölçüləri poetik motivlər və bədii
qayə üzərində müəyyənlik tapır. Aşıq Ələsgər şeirlərinin
estetikasının məğzi çox hallarda mətnin ritmik quruluşu
nəticəsində üzə çıxır. Bu, şeir strukturunda bitkinliyin
dinamikasını yaradır. Ritm şeirin oyatdığı bədii zövqü
duymağa, yaşamağa hazırlayır. Dilin öz təbiətindəki
melodiyadan süzülüb gələn şeiriyyət yaddaşlara daha
möhkəm həkk olunur. Aşıq Ələsgərin üslubunda ritmyarat-
ma vasitələri ona görə estetik bütövlük qazanır ki, orada dil
299
vahidlərinin emosionallıq funksiyası müəllifin düşüncə və
fikir ritmi, hiss və həyəcan ahəngi ilə tamamlanır. Məzmun
və formanın sintezi şeirin daxili sistemində həyata keçirilir.
Buna görə də sintaktik vahidlər yalnız ritm və məntiqi vurğu
xatirinə təkrarlanmır, paralelizm örnəklərində, müvazi dil
vahidləri arasında məna əlaqələri bədii melodiya, intonasiya
diapozonuna uyğun gəlir. Paralel konstruksiyalar bütün
güşələrində bədii fikrin bütün spektrlərini, məna və
intonasiya çəkisini, şeiriyyətini canlandırır.
Fələyin qəhrindən, el töhmətindən,
Dərdim artıb bir ümmana dönübdü,
Dostun firqətindən, yar həsrətindən
Bahar mənə zimistana dönübdü (8, 68)
Dolandım bihudə, gəzdim əfsanə
Tabe oldum nəfsə, uydum şeytana,
Xeyir əməlim yoxdu mərdi-mərdanə
Günahkar, günahkar, günahkaram mən (8, 11)
Aşıq Ələsgərin sənət möcüzəsində sintaktik
paralelizm nümunələri xəlqi ifadə faktını, lirik təsvirin
məğzini, poetik fikrin cövhərini, emosiyanın nüvəsini əks
etdirir. Bununla bədii fikir mükəmməl texniki qəliblərə
uyğunlaşdırılır, bədii yaradıcılığın ən ümdə şərti olan bir
istedad – estetik mətləbi yüksək poetik səviyyədə ifadə etmə
qabiliyyəti özünü nümayiş etdirir.
Aşıq Ələsgərin dili insan qəlbinin döyüntülərini
səsləndirir, bu dildə həyatın, insan taleyinin əks-sədası
eşidilir. Bu, şeirin sətirlərində elə mükəmməl nitq mühiti
vardır ki, orada bütün dil ünsürləri doğmalaşır, dilin daxili
enerjisini aşkarlayır. Dil faktları elə bir poetik görkəm alır
300
ki, şeiriyyətin sirləri açılır, ana dilinin gözəlliklərinin nəyə
qadir olduğunu əyaniləşdirir. Zərif gözəllik, incə musiqi,
dərin hikmət cazibəli deyim qəliblərində dil açır. Aşıq
Ələsgərdə dil naxışları ilə bəzədilməyən, emosiyalarla,
müdrikliklə zənginləşməyən fikir yoxdur. Riyazi dəqiqliklə
ölçülüb-biçilən və obrazın dəqiq cizgilərinə çevrilən hər bir
element bədii sənət sferasına daxil olur, zövq və həzz mən-
bəyinə çevrilir. Lirik çalarların güclənməsində təkrarlanan
dil vahidləri məna sanbalına xüsusi siqlət verir. Üslubi situa-
siya yaratmaqla sintaktik təkrarlar bədii-emosional notlar
əmələ gətirir. Misradaxili paralelizm örnəkləri üzərində qu-
rulan misraların emosionallığı daha da fəallaşır ki, bu da
həyat faktlarının dərinliklərinə nüfuz etmə imkanları ilə
aparıcı keyfiyyətə çevrilir. Misradaxili paralelizmlərin bədii
kəsəri obraz-ifadə və ideya-mövzu birliyindədir, onların
daxili vəhdətindədir. Şeir dilinin çox mühüm üslubi-sintak-
tik göstəricisi kimi paralelizmlər səs axıcılığı yaradıb poetik
ritmin cövhərini üzə çıxarır. Misra simmetriyası zəminində
yaranan melodiya, ritmemelodika mətnin üslubi-semantik
yetkinliyinə, misraların bədii-poetik strukturuna, ritmik böl-
gülərinə ciddi təsir göstərir:
Gahdan ciskin tökər, gah duman eylər,
Gah gedib-gələni peşiman eylər
Gahdan qeyzə gələr, nahaq qan eylər,
Dinşəməz haramı, halalı dağlar (8, 59)
Qüdrətdən ucalan zülm ilə dinməz,
Haqdan yanan çıraq bad ilə sönməz (8, 47)
Ləb qönçə, diş inci, yanağı lalə,
Çəkilib qaşların yay sarı köynək (8, 131)
301
Aşıq Ələsgər şeirinin bədii-poetik strukturunda
misra sintaqmları mətnin semantikasına və intonasiya çalar-
larına təsirsiz qalmır. Müəyyən ahəng daxilində sıralanan
canlı danışıq intonasiyasının akustik gözəlliklərini şeirə çək-
ib gətirən sintaktik təkrar mətnin bütün komponentləri ilə
vəhdətdə poetik qavrayışa stimul verir, poetik formanı şeirin
daxili ahənginə uyğunlaşdırır. Söz sənətkarının təfəkkür
imkanları nitqinin estetik göstəriciləri kimi təzahür edir.
Təkrarların estetik dəyər meyarları ona görə tutumlu olur ki,
o, xalqın ruhu, dövrün pafosu ilə uyuşur, onun daxili gücü,
enerjisi geniş vüsət tapır, poetik mündəricə böyük sənət
qüdrəti qazanır. Məhz buna görə də Aşıq Ələsgərin şeirinin
arxitektonikasında sintaktik təkrarlar mərkəzi yer tutur. Tək-
rarların iştirak etdiyi misraların semantik-texniki ölçüləri
fikir axınını münasib üslubi məcraya salıb mətni xoş
ahənglə təmin edir.
Aşıq Ələsgərin dilində eyni qrammatik biçimli
ifadələrin ritmik-sintaktik təkrarı lirik məzmunda
polifoniklik yaratma baxımından da olduqca imkanlıdır.
Sintaktik paralelizmlər mətnin fikri istiqaməti ilə linqvistik
tərtibini bir-birinə möhkəm tellərlə bağlayır. Şeir dilinin
ritmik-sintaktik sistemində paralelizmlərin linqvopoetik
imkanları aşkarlanır və şeir mətninin struktur əsaslarından
birini təşkil edir. Təkrarlanan sintaktik konstruksiyalar
emosionallıqla müşaiyət olunur, ritmemelodikanı
intensivləşdirir:
Əlli yol çapılam, yüz yol talanam,
Bir şey deyil dövlət-mal incimərəm (8, 95)
Könlüm yasdan çıxmır, qəlbim yaradan,
302
Bu dərdü möhnətdən, bu məcaradan
Dövlət getdi, hörmət qalxdı aradan (8, 98)
Qapımızdan dost ayağı kəsildi,
Könül qəmgin, ürək dərdli, vərəmli,
Səni gördüm səxavətli, kərəmli (8, 115)
Torpaq soyuq, bədən üryan, kəfən yaş
Tək qalarsan dar məzarın içində (8, 94)
Aşıq Ələsgərin poetik sintaksisinin orbiti daxilində
bütün nitq vahidləri, üslubi fiqurlar bədii ifadə vasitələri öz
bədii-üslubi özəlliklərini aşkarlamaq imkanı əldə edir.
Danışıq dilinin məxsusi gözəllikləri paralel konstruksiyalar-
da, təkrarlanan nitq vahidlərində daha aydın təzahür edir.
Sintaktik qəliblər dairəsində fonemlər sistemi, leksik materi-
allar, bir sözlə, bütün linqvistik kateqoriyalar fəal üslubi
fiqur hüququna xüsusi çevikliklə yiyələnə bilirlər. Səs, söz,
ifadə və cümlə təkrarları üslubi fəaliyyət dairəsinə düşməklə
simmetrik deyim biçimləri formalaşdırır. Nəhəng bir sənət
korifeyi kimi Aşıq Ələsgər də ənənəvi təsvir vasitələrinə
canlı danışıq-ünsiyyət çalarları bəxş etmiş, onlara yeni nəfəs
vermişdir.
Misralanma əməliyyatında, mütəhərriklik yaratmaq-
da sintaktik təkrarlar şeir mətnini poetik ritm üzərində qurur.
Dinamik və çevik imkanları onları şeir dilində təbii ünsiyyət
şəklinə salır:
Ağ xalat bürünər, zərnişan geyməz,
Heç kəsi dindirib xətrinə dəyməz,
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən, səngərli, qalalı dağlar (8, 59)
Sözümdən incimə, özümdən küsmə
303
Şərti kəsək, şəriəti atmayaq,
Şen olsun ocağın, var olsun evin
Bu işini o işinə qatmayaq (8, 134)
Nə behiştdə belə qılman yarınıb
Nə dünyaya belə insan gəlibdi (8, 83)
Yanağı qırmızı, buxağı ağdı
Çırağban eyləmiş ağı qırmızı (8, 103)
Aşıq Ələsgərin dilində canlı danışığın məxsusi
fonetik gözəllikləri paralel konstruksiyalarda daha qabarıq
təzahür edir. Sintaksisin orbiti daxilində bütün nitq vahidləri
öz bədii-üslubi özəlliklərini aşkarlamaq imkanı əldə edir,
sintaktik qəliblər çərçivəsində üslubi çevikliyə yiyələnir.
Klassik şairlərin dilində və şifahi xalq ədəbiyyatında
geniş şəkildə işlənən anastrofaların ən gözəl nümunələrinə
Aşıq Ələsgərin dilində də təsadüf olunur. Anostrofa –
sintaktik birləşməni təşkil edən sözlərin əks sıra ilə düzümü
cazibəli üslubi fiqur kimi Aşıq Ələsgərin şeir dilində incə
üslubi mənaların daşıyıcısına çevrilir.
Müxənnət zamana, bimürvət fələk,
Şamı sübhə, sübhə şama çəkirsən,
Bülbülü gülə yaz, gülü bülbülə
Qönçənin üstündə xar oynamasın (8, 127)
Neçə şey halaldan dönər harama
Neçə şey haramdan halala dönər (8 , 168)
Əhli dil, hal tirü tiğü
Xədənginə, cənginə
Cənginə xədənginə
Ahənginə hər rənginə (8, 195)
Yeri göydən, göyü yerdən kim seçdi,
304
Hikmətin dəryası ay nədən oldu (8, 268)
Əksinə paralelizmlərin məna tutumu ilə ritm qəliblə-
rini əlaqələndirmə vasitəsilə Aşıq Ələsgər poetik mün-
dəricənin aydınlığına nail olur, bədii mətnin ritmik kom-
pozision strukturunun özülündə da xiazm dayanır. Sintaktik
müvazilik şeirdəki digər üzvlərin hərəkətinə, tələffüzünə
çeviklik gətirib ritmik-melodik səslənmə məziyyəti yaradır.
Tərsinə müvaziliyin üslubi fəallığı poetik intonasiyaya
vüsətli miqyas verir, ritmemelodikanı psixoloji şərait və
məzmuna görə kökləyir, avazlanma nizamını münasib məc-
raya yönəldir. Sintaktik paralelizmlərdəki məna bölgüləri in-
tonasiya bölgülərini tənzimləyir. Sintaktik biçimlərin ritmik
vəhdətdə poetik nitq axarına hopması, arxitektonik
simmetriya, nizamlı nitq sisteminin dinamizmi mündəricəyə
aydınlıq gətirir.
İstənilən fikrin ifadə tərzi onun bədii həyatının
təminatçısıdır. Məhz buna görə Aşıq Ələsgərdə hər bir həyat
faktı estetik cəhətdən parlaq təqdim olunur və poetik mətnin
ifadə mənzərəsində əvəzolunmazlıq missiyası daşıyır.
Poetexniki amil, şeir dilinin simmetrik quruluşa təkrarların
ardıcıllığını tələb edir. Bu səbəblərdən Aşıq Ələsgər paralel-
lik təşkil edən dil vahidlərinin ifatəlilik imkanlarından ol-
duqca səmərəli formalarda faydalanır və müəyyən forma
qəliblərinə münasib məzmunu hopduraraq onların arasında
daxili-məntiqi əlaqəni gücləndirir. Səs-söz, söz birləşmələri,
cümlə təkrarları mətnin xüsusi pafosa yiyələnməsinə rəvac
verir.
Aşıq Ələsgərin poetik sintaksisi canlı ünsiyyət dilinə
daha meylli olduğundan təkrarlar xüsusi bir cazibəlilik,
305
təravət keyfiyyətləri ilə zənginləşir, bu poetik atributlar
emosional ovqatın təminatçısı olur. Bu, Aşıq Ələsgərin söz
üzərində yaradıcılıq vərdişinin ayrılmaz tərəfi, peşəkarlıq
qabiliyyətinin təməlidir.
Aşıq Ələsgərin dilini estetik hadisə kimi nəzərdən
keçirərkən, onun bədiilik meyarlarını müəyyənləşdirərək
forma və məzmun münasibətlərinin qarşılıqlı birliyi xüsusi
diqqət çəkir. Onda bütün səviyyələrdə dil vahidləri dərin
məzmunun bədii bəzəyə olan ehtiyaclarını heyrətamiz
şəkildə ödəyir. Söz oyunu, sintaktik konstruksiyaların çevik
təkrarı deyim qəliblərinin poetexniki tələblərinə maksimum
cavab verir. Həm məna siqləti, həm də intonasiya sanbalı
bədii kəsər qazanaraq müəllifin bədii məramını oxucuya
intensiv şəkildə çatdırır. Bu da onu deməyə əsas verir ki,
Aşıq Ələsgərin orijinal üslubu onun sənət dilinin ən vacib
etalonlarındandır.
306
S O N
Aşıq Ələsgərdə sözün hüsn bənzərsizliyi ilə fikrin liba-
sı, forması öz təkrarsızlığı ilə poetik zənginlik qazanır. Aşıq
Ələsgərdə sözün poetikasının əsrarəngizliyi onun bədii li-
basının tilsimindədir ki, onu açmaq olduqca çətindir. Müəyyən
hazırlığa malik olmadan, dinin sirlərini, islam ehkamlarını,
ümumiyyətlə Şərq zehniyyətini və poetikasını, müəmma
sənətini bilmədən dahi sənətkarın söz aləminə nüfuz etmək
mümkünsüzdür. Dil işarələrinin rəmzi mənalarına vaqif ol-
mayanlar Aşıq Ələsgərin ilhamının məhsulunu, poetik-üslubi
fiqurların bədii-fəlsəfi mahiyyətini çətinliklə qavraya bilirlər.
Aşıq Ələsgər şeirinin bədii-poetik bənzərsizliyi, üslubi
keyfiyyət həddi söz işlətmə məharətində açıqlanır. Bu məharət
sözün enerji mənbəyini aşkarlayır. Poetik duyumdan
pərvazlanan Aşıq Ələsgər şeiri bədii deyim sənətkarlığı ilə
ənənəvi və zəngin poetik kanonlar çərçivəsində heyrət do-
ğurur. Dərin müdriklik və mənəviyyatdan qaynaqlanan poetik
məna Aşıq Ələsgər sözünün ecazkarlığı ilə mükəm-məlliyə
çatır. Aşıq Ələsgərin əsərləri sözlə mənanın qovuşuğu, vəhdəti
və ayrılmazlıq nümunəsidir. Aşıq Ələsgərin sözü mənalı
sözdür, müdrik fikirlərin bəzəkli geyimidir. Buna görə də Aşıq
Ələsgərin əsərlərində həm məzmuna, həm də ifadə formasına,
sözün şəklinə eyni dərəcədə heyranlıq vardır. Onun
misralarında ümumi mətləblə bağ-lanmayan təsadüfi dil
işarəsinə, artıq kimi görünən sözə rast gəlmək mümkün deyil.
Hər bir söz poetik baxımdan mükəmməl olduğu kimi, məzmun
və məna cəhətdən də məcazi və müəmmalıdır. O, dilə hakim
sənətkar olduğu üçündür ki, aşıq şeirinin əsas lirik janrlarının
307
misilsiz ustadı hesab olunur. Bu əsərlər dərin qayəsi, zərif
ruhu, ifadə üsulu və hüsnü ilə Aşıq Ələsgərin fəlsəfi dünyasını,
hikmətlər aləmini oxucu və dinləyiciyə çatdıraraq onların
qəlbini fəth etdi, könülləri ehtizaza gətirdi. Bununla da, böyük
istedad sahibinin əsərləri qədim və zəngin aşıq ədəbiyyatının,
şeir mədəniyyətinin bədii-fəlsəfi yekunu və zirvəsi kimi dəyərə
layiq bilindi.
Kamil bədii formanın dərin poetik məzmunluğa uy-
ğunluğu fonunda dilimizin lüğət tərkibinə daxil olan hər bir
sözün üslubi potensialını stimullaşdırır. Sözün yeni məcaz ya-
ratma imkanlarına vüsət verir. Aşıq Ələsgər dühasından nur-
lanan, dahi sənətkar ecazından güc-qüvvət alan söz öz məh-
vərini yeni çalarlarla möhkəmləndirir və beləliklə, bu söz
yalnız ona yeni nəfəs verən Aşıq Ələsgərin könül dünyasının
deyil, bütövlükdə aşığın təmsil etdiyi qüdrətli bir xalq ruhunun
bədii tərcümanına çevrilir.
Aşıq Ələsgər sözündə təcəssüm olunan fikir və duyğu
nə qədər safdırsa, bir o qədər də səmimidir. Sözün və ruhun
üzvi birliyi dərin intellektuallıqla müşaiyət olunur. Çünki Aşıq
Ələsgərin bədii nitqi ancaq bədii təsvir və tərənnümlə
məhdudlaşmır, bütün hallarda orada güclü təhlil, məntiqi
düşüncələrə rəvac verən poetik mühakimələr mərkəzi yer tutur.
Ülviyyət məqamında dayanan Aşıq Ələsgərin dili zəngin
mənəviyyatın, həyat həqiqətlərinin, misilsiz bədii idrakın
təsdiq üsuludur, bütöv bir semantik sistemdir. Sözün, səsin,
hətta bütöv misraların üslubi-məntiqi assosiasiyaları mətnin
struktual kamilliyində eyni dərəcədə fəallıq göstərir və
mükəmməl poetik şəbəkə formalaşdırır. Vahid quruluşda
bütün dil ünsürləri, bədii təsvir və ifadə vasitələri, üslubi
308
fiqurlar bir-birinə hörülərək sənət möcuzəsinin detallarını
əyaniləşdirir.
Qədim və köklü ənənələr üzərində ucalan Aşıq
Ələsgərin şeir üslubunun yeni cizgiləri dilin dərin qatlarına
meylin üslubi axtarış ruhunun dərinliklərindən nəşət edir. Odur
ki, Aşıq Ələsgərin şeir dili poetik təfəkkürə həyəcanlı və
qayğılı bir ruh gətirdi və bütöv Azərbaycan poeziyasında
möhtəşəm estetik hadisəyə çevrildi. Sənətkarlıq baxımından
yeni yüksəliş mərhələsi olaraq təravətli ab-hava yaratdı. Bədii
düşüncə tərzinin orijinallığından və yeniləşməsindən doğan
yüksək dil sənətkarlığının başlıca mənbəyi canlı xalq dilinə
məxsus linqvistik vahidlərin poeziya dilinə geniş vüsətli
nüfuzunu təmin etdi. Aşıq Ələsgər şeirində onun dili ilə canlı
ünsiyyət dili arasındakı hədd yox dərəcəsinə endi. Hər cür süni
poetik qəliblərdən, qeyri-təbii poetik modellərdən, ritorikadan
uzaqlaşmaqla Aşıq Ələsgər bədii mətləbi qəlbə, dilə yatımlı
formalarda, yüksək sənət dili ilə deməyə meyl edib uğurlar
qazandı. Bu dil öz milli köklərinə daha çox meylləndi, xəlqilik
və təbiilik bütün çalarları ilə şeir dilində nümayiş olundu. Söz
duyumu və deyimi, dil mədəniyyəti yüksək həddə çatdı, sözü
obraza çevirmək bacarığı ən yetkin təzahür formaları kəsb etdi.
Sazın tarixində, sözün taleyində silinməz iz qoyub
getdi, ədəbiyaşarlıq, ölməzlik qazandı Aşıq Ələsgər. Ələsgər
adı saz dünyasında, söz aləmində əbədiləşdi.
Sol əldə kağız var, sağ əldə qələm,
Bir yanda nəşə var, bir yanda ələm,
Ələsgər tək şirin zəban, xoş kəlam,
Bivəfa dünyaya gəldi də getdi (Aşıq Ələsgər)
309
ƏDƏBİYYAT
1.
Adilov M., Ağayeva F., Verdiyeva Z. İzahlı dilçilik lüğəti,
Bakı, Maarif, 1989, 364 s.
2.
Adilov M. Klassik ədəbiyyatımızda dil və üslub. Bakı,
Maarif, 1991, 234 s.
3.
Adilov Musa. Sənətkar və söz. Bakı, Yazıçı, 1984, 148 s.
4.
Axundov Ağamusa. Dilin estetikası. Bakı, Yazıçı, 1985,
224 s.
5.
Axundov Ə. Aşıq Ələsgərin həyatı və yaradıcılığı.
Namizədlik dissertasiyası. Bakı, ADU, 1946, 157 s.
6.
Allahmanlı M. Din, təriqət və aşıq. Bakı, Şur, 1999, 172 s.
7.
Araslı H. Aşıq yaradıcılığı. Bakı, 1960, 121 s.
8.
Aşıq Ələsgər. Əsərləri. Bakı, 1999
9.
Belinski V.Q. Seçilmiş məqalələr. Bakı, Uçpedqız, 1948
10.
Eldarova Ə. Azərbaycan aşıq sənəti. Bakı, Elm, 1996, 281 s.
11.
Əfəndiyev O. Aşıq sənətinin estetik problemləri. Bakı,
Azərnəşr, 1983, 115 s.
12.
Ələsgər İ. Haqq aşığı Ələsgər. Bakı, Maarif, 1999, 264 s.
13.
Əlioğlu Ə. Azərbaycan aşıq şeirinin poetikası. Bakı, 2002,
128 s.
14.
Fəxrəddin Səlim. Aşıq Ələsgər, Seyid Əzim və təsəvvüf,
“Kaspi”, 9-11 fevral 2013-cü il
15.
Fəxrəddin Səlim. Leyladan Mövlaya. “Kredo”, 14-16 may
2014-cü il
16.
Hacı Loğman Babacanlı. Aşıq Ələsgər. Bakı, 2013, 620 s.
17.
Hüseynov M.A. Şeirşünaslıqda dil sənətkarlığı. Bakı, Elm,
2007
18.
Hüseynov M.A. Dil və poeziya. Bakı, Elm, 2008
19.
Hüseynov M.A. Poeziya dilinin milli qaynaqları. Bakı,
“Elm və təhsil”, 2009
20.
Hüseynov M.A. Sözün poetikası. Bakı, “Elm və təhsil”,
2010
310
21.
Hüseynov M.A.Səsin poeziyası. Bakı, “Elm və təhsil”,
2010
22.
Hüseynov M.A. Poetik frazeologiya. Almatı, Ülağat, 2013
23.
Həkimov M.Azərbaycan klassik aşıq yaradıcılığı. Bakı,
APİ, 1982, 88 s.
24.
Xələfli Əli Rza. Aşıq Ələsgərli düşüncələr, yaxud “alalı”
sözünün yaddaşımızdakı ağrısı. “Kredo”, 28 oktyabr, 2006-
cı il
25.
İbrahimov M. Aşıq poeziyasında realizm. Bakı, 1966, 84 s.
26.
Qasımlı M. Aşıq sənəti. Bakı. Ozan. 1996, 260 s.
27.
Rahid Ulusel. Şeh damlasında günəş təcəllası. “Kaspi”, 14
aprel 2015-ci il
28.
Mehdi Hüseyn. Böyük aşıq. Seçilmiş əsərləri, 10 cilddə, IX
cild, Bakı, Yazıçı, 1978, s.172-176
29.
Шидфар В.Я. Образная система арабской классической
литературы (VI-XIII вв), Москва, 1974, 370 с.
30.
Namazov Q. Azərbaycan aşıq sənəti. Bakı, Yazıçı, 1984,
192 s.
31.
Nəbiyev A. Azərbaycan aşıq məktəbləri. Bakı, Nurlan,
2004, 310 s.
32.
Paşayev S. Azərbaycan folkloru və aşıq yaradıcılığı. Bakı,
1989, 88 s.
33.
Quliyeva Mahirə. Klassik Şərq poetikası. Bakı, Yazıçı,
1991, 128 s.
34.
Sarıvəlli Osman. Qüdrətli şair, ustad sənətkar. Bakı, 2016
35.
Mustafayev Camal. Aşıq Ələsgər irsində sufilik. “Kredo”,
17 avqust 2013-cü il
36.
Vahabzadə B. Sənətkar və zaman. Bakı, Gənclik, 1976
37.
Təhmasib M.H. Azərbaycan xalq dastanları. Bakı, 1972
311
M Ü N D Ə R İ C A T
Ağasən Bədəlzadə. BİR SÖZ ÜMMANININ KAMİL
QƏVVASI..............................................................................3
GİRİŞ: BƏDİİ SÖZ CƏNGAVƏRİ, AZƏRBAYCAN
ŞEİRİNİN TƏKRAROLUNMAZ ESTETİK HADİSƏSİ.......31
ALLİTERATİV FİQURLARIN POETİK SƏSLƏNMƏ
EFFEKTİVLİYİ...................................................................42
ASSONANSIN MELODİK ÇALARLARI VƏ BƏDİİ-ÜSLUBİ
SPEKTRLƏRİ.....................................................................65
SƏS-MƏNA BÜTÖVLÜYÜ VƏ KSPRESSİVLƏŞDİRMƏ
ƏMƏLİYYATI.....................................................................85
SÖZ TƏKRARI: ARXİTEKTONİK PRİNSİPLƏR, BƏDİİ
MEMARLIQ VASİTƏSİ.....................................................100
OMONİMLƏR: MƏNA-İFADƏ AHƏNGDARLIĞI, FORMA
EYNİLİYİNİN MƏZMUN ƏLVANLIĞI............................119
AŞIQ POEZİYASININ FÖVQÜNƏ YOL AÇAN KLASSİK
BƏDİİ ƏNƏNƏ, ZƏNGİN POETİK TƏCRÜBƏ.............132
GÖYÇƏ DİL MÜHİTİ VƏ BƏDİİ DİL QAYNAQLARI...154
ƏDƏBİ TƏLƏFFÜZÜN, ŞİVƏ TRANSKRİPSİYASININ
ESTETİK MİQYASI VƏ LİRİK OVQAT............................167
SÖZ DUYĞUSU: SİNONİMLƏRİN SEMANTİK SİQLƏTİ
VƏ POETİK POTENSİALI................................................182
TƏZADLI HARMONİYA, EMOSİONAL KONTRAST......229
FRAZEOLOGİZMLƏRİN FİKRİ-HİSSİ VÜSƏTİ, CANLI
ÜNSİYYƏT KOLORİTİ.....................................................245
RİTORİK MÜRACİƏT POETİK FİKİR VƏ EMOSİYA
İFADƏSİNİN SPESİFİK FORMASI KİMİ........................274
HƏMCİNS ÜZVLƏRİN ÜSLUBİ CİZGİLƏRİ, LİRİK
MÜHAKİMƏLƏRİN ÇEVİKLİYİ.....................................283
SİNTAKTİK PARALELİZM: RİTMİK-ARXİTEKTONİK
SİMMETRİYA....................................................................293
S O N.................................................................................306
ƏDƏBİYYAT.....................................................................310
312
«Elm vÿ òÿùñèë» няшриййатынын äèðåêòîðó:
ïðîôåññîð
Íàäèð ÌßÌÌßÄËÈ
Dizayn: Zahid Məmmədov
Texniki redaktor: Tünzalə Vahabova
×àïà èìçàëàíìûø 07.12.2016.
Øÿðòè ÷àï âÿðÿãè 8. Ñèôàðèø ¹ 392.
Êàüûç ôîðìàòû 84õ108 1/32. Òèðàæ 500.
Êèòàá «Elm vÿ òÿùñèë» íÿøðèééàò-ïîëèãðàôèéà ìöÿññèñÿñèíäÿ
ùàçûð äèàïîçèòèâëÿðäÿí ÷àï îëóíìóøäóð.
E-mail: nurlan1959@gmail.com
Òåë: 497-16-32; 050-311-41-89
Öíâàí: Áàêû, È÷ÿðèøÿùÿð, 3-úö Ìàãîìàéåâ äþíýÿñè 8/4.
313
Dostları ilə paylaş: |