Microsoft Word - XOSROV V? SIRIN-NIZAMI G?NC?VI.doc
NİZAMİ GƏNCƏVİ
XOSROV
v ə
ŞtRtN
"LİDER NƏŞRİYYAT"
BAKI-2004
Bu əsər "Nizami Gəncəvi. Xosrov və Şirin" (Bakı, Yazıçı, 1982)
kitabı əsasında təkrar nəşrə hazırlanmışdır
Tərcümə edəni:
İzahlann müəllifi:
Ön sözün müəllifi:
Elmi redaktor:
RəsulRza
Məmmədağa Sultanov
Həmid Araslı
Xəlil Yusifli
894.361'1 - dc 21
AZE
Nizami Gəncəvi. Xosrov və Şirin. Bakı, "Lider nəşriyyat", 2004, 392
səh.
Dahi N izam i G əncəvinin "X osrov və Şirin" əsəri "X əm sə"nin ikinci kitabıdır. Şair bu
əsərində m əhəbbətin böyüklüyünü, insan ağlını, düşüncəsini tərənnüm edərək əsrlərlə
unudulm ayan bədii surətlər, ədəbi qəhrəm anlar yaratm ışdır. B u qəhrəm anlar sırasında dünya
ədəbiyyatı xəzinəsinin gözəl incisi olan Şirin öndə durur.
B öyük m ütəfəkkir şair bu poem asında həm də Şərq ədəbiyyatında ilk dəfə olaraq эгпэк
adam ını - Fərhad surətini dərin m əhəbbətlə qələm ə alm ış, onu həm эгпэк, həm də eşq fədası kim i
şahlara nüm unə göstərm işdir.
ISBN 9952-417-08-8
©"LİDER NƏŞRİYYAT", 2004
A z ə rb ay c a n R esp u b lik asın ın P reziden ti
İL H A M Ə L İY E V İN
“A zərbaycan dilində latın qraflkası
ilə kütləvi nəşrlərin həyata
keçirilm əsi haqqında”
12 y a n v a r 2 0 0 4 -c ü il
t a r i x l i
sə rə n c a m ı
ilo
n o şr o lu n u r v ə ö lk ə kitab x an aların a
h ə d iy y o e d ilir
ÖLMƏZ MƏHƏBBƏT DASTANI
Nizami Gəncəvi Yaxın Şərq xalqlan mədəniyyətinin inkişafı tarixində
müstəsna rolu olan dahi sənətkardır. Böyük şairin zəngin yaradıcılığı qədim
tarixə malik Azərbaycan mədəniyyətinin inkişafında da yeni parlaq
mərhələdir. Nizami öz əsərlərilə Şərq ictimai bədii fikrində yeni bir səhifə
açmış, bədii yaradıcılığa əsrlər boyu təqdir olunub məhəbbətlə izlənilən, bu
gün belə öz həyati əhəmiyyətini itirməyən ölməz ənənələr gətirmişdir. Onun
yeni məzmunlu lirik şeirləri və sonralar "Рэпе gənc" ("Beş xəzinə") adı ilə
şöhrətlənən poemalan dünya ədəbiyyatı xəzinəsini bəzəyən nadir incilərdir.
Hələ "Xəmsə"nin ilk əsəri olan "Sirlər xəzinəsi"ndə söz sənətinin təsiredici
qüwəsindən müasirlərini тэпэп təmizliyə çağırmaq kimi bəşəri bir məqsəd
üçün faydalanan şair dövrünə görə çox mütərəqqi problemlərə toxunmuş,
yüksək bəşəri ideyalar tərənnüm etmişdir. Şairin Şərq şeirinə gətirdiyi belə
ölməz ideallar "Xəmsə"nin ikinci poeması "Xosrov və Şirin" əsərində daha
geniş, daha vüsətli və daha aydın şəkildə ifadə olunmuşdur.
Nizami 1180-ci ildə tamamladığı bu poemasında insatı eşqinin qiidrot və
əzəmətini göstərmiş, məhəbbətin dərin ictimai mənasını şərh etmişdir.
Poemanın Azərbaycan xalqının tarixi ilə səsləşən maraqlı məzmunu vardır.
Azərbaycan ədəbiyyatı tarixində ilk mənzum roman olan bu əsər Sasani
hökmdarlanndan Xosrov Pərvizlə Bərdə hakiminin vəliəhdi gözəl Şirin
arasındakı məhəbbət haqqındadır. Minacat, nət və zəmanə şahlarının mədhi
kimi rəsmi giriş fəsillərindən sonra şairin əsərin yazılışı, söz sənəti və eşq
haqqındakı mülahizələri gəlir. Bu hissələrdə şair şeir sənəti, şairlər haqqında
danışır, bədii əsərin gözəlliyini şərtləndirən xüsusiyyətlərdən söz açır. Burada
sözün yüksək dəyəri, sənətkar əzəməti, şeir, sənət aləminin ülviliyi kimi
maraqlı mülahizələrlə qarşılaşınq.
Söz ruhdur, can üçün böyük dərmandır,
Cantək əzizliyi bəlkə ondandır.
Gör dünyada песэ fərsiz insan var,
5
Bir qura çörəyə cam satirlar.
Söz deyən qəwasdır, söz isə gövhər,
Bu gövhər çox çətin əmələ gələr.
Belə çətin əldə edilən, sənətkann böyük zəhməti, yuxusuz gecələri
bahasına başa gələn bu əvəzsiz nemətin - sözün qədrini bilmək, onu maddi
nemətlərlə dəyişməmək, eyni zamanda ucuz tutmayıb qənaətlə işlətmək
lazımdır.
Sözündə çoxluğa qoyma yer olsun,
Birin yüz olmasın, yüzün bir olsun.
Su artıb həddini aşarsa əgər
İçəni doydurmaz, mütləq qərq edər..
...Çox söyləmək sənə bəlkə asandır,
"Çox oldu" desələr böyük nöqsandır.
Şair dövrünün ədəbiyyat maraqlılanmn istəyi, zövqü haqqında da damşır,
sənətkar qarşısında yeni vəzifələr qoyur, köhnə ədəbi ənənələrdən
uzaqlaşmaq, mövzunu həyatdan almaq, həyat həqiqətlərini əks etdirmək,
ağılkəsməz əfsanələri deyil, gerçəkliyə uyğun əhvalatlan qələmə almağı
təbliğ edir:
Qiymətdən salmışdır sözü yalanlar,
Doğrunu damşan möhtəşəm olar.
Dedi sübhi-sadiq çünki doğranu,
Dünyalar qızıla tutdurdu onu.
Sərv də qaldırmış düzlük bayrağı,
Onunçun həmişə göydür yarpağı.
Nizami mövzunun mənşəyi, onun xalq yaradıcılığı və bədii ədəbiyyatdakı
əksi barədə məlumat verir. O, mövzuyla bağlı tarixi nümunələri sayır, tarixi
kitablardan və xalq ədəbiyyatından faydalandığım bildirib, Fərhada isnad
edilən tarixi abidələri xatırlayır:
Xosrovdan, Şirindən qalan yadigar
Gizlində deyildir, durar aşikar:
Şəbdiz atın şəkli, Bisütun dağı,
Pərviz sarayımn eyvam, tağı...
6
Həqiqətdə də Mədain xərabələri yaxınlığında Bisütun dağında həkk
olunmuş əsrarəngiz xətlər və şəkillər vardır ki, xalq içərisində də bunlara dair
bir çox əfsanələr yaranmışdır; Fərhad və Şirin macərası о zaman xalq
arasında müxtəlif şəkillərdə söylənilərək bir sıra rəvayət və dastanlann
yaranmasına səbəb olmuşdu. Fərhad və onun yaratdığı sənət abidələri
haqqında Azərbaycan ərazisində, xüsusilə, daha rəngarəng rəvayətlər mövcud
idi. Nizami də öz əsərini yazarkən belə rəvayətlərdən faydalanmışdır.
Nizami bu mövzunu ilk dəfə yazılı ədəbiyyata gətirən Firdovsini
xatırlayır, sələfindən fərqləndiyini, qədim tarixlə bağlı olan bu məşhur
mövzunu tamamilə yeni bir tərzdə işlədiyini bildirir:
Söylərkən о həkim bu xoş dastanı,
Çıxanb içindən eşqi, fəğam.
Altmış yaşındaydı yazanda Ьши,
Saxlaya bilmirdi yayda oxrnu.
Altmışda sevginin, eşqin həycam
Titrədə bilməzdi yorğun qocanı.
Doğradan da, Firdovsi "Şahnamə"də bu mövzuya həsr etdiyi bəhsdə
əsasən Xosrovun şalılıq dövründən geniş danışmış, onun cah-calalını,
apardığı müharibələri və s. özünəməxsus şahnaməçilik üslubunda canlandınb
onun Şirinlə evlənməsini təsvir etmişdir. Firdovsi öz qəhrəmammn daxili
aləmi, onlann təbii hiss, həyati meyl və duyğulanm, mənəvi təkamül yolunu
işıqlandırmağı əsas məqsəd götürməmiş, Fərhadın adıın belə çəkməmiş,
Şirini isə Məryəmin qatili kimi qələmə almışdır. Nizami isə məhəbbəti əsas
göttrərək, təmiz eşqin saflaşdıncı təsirindən damşmış, onun insan taleyində
oynadığı mühüm rolu aydınlaşdırmış, bir sıra canlı, dərin psixoloji surətlər
yaradaraq insanın mənəvi təkmilləşmə prosesini göstərmişdir. O, tarixi əsası
olan rəvayətləri də yaradıcılıq məqsədinə uyğun hala salaraq şair xəyalının
məhsulu olan əlavələrlə zənginləşdirmiş, xalq ədəbiyyatı və Firdovsi
əsərindən fərqlənən orijinal sənət nümunəsi yaratmışdır.
Qeyd edildiyi kimi, şair əsərini əsasən məhəbbət üzərində qurmuşdur.
Əsərin müqəddiməsində də o, bu məsələyə xüsusi yer ayırmış, eşq haqqında
maraqlı mülahizələr söyləmişdir:
7
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?!
Eşqin qulu ol ki, doğra yol budur,
Ariflər yanında, bil, eşq uludur.
...Eşqsiz olsaydı xilqətin cam
Dirilik sarmazdı böyük caham.
Eşqsiz bir adam bir neydir - qınq,
Yüz cam olsa da, ölüdür artıq.
Dünya ədəbiyyatımn məhəbbət mövzusunda yazılmış əsərləri içərisində
müstəsna yer tutan bu dastanda şair insanlara yüksək hisslər aşılayan, onlan
qabaqcıl ideyalar uğrunda mübarizəyə səsləyən ülvi məhəbbətdən söz
açmışdır. Şairin tərənnüm etdiyi bu məhəbbət oxucuya ilham verir, onu daim
irəliyə, qəhrəmanlığa, fədakarlığa sövq edir.
Nizami bu əsərində yeri gəldikcə dövrünün aktual məsələlərinə toxunmuş,
ədalətli hökmdar, dövlətin idarəsi, rəiyyətə qayğı kimi ictimai-siyasi
əhəmiyyətli fikirlər söyləmişdir. Şairi bütün yaradıcılığı boyu düşündürən
ədalətli şah arzusu bu poemada da aydın şəkildə öz əksini tapmışdır. O,
özünün mütərəqqi ideyalanm poemada yaratdığı Hürmüz şah, Məhin Banu
və nəhayət, Şirin kimi ədalətli şah obrazlan vasitəsilə ifadə etmiş, Hürmüz
şahın rəiyyətin rahatlığı naminə gördüyü işləri, Məhin Banunun xalqla
ədalətli rəftanm, Şirinin hökmdarlıq illərindəki firavan yaşayışı və s. təsvir
etmişdir.
Nizami Hürmüz şahın rəiyyətin xeyrinə qoyulmuş qanunlan pozan doğma
övladım amansız cəzalandırdığım göstərməklə qanun qarşısında hamımn
bərabər olması kimi dövrü üçün çox aktual, həm də qabaqcıl bir ideya iroli
sürür. Axı orta əsrlərdə qoyulan qanunlar feodal əyanlan tərəfindən pozula
bilir və onlar məsuliyyətə cəlb olunmurdular. Nizami isə qanunu pozanlann,
xalqa zərər yetirənlərin, şahzadə olsa belə, amansız cəzalandınlmasım zəruri
hesab edirdi. Odur ki, şair Hürmüzün bu ədalətli hökmünü ürəkdən alqışlayır,
təsvir etdiyi hadisəni dövrü ilə bağlamağa cəhd edərək ötəri şəkildə dövrünün
ədalətsizliklərindən şikayətlənir:
Ham о ədalət, о insaf ham?
Verə öz oğluna belə cəzam.
İndi yüz yoxsulun tökülsə qam,
Durub tərəf çıxan bir adam ham?
Yaxud Şirinin hökmdarlıq dövrünü götürək. Nizami öz qəhrəmamm həm
də ədalətli hökmdar kimi təsvir edərək уепэ də müasirlərinə ömək
göstərmişdir. Xalqla məhəbbətlə rəftar edən Şirin zülmü büsbütiin ölkədən
götüriir. xalq bacdan azad edilir, kəndlidən хэгас alınmır. Şair belə bir ədalət
sayəsində hər tərəfdə bolluq olduğunu, xalqın firavan yaşadığını qeyd edərək
ölkə başçısımn xalqa qayğısı haqqındakı şəxsi qənaətlərini söyləyir:
Şahın niyyətləri xoş olsa əgər
Otdan gül yerinə min gövhər bitər.
Ölkədə rahatlıq, bolluq olurkən
О yerin şahından verəcək nişan...
Nizami ədalət haqqındakı mütərəqqi görüşlərini əsərinin əsas mövzusu
olan məhəbbətlə məharətlə əlaqələndirmişdir. Xosrovu mənən ucaldan, onun
alicənab təbiətli bir insan olmasına kömək edən məhəbbət həm də onu
ədalətli bir şah səviyyəsinə qədər yüksəldir. Əsərin sonlanna yaxın oxucu
onu elmi məclislərdə, bilicilərin əhatəsində, elmə, fəlsəfəyə dair
mübahisələrdə iştirak edən görür. Nizami Şirinin diliylə Xosrova ədalət dərsi
verən zaman da sanki dövrünün ixtiyar sahiblərinə üz tutur, onlan ədalətə,
düzlüyə, elmə çağınr:
Bəd duadan saqın, meMban damş,
Pusquda durmasın yolunda qarğış.
Birdən qoca qan, cavan ah çəkər,
Hədəfə ox vurar егкэп bir səhər...
Şahlann əlində çox ayna, baxsan,
Qaralıb getmişdir məzlum ahından...
Dünyada zMm etmək qoçaqlıq deyil,
Rəiyyət bəsləmək çox yaxşıdır, bil.
Qadınlığa yüksək münasibət bəsləyən şair Şirinin simasında qadınlığın ən
gözəl sifətlərini toplayaraq Yaxın Şərq ədəbiyyatında ilk dəfə olaraq
hərtərəfli işlənmiş müsbət qadın obrazı yaratmışdır. Əsərin əwəlində
Şapurun dili ilə təqdim edilən Şirin öz yüksək mənəviyyatı, sədaqəti,
qoçaqlığı ilə elə ilk görüşdən oxuculann rəğbətini qazanır. Şirin poemamn
əsas qəhrəmamdır. Həyati gözəllikləri sevən,
9
təbii nemətlərdən bacardıqca səmərəli faydalanmağa çalışan bu Azərbaycan
gözəlini şair həm də elmə, biliyə rəğbət bəsləyən, ilk məhəbbətinə son
nəfəsinə qədər sadiq olan fədakar bir sevgili kimi təsvir edir. Biz at oynadan,
qılınc vuran, ox atan, çövkan oynayan şən və qəhrəman bir qızın qiyabi bir
məhəbbətin ardınca getdiyini görürük.
Yaratdığı bu ideal qadın obrazı ilə çox tez itirdiyi sevimli qadını Afaqa
əbədi abidə ucaltdığım qeyd edən şair onu vətən qızlanna xas cəsarət, qürar,
ismət, mənəvi yüksəklik, mərdlik kimi gözəl sifətlərlə səciyyələndirmiş, öz
qəhrəmamm hər cür yaramaz, alçaq hərəkətlərdən uzaq, zəhmət və hünəri
qiymətləndirməyi bacaran həssas bir adam, yaxşı dost, vəfalı ömür yoldaşı
kimi əbədiləşdirmişdir.
Qadını həmişə cəmiyyətin tam ləyaqətli bir üzvu kimi görməyi arzulayan
böyük şair tarixdən aldığı bu obrazı öz humanist ideyalan baxımından
işləyib, qadınlıq haqqında yüksək fikirlərini опш vasitəsilə ifadə etmişdir.
Şair tükənməz bir məhəbbətlə sevən Şirini saf mənəviyyata malik, ismətli
qadınlıq qüraranu yüksək tutan bir adam kimi oxuculanna sevdirir. Şirin
nəhayətsiz dərəcədə sevdiyi Xosrovla kəbinsiz evlənmir. Ona Xosrovun
gizlicə saraya gəlmək təklifini yetirən Şapura acıqlanaraq:
Мэп gövhərəm, neçin gərək əksiləm,
Çağnlmamış gedəm, məgər т э п yeləm?
- deyərək öz şərəfini alçaltmayacağım qəti bildirir. Şair xarici görkəmcə çox
gözəl təsvir etdiyi sevimli qəhrəmammn daxili aləmini də olduqca zəngin,
onun gözəl hüsnü ilə səsləşəcək səviyyədə göstərir. O, sərxoş halda qəsrə
gələn Xosrova qapı açmır, onu rədd edir, kəbinsiz evlənməyəcəyini söyləyir.
Nəhayət, kəbin kəsildikdən sonra evlənir və sevgilisindən əli üzüldüyü zaman
isə özünü öldürür. Şirinin öz sevgilisinin məzan üstündə intihar etdiyini
təsvir edərkən də şair onun bu fədakarlığım alqışlamaqla bərabər qadınlıq
haqqında damşmış, qadım ülvi bir varlıq kimi tərifləmişdir:
Alqış bu ölümə, əhsən Şirinə,
Öldürən Şirinə, ölən Şirinə.
Məhəbbət yolunda ölüm budur, bax,
10
Canana belədir cam tapşırmaq...
Çox gözəl arvad var mərdlikdə bir şir,
Çox ipək içində şirlər gizlənir.
Şirin dahi Nizami tərəfindən son dərəcə məharətlə, hərtərəfli işlənmiş,
dünya ədəbiyyatı tarixində xüsusi yen olan bir obrazdır. Belə yüksək, ağıllı
və hərtərəfli müsbət təsvir edilən qadın obrazlanna Qərbi Avropada sonrakı
əsrlərdə Şekspirdə təsadüf edirik. Dantenin Beatriçesi də bir çox
xüsusiyyətləri ilə Şirinlə müqayisə edilə bilər.
Şirin öz sevgilisi Xosrovu ata yurdunu düşmənlərdən qoramağa vadar
edir, onun mənasız, kefcil həyatım dəyişdirir, elmə, fəlsəfəyə cəlb edir.
Beatriçe də öz sevgilisinə düzgün istiqamət verir, onu yüksəldir, əbədi
səadətə çatdınr. Lakiıı Şirin həyat qızıdır, həqiqət rəmzidir, məhəbbət
mücəssəməsidir. Beatriçe isə ilahiyyatın, teologiyamn mücəssəməsidir.
Dantenin "İlahi komediyası"nda olan mistika, xristian görüşləri Nizami
poemasındakı dərin həyat fəlsəfəsi ilə müqayisə edilə bilməz. Bu cəhətdən
Şirin surəti Beatriçedən fərqlənir. Biz Şekspirin qadın surətlərini Şirinlə daha
yaxşı müqayisə edə bilərik. Bu cəhətdən Cülyetta surəti daha səciyyəvidir.
Cülyetta Qərbi Avropa ədəbiyyatımn Leylisidir. Lakin bir çox cəhətdən onun
Şirin surətinə də yaxınlığı vardır. ideal məhəbbətin qarşısına çıxan əngəllərlə
mübarizə bacanğı, sədaqət və həyatilik dünya ədəbiyyatımn bu füsunkar
qadın surətiərinin müştərək cəhətləridir. Cülyetta da ilk gündən Romeoya
məhəbbəti kəbinlə möhkəmlətməyi təklif edir. О da bütün əzablara dözür və
nəhayət, Şirin kimi sevgilisinin cənazəsi üzərində intihar edir.
Poemamn əsas qəhrəmanlanndan olan Xosrov da şairin ictimai-siyasi
görüşlərini ifadə edən obrazdır. Nizami hələ ilk poemasında qoyduğu
"pisliklərdən qayıtmağın mümkünlüyü və zəruriliyi" kimi mühüm bəşəri
fikrini bu əsərində daha aydın və olduqca maraqlı hadisələr fonunda
oxuculara çatdınr. Bu baxımdan Xosrov obrazımn mənəvi təkamülə doğru
inkişafı daha səciyyəvidir. Şair həyatın mənasım ancaq əyləncələrdə axtaran,
kef məclislərində əylənməyə alışmış qayğısız bir şahzadəni mənəvi inkişaf
prosesində alaraq yüksək insani keyfiyyətlər əxz etmiş müsbət obraza çevirir.
Şair Xosrovun mənəvi təkamülə doğru inkişafım təsvir etməklə həm də
dövrünün şahzadələrinə təsir etmək istəmiş, onlan tərbiyələndirmək məqsədi
izləmişdir.
11
Şair söz sənətinin öyrodici təsir qüwəsinə inanaraq naz-nemət içərisində
böyümüş, hələ ilk gənclik illərindən atasımn ədalət naminə verdiyi qanunlan
pozan, daha sonralar isə Şirinin saf məhəbbətini dəfələrlə təhqir edən, ölkə və
xalq qeydindən uzaq, Fərhad kimi əzəmətli sənətkann ölümünə bais olan və
dəfələrlə düşüncəsiz hərəkətlərə yol verən Xosrovun şahlıq qürurundan,
mənəvi boşluqdan birdən-birə deyil, tədricən yaxa qurtara bildiyini göstərir.
O, sevgini əsl mənada dərk etməyə başlayaraq, əsərin sonlanna doğru
alicənab bir insan səviyyəsinə yüksəlir. Uzun müddət keçirdiyi ruhi iztirablar
Xosrova təsir edir. Məğrur şah məhəbbətin bütün mənəvi təkmilləşdirici təsiri
ilə yüksəlir, Şirinin iradəsi, saf eşqin qüdrəti onu məğlub edir. O, Şirinlə
evləndikdən sonra əxlaqi cəhətdən yüksək bir insan olaraq həyatı anlayır.
Əsərin sonunda Xosrovun dünya, həyat,
ölüm məsələləri ilə
maraqlandığını, alim və bilicilərin məsləhətlərini dinlədiyini, artıq dövlət
işlərində də ədalətli bir şah olduğunu görürük. Xosrov Şiruyənin göndərdiyi
qatil tərəfindən ölümcül yaralandığı zaman da susuz can verərək həyatla
əbədi vidalaşır, ancaq yenicə yuxuya getmiş yorğun Şirini narahat etmək
istəmir. Bu səhnə məğrur şahın песэ dəyişdiyini daha aydın göstərir.
Nizami Xosrov surətini belə inkişafda verməklə dövrünün şahzadələrinə
ibrət dərsi vermiş, insanlann tərbiyə vasitəsilə əxlaqi cəhətdən yüksək
səviyyəyə qalxa biləcəyinə inamım ifadə etmişdir.
"Xosrov və Şirin" poeması əməyin tərənnümü, insan hünərinə, insan
zəkasına inam, zəhmətə, əməkçi xalqa məhəbbət kimi misilsiz keyfiyyətiərilə
seçilməkdədir. Bu baxımdan əsərdə çox gec görünüb tez də səhnədən çıxan
Fərhad obrazı xususilə səciyyəvidir. Nizaminin əməkçi insanlar içərisindən
seçərək böyük məhəbbətiə təsvir etdiyi bu obraz sənətkar vüqan, insan
hünəri, ləkəsiz mənəviyyat, saf, ülvi bir məhəbbət təcəssümü olub şair
tərəfindən bədii yaradıcılığa gətirilən ideallan aydınlaşdınr. Nizami mahir bir
sənətkar, fədakar aşiq kimi təsvir etdiyi bu qəhrəmanını əsərin əsas obrazı
olan Xosrova qarşı qoyur, əsərinin bir yerində bu iki aşiqi qarşılaşdınr.
Xosrovla Fərhadın üz-üzə gəldiyi bu səhnə poemamn ən maraqlı, dramatik
hissələrindəndir. Burada iki məvəviyyat, biri-birindən kəskin fərqli
məhəbbətlə sevən iki aşiq üzləşir: bunlardan birisi tacidar, ikincisi isə sadə
xalq nümayəndəsidir. Lakin bütün həşəmət və cahü-calalına
12
baxmayaraq Xosrov Fərhadın əqli, zəkası, cəsarəti qarşısında özünü itirir. Bu
mərd insanın əzmi və fədakar məhəbbəti şahı çıxılmaz vəziyyətə salır. Fərhad
öz sənəti, zəka və inadlı zəhməti ilə də qalib gəlir. Bu qalibiyyət eyni
zamanda hünərin, saf məhəbbətin xəbislik və zorakılıq üzərindəki mənəvi
qələbəsi kimi səslənir. Xosrov onu yalnız hiylə və xəyanətlə öz yolundan
götürə bilir.
Nizami əməkçi insanlar içərisindən seçdiyi qəhrəmanını şaha qarşı
qoyaraq əməyin, sənətin şahlıqdan üstünlüyü kimi öz dövrunə görə çox
cəsarətli bir fıkir irəli sürür. Təsadüfi deyildir ki, bu səhnə Nizami
ardıcıllanmn əsərlərində bir qədər dəyişdirilmişdir. Xosrov Dəhləvi, Arif
Ərdəbili, Nəvai və başqa şairlər əzəmətli şahı sadə zəhmət adamı ilə
qarşılaşdırmaqdan çəkinmişlər. Fərhadı şahzadə kimi təsvir edərək mənşəcə
bərabər, eyni hüquqlu iki şəxsi üz-üzə gətirmişlər.
"Xosrov və Şirin" əsərində əsas qəhrəmanlardan başqa hadisələrin
təsvirində bir sıra şəxsiyyətlər də iştirak edirlər. Məhin Banu, Büzürgümid,
Hürmüz, Barbəd, Şapur, Şirinin rəfıqələri və başqalan. Bunlann içərisində
Məhin Banu, Hürmüz kimi ədalətli hökmdarlarla yanaşı Barbəd, Nikisa kimi
sənətkar obrazlan da diqqəti cəlb edir. Sənətin insan mənəviyyatına təsiri
kimi bütün poema boyu müşahidə edilən xüsusiyyət bu obrazlar vasitəsilə
özünü göstərir. Nizami Şapurun məharətli sənətindən damşır, gözəl sənətin
mənəviyyata təsir edib, insanda nəcib duyğular oyatdığım çox təbii göstərir.
Poemada şair Büzürgümid kimi bilici obrazı yaradaraq onun diliylə həm
həyati nəsihətlərini, həm də dünya, yaradılış və s. haqqındakı görüşlərini
ifadə edir.
"Xosrov və Şirin" poemasımn quruluşu da çox maraqlı və orijinaldır.
Əsər ЬйШп orta əsr poemalan kimi minacat, nət, kitabın yazılması səbəbi,
Toğrul Arslan, Məhəmməd Cahan Pəlıləvan və Qızıl Arslamn tərifi, eşq
haqqında şairin mülahizələri kimi giriş fəsillərlə başlamr. Bütün bunlardan
sonra əsərin məzmunu gəlir. Hadisələr Xosrovun atası Hürmüzün
hakimiyyətinin təsviri ilə başlayır. Xosrovun doğulması, böyüməsi,
Hürmüzün ədaləti və s. təhkiyə tərzində verilir. Sonra Şapur Şirin haqqında
damşır. Mükalimələr, deyişmələr, Xosrovla Şirinin umuküsüsü və s. çox
maraqlı və təbii şəkildə, bir çox hallarda musiqi məclislərində, çalğıçılann
nəğmələrində canlandınlır. Нэг iki aşiqin məhəbbət yolundakı iztirablan,
qarşılaşdıqlan maneələr, meydana çıxan əngəllər və s. əsəri daha da maraqlı
edir, oxucunun həyə
13
сашш artınr. Şair ana xəttin aydın ifadə və inkişafına kömək edən əlavə
sərgüzəştlərlə məzmunu zənginləşdirmiş, həyatın ağır sınaqlanndan keçmiş
əsl məhəbbəti qələmə almışdır. İnsan taleyində həyatın, gözlənilməz
hadisələrin və təsadüflərin böyük rolıınıı göstərən sənətkar insan səadətinin,
xoşbəxtliyin asan deyil, ağır zəhmət, olmazın dəyanət, mübarizə bahasına
qazanıldığını göstərmək istəmişdir.
Düzəltmək istəsə bir işi fələk
Əwəlcə min oyun çıxarsın gərək.
Xəznə vermiş olsa bir əkinçiyə
Gərək о əkinçi əw əl inciyə.
Həyatın yolunda olmasa tikən
Olarmı güllərin qədrini bilən?
Nizami yaratdığı xarakterik obrazlann səciyyəsini onlann yalmz iş və
hərəkətlərini təsvir etməklə deyil, daxili aləmlərini açmaqla göstərir. O, insan
mənəviyyatım ЬйШп incəliyi ilə şərh edərək qəhrəmanlanmn dəruni
hisslərini, düşüncə və duyğulanm, psixoloji gərginliklərini, ruhi, mənəvi
sarsıntılanm, həyəcan və iztirablanm çox bədii, həm də inandıncı bir tərzdə
qələmə alır, insan təbiətini bütün məxsusi ziddiyyətiəri ilə göstərməyə
müvəffəq olur.
Şair eyni zamanda link haşiyələrlə hadisələro öz münasibətini bildirir. Bu
məzmundan кэпаг haşiyələr isə qədim bir tarixlə bağlı olan mövzunu şairin
öz zəmanəsilə bağlayır, onun zəmanə va müasirləri haqqındakı tənqidi
görüşlərini ifadə edir. Elə buna görə də şair belə ricətlərini ötəri şəkildə
qələmə alır. Poemada hadisələrin təsviri içərisində belə haşiyə-beytlərə
təsadüf edirik:
Çox kəndli zəhmətlə yığar yüz xirmən,
Bircə arpa almaz bu yüz xirməndən.
Əkmədən çox məhsul alanlar da var,
Gör nələr törodir qoca ruzigar.
Belə bədii haşiyələrdə şairin həyati nəsihətiəri, təsvir edilən əhvalatlar və
təbii hadisələrdən aldığı qənaətləri də öz əksini tapmışdır. Bu isə əsərin
ictimai əhəmiyyətini bir daha artıraraq ona müasirlik rahu bəxş edir. Şairin
oxucuya etdiyi həyati nəsihətlər içərisində
14
həddindən artıq özunə güvənməmək, yersiz qürurdan, xudpəsəndlikdən
qaçmaq, təvazökarlığa dəvət, qənaətlə yaşamaq və s. haqqındakı
mülahizələrilə qarşılaşınq. Xüsusilə övlad məsələsi, ata-oğul münasibəti,
gəncliyin tərbiyəsi, ata qayğısı və s. ilə əlaqədar şairin maraqlı görüşləri
diqqəti cəlb edir. Şair ləyaqətli övladı valideyn üçün böyük səadət hesab edir:
Övladın iqbalı əgər yar olar,
Ata sevincindən bəxtiyar olar.
- deyərək gəncliyi cəmiyyətin gələcəyi hesab edir. Şair həm də gəncliyə
nikbin bir rah aşılayaraq həyatı, gözəllikləri dərindən duymağı, ömrün эп
əziz çağım şad keçirməyi, mənalı ömür sürməyi təlqin edir:
Həyat aləmidir hər şeydən üstün,
Cavanlıq günüdür эп qiymətli gün.
Həyatdan yaxşı şey dünyada nədir?!
Gənclikdən gözəl şey bir əfsanədir.
Nizami təmiz ad, mənəvi gözəlliklər haqqında damşanda da ilk növbədə
gəncliyə üz tutur, yüksək əxlaq, təmiz mənəviyyat haqqında bu gün də öz
əhəmiyyətini itirməyən tərbiyəvi fikirlər söyləyir:
Dünyamn yansı əgər xoş gündür,
Yansı yaxşı ad qoymaq üçündür.
Yaxud Məhin Banunun Şirinə elədiyi nəsihətləri götürək. Burada da şair
gəncliyə müraciət edir, Məhin Banunun diliylə təmiz əxlaq haqqında damşır,
həya, ismət dərsi verir.
Nizami öz müasirlərini mübarizliyə, qarşıya çıxan maneələrə müqavimət
göstərməyə çağınr, çətinliklərə mərdliklə sinə gərməyi öyrədir:
Kimin ki, alnımn aynası bərkdir,
Xoş günü dünyada о görəcəkdir.
Bənövşələr kimi utancaq olan
15
Dünyada boy atmaz heç vaxt, heç zaman.
Nərgiz gülü kitni utanmaz olan
Başı taclı olar, hər işi asan.
Nizami müasirlərini həmişə nikbinliyə, çətin anlarda da ümidi
itirməməyə, səbrli olmağa, qarşıya çıxan ağır vəziyyətə dəyanət göstərməyə
səsləyir. Şair bütün bunlan çox təsirli, poetik bir gözəlliklə oxucuya
çatdırmağa çalışır. Misal olaraq уепэ də Məhin Banunun Şirinə təsəlli verdiyi
səhnəni alaq. Dahi şair Şirinə təskinlik verən bu ağıllı qadının diliylə dediyi
öyüdləri məharətlə ümumiləşdirir:
Dedi: "Bir neçə gün səbr elə, çalış,
Heç kəs həmişəlik darda qalmamış.
Gül kimi tez açıb görünmə aşkar,
İti axan sular tez кбфй yıxar...
Top kimi yıxılıb qalxsan yaxşıdır,
Нэг у ıxılan bir gün qalxacaq axır...
Bu günkü sərtliyə dözəsən gərək,
Kimbilirki, sabahnə göstərəcək!"
Nizami hamım şad görmək istəyən, humanist bir sənətkar olaraq insanlara
xudpəsənd, xəbis olmamağı, xoşbəxtliyi digərlərilə bölüşdürməyi, şəxsi
şadlıqdan hamıya pay verməyi, öz səadəti ilə başqalanm da sevindirməyi
təlqin edir:
Təkbaşına kimsə dünyanı udmaz,
Тэксэ bir insanın şadlığı tutmaz.
Ağıllılar bilir tək yesə bir kəs
Təklikdə də ölər, dost-aşna görməz.
Çay suyu olsa da sən içmə yalqız,
Dəniztək olarsan acı, qılıqsız.
Şairin qəhrəmanlan da ətrafdakılarla belə davramr, öz sevinclərini yaxın
yoldaşlarla bölüşürlər. Vəfalı dost, yaxşı yoldaş haqqında şairin maraqlı
mülahizələri nəzəri cəlb edir.
16
Heç bir işdə olma yarsız, yoldaşsız,
Dünyada misilsiz Allahdır yalmz.
Dünyada çox iş var yoldaşdan aşar,
Yaman gündə çatar dada yoldaşlar.
Başqabiryerdə:
Dost qəlbi torpaqdır, ona əl vursan
Əlin рака çıxar о saat, inan.
Belə haşiyə-hissələrdə şairin təsvir elədiyi hadisələrdən qəhrəmanlann
vəziyyəti, psixoloji anlan, onlann ruhi, mənəvi hallan və s. son dərəcə poetik
bir gözəllik, bədii sözün ecazlan, həyatdan alınmış ibrətamiz məsəllər, təbii
bənzətmələrlə ifadə olunur. Dahi şair əsl sənətkar kimi öz qəhrəmanlanmn
həyatı ilə yaşayır, sevincli günlərini məhəbbət və şadlıqla, kədərli
dəqiqələrini isə məyusluqla təsvir edir.
Belə anlarda şair bəzən bədbinliyə də qapanır, həyatın amansız
qanunlanndan söz açır, dunyamn vəfasızlığını bildirir. O, təbiət təsvirlərini
də hadisələrə uyğun şəkildə tərənnüm edir. Azərbaycan təbiətinin
gözəlliklərini, xüsusilə Bərdənin çəmənliklərini, Kəpəz dağımn və Göy gölün
fusunkar mənzərəsini oxucuya sevdirir. Bu təbiət təsvirləri hadisələri
tamamlayır. Şair hər bir hadisədən çıxardığı nəticəni qısa misralarla
yekunlaşdınr. Bu misralar atalar sözləri kimi mənalı səslənir.
Şair bir sıra Azərbaycan sözləri də işlədərək Qədir xan, Qara xan, Toğrul
xan ifadələrini ənənəvi Cəmşid, Nuşirəvan, Kəsra ifadələri kimi ədəbiyyata
daxil edir.
Qabaqcıl siyasi-ictimai əhəmiyyətli fıkirləri aydm və bədii ifadə etmək
bacanğı, dilinin yığcamlığı, hər fıkrin yeni və son dərəcə bədii məcazlarla
canlandınlması, söz ehtiyatımn çoxluğu, şairin mübaliğə, təşbeh, istiarə,
təzad və s. bədii vasitələrdən yerli-yerində və məharətlə faydalanmaq qiidroti
bu poemaya dünya şeir xəzinəsində layiqli yer tutmaq haqqı verir.
"Xosrov və Şirin" öz dərin məzmunu və yüksək şeiriyyəti, orijinal
kompozisiyası, dilinin bədiiliyi, obrazlar aləminin zənginliyi ilə Yaxın Şərq
ədəbiyyatında yaranan Nizami adı ilə bağlı yeni ədəbi məktəbin - Nizami
ədəbi məktəbinin ilk müvəffəqiyyətli nümunəsidir. Hələ
17
XIII əsrdə məşhur hind şairi Əmir Xosrov Dəhləvi (1253-1327) 1298-ci ildə
Nizaminin bu əsəri mövzusunda "Şirin və Xosrov" adlı poemasını yazmışdır.
Yaxın Şərq ədəbiyyatında Nizami ənənələrinin ilk davamçısı kimi
tamdığımız bu qüdrətli səvətkar öz poemasında Nizami əsərindəki sosial-
ictimai kəskinliyi yumşaltmağa çalışsa da, əsasən Nizami ideyalan ilə bağlı
olmuş və şairin Şərq şeirinə gətirdiyi ölməz ənənələri izləmişlər. XIV əsr
Azərbaycan şairi Arif Ərdəbili isə ilk dəfə Nizami tərəfındən epik şeirdə
canlandınlan Fərhadı əsas qəhrəman götürərək özünün "Fərhadnamə"
poemasım yazır. Arif əsasən Azərbaycan ərazisində mövcud tarixi nişanələrə
istinad etsə də, Nizami əsərindən çox faydalanmış, dahi şairin əmək, zəhmət,
sənət haqqındakı yüksək fıkirlərini əks etdirən bir poema yaratmışdır. XV əsr
şairlərindən Marağalı Əşrəf də bu mövzuya müraciət etmişdir. Nizami
dühasından bəhrələnib şairin "Xəmsə"sinə özbək dilində layiqli cavab yazan
Əlişir Nəvainin "Fərhad və Şirin" əsəri də bu mövzuda yazılmış qiymətli
sənət nümunəsidir. Əlişir Nəvai "Xəmsə"sinə daxil olan digər poemalannda
olduğu kimi bu əsərində də Nizamini hörmətlə xatırlamış, dahi şairin
mövzulannda əsər yaratmağı bir sınaq meydam kimi aşağıdakı beytlə
qiymətləndirmişdir:
Sanma bu meydanda asandır durmaq,
Nizamilə рэпсэ-рэпсэуэ vurmaq
"Xosrov və Şirin" mövzusunda Kövsəri, Vəhşi Kirmani, türk şairlərindən
isə Ahi, Cəlili, Əhməd Rizvan, Lamii kimi şairlər də maraqlı əsərlər
yaratmışlar. Bu mövzu xalq ədəbiyyatında geniş yayılmış, Yaxın Şərq şairləri
Fərhad və Şirin adlannı qüdrət, məhəbbət, gözəllik, sədaqət, fədakarlıq rəmzi
kimi işlətmişlər. Aşıqlar tərəfındən xüsusi "Fərhad" dastam yaradılmışdır. Bu
mövzu öz aktuallığım dövrümüzə qədər qoruyub saxlamışdır. Şairin anadan
olmasımn 800 illiyi münasibətilə Azərbaycamn xalq şairi Səməd Vurğun
(1906-1956) özünün məşhur "Fərhad və Şirin" əsərini yazmışdır. Səməd
Vurğun öz böyük sələfinin zəhmət, mərdlik kimi ideyalanm əsas götiirorək
onlan əsrinin mühüm siyasi hadisələri ilə sənətkarcasına əlaqələndirmiş,
vətənpərvərlik, el məhəbbəti, vətən uğranda qəhrəmanlıq kimi günün zəruri
problemləri ilə səsləşən cəhətləri ön plana çəkmişdir. Məşhur türk şairi
NazimHikmət də 1948-ci ildə qələmə aldığı
18
"Məhəbbət əfsanəsi" əsərində məhəbbət problemini xalqla bağlılıq, el
yolunda fədakarlıq kimi keyfıyyətlərlə zənginləşdirmişdir.
Müasir türk şairi Ceyhun Qansu özünün "Fərhad və Şirin" mövzusunda
yazdığı poemasında Fərhadı xalqına su yetirən fədakar qəhrəman kimi təsvir
etmişdir.
Göründüyü kimi, dahi Nizaminin mühüm bəşəri ideallar ifadə edən bu
ölməz əsəri həmişə görkəmli söz ustalanmn ilhamına qüwət vermiş, müxtəlif
əsrlərdə yaşamış sənətkarlar bu mövzuya dəfələrlə müraciət edib həmin
mövzuda yeni-yeni gözəl sənət əsərləri yaratmışlar.
"Xosrov və Şirin" əsəri Şərq məhəbbət poemalanmn yaranmasında böyük
rol oynamışdır. Şərq ədəbiyyatında iki qəhrəmanın məhəbbət macərasından
bəhs edən poemalann əksəriyyətində Nizaminin bu əsərindən, xüsusən şairin
eşq haqqındakı mülahizələrindən geniş faydalanmışlar.
Nizaminin bu əsəri türk epik şeirinə də qüwətli təsir göstərmiş, orta
əsrlərdən başlayaraq dəfələrlə Шгк dilinə tərcümə olunmuşdur. Нэ1э XIV
əsrin tamnmış Шгк şairi Əhmədi özünün "Cəmşid və Xurşid" adlı əsərində
Nizaminin bu poemasından faydalanmış, hətta oradakı bəzi parçalan, о
cümlədən məhəbbət haqqında yazılmış parçam türkcəyə çevirmişdir. Bu növ
tərcümələrə Əhməd Rizvan, Cəlili kimi Шгк şairləririn "Xosrov və
Şirin"lərində də təsadüf etmək olur.
Nizaminin "Xosrov və Şirin" poeması XIV əsrin ortalannda yaşamış Qızıl
Orda şairi, xarəzmli olduğu təxmin olunan Qütb təxəllüslü şair tərəfindən
qədim özbək dilinə tərcümə edilmişdir. Qütb tərcuməsinin 1383-cü ildə
İskəndəriyyədə Bərgə Fəqih adlı qıpçaq bir ziyalı tərəfindən köçürülmüş
yeganə əlyazması Paris milli kitabxanasında saxlamlır. 1959-cu ildə həmin
əlyazması Polşa alimi Zaynçkovski tərəfindən əsərin foto surəti ilə birlikdə
yeni əlifba ilə iki cilddə nəşr edilmişdir. Qütb əsərin müqəddiməsində:
Qazantək qaynab uş sevda pişürdüm,
Nizami balidən həlva pişürdüm.
Xamm atınğa uş bu parsi dilni
Çevürdüm, tüzdiim uş nəzm üzrə qılnı.
-
deyərək əsəri tərcümə etdiyini bildirir. İndi artiq elm aləmi üçün maraqlı
tədqitat obyekti olan, Qazanda və Daşkənddə dəfələrlə nəşr
19
olunan bu əlyazması təkcə özbək xalqımn deyil, ЬйШп türkdilli xalqlann
mədəniyyət tarixinin öyrənilməsində dəyərli bir abidədir.
XV əsr türk şairi Şeyxinin "Xosrov və Şirin"i isə Nizami poemalanmn эп
yaxşı tərcümələrindən biri kimi məşhurdur. Şeyxi bəzi fəsilləri ixtisar edib,
bir çox əhvalatlar əlavə etməsinə baxmayaraq, əsasən Nizami əsərinin dərin
məzmunu və bədii gözəlliyilə türk oxucusunu tanış edən dəyərli bir tərcümə
əsəri yaratmışdır. Şeyxi həmin tərcuməni Sultan Murada təqdim etdiyindən
qəhrəmanlann ölüm faciəsini qəsdən tərcümə etməmişdir. Onun bu tərcüməsi
həmin mövzuda yazılan digər türk poemalanna da böyük təsir göstərmişdir.
Poema 1949-cu ildə görkəmli türk alimi Əli Nihat Tərlan tərəfindən
məzmunca türk dilinə tərcümə olunmuşdur. Bu tərcümədə Əli Nihat Tərlan
Nizami əsərinin məzmununu türk dilində qısaca nəql edərək, poemadakı bəzi
parçalan eynilə nəsrə çevirmişdir. Əsər Nizami poemasımn eynilə sətri
tərcüməsi olmayıb məzmunun müxtəsər şəkildə türkcə əksidir.
1955-ci ildə isə türk yazıçısı Səbri Sevsevil Nizami poemasım tam şəkildə
lazımi şərh və izahlarla nəsrlə türk dilinə çevirmişdir. Ancaq Səbri Sevsevil
Vəhid Dəstgirdinin nəşrindən faydalandığından öz şərhlərində onun
dediklərini təkrar etmiş, əsərdə və şairin özü haqqındakı qeydlərində də
Vəhid Dəstgirdidən irəli gedə bilməmişdir. Tərcümədə şərhlərin bəzi hallarda
məzmun yerində işlənməsi və şairin bir çox mənalı beytləri, təbiət
mənzərələrinin təsvirinə həsr edilmiş giriş hissələrin ixtisar edilməsi
hallanna, ara-sıra məna təhriflərinə rast gəlinir.
"Xosrov və Şirin" əsəri 1947-ci ildə K.A.Lipskerov tərəfindən rus dilinə
tərcümə edilmişdir. Poema bir sıra Avropa dillərinə də tərcümə olunmuşdur.
Əsərin Azərbaycan dilinə tərcüməsinə isə XIX əsrdən başlanmışdır.
Poemamn ilk mütərcimlərindən biri Mustafa Ağa Nasirdir (1824-1873). Şair
tərcüməyə ömrünün sonlannda başladığından əsəri bütünlüklə tərcümə edə
bilməmişdir. Sonra XIX əsr şairlərindən İsmayıl bəy Nakam (1836-1906)
"Xosrov və Şirin"in Fərhadın Şirinə məhəbbətini təsvir edən hissəsini
tərcümə etmişdir. Poemamn orta əsrlər, eləcə də sonralar edilmiş bütün
tərcümələrində bir çox sərbəstliyə, ixtisar və əlavələrə, mütərcim
müdaxiləsinə yol verildiyindən onlann heç birini orijinalın dəqiq əksi hesab
etmək olmaz.
20
"Xosrov və Şirin" əsərinin indiki mənada başa düşdüyümüz tərcüməsi
1947-ci ildə görkəmli şairimiz Rəsul Rza tərəfındən edilmişdir. Bu tərcümə
müəyyən dəyişikliklərlə 1948-ci ildə Azərbaycan Mədəni Rabitə Cəmiyyəti
tərəfindən ərəb əlifbası ilə də nəşr olunmuşdur.
Mütərcim öz tərcüməsini 1962-ci ildə elmi tənqidi mətn ilə yoxlayaraq,
yenidən işləmiş, bədii məna cəhətdən onu təkmilləşdirərək nəşr etmişdir.
Mütərcim heca vəzni ilə etdiyi tərcümədə orijinalın əsas məziyyətlərini
saxlamağa müvəffəq olmuş, Nizaminin bədii ifadələrini, aforizmlərini, dərin
məna ifadə edən hikmətli beytlərini Azərbaycan dilində dürüst ifadə edə
bilmişdir. Əwəlki çaplarda nəzərə çarpan orijinaldan uzaqlaşma hallan, bir
beyti bir neçə beytlə ifadə etmək və məna təhrifləri əsasən aradan
qaldınlmışdır. Bu tərcümə orijinala пэ qədər yaxın olsa da, уепэ də şairin
bəzi beytlərinin dəqiq verilməməsi hallan özünü göstərirdi. Bu son nəşrdə isə
elmi redaktorun səyi nəticəsində ara-sıra görünən məna təhrifləri aradan
qaldınlmışdır.
Həmin nəşr mətnə verilən şorhlorin mükəmməlliyi və zənginliyi ilə də
əwəlkindən fərqlənir.
Çətin anlaşılan beytlər və ayn-ayn sözlər sıra nömrəsi ilə kitabın axınnda
izah edilmişdir.
Həmid Araslı
21
& & &
Dostları ilə paylaş: |