Microsoft Word xosrov v? Sirin-nizami g?NC?VI. doc Nİzami GƏNCƏVİ



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə1/35
tarix23.02.2017
ölçüsü2,98 Mb.
#9318
  1   2   3   4   5   6   7   8   9   ...   35
Microsoft Word - XOSROV V? SIRIN-NIZAMI G?NC?VI.doc

NİZAMİ GƏNCƏVİ

XOSROV

v ə

ŞtRtN

"LİDER NƏŞRİYYAT" 

BAKI-2004


Bu əsər  "Nizami Gəncəvi. Xosrov və Şirin" (Bakı,  Yazıçı,  1982) 

kitabı əsasında təkrar nəşrə hazırlanmışdır

Tərcümə edəni: 

İzahlann müəllifi: 

Ön sözün müəllifi: 

Elmi redaktor:

RəsulRza

Məmmədağa Sultanov 

Həmid Araslı 

Xəlil Yusifli

894.361'1 - dc 21

AZE

Nizami  Gəncəvi.  Xosrov  və  Şirin.  Bakı,  "Lider  nəşriyyat",  2004,  392 

səh.


Dahi  N izam i  G əncəvinin  "X osrov  və  Şirin"  əsəri  "X əm sə"nin  ikinci  kitabıdır.  Şair  bu 

əsərində  m əhəbbətin  böyüklüyünü,  insan  ağlını,  düşüncəsini  tərənnüm   edərək  əsrlərlə 

unudulm ayan  bədii  surətlər,  ədəbi  qəhrəm anlar  yaratm ışdır.  B u  qəhrəm anlar  sırasında  dünya 

ədəbiyyatı  xəzinəsinin gözəl  incisi  olan  Şirin öndə  durur.

B öyük  m ütəfəkkir  şair  bu  poem asında  həm   də  Şərq  ədəbiyyatında  ilk  dəfə  olaraq  эгпэк 

adam ını -  Fərhad surətini  dərin m əhəbbətlə  qələm ə  alm ış,  onu həm  эгпэк,  həm  də  eşq fədası kim i 

şahlara nüm unə  göstərm işdir.

ISBN 9952-417-08-8

©"LİDER NƏŞRİYYAT", 2004



A z ə rb ay c a n   R esp u b lik asın ın   P reziden ti 

İL H A M   Ə L İY E V İN  



“A zərbaycan  dilində  latın  qraflkası 

ilə  kütləvi  nəşrlərin  həyata 

keçirilm əsi  haqqında”

12  y a n v a r 2 0 0 4 -c ü   il 

t a r i x l i  

sə rə n c a m ı 

ilo 

n o şr o lu n u r v ə  ö lk ə   kitab x an aların a 



h ə d iy y o   e d ilir

ÖLMƏZ  MƏHƏBBƏT  DASTANI

Nizami  Gəncəvi  Yaxın  Şərq  xalqlan  mədəniyyətinin  inkişafı  tarixində 

müstəsna rolu  olan dahi  sənətkardır.  Böyük  şairin zəngin yaradıcılığı  qədim 

tarixə  malik  Azərbaycan  mədəniyyətinin  inkişafında  da  yeni  parlaq 

mərhələdir.  Nizami  öz  əsərlərilə  Şərq  ictimai  bədii  fikrində  yeni  bir  səhifə 

açmış,  bədii  yaradıcılığa əsrlər boyu təqdir olunub  məhəbbətlə  izlənilən,  bu 

gün belə öz həyati əhəmiyyətini  itirməyən ölməz ənənələr gətirmişdir.  Onun 

yeni  məzmunlu  lirik  şeirləri və  sonralar  "Рэпе  gənc"  ("Beş  xəzinə")  adı  ilə 

şöhrətlənən poemalan  dünya  ədəbiyyatı  xəzinəsini  bəzəyən  nadir  incilərdir. 

Hələ  "Xəmsə"nin  ilk  əsəri  olan  "Sirlər  xəzinəsi"ndə  söz  sənətinin təsiredici 

qüwəsindən müasirlərini  тэпэп təmizliyə  çağırmaq kimi bəşəri bir məqsəd 

üçün  faydalanan  şair  dövrünə  görə  çox  mütərəqqi  problemlərə  toxunmuş, 

yüksək bəşəri  ideyalar  tərənnüm  etmişdir.  Şairin  Şərq  şeirinə  gətirdiyi  belə 

ölməz  ideallar  "Xəmsə"nin  ikinci  poeması  "Xosrov və  Şirin"  əsərində  daha 

geniş, daha vüsətli və daha aydın şəkildə ifadə olunmuşdur.

Nizami  1180-ci ildə tamamladığı bu poemasında insatı  eşqinin qiidrot və 

əzəmətini  göstərmiş,  məhəbbətin  dərin  ictimai  mənasını  şərh  etmişdir. 

Poemanın  Azərbaycan  xalqının  tarixi  ilə  səsləşən  maraqlı  məzmunu vardır. 

Azərbaycan  ədəbiyyatı  tarixində  ilk  mənzum  roman  olan  bu  əsər  Sasani 

hökmdarlanndan  Xosrov  Pərvizlə  Bərdə  hakiminin  vəliəhdi  gözəl  Şirin 

arasındakı  məhəbbət  haqqındadır.  Minacat,  nət və  zəmanə  şahlarının  mədhi 

kimi  rəsmi  giriş  fəsillərindən  sonra  şairin  əsərin  yazılışı,  söz  sənəti  və  eşq 

haqqındakı mülahizələri gəlir.  Bu hissələrdə  şair şeir sənəti,  şairlər haqqında 

danışır, bədii əsərin gözəlliyini şərtləndirən xüsusiyyətlərdən söz açır. Burada 

sözün  yüksək  dəyəri,  sənətkar  əzəməti,  şeir,  sənət  aləminin  ülviliyi  kimi 

maraqlı mülahizələrlə qarşılaşınq.

Söz ruhdur, can üçün böyük dərmandır,

Cantək əzizliyi bəlkə ondandır.

Gör dünyada песэ fərsiz insan var,

5


Bir qura çörəyə cam satirlar.

Söz deyən qəwasdır, söz isə gövhər,

Bu gövhər çox çətin əmələ gələr.

Belə  çətin  əldə  edilən,  sənətkann  böyük  zəhməti,  yuxusuz  gecələri 

bahasına başa gələn bu  əvəzsiz  nemətin  -  sözün  qədrini bilmək,  onu  maddi 

nemətlərlə  dəyişməmək,  eyni  zamanda  ucuz  tutmayıb  qənaətlə  işlətmək 

lazımdır.

Sözündə çoxluğa qoyma yer olsun,

Birin yüz olmasın, yüzün bir olsun.

Su artıb həddini aşarsa əgər 

İçəni doydurmaz, mütləq qərq edər..

...Çox söyləmək sənə bəlkə asandır,

"Çox oldu" desələr böyük nöqsandır.

Şair dövrünün ədəbiyyat maraqlılanmn istəyi,  zövqü haqqında da damşır, 

sənətkar  qarşısında  yeni  vəzifələr  qoyur,  köhnə  ədəbi  ənənələrdən 

uzaqlaşmaq,  mövzunu  həyatdan  almaq,  həyat  həqiqətlərini  əks  etdirmək, 

ağılkəsməz  əfsanələri  deyil,  gerçəkliyə  uyğun  əhvalatlan  qələmə  almağı 

təbliğ edir:

Qiymətdən salmışdır sözü yalanlar,

Doğrunu damşan möhtəşəm olar.

Dedi sübhi-sadiq çünki doğranu,

Dünyalar qızıla tutdurdu onu.

Sərv də qaldırmış düzlük bayrağı,

Onunçun həmişə göydür yarpağı.

Nizami mövzunun mənşəyi, onun xalq yaradıcılığı və bədii ədəbiyyatdakı 

əksi barədə  məlumat verir.  O,  mövzuyla bağlı  tarixi  nümunələri  sayır,  tarixi 

kitablardan  və  xalq  ədəbiyyatından  faydalandığım  bildirib,  Fərhada  isnad 

edilən tarixi abidələri xatırlayır:

Xosrovdan, Şirindən qalan yadigar 

Gizlində deyildir, durar aşikar:

Şəbdiz atın şəkli, Bisütun dağı,

Pərviz sarayımn eyvam, tağı...

6


Həqiqətdə  də  Mədain  xərabələri  yaxınlığında  Bisütun  dağında  həkk 

olunmuş əsrarəngiz xətlər və şəkillər vardır ki, xalq içərisində də bunlara dair 

bir  çox  əfsanələr  yaranmışdır;  Fərhad  və  Şirin  macərası  о  zaman  xalq 

arasında  müxtəlif  şəkillərdə  söylənilərək  bir  sıra  rəvayət  və  dastanlann 

yaranmasına  səbəb  olmuşdu.  Fərhad  və  onun  yaratdığı  sənət  abidələri 

haqqında Azərbaycan ərazisində, xüsusilə, daha rəngarəng rəvayətlər mövcud 

idi. Nizami də öz əsərini yazarkən belə rəvayətlərdən faydalanmışdır.

Nizami  bu  mövzunu  ilk  dəfə  yazılı  ədəbiyyata  gətirən  Firdovsini 

xatırlayır,  sələfindən  fərqləndiyini,  qədim  tarixlə  bağlı  olan  bu  məşhur 

mövzunu tamamilə yeni bir tərzdə işlədiyini bildirir:

Söylərkən о həkim bu xoş dastanı,

Çıxanb içindən eşqi, fəğam.

Altmış yaşındaydı yazanda Ьши,

Saxlaya bilmirdi yayda oxrnu.

Altmışda sevginin, eşqin həycam 

Titrədə bilməzdi yorğun qocanı.

Doğradan  da,  Firdovsi  "Şahnamə"də  bu  mövzuya  həsr  etdiyi  bəhsdə 

əsasən  Xosrovun  şalılıq  dövründən  geniş  danışmış,  onun  cah-calalını, 

apardığı müharibələri və  s.  özünəməxsus şahnaməçilik üslubunda canlandınb 

onun  Şirinlə  evlənməsini  təsvir  etmişdir.  Firdovsi  öz  qəhrəmammn  daxili 

aləmi,  onlann təbii hiss,  həyati meyl və duyğulanm,  mənəvi təkamül yolunu 

işıqlandırmağı  əsas  məqsəd  götürməmiş,  Fərhadın  adıın  belə  çəkməmiş, 

Şirini  isə  Məryəmin  qatili kimi  qələmə  almışdır.  Nizami  isə  məhəbbəti  əsas 

göttrərək,  təmiz  eşqin  saflaşdıncı  təsirindən  damşmış,  onun insan taleyində 

oynadığı  mühüm  rolu  aydınlaşdırmış,  bir  sıra  canlı,  dərin  psixoloji  surətlər 

yaradaraq  insanın mənəvi təkmilləşmə prosesini  göstərmişdir.  O,  tarixi əsası 

olan  rəvayətləri  də  yaradıcılıq  məqsədinə  uyğun  hala  salaraq  şair  xəyalının 

məhsulu  olan  əlavələrlə  zənginləşdirmiş,  xalq  ədəbiyyatı  və  Firdovsi 

əsərindən fərqlənən orijinal sənət nümunəsi yaratmışdır.

Qeyd  edildiyi  kimi,  şair  əsərini  əsasən  məhəbbət  üzərində  qurmuşdur. 

Əsərin müqəddiməsində  də  o, bu məsələyə  xüsusi yer ayırmış,  eşq haqqında 

maraqlı mülahizələr söyləmişdir:

7


Eşqdir mehrabı uca göylərin,

Eşqsiz, ey dünya, nədir dəyərin?!

Eşqin qulu ol ki, doğra yol budur,

Ariflər yanında, bil, eşq uludur.

...Eşqsiz olsaydı xilqətin cam 

Dirilik sarmazdı böyük caham.

Eşqsiz bir adam bir neydir - qınq,

Yüz cam olsa da, ölüdür artıq.

Dünya  ədəbiyyatımn  məhəbbət  mövzusunda  yazılmış  əsərləri  içərisində 

müstəsna yer tutan bu dastanda  şair insanlara yüksək hisslər aşılayan,  onlan 

qabaqcıl  ideyalar  uğrunda  mübarizəyə  səsləyən  ülvi  məhəbbətdən  söz 

açmışdır.  Şairin tərənnüm etdiyi bu məhəbbət oxucuya ilham verir,  onu daim 

irəliyə, qəhrəmanlığa, fədakarlığa sövq edir.

Nizami bu əsərində yeri gəldikcə dövrünün aktual məsələlərinə toxunmuş, 

ədalətli  hökmdar,  dövlətin  idarəsi,  rəiyyətə  qayğı  kimi  ictimai-siyasi 

əhəmiyyətli  fikirlər  söyləmişdir.  Şairi  bütün  yaradıcılığı  boyu  düşündürən 

ədalətli  şah  arzusu  bu  poemada  da  aydın  şəkildə  öz  əksini  tapmışdır.  O, 

özünün  mütərəqqi  ideyalanm  poemada yaratdığı  Hürmüz  şah,  Məhin  Banu 

və  nəhayət,  Şirin kimi  ədalətli  şah  obrazlan  vasitəsilə  ifadə  etmiş,  Hürmüz 

şahın  rəiyyətin  rahatlığı  naminə  gördüyü  işləri,  Məhin  Banunun  xalqla 

ədalətli  rəftanm,  Şirinin  hökmdarlıq  illərindəki  firavan yaşayışı  və  s.  təsvir 

etmişdir.

Nizami Hürmüz şahın rəiyyətin xeyrinə qoyulmuş qanunlan pozan doğma 

övladım  amansız  cəzalandırdığım  göstərməklə  qanun  qarşısında  hamımn 

bərabər olması  kimi  dövrü üçün  çox  aktual,  həm  də  qabaqcıl bir ideya  iroli 

sürür.  Axı  orta  əsrlərdə  qoyulan  qanunlar  feodal  əyanlan  tərəfindən pozula 

bilir və  onlar məsuliyyətə  cəlb  olunmurdular.  Nizami  isə  qanunu pozanlann, 

xalqa zərər yetirənlərin,  şahzadə olsa belə,  amansız cəzalandınlmasım zəruri 

hesab edirdi. Odur ki, şair Hürmüzün bu ədalətli hökmünü ürəkdən alqışlayır, 

təsvir etdiyi hadisəni dövrü ilə bağlamağa cəhd edərək ötəri şəkildə dövrünün 

ədalətsizliklərindən şikayətlənir:

Ham о ədalət, о insaf ham?

Verə öz oğluna belə cəzam.

İndi yüz yoxsulun tökülsə qam,

Durub tərəf çıxan bir adam ham?


Yaxud  Şirinin hökmdarlıq dövrünü götürək.  Nizami öz  qəhrəmamm həm 

də  ədalətli  hökmdar  kimi  təsvir  edərək  уепэ  də  müasirlərinə  ömək 

göstərmişdir.  Xalqla  məhəbbətlə  rəftar  edən  Şirin  zülmü  büsbütiin  ölkədən 

götüriir.  xalq bacdan azad edilir, kəndlidən хэгас alınmır.  Şair belə bir ədalət 

sayəsində hər tərəfdə bolluq olduğunu,  xalqın firavan yaşadığını qeyd edərək 

ölkə başçısımn xalqa qayğısı haqqındakı şəxsi qənaətlərini söyləyir:

Şahın niyyətləri xoş olsa əgər 

Otdan gül yerinə min gövhər bitər.

Ölkədə rahatlıq, bolluq olurkən 

О yerin şahından verəcək nişan...

Nizami  ədalət  haqqındakı  mütərəqqi  görüşlərini  əsərinin  əsas  mövzusu 

olan məhəbbətlə  məharətlə  əlaqələndirmişdir.  Xosrovu mənən ucaldan,  onun 

alicənab  təbiətli  bir  insan  olmasına  kömək  edən  məhəbbət  həm  də  onu 

ədalətli  bir  şah  səviyyəsinə  qədər  yüksəldir.  Əsərin  sonlanna  yaxın  oxucu 

onu  elmi  məclislərdə,  bilicilərin  əhatəsində,  elmə,  fəlsəfəyə  dair 

mübahisələrdə iştirak edən görür.  Nizami  Şirinin diliylə Xosrova ədalət dərsi 

verən  zaman  da  sanki  dövrünün  ixtiyar  sahiblərinə  üz  tutur,  onlan  ədalətə, 

düzlüyə, elmə çağınr:

Bəd duadan saqın, meMban damş,

Pusquda durmasın yolunda qarğış.

Birdən qoca qan, cavan ah çəkər,

Hədəfə ox vurar егкэп bir səhər...

Şahlann əlində çox ayna, baxsan,

Qaralıb getmişdir məzlum ahından...

Dünyada zMm etmək qoçaqlıq deyil,

Rəiyyət bəsləmək çox yaxşıdır, bil.

Qadınlığa yüksək münasibət bəsləyən şair Şirinin simasında qadınlığın ən 

gözəl  sifətlərini  toplayaraq  Yaxın  Şərq  ədəbiyyatında  ilk  dəfə  olaraq 

hərtərəfli  işlənmiş  müsbət  qadın  obrazı  yaratmışdır.  Əsərin  əwəlində 

Şapurun  dili  ilə  təqdim  edilən  Şirin  öz  yüksək  mənəviyyatı,  sədaqəti, 

qoçaqlığı  ilə  elə  ilk  görüşdən  oxuculann  rəğbətini  qazanır.  Şirin  poemamn 

əsas qəhrəmamdır. Həyati gözəllikləri sevən,

9


təbii  nemətlərdən bacardıqca  səmərəli  faydalanmağa  çalışan bu  Azərbaycan 

gözəlini  şair  həm  də  elmə,  biliyə  rəğbət  bəsləyən,  ilk  məhəbbətinə  son 

nəfəsinə qədər sadiq olan fədakar bir sevgili kimi təsvir edir.  Biz at oynadan, 

qılınc  vuran,  ox  atan,  çövkan  oynayan  şən və  qəhrəman bir qızın qiyabi bir 

məhəbbətin ardınca getdiyini görürük.

Yaratdığı bu  ideal  qadın  obrazı  ilə  çox  tez  itirdiyi  sevimli  qadını  Afaqa 

əbədi abidə ucaltdığım qeyd edən şair onu vətən qızlanna xas cəsarət,  qürar, 

ismət,  mənəvi yüksəklik,  mərdlik  kimi  gözəl  sifətlərlə  səciyyələndirmiş,  öz 

qəhrəmamm  hər  cür  yaramaz,  alçaq  hərəkətlərdən  uzaq,  zəhmət  və  hünəri 

qiymətləndirməyi  bacaran  həssas  bir  adam,  yaxşı  dost,  vəfalı  ömür yoldaşı 

kimi əbədiləşdirmişdir.

Qadını həmişə cəmiyyətin tam ləyaqətli bir üzvu kimi görməyi arzulayan 

böyük  şair  tarixdən  aldığı  bu  obrazı  öz  humanist  ideyalan  baxımından 

işləyib,  qadınlıq  haqqında  yüksək  fikirlərini  опш  vasitəsilə  ifadə  etmişdir. 

Şair  tükənməz  bir  məhəbbətlə  sevən  Şirini  saf  mənəviyyata  malik,  ismətli 

qadınlıq  qüraranu  yüksək  tutan  bir  adam  kimi  oxuculanna  sevdirir.  Şirin 

nəhayətsiz  dərəcədə  sevdiyi  Xosrovla  kəbinsiz  evlənmir.  Ona  Xosrovun 

gizlicə saraya gəlmək təklifini yetirən Şapura acıqlanaraq:

Мэп gövhərəm, neçin gərək əksiləm,

Çağnlmamış gedəm, məgər т э п  yeləm?

-  deyərək öz  şərəfini alçaltmayacağım qəti bildirir.  Şair xarici görkəmcə  çox 

gözəl  təsvir  etdiyi  sevimli  qəhrəmammn  daxili  aləmini  də  olduqca  zəngin, 

onun  gözəl  hüsnü  ilə  səsləşəcək  səviyyədə  göstərir.  O,  sərxoş  halda  qəsrə 

gələn Xosrova qapı açmır,  onu rədd edir, kəbinsiz evlənməyəcəyini söyləyir. 

Nəhayət, kəbin kəsildikdən sonra evlənir və sevgilisindən əli üzüldüyü zaman 

isə  özünü  öldürür.  Şirinin  öz  sevgilisinin  məzan  üstündə  intihar  etdiyini 

təsvir  edərkən  də  şair  onun  bu  fədakarlığım  alqışlamaqla  bərabər  qadınlıq 

haqqında damşmış, qadım ülvi bir varlıq kimi tərifləmişdir:

Alqış bu ölümə, əhsən Şirinə,

Öldürən Şirinə, ölən Şirinə.

Məhəbbət yolunda ölüm budur, bax,

10


Canana belədir cam tapşırmaq...

Çox gözəl arvad var mərdlikdə bir şir,

Çox ipək içində şirlər gizlənir.

Şirin  dahi  Nizami  tərəfindən  son  dərəcə  məharətlə,  hərtərəfli  işlənmiş, 

dünya ədəbiyyatı tarixində  xüsusi yen  olan bir obrazdır.  Belə yüksək,  ağıllı 

və  hərtərəfli  müsbət təsvir  edilən qadın obrazlanna  Qərbi  Avropada  sonrakı 

əsrlərdə  Şekspirdə  təsadüf  edirik.  Dantenin  Beatriçesi  də  bir  çox 

xüsusiyyətləri ilə Şirinlə müqayisə edilə bilər.

Şirin  öz  sevgilisi  Xosrovu  ata  yurdunu  düşmənlərdən  qoramağa  vadar 

edir,  onun  mənasız,  kefcil  həyatım  dəyişdirir,  elmə,  fəlsəfəyə  cəlb  edir. 

Beatriçe  də  öz  sevgilisinə  düzgün  istiqamət  verir,  onu  yüksəldir,  əbədi 

səadətə  çatdınr.  Lakiıı  Şirin  həyat  qızıdır,  həqiqət  rəmzidir,  məhəbbət 

mücəssəməsidir.  Beatriçe  isə  ilahiyyatın,  teologiyamn  mücəssəməsidir. 

Dantenin  "İlahi  komediyası"nda  olan  mistika,  xristian  görüşləri  Nizami 

poemasındakı  dərin  həyat  fəlsəfəsi  ilə  müqayisə  edilə  bilməz.  Bu  cəhətdən 

Şirin surəti Beatriçedən fərqlənir.  Biz  Şekspirin qadın surətlərini Şirinlə daha 

yaxşı  müqayisə  edə  bilərik.  Bu  cəhətdən  Cülyetta  surəti  daha  səciyyəvidir. 

Cülyetta Qərbi Avropa ədəbiyyatımn Leylisidir. Lakin bir çox cəhətdən onun 

Şirin surətinə də yaxınlığı vardır.  ideal məhəbbətin qarşısına çıxan əngəllərlə 

mübarizə  bacanğı,  sədaqət  və  həyatilik  dünya  ədəbiyyatımn  bu  füsunkar 

qadın  surətiərinin  müştərək  cəhətləridir.  Cülyetta  da  ilk  gündən  Romeoya 

məhəbbəti kəbinlə möhkəmlətməyi təklif edir.  О da bütün əzablara dözür və 

nəhayət, Şirin kimi sevgilisinin cənazəsi üzərində intihar edir.

Poemamn  əsas  qəhrəmanlanndan  olan  Xosrov  da  şairin  ictimai-siyasi 

görüşlərini  ifadə  edən  obrazdır.  Nizami  hələ  ilk  poemasında  qoyduğu 

"pisliklərdən  qayıtmağın  mümkünlüyü  və  zəruriliyi"  kimi  mühüm  bəşəri 

fikrini  bu  əsərində  daha  aydın  və  olduqca  maraqlı  hadisələr  fonunda 

oxuculara  çatdınr.  Bu  baxımdan  Xosrov  obrazımn  mənəvi  təkamülə  doğru 

inkişafı daha səciyyəvidir.  Şair həyatın mənasım ancaq əyləncələrdə axtaran, 

kef məclislərində  əylənməyə  alışmış  qayğısız  bir  şahzadəni  mənəvi  inkişaf 

prosesində alaraq yüksək insani keyfiyyətlər əxz etmiş müsbət obraza çevirir. 

Şair  Xosrovun  mənəvi  təkamülə  doğru  inkişafım  təsvir  etməklə  həm  də 

dövrünün şahzadələrinə təsir etmək istəmiş,  onlan tərbiyələndirmək məqsədi 

izləmişdir.

11


Şair söz  sənətinin öyrodici  təsir qüwəsinə  inanaraq  naz-nemət içərisində 

böyümüş,  hələ ilk gənclik illərindən atasımn ədalət naminə verdiyi qanunlan 

pozan, daha sonralar isə Şirinin saf məhəbbətini dəfələrlə təhqir edən, ölkə və 

xalq qeydindən uzaq,  Fərhad kimi  əzəmətli  sənətkann ölümünə bais olan və 

dəfələrlə  düşüncəsiz  hərəkətlərə  yol  verən  Xosrovun  şahlıq  qürurundan, 

mənəvi boşluqdan birdən-birə  deyil,  tədricən yaxa qurtara bildiyini  göstərir. 

O,  sevgini  əsl  mənada  dərk  etməyə  başlayaraq,  əsərin  sonlanna  doğru 

alicənab bir insan səviyyəsinə yüksəlir. Uzun müddət keçirdiyi ruhi iztirablar 

Xosrova təsir edir. Məğrur şah məhəbbətin bütün mənəvi təkmilləşdirici təsiri 

ilə  yüksəlir,  Şirinin  iradəsi,  saf  eşqin  qüdrəti  onu  məğlub  edir.  O,  Şirinlə 

evləndikdən sonra əxlaqi cəhətdən yüksək bir insan olaraq həyatı anlayır.

Əsərin  sonunda  Xosrovun  dünya,  həyat, 

ölüm  məsələləri  ilə 

maraqlandığını,  alim  və  bilicilərin  məsləhətlərini  dinlədiyini,  artıq  dövlət 

işlərində  də  ədalətli bir şah olduğunu görürük.  Xosrov  Şiruyənin göndərdiyi 

qatil  tərəfindən  ölümcül  yaralandığı  zaman  da  susuz  can  verərək  həyatla 

əbədi  vidalaşır,  ancaq  yenicə  yuxuya  getmiş  yorğun  Şirini  narahat  etmək 

istəmir. Bu səhnə məğrur şahın песэ dəyişdiyini daha aydın göstərir.

Nizami  Xosrov  surətini belə  inkişafda verməklə  dövrünün  şahzadələrinə 

ibrət  dərsi  vermiş,  insanlann  tərbiyə  vasitəsilə  əxlaqi  cəhətdən  yüksək 

səviyyəyə qalxa biləcəyinə inamım ifadə etmişdir.

"Xosrov  və  Şirin"  poeması  əməyin  tərənnümü,  insan  hünərinə,  insan 

zəkasına inam, zəhmətə, əməkçi xalqa məhəbbət kimi misilsiz keyfiyyətiərilə 

seçilməkdədir.  Bu baxımdan əsərdə  çox  gec  görünüb  tez  də  səhnədən çıxan 

Fərhad  obrazı  xususilə  səciyyəvidir.  Nizaminin  əməkçi  insanlar  içərisindən 

seçərək  böyük  məhəbbətiə  təsvir  etdiyi  bu  obraz  sənətkar  vüqan,  insan 

hünəri,  ləkəsiz  mənəviyyat,  saf,  ülvi  bir  məhəbbət  təcəssümü  olub  şair 

tərəfindən bədii yaradıcılığa gətirilən ideallan aydınlaşdınr. Nizami mahir bir 

sənətkar,  fədakar  aşiq  kimi  təsvir  etdiyi  bu  qəhrəmanını  əsərin  əsas  obrazı 

olan  Xosrova  qarşı  qoyur,  əsərinin  bir  yerində  bu  iki  aşiqi  qarşılaşdınr. 

Xosrovla  Fərhadın üz-üzə  gəldiyi  bu  səhnə  poemamn  ən  maraqlı,  dramatik 

hissələrindəndir.  Burada  iki  məvəviyyat,  biri-birindən  kəskin  fərqli 

məhəbbətlə  sevən  iki  aşiq  üzləşir:  bunlardan birisi  tacidar,  ikincisi  isə  sadə 

xalq nümayəndəsidir. Lakin bütün həşəmət və cahü-calalına

12


baxmayaraq Xosrov Fərhadın əqli, zəkası,  cəsarəti qarşısında özünü itirir. Bu 

mərd insanın əzmi və fədakar məhəbbəti şahı çıxılmaz vəziyyətə salır. Fərhad 

öz  sənəti,  zəka  və  inadlı  zəhməti  ilə  də  qalib  gəlir.  Bu  qalibiyyət  eyni 

zamanda  hünərin,  saf  məhəbbətin  xəbislik  və  zorakılıq  üzərindəki  mənəvi 

qələbəsi  kimi  səslənir.  Xosrov  onu  yalnız  hiylə  və  xəyanətlə  öz  yolundan 

götürə bilir.

Nizami  əməkçi  insanlar  içərisindən  seçdiyi  qəhrəmanını  şaha  qarşı 

qoyaraq  əməyin,  sənətin  şahlıqdan  üstünlüyü  kimi  öz  dövrunə  görə  çox 

cəsarətli  bir  fıkir  irəli  sürür.  Təsadüfi  deyildir  ki,  bu  səhnə  Nizami 

ardıcıllanmn  əsərlərində  bir  qədər  dəyişdirilmişdir.  Xosrov  Dəhləvi,  Arif 

Ərdəbili,  Nəvai  və  başqa  şairlər  əzəmətli  şahı  sadə  zəhmət  adamı  ilə 

qarşılaşdırmaqdan  çəkinmişlər.  Fərhadı  şahzadə  kimi təsvir  edərək  mənşəcə 

bərabər, eyni hüquqlu iki şəxsi üz-üzə gətirmişlər.

"Xosrov  və  Şirin"  əsərində  əsas  qəhrəmanlardan  başqa  hadisələrin 

təsvirində  bir  sıra  şəxsiyyətlər də  iştirak  edirlər.  Məhin Banu,  Büzürgümid, 

Hürmüz,  Barbəd,  Şapur,  Şirinin  rəfıqələri  və  başqalan.  Bunlann  içərisində 

Məhin Banu, Hürmüz kimi ədalətli hökmdarlarla yanaşı Barbəd, Nikisa kimi 

sənətkar  obrazlan  da  diqqəti  cəlb  edir.  Sənətin  insan  mənəviyyatına  təsiri 

kimi  bütün  poema  boyu  müşahidə  edilən  xüsusiyyət  bu  obrazlar  vasitəsilə 

özünü  göstərir.  Nizami  Şapurun  məharətli  sənətindən  damşır,  gözəl  sənətin 

mənəviyyata təsir edib, insanda nəcib duyğular oyatdığım çox təbii göstərir.

Poemada  şair Büzürgümid kimi bilici  obrazı yaradaraq onun diliylə  həm 

həyati  nəsihətlərini,  həm  də  dünya,  yaradılış  və  s.  haqqındakı  görüşlərini 

ifadə edir.

"Xosrov  və  Şirin"  poemasımn  quruluşu  da  çox  maraqlı  və  orijinaldır. 

Əsər  ЬйШп  orta  əsr  poemalan  kimi  minacat,  nət,  kitabın  yazılması  səbəbi, 

Toğrul  Arslan,  Məhəmməd  Cahan  Pəlıləvan  və  Qızıl  Arslamn  tərifi,  eşq 

haqqında  şairin  mülahizələri  kimi  giriş  fəsillərlə  başlamr.  Bütün bunlardan 

sonra  əsərin  məzmunu  gəlir.  Hadisələr  Xosrovun  atası  Hürmüzün 

hakimiyyətinin  təsviri  ilə  başlayır.  Xosrovun  doğulması,  böyüməsi, 

Hürmüzün ədaləti və  s.  təhkiyə  tərzində verilir.  Sonra  Şapur  Şirin haqqında 

damşır.  Mükalimələr,  deyişmələr,  Xosrovla  Şirinin  umuküsüsü  və  s.  çox 

maraqlı  və  təbii  şəkildə,  bir  çox  hallarda  musiqi  məclislərində,  çalğıçılann 

nəğmələrində  canlandınlır.  Нэг  iki  aşiqin  məhəbbət  yolundakı  iztirablan, 

qarşılaşdıqlan maneələr,  meydana çıxan əngəllər və  s.  əsəri daha da maraqlı 

edir, oxucunun həyə

13


сашш  artınr.  Şair  ana  xəttin  aydın  ifadə  və  inkişafına  kömək  edən  əlavə 

sərgüzəştlərlə  məzmunu  zənginləşdirmiş,  həyatın  ağır  sınaqlanndan  keçmiş 

əsl  məhəbbəti  qələmə  almışdır.  İnsan  taleyində  həyatın,  gözlənilməz 

hadisələrin və  təsadüflərin böyük  rolıınıı  göstərən  sənətkar insan  səadətinin, 

xoşbəxtliyin  asan  deyil,  ağır  zəhmət,  olmazın  dəyanət,  mübarizə  bahasına 

qazanıldığını göstərmək istəmişdir.

Düzəltmək istəsə bir işi fələk 

Əwəlcə min oyun çıxarsın gərək.

Xəznə vermiş olsa bir əkinçiyə 

Gərək о əkinçi əw əl inciyə.

Həyatın yolunda olmasa tikən 

Olarmı güllərin qədrini bilən?

Nizami  yaratdığı  xarakterik  obrazlann  səciyyəsini  onlann  yalmz  iş  və 

hərəkətlərini təsvir etməklə deyil, daxili aləmlərini açmaqla göstərir. O, insan 

mənəviyyatım  ЬйШп  incəliyi  ilə  şərh  edərək  qəhrəmanlanmn  dəruni 

hisslərini,  düşüncə  və  duyğulanm,  psixoloji  gərginliklərini,  ruhi,  mənəvi 

sarsıntılanm,  həyəcan və  iztirablanm  çox bədii,  həm də  inandıncı bir tərzdə 

qələmə  alır,  insan  təbiətini  bütün  məxsusi  ziddiyyətiəri  ilə  göstərməyə 

müvəffəq olur.

Şair eyni zamanda link haşiyələrlə hadisələro öz münasibətini bildirir. Bu 

məzmundan кэпаг haşiyələr isə  qədim bir tarixlə  bağlı  olan mövzunu  şairin 

öz  zəmanəsilə  bağlayır,  onun  zəmanə  va  müasirləri  haqqındakı  tənqidi 

görüşlərini  ifadə  edir.  Elə  buna  görə  də  şair  belə  ricətlərini  ötəri  şəkildə 

qələmə  alır.  Poemada  hadisələrin  təsviri  içərisində  belə  haşiyə-beytlərə 

təsadüf edirik:

Çox kəndli zəhmətlə yığar yüz xirmən,

Bircə arpa almaz bu yüz xirməndən.

Əkmədən çox məhsul alanlar da var,

Gör nələr törodir qoca ruzigar.

Belə bədii haşiyələrdə  şairin həyati nəsihətiəri, təsvir edilən əhvalatlar və 

təbii  hadisələrdən  aldığı  qənaətləri  də  öz  əksini  tapmışdır.  Bu  isə  əsərin 

ictimai  əhəmiyyətini bir  daha  artıraraq  ona  müasirlik  rahu bəxş  edir.  Şairin 

oxucuya etdiyi həyati nəsihətlər içərisində

14


həddindən  artıq  özunə  güvənməmək,  yersiz  qürurdan,  xudpəsəndlikdən 

qaçmaq,  təvazökarlığa  dəvət,  qənaətlə  yaşamaq  və  s.  haqqındakı 

mülahizələrilə  qarşılaşınq.  Xüsusilə  övlad  məsələsi,  ata-oğul  münasibəti, 

gəncliyin  tərbiyəsi,  ata  qayğısı  və  s.  ilə  əlaqədar  şairin  maraqlı  görüşləri 

diqqəti cəlb edir.  Şair ləyaqətli övladı valideyn üçün böyük səadət hesab edir:

Övladın iqbalı əgər yar olar,

Ata sevincindən bəxtiyar olar.

-  deyərək  gəncliyi  cəmiyyətin  gələcəyi  hesab  edir.  Şair  həm  də  gəncliyə 

nikbin  bir  rah  aşılayaraq  həyatı,  gözəllikləri  dərindən  duymağı,  ömrün  эп 

əziz çağım şad keçirməyi, mənalı ömür sürməyi təlqin edir:

Həyat aləmidir hər şeydən üstün,

Cavanlıq günüdür эп qiymətli gün.

Həyatdan yaxşı şey dünyada nədir?!

Gənclikdən gözəl şey bir əfsanədir.

Nizami təmiz  ad,  mənəvi  gözəlliklər haqqında damşanda da ilk  növbədə 

gəncliyə  üz  tutur,  yüksək  əxlaq,  təmiz  mənəviyyat  haqqında  bu  gün  də  öz 

əhəmiyyətini itirməyən tərbiyəvi fikirlər söyləyir:

Dünyamn yansı əgər xoş gündür,

Yansı yaxşı ad qoymaq üçündür.

Yaxud Məhin Banunun  Şirinə  elədiyi  nəsihətləri götürək.  Burada da  şair 

gəncliyə müraciət edir, Məhin Banunun diliylə təmiz əxlaq haqqında damşır, 

həya, ismət dərsi verir.

Nizami  öz müasirlərini mübarizliyə,  qarşıya çıxan maneələrə  müqavimət 

göstərməyə çağınr, çətinliklərə mərdliklə sinə gərməyi öyrədir:

Kimin ki, alnımn aynası bərkdir,

Xoş günü dünyada о görəcəkdir.

Bənövşələr kimi utancaq olan

15


Dünyada boy atmaz heç vaxt, heç zaman.

Nərgiz gülü kitni utanmaz olan 

Başı taclı olar, hər işi asan.

Nizami  müasirlərini  həmişə  nikbinliyə,  çətin  anlarda  da  ümidi 

itirməməyə,  səbrli  olmağa,  qarşıya  çıxan ağır vəziyyətə  dəyanət göstərməyə 

səsləyir.  Şair  bütün  bunlan  çox  təsirli,  poetik  bir  gözəlliklə  oxucuya 

çatdırmağa çalışır. Misal olaraq уепэ də Məhin Banunun Şirinə təsəlli verdiyi 

səhnəni alaq.  Dahi  şair  Şirinə  təskinlik verən bu ağıllı  qadının diliylə  dediyi 

öyüdləri məharətlə ümumiləşdirir:

Dedi:  "Bir neçə gün səbr elə, çalış,

Heç kəs həmişəlik darda qalmamış.

Gül kimi tez açıb görünmə aşkar,

İti axan sular tez кбфй yıxar...

Top kimi yıxılıb qalxsan yaxşıdır,

Нэг у ıxılan bir gün qalxacaq axır...

Bu günkü sərtliyə dözəsən gərək,

Kimbilirki, sabahnə göstərəcək!"

Nizami hamım şad görmək istəyən, humanist bir sənətkar olaraq insanlara 

xudpəsənd,  xəbis  olmamağı,  xoşbəxtliyi  digərlərilə  bölüşdürməyi,  şəxsi 

şadlıqdan  hamıya  pay  verməyi,  öz  səadəti  ilə  başqalanm  da  sevindirməyi 

təlqin edir:

Təkbaşına kimsə dünyanı udmaz,

Тэксэ bir insanın şadlığı tutmaz.

Ağıllılar bilir tək yesə bir kəs 

Təklikdə də ölər, dost-aşna görməz.

Çay suyu olsa da sən içmə yalqız,

Dəniztək olarsan acı, qılıqsız.

Şairin qəhrəmanlan  da ətrafdakılarla belə  davramr,  öz  sevinclərini yaxın 

yoldaşlarla  bölüşürlər.  Vəfalı  dost,  yaxşı  yoldaş  haqqında  şairin  maraqlı 

mülahizələri nəzəri cəlb edir.

16


Heç bir işdə olma yarsız, yoldaşsız,

Dünyada misilsiz Allahdır yalmz.

Dünyada çox iş var yoldaşdan aşar,

Yaman gündə çatar dada yoldaşlar.

Başqabiryerdə:

Dost qəlbi torpaqdır, ona əl vursan 

Əlin рака çıxar о saat, inan.

Belə  haşiyə-hissələrdə  şairin  təsvir  elədiyi  hadisələrdən  qəhrəmanlann 

vəziyyəti, psixoloji anlan, onlann ruhi, mənəvi hallan və  s.  son dərəcə poetik 

bir gözəllik,  bədii  sözün ecazlan,  həyatdan  alınmış  ibrətamiz  məsəllər,  təbii 

bənzətmələrlə  ifadə  olunur.  Dahi  şair  əsl  sənətkar  kimi  öz  qəhrəmanlanmn 

həyatı  ilə  yaşayır,  sevincli  günlərini  məhəbbət  və  şadlıqla,  kədərli 

dəqiqələrini isə məyusluqla təsvir edir.

Belə  anlarda  şair  bəzən  bədbinliyə  də  qapanır,  həyatın  amansız 

qanunlanndan  söz  açır,  dunyamn vəfasızlığını  bildirir.  O,  təbiət  təsvirlərini 

də  hadisələrə  uyğun  şəkildə  tərənnüm  edir.  Azərbaycan  təbiətinin 

gözəlliklərini, xüsusilə Bərdənin çəmənliklərini, Kəpəz dağımn və Göy gölün 

fusunkar  mənzərəsini  oxucuya  sevdirir.  Bu  təbiət  təsvirləri  hadisələri 

tamamlayır.  Şair  hər  bir  hadisədən  çıxardığı  nəticəni  qısa  misralarla 

yekunlaşdınr. Bu misralar atalar sözləri kimi mənalı səslənir.

Şair bir sıra Azərbaycan sözləri də işlədərək Qədir xan, Qara xan,  Toğrul 

xan  ifadələrini  ənənəvi  Cəmşid,  Nuşirəvan,  Kəsra  ifadələri  kimi  ədəbiyyata 

daxil edir.

Qabaqcıl  siyasi-ictimai  əhəmiyyətli  fıkirləri  aydm  və  bədii  ifadə  etmək 

bacanğı,  dilinin yığcamlığı,  hər  fıkrin  yeni  və  son  dərəcə  bədii  məcazlarla 

canlandınlması,  söz  ehtiyatımn  çoxluğu,  şairin  mübaliğə,  təşbeh,  istiarə, 

təzad və  s. bədii vasitələrdən yerli-yerində və məharətlə faydalanmaq qiidroti 

bu poemaya dünya şeir xəzinəsində layiqli yer tutmaq haqqı verir.

"Xosrov  və  Şirin"  öz  dərin  məzmunu  və  yüksək  şeiriyyəti,  orijinal 

kompozisiyası,  dilinin bədiiliyi,  obrazlar  aləminin  zənginliyi  ilə  Yaxın  Şərq 

ədəbiyyatında  yaranan  Nizami  adı  ilə  bağlı  yeni  ədəbi  məktəbin  -  Nizami 

ədəbi məktəbinin ilk müvəffəqiyyətli nümunəsidir. Hələ

17


XIII  əsrdə  məşhur hind şairi Əmir Xosrov Dəhləvi  (1253-1327)  1298-ci ildə 

Nizaminin bu əsəri mövzusunda "Şirin və Xosrov"  adlı poemasını yazmışdır. 

Yaxın  Şərq  ədəbiyyatında  Nizami  ənənələrinin  ilk  davamçısı  kimi 

tamdığımız  bu  qüdrətli  səvətkar  öz  poemasında  Nizami  əsərindəki  sosial- 

ictimai kəskinliyi yumşaltmağa  çalışsa  da,  əsasən Nizami  ideyalan  ilə bağlı 

olmuş  və  şairin  Şərq  şeirinə  gətirdiyi  ölməz  ənənələri  izləmişlər.  XIV  əsr 

Azərbaycan  şairi  Arif  Ərdəbili  isə  ilk  dəfə  Nizami  tərəfındən  epik  şeirdə 

canlandınlan  Fərhadı  əsas  qəhrəman  götürərək  özünün  "Fərhadnamə" 

poemasım yazır.  Arif əsasən Azərbaycan ərazisində mövcud tarixi nişanələrə 

istinad etsə də, Nizami əsərindən çox faydalanmış,  dahi şairin əmək,  zəhmət, 

sənət haqqındakı yüksək fıkirlərini əks etdirən bir poema yaratmışdır. XV əsr 

şairlərindən  Marağalı  Əşrəf  də  bu  mövzuya  müraciət  etmişdir.  Nizami 

dühasından bəhrələnib  şairin "Xəmsə"sinə özbək dilində layiqli cavab  yazan 

Əlişir  Nəvainin  "Fərhad  və  Şirin"  əsəri  də  bu  mövzuda  yazılmış  qiymətli 

sənət nümunəsidir.  Əlişir Nəvai  "Xəmsə"sinə  daxil  olan digər poemalannda 

olduğu  kimi  bu  əsərində  də  Nizamini  hörmətlə  xatırlamış,  dahi  şairin 

mövzulannda  əsər  yaratmağı  bir  sınaq  meydam  kimi  aşağıdakı  beytlə 

qiymətləndirmişdir:

Sanma bu meydanda asandır durmaq,

Nizamilə рэпсэ-рэпсэуэ vurmaq

"Xosrov və  Şirin"  mövzusunda Kövsəri,  Vəhşi Kirmani, türk şairlərindən 

isə  Ahi,  Cəlili,  Əhməd  Rizvan,  Lamii  kimi  şairlər  də  maraqlı  əsərlər 

yaratmışlar. Bu mövzu xalq ədəbiyyatında geniş yayılmış, Yaxın Şərq şairləri 

Fərhad və  Şirin adlannı qüdrət, məhəbbət, gözəllik,  sədaqət, fədakarlıq rəmzi 

kimi işlətmişlər.  Aşıqlar tərəfındən xüsusi "Fərhad"  dastam yaradılmışdır. Bu 

mövzu  öz  aktuallığım  dövrümüzə  qədər  qoruyub  saxlamışdır.  Şairin anadan 

olmasımn  800  illiyi  münasibətilə  Azərbaycamn  xalq  şairi  Səməd  Vurğun 

(1906-1956)  özünün  məşhur  "Fərhad  və  Şirin"  əsərini  yazmışdır.  Səməd 

Vurğun  öz böyük  sələfinin zəhmət,  mərdlik kimi  ideyalanm  əsas  götiirorək 

onlan  əsrinin  mühüm  siyasi  hadisələri  ilə  sənətkarcasına  əlaqələndirmiş, 

vətənpərvərlik,  el  məhəbbəti,  vətən uğranda  qəhrəmanlıq kimi  günün  zəruri 

problemləri  ilə  səsləşən  cəhətləri  ön  plana  çəkmişdir.  Məşhur  türk  şairi 

NazimHikmət də  1948-ci ildə qələmə aldığı

18


"Məhəbbət  əfsanəsi"  əsərində  məhəbbət  problemini  xalqla  bağlılıq,  el 

yolunda fədakarlıq kimi keyfıyyətlərlə zənginləşdirmişdir.

Müasir türk  şairi  Ceyhun  Qansu  özünün  "Fərhad və  Şirin"  mövzusunda 

yazdığı poemasında Fərhadı xalqına su yetirən fədakar qəhrəman kimi təsvir 

etmişdir.

Göründüyü  kimi,  dahi  Nizaminin  mühüm  bəşəri  ideallar  ifadə  edən  bu 

ölməz əsəri həmişə görkəmli söz ustalanmn ilhamına qüwət vermiş, müxtəlif 

əsrlərdə  yaşamış  sənətkarlar  bu  mövzuya  dəfələrlə  müraciət  edib  həmin 

mövzuda yeni-yeni gözəl sənət əsərləri yaratmışlar.

"Xosrov və  Şirin" əsəri Şərq məhəbbət poemalanmn yaranmasında böyük 

rol  oynamışdır.  Şərq  ədəbiyyatında  iki  qəhrəmanın  məhəbbət  macərasından 

bəhs edən poemalann əksəriyyətində Nizaminin bu əsərindən,  xüsusən şairin 

eşq haqqındakı mülahizələrindən geniş faydalanmışlar.

Nizaminin  bu  əsəri  türk  epik  şeirinə  də  qüwətli  təsir  göstərmiş,  orta 

əsrlərdən  başlayaraq  dəfələrlə  Шгк  dilinə  tərcümə  olunmuşdur.  Нэ1э  XIV 

əsrin tamnmış  Шгк  şairi  Əhmədi  özünün  "Cəmşid və  Xurşid"  adlı  əsərində 

Nizaminin  bu  poemasından  faydalanmış,  hətta  oradakı  bəzi  parçalan,  о 

cümlədən məhəbbət haqqında yazılmış parçam türkcəyə  çevirmişdir.  Bu növ 

tərcümələrə  Əhməd  Rizvan,  Cəlili  kimi  Шгк  şairləririn  "Xosrov  və 

Şirin"lərində də təsadüf etmək olur.

Nizaminin "Xosrov və  Şirin" poeması XIV əsrin ortalannda yaşamış Qızıl 

Orda  şairi,  xarəzmli  olduğu  təxmin  olunan  Qütb  təxəllüslü  şair  tərəfindən 

qədim  özbək  dilinə  tərcümə  edilmişdir.  Qütb  tərcuməsinin  1383-cü  ildə 

İskəndəriyyədə  Bərgə  Fəqih  adlı  qıpçaq  bir  ziyalı  tərəfindən  köçürülmüş 

yeganə  əlyazması  Paris  milli  kitabxanasında  saxlamlır.  1959-cu  ildə  həmin 

əlyazması  Polşa  alimi  Zaynçkovski  tərəfindən  əsərin foto  surəti  ilə  birlikdə 

yeni əlifba ilə iki cilddə nəşr edilmişdir. Qütb əsərin müqəddiməsində:

Qazantək qaynab uş sevda pişürdüm,

Nizami balidən həlva pişürdüm.

Xamm atınğa uş bu parsi dilni 

Çevürdüm, tüzdiim uş nəzm üzrə qılnı.

deyərək əsəri tərcümə etdiyini bildirir. İndi artiq elm aləmi üçün maraqlı 



tədqitat obyekti olan, Qazanda və Daşkənddə dəfələrlə nəşr

19


olunan  bu  əlyazması  təkcə  özbək  xalqımn  deyil,  ЬйШп  türkdilli  xalqlann 

mədəniyyət tarixinin öyrənilməsində dəyərli bir abidədir.

XV əsr türk şairi Şeyxinin "Xosrov və  Şirin"i isə Nizami poemalanmn эп 

yaxşı  tərcümələrindən biri  kimi  məşhurdur.  Şeyxi bəzi  fəsilləri  ixtisar  edib, 

bir  çox əhvalatlar  əlavə  etməsinə baxmayaraq,  əsasən Nizami  əsərinin dərin 

məzmunu və bədii gözəlliyilə türk oxucusunu tanış  edən dəyərli bir tərcümə 

əsəri yaratmışdır.  Şeyxi  həmin  tərcuməni  Sultan Murada  təqdim  etdiyindən 

qəhrəmanlann ölüm faciəsini qəsdən tərcümə etməmişdir. Onun bu tərcüməsi 

həmin mövzuda yazılan digər türk poemalanna da böyük təsir göstərmişdir.

Poema  1949-cu  ildə  görkəmli  türk  alimi  Əli  Nihat  Tərlan  tərəfindən 

məzmunca türk  dilinə  tərcümə  olunmuşdur.  Bu tərcümədə  Əli  Nihat  Tərlan 

Nizami əsərinin məzmununu türk dilində qısaca nəql edərək, poemadakı bəzi 

parçalan  eynilə  nəsrə  çevirmişdir.  Əsər  Nizami  poemasımn  eynilə  sətri 

tərcüməsi olmayıb məzmunun müxtəsər şəkildə türkcə əksidir.

1955-ci ildə isə türk yazıçısı Səbri Sevsevil Nizami poemasım tam şəkildə 

lazımi  şərh və  izahlarla nəsrlə  türk  dilinə  çevirmişdir.  Ancaq  Səbri  Sevsevil 

Vəhid  Dəstgirdinin  nəşrindən  faydalandığından  öz  şərhlərində  onun 

dediklərini  təkrar  etmiş,  əsərdə  və  şairin  özü  haqqındakı  qeydlərində  də 

Vəhid Dəstgirdidən irəli gedə bilməmişdir. Tərcümədə şərhlərin bəzi hallarda 

məzmun  yerində  işlənməsi  və  şairin  bir  çox  mənalı  beytləri,  təbiət 

mənzərələrinin  təsvirinə  həsr  edilmiş  giriş  hissələrin  ixtisar  edilməsi 

hallanna, ara-sıra məna təhriflərinə rast gəlinir.

"Xosrov və  Şirin"  əsəri  1947-ci  ildə  K.A.Lipskerov  tərəfindən rus  dilinə 

tərcümə edilmişdir. Poema bir sıra Avropa dillərinə də tərcümə olunmuşdur.

Əsərin  Azərbaycan  dilinə  tərcüməsinə  isə  XIX  əsrdən  başlanmışdır. 

Poemamn ilk mütərcimlərindən biri Mustafa Ağa Nasirdir (1824-1873).  Şair 

tərcüməyə  ömrünün  sonlannda başladığından  əsəri  bütünlüklə  tərcümə  edə 

bilməmişdir.  Sonra  XIX  əsr  şairlərindən  İsmayıl  bəy  Nakam  (1836-1906) 

"Xosrov  və  Şirin"in  Fərhadın  Şirinə  məhəbbətini  təsvir  edən  hissəsini 

tərcümə  etmişdir.  Poemamn  orta  əsrlər,  eləcə  də  sonralar  edilmiş  bütün 

tərcümələrində  bir  çox  sərbəstliyə,  ixtisar  və  əlavələrə,  mütərcim 

müdaxiləsinə yol verildiyindən onlann heç birini  orijinalın dəqiq əksi  hesab 

etmək olmaz.

20


"Xosrov  və  Şirin"  əsərinin  indiki  mənada  başa  düşdüyümüz  tərcüməsi 

1947-ci  ildə  görkəmli  şairimiz  Rəsul  Rza tərəfındən edilmişdir.  Bu tərcümə 

müəyyən  dəyişikliklərlə  1948-ci  ildə  Azərbaycan Mədəni  Rabitə  Cəmiyyəti 

tərəfindən ərəb əlifbası ilə də nəşr olunmuşdur.

Mütərcim  öz  tərcüməsini  1962-ci  ildə  elmi  tənqidi  mətn  ilə  yoxlayaraq, 

yenidən  işləmiş,  bədii  məna  cəhətdən  onu  təkmilləşdirərək  nəşr  etmişdir. 

Mütərcim  heca  vəzni  ilə  etdiyi  tərcümədə  orijinalın  əsas  məziyyətlərini 

saxlamağa müvəffəq olmuş,  Nizaminin bədii  ifadələrini,  aforizmlərini,  dərin 

məna  ifadə  edən  hikmətli  beytlərini  Azərbaycan  dilində  dürüst  ifadə  edə 

bilmişdir.  Əwəlki  çaplarda  nəzərə  çarpan  orijinaldan uzaqlaşma  hallan,  bir 

beyti  bir  neçə  beytlə  ifadə  etmək  və  məna  təhrifləri  əsasən  aradan 

qaldınlmışdır.  Bu  tərcümə  orijinala  пэ  qədər  yaxın  olsa  da,  уепэ  də  şairin 

bəzi beytlərinin dəqiq verilməməsi hallan özünü göstərirdi. Bu son nəşrdə isə 

elmi  redaktorun  səyi  nəticəsində  ara-sıra  görünən  məna  təhrifləri  aradan 

qaldınlmışdır.

Həmin  nəşr  mətnə  verilən  şorhlorin  mükəmməlliyi  və  zənginliyi  ilə  də 

əwəlkindən fərqlənir.

Çətin anlaşılan beytlər və ayn-ayn sözlər sıra nömrəsi ilə kitabın axınnda 

izah edilmişdir.

Həmid Araslı

21


^ S j9 c & 3 n »v

22


&  &  &

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin