Milli Aviasiya Akademiyası Sərbəst iş №9 Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Mövzu: Diplom işinin yazı



Yüklə 37,14 Kb.
tarix22.05.2023
ölçüsü37,14 Kb.
#119360
növüYazı
9 sb az



Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
Milli Aviasiya Akademiyası
Sərbəst iş №9
Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Mövzu: Diplom işinin yazılma qaydaları
Fakültə: Fizika texnologiyaları
İxtisas: Radiorabitə və telekommunikasiya mühəndisliyi
Qrup: 2542a
Müəllim: Zeynalova Aygün
Tələbə: Həsənli Məhəmməd

Bakı 2023


Diplom Işinin Yazılma Qaydaları
Diplom işinin yazılma qaydaları müəyyən akademik yazı standartları ilə tənzimlənir. Yəni, elmi iş yalnız şəxsi fikirlər toplusundan və ya saytda gördüyümüz hər hansı bir xəbərdən fərqlənməlidir. Bu qaydaları ilk öncə, bitirmək üzərə olduğunuz universitetdən öyrənmək lazımdır. Universitetlərin elmi işlərin yazılması haqqında müəyyən qaydalar toplusu olur ki, burada istinad formaları (APA, MLA, Chicago və s.), yazının fontu, marginləri, həcmi və s. məlumatları əldə etmək mümkündür.
Bu yazıda diplom işlərinin yazılması haqqında bir neçə önəmli, lakin ümumi məqamlar barədə fikirlərimi bölüşmək istərdim.
Yazının məzmunu
1. Elmi işin növləri
2. Diplom işləri üçün əsas qaydalar
2.1. Diplom işi üçün mövzu seçimi
2.2. Diplom işi üçün elmi rəhbər seçimi
2.3. Plagiat məzmundan yayınma
2.3.1. Plagiat məzmun nədir?
2.3.2. Plagiatdan nəyə görə yayınmaq lazımdır?
2.3.3. Plagiatdan necə yayınmaq lazımdır?
2.4. Cədvəl, şəkil, diaqramlardan istifadə
3. İstifadə olunmalı mənbələr
4. Yekun
1. Elmi işin növləri
Elmi iş dedikdə sadəcə bakalavr, magistratura və ya doktorantura dərəcələrinin qazanılması üçün yazılan yazılar nəzərdə tutulmamalıdır. Təbii ki, diplom işlərinin özləri də elmi iş hesab olunur. Eyni zamanda, esse (ing.cə: essay), tədqiqat işi (ing.cə: research paper), literatur analizi (ing.cə: literature review) və bu kimi digər yazıların hamısı elmi yazılar kateqoriyasından hesab olunur. Bir-birindən fərqli qaydalara və hədəflərə sahibdirlər. Məsələn, esse istənilən bir sərbəst mövzuya elmi yanaşmağınızı bildirmək üçün yazıldığı halda, tədqiqat işi isə sizdən maksimum dərəcədə birtərəfli olmağınızı və bir mövzunu bacardığınız qədər tədqiq etməyi tələb edir.
2. Diplom işləri üçün əsas qaydalar
Diplom işləri dedikdə nəzərdə tutulan bakalavr, magistratura və ya doktorantura dərəcəsinin qazanılması üçün işlənilən yazılardır. Universitetlərin qaydalarından asılı olaraq bakalavr dərəcəsi üçün 35-40, magistratura üçün 70-80, doktorantura üçün isə 120-150 səhifəlik bir yazı yazmaq tələb oluna bilər. Bu kimi tələblər müəyyən ixtisaslar üçün keçərli olmaya da bilər. Məsələn, Arxitektura və ya Mühəndislik sahəsi üzrə yazılan diplom işləri bir qədər hesabat xarakteri daşıdığı üçün qısa olur. Çünki nəticədə məzun olacaq şəxs diplom işini əvəz edəcək hansısa bir layihə hazırlayır və dərəcəsini qazanır.
2.1 Diplom işi üçün mövzu seçimi
Mənə görə ən mühüm addım məhz diplom işinin mövzusu, daha doğrusu mövzunun düzgün seçilməsi ilə daha sıx bağlıdır. Nəyə görə mövzu bu qədər önəmlidir? Birinci növbədə, mövzunu özünüz işləcəyiniz üçün şəxsi bir marağınız olmalıdır. Maraq olmasa, yazacağınız işi bitirənə qədər elmdən iyrənəcəksiniz. İkincisi, mövzu maksimum dərəcədə çox işlənmiş olmalı deyil. Əks halda elm üçün yeni bir şeylər yazmaqda çətinlik çəkəcəksiniz və məcburən dəfələrlə deyilmiş sözləri təkrar etməli olacaqsınız. Elmi iş üçün seçilən mövzunun sonda gələcəyiniz nəticəsi ilə bağlıdır. Yəni, diplom işinin sualları elə qoyulmalıdır ki, bu suallar elmi şəkildə cavab vermək mümkün olsun. Bu barədə ən gözəl edə biləcəyiniz şey düşündüyünüz, həvəsiniz olan bir mövzunu bir qədər araşdırmaqdır. Yəni, sizdən öncə “kimlər bu barədə nə yazıb?”, “hansı nəticəyə gəlib?”, “nələrə istinad edib?” və ümumiyyətlə, “mövzunun gələcək perspektivləri necədir?” kimi məlumatlara sahib olmaq üçün mövzunu bir qədər araşdırmaqda fayda var.
2.2 Diplom işi üçün elmi rəhbər seçimi
Mövzu ilə müqayisədə heç də geri qalmayan məsələ məhz elmi rəhbərin (ing.cə: supervisor) seçilməsi ilə bağlıdır. Yuxarıda bildirdiyim kimi mövzu seçdikdən sonra həmin mövzu ilə bağlı tələbəyə istiqamət göstərəcək elmi rəhbər də həmin mövzu üzrə ixtisaslaşmış olmalıdır. İkinci bir məsələ isə, elmi rəhbərin tələbəyə nə qədər vaxt ayıra biləcəyi ilə bağlıdır. Müəllim mövzunu uyğun hesab edə və tələbənin elmi rəhbəri olmağa razı ola bilər. Amma, iş qrafikinin sıxlığı ilə bağlı elmi məsləhətlərin vaxtında verilməsi məqamında ciddi problemlər yaşaya bilər. Bu baxımdan, müəllimin neçə tələbəyə elmi rəhbərlik etməsi, onun digər işlərdə çalışması (eləcə də, nə qədər vaxt ayırması) barədə də öncədən məlumatlı olmaq lazımdır. Digər bir problem isə elmi rəhbərin şəxsi keyfiyyəti və müəllim-tələbə münasibəti ilə bağlıdır. Bəzi hallarda bızdə müəllimlər özlərini diktator hesab edirlər. Amma yadda saxlamaq lazımdır ki, elmi rəhbər heç bir halda tələbənin fikrini birbaşa dəyişdirə, onu hansısa ədəbiyyatlardan istifadə etməyə (ya da etməməyə) məcbur edə bilməz. Elmi rəhbərlik yalnız elmi məsləhət verilməsi, istiqamət göstərilməsi cərçivəsində aparılmalıdır. Tələbə elmi rəhbərin fikri ilə razılaşmaya bilər (əgər, həqiqətən də elmi rəhbər elmə istinad etməyib fikir yürüdürsə) və elmi mənbələrə istinad edərək öz fikirlərini (yəni diplom işini) uğurla müdafiə edib, dərəcəsini ala bilər.
2.3 Plagiat məzmundan yayınma
2.3.1 Plagiat məzmun nədir?
Cambridge English Dictionary plagiarizmin mənasını “başqasının fikirlərini və ya işlərini istifadə etmək və özünə aid olduğunu iddia etmək prosesi və ya təcrübəsi” kimi izah edir (Cambridge English Dictionary). Göründüyü kimi mən, plagiat sözünün mənasını olduğu kimi tərcümə etdiyim üçün, dırnaq işarələrindən istifadə etmişəm və istinadı göstərmişəm. Digər bir variant üçün isə, fikri parafraz etmək olar. Məsələn, plagiat başqalarına aid olan fikirləri özəlləşdirmək (Cambridge English Dictionary) və həqiqi müəllifi gizlətmək hesab olunduğu üçün akademik ortam tərəfindən xoş qəbul olunmur. Əgər ki, bu fikirləri original mənbə olmadan yazsaydım, bu artıq plagiat hesab olunacaqdı.
2.3.2 Plagiatdan nəyə görə yayınmaq lazımdır?
İlk növbədə, elmi işin məqsədi onu yazan insanın tədqiqat aparması, mövzunu dərindən öyrənməsi və elmə yeni bir tövhə verməsidir. Plagiat isə bunların qarşısını alır və nəticədə tələbə heç nə öyrənə bilməyib, özünü aldatmış olur. İkinci məsələ isə bir qədər elmi işi yazan şəxsin şəxsi keyfiyyətləri ilə bağlıdır. Təsəvvür edin ki, hansısa bir yerdə işləyən sizsiniz, amma ayın sonunda maaşı başqa birisi alır. Bunu sizin haqqınıza girmək və oğurluq hesab edəcəksiniz. Plagiatın da mənası məhz eynidir: elmi (və ya ədəbi) oğurluq. Üçüncüsü isə karyera və elmi dərəcənizin gələcək aqibəti ilə bağlıdır. Əgər ki, bir neçə ildən sonra “yaxşı” bir vəzifəyə təyin olunsanız və sizin sevməyən biriləri diplom işinizi araşdırsa və plagiat olduğu üzə çıxarsa, bu zaman elmi dərəcəniz də əlinizdən alınacaqdır.
2.3.3 Plagiatdan necə yayınmaq lazımdır?
Əgər, hansısa bir dəqiq tarixdən, statistikadan, özünüz çəkmədiyiniz fotoşəkillərdən və s. bu kimi şeylərdən istifadə olunursa, mütləq mənbə olmalıdır. Eyni zamanda, hər hansı bir nitqi olduğu kimi və ya parafraz edərək qeyd etsəniz, yenə də istinad göstərilməlidir. Elmi kontingetə və ya əksəriyyətə məlum olan faktlara istinad etməsəniz də olar. Məsələn, dünyanın kürə formasında, Tiflisin Gürcüstanın paytaxtı olmasına istinad etmək şərt deyil.
3. Cədvəl, şəkil, diaqramlardan istifadə
Sosial şəbəkələrin birində verilən sual isə cədvəl, şəkil, diaqram və bu kimi digər əlavələrin istifadə edilməsi ilə bağlı idi. Əlbəttə ki, əgər bu kimi əlavələr elmi işin hədəflərinə, qoyulmuş sualların cavablandırılmasına xidmət edirsə, bu zaman cədvəl, şəkil və diaqramlardan çox rahatlıqla istifadə etmək olar. Yəni, əlavələrdən yerli-yersiz istifadə etməyə gərək yoxdur. İkinci məsələ isə, bu əlavələrin həcmi ilə bağlıdır. Bir sıra universitetlər elmi işin şəkil albomuna bənzədilməsini qəbul etməz, əgər Fotoqraflıq ixtisası üzrə oxumursunuzsa. Son olaraq qeyd edim ki, elmi iş adi söz yığınına çevrilməli deyil. Bütün fikirlər aydın, sadə şəkildə yazılmalıdır və diskriminativ fikirlər, pafoslu cümlələrdən və s. bu kimi ümumi elmin qəbul etmədiyi nüanslardan yayınmaq lazımdır.
4. İstifadə olunmalı mənbələr
5. Yekun
Yüklə 37,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin