Milli Kitabxana



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/13
tarix02.12.2016
ölçüsü2,8 Kb.
#678
  1   2   3   4   5   6   7   8   9   ...   13

________________________Milli Kitabxana________________________ 

 
 
 
 

________________________Milli Kitabxana________________________ 

 
SƏMƏD VURĞUN 
 
 
 
 
 
 
 
 
 
 
SEÇ LM Ş 
Ə
SƏRLƏR  
 
BEŞ C LDDƏ 
 
I C LD 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
"ŞƏRQ-QƏRB" 
BAKI-2005 
  
 

________________________Milli Kitabxana________________________ 

 
 
Bu kitab "Səməd VurğunƏsərləri. Yeddi cilddə. I cild" 
(Bakı, Elm, 1985) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır 
 
 
Tərtib edəni:                                                    Aslan Salmansoy 
 
Redaktoru:                                                    Aybəniz Vurğunqızı 
 
 
 
  
 
894.361 - dc 21  
AZE 
Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb",  
2005, 264 səh. 
 
Dədə  Qorquddan  gəlib  Qurbanidən,  Aşıq  Abbasdan,  Sarı  Aşıqdan,  Aşıq  Ələsgərdən  keçən  yolun 
boyük bir zirvəsi xalq şairi Səməd Vurğundur. O, elə xoşbəxt sənətkarlardandır ki, ömrü yaratdığı şeir, 
həyatı danışdığı dil qədər yaşarıdır. 
Səməd Vurğun Vətənin və poeziyanın yaddaşında təkrarsız poetik şəxsiyyət, milli və beynəlmiləl 
ictimai xadim, elm və sənət təşkilatçısı, qeyri-adi şair, dramaturq, mütərcim və mütəfəkkir kimi yaşayır. 
Xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatnı bizə yaxın ən böyük körpüsü sayılan ölməz sənatkar əsasən 
heca  vəznində  yazdığı  şeirləri  və  dram  əsərləri  ilə  dilimizin  bütün  zənginliyindən  və  şirinliyindən 
bəhrələnərək  dillər  əzbəri  olan  poeziya  örnəkləri  yaratmışdır.  "Azərbaycan"ı  yurdumuzun  poetik 
tərənnümünə  çevrilən  ustad  sənətkarın  xalq  şeri  səpkisində  yazdığı  qoşmaları,  əruz  vəznində  lirik 
qəzəlləri,  ictimai-siyasi  və  fəlsəfi  mövzulu  bir  çox  şeirləri  ədəbiyyatımızın  qızıl  fonduna  daxil 
olmuşdur. 
Səməd  Vurğunun  "Seçilmiş  əsərləri"nin  bu  cildində  qüdrətli  şairin    1924-1937-ci  illərdə  yazdığı 
ş
eirlər toplanmışdır. 
 
 
ISBN 9952-418-44-X 
© "ŞƏRQ-QƏRB", 2005 
  
 

________________________Milli Kitabxana________________________ 

 
 
 

________________________Milli Kitabxana________________________ 

 
 
AZƏRBAYCAN ƏDƏB YYATININ VURĞUN DÖVRÜ 
 
Məni yelkən kimi qərq etsə də dəryada zaman,  
Vurğun öldü deməyin, bir əbədi sənəti var... 
 
Səməd Vurğun 
 
Azərbaycan  ədəbiyyatı  tarixində  "sovet  epoxası"  deyilən  dövrün  böyük 
poeziyasını  yaradanların  sırasında  Səməd  Vurğunun  adı  xüsusi  ehtiramla  çəkilir. 
O,  Vətənin  və  poeziyanın  yaddaşında  təkrarsız  poetik  şəxsiyyət,  milli  və 
beynəlmiləl  ictimai  xadim,  elm  və  sənət  təşkilatçısı,  qeyri-adi  şair,  draramaturq, 
mütərcim və mütəfəkkir kimi yaşayır. 
Səməd  Vurğun  (Səməd  Yusifoğlu  Vəkilov,  21  mart  1906-27may  1956)  təkcə 
ş
erimizin  yox,  təbiətimizin  də  milli  timsalı  idi.  "Muğan"  poemasını,  ceyran 
obrazını  o,  təbiət-şəhər  müxalifətində  ikincinin  hələ  "kult"  təşkil  eldiyi  dovrdə 
yaratmışdı. Folkloru və sazı, qopuzu və ozanı, təbiəti və dağları xatırladan kolorit 
və əda onun həm şəxsiyystini, həm də poeziyasını eyni vaxtda ifadə edirdi. 
Səməd  Vurğun  həmişə  tribunaya  da  qartal  kimi  sinə  gərərdi  və  bu  tribuna  nə 
qədər  uca  olsaydı,  Vurğun  ona  bir  o  qədər  yaraşardı.  Ov  dalınca  çıxdığı  qaya 
başından  təbiətə  boylanarkən  bütünlüklə  zirvələr,  dağlar  Vurğun  ilhamının  şaha 
qalxdığı,  at  oynatdığı  oylaq  və  meydan  üçün  vüsət  və  ucalıq  ölçüsü  yox  idi.  Şair 
kosmosun  fəthi  dövrünü  görsəydi,  ayrı  heç  nəyi  yox,  məhz  kosmik  peyki  planetə 
müraciət  etmək  üçün,  ən  münasib  tribuna  adlandırardı  və  həmişə  olduğu  kimi, 
Vurğun monoloqu belə bir tribunaya yenə də yaraşardı! 
Ş
übhəsiz,  Vurğun  üçün  ən  böyük  tribuna,  kosmik  orbitdən  də  uca  xitabət 
kürsüsü  isə  poeziya  idi.  Məhz  bu  tribunadan  şair  bütün  planeti  görür  və  bütün 
planetdən  görünürdü.  Lakin  daha  mənalı  olan  odur  ki,  dünya  və  planet 
auditoriyasına da o, həmişə "Azərbaycan" monoloqu ilə müraciət edirdi. Vətəndaş 
və vətənpərvər şair üçün ana Vətənin adından uca poetik xitab yox idi. 
Bir  sözlə,  bütün  dünya  bu  poeziyada  öz  əksini  tapırdı.  Lakin  dünyanın  da 
mərkəzi bu poeziyada - Azərbaycan idi! 
Bir  metafora  kimi  Azərbaycan  o  illərdə  ən  iri,  ən  möhtəşəm  bədii  əksini  bu 
ş
eirdə tapmışdı. "Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan" -dillər əzbəri 
bir beyt bu gün də Vətənə məhəbbət etirafının riyazi düsturu olaraq qalır - "Könül 
və  can"  bərabərdir.  "Vurğun  və  Azərbaycan"  -  milli  bədii  fikirdə  son  yüzilin  ən 
klassik poeziya tənliyi ilə, şeirdə "Vurğun arifmetikası" 
  

________________________Milli Kitabxana________________________ 

 
isə  belə  idi!  Və  həmin  tənliyin  ən  klassik  həllini  də  öz  poeziyasında  Vurğun  özü 
vermişdi. 
Könül  və  can  kimi,  Vurğun  və  Azərbaycan  da  bir-birindən  ayrılmaz  idi: 
"Ayrılarmı könül candan?" - bu, kiməsə,  yaxud nəyəsə  yönələn ritorik  sual deyil, 
ş
airlə vətən arasında "elani-eşq" və "əhdi-peyman" idi. Təsadüfi deyil ki, bir bədii 
metafora  kimi  Azərbaycan  Vurğuna  qədər  hələ  heç  bir  şeirdə  bu  qədər bütöv,  bu 
qədər  tam  olmamışdı.  Heç  nə  bu  rəmzi  əbədi,  mənəvi  vəhdəti  parçalamağa  qadir 
deyildi. 
Səməd  Vurğunun  qartal  kimi  sinə  gərdiyi,  səmasında  pərvaz  etdiyi  ən  uca 
tribunaların  biri  -  Yazıçılar  ttifaqının  ikinci  qurultayının  xitabət  kürsüsü  oldu. 
Səməd  Vurğun  həmin  kursüdən  sovet  poeziyasını  uçmağa  hazırlaşan  qartala 
bənzədir  və  bu  sözləri  deyərkən  kürsüyə  sinə  gərmiş  şairin  özü  işlətdiyi  obrazın 
ə
yani heykəlinə çevrilirdi. Vurğun bu qartalı daha da uzaqlara, romantik zirvələrə 
səsləyirdi.  Ümumiyyətlə  o,  romantikadan  həmişə  romantik  bir  ehtirasla  danışırdı. 
Bütün  sovet  ədəbiyyatında  M.Qorkidən  sonra  romantikanın  böyük  bayraqdarı 
Səməd Vurğun idi! 
Poeziyanın "Vurğunlu tribuna" obrazına üçüncü bir xitabət kürsüsünü də əlavə 
etmək  olar:  şair  "Ölüm  kürsüsü"  əsərində  bolqar  öndəri  Dimitrovu,  "Zəncinin 
arzuları"nda isə rəssam zəncini xitabət və ittiham kürsüsündə təsvir edir. 
Nəhayət,  onun  özünün  Londondakı  ziyafət  kürsüsündən  dünyaya  yayılan  gur 
səsi,  romantik  portreti  realist  bir  qələmlə  şeirdə  həkk  olundu.  K.Simonovun 
"Dostum  Səməd  Vurğunun  Londondakı  ziyafətdə  nitqi"  adlı  məşhur  şeri 
"Vurğunlu tribuna" obrazını rus poeziyasında da yaratdı. 
Bu yüksək tribunadan o, uca fikirlər, işıqlı, qanadlı ideallar təbliğ və tərənnüm 
edirdi.  Lakin  "sovet  poeziyasının  problemlərini"  şair  yalnız  yüksək  xitabət 
kürsülərindən  söylədiyi  elmi-nəzəri  çıxışlarda  həll  etmirdi.  Vurğun  ilhamının  ən 
uca  orbiti  poeziyanın  səması  idi:  o,  hələ  "Muğan"  poeması  ilə  özündən  sonrakı 
poetik perspektivin - Tvardovskinin və Yeqor  sayevin gələcək epik axtarışlarının 
—  "Üfüqlərdən  üfüqlərə"  və  "Yaddaşın  məhkəməsi"  üslubunun  ilk  özül  daşlarını 
qoyur. Elmi-texniki inqilabın təbiət əleyhinə çevrilən nəticələrinə qarşı poeziyanın 
böyük  üsyanını  elan  edir.  XX  yüzilin  təbiəti  müdafiə  salnaməsinin  ilk  səhifəsinə 
məhz  Səməd  Vurğunun  "Muğan"  poemasındakı  ceyranın  emblemini  həkk  etmək 
lazımdır. 
Daha  sonrakı  poemasında  -  "Zamanın  bayraqdarı"nda  Səməd  Vurğun  sovet 
hakimiyyəti  dövründə  həqiqi  istedadın  həmişə  qarşılaşdığı  böyük  bədii  çətnliyi 
yenidən  və  uğurla  həll  edir:  mühüm  ideoloji  sosial-tarixi  mövzunun  konyunktur 
çərçivədə "adi siyasi təfsir"ini yox, əsl fəlsəfə və poeziya səviyyəsində həllini verir. 
Repressiya dövrünün ən sərbəst sulı o illərdə Vurğun poeziyasından eşidilir: "Qalib 
gələcəkmi  cahanda  kamal!".  Həm  qədim  intibahın,  həm  də  bizimlə  çağdaş  illərin 
bu Hamlet sualnı o, " nsan" dramında əsl bir Tolstoy vüsəti ilə XX yüzilin "Hərb 
və sülh"ü barədə bədii və fəlsəfi düşüncələr əzəməti ilə  yenidən, özü də hamıdan 

________________________Milli Kitabxana________________________ 

 
ə
vvəl irəli sürür! Bu gün həmin mövzu xüsusilə aktual səslənsə də, sonrakı ikinci 
" nsan"ı səhnəmiz və poeziyamız hələ də gözləməkdədir. 
Səməd  Vurğunun  poeziyası  da,  bioqrafiyası  da  bilavasitə  xalqın  tarixinin  və 
taleyinin  iradəsidir.  Onun  gəncliyi  müsibətdə,  ölüm  və  qanlı  keçmişindən  ayrılan 
və əzablar içində təzədən doğulan ölkənin ilk gəncliyi ilə eyni tarixi dövrə təsadüf 
edir.  Yenj  epoxa  ictimai-siyasi  həyatda  aprel  çevrilişi  ilə,  çağdaş  milli  poeziyada 
isə  Səməd  Vurğunla  və  onun  təmsil  etdiyi  ədəbi  nəsillə  başlayır.  Şəxsiyyətinə  və 
yaradıcı  lığma  məxsus  bədii  və  inqilabi  miqyaslar  şairin,  bütünlükdə  milli 
poeziyanın  da  bioqrafiyasında  tarixi  yerini  və  xidmətini  müəyyənləşdirir. 
Nizaminin və Xaqaninin, Nəsiminin və Füzulinin, Vaqifin və Sabirin böyük varisi 
və xləfi rolunda indi o tayda Şəhriyar, bu tayda Vurğun çıxış edirdi! 
Azərbaycan xalqının milli-ictimai düşüncə, əxlaq və mənəviyyat, bədii təfəkkür 
və  intellekt  ənənəsi  XX  yüzilin  ortalarında  öz  təkrarsız  əksini  bu  bədii-tarixi 
fenomendo  -  Səməd  Vurğun  poeziyasında  tapır.  Qanadlı  və  romantik  bir 
vətəndaşlıq  amalına,  bədii-estetik  və  ləlsəfi  ideala  xidmətdə  miqyaslı,  qlobal 
meyarlar və hüdudlar onu yalnız böyuk sələfləri ilə yox, həm də böyük müasirləri 
ilə müqayisə edəndə görünür, 
Xüsusən, o dövrün böyük romantik ənənəsi hamıdan çox Səməd Vurğunun adı 
ilə  bağlı  idi.  Füzulidən  və  Hafizdən,  Bayrondan  və  Puşkindən,  Əbdülhəqq 
Hamiddən  və Namiq Kamaldan, Məhəmməd Hadidən və Hüseyn  Caviddən sonra 
romantik  poeziyada  ən  böyük  yeri  Səməd  Vurğun  tuturdu.  Romantika  ona,  o, 
romantikaya  yaraşırdı.  Poetik  ərşə  və  zirvəyə  yüksəltdiyi  Vaqiflə,  Fərhadla, 
Ş
ahbazla birlikdə o, özü də romantik ucalığı və zirvəyə yüksəlirdi. 
Özünün möhtəşəm nəzəri-estetik irsində və poeziyasında Səməd Vurğun bütün 
sovet  ədəbiyyatının,  dünya  və  Şərq  şerinin  problemlərini  həll  edirdi.  Sovet 
dövründə yeganə şair idi ki, xaricdəki, Londondakı çıxışına K.Simonov özü poema 
həsr  etmişdi.  Bütün  keçmiş  sovet  məkanında  poetik  fikrin  axtarışı,  hərəkəti  və 
perspektivliyi  haqda  manifesti  -  II  Qurultayda  hesabat  məruzəsini  ona  etibar 
etmişdilər. 
Səməd  Vurğunun  müharibədən  sonrakı  ilk  epik  dastanları  ("Leninin  kitabı", 
"Muğan",  "Aygün",  "Zamanın  bayraqdarı"  poemaları)  xalis  mündəricə,  bilavasitə 
movzu, obraz, ideya və fikir baxımından olmasa da, sənətkarlığın, poetikanın, bədii 
dil  və  üslubun  nəzərə  çarpacaq  dərəcədə  yeniliyi,  novatorluğu  baxımından  həm 
özünün,  həm  də  bütünlükdə  poeziyanın  inkişafında  yeni  mərhələnin    əsərləri  və 
hadisələri  kimi  səslənirdi.  Növbəti  mərhələ - 
  

________________________Milli Kitabxana________________________ 

 
altımışıncı  illər  -  bir  də  məhz  bədii  poetikada,  sənətkarlıqda  bu  nümunələrin 
imkanları zəminində formalaşa bildi. 
Dövrün  hakim  siyasi  ideya  dəbinin,  sosioloji  ritualın  onlarda  bu  və  ya  digər 
dərəcədə  öz  əksini,  izini  tapmasına  baxmayaraq,  bu  əsərlər  hamısı  həmin  illərin 
fitri istedad, sənətkarlıq səviyyəsinə qalxan poeziya  hadisələri, şerin daha sonrakı 
möhtəşəm  qalasının  bürcünə  va  divarına  qoyulan  daşlar  idi.  Bu  qalanın  bu  və  ya 
digər  divarını,  bürcünü,  tağını  uçurmadan,  onların  heç  birini  şerimizin 
xarakterindən  silmək,  binasından  qoparıb  atmaq  olmaz.  Zamanın  tarixi  salnaməsi 
olmaqla  yanaşı,  onlardan  hər  birinin  bədii  möhürü  və  izi  bugünkü  tərəqqinin  də 
sənətkarlıq uğurlarında yaşayır. 
Bədii  dildə,  üslubda  belə  bir  təmizlənmənin  ("katarsisin"),  xüsusilə  qabarıq 
nümunəsi isə Səməd Vurğunun son fəlsəfi şeirləri idi. "Şair, nə tez qocaldın sən?!", 
"Gödəkçə",  "Unudulmuş  təkməzar",  "Mən  tələsmirəm"  kimi  nümunələr  hamısı 
ustad  şairin  həsrət  məqamından  ("Körpünün  həsrəti"  şerindəki  ayrılıq 
körpüsündən)  keçdikdən  sonra  yazdığı  nümunələr  idi.  Hələ  "Komsomol 
poeması"ndan,  "Zəncinin  arzuları"ndan,  "Ölüm  kürsüsü"ndən,  "Aygün"dən, 
"Muğan"dan  formalaşan  və  həqiqi  epizm  səviyyəsinə  qalxan  gərgin  psixoloji 
fabula, fikrin, dramatizmin va emosiyanın süjeti burada son həddə çatır və həmin 
nümunələri klassik miniatür şedevrə çevirirdi: 
 
Sellərdən, sulardan yeyin axsam da,  
Ş
imşəklə yanaşı göydə çaxsam da.  
Nə şadlıq səyirtsin atını, nə qəm,  
Heç yana, heç yerə mən tələsmirəm. 
 
Bütün  bu  nümunələr  hamısı  birlikdə  həyatın  dərkində  yeni  imkanlar  axtaran 
poetik  təfəkkürün  altmışıncı  illərə  doğru  yolda  artıq  arxada  qoyduğu  ilk  sınaqlar 
idi. 
Hər  halda  gərək  unutmayaq  ki,  hətta  "Zamanın  bayraqdan"nda  da  bizimlə 
danışan,  əslində  poeziyanın  bayraqdandır.  Və  həmin  poema  dövrün  ədəbi 
zirvələrindən birini təşkil edən şeir incisi, peşəkar bədii sənət hadisəsidir. Sənət isə 
ideologiyadan həmişə yüksək, həmişə dərindir. 
Ritorika ilə, ehkamla kəmistedadlıq həmişə bir yerdə olur. Konyunktura adətən 
orta  intellektə  yol  tapır.  Hakim  ehkama  və  dəbə  yalnız  ortabab  açıq  olur. 
Qrafomanın  özünü  təsdiq  edə  bilməsi,  irəli  getməsi  üçün  ayrı  imkan  və  vasitə 
ə
slində  heç  olmur  da.  Əsl  istedadın  (fenomenin!)  qələmində  isə  hətta  vulqar 
ehkamın, bolşevik ritorikanın da hədəfi və predmeti, normativ istilah sistemi, rəsmi 
ə
dəbi  mənada,  tərənnüm  leksikonu  nüvədə,  alt  qatda  (obrazlı,  fəlsəfi  mənada  və 
məzmunda!)  hərfi  məzmundan  və  sənətə  yabançı  tullantıdan  mütləq  təmizlənir, 
böyük sənətin hədəfinə, fitri poetik stixiyanın 
 

________________________Milli Kitabxana________________________ 

 
  
predmetinə  çevrilir.  Məsələn,  elə  həmin  Səməd  Vurğuna  məxsu  istedadın,  poetik 
təfəkkürün  əsl  miqyası  və  möhtəşəmliyi  məşhur  "Dünya"  və  "Yadıma  düşdü" 
rədifli  qoşmalarda  yox,  məhz  "Zamanın  bayraqdarı",  "Komsomol  poeması", 
"istiqbal təranəsi" tipli böyük bədii strukturlarda axıra qədər gerçəkləşir və sonacan 
ə
yani  gorünür.  Həmin  əsərləri  zamanın  tozlu  arxivinə  verməyə  tələsmək  lazım 
deyil.  Əksinə,  zamanın,  günün  tozundan  yaranan  pərdəni,  empirik,  hərfi  qatı 
onlardakı  sözlərin  və  sətirlərin  üstündən  silmək,  daxildən,  içdən  gələn  saflığı 
özünün təmizlədiyi "təzə" mətni yenidən oxumaq lazımdır, bu gün əcdad Nizamini, 
Füzulini hakim rəsmi etiketdən təmizləyərək oxuduğumuz kimi! 
Nisbətən  sonrakı  nəsillərin  bu  dövrdəki  yaradıcılığına  gəldikdə  isə,  hətta 
onların bədii mətnlərinə münasibətdə də "toz silmə" əməliyyatına ehtiyac nisbətən 
az olsa da, tamam yox olmur. 
Təsadüfi  deyil  ki,  məhz  sənətkarlıq  xüsusiyyətlərinə  görə,  Azərbaycanda  ilk 
sovet poeziya məktəbi də "Səməd Vurğun məktəbi" kimi formalaşmışdı. Məhz bu 
məktəbin dərsləri bu gün də milli poeziya təhsilndə "ali kursları" təşkil edir. Onu 
ümumiyyətlə,  klassik  sovet  şeir  məktəbinin  ən  yaxşı  ənənələrindən  ayrı  təsəvvür 
etmək  mümkin  deyildir.  Belə  ki,  Səməd  Vurğun  hər  poemasında,  hər  pyesində  o 
dövrkü  "sovet  poeziyasının  problemlərini"  həll  edirdi,  dünya  şeir  hərəkatının  ən 
mütərəqqi  inqilabi  meyllərini  təsdiqləyir  və  aşkarlayırdı.  Məhz  onun  tərənnüm 
etdiyi  humanizm,  beynəlmiləlçilik  və  azadlıq  ideallarının  əsrlərdə  və  qitələrdə 
davam edən yürüşü bu sözü indi də bir daha və ucadan deməyə haqq verir. 
Səməd  Vurğun  böyük  şair  və  böyük  poeziya  təcəssümü  idi.  Müasirləri  üçün 
"Vurğun" anlayışı poeziyadan da geniş idi. Vurğunla şeir arasında təmas qarşılıqlı, 
ikitərəfli  idi:  bu  təmasdan,  hər  şey  poeziyanın,  poeziya  isə  Səməd  Vurğunun 
səviyyəsinə  qalxırdı!  Vurğunun  poeziyası  həyat,  şəxsiyyət  və  şeriyyət  adlı  üç 
dünyadan ibarət idi. 
XX  yüzilin  və  planetin  qayğıları  bu  üç  dünyaya  sığışırdı.  Vurğun  ilhamının 
poetik  məcrası,  onun  sənətkar  marağının  bədii  əhatə  dairəsi  ən  geniş  fəlsəfi 
miqyasları, coğrafi üfüqləri birləşdirirdi. 
Bütün  yer  üzündə  -  "qara  qitə"də  və  Amerikada,  Avropa  və  Hindistanda, 
Arktika  buzlarında  və  Xəzər  dalğalarında,  ərəb  səhrasında  və  Muğan  düzündə, 
Bakıda  və  Təbrizdə  baş  verən  hadisələr  hamısı  bu  şeirdə  eyni  məhəbbət, 
nigarançılıq  və  hərarətlə  qələmə  alınırdı.  Onun  poetik  həssaslığının  səviyyəsi 
dünənlə sabah, bu günlə keçmiş arasındakı yollarda da dəyişməz qalırdı; ulu əcdadı 
Nizaminin orta əsrlərdən qalan ən qədim əlyazması da onun yazı stolunda eyni bir 
nəfəsin  hərarəti  ilə  isinirdi.  Ənənə  ilə  yeniliyin,  milliliklə  böyük  miqyasda 
vətəndaşlığın məhz belə bir qaynağı 
  

________________________Milli Kitabxana________________________ 
10 
 
və  vəhdəti  ona  müasirliyin  beynəlmiləlçi  bir  şairi  və  mütəfəkkiri  kimi  ittifaq  və 
dünya şöhrəti qazandırdı. 
Ş
übhəsiz  ki,  o,  hər  şeydən  əvvəl  Azərbaycan  xalqının  öz  milli  qəhrəmanlıq 
keçmişinin və ağrılı, dramatik bu gününün nəğməkarı idi. 
Hər şerində Vurğun - eyni vaxtda üç qatda, Azərbaycan, Dünya və Tarix adlı üç 
məkanda  yaşayan  filosofdur.  Onu  bu  və  ya  digər  məhdud  zamanın  konyunktur, 
ibtidai,  merkanlilist  süzgəcinə  salıb,  ona  orada  qiymət  vermək  ən  böyük 
məhdudluq  olardı.  Sözlərin,  sətirlərin  adi  mənası  bu  obrazın  ancaq  görünən  qatı, 
səthi və zahiri tərəfidir. 
Səməd  Vurğunda  nisbi  həqiqətlərin  hər  birindən  qlobal  həqiqətlər  görünür. 
Bədii  düşüncədə  ən  vulqar,  ehkamçı,  unitar  dövrün  ən  sərbəst  fəlsəfi  sualım 
poeziyada  Səməd  Vurğun  verib:  "Qalib  gələcəkmi  cahanda  kama!",  zorakılıq, 
repressiya,  "kazarma  sosializmi"  deyilən  dövrün,  kamalın  -  yəni  marksizmin  qəti 
qələbəsi sayılan epoxanın Hamlet sualı, Tolstoy “Hərb və sülh” ü, həm bəşəri, həm 
də  ilahi  komediyası  " nsan"  faciəsi  idi.  Zamana  Gete  və  Faust  xitabını  da  yeni 
ş
eirdə məhz Vurğunun dilindən eşidirik: 
 
Bu dünyaya neçə dəfə keçib sonradan,  
Öz elimlə uzadaydım günün ömrünü. 
 
O, yer kürəsinə sığmırdı, "sovet ideologiyasına" necə sığa bilərdi? Sonsuzluğa, 
intəhasızlığa sığmırdı, "bolşevik sxolastikaya" necə sığa bilərdi? 
Ş
air  cahana  sığmayan  ruhunu,  sərhədsiz  düşüncəsini  sıxdığı  üçün  zamana 
üsyan edir, faniliyi və müstəqilliyi üçün vaxtın (!) özünü qınayır: 
 
Uzadaq ömrünü hər bir anın da  
Yel kimi ötməsin vaxt üstümüzdən! 
 
Yaxud: 
 
Bulud tez keçməsin başımın üstdən,  
Çay da yavaş axsın sular boyunca.  
Qoy dünya böyüsün, zaman uzansın,  
Bir günün ərzində aylarla yansın  
Al günəş gözündən nur yağa-yağa.  
Ömrün kitabını tamamlamağa  
Çox da can atmasın əlimdə qələm.  
Bu saat, bu dəm  
Heç yana, heç yerə mən tələsmirəm. 
  

________________________Milli Kitabxana________________________ 
11 
 
Təkcə tələsən vaxtı yox, hətta tələsən fırçanı, qələmi təhdid edir: 
 
Ömrün kitabını tamamlamağa  
Çox da tələsməsin əlimdə qələm. 
 
Nəhayət, bütün tələsənləri, dünyaya bütün kəmfürsət və kəmhövsələ baxanları 
giley hədəfi edir: 
 
...Qoy uzansın gecə, geciksin səhər, 
...Bu saat bu dəm  
Heç yerə, heç yana mən tələsmirəm. 
 
Tamlığa,  sonsuzluğa  o,  yalnız  ömür  adlı  zamanda  yox,  həm  də  "Azərbaycan" 
adlı məkanda, Vətəndə nail olub. 
Ə
n  mükəmməl  "Azərbaycannamə"  -  40-60-cı  illər  şerində  hamıdan  çox 
Vurğunun poeziyasıdır. Könül və can kimi Vurğun və Azərbaycan da bu şeirdə bir 
yerdədir:  "Ayrılarmı  könül  candan,  Azərbaycan,  Azərbaycan".  Onu  bir  (janr,  bir 
oğul  kimi  yaradan  Azərbaycanı  o,  şeirdə  yenidən  yaradır.  Milli  himn  şəklində, 
"Muğan"  şəklində,  "Bakının  dastanı",  "Aslan  qayası"  şəklində,  hətta  "Lökbatan" 
şə
klində!  Muğanın,  Bakının,  Lökbatanın  ikinci  dastanı  bu  tamlıqda,  bu 
möhtəşəmliklə daha heç kəsdə yoxdur. 
Digər tərəfdən, Azərbaycanın şeir dilini Vurğun yenidən yaradır. Bu tamlıqda, 
duruluqda,  saflıq  və  gözəllikdə  Azərbaycan  türk  şeir  dili  o  illər  hamıdan  çox 
Vurğuna xas idi. 
Nəhayət, Azərbaycanın qəhrəmanlıq keçmişinin ruh və yaddaş tarixinin şeirdə 
ə
n  mükəmməl  salnaməsini  o  illər  yenə  hamıdan  kamil  məhz  Səməd  Vurğun 
yaradır:  Zərdüştün,  Hürmüzün,  Şirinin,  Fərhadın,  Vaqifin,  Söhbətin,  Şahbazın 
obrazları səhnədən bizim tarixə məhz Vurğunun dili və sözü ilə daxil olur. 
Sovet  dövrü  ədəbiyyatında  həqiqi  milli  xarakterin,  realist  zadəgan-kübar 
(mülkədar)  obrazının  ilk  tutumlu  nümunəsi  sayılan  Cahandar  ağanın  da  ( smayıl 
Ş
ıxlı, "Dəli Kür") daha qədim, ilkin Gəray bəy mənşəyini Səməd Vurğunda tapmaq 
olar.  Poemada  ("Komsomol"  poeması)  romantik  Cəlal  şərəfsiz  və  qəddar 
Kəbleyinin  qurşun  yağmuruna  hədəf  olur,  amma  Gəray  bəyin  özünü  Səməd 
Vurğun  "Komsomol  qurşunu"  ilə  öldürmür;  onu  Humayın  teyfi  Kürdə  qərq  edir. 
Bu, Gəray bəyin hətta ölümünə şairin rəğbətinin ifadəsi idi. 
  

________________________Milli Kitabxana________________________ 
12 
 
* * * 
 
Səməd  Vurğunun  adı,  şaxsiyyəti,  milli,  poetik  "mən"i  ilə  ən  çox  bağlı  əsər 
"Vaqif" dir. 
Tarixən Vaqifin həm də dövlət xadimi kimi Azərbaycan ədəbi-ictimai fikrinin 
inkişafında  görkəmli  xidmətləri  olmuşdur.  Şair  Vaqif  poeziyada  realist  xəlqiliyin 
milli-etnoqrafik  koloritin  və  xalis  dünyəvi  nikbinlik  fəlsəfəsinin  bərqərar 
olmasında  müstəsna  rol  oynamışdır.  Qarabağ  xanlığının  vəziri,  ayıq  va  müdrik 
dövlət  xadimi,  alim,  Zaqafqaziya  xalqlarının  doslluğunun  carçısı  və  Avropaya 
rəğbətin  ilk  tərəfdarlarından  biri  kimi  də  Vaqifin  tarixi  siması  işıqlı  və 
cazibədardır.  Bütün  bu  keyfiyyətlər  ümumiləşdirilmiş  və  Səməd  Vurğun 
Azərbaycan  sovet  dramaturgiyasında  Xəyyamdan  sonra  ikinci  böyük  şairin 
romantik bədii obrazını yaratmışdır. 
Süjetin  mərkəzində  qüvvətli  şəxsiyyətin  durmasına  baxmayaraq,  hadisələr 
miqyaslı  xalq  dramı  və  sosial  dram  məcrasında  cərəyan  edir.  Pyes  boyu  sanki 
güclü  yeraltı  təkanın  uğultusu  kəsilmir,  uzun-uzun  illər  feodal  hakimlərin  zülm 
etdiyi  məzlum təbəqələrin  səbr kasasının daşacağı anı tamaşaçı intizarla  gözləyir. 
Lakin "Vaqif" - həm də şair və onun taleyi barədə dramdır. Pyesdə "şairin taleyi"- 
elin taleyinə qaynayıb qarışır. Vurğun Vaqifi xalqa, elə arxalanır, onun qəhrəman, 
zəhmətkeş və sənətkar oğullarına qarşı təşkil edilən və planlı şəkildə idarə olunan 
hakim  zorakılıqla  barışmır,  təkcə  öz  mövcudluğu  ilə  hər  cür  fiziki  və  mənəvi 
müstəbidliyə müqavimət göstərir. Müstəbid və ziyalı problemi həm Vaqif-  brahim 
xan, həm də Vaqif  Qacar xətlərində qoşa davam etdirilir. Bu xətlərin hər ikisində 
tarixi  təfərrüatla  yanaşı  müasir,  fərdi-avtobioqrafik  məqamlara  da  aşkar  işarələr 
var.  Nəzərə  alsaq  ki,  "Vaqif"  1937-ci  ildə  yazılıb  və  1938-ci  ilin  5  oktyabrında 
tamaşaya qoyulub, onda burada təsvir olunan XVIII əsr hadisələrində 1937-ci ilin 
"podteksti"ni də tanımaq çətin olmaz. 
"Xanlar"  (1939)  dramında  şair  artıq  yaxın  keçmiş  -  Bakı  proletariatını  tarixi-
inqilabi  mübarizəsi  mövzusuna  müraciət  edir  və  məşhur  inqilabçı  Xanlar 
Səfərəliyevin  surətini  yaradır.  XVIII  əsrin  şairi  və  cəngavəri  kimi,  XX  yüzllliyin 
Bakı  fəhləsi  də  əslində,  mahiyyatcə  geniş  xalq  kütləsinin  milli-mənəvi  və  ictimai 
mənafeyinin  təmsilçisi  olaraq  qalır.  Lakin  hadisələrin  bədii  rəsmində,  üsyana 
qalxan xalqın taleyi və mübarizəsinin bolşeviklər partiyasının inqilabi fəaliyyəti ilə 
sıx  əlaqədə  təsviri,  xüsusən  Koba  surətinin  ideya  şərhində  şəxsiyyətə  pərəstiş 
kultunun o illərə xas ədəbi stereotipləri də aşkar şəkildə özünü göstərir. "Xanlar" - 
tarixi koloritli, obrazlı-fəlsəfi miqyası ilə "Vaqif" səviyyəsinə qalxmasa da, tarixi-
inqilabi  mövzunun  romantik-epik  həlli  istiqamətində  dövrün  axtarışlarnı  əks 
etdirən orijinal bir nümunə kimi əhəmiyyətini qoruyub saxlayır. 
  

________________________Milli Kitabxana________________________ 
13 
 
Digər tərəfdən, "Xanlar"ı "Vaqif"lə və bütünlükdə Vurğunla birləşdirən əsas tel 
burada Xanlar deyil, bəlkə doktor Söhbətdir. Şairin əbədi-əzəli əxlaq, vicdan idealı 
və mövqeyi burada məhz onun simasında öz davamını və inkişafnı tapır: 
 
Yoxdur məslində nə ölüm, nə qan,  
Vicdan düzəkləcək həyatı, vicdan!.. 
 
"Xanlar"ın  bir  fəlsəfi-ideya  dramı  kimi  ən  güclü  cəhəti  -  Söhbətlə,  ən  zəif 
cəhəti  -  Şaumyanla,  Koba  ilə,  Vanya  ilə  bağlı  cəhətlərdir.  Onların  adları  kimi, 
özleri də əsərdə yad səslər, xarici notlardır. 
"Vaqif"də  Vidadi  Tanrıya  üsyan  etdiyi  kimi,  "Xanlar"da  da  Söhbət  Vətənə 
xitab və etirafını bildirir: 
 
Ə
gər gec tapdınsa haqqın yolunu,  
Bağışla, ey Vətən, şair oğlunu! 
 
Vidadi nahaqqa üsyan və etiraz kimi, bir anlığa Tanrıdan "üz döndərməkdə" nə 
qədər haqlı idisə -Söhbət də mənəvi-milli dəyərlərdən üz çevirməkdə, bolşevik qan 
və sinif təliminə iman gətirməkdə bir o qədər haqlı idi. 
Lakin  şair  özü  kommunist  dünyagörüşü  üçün  "bağışla,  vətən"  etirafı  ilə  xalqa 
xitab etməyib. Bu, doğru da olmazdı. Kommunizmin ideologiyasının mədhi altında 
öz ənənəvi-milli fəlsəfi kredosunu Vurğun alt qatda həmişə qoruyub saxlayırdı. 
Eyni  sözləri  " nsan"  dramı  və  Şahbaz  obrazı  barədə  demək  olar.  " nsan"da 
Hürmüz-Əhrimən,  xeyir-şər,  Odisseya,  Faust,  Hamlet  sualı  və  fəlsəfəsi  ilə  bağlı 
ə
bədi  düşüncə  davam  edir.  Əql  (Şahbaz),  Qılınc  ( slam),  Əxlaq  (Səhər)  üçlüyü 
hətta Şərq irfan və təsəvvüf idealını yada salır. 
" nsan"  haqqında  ədəbi  tənqidin  səhifələrində  "Qalib  gələcəkmi  cahanda 
kamal?" - sualını primitiv sayıb, Şahbazı isə fəlsəfə maraqlısı sayanlar da, onu XX 
yüzilliyin  Habili,  Fauslu.  Hamleti  hesab  edənlər  də  olub.  Şübhəsiz,  həqiqələ 
ikincilər daha yaxın olub. 
Ə
sər  -  müharibədən  otuz  il  sonranın  təsviri  ilə  bitir  -  beynəlmiləl,  ideal 
"Qardaşlıq şəhəri"nin! Otuz yox, altmış il keçib, amma şair xəyalının utopik şəhər 
axtardığı  eyni  ərazidə,  coğrafi  məkanda  bu  gün  biz  məhz  "qardaşlıq  şəhərinə" 
parodiya  olan  "işğal  şəhərlərini"  görürük.  Elə  bu  gerçəklik  özü  "Qalib  gələcəkmi 
cahanda kamal?" sualına həyatın özündəki bir cavabdır. 
"Fərhad və Şirin" (1941) dramatik poeması isə Səməd Vurğun sənətinin şəksiz 
uğurları  sırasına  daxildir.  1941-1945-ci  illər  müharibəsinin  ən  ağır,  dramatik  bir 
çağında şair sanki həm məzmun, həm də tarixcə zamandan uzaq 
  

________________________Milli Kitabxana________________________ 
14 
 
bir keçmişə müraciət edir, lakin müasir və aktual, romantik və vətənpərvər bir əsər 
yaradır.  Şərq  şerinin  klassik  eşq  dastanına  müəllif  yeni  məna  verir  və  bu  zaman 
süni, zahiri, modern ifratlardan təmamilə yan keçə bilir. 
Səməd Vurğun məhəbbət süjetinin əxlaqi mahiyyətini ön plana çəkərək, müasir 
bir sosial-vətənpərvərlik istiqaməti aşılayır. Fərhad - qudrətli daşyonan-memardır. 
Vətənə,  xalqa  məhəbbəti  yolunda  çapa  bilməyəcəyi  qaya  və  dağ  yoxdur.  Eyni 
qayaları  Fərhad  külüngü,  Azər  baba  isə  müdrikliyi  ilə  fəth  edə  bilir  və  bu  iki 
silahın  hər  ikisi  torpağın,  Vətənin  ağır  günündə  xalqa  eyni  dərəcədə  lazım  olur. 
Səməd Vurğun Şirin naminə  eşq rəqabətinin də mənasına yeni sosial çalar artırır. 
Ş
irini sevən Xosrov qanlı bir fateh,  müstəbid və tirandır. Fərhadın qoruduğu qala 
isə  Vətənin  namusunu  yad  əllərdən  və  nəfəsdən  qoruyan  bir  məhəbbədir.  Vətən 
qızı Şirinin də məhəbbətində ikilik yoxdur. Onun Xosrova və Fərhada münasibəti 
tərəddüdsüz  olaraq  yeganə  meyarda  -xalqa,  torpağa  məhəbbətlə  müəyyənləşir. 
Nizamidə  qəhrəman  -  Şirin  aşiqi  Xosrov,  Vurğunda  qəhrəman  -  Fərhad  aşiqi 
Ş
irindir. 
Məhəbbətdə  də  şah  olmaq  istəyən  Xosrov  məğlub,  eşqinə  qul  olmağa  hazır 
Fərhad qalib gəlir. 
Eşq  və  hakimiyyət  problemi,  hakimiyyət  əlində  əsil  sənət  problemi  (Şapur), 
mənəvi yoxsa fiziki güc qarşıdurması mövzusu - bunlar müxtəlif fəlsəfə idi. Dövr 
üçün dağ yaran Fərhadla qala tikən Fərhad arasında fərq də mənalı idi. 
 
* * * 
 
Ömrünün  son illərində şairi əbədi insani problemlər, həyatın və taleyin fəlsəfi 
və tragik  məqamları düşündürür. O, ömrün amansızcasına  tez ötüb  keçdiyini  hiss 
edir,  lakin  həyat  eşqini,  fəlsəfi  nikbinliyini  yenə  də  itirmir.  Əksinə,  əsl  bir  dirilik 
aşiqi və Faust təmkini ilə bir daha və ucadan bildirir ki, "heç yerə, heç yana mən 
tələsmirəm". 
Görkəmli  ədiblərdən  biri  deyir  ki,  ölüm  sənətkar  həyatına  əlyazmasının  son 
səhifəsi  kimi  daxil  olmalıdır.  "Gödəkçə",  "Şair,  nə  tez  qocaldın  sən?".  "Yada  sal 
məni",  "Mən  tələsmirəm"  hələ  təzə  başlanan  yeni  bir  əlyazmasının  sonu  yox,  ilk 
səhifələri idi. Yeni sosial, mənəvi əxlaqi mühitlə birlikdə yenidən doğulan Səməd 
Vurğunun  ilk  proqram  şeirləri  idi.  Səməd  Vurğunun  yenidənı  doğumu  ilə  ölümü 
eyni vaxta düşmüşdü - bəlkə də bu, Azərbaycanda milli poeziyanın tarixində böyük 
təbii ədalətsizlik və faciə ifədə edən ən dramatik məqamlardan biridir. 
Lakin bütövlükdə Səməd Vurğun  fenomeni poeziyanın ölümə qalib gəldiyinə, 
ə
bədi yaşadığına nümunə kimi daha mənalı və nikbin bir həqiqətin ifadəsidir. 
 
  
  

________________________Milli Kitabxana________________________ 
15 
 
* * * 
 
Bu  gün  müasir,  azad,  suveren  Azərbaycanda  milli  idealın,  ideoloji  və  mənəvi 
həyatın  bütün  sahələrində  qlobal  siyasətin  baş  xəttinə  çevrildiyi  bir  dövrdə 
Vurğunun poeziyası öz tarixi vətəndaşlıq missiyasını bir daha, yenidən təkrar edə 
bilir. Məhz əxlaq və mənəviyyat saxtalığına, mənəvi ətalətə qarşı bədii mübarizədə 
həmişə  cəngavər  və  sərkərdə  şairin  mübariz  poeziyası,  onun  xalqa  və  Vətənə, 
ictimai  ədalət  və  humanizm  ideallarına  romantik  və  fədakar  bir  sədaqətlə  xidmət 
edən  siqlətli,  monumental  qəhrəmanları  bu  gün  də  müasir  ideoloji  döyüşlərdə 
bizimlə bir sırada addımlaya və vuruşa bilirlər. 
Səməd  Vurğun  Vətən  və  poeziya  sözlərini  həmişə  bir  yerdə,  sinonim  kimi 
işlətmiş, bir sənətkar və ictimai xadim kimi bu təlimin cəngavər carçısı, əsgəri və 
sərkərdəsi  olmuşdur.  Odur  ki,  bu  gün  "Vurğun"  sözünün  özünü  də  "Vətən"  və 
"poeziya"  sözlərinə  qaynayıb-qarışmış  şəkildə  görürük.  Onları  da  bir-birindən 
ayırmaq  qeyri-mümkündür.  Nə  üçün?  Çünki,  yenə  də  şairin  öz  sualı  ilə  cavab 
vermək olar: "Ayrılarmı könül candan!" 
 
Yaşar Qarayev 
Bakı, 2002-ci il 
  

________________________Milli Kitabxana________________________ 
16 
 
 

________________________Milli Kitabxana________________________ 
17 
 
CAVANLARA X TAB 
 
Mənim düşkün könlüm sizdən eləyir  
Bu fərz
*
 olan təmənnanı, cavanlar.  
Unutmayın bəşər sizdən diləyır,  
Elm, ədəb, həm irfani, cavanlar. 
 
Bəşər gülşəninin bülbülüsünüz,  
Ş
anlı firqəmizin sağ əlisiniz,  
Zalım əllilərin cəlladısınız,  
Dəvasızların dərmanı, cavanlar. 
 
Carəsız dərdlərə çarə etməyə, 
Quşu vurub həm imdada yetməyə,  
Həyatı ağ, nə kı qarə etməyə  
Sərf ediniz hər zamanı, cavanlar. 
 
Yaşayarsa bəşər, yaşar sizinlə,  
Soğulmuş

 çeşmələr axar sizinlə,  
Zalımlar geridən baxar, sizinlə  
nqilabın qəhrəmanı, cavanlar. 
 
Çünki tələb edir zavallı bəşər,  
Gərək keçə sizdən ona bir əsər.  
Yoxsa qan ağlayar yenə sərbəsər,  
Olmaz da dərdinə çarə, cavanlar. 
 
stəsəniz, ölkəmiz, abad olar,  
Ellərin məhbusları azad olar,  
Onda da Vurğunun könlü şad olar, 
Verər sizə can qurbanı, cavanlar. 
 
1924 
 
 
                                                           
*
Vacib, zəruri  

Qurumuş, tutulmuş 
 

________________________Milli Kitabxana________________________ 
18 
 
 
  
MAYDAN 
 
...Haman  sənə  məhəl-məmuriyyətim
*
  olan  Köçəsgər  kəndindən    180 
rübləyə bir maydan at almşam. Bu qiymətə həqiqətən layiq idi öz rahat yerişi ilə. 
Pis  və  mənfi  xasiyyətlərindən  birisi  də  bu  idi:  daima  qaçıb  kəndin  bağ-bostan  və 
pambığını tələf edirdi. Kəndçilər də deyirdi: 
- A müəllim, atını qoyma! A müəllim, atını qoyma! 
Doğrusu şu

 hərif bana

 çox xəcalət verirdi. Əlavə, hər cün, kənd sözü, obaşdan 
obaşdan  durub  cənabənin  hörüyünü  dəyişmək  məni  yuxusuz  qoyduğundan  ağzım 
Allahda idi ki, bu zalım itib, ya da tələf olsun. Bir səhər tezdən, adətim üzrə, bunun 
hörüyünü  dəyişməyə  qalxdım.  Qalxdım  nə  gördüm?  Maydan  yoxdur.  Üstünə 
yüngüllük, elə bil ki, zindandan qurtuldum. Görək bu hicrana şair nə dedi: 
 
 
Səhərdən axşama gəzdim hər yanı,  
Bilməm nerdə başı bəlalı maydanı?  
Dolaşdım piyada bütün obanı,  
Səni də görmədim vəfalı, maydan!.. 
 
Gözündən ki getdin bir axşam çağı,  
Taladın bütüncə bostanı, bağı.  
Çədkin ciyərimə alosman dağı,  
Olasan gözündən yaralı, maydan. 
 
Söylə, gəzdin hansı dağı, dərəni?  
Bəni düzdə qoyub aşdın bərəni

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin