________________________Milli Kitabxana________________________
1
________________________Milli Kitabxana________________________
2
SƏMƏD VURĞUN
SEÇ LM Ş
Ə
SƏRLƏR
BEŞ C LDDƏ
I C LD
"ŞƏRQ-QƏRB"
BAKI-2005
________________________Milli Kitabxana________________________
3
Bu kitab "Səməd Vurğun. Əsərləri. Yeddi cilddə. I cild"
(Bakı, Elm, 1985) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır
Tərtib edəni: Aslan Salmansoy
Redaktoru: Aybəniz Vurğunqızı
894.361 - dc 21
AZE
Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb",
2005, 264 səh.
Dədə Qorquddan gəlib Qurbanidən, Aşıq Abbasdan, Sarı Aşıqdan, Aşıq Ələsgərdən keçən yolun
boyük bir zirvəsi xalq şairi Səməd Vurğundur. O, elə xoşbəxt sənətkarlardandır ki, ömrü yaratdığı şeir,
həyatı danışdığı dil qədər yaşarıdır.
Səməd Vurğun Vətənin və poeziyanın yaddaşında təkrarsız poetik şəxsiyyət, milli və beynəlmiləl
ictimai xadim, elm və sənət təşkilatçısı, qeyri-adi şair, dramaturq, mütərcim və mütəfəkkir kimi yaşayır.
Xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatnı bizə yaxın ən böyük körpüsü sayılan ölməz sənatkar əsasən
heca vəznində yazdığı şeirləri və dram əsərləri ilə dilimizin bütün zənginliyindən və şirinliyindən
bəhrələnərək dillər əzbəri olan poeziya örnəkləri yaratmışdır. "Azərbaycan"ı yurdumuzun poetik
tərənnümünə çevrilən ustad sənətkarın xalq şeri səpkisində yazdığı qoşmaları, əruz vəznində lirik
qəzəlləri, ictimai-siyasi və fəlsəfi mövzulu bir çox şeirləri ədəbiyyatımızın qızıl fonduna daxil
olmuşdur.
Səməd Vurğunun "Seçilmiş əsərləri"nin bu cildində qüdrətli şairin 1924-1937-ci illərdə yazdığı
ş
eirlər toplanmışdır.
ISBN 9952-418-44-X
© "ŞƏRQ-QƏRB", 2005
________________________Milli Kitabxana________________________
4
________________________Milli Kitabxana________________________
5
AZƏRBAYCAN ƏDƏB YYATININ VURĞUN DÖVRÜ
Məni yelkən kimi qərq etsə də dəryada zaman,
Vurğun öldü deməyin, bir əbədi sənəti var...
Səməd Vurğun
Azərbaycan ədəbiyyatı tarixində "sovet epoxası" deyilən dövrün böyük
poeziyasını yaradanların sırasında Səməd Vurğunun adı xüsusi ehtiramla çəkilir.
O, Vətənin və poeziyanın yaddaşında təkrarsız poetik şəxsiyyət, milli və
beynəlmiləl ictimai xadim, elm və sənət təşkilatçısı, qeyri-adi şair, draramaturq,
mütərcim və mütəfəkkir kimi yaşayır.
Səməd Vurğun (Səməd Yusifoğlu Vəkilov, 21 mart 1906-27may 1956) təkcə
ş
erimizin yox, təbiətimizin də milli timsalı idi. "Muğan" poemasını, ceyran
obrazını o, təbiət-şəhər müxalifətində ikincinin hələ "kult" təşkil eldiyi dovrdə
yaratmışdı. Folkloru və sazı, qopuzu və ozanı, təbiəti və dağları xatırladan kolorit
və əda onun həm şəxsiyystini, həm də poeziyasını eyni vaxtda ifadə edirdi.
Səməd Vurğun həmişə tribunaya da qartal kimi sinə gərərdi və bu tribuna nə
qədər uca olsaydı, Vurğun ona bir o qədər yaraşardı. Ov dalınca çıxdığı qaya
başından təbiətə boylanarkən bütünlüklə zirvələr, dağlar Vurğun ilhamının şaha
qalxdığı, at oynatdığı oylaq və meydan üçün vüsət və ucalıq ölçüsü yox idi. Şair
kosmosun fəthi dövrünü görsəydi, ayrı heç nəyi yox, məhz kosmik peyki planetə
müraciət etmək üçün, ən münasib tribuna adlandırardı və həmişə olduğu kimi,
Vurğun monoloqu belə bir tribunaya yenə də yaraşardı!
Ş
übhəsiz, Vurğun üçün ən böyük tribuna, kosmik orbitdən də uca xitabət
kürsüsü isə poeziya idi. Məhz bu tribunadan şair bütün planeti görür və bütün
planetdən görünürdü. Lakin daha mənalı olan odur ki, dünya və planet
auditoriyasına da o, həmişə "Azərbaycan" monoloqu ilə müraciət edirdi. Vətəndaş
və vətənpərvər şair üçün ana Vətənin adından uca poetik xitab yox idi.
Bir sözlə, bütün dünya bu poeziyada öz əksini tapırdı. Lakin dünyanın da
mərkəzi bu poeziyada - Azərbaycan idi!
Bir metafora kimi Azərbaycan o illərdə ən iri, ən möhtəşəm bədii əksini bu
ş
eirdə tapmışdı. "Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan" -dillər əzbəri
bir beyt bu gün də Vətənə məhəbbət etirafının riyazi düsturu olaraq qalır - "Könül
və can" bərabərdir. "Vurğun və Azərbaycan" - milli bədii fikirdə son yüzilin ən
klassik poeziya tənliyi ilə, şeirdə "Vurğun arifmetikası"
________________________Milli Kitabxana________________________
6
isə belə idi! Və həmin tənliyin ən klassik həllini də öz poeziyasında Vurğun özü
vermişdi.
Könül və can kimi, Vurğun və Azərbaycan da bir-birindən ayrılmaz idi:
"Ayrılarmı könül candan?" - bu, kiməsə, yaxud nəyəsə yönələn ritorik sual deyil,
ş
airlə vətən arasında "elani-eşq" və "əhdi-peyman" idi. Təsadüfi deyil ki, bir bədii
metafora kimi Azərbaycan Vurğuna qədər hələ heç bir şeirdə bu qədər bütöv, bu
qədər tam olmamışdı. Heç nə bu rəmzi əbədi, mənəvi vəhdəti parçalamağa qadir
deyildi.
Səməd Vurğunun qartal kimi sinə gərdiyi, səmasında pərvaz etdiyi ən uca
tribunaların biri - Yazıçılar ttifaqının ikinci qurultayının xitabət kürsüsü oldu.
Səməd Vurğun həmin kursüdən sovet poeziyasını uçmağa hazırlaşan qartala
bənzədir və bu sözləri deyərkən kürsüyə sinə gərmiş şairin özü işlətdiyi obrazın
ə
yani heykəlinə çevrilirdi. Vurğun bu qartalı daha da uzaqlara, romantik zirvələrə
səsləyirdi. Ümumiyyətlə o, romantikadan həmişə romantik bir ehtirasla danışırdı.
Bütün sovet ədəbiyyatında M.Qorkidən sonra romantikanın böyük bayraqdarı
Səməd Vurğun idi!
Poeziyanın "Vurğunlu tribuna" obrazına üçüncü bir xitabət kürsüsünü də əlavə
etmək olar: şair "Ölüm kürsüsü" əsərində bolqar öndəri Dimitrovu, "Zəncinin
arzuları"nda isə rəssam zəncini xitabət və ittiham kürsüsündə təsvir edir.
Nəhayət, onun özünün Londondakı ziyafət kürsüsündən dünyaya yayılan gur
səsi, romantik portreti realist bir qələmlə şeirdə həkk olundu. K.Simonovun
"Dostum Səməd Vurğunun Londondakı ziyafətdə nitqi" adlı məşhur şeri
"Vurğunlu tribuna" obrazını rus poeziyasında da yaratdı.
Bu yüksək tribunadan o, uca fikirlər, işıqlı, qanadlı ideallar təbliğ və tərənnüm
edirdi. Lakin "sovet poeziyasının problemlərini" şair yalnız yüksək xitabət
kürsülərindən söylədiyi elmi-nəzəri çıxışlarda həll etmirdi. Vurğun ilhamının ən
uca orbiti poeziyanın səması idi: o, hələ "Muğan" poeması ilə özündən sonrakı
poetik perspektivin - Tvardovskinin və Yeqor sayevin gələcək epik axtarışlarının
— "Üfüqlərdən üfüqlərə" və "Yaddaşın məhkəməsi" üslubunun ilk özül daşlarını
qoyur. Elmi-texniki inqilabın təbiət əleyhinə çevrilən nəticələrinə qarşı poeziyanın
böyük üsyanını elan edir. XX yüzilin təbiəti müdafiə salnaməsinin ilk səhifəsinə
məhz Səməd Vurğunun "Muğan" poemasındakı ceyranın emblemini həkk etmək
lazımdır.
Daha sonrakı poemasında - "Zamanın bayraqdarı"nda Səməd Vurğun sovet
hakimiyyəti dövründə həqiqi istedadın həmişə qarşılaşdığı böyük bədii çətnliyi
yenidən və uğurla həll edir: mühüm ideoloji sosial-tarixi mövzunun konyunktur
çərçivədə "adi siyasi təfsir"ini yox, əsl fəlsəfə və poeziya səviyyəsində həllini verir.
Repressiya dövrünün ən sərbəst sulı o illərdə Vurğun poeziyasından eşidilir: "Qalib
gələcəkmi cahanda kamal!". Həm qədim intibahın, həm də bizimlə çağdaş illərin
bu Hamlet sualnı o, " nsan" dramında əsl bir Tolstoy vüsəti ilə XX yüzilin "Hərb
və sülh"ü barədə bədii və fəlsəfi düşüncələr əzəməti ilə yenidən, özü də hamıdan
________________________Milli Kitabxana________________________
7
ə
vvəl irəli sürür! Bu gün həmin mövzu xüsusilə aktual səslənsə də, sonrakı ikinci
" nsan"ı səhnəmiz və poeziyamız hələ də gözləməkdədir.
Səməd Vurğunun poeziyası da, bioqrafiyası da bilavasitə xalqın tarixinin və
taleyinin iradəsidir. Onun gəncliyi müsibətdə, ölüm və qanlı keçmişindən ayrılan
və əzablar içində təzədən doğulan ölkənin ilk gəncliyi ilə eyni tarixi dövrə təsadüf
edir. Yenj epoxa ictimai-siyasi həyatda aprel çevrilişi ilə, çağdaş milli poeziyada
isə Səməd Vurğunla və onun təmsil etdiyi ədəbi nəsillə başlayır. Şəxsiyyətinə və
yaradıcı lığma məxsus bədii və inqilabi miqyaslar şairin, bütünlükdə milli
poeziyanın da bioqrafiyasında tarixi yerini və xidmətini müəyyənləşdirir.
Nizaminin və Xaqaninin, Nəsiminin və Füzulinin, Vaqifin və Sabirin böyük varisi
və xləfi rolunda indi o tayda Şəhriyar, bu tayda Vurğun çıxış edirdi!
Azərbaycan xalqının milli-ictimai düşüncə, əxlaq və mənəviyyat, bədii təfəkkür
və intellekt ənənəsi XX yüzilin ortalarında öz təkrarsız əksini bu bədii-tarixi
fenomendo - Səməd Vurğun poeziyasında tapır. Qanadlı və romantik bir
vətəndaşlıq amalına, bədii-estetik və ləlsəfi ideala xidmətdə miqyaslı, qlobal
meyarlar və hüdudlar onu yalnız böyuk sələfləri ilə yox, həm də böyük müasirləri
ilə müqayisə edəndə görünür,
Xüsusən, o dövrün böyük romantik ənənəsi hamıdan çox Səməd Vurğunun adı
ilə bağlı idi. Füzulidən və Hafizdən, Bayrondan və Puşkindən, Əbdülhəqq
Hamiddən və Namiq Kamaldan, Məhəmməd Hadidən və Hüseyn Caviddən sonra
romantik poeziyada ən böyük yeri Səməd Vurğun tuturdu. Romantika ona, o,
romantikaya yaraşırdı. Poetik ərşə və zirvəyə yüksəltdiyi Vaqiflə, Fərhadla,
Ş
ahbazla birlikdə o, özü də romantik ucalığı və zirvəyə yüksəlirdi.
Özünün möhtəşəm nəzəri-estetik irsində və poeziyasında Səməd Vurğun bütün
sovet ədəbiyyatının, dünya və Şərq şerinin problemlərini həll edirdi. Sovet
dövründə yeganə şair idi ki, xaricdəki, Londondakı çıxışına K.Simonov özü poema
həsr etmişdi. Bütün keçmiş sovet məkanında poetik fikrin axtarışı, hərəkəti və
perspektivliyi haqda manifesti - II Qurultayda hesabat məruzəsini ona etibar
etmişdilər.
Səməd Vurğunun müharibədən sonrakı ilk epik dastanları ("Leninin kitabı",
"Muğan", "Aygün", "Zamanın bayraqdarı" poemaları) xalis mündəricə, bilavasitə
movzu, obraz, ideya və fikir baxımından olmasa da, sənətkarlığın, poetikanın, bədii
dil və üslubun nəzərə çarpacaq dərəcədə yeniliyi, novatorluğu baxımından həm
özünün, həm də bütünlükdə poeziyanın inkişafında yeni mərhələnin əsərləri və
hadisələri kimi səslənirdi. Növbəti mərhələ -
________________________Milli Kitabxana________________________
8
altımışıncı illər - bir də məhz bədii poetikada, sənətkarlıqda bu nümunələrin
imkanları zəminində formalaşa bildi.
Dövrün hakim siyasi ideya dəbinin, sosioloji ritualın onlarda bu və ya digər
dərəcədə öz əksini, izini tapmasına baxmayaraq, bu əsərlər hamısı həmin illərin
fitri istedad, sənətkarlıq səviyyəsinə qalxan poeziya hadisələri, şerin daha sonrakı
möhtəşəm qalasının bürcünə va divarına qoyulan daşlar idi. Bu qalanın bu və ya
digər divarını, bürcünü, tağını uçurmadan, onların heç birini şerimizin
xarakterindən silmək, binasından qoparıb atmaq olmaz. Zamanın tarixi salnaməsi
olmaqla yanaşı, onlardan hər birinin bədii möhürü və izi bugünkü tərəqqinin də
sənətkarlıq uğurlarında yaşayır.
Bədii dildə, üslubda belə bir təmizlənmənin ("katarsisin"), xüsusilə qabarıq
nümunəsi isə Səməd Vurğunun son fəlsəfi şeirləri idi. "Şair, nə tez qocaldın sən?!",
"Gödəkçə", "Unudulmuş təkməzar", "Mən tələsmirəm" kimi nümunələr hamısı
ustad şairin həsrət məqamından ("Körpünün həsrəti" şerindəki ayrılıq
körpüsündən) keçdikdən sonra yazdığı nümunələr idi. Hələ "Komsomol
poeması"ndan, "Zəncinin arzuları"ndan, "Ölüm kürsüsü"ndən, "Aygün"dən,
"Muğan"dan formalaşan və həqiqi epizm səviyyəsinə qalxan gərgin psixoloji
fabula, fikrin, dramatizmin va emosiyanın süjeti burada son həddə çatır və həmin
nümunələri klassik miniatür şedevrə çevirirdi:
Sellərdən, sulardan yeyin axsam da,
Ş
imşəklə yanaşı göydə çaxsam da.
Nə şadlıq səyirtsin atını, nə qəm,
Heç yana, heç yerə mən tələsmirəm.
Bütün bu nümunələr hamısı birlikdə həyatın dərkində yeni imkanlar axtaran
poetik təfəkkürün altmışıncı illərə doğru yolda artıq arxada qoyduğu ilk sınaqlar
idi.
Hər halda gərək unutmayaq ki, hətta "Zamanın bayraqdan"nda da bizimlə
danışan, əslində poeziyanın bayraqdandır. Və həmin poema dövrün ədəbi
zirvələrindən birini təşkil edən şeir incisi, peşəkar bədii sənət hadisəsidir. Sənət isə
ideologiyadan həmişə yüksək, həmişə dərindir.
Ritorika ilə, ehkamla kəmistedadlıq həmişə bir yerdə olur. Konyunktura adətən
orta intellektə yol tapır. Hakim ehkama və dəbə yalnız ortabab açıq olur.
Qrafomanın özünü təsdiq edə bilməsi, irəli getməsi üçün ayrı imkan və vasitə
ə
slində heç olmur da. Əsl istedadın (fenomenin!) qələmində isə hətta vulqar
ehkamın, bolşevik ritorikanın da hədəfi və predmeti, normativ istilah sistemi, rəsmi
ə
dəbi mənada, tərənnüm leksikonu nüvədə, alt qatda (obrazlı, fəlsəfi mənada və
məzmunda!) hərfi məzmundan və sənətə yabançı tullantıdan mütləq təmizlənir,
böyük sənətin hədəfinə, fitri poetik stixiyanın
________________________Milli Kitabxana________________________
9
predmetinə çevrilir. Məsələn, elə həmin Səməd Vurğuna məxsu istedadın, poetik
təfəkkürün əsl miqyası və möhtəşəmliyi məşhur "Dünya" və "Yadıma düşdü"
rədifli qoşmalarda yox, məhz "Zamanın bayraqdarı", "Komsomol poeması",
"istiqbal təranəsi" tipli böyük bədii strukturlarda axıra qədər gerçəkləşir və sonacan
ə
yani gorünür. Həmin əsərləri zamanın tozlu arxivinə verməyə tələsmək lazım
deyil. Əksinə, zamanın, günün tozundan yaranan pərdəni, empirik, hərfi qatı
onlardakı sözlərin və sətirlərin üstündən silmək, daxildən, içdən gələn saflığı
özünün təmizlədiyi "təzə" mətni yenidən oxumaq lazımdır, bu gün əcdad Nizamini,
Füzulini hakim rəsmi etiketdən təmizləyərək oxuduğumuz kimi!
Nisbətən sonrakı nəsillərin bu dövrdəki yaradıcılığına gəldikdə isə, hətta
onların bədii mətnlərinə münasibətdə də "toz silmə" əməliyyatına ehtiyac nisbətən
az olsa da, tamam yox olmur.
Təsadüfi deyil ki, məhz sənətkarlıq xüsusiyyətlərinə görə, Azərbaycanda ilk
sovet poeziya məktəbi də "Səməd Vurğun məktəbi" kimi formalaşmışdı. Məhz bu
məktəbin dərsləri bu gün də milli poeziya təhsilndə "ali kursları" təşkil edir. Onu
ümumiyyətlə, klassik sovet şeir məktəbinin ən yaxşı ənənələrindən ayrı təsəvvür
etmək mümkin deyildir. Belə ki, Səməd Vurğun hər poemasında, hər pyesində o
dövrkü "sovet poeziyasının problemlərini" həll edirdi, dünya şeir hərəkatının ən
mütərəqqi inqilabi meyllərini təsdiqləyir və aşkarlayırdı. Məhz onun tərənnüm
etdiyi humanizm, beynəlmiləlçilik və azadlıq ideallarının əsrlərdə və qitələrdə
davam edən yürüşü bu sözü indi də bir daha və ucadan deməyə haqq verir.
Səməd Vurğun böyük şair və böyük poeziya təcəssümü idi. Müasirləri üçün
"Vurğun" anlayışı poeziyadan da geniş idi. Vurğunla şeir arasında təmas qarşılıqlı,
ikitərəfli idi: bu təmasdan, hər şey poeziyanın, poeziya isə Səməd Vurğunun
səviyyəsinə qalxırdı! Vurğunun poeziyası həyat, şəxsiyyət və şeriyyət adlı üç
dünyadan ibarət idi.
XX yüzilin və planetin qayğıları bu üç dünyaya sığışırdı. Vurğun ilhamının
poetik məcrası, onun sənətkar marağının bədii əhatə dairəsi ən geniş fəlsəfi
miqyasları, coğrafi üfüqləri birləşdirirdi.
Bütün yer üzündə - "qara qitə"də və Amerikada, Avropa və Hindistanda,
Arktika buzlarında və Xəzər dalğalarında, ərəb səhrasında və Muğan düzündə,
Bakıda və Təbrizdə baş verən hadisələr hamısı bu şeirdə eyni məhəbbət,
nigarançılıq və hərarətlə qələmə alınırdı. Onun poetik həssaslığının səviyyəsi
dünənlə sabah, bu günlə keçmiş arasındakı yollarda da dəyişməz qalırdı; ulu əcdadı
Nizaminin orta əsrlərdən qalan ən qədim əlyazması da onun yazı stolunda eyni bir
nəfəsin hərarəti ilə isinirdi. Ənənə ilə yeniliyin, milliliklə böyük miqyasda
vətəndaşlığın məhz belə bir qaynağı
________________________Milli Kitabxana________________________
10
və vəhdəti ona müasirliyin beynəlmiləlçi bir şairi və mütəfəkkiri kimi ittifaq və
dünya şöhrəti qazandırdı.
Ş
übhəsiz ki, o, hər şeydən əvvəl Azərbaycan xalqının öz milli qəhrəmanlıq
keçmişinin və ağrılı, dramatik bu gününün nəğməkarı idi.
Hər şerində Vurğun - eyni vaxtda üç qatda, Azərbaycan, Dünya və Tarix adlı üç
məkanda yaşayan filosofdur. Onu bu və ya digər məhdud zamanın konyunktur,
ibtidai, merkanlilist süzgəcinə salıb, ona orada qiymət vermək ən böyük
məhdudluq olardı. Sözlərin, sətirlərin adi mənası bu obrazın ancaq görünən qatı,
səthi və zahiri tərəfidir.
Səməd Vurğunda nisbi həqiqətlərin hər birindən qlobal həqiqətlər görünür.
Bədii düşüncədə ən vulqar, ehkamçı, unitar dövrün ən sərbəst fəlsəfi sualım
poeziyada Səməd Vurğun verib: "Qalib gələcəkmi cahanda kama!", zorakılıq,
repressiya, "kazarma sosializmi" deyilən dövrün, kamalın - yəni marksizmin qəti
qələbəsi sayılan epoxanın Hamlet sualı, Tolstoy “Hərb və sülh” ü, həm bəşəri, həm
də ilahi komediyası " nsan" faciəsi idi. Zamana Gete və Faust xitabını da yeni
ş
eirdə məhz Vurğunun dilindən eşidirik:
Bu dünyaya neçə dəfə keçib sonradan,
Öz elimlə uzadaydım günün ömrünü.
O, yer kürəsinə sığmırdı, "sovet ideologiyasına" necə sığa bilərdi? Sonsuzluğa,
intəhasızlığa sığmırdı, "bolşevik sxolastikaya" necə sığa bilərdi?
Ş
air cahana sığmayan ruhunu, sərhədsiz düşüncəsini sıxdığı üçün zamana
üsyan edir, faniliyi və müstəqilliyi üçün vaxtın (!) özünü qınayır:
Uzadaq ömrünü hər bir anın da
Yel kimi ötməsin vaxt üstümüzdən!
Yaxud:
Bulud tez keçməsin başımın üstdən,
Çay da yavaş axsın sular boyunca.
Qoy dünya böyüsün, zaman uzansın,
Bir günün ərzində aylarla yansın
Al günəş gözündən nur yağa-yağa.
Ömrün kitabını tamamlamağa
Çox da can atmasın əlimdə qələm.
Bu saat, bu dəm
Heç yana, heç yerə mən tələsmirəm.
________________________Milli Kitabxana________________________
11
Təkcə tələsən vaxtı yox, hətta tələsən fırçanı, qələmi təhdid edir:
Ömrün kitabını tamamlamağa
Çox da tələsməsin əlimdə qələm.
Nəhayət, bütün tələsənləri, dünyaya bütün kəmfürsət və kəmhövsələ baxanları
giley hədəfi edir:
...Qoy uzansın gecə, geciksin səhər,
...Bu saat bu dəm
Heç yerə, heç yana mən tələsmirəm.
Tamlığa, sonsuzluğa o, yalnız ömür adlı zamanda yox, həm də "Azərbaycan"
adlı məkanda, Vətəndə nail olub.
Ə
n mükəmməl "Azərbaycannamə" - 40-60-cı illər şerində hamıdan çox
Vurğunun poeziyasıdır. Könül və can kimi Vurğun və Azərbaycan da bu şeirdə bir
yerdədir: "Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan". Onu bir (janr, bir
oğul kimi yaradan Azərbaycanı o, şeirdə yenidən yaradır. Milli himn şəklində,
"Muğan" şəklində, "Bakının dastanı", "Aslan qayası" şəklində, hətta "Lökbatan"
şə
klində! Muğanın, Bakının, Lökbatanın ikinci dastanı bu tamlıqda, bu
möhtəşəmliklə daha heç kəsdə yoxdur.
Digər tərəfdən, Azərbaycanın şeir dilini Vurğun yenidən yaradır. Bu tamlıqda,
duruluqda, saflıq və gözəllikdə Azərbaycan türk şeir dili o illər hamıdan çox
Vurğuna xas idi.
Nəhayət, Azərbaycanın qəhrəmanlıq keçmişinin ruh və yaddaş tarixinin şeirdə
ə
n mükəmməl salnaməsini o illər yenə hamıdan kamil məhz Səməd Vurğun
yaradır: Zərdüştün, Hürmüzün, Şirinin, Fərhadın, Vaqifin, Söhbətin, Şahbazın
obrazları səhnədən bizim tarixə məhz Vurğunun dili və sözü ilə daxil olur.
Sovet dövrü ədəbiyyatında həqiqi milli xarakterin, realist zadəgan-kübar
(mülkədar) obrazının ilk tutumlu nümunəsi sayılan Cahandar ağanın da ( smayıl
Ş
ıxlı, "Dəli Kür") daha qədim, ilkin Gəray bəy mənşəyini Səməd Vurğunda tapmaq
olar. Poemada ("Komsomol" poeması) romantik Cəlal şərəfsiz və qəddar
Kəbleyinin qurşun yağmuruna hədəf olur, amma Gəray bəyin özünü Səməd
Vurğun "Komsomol qurşunu" ilə öldürmür; onu Humayın teyfi Kürdə qərq edir.
Bu, Gəray bəyin hətta ölümünə şairin rəğbətinin ifadəsi idi.
________________________Milli Kitabxana________________________
12
* * *
Səməd Vurğunun adı, şaxsiyyəti, milli, poetik "mən"i ilə ən çox bağlı əsər
"Vaqif" dir.
Tarixən Vaqifin həm də dövlət xadimi kimi Azərbaycan ədəbi-ictimai fikrinin
inkişafında görkəmli xidmətləri olmuşdur. Şair Vaqif poeziyada realist xəlqiliyin
milli-etnoqrafik koloritin və xalis dünyəvi nikbinlik fəlsəfəsinin bərqərar
olmasında müstəsna rol oynamışdır. Qarabağ xanlığının vəziri, ayıq va müdrik
dövlət xadimi, alim, Zaqafqaziya xalqlarının doslluğunun carçısı və Avropaya
rəğbətin ilk tərəfdarlarından biri kimi də Vaqifin tarixi siması işıqlı və
cazibədardır. Bütün bu keyfiyyətlər ümumiləşdirilmiş və Səməd Vurğun
Azərbaycan sovet dramaturgiyasında Xəyyamdan sonra ikinci böyük şairin
romantik bədii obrazını yaratmışdır.
Süjetin mərkəzində qüvvətli şəxsiyyətin durmasına baxmayaraq, hadisələr
miqyaslı xalq dramı və sosial dram məcrasında cərəyan edir. Pyes boyu sanki
güclü yeraltı təkanın uğultusu kəsilmir, uzun-uzun illər feodal hakimlərin zülm
etdiyi məzlum təbəqələrin səbr kasasının daşacağı anı tamaşaçı intizarla gözləyir.
Lakin "Vaqif" - həm də şair və onun taleyi barədə dramdır. Pyesdə "şairin taleyi"-
elin taleyinə qaynayıb qarışır. Vurğun Vaqifi xalqa, elə arxalanır, onun qəhrəman,
zəhmətkeş və sənətkar oğullarına qarşı təşkil edilən və planlı şəkildə idarə olunan
hakim zorakılıqla barışmır, təkcə öz mövcudluğu ilə hər cür fiziki və mənəvi
müstəbidliyə müqavimət göstərir. Müstəbid və ziyalı problemi həm Vaqif- brahim
xan, həm də Vaqif Qacar xətlərində qoşa davam etdirilir. Bu xətlərin hər ikisində
tarixi təfərrüatla yanaşı müasir, fərdi-avtobioqrafik məqamlara da aşkar işarələr
var. Nəzərə alsaq ki, "Vaqif" 1937-ci ildə yazılıb və 1938-ci ilin 5 oktyabrında
tamaşaya qoyulub, onda burada təsvir olunan XVIII əsr hadisələrində 1937-ci ilin
"podteksti"ni də tanımaq çətin olmaz.
"Xanlar" (1939) dramında şair artıq yaxın keçmiş - Bakı proletariatını tarixi-
inqilabi mübarizəsi mövzusuna müraciət edir və məşhur inqilabçı Xanlar
Səfərəliyevin surətini yaradır. XVIII əsrin şairi və cəngavəri kimi, XX yüzllliyin
Bakı fəhləsi də əslində, mahiyyatcə geniş xalq kütləsinin milli-mənəvi və ictimai
mənafeyinin təmsilçisi olaraq qalır. Lakin hadisələrin bədii rəsmində, üsyana
qalxan xalqın taleyi və mübarizəsinin bolşeviklər partiyasının inqilabi fəaliyyəti ilə
sıx əlaqədə təsviri, xüsusən Koba surətinin ideya şərhində şəxsiyyətə pərəstiş
kultunun o illərə xas ədəbi stereotipləri də aşkar şəkildə özünü göstərir. "Xanlar" -
tarixi koloritli, obrazlı-fəlsəfi miqyası ilə "Vaqif" səviyyəsinə qalxmasa da, tarixi-
inqilabi mövzunun romantik-epik həlli istiqamətində dövrün axtarışlarnı əks
etdirən orijinal bir nümunə kimi əhəmiyyətini qoruyub saxlayır.
________________________Milli Kitabxana________________________
13
Digər tərəfdən, "Xanlar"ı "Vaqif"lə və bütünlükdə Vurğunla birləşdirən əsas tel
burada Xanlar deyil, bəlkə doktor Söhbətdir. Şairin əbədi-əzəli əxlaq, vicdan idealı
və mövqeyi burada məhz onun simasında öz davamını və inkişafnı tapır:
Yoxdur məslində nə ölüm, nə qan,
Vicdan düzəkləcək həyatı, vicdan!..
"Xanlar"ın bir fəlsəfi-ideya dramı kimi ən güclü cəhəti - Söhbətlə, ən zəif
cəhəti - Şaumyanla, Koba ilə, Vanya ilə bağlı cəhətlərdir. Onların adları kimi,
özleri də əsərdə yad səslər, xarici notlardır.
"Vaqif"də Vidadi Tanrıya üsyan etdiyi kimi, "Xanlar"da da Söhbət Vətənə
xitab və etirafını bildirir:
Ə
gər gec tapdınsa haqqın yolunu,
Bağışla, ey Vətən, şair oğlunu!
Vidadi nahaqqa üsyan və etiraz kimi, bir anlığa Tanrıdan "üz döndərməkdə" nə
qədər haqlı idisə -Söhbət də mənəvi-milli dəyərlərdən üz çevirməkdə, bolşevik qan
və sinif təliminə iman gətirməkdə bir o qədər haqlı idi.
Lakin şair özü kommunist dünyagörüşü üçün "bağışla, vətən" etirafı ilə xalqa
xitab etməyib. Bu, doğru da olmazdı. Kommunizmin ideologiyasının mədhi altında
öz ənənəvi-milli fəlsəfi kredosunu Vurğun alt qatda həmişə qoruyub saxlayırdı.
Eyni sözləri " nsan" dramı və Şahbaz obrazı barədə demək olar. " nsan"da
Hürmüz-Əhrimən, xeyir-şər, Odisseya, Faust, Hamlet sualı və fəlsəfəsi ilə bağlı
ə
bədi düşüncə davam edir. Əql (Şahbaz), Qılınc ( slam), Əxlaq (Səhər) üçlüyü
hətta Şərq irfan və təsəvvüf idealını yada salır.
" nsan" haqqında ədəbi tənqidin səhifələrində "Qalib gələcəkmi cahanda
kamal?" - sualını primitiv sayıb, Şahbazı isə fəlsəfə maraqlısı sayanlar da, onu XX
yüzilliyin Habili, Fauslu. Hamleti hesab edənlər də olub. Şübhəsiz, həqiqələ
ikincilər daha yaxın olub.
Ə
sər - müharibədən otuz il sonranın təsviri ilə bitir - beynəlmiləl, ideal
"Qardaşlıq şəhəri"nin! Otuz yox, altmış il keçib, amma şair xəyalının utopik şəhər
axtardığı eyni ərazidə, coğrafi məkanda bu gün biz məhz "qardaşlıq şəhərinə"
parodiya olan "işğal şəhərlərini" görürük. Elə bu gerçəklik özü "Qalib gələcəkmi
cahanda kamal?" sualına həyatın özündəki bir cavabdır.
"Fərhad və Şirin" (1941) dramatik poeması isə Səməd Vurğun sənətinin şəksiz
uğurları sırasına daxildir. 1941-1945-ci illər müharibəsinin ən ağır, dramatik bir
çağında şair sanki həm məzmun, həm də tarixcə zamandan uzaq
________________________Milli Kitabxana________________________
14
bir keçmişə müraciət edir, lakin müasir və aktual, romantik və vətənpərvər bir əsər
yaradır. Şərq şerinin klassik eşq dastanına müəllif yeni məna verir və bu zaman
süni, zahiri, modern ifratlardan təmamilə yan keçə bilir.
Səməd Vurğun məhəbbət süjetinin əxlaqi mahiyyətini ön plana çəkərək, müasir
bir sosial-vətənpərvərlik istiqaməti aşılayır. Fərhad - qudrətli daşyonan-memardır.
Vətənə, xalqa məhəbbəti yolunda çapa bilməyəcəyi qaya və dağ yoxdur. Eyni
qayaları Fərhad külüngü, Azər baba isə müdrikliyi ilə fəth edə bilir və bu iki
silahın hər ikisi torpağın, Vətənin ağır günündə xalqa eyni dərəcədə lazım olur.
Səməd Vurğun Şirin naminə eşq rəqabətinin də mənasına yeni sosial çalar artırır.
Ş
irini sevən Xosrov qanlı bir fateh, müstəbid və tirandır. Fərhadın qoruduğu qala
isə Vətənin namusunu yad əllərdən və nəfəsdən qoruyan bir məhəbbədir. Vətən
qızı Şirinin də məhəbbətində ikilik yoxdur. Onun Xosrova və Fərhada münasibəti
tərəddüdsüz olaraq yeganə meyarda -xalqa, torpağa məhəbbətlə müəyyənləşir.
Nizamidə qəhrəman - Şirin aşiqi Xosrov, Vurğunda qəhrəman - Fərhad aşiqi
Ş
irindir.
Məhəbbətdə də şah olmaq istəyən Xosrov məğlub, eşqinə qul olmağa hazır
Fərhad qalib gəlir.
Eşq və hakimiyyət problemi, hakimiyyət əlində əsil sənət problemi (Şapur),
mənəvi yoxsa fiziki güc qarşıdurması mövzusu - bunlar müxtəlif fəlsəfə idi. Dövr
üçün dağ yaran Fərhadla qala tikən Fərhad arasında fərq də mənalı idi.
* * *
Ömrünün son illərində şairi əbədi insani problemlər, həyatın və taleyin fəlsəfi
və tragik məqamları düşündürür. O, ömrün amansızcasına tez ötüb keçdiyini hiss
edir, lakin həyat eşqini, fəlsəfi nikbinliyini yenə də itirmir. Əksinə, əsl bir dirilik
aşiqi və Faust təmkini ilə bir daha və ucadan bildirir ki, "heç yerə, heç yana mən
tələsmirəm".
Görkəmli ədiblərdən biri deyir ki, ölüm sənətkar həyatına əlyazmasının son
səhifəsi kimi daxil olmalıdır. "Gödəkçə", "Şair, nə tez qocaldın sən?". "Yada sal
məni", "Mən tələsmirəm" hələ təzə başlanan yeni bir əlyazmasının sonu yox, ilk
səhifələri idi. Yeni sosial, mənəvi əxlaqi mühitlə birlikdə yenidən doğulan Səməd
Vurğunun ilk proqram şeirləri idi. Səməd Vurğunun yenidənı doğumu ilə ölümü
eyni vaxta düşmüşdü - bəlkə də bu, Azərbaycanda milli poeziyanın tarixində böyük
təbii ədalətsizlik və faciə ifədə edən ən dramatik məqamlardan biridir.
Lakin bütövlükdə Səməd Vurğun fenomeni poeziyanın ölümə qalib gəldiyinə,
ə
bədi yaşadığına nümunə kimi daha mənalı və nikbin bir həqiqətin ifadəsidir.
________________________Milli Kitabxana________________________
15
* * *
Bu gün müasir, azad, suveren Azərbaycanda milli idealın, ideoloji və mənəvi
həyatın bütün sahələrində qlobal siyasətin baş xəttinə çevrildiyi bir dövrdə
Vurğunun poeziyası öz tarixi vətəndaşlıq missiyasını bir daha, yenidən təkrar edə
bilir. Məhz əxlaq və mənəviyyat saxtalığına, mənəvi ətalətə qarşı bədii mübarizədə
həmişə cəngavər və sərkərdə şairin mübariz poeziyası, onun xalqa və Vətənə,
ictimai ədalət və humanizm ideallarına romantik və fədakar bir sədaqətlə xidmət
edən siqlətli, monumental qəhrəmanları bu gün də müasir ideoloji döyüşlərdə
bizimlə bir sırada addımlaya və vuruşa bilirlər.
Səməd Vurğun Vətən və poeziya sözlərini həmişə bir yerdə, sinonim kimi
işlətmiş, bir sənətkar və ictimai xadim kimi bu təlimin cəngavər carçısı, əsgəri və
sərkərdəsi olmuşdur. Odur ki, bu gün "Vurğun" sözünün özünü də "Vətən" və
"poeziya" sözlərinə qaynayıb-qarışmış şəkildə görürük. Onları da bir-birindən
ayırmaq qeyri-mümkündür. Nə üçün? Çünki, yenə də şairin öz sualı ilə cavab
vermək olar: "Ayrılarmı könül candan!"
Yaşar Qarayev
Bakı, 2002-ci il
________________________Milli Kitabxana________________________
16
________________________Milli Kitabxana________________________
17
CAVANLARA X TAB
Mənim düşkün könlüm sizdən eləyir
Bu fərz
*
olan təmənnanı, cavanlar.
Unutmayın bəşər sizdən diləyır,
Elm, ədəb, həm irfani, cavanlar.
Bəşər gülşəninin bülbülüsünüz,
Ş
anlı firqəmizin sağ əlisiniz,
Zalım əllilərin cəlladısınız,
Dəvasızların dərmanı, cavanlar.
Carəsız dərdlərə çarə etməyə,
Quşu vurub həm imdada yetməyə,
Həyatı ağ, nə kı qarə etməyə
Sərf ediniz hər zamanı, cavanlar.
Yaşayarsa bəşər, yaşar sizinlə,
Soğulmuş
†
çeşmələr axar sizinlə,
Zalımlar geridən baxar, sizinlə
nqilabın qəhrəmanı, cavanlar.
Çünki tələb edir zavallı bəşər,
Gərək keçə sizdən ona bir əsər.
Yoxsa qan ağlayar yenə sərbəsər,
Olmaz da dərdinə çarə, cavanlar.
stəsəniz, ölkəmiz, abad olar,
Ellərin məhbusları azad olar,
Onda da Vurğunun könlü şad olar,
Verər sizə can qurbanı, cavanlar.
1924
*
Vacib, zəruri
†
Qurumuş, tutulmuş
________________________Milli Kitabxana________________________
18
MAYDAN
...Haman sənə məhəl-məmuriyyətim
*
olan Köçəsgər kəndindən 180
rübləyə bir maydan at almşam. Bu qiymətə həqiqətən layiq idi öz rahat yerişi ilə.
Pis və mənfi xasiyyətlərindən birisi də bu idi: daima qaçıb kəndin bağ-bostan və
pambığını tələf edirdi. Kəndçilər də deyirdi:
- A müəllim, atını qoyma! A müəllim, atını qoyma!
Doğrusu şu
†
hərif bana
‡
çox xəcalət verirdi. Əlavə, hər cün, kənd sözü, obaşdan
obaşdan durub cənabənin hörüyünü dəyişmək məni yuxusuz qoyduğundan ağzım
Allahda idi ki, bu zalım itib, ya da tələf olsun. Bir səhər tezdən, adətim üzrə, bunun
hörüyünü dəyişməyə qalxdım. Qalxdım nə gördüm? Maydan yoxdur. Üstünə
yüngüllük, elə bil ki, zindandan qurtuldum. Görək bu hicrana şair nə dedi:
Səhərdən axşama gəzdim hər yanı,
Bilməm nerdə başı bəlalı maydanı?
Dolaşdım piyada bütün obanı,
Səni də görmədim vəfalı, maydan!..
Gözündən ki getdin bir axşam çağı,
Taladın bütüncə bostanı, bağı.
Çədkin ciyərimə alosman dağı,
Olasan gözündən yaralı, maydan.
Söylə, gəzdin hansı dağı, dərəni?
Bəni düzdə qoyub aşdın bərəni
Dostları ilə paylaş: |