Milli Kitabxana



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix02.12.2016
ölçüsü2,8 Kb.
#678
1   2   3   4   5   6   7   8   9   ...   13

çi 
 
Ə
yilsin səcdənə yıldızlar, aylar,  
Sənsən dünyaların fəxri, şöhrəti.  
Qarşında diz çökdü "Şanlı saraylar".  
Çünki qollarının vardır qüvvəti! 
 
Mən səni çox zaman gördüm əzilən,  
Ummadın kimsədən imdad, mərhəmət,  
Sən ey dost bağçası, sən ey dərd bilən!  
Sən öz qüdrətinə sığındın əvət! 
 
O günkü keçmişin məşəli söndü,  
Bir yeni kainat çıxdı qarşına.  
O qara qüvvələr xəyala döndü,  
Beş guşəli yıldız taxdın başına. 
 
Uzaqdan çınladı əmək səsləri,  
Sən də dayanmadan dedin: -  ləri. 
 
1928 
  

________________________Milli Kitabxana________________________ 
63 
 
* * * 
Ey uzaq göylərin yaxın elçisi!  
Şə
rqi təmsil edər mənəviyyatın.  
Rəngi-ruyimə bax, soldurdu məni  
Ş
übhələrlə dolu bir çox ayatın
*

 
Sən dedin ki, ruhum, fikrim azadə,  
Üfüqlər yolçusu dəli bir quşdur.  
O sağır göyləra açdığın cadə

  
Zəif qanadlarçün, bil ki, yoxuşdur. 
 
Məncə, istəklərin olsaydı burda,  
Qapanardı sənə göylərin yolu;  
Açiq bir nəzərlə baxsan hər yurda  
Qanlı bir xəncərdir bəşərin qolu... 
 
Böylə bir tarixdə öylə bir dünya  
Bilməm ki, şairim, mümkünmü qurmaq?  
Məndə də bir zaman vardı o röya,  
Uzaq kəhkəşanda qavallar vurmaq. 
 
1928 
 
 
                                                           
*
 
Ayələrin, burada düşündüklərin, dediklərin mənasında.   

 Geniş, böyük yol 
 

________________________Milli Kitabxana________________________ 
64 
 
ÖMRÜN PƏŞAN GÜNLƏR  
 
Açılıb gülsün, əzizim, hər çəmən, hər laləzar,  
Solmasın, yavrum, a Leyla, novbaharın gülləri. 
 
Ş
erimin qəlbi qədər qoy saf olub gülsün həyat,  
Oxşasın hər ruhu, qəlbi gülşənim bülbülləri. 
 
Özgə bir aləm olub hökm eyləsin hər ürəyə,  
Ellərin məsum həyatı, çöllərin sünbülləri. 
 
Nə rəvadır bir qızın fikriylə məhv olsun bəşər!  
Qıyma boğsun Vurğunu ömrün pərişan günləri. 
 
1928 
 
NG L S 
 
Bilirəm hər qəlbin mən iç üzünü,  
Bir çoxu fitnəli, həm böhtanlıdır  
Yenə qan içməyə dikib gözünü  
O yer ki, krallı və soltanlıdır. 
 
Qərbin üfüqündə bir bulud gəzər,  
Ə
qrəbə, əfiyə, ilana bənzər.  
Uzaq Şərq elinə qılsanız nəzər,  
Könüllər zədəli və hicranlıdır. 
 
Anlamaz cahanda nə vicdan, nə hiss  
O, insan donunda qocaman iblis.  
Çox da öyünməsin xain ingilis,  
Mənim aslan könlüm dəliqanlıdır. 
 
1928 
 

________________________Milli Kitabxana________________________ 
65 
 
UZAQLARA DOĞRU 
 
Arkadaş, deyirlər Əfqanda, Çində 
nsanlar boğulur qanlar içində. 
Yenə də hökm edir xain istismar, 
Ağrıyan başların bəlaları var. 
Hər gün yeni bir dərd, yeni bir ələm, 
Qartal pəncələrdə qəhr olur aləm. 
Qəhr olur insanlıq, qəhr olur insan. 
Get-gedə tərk olur, alçalır vicdan; 
Həm də, gözdən iraq, gəlinlər qızlar 
Ə
lləri qoynunda zarıyar, sızlar; 
Sızlar qoca Şərqin məhkum yavrusı 
Çoxunun bir parça əkmək
*
 qayğusu 
O qarlı dağlara kim açacaq yol? 
Komsomol ... komsomol ... yalnız komsomol... 
 
1928 
 
  
 
 
 
 
 
 
 
 
 
                                                           
*
 
Çörək
 

________________________Milli Kitabxana________________________ 
66 
 
Ş
E R 
 
O axşam gəldim sizə,  
Nə hörmət etdin bizə?  
Bir durarıq diz-dizə,  
Qanında yox hərarət. 
 
Eşqimi qanmadınız,  
Heç də inanmadınız;  
Neçin utanmadınız?  
Heç satılırmı afət? 
 
Bir şairəm yaralı,  
Sevdiyimdən aralı;  
Siz satdınız maralı,  
Mən çəkirəm xəcalət. 
 
Dağlardakı saf suyam,  
Eşqimin yolçusuyam.  
Demirəm ki, qoçuyam,  
Yerində dur farağat! 
 
1928 
 
 
 
 
 
 
 
 

________________________Milli Kitabxana________________________ 
67 
 
* * * 
Bilməm nə xəyal ilə oyandım yenə erkən;  
Bir quş ki, uça düzlərə, səhralara azad  
Axşamları öz yurduna həsrətlə dönərkən,  
Çırpınmağa başlar yenə ruhumdakı fəryad. 
 
Qafqaz! O xəyal şahpəri röyama gələrkən 
Bir səs mənə qalx, qalx, - deyə qəmlərdə gülümsər... 
Yalqız quzu madər
*
 deyə ağlar və mələrkən 
Bir pəncə əzər qəhr ilə vicdanımı yeksər. 
 
Ə
lbət məni, təqib edəcəklər ki, bu fəryad  
Bədbinlərə məxsus, bizi şad etməyəcəkdir.  
Eyvah ki, min pəncədən olsam da həp azad  
Məndən o vətən zövqü uzaq getməyəcəkdir. 
 
[1928
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                           
*
 
Ana
 
 

________________________Milli Kitabxana________________________ 
68 
 
* * * 
Həyat dedikiəri şübhəli bir şey,  
Ölümsə şübhədən çıxmaq deməkdir.  
Bu qəmgin təranə... bu kədərli ney  
Varlığı heçlikdə boğub yeməkdir... 
 
Mən də yolçusuydum bir zaman, əlbət,  
Bu köhnə dünyanın, fəqət nə gördüm?  
Hər gülən dodaqda bir qəmü həsrət,  
O qızın saçından mən ilham hördüm. 
 
Ə
sdi qara yellər, qanadı dizim,  
Gəncliyim tükənməz məlala düşdü.  
Mən bir karvanam ki, qalmadı izim,  
Ömrümün ilk günü zavala düşdü. 
 
[1928]  
 
 
 
 
BAHAR ŞƏRQ S  
 
 
Körpələrə 
 
Günəş doğdu, yayıldı,  
Yatan ellər ayıldi.  
Açdı çiçəkli güllər,  
Dilə gəldi bülbüllər.  
Qar, çovğun gözdən itdi,  
Dağlarda lalə bitdi.  
Qanadlandı buludlar;  
Yerdəki əlvan otlar  
Cücərib boy atdılar,  
Aləmə naz satdılar.  
Artdı suların səsi,  
Sevindirdi hər kəsi. 
 
1928 
  

________________________Milli Kitabxana________________________ 
69 
 
MATƏM NƏĞMƏS  
 
Gedərkən sükuta gecənin qəlbi,  
Eşitdim sularda matəm nəğməsi.  
Bilmədim nəymiş o qətlin səbəbi,  
O hadisə heyran qoyur hər kəsi. 
 
Ey insan! O yazıq, o tökdüyün qan  
Deyilmidir səndən, deyilmidir can?!  
O alçaq işləri duyduqca vicdan,  
nsanın həyata qalmır həvəsi. 
 
Ölən bir deyildir, eşit, ey cəllad!  
Min bir yuvanı, bax, sən etdin bərbad,  
nsan! Nədir o səs! Nədir o fəryad? – 
Dul qalan gəlinin odlu naləsi! 
 
Sən ölmədin, qardaş! Ölmədin, inan!  
Eşqin intiqamı yaşar hər zaman,  
Qəlbimdən axan bu kiçik dastan  
Arar qaranlıqda ədalət səsi? 
 
1928 
  

________________________Milli Kitabxana________________________ 
70 
 
LƏR ... 
 
Erkən günəş tellərini yer üzünə saçmadan,  
Ceylanlar
*
 öz sürüsüylə səhralara qaçmadan.  
Mütəfəkkir düşünürdüm bir xəyalın izincə;  
Bu yaz sabahı xilqətin təsvirinə gəlincə,  
Hər şeydə həddindən artıq bir sükunət yaşardı,  
Yalnız ayrı dağlardakı suların nərəsi vardı. 
 
ş
tə, təbiətə bu gün hökm edən bir sükunət  
Dünyaları qəhr edərdi bəlkə bulsaydı fürsət. 
Azca keçməmişdi həmən minarənin başından 
Ayazların şiddətilə donan soyuq daşindan, 
Möminləri çağırırdı ucalan "Allah" səsi, 
O ənini

 boğmadaydi zavodların nərəsi. 
 
Artıq şəhər oyanmişdı... başlanmışdı hərəkət,  
Harda hərəkət yaşarsa, orda yaşar bərəkət.  
Qarşı dağın göbəyindən zər qanadlı bir pəri.  
Gülümsəyən gözlərilə söyləyirdi "iləri!" 
 
1928 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                           
*
 Ceyranlar   

 Qəm, kədər ifadə edən inilti mənasında 
 

________________________Milli Kitabxana________________________ 
71 
 
K  KÖRPƏ 
 
Birincisi oynaq, qayğısız xoş üz,  
ncə bir musiqi andırır səsi.  
Yaşar gözlərində canlı bir gündüz,  
Ə
trafı güldürür hər qəhqəhəsi. 
 
Yox onun qəlbində nə qərəz, nə kin  
Bütün varlığında bir hərəkət var.  
Ş
ahin baxışla olduqca kəskin,  
Sarsıdamaz onu nə çovğun, nə qar. 
 
Digəri daha xoş bir qız yavrusu,  
Lalədən rəng alıb gülür varlığı.  
Onun nə dərdi var, nə də qayğusu,  
Qazanmış əsrindən bəxtiyarlığı, 
 
Mən bu səhnəciye inandım gerçək,  
Var imiş həyatm xoş zamanları.  
Bizdən daha parlaq günlər görəcək,  
Bu yeni dünyanın qəhrəmanları. 
 
1925 
  

________________________Milli Kitabxana________________________ 
72 
 
SAH LDƏ 
 
Ey vahi ki, ruhim yenə bır əski xəyalla... 
Sevdayi o halla 
 
Titrər və əsərkən qoca sahillərə baxdım. 
Sellər kimi axdım.  
Dəryada da qorxunc, dəli bir fırtına vardı. 
Artıq su qarardı
*
.  
Sevdalara, xülyalara bənzərdi bu axşam 
Üfqümdəki hər şam,  
Öz əksini salmışdı suyun bağrna, əlan 
Fikrimdəki tufan  
Dünyaları gəzmək deyə xülyalara vardı, 
Bilməm nə arardı?.. 
 
[1928]
 
  
                                                           
*
 
Qaraldı
 

________________________Milli Kitabxana________________________ 
73 
 
HƏRƏKƏ
 
Nazim Hikmətə 
 
Hərəkət! 
Hərəkət!  
Bu gün damarlarımı dolaşan 
bu qan  
Heç də dünənkinə bənzəmir, inan! 
Fəqət mən yenə  
enərək gecənin dərinliyinə,  
Hər gün dolaşdığım ucsuz-bucaqsız, 
odsuz, ocaqsız,  
Tikanlı çöllərin bir yolçusuyam. 
Eşit, ey! 
aradığım şey  
Artıq nə eşqdir və nə də hicran. 
Bu hiss, həyəcan  
qəlbimdən gəlmədi, fikrimdən doğdu: 
Hərəkət! 
Hərykət! 
Bü gün varlığımda dəmirdən möhkəm,  
Tükənməz qoca bir qüvvə var desəm,  
Çox da düşünməsin o afəti-can; 
çünki hər insan,  
Yaşamaq istəyən hər dərdli könül, 
hər çiçək, hərgül  
Azacıq sevinmək, çırpınmaq istər 
Nə qədər dilbər,  
qayğısiz bir halım var bu axşam. 
Qarşımdakı şam  
azacıq sönməmək üzrə yanarsa,  
bir an dayanmadan coşacaq qələm 
Nə dərd, nə ələm,  
nə də göz yaşları ənisim
*
 deyil. 
 
 
 
 
                                                           
*
 
Həmdəm, dost 
 

________________________Milli Kitabxana________________________ 
74 
 
 
Anla! Bil! 
Bil ki, göylər nə qədər azad, bəxtiyar  
ruhumla çırpınan bir əməlim var:  
Hərəkət!  
Hərəkət! 
ncilin, quranın yarpaqlarını  
Sovurur göylərə şimai yelləri.  
Şə
rqin elləri 
yazın yazın 
Bu gündən şöhrətli və şanlı bəklər.  
Açan çiçəklər 
artıq yaz gününə bir nişanədir.  
"Cahan qəmxanədir" 
fəlsəfəsi  
son nəfəsi, 
Son hıçqırığını çəkmək üzrədir.  
Hərəkət!  
Hərəkət! 
Buludlar qoynunda himalaylar,  
Səssiz gecələrdə ulduzlar, aylar,  
Tənha bir şairin uzaq xəyalı, 
ş
airlik halı,  
Qüruba yaxın həzin bir mənzərə 
susuz bir dərə,  
Dağlarla qucaqlaşan əlvan buludlar, 
yam-yaşıl otlar  
Uçurar fikrimi dumanlar kimi.  
Bunlar, 
bu saydıqlarım,  
Sən 
və mən, 
Hər ikimizdən törəyən,  
Həp bu hərəkətdəndır,  
Bu sonsuz surətdəndır. 
  

________________________Milli Kitabxana________________________ 
75 
 
LEYLASIZ 
 
Çökərkən axşamın qaranlıqları  
Gözümdə bir qara bulud dolaşar.  
Sənsiz xərab olan yazıq ömrümün  
Hər dəqiqəsində bir ölüm yaşar. 
 
Fəqət sən vüqarlı, süzgün bir gözlə,  
ncidirsən məni cürbəcür sözlə;  
Unutma, qarışar gecə gündüzlə,  
O zaman ulduzlar, aylar sayrışar. 
 
Nədir bu cəlalın, bu qiyamətin?  
Nə qədər zalımsan, yox ədalətin.  
Xəyalı güldürən o xoş qamətin,  
nan ki, şairə, şerə yaraşar. 
 
1929, 18 may 
  

________________________Milli Kitabxana________________________ 
76 
 
SƏHƏRƏ YAXIN 
 
Yığılın başıma, qohum-qardaşlar!  
Qoyun bir ah çəkim ərisin daşlar!  
Mehriban insanlar, əziz yoldaşlar!  
Bu çərxi-dövrandan aldım bir yara! 
 
Gözəllər dünyası, dilim əzbəri,  
Bəlalıdır başım əzəldən bəri;  
Halıma yanmayan o gözəl pəri  
Deyin üz qoyubdur hansı diyara? 
 
Bilənlər bilir ki, bu yollarda mən  
Ağrılar çəkirəm, hər səhər erkən – 
Mənim yazıq ruhum ağlar, inlərkən  
O mənim adıma deyir "avara". 
 
Bumudur bəşərin vicdanı bilməm?  
Nədir bu çəkdiyim - bu bəla, bu qəm?  
Ah, o könül quşu, o nazlı həmdəm  
Bəlkə, bu dərdimə bulacaq çara. 
 
1929, 19 may  
  

________________________Milli Kitabxana________________________ 
77 
 
KÜR ÇAYI 
 
Sanılıya 
Ayrı dağlar kimi qol-qanad atan,  
Coşqun dalğaları buluda çatan,   
Qəmzələr göstərən, işvələr satan  
Çox olur qonağın, yığnağın sənin. 
 
Qorxunc qayaları yellər tək enən,  
Günəşdən rəng alıb, ayla bəzənən,  
Nələr andırırsan bu gedişlə sən,  
Ş
anlı, şöhrətlidir ocağın sənin. 
 
Tiflisin arxası, Qazağın beli  
Hər ikisi sənin, sənə dost eli ...  
Boşalar qoynuna dağların seli,  
Körpə bulaqlardır ortağın sənin. 
 
Çoxları hüsnünə heyran qaldılar,  
Çox igidlər səndən ilham aldılar.  
Top-tüfəng atdılar, nərə çaldılar,  
Keçdi o dəmlərin, o çağın sənin. 
 
Ulduzlar qoynuna şəfəqlər saçar,  
Səsindən ordular, karvanlar qaçar, 
Sən gəzdiyin yerlər gül-çiçək açar,  
Çünki uğurludur ayağın sənin. 
 
Bağlanan yolların açılar hər yaz,  
Səni görən gözlər səndən ayrılmaz. 
Könlüm tək dalğalı, dəlisən bir az,  
Alınır aləmdə sorağın sənin. 
 
Ay doğub, sinənə kölgə salanda, 
Deyər: "gülməmişəm sənsiz qalanda". 
Çobanın, naxırçın tütək çalanda  
Gümrah olar yanın, yançağın sənin. 
 
1929 
  

________________________Milli Kitabxana________________________ 
78 
 
KAP TAL 
 
Hər zaman qəlbimi bir qüvvə əzir, parçalayır,  
O mənim sinəmin üstündə ocaqlar qalayır.  
Dağıdır fikrimi sərməst olaraq inləyirəm,  
Bu uğursuz, bu köpəkdən daha qorxunc qüvvət,  
Məni bir an belə duymaz və buraxmaz rahət.  
Nədir aya, o nədir, söylə, nədir, ah nədir'?  
Kapitaldır ki, bəşər əski zamandan bəridir.  
Ona bir Tanrı qədər səcdə qılar, hörmət edər,  
Ə
n uzaq bir günəşin kölgəsini seyrə gedər.  
"Dəli şair" də həyatın bu sönük kölgəsinə,  
Çox zaman aldanaraq qoşdu onun səcdəsinə. 
 
Kapital məncə qərəzdir, kindir,  
Bir mələk olsa da pək çirkindir.  
Nə qədər varsa da dünyada bu səs,  
Ala bilməm ki, mən azadə nəfəs. 
Komsomol! Sərvətə can vermə, sakın!  
O ilandır, ona sən durma yaxın.  
Sənə alqış, sənə qüvvət, sənə can,  
Sənə sönməz əbədi bir həyəcan. 
 
[1929
 
  

________________________Milli Kitabxana________________________ 
79 
 
ŞƏ
RQ N QAPISI 
 
ŞƏ
HƏR OYANIRKƏN 
 
Günəş qısqanaraq ürkdü gecədən,  
Boğdu qaranlığı, can aldı yenə.  
Ş
air ən inadkar bir çocuq kimi  
Endi xəyalın dərinliyinə... 
 
Qayıqlar sahildə səssiz-səmirsiz...  
Uzaq yollar gələn yolçular kimi;  
Sakit bir yuxuya getmişdi dəniz,  
Dərin bir məqsədi, fikri var kimi. 
 
Bənzərdi ən böyük, ən xoş əmələ  
Günün üfuqlərdə alışan rəngi.  
Söylədi: keçmişdən əsər var hələ, - 
Uzaqdan çalınan kəlisa zəngi. 
 
Ağardı kainat günəş gülərkən  
Qalmamışdı göydə nə ulduz, nə ay;  
Gündüzün eşqilə hamıdan erkən  
Səkirdi quş kimi yerdə tramvay. 
 
Çoxaldı get-gedə, artdı hərəkət,  
Artıq keçinmişdi gecənin qəlbi;  
"Qudok"un səsindən canlanan sürət  
Andırırdı sağlam, polad bir qəlbi... 
 
Azacıq keçmədən cəsur insanlar  
Qoşdu iş başına, tərpəndi şəhər...  
Ucaldı göylərə qara dumanlar,  
Həyatı yaşadar çalışqan əllər. 
 
  

________________________Milli Kitabxana________________________ 
80 
 
AXŞAM 
 
Günəş çəkilirkən dağlar ardına  
Üfüqlər qaraldı, sular qaraldı...  
Dedim: bir şey yazım - həyat adına.  
Bu axşam fikrimin qanadı vardi. 
 
Duyurdum hər gözdən bir hissi-hörmət,  
Xəyalım ən yüksək şeylər andıqca.  
Duyurdum fikrimdə böyük bir qüvvət  
Xəzər ləngər vurub dalğalandiqca. 
 
Təbiət nazənin, təbiət dilbər,  
nsanlar qayğısız, həyat bəxtiyar.  
Sevirəm əsrimi, - söyləsəm əgər,  
Bir şair qəlbinin buna haqqı var. 
 
 
MƏDƏN YYƏT SARAYI 
 
Xumarlandı gecə, istilər söndü,  
Yüksək buludlardan gülümsədi ay.  
Canlı insan kimi dil açdı birdən  
Gördüyüm bir bina, bir yüksək saray. 
 
Danışdı radio Çindən, Əfqandan,  
Səsləndi qəlbimin sədəfli sazı;  
Ə
n sonra gəlirdi ta uzaqlardan  
Neyin şikəstəsi, tarın şahnazı. 
 
Deyirlər burada, bu şən sarayda,  
Vaxtilə güllələr, bombalar varmış.  
Duyğusuz insanlar qışda və yayda  
Haqq istəyənlərə atəş açarmış. 
 
Deyirlər qan içən ağır zamanlar  
Böyük bir kütlənin başına darmış;  
O kəsilən başlar, tökülən qanlar  
Duyan ürəkiəri çox ağladarmış. 
 
  

________________________Milli Kitabxana________________________ 
81 
 
SON SÖZ 
 
Sən ey mədən torpağından qüvvət alıb gülən diyar,  
gid ərlər meydanısan, qəhrəmanlar yuvasısan.  
Səndə sönməz bir əməlin göylər qədər mənası var.  
Sən inqilab ocağısan, əməkçilər obasısan. 
 
Qarlı dağlar şahid durur keçirdiyin dövranlara,  
Çox zamanlar zülm elinin bir kölgəsi sayılmısan.  
Dənizlər dalğalandiqca, səs düşdükcə ormanlara,  
Xoş baxışlı bir günəşin gülüşündən ayrılmısan... 
 
Ancaq unutma bir şeyi, unutma ki, bu dünyada  
Ehtiyatsız bir gözəli qara yellər tez soldurar.  
Burjua qanlı bir dəniz, sən ortalıqda bir ada,  
O dalğalar zaman-zaman sənə coşar, səni vurar. 
 
Gözəl ölkəm! Sən gözəlsən, gözəlsən öz əməlinlə.  
Zəncirlərdən azad olan bir dünyanı yapasısan.  
Bu da mənim son sözümdür, dinlə məni, bir az dinlə:  
Sən bu sağlam şüurunla qoca Şərqin qapısısan. 
 
1929 
  

________________________Milli Kitabxana________________________ 
82 
 
DOSTLAR XƏBƏR  
 
Bir xəbər almışam dostlar əlindən:  
Əğ
yarın başına dünya dar olub.  
Gedibdir əlindan hər ixtiyarı,  
Pozulub şövkəti tarımar olub. 
 
Mən demişdim ona: eşit, ey insan!  
Qalmayacaq sənə sürdüyün dövran.  
Bilir Azərbaycan, bilir Dağıstan,  
Dərdim el içində bir şüar olub. 
 
Arif ol, ey Vurğun, uyma şöhrətə,  
Alışdır özünü barı möhnətə;  
Bir bax tarixlərə, bax təbiətə  
Ağ günlərin sonu ahu-zar olub. 
 
Artıq bu sözlərin nə mənası var?  
Başımda bir köhnə qəm havası var.  
Onun Vurğun kimi mübtəlası var,  
Bir baxın ki, gedib kimə yar olub?.. 
 
1929, 16 sentyabr 
  

________________________Milli Kitabxana________________________ 
83 
 
ÖLÜMÜN MƏHKƏMƏS  
 
Soyuq bir qış axşamında süzərək kainatı,  
O, mənalı baxışlarla tərk elədi həyatı...  
Acımadan gəncliyinə parlaq əməllərinə,  
Həyatmı qurban verdi öz qatil əllərinə.  
Sayğısız bu yaramazlıq, ömrün bu iyrəncliyi  
Gələcək günlər eşqinə düşündürdü gəncliyi; 
 
B i r i n c i  s ə s 
 
O bizim kəndliydi, ta çocuqluqdan  
Birlikdə çalışar, əkin əkərdik;  
Yaşıl yamaclarda, dağlar başında  
Bir deyib, bir gülüb ləzzət çəkərdik. 
 
Uğursuz bir gündə acı bir külək  
Dağları, daşları bir yerə qatdı;  
O soyuq ruzgardan xəstələnərək,  
Yazıq il yanından ziyadə yatdı. 
 
O gündən bəridir təbiətində,  
Doğrusu, düşkünlük ağırlıq vardı;  
Seyrək eşitdiyim hər söhbətində  
Ölüm düşünərdi, ölmək arardı. 
 
 k i n c i  s ə s 
 
O çox mütəfəkkir, çox xəyalpərvər,  
Həyata, hər şeyə biganə idi.  
Görüb düyduğumu söyləsəm əgər,  
Bəlkə bir sayğısız divanə idi.  
Ömründə bir dəfə gülməzdi üzü,  
Çünki dumanlıydı düşüncələri.  
O bir qarşılardı gecə-günduzü  
Dadlı xəyallara uyandan bəri ... 
 
  

________________________Milli Kitabxana________________________ 
84 
 
Ü ç ü n c ü  s ə s 
 
Ə
srin geniş addımları sürət tapandan bəri  
Çoxlarına çətin gəlir mübarizə günləri;  
Axan sellər qarşısında aciz, miskin qalırlar.  
Sonra sonsuz bir heçlikdən dönüb "ilham" alırlar. 
 
Həyatı bir kölgə kimi, röya kimi duyanlar,  
Çətinlikdən çəkinib də hər xəyala uyanlar  
Yeniliklər dünyasına yummaq istər gözünü,  
Anlamaz ki, bu gedişlə o aldadır özünü ... 
 
1929 
  

________________________Milli Kitabxana________________________ 
85 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin