RAPORT
Bakı mədən işçilərinə
G R Ş
Mən
nəfəsləri benzin
və kükürd qoxulu
milyonların şairiyəm,
Düşməniyəm onların —
Divarları məxmər
və ipək döşəməli
salonların...
RÜCU
*
Vur,
dedin, vur!
Zərbələrini
bərk vur!
Mənim arzum budur:
Qollarına
yeni qüvvələr gəlsin,
və sənin
ə
linlə yüksəlsin
Kirli,
yamaliqlı kəndimiz,
üklü,
alıqlı kəndimiz!..
SALAM
Salam sizə!
Sizin qəlbinizlə
yaşayan,
*
Müraciət
________________________Milli Kitabxana________________________
108
və matorlu kəlmələri
çiynində daşıyan
yeni şerin
yeni şairindən
salam!
Ş
öhrətim kəndli
Qapımız ömründə
xırman görmədi
məhsullu
və bərəkətli...
Yaşatmadım
qanadımın altında
bir an,
Ustamızın yolundan
sapanlan,
və qurtuluş gününü
keçmişdə tapanları.
Mənə
bu dərsi
verdi zaman.
Qırdım zaman-zaman
gözlərimə dolaşan
biri çaş,
biri sarı
gözlüyü mən,
Sirrini görmədiyim dünya
Gözlərimə
göründü yenidən;
Unutdum
tüstülü daxmasında
yemlik yediyim
Babamın
aciz xülyalarını.
Unutdum
o səfil gecələrin
sərxoş röyalarını
________________________Milli Kitabxana________________________
109
və təkrar
anmadım
adım dolaşıq çağıran
suların
duyumlu səsnini..
Mənə
çox görmədi zaman
çalışıb
yaşamaq
həvəsini...
Gördüm
damarlarımı dolaşan
o köhnə qanın
və onu yaradan
köhnə romantikanın
ə
n xəstə qurdunu...
Öldürdüm onu!
Öl-
dür-
düm!
Və dedim:
"Tarixi yaradan
insanlar özudur.
Bu,
ə
n böyük
ustamızın
ə
n böyük sözüdür.
Yenə dedim:
Ə
limi mən də vermeliyəm
işçilərin əlilə;
Mən də
daş atmalıyam
Sosialist
Vətənimizin
təməlinə!
Alqış!
________________________Milli Kitabxana________________________
110
Dəmir əllərilə
daxmaları sökən,
yerində saraylar tikənlərə!
Ölüm!
Sarı gözlüyünə
qaranlıq çökən,
gözünü köhnə dünyanın
heçliyinə dikənlərə.
Alqış!
Sosialist yurdumuza,
Kanallar çəkən,
lanlı çöllərdə
ağ pambıq əkən
zərbəçilərə!
Ölüm!
Başını paçasının
arasında saxlayan
Və ömrü yumurta kimi laxlayan
tək atlı çərçilərə!
Vur,
dedim,vur!
Zərbələrini
bərk vur!
Mənim
arzum budur.
Qollarına
yeni qüvvələr gəlsin,
və sənin!
ə
linlə yüksəlsin
Kirli,
yamaliqlı kəndimiz,
üklü, alıqlı kəndimiz.
Hey!..
Hey!..
Addımlarını möhkəm at!
________________________Milli Kitabxana________________________
111
Sənin çiyinlərində yüksəlir
Bu yeni həyat!
Bu həyatda gördüm:
Kirli gömləyini əynindən atanların
döşündəki beş bucaqlı qırmızını.
Ayaqları dolaşa-dolaşa
məktəbə gedən
anamın qalstuklu qızını.
Gördüm
adsızlığını
və savadsızlığını
ləğv edən,
Kəndimizə
özək katibi gedən
bolşevik işçiləri.
Günlər axır irəli!..
Görəcəyəm:
canındakı
sönməyən həvəslə,
və kolxoza bir səslə
yazılan əməkçilərin
ağ saçlı qarısını.
Mən
onları duymaqla keçirdim
ömrümün yarısını...
Görəcəyəm
Quduran
və bığlarnıı kişmişlə buran
ə
yriburun
hampaların ölümünü,
onların son gününü.
Zaman axıcı bir su,
görürəm bunu.
Dəyişir
və dönür
________________________Milli Kitabxana________________________
112
Bəşər fikri,
bəşər duyğusu.
Zaman axıcı bir su...
Bu suyun
ə
n qüvvəli
motoru
və requlyatoru
*
-
Proletar ordusu!
Zaman axıcı bir su!
Hey!..
Hey!..
Addımlarını möhkəm at!
Qat-qat çoxalt
Kəndimizə yaraşıq
və işıq
verən elektrik tokunu.
Mən
onlara bağışlayım
ş
erlərimin çoxunu
və yazım:
bu tok,
bu toku yaradan "blok"
ş
çi-kəndli birliyidir!
Bu birlik
şə
hərlə kəndin
ə
n gözəl diriliyidir!
Qoy
kəndimizin üstünü
Bulud kimi bürüyən
və ətəyini sürüyən
dumanlar
Dağların ardına çəkilsin!
Kəndimizə su gəlsin,
dəmir yolu çəkilsin!
*
Nizamlayıcı
________________________Milli Kitabxana________________________
113
Qoy
minsin elektrik qatarına
Sabaha salam versin
Yarışa çıxanların
zərbəçi dəstəsi.
Sabahı da
bu gün kimi,
qura-qura
Söyləyək:
Ura! Ura!!!
1931
________________________Milli Kitabxana________________________
114
ÖLƏN ŞE RLƏR M
"Tərbiyəçi olmaq üçün
tərbiyə olunmaq lazımdır"
K.Marks
ncə bir bahar buludunn andıran
və gəncliyi
bir göl kimi dalğalandıran
mavi gözlərə
Yazdığım dastanlar
Bu gün məndən uzaqsınız.
Sizi mən
ölən
günlərin heçliyinə
öz əlimlə göndərdim.
Vərəmli
və sıtmalı gecələrimi
günəşli gündüzlərə döndərdim -
“Dürrənin səsi”,
“Dilcan dərəsi”,
“Gözəllərim”,
“Qəzəllərim”,
...lərim..., lərim...
və nələrim...
Artıq gözlərimdən uzaqlaşdınız;
Ölən bir cahanla siz
gülüşsüz qucaqlaşdınız...
O gün mən,
ağır
və ən
çətin daqiqələrə qatlandım.
Sərt
və oynaq küləklər kimi,
mən də qanadlandım.
Bu bir uçuşdur!
________________________Milli Kitabxana________________________
115
Fikrim
ruzgar, qanadlı bir quşdur.
Axsadığım günlər oldusa bəzən
mən yıxılmadım,
Tarixə bolşevik yazılsın adım!
Bayrağım
damarlarımdakı qanlar kimi qırmızı,
Polad nəslimizin varlığı beton!
nanmadı gələcəyin bu gününə
nə Berkley.
nə Platon.
Kapital
qotur itlər kimi tükunü tökür;
Onların uzağı görməyən gözlərinə
qaranlıq çökür...
Tarix
açır xəyanətini sosial-faşistlərin.
Bu xəbər üşüdür varlığını
menşevik "kommunistlərin".
Belə bir gündə
mavi buludların rənginə uymaq
və gecələrin sarımtıraq,
Çarpaşıq görünüşündə
həyat duymaq
Yaramaz!..
Odur ki, mən
Siniflər doyüşündən törənən
bir əsgər kimi,
Ş
eirlərimi şüarlara döndərdim.
Onları son döyüşün
ilk cəbhəsinə göndərirəm.
1931
________________________Milli Kitabxana________________________
116
QIZIL ŞƏRQ
nlədi Şərq,
inlədi...
Tunc əsrlərin dəmir çəngəlində.
Çiyni zər paqonlu şahların,
"gözə görünməyən allahların"
ə
lində
inlədi Şərq.
Suların səsində matəm
və göz yaşı dinlədi Şərq...
Utanmadı,
Böyük Britaniya lordları
Utanmadı.
Boynu zəncirli
və kirli
Şə
rqin
"halına yanmadı".
Odlara diri-diri qalandı Şərq.
Dönə-dönə parçalandı Şərq –
Altay,
Tibet,
Himalay,
alay-alay
o dağlar
üzünü günəşə göstərmədi.
Üyləri
*
qabar tutan əllər
ə
yilib öz gülünü dərmədi...
Bunu görməyən.
dealist əmələlər rənglədi maskasını,
Günü-gündən,
həmən
açdı Şərq
qollarını
dərin
*
Barmaqların bükükləri
________________________Milli Kitabxana________________________
117
və dibsiz göylərin
"mələkli" boşluğuna,
"tanrmın" sərxoşluğuna.
Budur
Şə
rqin ciyərlərini gəzən
və onu bəzən
öldürən ilk azar,
Bunun uzun tarixi var,
Heyhat!..
Ağarıb saçları, qocaldıqca
gəncləşir həyat.
Gördü Günəş,
gördü Ay
ki, doldu tay-tay
Kitayın ipək malı
Parisin şantanlarına;
Ümidim özgədir yarına.
Qoy
Yaxın gələcəyi görsün
ve get-gedə hirsindən ölsün!
Gecələr qayıq gəzintisinə çıxan
Yanaqları boyalı London xanımları
Bilsinlər ki, Şərqin varı
Boşalmayacaq Avropanın limanlarına.
Ümidim özgədir yarına.
Çoxaldı bax,
çoxaldı!
Hər üsyana səbəb olan
böhran
yenə çoxaldı.
ş
çilər işsiz qaldı,
Çoxaldı
qarnı açıq və yurdsuz
yavruların sayı.
Doldu dar keçidli sokaklara
*
üsyançıların alayı.
*
Küçələrə
________________________Milli Kitabxana________________________
118
Trak...
Trak...
Tra...raq...
Divarları yırtaraq
"Gəlin!
Gəlin!"-dedilər.
və hər gücünə güvənən
düşmənə hücum başladı.
rilər sanldı silaha,
körpələr daşladı...
Yazıq!
Kəsdi yolumuzu yenə
faşizmin atlı dəstəsi,
ş
lədi gecənin dərinliyinə
topların səsi,
Demək,
Düşmən hələ qüvvəidir.
Ona bəzən
kömək edən
"işçilərin" öz əlidir.
Aha!..
Az qaldı sabaha,
ağarır dan yeri;
Cəbhədə sağ qalanlar
Dənməsin geri,
ağarır dan yeri...
1931
________________________Milli Kitabxana________________________
119
PAMBIQÇILAR
Günün saçaqları yayılır düzə,
Çünki təslim olur gecə gündüzə.
Könül xumarlanır duyduqca dərin,
Üfüqlər ləkəsiz, havalar sərin;
ndi son bahardır, gəlib keçdi yay,
Göydə təkər kimi yuvarlanır ay.
Çöldə traktorun səsi canlanır,
Obalar şənlənir, həyəcanlanır.
Səslənir yamaclar, dağlar, dərələr,
nsanı güldürür bu mənzərələr.
Oğru qarğalara tüfəng atılır,
Qocalmış torpağa dərman qatılır.
O biri yanda da bir böyük dəstə,
Dillərdə bayatı, kəsmə şikəstə
Arxın kənarında pambıq dərirlər.
Dalda qalanlara yol göstərirlər.
Biləklər çirməkli, döşlər önlüklü,
Hamısı torbalı, hamısı yüklü,
Tökür alınları puçur-puçur tər.
Birisi yorulub deyir ki, - yetər,
Gəlin nəfəs alaq, bir az dayanaq,
Günün qabağında bir az da yanaq.
Soyusun tərimiz, sonra başlayaq,
Artıq dərənləri çox alqışlayaq.
Olmaz! Olmaz! - deyir komsomol Pəri, -
Bir şey yığmamışıq gələndən bəri,
Nə tez yoruldunuz? Qoyun iş görək!
Eyvaz bir asqırıb, bir öskürərək:
Çox sağ ol, ay qızım, yamanca şeysən,
Halaldır donunu qızıldan geysən;
Yaraşır adına komsomolkalıq.
Qarışdı, səsləndi birdən aralıq
Yaşasın zərbəçi komsomol Pəri!
________________________Milli Kitabxana________________________
120
Bu hal düşündürdü tənbəl Əskəri;
Başını qaldırıb yerindən qalxdı,
Təzədən döşünə- bir önlük taxdı
Qarışdı dəstəyə, qarışdı işə,
Dostlar sevinəcək belə gedişə.
Gəldi günorta çağı,
Gün qızarıb yanırdı.
Azca külək də vardı,
Otlar dalğalanırdı.
Zərbəçilər gəldilər
Arxın kənarlarına: -
Azarlarıq, - dedılər, -
ş
ləsək ac qarına.
Ş
irin söhbət içində,
Çoxları bir biçimdə,
ş
tahlanıb yeyirlər;
Qızlar mahnı deyirlər.
Yetmək üçün murada
Xumar baxır Murada;
O da bilib əhvalı
Oynadır qaş-gözünü,
Bir az çəkir özünü...
Hamı duyub bu halı,
Gülüb qaqqıldaşdılar,
Köpüklənib daşdılar.
Uzun boylu, ala gözlü dağ gövdəli birisi,
Odur kolxoz gənclərinin danışıqdan dirisi,
Pəhləvandır bu qəhrəman, zərbəçidir öz adı,
çlərindən baş qaldırıb şahin kimi sıçradı:
-Bu gün işə çıxmayanlar, dünənkindən daha çox...
Elə tənbəl insanların cərgəmizdə yeri yox.
Ə
smər qarı süməklənir kulakların yanında,
Eloğlu da nağıl deyir xanlığın eyvanında.
________________________Milli Kitabxana________________________
121
Qasım kişi dünən gecə qoşub ulaqlarını,
Ortaq olub Məcid bəyə - gedib odun satmağa.
Gərək tutub yaxşı çəkək onun qulaqlarını,
Bir də cürət eləməsin kolxozu aldatmağa.
Gülpəri də dalaşmışdır! ərilə, birdən-birə
Acığından gövdəsini qaldirb çırpmış yerə;
Deyirlər ki, bərk naxoşdur yazıq, uşaq salmışdır,
A yoldaşlar, yenilikdə köhnəlik çox qalmışdır.
Xanpaşa da dünən gecə işdən çıxıb gedəndə
Tərli-tərli su içmişdir, qanı donmuş bədəndə.
Gərək bütün burdakılar bir əl kimi çalışaq,
Çətinliyin hər qeydinə, hər dərdinə alışaq.
Qüvvə bizim, motor bizim, torpaq bizim, su bizim.
Öz əlimiz qursun gərək bu yurdda sosializm.
Yedilər, içdilər qəhrəmanlarım,
Üstünə od kimi düşdülər işin.
Mənim də qəlbimdə coşdu qanlarım,
Çünki yolçusuyam mən bu gedişin.
1931
________________________Milli Kitabxana________________________
122
T KANLI SÖZLƏR
Mən yazmamış bilirəm
və sevinib gülürəm
ki,
xoşuna gəlməyəcək.
bu şerim.
Yanaqlarına
tək xal qoyanların;
Bu dünyada
nə mənsəbdən
nə şöhrətdən
doyanların.
Çünki mən
nə gülləri, çiçəkləri sayrışan
tər cunalı yazların,
nə sarı simləri
sarılıq gətirən
ağ sədəfli sazların,
nə də ki,
zurnalı düyünlər şairiyəm.
Mən
günəşi yarışa çağıran
böyük günlər şairiyəm...
Yox deyil bizim kəndlərdə
ə
təyinin altında rüşvət alanlar.
Yuxulu,
yorğun
ş
ikayətçiləri
get-gələ salanlar;
Açılır örtülü pərdə...
Sənriyə-sənriyə
piyləndikcə
göbəklərindəki qatlar.
Dərisinə siğmayan bürokratlar
Yox deyil kəndlərdə;
________________________Milli Kitabxana________________________
123
Açılır örtülü pərdə...
Əgər
etmirəmsə səhv,
Onlar olur
gah "firqəvi",
gah bitərəf;
Hər ikisi birdir,
onlar əlbirdir.
Budur, bax
muxbirin yazdığı kağıza,
Dolaşır ağızdan-ağıza:
Tanıyın Salyanda
Yıxılıb küp dibində yatan
və hökümət atlarını
yarı qiymətinə satan
köhnə çovdar Şirəlini.
Qırmızıları
güllələdiyi zaman
aparmışdı top əlini.
O, Tiflisdə
Qızıl verib sağaltmışdı topalını...
Tanıyın Qazaxda
Gündüzləri
birliyin hesabına yaşayan,
Gecələri
banditlərə
güllə daşıyan
O yöndəmsiz Qulunu;
Pirinə təpik atan
kəndin o yoxsulunu.
Tanıyın Gəncədə
Həftəsi tamam olmamış
kənddən şəhərə qaçan
bir gənc müəlliməni;
heç açmadı bu məni...
Söylə şəhər,
________________________Milli Kitabxana________________________
124
neçə nəfər
divarlarının arasında
gizlənənlər var?!
Səsini kəndlərdə qeyb edənlərdən,
Söylə, şəhər,
neçə nəfər?
nanmıram sənə mən!
Edilən cinayətlərin
adını
tut onlardan xəbər al!
Küçələrə məni də sal,
Örtülü düşmən
daha qorxuludur.
1931
________________________Milli Kitabxana________________________
125
Ş
E R VƏ XALTURA
"Kəndə, kəndə və kəndə
və yenə də kəndə!"
Belə yazdı bəziləri
Ş
erin başında turp əkəndə.
Sevmədim
Qurama sözlərin
cansız hərəkətini,
və beynimə
zorla
pərçimlənən
bu sözlərin ləzzətini...
Sevmədim
imzasını görünmək üçün atan,
Qəlbi şablon
və şarlatan
ş
airlərin
yerində şıllaq atmasını;
Sevmədim
onların sənət adına
xaltura yaratmasını.
Qoy
oxucu gözlərinə
gözlük taxsın
və bu "şeir" adını daşıyan
sözlərə bir də baxsın:
"Kəndə, kəndə və kəndə
və yenə kəndə!"
Məncə bu "şeir"
açıqca deyir:
çəriyə pəncərələrdən
göz atanların
Görüb yaşamadığı
Həyat səhnəsini
________________________Milli Kitabxana________________________
126
Və qəlbini pula satanların
Ə
n aciz səsini...
Daloy
qəlbini proletarın
qəlbi
kimi
duymayan
və şeirdə
ş
erilik izi qoymayan
bu qafiyəli dəllallar!
Sənətin bazarına sürülməsin
bu saxta mallar!
1931
* * *
Keçdi günlər ki, sənin hüsnünə pərvanə kimi
Gərərək köksümü yandım uca eşqimlə həmən;
ndi sənsiz gəzirəm çölləri divanə kimi,
Çıxıram böyləcə bəzən o xəyal dağına mən.
Baxıram, keçdiyimiz yollara bir-bir baxıram,
O keçənlər hələ sövq etmədə röyaya məni...
Mən, zarafat deyil, ey sevdiciyim, can yakıram...
Sənsən, əlbət, düşürən bu qara sevdaya məni.
________________________Milli Kitabxana________________________
127
** *
Sən o deyilsən, ah!.. Dəyişdin, döndün,
Buludlar qoynunda parladın, söndün?!
Söndün mənim ruhum, amalım kimi,
Artiq, xəyal olan xəyalım kimi.
Nerdə, bir söylə, ah, nerdə o camal?
Nə tez xarab oldun? Söylə, bu nə hal?
Yararmı nazənin, incə bir çiçək
Böylə iyrənc olsun...Yaramaz gerçək!
Yaramaz şu boya, şu qırmızı rəng,
ş
tə dodaqların nə diyər mələk?
Nədir o sünilik, nədir ah, aman!
Mən buna vicdanən ağladım, inan!
Bir zaman dağlarda vəhşi lalə tək,
Nə qədər gözəldin...Gülümsəyərək;
O zaman mənim bu şikəstə ruhum,
Bu darğın xəyalım, qəlbi-məcruhum
Və bütün varlığım bir kölgə kimi
Qoşardı arxanca yorulmadan,ah!..
Həyat amansızdır...səndə nə günah?!
Uydun böyüklərə, şana, şöhrətə,
Uydun hər keçici eyşü-işrətə.
Unutdun hər zövqü, qəlbi, vicdanı,
Aradın bir şöhrətpərəst insanı.
Sonra min rəng aldın və sürtdün boya,
Kəndini sevdirmək istədin ona...
Heyhat! Səni görcək iyrəndim bəlkə,
Nədir üzündəki o çirkin ləkə?
Sil! Sil onu, artıq görməyim bir də,
Mən dözə bilmərəm bu sonsuz dərdə,
ş
tə bax, nədənsə...nədənsə bilməm
Mən yazmaq istərkən, qırıldi qələm...
1931
________________________Milli Kitabxana________________________
128
ROT FRONT
Gözlərim sancılarkən bu bayrağın rənginə,
çimdə dalğalardan gurultu qopdu yenə...
Bu bayraq ki, üfüqsüz dənizlərdən keçərək
Tutuldu güllələrə qızıl qanlar içərək;
Ş
rapnellər ötürkən sağından və solundan,
Bir çox döyüşdən çıxdı, qayıtmadı yolundan.
O dolaşdı Berlinin sokaklarında
*
bəzən,
Havasında bir ölüm, bir də ayrılıq gəzən
Gecələrin qoynunda dalğalandı bu bayraq.
Ş
erim inandırmasa, gəl onun rənginə bax!
O bayraq ki, rəngi qan, varlğı, qəlbi qandır,
Milyonların əlində bir yenilməz qalxandır.
Mənsəb dalınca deyil, haqq axtarır dünyada,
Ağ saçlı keçmişləri salsan bir az da yada
Haq verərsən sözümə;
Ki yer üzü,
Sözün düzü,
ki düşmən cəbhədən görünmədə gözümə,
Haq veriniz sözümə.
Bu bayraqdan oxudum sahildəki qanları,
Sayıb sona yetmədim günahsız qurbanları.
Bu bayraqda canlanır bir son aclıq dünyası,
Qızlığmda dul qalan insanların röyası.
Fahişəlik, yazıqlıq, sonra bilməm ki, nələr...
Yol üstündə titrəyən ağ saqqallı çənələr;
" nsaf edin! Əl açın! Mən işsizəm" sözləri,
Ağlamaqdan kor olan bir ananın gözləri;
Cəbhələrdən qayıtmış, tək qollu qəhrəmanlar,
Kitablara düşməmiş qanlı, qorxunc zamanlar,
Hisli, nəmli, qaranlıq podvallarda yaşayan,
Ömrün ağırlığını öz çiynində daşıyan,
ş
çilərin adından bir elçidir bu bayraq,
Ş
erim inandırmasa, gəl onun rənginə bax!
*
Küçələrində
________________________Milli Kitabxana________________________
129
Bu bayraq ki üfdqsüz dənizlərdən keçərək,
Tutuldu güllələrə qızıl qanlar içərək;
O gərdi öz köksünü bombaların səsınə,
Gəlib çıxdı nəhayət Şuralar ölkəsinə.
Bizim bu qızıl Bakı aldı onu qoynuna,
Qardaşlıq əllərilə sanlırkən boynuna
Bu qırılmaz peymanı uzaqlardan gördülər,
Avropanın, asyanın köpəkləri hürdülər.
ndi bu bayraq gəzir əldən-ələ, dolanır,
Mil düzünün, Muğanın pambıqları sulanır.
Yarış gedir Şəkidə
Lənkəranda, Ləkidə
Qazax, Gəncə, Qarabağ,
Bir çox dərə, bir çox dağ
ndi durub üz-üzə,
Gecə dönür gündüzə.
Günlər keçir axaraq.
Veriləcək bu bayraq
Birincilik qazanan
nsanlara şübhəsiz,
Bilirsiniz bunu siz.
O bayraq ki, üfüqsüz dənizlərdən keçərək,
Tutuldu gülləlrə qızıl qanlar içərək.
Ş
rapaellər ötürkən sağından və solundan,
Bir çox döyüşdən çıxdı, qayıtmadı yolundan.
Üstündəki o yumruq üsyanın simvoludur,
Bir üsyan ki, tarixdə qurtuluşun yoludur.
Ordusunu çəkirkən yazdı genosse
*
Telman,
Halqalı zəncirlərin qırıldığı bir zaman:
Berlinin kəlləsində sancılacaq bu bayraq,
Ş
erim inandırmasa, gəl onun rənginə bax!
1932
*
Yoldaş
________________________Milli Kitabxana________________________
130
Dostları ilə paylaş: |