HƏSRƏT
Biz ayrılan zaman demişdin ki, sən: -
Bir də bu yerlərə gələcəkmisən?
O gündən bəriyə keçdi sənələr,
Başından keçəni danışsam əgər,
Qələm dilə gələr, kağız yorular,
Ömrümün qarışıq bir kitabı var...
Aldı qucağma məni şəhərlər
O həsrət qaldığım şehli səhərlər,
O qərib axşamlar, o axar sular,
Ə
tirli iydələr və akasyalar,
Ruzgara baş əyən o sarı sünbül
Baharın müjdəsi hər çiçək, hər gül,
Gecənin sarvanı o ulduz, o ay,
Anamın örtdüyü sarı kalağay,
Gözümdə qalmışdır ömrüm uzunu,
Bəlkə də şairin taleyidir bu...
Yaxşı yadımdadır, cənuba sarı
Uçub qaqqıldaşan durna qatarı,
Sıxlaşan, daralan qara buludlar,
Ocaqlı, tüstülü, şenlikli yurdlar,
O sulu daxmamız, ağac taxtımız,
O yoxsul ömrümüz, dolu baxtımız,
Babamın divardan asılı sazı,
Anamın "alnına yazılan yazı!".
Bir də görmədiyim o ana yurdu;
Bəlkə də şairin taleyidir bu...
Biz ayrılan zaman demişdin ki, sən:
- Bir də bu yerlərə gələcəkmisən?
Bağrımın başında alışıb yanan
Bu söz xatirimə düşdüyü zaman,
________________________Milli Kitabxana________________________
169
Səninlə ağlayan, səninlə gülən,
Səninlə yaşayan, səninlə ölən
Bir xəyal, bir könül, bir həyat, bir qan
Canlanır gözümdə... Sənsə bir insan,
Baxırsan tozlanan o ağ yollara.
çində hər qüvvət çəkilir dara...
Mənsə bu həsrətin bir son övladı...
Səni də yandırır sonsuzluq adı...
Sən ey, isinməmiş ana qucağı!
Ş
air təbiətli sənət ocağı!
Gözlərim üstündə sənin yerin var.
Yolları almasın nə boran, nə qar...
Budur, bax, ən uzaq bir məsafdən
Salam göndərirəm hüzuruna mən.
Salam, təbiətin yaraşığına,
Salam, gecələrin ay işığına,
Salam, sevgilimin xoş qılığına,
Onun dözmədiyim ayrılığına,
Salam göz yaşımla içdiyim anda,
O məni sevəcək, məni duyanda!
Salam, inandığım o əziz günə,
Eşqin, gözəlliyin böyüklüyünə.
Salam, hər boyadan, ləkədən uzaq,
Varlıği, vicdanı günəş kimi ağ
Sabahkı insanın ilk nəğməsinə...
Səsini sən də qoş onun səsinə!
Salam, böyüdüyüm o ana yurda,
Mən səfər üstündə qonağam burda...
Süpür qapımızı, sula evmizi,
ndi birləşdirir ayıran bizi...
Bu bayram günündə gözlərin aydın!
nan ki, dünyada sən olmasaydın
Nə söz yaranardı, nə də ki, sənət,
Bu haqqı vermişdir sənə təbiət.
Odur ki, dünyadan istədiyini al,
________________________Milli Kitabxana________________________
170
Zəhmətin də halal, südün da halal.
Səninlə fəxr edir şöhrətm, adım,
Admı ömründə heç unutmadım...
Anama sadə bir sözüm var ancaq;
Bir ağac altında bir parça torpaq
Ayır ki, yurd salım kölgəsində mən,
Ə
yləşim, söz açaq doğan səhərdən...
Çəkək kölgəliyə yazı masaını,
Yazıb pozduğumu oxusun hamı;
Dinləsin səsimi çiçəklər, otlar,
Dolansın başıma göydə buludlar!
Bu sadə istəyim dünyaya dəyər.
Verdiyim vədədən çəkinsəm əgər,
Göyün ildırımı başımda sönsün,
Ahım dağlardək! dumana dönsün!
1934, 16 oktyabr
________________________Milli Kitabxana________________________
171
SABAHIN TÜRKÜSÜ
Ey səhər, ey Günəş, ey ulu qüvvət!
Sən ey şəfəqlərdə çimən təbiət!
Sonsuz üfüqlərə yol açan sənət!
Ey bütün bəşərin sabahkı yolu!
Yaşasın torpağın qəhrəman oğlu!
Sən ey bağçaların, bağların barı!
Ş
airin ilhamı, sənətin yarı!
Dünyanın əvvəlki, sonku ilqarı!
Açıq söyləmirəm sənin adını,
Bir də buludlara çırp qanadını!..
Sən ey qaranlığa çöküb qarışan,
Günəşlə tutuşan, ayla yarışan,
Gah məndən inciyən, gah da barışan,
Yurdumun ayaği sayalı qızı!
Ağzi xeyir sözlü, həyalı qızı!
Siz ey çəmənlərdə gülən çiçəklər!
Bu sakit ahəngi pozan küləklər!
Ey təmiz duyğular, təmiz ürəklər!
Salam gələcəyin böyük adına!
Salam insanlığın etiqadına!
1934
________________________Milli Kitabxana________________________
172
VƏTƏN ORDUSU
Nəğmə
Qorxub çəkilmədik ölümdən, qandan,
Çıxdıq illər boyu çox imtahandan;
Bombalar yağsa da bizə hər yandan,
Dağlara səs salar hücum borusu,
Haydı, arş irəli, Vətən ordusu!
Pozmaz cərgəmizi nə dərə, nə düz,
Hazırdır döyüşə qızıl süngümüz.
Hər gün meşələrdə vurduq yüzə yüz;
Dağlara səs salır hücum borusu,
Haydı arş irəli, Vətən ordusu!
Bizik kəc yağının döşündən vuran,
Azadlıq yolunda keşikçi duran;
Bizik tarixləri yenidən quran.
Dağlara səs salır hücum borusu,
Haydı, arş irəli, Vətən ordusu!
Qüvvəmiz günəşə, aya təməldir,
Sinifsiz gələcək bizə əməldir,
Ə
n böyük nəğməmiz Beynəlmiləldir;
Dağlara səs salır hücum borusıı,
Haydı, arş irəli, Vətən ordusu!
Yaşa, qızıl əsgər, yaşa, min yaşa!
Aldığın nişanlar çıxmasın boşa!
Salam marşalımız Klim yoldaşa!
Dağlara səs salır hücum borusu,
Haydı, arş irəli, Vətən ordusu!
1934
________________________Milli Kitabxana________________________
173
BÖYÜK REVOLYUS YA
Üç yüz il acımadan, titrəmədən, duymadan,
Hey diddi köksümüzü çarlığın zülüm quşu.
Üç yüz il acımadan, yorulmadan, doymadan,
Hey sordu qanımızı, hey içdi qanımızı,
Buludlardan şığıyıb gələn bir ölüm quşu.
* * *
Üç yüz il, hey üç yüz il... ac yalavac dolandıq,
Zəncir, buxov taxıldı haqqın dodaqlarına.
Üç yüz il, hey üç yüz il... çox qaynadıq, çox daşdıq.
Bizi nə göy dinlədi, nə də zərli salonlar,
Hətta sərildiksə də, çarın ayaqlarına.
* * *
Üç yüz il, hey üç yüz il sürünərək dinlədik,
Ağlayan zənglərdəki tanrıların səsini.
Tanrıların səsini dinlədikcə inlədik,
Sonra yaxşı bildik ki, lazımdır bizə qırnaq,
Çarın qanlı tacını, caduların tasını...
* * *
Döyüşlərdə itəcək nəymiz vardı ki, candan,
Ağır çəkicdən başqa, paslı zəncirdən başqa.
Zərbəmizlə yıxıldı bizi alan və satan,
Sönməz odlarımızla dəbdəbəli saraylar,
Tanrılar külə döndü gözləri baxa-baxa.
* * *
Revolyusiya yarandı qanlı vuruşmalardan,
Mərmilərdən qaynayıb coşdu Neva suları.
Petroqradın üfqündə qızardı bir yeni dan,
Qızıl revolyusiya gətirdi ölkəmizə,
pək damarlarında günəş parıltıları.
1934
________________________Milli Kitabxana________________________
174
A KÖHLƏN ATIM!
Ə
lim tərpənməmiş oyna yerindən,
Nəzil qamçı kimi səyirdəndə sən.
Büdrəsən, qalaram yarı yolda mən,
A köhnə yoldaşım, a köhlən atım!
Buğlana-buğlana köpüklən, atım!
Aranda, yaylaqda kömək ol elə,
Yerişin oxşasın əsən ağ yelə;
Arpanı kəsmərəm ac qalsam belə,
Yaman günlərimin gərəyi atim,
nsanın dar gündə köməyi atım.
Qoy vurum belinə gümüş yəhəri,
Bir yol ayrıcında açaq səhəri...
Gəzib oymaq-oymaq kəndi, şəhəri,
Harda var axtaraq düşməni, atım!
Onları vaxt ikən gör, tam, atim!
Bu bir manevradır indi səninçin...
Qoy dalğalar kimi döyünsün için;
Göydən üstümüzə düşən göyərçin
Düşmənin yerini bildirsin, atım!
Qoyub dizlərini yerə sin
*
, atım!
Qaranlıq düşəndə qulağını çat,
Asta get, nalıyın səsıni alçalt!
Desinlər ustadır mindiyin bu at,
Candan əziz tutum səni mən, atım!
Bəzən insan kimi düşünən atım!
Canın poladdandır, qolların dəmir;
Komandan orduya verəndə əmr,
Duşmənin başını qoparıb gəmir,
Ey aslan ürəkli, pəhləvan atım!
Ə
slində mülayim, mehriban atım!
*
Ə
yil
________________________Milli Kitabxana________________________
175
1934
BÖYÜK ƏD B
Döydü qapımızı bir acı ruzgar,
Durdu insan qəlbi, öldü sənətkar...
Mənim təbiətə bir sualım var.
Bumudur insanla onun ilqarı?
Sən, ey bu torpağın əziz insanı,
De, qələmin hanı? Kağızın hanı?
Matəmin ağlatdı Azərbaycanı,
Yasinı saxlayır Qafqaz dağları.
Gülən dodaqların, söylə soldumu,
Düşünən beyinin torpaq oldumu,
Sevgilin saçını bir-bir yoldumu,
Həyata son dəfə baxdınmı barı?
Admı qəlbində hər kim arasa,
Bilirəm, ağlayıb batacaq yasa;
Bir xəbər göndərsin Kürə, Araza
Dumanlı dağların soyuq ruzgarı.
Ömrünün çiçəyi birdən solsa da,
Ölümün, matəmin vaxtsız olsa da,
Dünya boşalsa da, dünya dolsa da,
Tarix yaşadacaq bu sənətkarı!..
1934, 31 dekabr
________________________Milli Kitabxana________________________
176
AZƏRBAYCAN
*
Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan;
Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sınamışam dostu, yarı...
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı somtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!
Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.
Dağlarının başı qardır,
Ağ örpəyın buludlardır.
Böyük bir keçmişin vardır;
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.
Düşdün uğursuz dillərə,
Nəhs aylara, nəhs illərə.
Nəsillərdən nəslərə
Keçən bir şöhrətin vardır;
Oğlun, qızın bəxtiyardır...
*
Ş
eir əlyazmasi əsasında ilk variantda olduğu kimi verilmişdir.
________________________Milli Kitabxana________________________
177
Hey baxıram bu düzlərə,
Ala gözlü gündüzlərə;
Qara xallı ağ üzlərə
Könül istər şeir yaza;
Gəncləşirəm yaza-yaza...
Bir tərəfin bəhri-Xəzər,
Yaşılbaş? sonalar gəzər;
Xəyalım dolanar gəzər
Gah Muğanı, gah Eldarı,
Mənzil uzaq, ömür yarı!
Sıra dağlar, gen dərələr,
Ürək açan mənzərələr...
Ceyran qaçar, cüyür mələr,
Nə çoxdur oylağın sənin!
Aranın, yaylağın sənin.
Keç bu dağdan, bu arandan,
Astaradan, Lənkərandan.
Afrikadan, Hindistandan
Qonaq gəlir bizə quşlar,
Zülm əlindən qurtulmuşlar...
Bu yerlərdə limon sarı,
Ə
yir, salır budaqları;
Dağlaraının dümağ qarı
Yaranmışdır qarlı qışdan,
Bir səngərdir yaranışdan.
Lənkəranın gülü rəng-rəng,
Yurdumuzun qızları tək.
Dəmlə çayı, tök ver görək,
Anamın dilbər gəlini!
Yadlara açma əlini.
________________________Milli Kitabxana________________________
178
Sarı sünbül bizim çörək,
Pambığımız çiçək-çiçək,
Hər üzümdən bir şirə çək
Səhər-səhər acqarına,
Qüvvət olsun qollarına.
Min Qazaxda köhlən ata,
Yalmanına yata-yata,
At qan tərə bata-bata,
Göy yaylaqlar belinə qalx,
Kəpəz dağdan Göy gölə bax!..
Ey azad gün, azad insan,
Doyunca iç bu bahardan!
Bizim xalı-xalçalardan
Sar çinarlar kölgəsinə,
Alqış günəş ölkəsinə!
Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan;
Axşam üstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.
Gözəl Vətən! Mənan dərin,
Beşiyisən gözəllərin
Aşıq deyər sərin-sərin,
Son günəşin qucağısan
Ş
eir, sənət ocağısan.
Ölməz könül, ölməz əsər
Nizamilər, Füzulilər!
Ə
lin qələm, sinən dəftər,
De gəlsin hər nəyin vardır,
Deyilən söz yadigardır.
________________________Milli Kitabxana________________________
179
Bir dön bizım Bakıya bax,
Sahilləri çıraq-çıraq,
Buruqları hayqıraraq
Nərə salır boz çollərə,
ş
ıqlanır hər dağ, dərə.
Nazlandıqca sərin külək
Sahillərə sinə gərək,
Bizim Bakı - bizim ürək!
ş
ıqdadır qüvvət sözü,
Səhərlərin ülkər gözü.
Gözəl Vətən! O gün ki, sən
Al bayraqlı bir səhərdən
lham aldın...yarandım mən.
Gülür torpaq, gülür insan
Qoca Şərqin qapısısan.
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrilarmı könül candan?
Azərbaycan, Azərbaycan!
1935
________________________Milli Kitabxana________________________
180
SƏRGÜZƏŞT
Bir tərəfdə düyün, bir tərəfdə yas,
Böylə keçinmişdir dilsiz əsrlər.
Ş
airim, könülün dediyini yaz,
Odur bu dünyada ən böyük əsər.
Deyirlər bu yerin xəyalı şaşqın
Ağızlarda gəzən sevdası varmış.
Könüllər havalı, duyğular daşqın
Sel kimi kükrəyib, coşub axarmış.
Deyirlər suların axar yerində
Çadırlar qurulub yurd salmamış.
Dumanlı dağların ətəklərində
Mal-qara bəslənib, ot çalınarmış.
lxılar qarışıb kişnəyəndə at
Batarmış göylərin ildırım səsi,
Burda öz-özünə axarmış həyat,
Axarmış suların xoş zümzüməsi.
Üstündə qıy vurub tərlan səslənən
Dağların başını duman alarmış.
Günəşdə, havada, suda bəslənən,
nsanlar az ölüb gec qocalarmış.
Axarmış su kimi südü, ayranı,
Şə
kinin, Şirvanın, Gəncəbasarın.
Qarışıb bir yerə dağı, aranı,
Dili tutularmış boranın, qarın.
Qaçanda Qazağın köhlən atları
Bağrı yarılarmış dəli göylərin.
Çökərmiş altında yerin qatları,
Dirəyi titrərmiş ağac evlərin.
________________________Milli Kitabxana________________________
181
Qoyunlar, quzular düzdə, bələndə
*
,
Səs-səsə verişib, mər-mər mələrmiş.
Qapıya bir əziz qonaq gələndə,
Xınalı erkəklər qurban gələrmiş.
Deyirlər, qocalar, düşkün qarılar
Qaranlıq damlara doldurularmış.
Acından quruyub, ölərmiş onlar
nsanın nə yaman adəti varmış.
Sonra cəsədləri atıb çöllərə,
Didib dağıdarmış qurdlar və quşlar.
Tarix bir karvandır, həyat bir dəvə,
Bir əfsanə gəlir bizə olmuşlar.
Dillənin, ey sönmüş atəşgədələr!
Odlara yandımı dağlar gözəli?
Tarix, de başından keçmişdir nələr?
Nələr törətməmiş insanın əli?
Ey böyük bəşərin çocuqluq yaşı,
Nə çirkin, nə gülünc bir keçmişin var!
Atəşlər aşiqi Zərdüştün başı
Qalmış əsrlərdən bizə yadigar.
[1935]
*
Çöldə
________________________Milli Kitabxana________________________
182
ZƏRDÜŞTÜN XÜLYALARI
Üç min il keçəcək dönəcək zaman
Batacaq yaslara xain Əhrimən,
"Təsliməm" - deyəcək ulu Hürmüzə,
Qaranlıq gecələr dönüb gündüzə,
Ə
lvida deyəcək qaranlıqlara...
Günəş höküm edəcək borana, qara.
Yerdən çəkiləcək soyuq və azar,
Hər günün, gecənin bir qanunu var.
Ə
tirlər saçacaq ətrafa güllər,
Gecənin qoynunda ötən bülbüllər
Səs-səsə verişib toy başlanacaq.
Həyat seviləcək, alqışlanacaq...
Aşıb-daşacaqdır bağlar, bağatlar
O vaxt uzanacaq günlər, saatlar,
Gecənin ömrüsə gödələcəkdir!
Tarixə böylə bir gün gələcəkdir!
Düşəcək sulara ulduzlar, aylar.
Artıq olmayacaq körpüsüz çaylar,
Ə
riyib axacaq dağların qarı,
lanlar mələşən çöllərə sarı.
Yaşıl don geyəcək susuz yamaclar,
Boysuz olmayacaq otlar, ağaclar.
Dünyanın şöhrəti olacaq insan,
Nə azar qalacaq, nə olüm, nə qan.
nsan oğlu yer üzünə
Gəldiyindən ta bu günə
Qapılmışdır xəyallara...
stərmisən? Get də ara.
Sirri dərin, fikri dərin
Daş ürəkli əsrlərin
Ə
fsanələr ocağını!
Al da onun sorağını
Divarları uçub qalmış
________________________Milli Kitabxana________________________
183
Yazısını tozlar almış
Məbədlərin görüşündən...
Gəl oxucum! Yaxın gəl sən!
nsan oğlu azad bir quş
Ə
zəldən o məftun olmuş
Azadlığın xülyasına.
Atıldıqca dəryasına,
Xəyalların, fikirlərin,
Bəzən dayaz, bəzən dərin
Dənizlərdə kürək çəkmiş...
Tarix nələr görəcəkmiş!
O gəzdikcə hər ölkəni
Dənizlərin ağ yelkəni
Dalğaları yara-yara,
Yellənmişdir uzaqlara.
Dənizlərdə qopan ruzgar
Qasırğalar, fırtınalar
Quduz kimi hey qudurmuş
nsanla üz-üzə durmuş.
Gəl, ey Zərdüşt! Gəl də dinlə!
Hesablaşaq biz səninlə
Tarix uzun bir körpüdür
Ə
fsanədən həqiqətə...
Bax insana, təbiətə,
Bax gecəyə, bax gündüzə,
Sığındıqca sən Hürmüzə,
Xəyalların söndü göydə
Yer başına döndü, göy də.
Daha bilməm keçdi nələr
Sən ey sirlər, əfsanələr,
Dünyasının böyük başı!
Ulduzların ilk sirdaşı!
Uzaqdansa dinlə barı
Səndən sonra olanları!
________________________Milli Kitabxana________________________
184
nad bəşər yorulmamış,
Nə yay bilmiş, nə də ki, qış
Nə soyuqdan, nə istidən,
Nə alovdan, nə tüstüdən
Qamaşmışdır gözlərimiz.
Dəryaların sirrini biz
Çox aradıq, çox axtardıq,
Gedər-gəlməzlərə vardıq...
Bizim cəsur elçilərdən
Bir parası batıb hərdən
Girdabları yara-yara
Yem olmuşdur balıqlara!
Yerin şöhrətidir əzəldən insan,
nsan yer üzünə tanrı gələli.
Bir tərəfdə həyat, bir tərəfdə qan,
Nələr yaratmamış insanın əli!
Bəşər yorulmamış əsrlər boyu
Açarsız, qapısız əfsanələrdən,
Könül bir çeşmədir ki, onun suyu
Yağışlar altında bulanmış hərdən...
Bir yanda şahların qan rəngli tacı,
Bir yanda zəncirli qullar dünyası.
Bir yanda bir quru çörək möhtacı,
Sakit axşamları qərib röyası.
Nəbilər, dahilər, ərlər, ərənlər,
Həyat meydanında çapmış atını.
" şıqlı bir günə yol göstərənlər",
Tapdamış bəşərin xatiratını.
[1935]
________________________Milli Kitabxana________________________
185
FÜZUL N N DƏRD
Şə
bi-hicran yanar canım.
Tökər qan çeşmi-giryanım.
Oyadar xəlqi əfqanım.
Qara bəxtim oyanmazmı?
Füzuli
Sən ey sevdalı sənətkar,
Səsində min şikayət var.
Duyanlar hər zaman ağlar,
Desəm, bir böhtan olmazmı?
Sığındın təbi valaya
*
,
Vuruldun hüsnü Leylaya.
Nahaqdan düşmə sevdaya,
Gözün yaşlarla dolmazmı?
Xəyalə qərq olub hərdən,
Zəhərləndin küləklərdən...
O qansız, daş ürəklərdən
Könül rəncidə
†
qalmazmı?
Nə odlar görmüsən bilsən,
Ə
zəldən aşiq oldun sən,
Böyük ruhunla bir türksən,
Muradın şəmi yanmazmı?
Füzuli, incidin yardan,
Gileyləndin saraylardan...
Keçirkən karvanın qardan,
Dedin üz döndərən yazmı?
Səninlə oynadı dövran,
Doyunca öpmədin yardan,
Ə
sən sevdalı ruzgardan
Tənoffüs ruha siğmazmı?
*
Ali, yüksək
†
ncik
________________________Milli Kitabxana________________________
186
Nədir Leyli, nədir Məcnun?
Nədir aşiq, nədir məftun?
Gəzirsən daima məhzun
*
.
Sınıq qəlbin - sınıq sazmı?
Yıxılmış gördüyun dövran,
Dəyişmiş, başqadır insan,
Azərbaycan, Azərbaycan,
Böyük dahilərin azmı?
Sən ey sevdalı sənətkar,
Səsində min şikayət var.
Duyanlar hər zaman ağlar
Desəm, bir böhtan olmazmı?
[1935]
* * *
Döyür pəncərəmi qışın ruzgarı
Vaxtsız ölümmüdür üstümə gələn?
Çəkilsin gecənin qaranlıqları...
Ömrə son sozümü deməmişəm mən,
Vaxtsız ölümmüdür üstümə gələn?
1935, 5 yanvar
* * *
Ruhumda ruhunun parçası vardır,
Təşəkkür yetirək təbiətə biz.
Xavərim, ömrümüz nə bəxtiyardır,
Xalqı küsəndirir səadətimiz.
1935, 12 yanvar
*
Kədərli, qəmli
________________________Milli Kitabxana________________________
187
Ş
Dostları ilə paylaş: |