SEVG L M N QILIĞI
Gecə cansız, gecə sakit, gecə lal!
Nə qədər uçsa da uçduqca xəyal.
Udur insanı bu zülmətli gecə,
Bu vəfasız, bu rütubətli gecə.
Ay uzaqlarda, küsüb gendə durur,
Məni yelkən kimi fikrim uçurur
Döyür ətrafını şiddətli boran,
Sevgilimdir başım üstündə duran,
Yuxusuz gözləri hərdən süzülür,
Baxıb əhvalıma candan üzülür
Və deyir: "Yazma, yazıqsan, daha yat,
Düzələn şey deyil onsuz da həyat.
Nə mürəkkəb, nə kağız qalmadı, dur,
Bu esr şairi vaxtsız unudur...
Qapının ağzını almış qara qış,
Filosoflar belə şaşqın qalmış,
Bu həyatın dolaşıq yollarına,
Ac qalarsansa bu gündən yarına.
Bizə bir kimsə çörək verməyəcək,
Qadının "ver!", çocuğun "ver!" deyəcək.
Nə mürəkkəb, nə kağız qalmadı, dur!
Bu əsr şairi vaxtsız unudur...".
Xayır! Aldanma əziz arkadaşım,
Daşa dəysin də, qayıtsın da başım,
Ta ki, dünyadakı hər sirri bilim,
Uzun olsun da həyatımda dilim.
Demə sərsəm gecələr yolçusuyam,
Mən doyüşlərdə həyat ordusuyam!
Geri qalmaq - ölümün nərdivəni,
O qaranlıqlara qaytarma məni.
Sən deyirsən ki, "yazıqsan, daha yat,
Düzələn şey deyil onsuz da həyat".
Nə sənindir, nə mənimdir bu əməl,
Özgə bir yerdə danışma bunu gəl.
________________________Milli Kitabxana________________________
151
Düşün, ətrafını gör, bir də düşün,
Yoxsa mənasız olur hər gülüşün,
Daha xoşbəxt edəcəksən məni sən,
Özün öz taleyini həll etsən...
Sən deyirsən ki, "yazıqsan, daha dur,
Bu əsr şairi vaxtsız unudur".
Nə sənindir, nə mənimdir bu əməl,
Özgə bir yerdə danışma bunu gəl.
Qoparıb qəlbimi sən vurma daşa,
Gəl! Yaxın gəl! Oxuyub qıl tamaşa
Ə
sərimdən gorünən heykəlimi;
Tutma, qoy yazsın, əzizim, əlimi.
Nə rəyasət, nə cəlal istəyirəm,
Sadə hiss, sadə xəyal istəyirəm,
- Məni şerinlə sevindirdin, əvət!
- Yaşaşın öyləsə dünyada sənət!
Onun ardında nə hikmət görünür!.
Bütün insan və təbiət görünür.
1933
________________________Milli Kitabxana________________________
152
DƏN Z GƏZ NT S
Sevgilim, gecənin rənginə bir bax!
Sayrışan ulduzlar göz kimi parlaq.
Sallamış dənizə ay məndilini
*
,
Dəniz danışdırır öz sahilini.
Baxıb keçənlərə, göz qırpır mayak,
O bir keşikçidir hər zaman oyaq
†
.
Gəzdirir özünü böyük bir vapor,
Vaporda səslənir, döyünür motor.
Onun zirvəsində durur kapitan;
ndi təbiətə hökm edir insan.
Yorulmaq bilməmiş insanın əli
nsan yer üzünə tanrı gələli.
Görünməz olmuşdur dənizin dibi.
Qayıq yırğalanır bir beşik kimi.
Dalğalar atlanır, dalğalar enir,
Doğru demişlər ki, şairanədir,
Qayıq gəzintisi mahtaba
‡
qarşı,
Sahildə səslənir gazıntı marşı,
Gəzdirir bizi də mehriban dəniz
Açılıb dincəıir sinirlərimiz.
Suda ilan kimi şütüyür qayıq...
Xavərim, yatmamış... sevgilim ayıq!..
Sevgilim, nə gözəl bahar gecəsi!
Bizə layla çalır dənizin səsi.
O kimdir sulara qəzəl oxuyur,
Cahana hər gələn bir əsər qoyur...
Sussun o bayquşun pərişan səsi;
Sevgilim istəyir həyat nəğməsi!
Dalğalar əsəbi, dalğalar qara,
Köksünü çırpdıqca bu dalğalara
Suda ilan kimi şütüyür qayıq,
Sevgilim yatmamış... sevgilim ayıq!..
1933
*
Dəsmal (əl dəsmalı) mənasında
†
Yəni
‡
Ay işığı
________________________Milli Kitabxana________________________
153
ÇƏNƏ SÖHBƏT
Qapılar bağlanır, gecə yarıdır,
Gəzir pəncərəmin qabağında ay.
Bu ay qaranlığı sorub əridir;
Buludlar dağılır uzaqda lay-lay,
Gəzir pəncərəmin qabağında ay.
Sevgilim yanımda yatır baş-başa,
Uzanır ortada çənə söhbəti.
Onun hər zamankı xoş təbiəti
Deyir: mehriban ol, mehriban yaşa,
Sevgilim yanımda yatır baş-başa.
- Doğru demişlər ki, qızların nazı
Onların eşqindən uzun olurmuş.
Yolunda illərcə süründüm azı,
Get-gəli sevməyir bizim quruluş...
- Qınama qızları, bu ehtiyatdır,
Dünyada tez qızan, tez də soyuyur.
Məhəbbət özü də canlı həyatdır,
Onun varlığını yaşayan duyur;
Dünyada tez qızan, tez də soyuyur.
- Xayır! Məhəbbətin gözü kor olur.
Onda nə ehtiyat, nə imtahan var.
Sevməyin hissi ki, ürəyə dolur
O bəzən güldürür, büzən ağladır,
Onda nə ehtiyat, nə imtahan var.
- Bu sözdə doğruluq olsa da qismən,
Yenə də fikrinə qol çəkmirəm mən.
Ömür-gün sevdası deyildir asan,
Çox gözəl olsa da zahirən insan,
Yenə də ortada imtahan gərək.
Yoxsa ki, gündə bir eşqə gələrək
Hər ötən yolçuya könül bağlamaq.
________________________Milli Kitabxana________________________
154
Sonra da ardınca baxıb ağlamaq
Ə
skiklik gətirər hər insana, bil!
Nə erkək, nə qadın əyləncə deyil.
Bir parça söyləyim misal üçün mən
Həyatda gördüyüm bir faciədən:
Yaşıl təpələrdə izlər buraxan,
Yel kimi kükrəyib, su kimi axan
Qeydsiz bir könül, azad bir könül,
Ə
tirli bir çiçək ətirli bir gül
Gündə boy atardı günəşə qarşı;
Onun kaman kimi əyilmiş qaşı,
Durna baxışları, şirin söhbəti,
O gözəl xilqətin xoş təbiəti
Gəzib dolaşırdi ağızda, dildə;
"Xuraman" dedikcə ağız da, dil də
Gözəllik dadardı bu adda insan!
Bir nur tökülərdi baxışlarından.
Xuraman sevərdi ay işığını,
Xilqətin o gözəl yaraşığını;
Baxıb saatlarca mahtaba sarı,
Uçardı göylərə zil baxışları.
Bir su kənarında göyərən otlar,
Göydə məclis qurub duran buludlar
Bir qaya, bir təpə, bir dağ, bir dərə,
Xəyalı güldürən bir xoş mənzərə
Onun diqqətini tutardı həmən.
"Of...Sənin eşqindən divanəyəm mən"
Deyən, bir insana uydu zavallı
O şair könüllü, rəssam xəyallı.
Xuraman izlədi, öz arzusunu,
Ondan çəkinmədi illər uzunu;
O qoşdu şəhərə oxusun deyə,
Ömrünü sənətə verdi hədiyyə.
Yazıq! Zəhərlədi o gözəl qızı
Həyatın pozulmuş bir əxlaqsızı.
"Mən sənin eşqinlə, əziz Xuraman,
Xəstə uşaq kimi inlərəm hər an", -
________________________Milli Kitabxana________________________
155
Deyən bir alçağa! uydu zavallı,
O rəssam duyğulu, şair xəyallı,
O dağlar gözəli Xuramancığaz.
Birinci görüşdən keçməmiş bir az
Onlar evləndilər, fəqət faciə
Bununla qurtarıb bitməyir yenə.
Xuraman bir axşam evində yalnız,
Çəkdiyi lövhələr qarşısında qız
Dalıb düşünərkən yoldaşı birdən:
"Xuraman, qalmamış o məhəbbətim,
Getdi etibarım, getdi hörmətim,
Nə incə sənətin, nə də bədənin,
Nə də ki, o durna gözlərin sənin
Artıq güldürməyir, açmayır məni,
Bağışla, saxladım yolundan səni.
Xuraman yerində daş kimi donur,
Xəyalı çırpınıb, dağlara qonur,
Orda maral kimi boynunu bükür,
Qumral gözlərinə qaranlıq çökür...
"Əvət, təbiətim hər zaman dönür,
Könül bir oddur ki, yandıqca sönür...
Məndə nə irada, nə ixtiyar var;
Xəyalım ölçüsüz bir dəli ruzgar,
Köçəri quş kimi hər yerə qoşar,
Harda axşamlasa, orda da yaşar.
Onun başqa donlu bir xilqəti var,
Hər zaman dəyişən təbiəti var.
Səadət, ailə, sevgi əbəsdir –
Dünya dedikləri bir quru səsdir..."
O gündən yaşadı Xuraman yalqız,
Dünya gözlərində günəşsiz, aysız
Bir qaranlıq kimi boğurdu onu,
Yaxşı gətirmədi ömrünün sonu;
Dağlardan aldığı vüqarı qızın
Çəkmədi zülmünü bir əxlaqsızın.
________________________Milli Kitabxana________________________
156
Dəyişdi günbəgün qızcığın halı,
Pozuldu gördüyüm o gül camalı.
Pozuldu ömrümün ağ gün dəftəri
Qızlığı əllərdə gedəndən bəri.
Bir axşam ah çəkib asdı özünü,
Həyata, hər şeyə yumdu gözünü
Deyən sevgilimin sinəsi qalxdı,
Elə bil üstündə ildırım çaxdı.
Süzüldü göz yaşı kirpiklərindən,
Çəkib nəfəsini aldı dərindən.
Sevgilim yanımda yatır baş-başa,
Uzanır ortada çənə söhbəti;
Onun hər zamankı xoş təbiəti
Deyir: melıriban ol, mehriban yaşa!
Sevgilim yanımda yatır baş-başa...
1933
________________________Milli Kitabxana________________________
157
CƏBHƏDƏ
Toxunub dağlara qayıdır yenə
Sərhəd boyundakı hücum borusu;
Soxulmuş gecənin dərinliyinə
Komandam altında insan ordusu,
Sərhəd boyundakı hücum borusu.
Atım köpüklənir, atım buğlanır –
Donmuş qırov kimi sinəsində tər.
Atımin nalları od tutub yanır;
O, bəzən altımda uçunub, titrər,
Donmuş qırov kimi sinəsində tər.
Topçular alayı gəlir arxadan,
Fırlanır, dolaşır təkər səsləri.
Bir yeni şey deyil nə ölüm, nə qan...
Ordumuz yenə də axır irəli,
Fırlanır, dolaşır təkər səsləri.
Günəş qırpınanda açıldı hava,
Dayandı ordular, durdu üz-üzə -
Hər iki cəbhədən başlandı dava,
Yayıldı atəşlər o geniş düzə,
Dayandı ordular; durdu üz-üzə.
Qızışdı, getdikcə qarışdı ara,
Gəldi toqquşmamız süngü-süngüyə;
Havanın bağrını düz yara-yara
Ş
aşqalar başını qaldırdı göyə,
Gəldi toqquşmamız süngü-süngüyə.
Odur bax! Ayrıldı tən yarısından
Gövdəsi qarşıma çıxan insanın;
Atından yıxıldı, yəhərində qan...
Qızardı od kimi içində qanın
Gövdəsi qarşıma çıxan insanın.
Axşamdır, qaralır axşamın yeri,
Düşməni salmışıq əldən-ayaqdan;
________________________Milli Kitabxana________________________
158
Basılmış ordusu çəkilib geri,
Kinli baxışlarla baxır uzaqdan,
Düşməni salmışıq əldən ayaqdan.
Çoyutma
*
bir güllə gözlənilmədən
Yapışır alnıma, yıxılıram mən,
Tutub gözlərimi örtür qızıl qan...
nsan ölümünü bildiyi zaman
Nələr keçirirmiş!.. Kainat qara.
Kainat gözümdə çəkilir dara...
Dolanır başıma sonsuz yamaclar,
Yürüyür üstümə otlar, ağaclar,
Canımda bir qara üşütmə vardır,
Döyünən köksümün nəfəsi dardır;
Bu dar zamanımda hamıdan əvvəl
Qaldırır başımı mehriban bir əl,
Çəkib dizlərinin üstünə alır,
Bağlayıb yaramı qeydimə qalır
Və deyir: "Özünü toxtaq tut bir az,
Düşəndə dar günə insan danlmaz!"
Duyub bir insanın dost olduğunu,
Güclə tanıyıram səsindən onu.
O, cəbhə yoldaşım, öz sevgilimdir,
O, mənim agzımda şirin dilimdir.
Silir gözlərimin qanını təmiz:
"Biryerdə ölsəydik, deyir, ikimiz..."
1933
*
Gözlənilməz
________________________Milli Kitabxana________________________
159
Ş
A R N SEVG L S NƏ!
Sevgilim! Xavərim! Son bahar çağı
Uçub tökülürdü ömrümün bağı...
Həyata küsmüşdüm sozümün sağı,
Üzümə ilk dəfə gülən sən oldun,
Ş
airin qədrini bilən sən oldun.
Qaşların surməsiz, üzün boyasız,
Budur xəyalımda aradığım qız.
Deyərək nə qədər sevindim, yalnız,
Qızların vəfası olmayır deyə,
Düşdüm əvvəlləri ümidsizliyə...
Rəng alıb rəng verən ismətinlə sən,
Həyata qaytardın məni yenidən.
O ilk təsadüfün xəyalilə mən
Həftələr yaşadım, aylar yaşadım
Bir gün evinizdə çəkildi adım...
Sən ey bağçaların, bağların barı!
Könlümün sultanı, qəlbimin yarı!
O gün, qapınıza gəldi çoxları
Fəqət sən dediıı ki, ölməz sənətkar,
Mənim ölməzlərə məhəbbətim var.
Böyüdü heykəlin gözümdə əlan
*
,
Tüstülü bir duman qalxdı başımdan!
Bircə canım vardır, o sənə qurban
Haqdan istəmişəm yarıyaq qoşa,
Sən də de qocalaq, qarıyaq qoşa,
ndi xumar-xumar baxan gözlərin,
Süzülüb-süzülüb axan gözlərin,
*
O
andaca
________________________Milli Kitabxana________________________
160
Ruhumda bir günəş yaxan gözlərin,
Oldu sənətimin ilham ocağı!
Ömrümün ən gözəl, ən xoşbəxt çağı.
Boranlı qışlardan çıxmışam yaza,
Könlüm oynamayır gündə bir saza.
Baxıb camalına söz yaza-yaza,
Bir də söyləyirəm yarıyaq qoşa
Sən də de qocalaq, qarıyaq qoşa.
1934
________________________Milli Kitabxana________________________
161
QAFQAZ
I
Uçurur fikrimi boşluqlara, bax:
Göyü xəncər kimi dümdüz yararaq
Uzanan dik qayalar, silsilələr;
Qara yellər ona dörd yandan əsər.
Ağ buludlar onu bərk-bərk sarmış.
Dəli Qafqaz! O, baharsız bir qış –
Deyə təsvir olunarmış hərdən;
Torpaq olmuş o keçən günlərdən
Sadə izlər görürəm daşlarda...
Ağ dumanlar ağarır qaşlarda.
Hələ dağlar, uçurumlar, dərələr,
O gözəlliklə gülən mənzərələr
Saxlayır yolçunu yoldan gecələr
Sayrışır göydəki ulduzlu səhər...
II
Burda at çapdı keçən azğınlar,
Burda yoxlandı qılınclar, qınlar.
Burda şahlar, dərəbəylər, xanlar,
Şə
ni-şöhrət keçirən xaqanlar
Çoxdan öz vaxtını tərk etmişdir,
Göyün altında sönüb getmişdir...
* * *
Elbrus! Söylə, bilinməzmi yaşın?
Göyə meydan oxuyan qarlı başın
Nə bəlalar, nə cəfalar çəkmiş?
Kimlərin gözləri hey yol çəkmiş?
Tökülən qanların haqqında danış!
Ona matəmmidir üstündəki qış?
________________________Milli Kitabxana________________________
162
III
Unudulmuş o keçən günlərdə,
Yaşamış ömrünü sürgünlərdə
Bir böyük şairin azadə səsi,
Qalır ancaq yenə dünyada səsi.
O sevərmiş bu gözəl Qafqazı tək,
O, yaşıllıqları yalqız gəzərək,
Düşünərmiş bəşərin taleyini,
Qamçılarmış göyü, qanunu, dini;
Arabir dinləyib əfsanələri,
Meyli, rəqqasəli meyxanələri,
Bir gülərmiş dodaq altından ona-
Bəşərin öylə gülünc olduğuna.
* * *
Mən də keçdim o qaranlıq gecədən,
Seyrə vardıqca o heçlikləri mən,
Deyirəm: torpağa dönmüş babalar
Uyub aldandı o boşluqlara hey...
ndi dönmüş və dəyişmiş hər şey!
Hər günün, hər gecənin bir canı var;
Qara torpaqlara dönmüş babalar.
ndi yoxdur uzanan qafilələr
*
,
ndi yoxdur o talanlardan əsər...
IV
Keçdi səssiz saralan axşamlar,
Qəmə qərq olmuş o odlar, şamlar...
Keçdi mizraqlı döyüşlər, qanlar*,
Zınqırovlu dəvələr, karvanlar
Ki, bizim dağları aşmış hərdən...
Torpaq olmuş o keçən günlərdən
Sadə izlər görürəm daşlarda...
*
Atlı dəstələri
________________________Milli Kitabxana________________________
163
Ağ dumanlar ağarır qaşlarda.
Başqadır indi bu dağlar, düzlər.
Ne gözəldir gecələr, gündüzlər;
Başqadır duyğu, şüur, iş, zəhmət,
Başqadır elm, düha, min hikmət
Dinamitlər qoyulur dağlara, bax,
O qaranlıqlara yollar açaraq,
Göy qatarlar şığıdıqca irəli,
Daşmır zəhmətimin meyvələri.
Nə gözəldir, necə xoşdur gecələr,
Yolçular yoldaca rahat gecələr;
Nə qaçaq var, nə də quldur səsi var,
Nə "Soyun, ver!" nə də bir "Dur!" səsi var
Axır axdıqca qızıl karvanlar,
Yaşasın qardaş olan insanlar!
* * *
Bir zaman göz yaşı içmiş dərələr,
Qayalar, silsilələr, məşcərələr
ndi üç qardaşın olmuş vətəni...
Üçü bir yerdə düşündükcə, məni
Anacaqlar, sevəcəklər, bilirəm;
O zaman dağda küləklər, bilirəm,
Ötəcək bir gələcək şairini,
Bu günün, bəlkə də, tək şairini!..
1934
* * *
Uzərimdə qara-qara,
lan başlı buludlar var...
Gəril, sinəm, hücumlara!
Ayğır dalınca toz qopar...
[1934]
________________________Milli Kitabxana________________________
164
“ƏHL -QƏLƏM”
"Pul verin! Çox verin! Mən sənətkaram!
Yoxsa siyasətlə pozular aram...
Mənəm məmləkətin yol göstərəni,
Siz tay əlinizlə tutmaym məni!
Ş
airəm, imzamı hər yerə atın!
Bu bəsdir, tanısın məni həyatın,
Tarixin ən böyük qəhrəmanları,
Onlarsa imzamı oxusun barı...
Doğrudur... yazdığım iki parçadır,
Ürəyim haçadır, dilim haçadır;
Ağzıma çullu bir dovşan da sığmaz,
Mənim də qədrimi bilsinlər bir az.
Bir də ki, dünyada böyük adamlar
Sağlığmda böyük ad almamışlar.
Neyləyim? Görünür taleym budur,
Məni öz zəmanəm vaxtsız unudur.
Pul verin! Çox verin! Mən sənətkaram!
Yoxsa siyasətlə pozular aram...
Ellərə gedirəm, orda həyat var", -
Deyib, istədiyi məbləği alar,
Səfərdən geriyə qayıdan başı
Gülüb dil çıxarar həyata qarşı: "Canım!
Səs-küy imiş, əfsanə imiş,
Orda da görmədim, nə insan, nə iş.
Nə bir alicənab, nə bir qanan var,
Nə də ilham verən bir qəhrəman var.
Bütün uydurmadır bu söylənənlər...
Rəngi də rəngləmək nəyə gərəkdir?
Düşünsək həyatı dərindən əgər,
Bütün uydurmadır bu söylənənlər...", -
Deyib ağrımaz ki, onun vicdanı!
Bir də o insanda bu vicdan hanı?
Ağzı burulanda gülərək həmən
Xırda bir kitabça qapıb cibindən:
"Mənmiyəm yaramaz? Demək... demək siz...
________________________Milli Kitabxana________________________
165
Təşkilat üzvünü təhqir etdiniz...",
Deyər bu bəzəkli sözlər ustası,
Alnına yüz dəfə basmışdır azı
Yumaqla getməyən bu ləkələri,
O əyri yollara düşəndən bəri.
ş
ində mahirdir, ustadır, fəqət,
Ondakı qüvvətli oynaq təbiət
Yazıq ki, izləyir başqa bir yolu,
Kinli baxışları həsədlə dolu.
Odur bax, özüdür! Bərbərxanadan
Basıb yanlarını çıxdığı zaman,
Kənardan-kənara seyr edin onu.
O qədər vurmuş ki, adikalonu,
Yayılmış qoxusu iki verstliye.
"Dünyada keyf çəkim, gün görüm!" - deyə
Düşmüş gecələrin canına o quş...
Onda bu xəstəlik bir adət olmuş.
Gecədir, yorğundur o "əhli-qələm",
Qafiyə axtarıb vurnuxur dəm-dəm.
"Zəhrimar! Elə bil gizlənib qəsdən,
Eh... nahaq başımı sındırıram mən;
Elə bu yazdığım adi sözlər də
Böyük görünəcək xırda gözlərdə,
Ş
eri və sənəti anlayan hanı?" -
Deyərək "əsrimin bu qəhrəmanı"
Bütün çətinliyin daşını atır,
Başını yastığa söykəyib yatır.
* * *
Səhərdir "şairin" zil baxışları
Uçur pəncərədən günəşə sarı.
Gülüb xumarlanır qoca təbiət;
"Şairin" ilhamı qurumuş fəqət;
"Kainat nə qadar!.." gəknəyir dalı,
"Ey... a yoldaş günəş!" onun xəyalı
Yüksəyə qalxmayır topuqlarından...
________________________Milli Kitabxana________________________
166
Zorlanan bir qəlbin həyəcandan
Nə çıxar? Bir sürü boş söz anbarı.
nsan öz qədrini bilsəydi barı!..
Təbiət! Nə böyük səxavətin var?!
Neçin yaranmışdır artıq adamlar?
Bununla bitməyir bu sorğu-sual,
Göstərim yenə də başqa bir misal:
Baxır jurnalların bir nömrəsinə,
Anlamaq istəyir qəsdən tərsinə
Ordakı bir şeri, gözəl yazılmış –
Göstərilir bahar, göstərilir qış...
Ş
erin kəlmələri axır su kimi,
Hücum zamanında bir ordu kimi
Yüksəldir insanın düşüncəsini,
Tüfəngin, yürüşün, topun səsini
Göstərir varlıqdan daha yuxarı,
Enir ucaldıqca həyata sarı.
Fəqət bu incəlik, fəqət bu sənət,
Hər sözün üstündə çəkilən zəhmət
Onun gözlərinə batır ox kimi;
O alçaq insanın ləkəli qəlbi
Titrəyir, döyünür, qızdırma çəkir,
Ə
n yaxşı sözləri seçərək bir-bir:
"Bunlar əskimişdir", - deyə uduxur.
Onun da vicdanı, duyğusu budur.
Təbiət! Nə böyük səxavətin var?!
Neçin, yaranmışdır artıq adamlar?
Yoldadır, sallamış ağız-burnunu,
Gəlib gedənlərdən kim görsə onu
Deyər ki, bir əziz öləni vardır,
Heç deyən olmaz ki, o bəxtiyardır.
Rənginə çıxmışdır qəlbinin kini,
Saxta insanların qəlbindəkini
Sadə baxışlarla yoxlamaq olmaz.
________________________Milli Kitabxana________________________
167
Yorulma oxucum, hələ qulaq as:
Həsəd qurutmuşdur onun canını;
Aynaya tutsalar qara qanını
çində quyruqlu qurdlar oynaşar,
Soxulmaq istəyir bizə bu azar.
Toplamış başına bir qara dəstə,
Hücuma keçmişdir sənətin üstə...
Yol uzun, o gedir...Tutun! Qoymayın!
Rəngini soldurar günəşin, ayın
Xəstəlik gətirən o qara bulut...
Yoldaş milisioner! O gedəni tut!
1934, 5 mart
________________________Milli Kitabxana________________________
168
Dostları ilə paylaş: |