Milli Kitabxana



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/13
tarix02.12.2016
ölçüsü2,8 Kb.
#678
1   ...   5   6   7   8   9   10   11   12   13

DANIŞAQ 
 
Aşıq, bağrına bas sədəfli sazı,  
Min cavablı bir sualdan danışaq;  
Meydan quraq, səhbət açaq, saz tutaq,  
Gül yanaqlı qoşa xaldan danışaq. 
 
Qoy söz alım bir günahsız dodaqdan,  
Düşmən baxıb həsəd çəksin uzaqdan;  
Yar bəzənib çıxan zaman otaqdan,  
Başındakı güllü şaldan danışaq. 
 
Vurğun deyər: bir dərd bilən yar olsun,  
Zülfü bulud, ağ sinəsi qar olsun,  
Yaxşı gündə, yaman gündə var olsun,  
Qədir bilən əhli-haldan danışaq. 
 
1937, avqusl 
  

________________________Milli Kitabxana________________________ 
247 
 
BÜLBÜL VƏ BAĞBAN 
 
Gözəl bir bağçada bir bülbül vardı,  
Budaqdan-budağa uçub qonardı.  
Onun yuvasıydı gülün yarpağı,  
Dilindən düşməzdi vətən torpağı.  
Güllər boy atardı onun səsiylə  
Çiçəklər yatardı xoş nəfəsilə.  
Bülbül bu gülşəndən ilham alardı,  
Gündə şadlığından qanad çalardı  
Baxıb hər çiçəyə, hər qərənfilə  
Şə
rqilər deyərdi o gülə-gülə. 
 
Bu bağın, bağçanın sahili bağban  
Bülbülü eşq ilə dinlərdi hər an.  
Hər bir şərqısini duyub dərindən,  
Zövq alardı onun nəğmələrindən.  
O dünya görmüşdü, bilirdi əlbət,  
Bir ölməz qüvvədir cahanda, sənət.  
Bilirdi sənətin, şerin qədrini,  
Dinləmək istərdi gündə birini.  
Bilirdi noğməsiz keçən bir  
Ömür Bir gülşən olsa da, viran görünür...  
Gəlib söyləyirdi hər gün bülbülə:  
"Səhərdir yenə coş, yenə gəl dilə,  
Eşitsin səsini ellər, obalar,  
Oxu, yurdumuzun ağ günləri var;  
Bu torpaq, bu hava sənə tanışdır,  
Qəlbinin simini tez-tez danışdır". 
 
Bülbül bu rəftardan qüvvət alardı,  
Qəlbini saz kimi tutub çalardı.  
Baxaraq güllərin ilk qönçəsinə,  
Söz verərdi konül kəmənçəsinə.  
Bağban deyərdi ki: "El bəxtiyardır  
Bizim də bağçanın bülbülü vardır". 
 

________________________Milli Kitabxana________________________ 
248 
 
Günlərin birində bağın yanından  
Bir atlı oğrunca keçdiyi zaman  
Bülbülün səsinə uyaraq durdu,  
O gün şeyda bülbül xallar vururdu.  
Atlı çox dinlədi quşun səsini,  
Bir aydın səhərin nəşidəsini,  
Ah, dedi, nə gözəl oxuyur bu quş  
Könlüm ləhcəsinin əsiri olmuş...  
Dayan bir fənd qurum indi bülbülə;  
Onu bir dost kimi tutaraq dilə  
Burdan öz bağıma uçuram gərək,  
Yoxsa partlayacaq sinəmdə ürək. 
 
Atlı bu niyyətlə keçib irəli,  
Dedi: "Bülbül qardaş, illərdən bəri  
Sənin sənətinə heyranam inan,  
Könlüm ayrılmamış bir gün yanından.  
Nə gözəl, nə şirin avazın vardır,  
Bu bağın bağbanı nə bəxtiyardır.  
Fəqət bilirsənmi başında nə var?  
Sənə həsəd çokən ala qarğalar  
Ş
ikayət eyləmiş sizin bağbana  
Admı salmışdır qara böhtana.  
Tez ol, öz başının çarəsini qıl,  
Təbiət sənə də vermişdir ağıl.  
Gəl, atıl çiynimə gedək uzağa,  
Bu gündən bülbül ol sən bizim bağa.  
Gedək, çox gözəldir söylədiyim bağ,  
Sənin yuvan olsun hər yaşıl yarpaq.  
Yoxsa günün burda qara keçəcək,  
Bir tikan olacaq sənə hər çiçək" 
 
Qabardı tükləri şeyda bülbülün,  
Dedi: "Aşiqiyəm bu doğma gülün,  
Bu bağlar, bağçalar, ellər mənimdir  
Bunlar öz vətənim, öz vətənimdir.  
Doğma oylağımdır bu daş, bu torpaq,  
Anamdır, yuvamdır bu gül, bu yarpaq. 
 
 
  

________________________Milli Kitabxana________________________ 
249 
 
Mən burdan almışam şeri, ilhamı,  
Andıma, əhdimə şahiddir hamı.  
Azaddır ilhamım, azaddir səsim,  
Mən burdan ayrılsam, donar nəfəsim.  
Get alçaq! Dediyin böbtandır mana,  
Doğma balasını atarmı ana". 
 
Atlının ağzında kəsildi sözü,  
Kinindən qızardı fitnəkar gözü.  
Çəkdi qamçısını başı aşağa,  
Bülbül qanad çalıb qalxdı budağa.  
Atlı dayanmadı, qoşdu bağbana  
Dedi: "Ağlayıram sənin halına  
Budur, bax, tökülür yanağıma yaş.  
Başına çarə qıl, a bağban qardaş.  
Sənin bağındakı bu bülbül ki var,  
Sinəmə çəkmişdir çal-çarpaz dağlar.  
Bir zaman o bizim bağda yaşardı,  
Səhərlər çox şirin ləhcəsi vardı.  
Mən də sənin kimi sevərdim onu,  
Bilməzdim bəduğur quş olduğunu.  
Bir gün çiçəklərim, güllərim soldu,  
Ömrümün sarayı pərişan oldu.  
Qurudu bağdakı şitil tənəklər,  
Kökündən ayrıldı taza çiçəklər.  
Bu durdi mən kimə söyləyim deyə,  
Diz çöküb yalvardım o dilsiz göyə.  
Həkimlər, loğmanlar yığıldı dərhal  
Bu dərdin sirrini mən etdim sual;  
Axtarıb, düşünüb, fikirləşdilər,  
Nəhayət, verdilər belə bir xəbər:  
Görünür, bu bağda yaşayan bu quş  
Anadan olan bəduğur olmuş.  
Tez axtar, onu tap, uçur bu bağdan,  
Qoy səsi, nəfəsi gəlsin uzaqdan.  
ndi haman bülbül sizə dadanmış,  
Özüylə hər yaza gətirir bir qış. 
 
  

________________________Milli Kitabxana________________________ 
250 
 
Özünü sevdirir xeyli zamandır,  
Ayağı bəduğur, cinsi yamandır.  
Qovun birdəfəlik bu bağdan onu,  
Yoxsa qış olacaq bu yayın sonu". 
 
Bağban dünya görmüş bir arif idi,  
Atlnı aldadıb "yaxşı, get", - dedi.  
Sonrasa bülbülün gəldi yanına  
Bu gülünc nağılı danışdı ona.  
O dedi: "Bülbülüm, inanıram mən,  
Ş
irin nəğmələrin qopur ürəkdən.  
Sən sudan durusan, aydan da arı,  
Könüldən sevirsən bizim gülzarı.  
Yüz yalan qussa da hər gəlib-gedən,  
Yenə də çal-çağır öz yuvanda sən.  
Bülbül qanad çalıb, sevindi yenə,  
Söz verdi qəlbinin yumşaq telinə. 
 
Körpə bir oğluyam şerin, sənətin,  
Sinəm meydanıdır sözün, söhbətin.  
Başımda tutmuşam bir günəş kimi  
Böyük bayrağını əbədiyyatın. 
 
Hər tətmz ürəyin ötən səsiyəm,  
Bu bağın, bağçaınn ilk qönçəsiyəm.  
Ellər bayramının, ellər toyunun  
Ə
llə çalınmayan kəmənçəsiyəm. 
 
Karvanım yol alıb gedir bir başa  
Ömrümdə yelkənim döyməmiş daşa.  
ş
ığa qardaşam, zülmətə düşmən,  
Xəyalım günəşlə durur baş-başa. 
 
Mən ilham almışam axar sulardan,  
Könlüm ayrılmamış ilk arzulardan.  
Kəsilməz ayağı şeyda bülbülün  
Al geyib bəzənən güllü bahardan. 
 
  

________________________Milli Kitabxana________________________ 
251 
 
Könül hər çiçəyə istər yar olsun,  
Bir bahar içində min bahar olsun.  
Mən ki nəğmələrçin yaradılmışam,  
Eşqim, səadətim, baqqını var olsun. 
 
Körpə bir oğluyam şerin, sənətin  
Sinəm meydanıdır sözün, söhbətin.  
Başımda tutmuşam bir günəş kimi,  
Böyük bayrağını əbədiyyətin. 
 
1937, 2 sentyabr 
 

________________________Milli Kitabxana________________________ 
252 
 
B R ARZU 
Osman Sarıvəlliyə 
 
Yenə şeirlərin qarşımdadır, bax,  
Sənin kitabçanı varaqlayaraq.  
O qara keçmişi xatirə saldım.  
Hər sözün üstündə xəyala daldım... 
 
Həqiqət! Anası budur sənətin. 
Boğazdan yuxarı bir məhəbbətin 
Soyuq saçmaları şeir yaratmaz... 
Səninsə qəlbində ötən telli saz 
Bizə dünyamızdan bir yadigardır, 
Ş
erində çırpınan bir ürək vardır. 
Bu bizə bəllidir! 
                             Fəqət, qardaşım! 
(Sən ey bu dünyada yalnız sirdaşım) 
Düşünən alnının isti tərindən,  
Ömrünün yuxusuz gecələrindən  
Hər ayın başında bir dastan yarat,  
Yazan əllərinlə bəzənsin həyat!  
Özün bilirsən ki, yaradan ölməz...  
Nə var bu dünyada qələmə gəlməz?!  
Atıl dalğaların qucağına tək,  
Bil ki, cəsarətlə vuran bir ürək  
Ş
aşırmaz yolunu... 
                                    Bəllidir bizə! 
Cəsarət yaraşır gənc nəslimizə.  
stərəm yazdığın hər böyük əsər  
Bizə yer üzündən versin min xəbər... 
 
1937, 15 oktyabr 
 
  

________________________Milli Kitabxana________________________ 
253 
 
BAYRAM QABAĞ
 
Yenə baxır gülərüz ay pəncərəmdən xumar-xumar,  
Yatma, - deyir bu gün mənə sinəmdəki bu duyğular.  
Bayram gəlir: "Bəzən" deyə sevindirir könül məni;  
Baş götürüb uçur yenə xəyalımın ağ yelkəni  
Azad baxan gözlərimdən səadətlər aşıb daşır,  
Bəxtiyardır mənim ömrüm - ağ günlərlə qucaqlaşır.  
Hey baxıram yurdumuzun dastan olmuş cəlalına,  
Dağlar, daşlar qanad verir bir şairin xəyalına...  
Otuz illik gəncliyimin dəftərində yoxdur qara,  
Könlüm quşu qanad çalıb qalxır o ağ buludlara.  
Mən açmışam vicdanımın kitabını varaq-varaq,  
Öz qəlbini duyacaqdır ellər onu oxuyaraq.  
Bayram gəlir, bəzən deyə sevindirir könül məni,  
Baş götürüb uçur yenə xəyalımın ağ yelkəni. 
nsan uğlu bir ötmürlük sıxıntıdan qurtulalı, 
 
Səhərlərə müjdə verir hər vicdanın istiqlalı. 
Həyat dərin, nəşə dərin, könül dərin, duygu dərin, 
Mən saz tutub şeir yazan aşiqiyəm bu günlərin. 
Ey səhərin ətir saçan, layla deyən sabah yeli! 
Sən mehriban ana kimi oxşadıqca bizim eli 
Gözlərimdən qüvvət alır quş qonmayan dağlar başı, 
Dostlar, gəlin bu dağlardan, bu düzlərdən bir də keçək, 
Ə
srlərcə susuz çöllər açılmışdır çiçək-çiçək; 
Nə zindan var, nə yumruq var, nə aclıq var, nə də zülüm, 
Qapılardan duman kimi çəkilmişdir vaxtsız ölüm. 
Al günəşin baxışından ərimişdir qara qışlar, 
Min bahardan müjdə verir bizim körpə qaranquşlar, 
Ömrü, günü yasda keçmiş ağ birçəkli yazıq qarı 
Gəlin kimi sığal vurub seyrə çıxır bulaqları. 
Ürəklərin məhəbbəti, səadəti gözdən aşır, 
Bizim yerdə keçən həyat qocaldıqca cavanlaşır. 
Yeddi oğul, ya qız doğan bizim sağlam analardır, 
ndi bildim analığın nə müqəddəs haqqı vardır. 
  

________________________Milli Kitabxana________________________ 
254 
 
Al qumaşa bəzənmişdir bu dağların gözəlləri,  
Sağ olsaydı, ağlamazdı Füzulinin qəzəlləri.  
Azad nəğmə, azad könül yurdumuzun şöhrətidir,  
Bunlar bizim qanunların insanlara hörmətidir.  
Enin yerə, saf ulduzlar, halqa vurun dörd yanımda,  
Al günəşin istisi var mənim təmiz vicdanımda.  
Bizim şanlı dünyamızda nə ağa var, nə də ki, qul;  
Qazaxıstan çöllərində şeir yazır qoca Cambul  
Dağıstanlı Süleymanı - o ağ saçlı aşiqi biz  
Gündə yeni nəğmə qoşan bülbül kimi dinləyiriz.  
Azarbaycan dağlarından sular içmiş körpə Vurğun  
Kiçik-kiçik şeir yazan bir oğludur ana yurdun. 
 
Nədir bizim ömrümüzün şərbət kimi şirin dadı?  
Nədir bizim çaldığımız havaların böyük adı? – 
Bu ad dillər dastanıdır, ürəklərin bayrağıdır,  
Gündüzlərin günəşidir,gecələrin çırağıdır. 
 
1937, 28 oktyabr  
  

________________________Milli Kitabxana________________________ 
255 
 
ÖMRÜMÜN GÜNDƏL Y NDƏ
 
Bu gün qızcığazım Aybənizlə mən  
Göz-gözə baxışıb güldük ürəkdən.  
Yaxşi demişlərki, şirindir bala,  
Bizə çəkdirsə də min dərd, min bəla.  
Yenə bu varlıqda nə hikmət varsa,  
Azacıq yel əsib rəngi saralsa,  
Min sızıltı qopur ürəyimizdən.  
Cəbhələr tanımış möhkəm bir bədən  
Belə yarpaq kimi titrəyir, əsir,  
Qəlbi şaxta vurur, üşütmə kəsir. 
 
Gözümü zillədim gözünə bir az,  
Özü də bilmədən güldü qızcığaz,  
Sanki tanımışdır atasını, bax!  
O, bir pişik kimi xumarlanaraq  
Nazlanmaq isləyir qucağında tək,  
Sanki dağa dönür sinəmdə ürək! 
 
Ah, mehriban balam, günahsız quzum.  
Çoxdan istədiyim mənim ilk qızım.  
Sənin çocuqluğun bizdən bəxtiyar,  
Nə çörək dərdi var, nə su dərdi var.  
Azad yurdumuzun bir çiçəyisən,  
Sən şaxta vurmamış güllər təkisən.  
Anamın boynunu görüm boyunda,  
Ə
l çalıb oynayın sənin toyunda. 
 
1937, oktyabr 
 
  

________________________Milli Kitabxana________________________ 
256 
 
BÖHTAN 
 
Mənmiyəm "vicdanı, məsləki satan"?  
Yaxamdan əl çəksin bu qara böhtan.  
Ellərin bağında ötən bir quşam,  
Bir az da vaxtından tez doğulmuşam...  
Könüldən demişəm, deyirəm bunu!  
Töhmət almamışam ömrüm uzunu.  
ndi bu böhtanlar mənə dar gəlir,  
Saçlarım ağarır ömrüm gödəlir.  
Qapımdan çəkilsin qara buludlar,  
Mənim günəş adlı bir vicdanım var. 
 
1937, 6 noyabr 
  

________________________Milli Kitabxana________________________ 
257 
 
MÜNDƏR CAT 
 
Azərbaycan ədəbiyyatının Vurğun dövrü (Yaşar Qarayev)
.................................4 
 
Cavanlara xitab………………………………………………………………..17 
Maydan………………………………………………………………………...18 
Göy göl………………………………………………………………………...20 
Ş
ikəstəyə məktub……………………….……………………………………..22 
Sızıltılarım……………………………………………………………………..23 
Tərlanım……………………………………………………………………….24 
Bir gün məni lap……………………………………………………………….25 
Ş
uşa……………………………………………………………………………26 
Zeynal………………………………………………………………………….27 
Çiçək…………………………………………………………………………..28 
Dan yıldızı……………………………………………………………………..29 
Bir qətrə yaş…………………………………………………………………...30 
Səyahət………………………………………………………………………...31 
Sorma aqil kimsələrdən………………………………………………………..32 
Dağlar………………………………………………………………………….33 
Ana…………………………………………………………………………….34 
Bizim dağların…………………………………………………………………35 
Müəllimlik……………………………………………………………………..37 
Şə
ki…………………………………………………………………………….38 
Ondan da gözəldir……………………………………………………………..39 
Orda……………………………………………………………………………40 
Səlyan gözəli…………………………………………………………………..41 
Bəlkə…………………………………………………………………………..42 
Ona…………………………………………………………………………….43 
Nə vaxt güləcəyəm?...........................................................................................44 
Dağlara xitab…………………………………………………………………..45 
Ellər gözəli…………………………………………………………………….46 
Onu görürkən………………………………………………………………….46 
Ş
ikayət…………………………………………………………………………47 
llər, qərinələr keçirsə aləm……………………………………………………48 
Sənət…………………………………………………………………………...49 
Dilcan dərəsi…………………………………………………………………..50 
Hazır olunuz!......................................................................................................51 
 
  
 
 

________________________Milli Kitabxana________________________ 
258 
 
Unut …………………………………………………………………………...52 
Çəkil…………………………………………………………………………...52 
Ə
yilmə!..............................................................................................................53 
Adsız şeir………………………………………………………………………54 
Qadın…………………………………………………………………………..54 
Bir qəlb ki çalxanar……………………………………………………………55 
Andım………………………………………………………………………….55 
Bayram qabağı………………………………………………………………...56 
Həyata doğru…………………………………………………………………..57 
Qafqaz…………………………………………………………………………58 
Ş
erim…………………………………………………………………………..59 
Acı gülüşlər……………………………………………………………………59 
Bir yaz sabahının ilk azanıydı…………………………………………………60 
Çəkdiyim ağrılar bir yana dursun……………………………………………...61 
ş
çi……………………………………………………………………………..62 
Ey uzaq göylərin yaxın elçisi!............................................................................63 
Ömrün pərişan günləri………………………………………………………...64 
ngilis………………………………………………………………………….64 
Uzaqlara doğru………………………………………………………………...65 
Ş
eir…………………………………………………………………………….66 
Bilməm nə xəyal ilə…………………………………………………………...67 
Həyat dedikiəri şübhəli bir şey………………………………………………...68 
Bahar şərqisi…………………………………………………………………...68 
Matəm nəğməsi………………………………………………………………..69 
ləri…………………………………………………………………………….70 
ki körpə……………………………………………………………………….71 
Sahildə…………………………………………………………………………72 
Hərəkət………………………………………………………………………...73 
Leylasız………………………………………………………………………..75 
Səhərə yaxın…………………………………………………………………...76 
Kür çayı………………………………………………………………………..77 
Kapital…………………………………………………………………………78 
Şə
rqin qapısı…………………………………………………………………...79 
Dostlar xəbəri………………………………………………………………….82 
Ölümün məhkəməsi…………………………………………………………...83 
Çörək dostu……………………………………………………………………85 
Vətən həsrəti…………………………………………………………………..86 
  

________________________Milli Kitabxana________________________ 
259 
 
Səfil qadın……………………………………………………………………..87 
nqilab yurdu…………………………………………………………………..88 
Konsert axşamı………………………………………………………………...90 
Ə
mək və təbiət………………………………………………………………...93 
Ellər dünyası  ………………………………………………………………….94 
Səriyyənin ölümü……………………………………………………………...95 
Məktub………………………………………………………………………...97 
Dinlə məni, gözəl bahar………………………………………………………99 
Ş
airin səsi…………………………………………………………………….100 
Dönüş………………………………………………………………………...101 
Bir az gülmək üçün…………………………………………………………..102 
Mən hazıram  ………………………………………………………………...103 
Mən də bir əsgər kimi………………………………………………………..104 
Raport………………………………………………………………………...107 
Ölən şeirlərim………………………………………………………………...114 
Qızıl Şərq…………………………………………………………………….116 
Pambıqçılar…………………………………………………………………..119 
Tikanlı sözlər ………………………………………………………………...122 
Ş
eir və xaltura………………………………………………………………..125 
Keçdi günlər ki..……………………………………………………………...126 
Sən o deyilsən ah!……………………………………………………………127 
Rot front……………………………………………………………………...128 
Salam…………………………………………………………………………130 
Aşığın dərdi…………………………………………………………………..132 
Yoldaş komandan…………………………………………………………….136 
Xavər üçün…………………………………………………………………...137 
Sevgilim Xavərə……………………………………………………………...138 
Bahar…………………………………………………………………………139 
Komsomol marşı……………………………………………………………..140 
Cinayət……………………………………………………………………….141 
Bizim bayram………………………………………………………………...142 
Sevgi………………………………………………………………………….144 
Sevirəm………………………………………………………………………145 
Bəzək və zinət………………………………………………………………..146 
Anamın dərdi…………………………………………………………………147 
Sevgilimin qılığı……………………………………………………………..150 
Dəniz gəzintisi……………………………………………………………….152 
 

________________________Milli Kitabxana________________________ 
260 
 
Çənə söhbəti.………………………………………………………………...153 
Cəbhədə………………………………………………………………………157 
Ş
airin sevgilisinə! ……………………………………………………………159 
Qafqaz……………………………………………………………………......161 
Üzərimdə qara-qara…………………………………………………………..163 
Ə
lıli-qələm……………………………………………………………….......164 
Həsrət………………………………………………………………...............168 
Sabahın türküsü………………………………………………………………171 
Vətən ordusu…………………………………………………………………172 
Böyük revolyusiya…………………………………………………………...173 
A köhlən atım! ………………………………………………………………174 
Böyük ədib…………………………………………………………………...175 
Azərbaycan…………………………………………………………………..176 
Sərgüzəşt…………………………………………………………………......180 
Zərdüştün xülyaları…………………………………………………………..182 
Füzulinin dərdi……………………………………………………………….185 
Döyür pəncərəmi qışın rüzgarı………………………………………………186 
Ruhumda ruhunun parçası vardır…………………………………………….186 
Ş
airin ölümü……………………………………………………………….....187 
Sənət eşqi……………………………………………………………….........191 
Ordenli qəhrəman……………………………………………………………192 
Torpağın tələbi……………………………………………………………….199 
Kislovodsk…………………………………………………………………...200 
Alqış………………………………………………………………….............203 
Təranə...……………………………………………………………................204 
Natəvan………………………………………………………………............205 
Leyla……………………………………………………………….................207 
Təbriz gözəlinə……………………………………………………………….210 
Anam gəlini………………………………………………………………......212 
Sənət ustasına………………………………………………………………...213 
Söz buketi……………………………………………………………….........214 
Sünbül………………………………………………………………..............216 
Yadıma düşdü………………………………………………………………..220 
Azad ilham…………………………………………………………………...221 
Səmimiyyət yolçusu………………………………………………………….226 
Böyük şairin şərəfinə………………………………………………………...228 
Çinarın şikayəti………………………………………………………………230 
 

________________________Milli Kitabxana________________________ 
261 
 
Sabirin şərəfinə………………………………………………………………232 
Gözüm yollarda qalmışdır……………………………………………………234 
Lənkəran şeirləri……………………………………………………………..235 
Bahar və mən ………………………………………………………………...239 
Ş
erimizin ağsaqqalı…………………………………………………………..240 
Dargöz…………………………………………………………………..........242 
Bülbül………………………………………………………………...............243 
Bənövşə…………………………………………………………………........244 
Səhər-səhər…………………………………………………………………...245 
Danışaq……………………………………………………………….............246 
Bülbül və bağban…………………………………………………………….247 
Bir arzu………………………………………………………………............252 
Bayram qabağı……………………………………………………………….253 
Ömrümün gündəliyindən…………………………………………………….255 
Böhtan…………………………………………………………………..........256 
 

________________________Milli Kitabxana________________________ 
262 
 
 
 
 
 
 
 
 
SƏMƏD VURĞUN 
 
SEÇ LM Ş ƏSƏRLƏR  
 
BEŞ C LDDƏ 
 
I C LD 
 
"ŞƏRQ-QƏRB" 
 
BAKI-2005 
  

________________________Milli Kitabxana________________________ 
263 
 
 
 
 
 
 
 
 
 
Buraxılışa məsul:                   Əziz Güləliyev 
 
Texniki redaktor:                   Rövşən Ağayev 
 
Tərtibatçı-rəssam:                   Nərgiz Əliyeva 
 
Kompyuter səhifələyicisi:    Ələkbər Kərimov 
 
Korrektor:                               Elmira Teymurova 
  

________________________Milli Kitabxana________________________ 
264 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yığılmağa verilmişdir 02.09.2004. Çapa imzalanmışdır 22.02.2005. 
Formatı 60x90 
1
/
16.
 Fiziki çap vərəqi 16,5. Ofset çap üsulu.
 
Tirajı 25000. Sifariş 35. 
 
 
 
Kitab "PROMAT" mətbəəsində çap olunmuşdur. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin