ÇÖRƏK DOSTU
Bir az yeyər, içər keyfi durular,
açılar rəngi,
Sonra sərməst olub, qızar gözləri.
Onun sözləri
O qədər mənalı olur ki, inan,
Hər duyan insan
Fəxr edər bəşərin bu övladilə,
O da insanlığın böyük adilə,
Bizi alqışlar,
nitqlər başlar:
" çək bu bakalı o sağlığa ki,
Xəyalı yüksəkdir, qəlbi ləkəsiz,
Ə
yilməz bir kəsə qalsa əkməksiz
*
".
Yazıq üzülüncə meyxanalardan
Büsbütün dəyişər, dönər ahəngi,
açılmaz rəngi...
Təəccüb gəlməsin sizlərə bu iş,
Onu danışdıran meyxana imiş.
[1929]
*
Çörəksiz
________________________Milli Kitabxana________________________
86
VƏTƏN HƏSRƏT
Elindən, günündən ayrılan könül,
Arabir vaxt tapıb ağlasın gərək.
Ə
ziz kimsələri qırılmış kimi,
Yas tutub qaralar bağlasın gərək.
Demirəm incidib üzsün özünü,
Ə
l üzüb dünyadan yumsun gözünü.
Nə qədər olsa da Vətən sözünü,
Duysun ürəyində, anlasın gərək.
Bir şikəstə neyəm, bir qırıq kaman,
Görmədim bir bəla-həsrətdən yaman,
Vurğun ellər deyib ağlar hər zaman,
Onun qaydasıdır, ağlasın gərək.
1929
________________________Milli Kitabxana________________________
87
SƏF L QADIN
Oxuyun!
Oxuyun şerimin
sizə bağışladığı həyat səhnəsini,
Oxuyun onun
xəyala hökm edən odlu səsini.
Mən söylədiyim,
söyləmək istədiyim bu səhnə
köhnə, pək köhnə
Fahişələr yurdundan bir nümunədir,
O nədir?
Ağarmış saçında qarlı qışların,
boranlı giinlərin kölgəsi yaşar
Ölgün gözləri göylərlə qucaqlaşar.
Çünki yerdən,
yerdəki cinayətdən,
hər qanundan, hər adətdən,
Yemiş dönə-dönə və diksinmişdir.
Kinli gözlərdən uzaq,
pək uzaq bir küncə sinmişdir.
Ey qadın!
Ey ana!
Bu gün sana
soyuq baxan gözlər daşamı döndü'?
Yoxsa gözlərinə çirkinmi göründü?
Dedilər sən böylə deyildin əzəl,
Çiçəklərdən təmiz, güllərdən gözəl.
Bəlkə də arxanca titrəyib qoşan
illərin yorğunu bir könül varmış.
Fəqət indi?
Belin bükülmüş,
saçın ağarmış,
Nə dərdini bilən var,
nə üzünə gülən var!
[1929]
________________________Milli Kitabxana________________________
88
NQ LAB YURDU
Dedilər hər sabah, hər axşam yenə
Baxırsan yollara həsrətli gözlə...
Mən də az anmıram o günləri ki,
Alardın könlümü bir şirin sözlə.
Söylə, yadındamı o zaman ki, mən
Ə
lvida söylədim tanışlarıma;
Duydum ki, inlədin, sızladın qəlbən,
Dönüb göz gəzdirdin baxışlarıma...
O gündən bəridir heç görüşmədik,
Mümkünmü duymamaq keçən günləri?
Nə bir danışmadıq, nə gülüşmədik
Ayrılıq hökmünü verəndən bəri.
Get, - deyirdi mənə o baxışların,
Hicran günlərinin ömrü az olar.
Qaydadır, boranlı, qarlı qışların
Sonunda çiçəkli, güllü yaz olar.
O sözün ağlımı yığdı başıma,
Unutdum hər eşqi, unutdum yarı;
Bir yeni kainat çıxdı qarşıma
Öpürkən alnımı şimal ruzgarı!
Başqadır burada həyat, hərəkət,
Yazamam günlərin bu sürətini,
Dünya dəyişmişdir, dönmüşdür əvət!
Torpaqdan almışdır öz qüdrətini...
Bu yerdə nə hicran, nə qayğı, nə qəm,
Nə Sənan eşqi var, nə də intizar;
Böyük fikirlərlə məşğuldur aləm,
Bəşərin ölməyən dühaları var!..
________________________Milli Kitabxana________________________
89
Söylə, nə göstərim bu günə dair?
Könüllər sərbəstdir, duyğular azad...
Bu yeni dünyanın yolçusu - şair
Dərdli günlərini heç edərmi yad?
Budur bax, gözlərim qəlbim kimi şən,
Bütün kainatım, bütün varlığım,
Sanasan çiçəkli, güllü bir gülşən...
Bitib-tükənməyir bəxtiyarlığım.
ndi mən ömrümün bahar çağları
Bilmədiklərimi bilirəm burda;
Könlüm çox axtarır uca dağları,
Bir gün dönəcəyəm çıxdığım yurda...
1929, 26 noyabr
________________________Milli Kitabxana________________________
90
KONSERT AXŞAMI
Gecəydi...
Moskva hər günkü kimi
insan dalğasilə dalğalanırdı.
Kim bilir, fikrim
nələr düşunürdü, nələr anırdı?
Yorğun-arğın insanlar
işdən sonra
Yığışmışdı, divarları
daş aynalı bir salona
Konsert olacaq!..
Ömrün varlığını izləyən şair
bu günə dair
nə isə düşünürdü haman salonda.
Bu axşam onda
büsbütün başqa bir həyəcan vardı,
Həyata çox sağlam inamı vardı.
Bu aralıq
Bütün varlığilə gümrah, qayğısız,
səmimi bir qız
ona yaxınlaşaraq.
-Bayaq sizi göstərəmk arkadaşım səylədi ki,
O sadə gənc uzaqlardan, Şərq əlindən qonaq gəlmiş;
Məqsədiniz bu torpaqdan qüvvət alıb dönmək imiş.
Söyləsəniz çox xoş olar, düzmü onun dedikləri?
Hansı qüvvət, hansı məqsəd bu yerlərə çəkdi sizi?
Düşündürün bu xüsusda, azca əyləndirin bizi.
Ş
air:
- O yerdə ki, günəş gülər, dəniz gülər, göy gülər,
O yerdə ki, sarı bülbül yaz gününü qarşılar,
O yerdə ki, quşlar oxur, söylənilən türkülər,
Andırır ki, o torpağın zəngin təbiəti var;
Axşamları, səhərləri çox xoş olur, o diyar –
Hər könülə ilham verər, hər yolçunu saxlayar.
________________________Milli Kitabxana________________________
91
O, Qafqazdır ki, şairlər vurulmuşdur nazına,
Könül oynar ixtiyarsız təbiətin sazına.
- Heç anırmı xatiriniz o nəşəli günləri?
Sıxılırm! varlığınız?
- Heç sormayın onu siz!
Yenə dalğın xəyalımdan nələr keçdi bilsəniz!
O zaman ki, çiçəklərin arasında bəxtiyar
Dolaşırdım öz-özümə, coşub əsdikcə ruzgar;
O zaman ki, məni Günəş salamlardı yar kimi,
Çırpınardım ürəyimdə bir xəstəlik var kimi...
O zaman ki, qarlı dağlar örtünərdi dumana,
Dənizlərin dalğasından səs düşərdi ormana,
Uca, qorxunc qayalardan ilham alib yazardım;
Qaranlıqlar çökən zaman düz yolumu azardım;
Gecələrdim təbiətin qucağında çox zaman,
Mən nə idim, bir çöl quşu...
- Çöldə yaşarmı insan?
- Köçəridir xalqımızın çox hissəsi əzəldən,
Nə söylədimsə doğrudur, yaratmadım bunu mən.
Günəş azca qızan kimi çəkilərdik bağlara,
Dağlar bizə mehribandır, sığınaraq dağlara.
Üç ay yayı keçirərək göy yaylaqlar başında,
Yurd salırıq o yerlərin torpağında, daşında.
Ş
ahinlərin qıy vurması, buludların axması,
Uzaq-yaxın üfüqlərdə şimşəklərin çaxması,
Ürəklərə naşə səpər, könül səadət izlər;
O yerlərdə cana gələr sarı, solğun bənizlər...
Nə zaman ki, arabalar köç yoluna düzülər,
Kəndli yoldaş əkinindən, biçinindən üzülər,
Yazlıq əkin işlərini unudurlar tamamən.
Yaşamışıtm dönə-dönə çox görmüşəm bunu mən.
Tarladakı sünbülləri dənlər köçəri quşlar,
Gecələr çox səssiz olur, yalnız ular bayquşlar.
Yayın orta aylarında gün otları yandırır,
Hərəkətsiz o təbiət məzarlığı andırır.
________________________Milli Kitabxana________________________
92
Salon səssiz bir hal aldı, hərəkətdən əsər yox.
Səhnədəki oynaq bir gənc söyləyirdi monoloq:
- Buludlar oynaqdır, sanma şaşqındır.
Dənizlər dalğalı, sular daşqındır;
Həyat dedikləri hərəkətdədir,
Bu ölməyən qanun təbiətdədir.
Fikirlər, duyğular, əməllər hər an
Dönər, təzələnər, çünki hər insan,
Dünyada hər könül yüksəliş arar,
Varlığın nə ilki, nə axırı var.
1929
________________________Milli Kitabxana________________________
93
Ə
MƏK VƏ TƏB ƏT
Günəş doğub yayılmadan qayaları dələrək
Balta vurar, külüng çalar yorulmayan qolları.
Elektrik qüvvəsindən min bir cana gələrək,
O hazırlar yer altında şöməndüfər
*
yolları.
Sonra qatar sürətilə trak... trak... tra... rak...
Elçiləyər uzaqları dağı, daşı yırtaraq.
Quş qonmayan o dağlar ki, nərəsindən yıxılar,
Buludların rəngi qaçar bu sürətin səsilə;
Nə yoruldum söyləyər o, nə də qəlbi sıxılar,
Yıxar, qurar təbiəti bu günün nəğməsilə.
O bilir ki, döyünməyən, hərəkətsiz bir ürək,
ztirablar keçirirkən mumlar kimi sönəcək;
O bilir ki, bu dünyada bəslənilən hər dilək,
Çətinlikdən çəkinərsə bir xəyala dönəcək.
Odur ki, bax, güvənərək qolundakı qüvvətə,
Dəyişdirir kainatı, yeni bir donda qurur.
Dalğalanan bu axın ki, məni salır heyrətə,
Zaman axır sular kimi, saatlar çox tez vurur.
Ə
srlərin qurduğuna qarşı duran bu sürət
Güldürəcək, şübhəsiz ki, görüb duyan kəsləri;
nsanlığın qüdrətinə təslim olur təbiət,
Ş
air nəşə içindədir, duyur zəfər səsləri.
1929
*
Dəmir yolu
________________________Milli Kitabxana________________________
94
ELLƏR DÜNYASI
Al-yaşıl geyinmiş uca dağların
Qartallı qoynundan uzaqlaşmışam;
Könül bulandıran, xəyal küsdürən
Tozlu bir diyarla qucaqlaşmışam...
Burada hər tərəf – yerdən göyədək,
Doğrudan yandırır, yaxır insanı;
Acı bir hiss ilə gülümsəyərək,
Deyirəm: gəzdiyim o yerlər hanı?
Hanı ağ suların xoş təranəsi?
Burda nə ildırım, nə şimşək çaxar:
Yadıma düşdükcə Dilcan dərəsi
Başından tüstülər, dumanlar qalxar.
Gecələr ay gülməz buludlar qara,
Boğulur varlığım hər bir addımda.
Mən çox dırmanmışam qarlı dağlara,
O ellər dünyası yaşar yadımda...
[1929]
________________________Milli Kitabxana________________________
95
SƏR YYƏN N ÖLÜMÜ
Mən görmədim, söyləyirlər bir gecənin sonunda
Sənə qıyan mərhəmətsiz, soyuq bir əl qudurdu.
Bu gün qurmaq istədiyin yeni həyat yolunda,
Ağ sınənə sağalmayan isti yaralar vurdu.
Dalğalandı bu xəbərdən xəyalımın dənizi,
Uzaq-uzaq keçmişləri xatırladım nifrətlə...
Bu hal mənə düşündürdü hər qulu, hər kənizi,
Ancaq mən öpdüm onları şerimdəki hörmətlə...
Mən görmədim söyləyirlər hənuz körpə yaşında,
Ayrılaraq can evindən altunlara satıldın:
O qaranlıq gecələr ki, gəlib durdu qarşında,
Sevmədiyin bir qocanın qollarına atıldın.
Sən sizi çəkdiyin soyuq ahlar buludlara toxundu,
Baxdım ömür dəftərinə, nə dastanlar oxundu...
O gündən ki, al şəfəqli bir günəşin dalğası,
Buludların arasından sıyrılıb cilvələndi,
O gündən ki, məzlumların safa çıxdı yarası,
Başqa bir göz salmıladı hər şəhəri, hər kəndi.
Artıq sənə ilham verdi, yeni həyat, yeni saz,
Sən də sevinmək istədin, gülmək istədin bir az;
Məbədləri, məscidləri, Məhəmmədin dinini
Ayaqladın şərqə məxsus əfsanələr yurdunu...
Saf havalar udmaq üçün, unutmaqçün dərdini
Sən atıldın klublara, el, oba gördü bunu.
Uzun qara saçlarını parça-parça kəsərək,
"Yetər əyləncə olduğum!" - deyə bir gün bağırdın.
Bu tufanlar əsrində sən yellər kimi əsərək,
Qımıldandm dodaqaltı, xoş mahnılar çağırdın
Və beləcə gündən-günə aşıb-daşdı əməlin,
O səfalət yuxusundan diksinərək oyandın.
Nə yazıq ki, çox sürmədən ən duyğusuz bir əlin,
Dayanılmaz zərbəsilə qızıl qana boyandın.
________________________Milli Kitabxana________________________
96
TABUT KEÇ RKƏN
Sarılıqlar çökmüş kimi buludların rənginə,
Günəşdən yox bir nişan;
Bütün aləm pərişan...
Ağır karvan yürüşilə dalğalanır insanlar,
Həm də qızlar, oğlanlar,
Komsomollar, pionerlər, məktəblilər, qadınlar
Öndə gedən bir tabutun arxasınca addımlar...
Dalğalanırdı Bakı,
Onun qarşısındakı
Salamlanan bu tabut ki, azadlığa verdi can,
Hər gözdə bir həyəcan,
Hər baxışdan kin püskürür o qatil qəlbə qarşı,
Çalınır matəm marşı...
Həzin-həzin bu nəğmədən döyünürdü ürəklər,
Çıldıran bir quduz kimi səslənirdi küləklər...
1930
________________________Milli Kitabxana________________________
97
MƏKTUB
Nəşədir yaşamaq nəşədir həyat!
Mikayıl Rəfili
Nə qədər "xoş gəldi" qulaqlarıma
Bir əfsanə qədər dadlı sözlərin...
Duyduqca dərin,
Dərin b r yalan var bu sözdə, yalan!
Çılpaq çiyinləri günəşdə yanan
Zəncirdəki zənci demozdi bunu!
Deməzdi, inan!
Küləkləri zəqqum qoxuyan
qum çöllərinin,
Görmədiyim,
Fəqət tanıdığım şərq ellərinin
qocası və gənci deməzdi bunu!
Fəqət sən,
Sən dedin, ey "şair",
bunu kef üstdən...
Çünki sən.
qızğın qurşunlara sinə gərmədin,
Atlı nəfərlərə yol göstərmədin...
Çünki o yolu,
O yol ki, varlığı üsyanla dolu,
sən görmədin o yolu
Yumşaq və ağ dərin
pəklər içində xumarlandıqca,
Yosma gözəllərə dastanlar dedin,
Nəşələr yedin!
Görmədin meşin jaketli
rus işçisinin qızıl
gülləsini,
O top-tüfəng səsini.
Görmədin sən,
Aclığından dişləri kilidlənən
________________________Milli Kitabxana________________________
98
Qatar-qatar
bölük-bölük,
yığın-yığın canları,
fədakar insanları;
Sən görmədin o ili,
Görmədin, Rəfili!
* * *
Rəngi qan,
qəlbi qan,
Göylərin ən qatı qatına qalxan,
Bir günün zərrəsindən,
tufanların səsindən
yaranan bu həyat qanadlandıqca,
Yolçular atlandıqca,
Bu axın səni də aldı qoynuna;
Sənsə "ona könül verdin
Və sarıldın boynuna"...
Dəyişdi adət,
Gəzdi ürəkləri sevinc, səadət.
Al saçaqlı şəfəqlərə bələndin,
Sevindin, nəşələndin...
Gözlərinə
Sarı bir eynək taxdın
Həyata hər şeyə biganə baxdin...
Ancaq eşit
Söyləyirik biz;
Bu gündən sonradır mübarizəmiz.
Yalandır həyatı nəşədə duymaq,
Yalandır həyata nəşədən uymaq!
1930
________________________Milli Kitabxana________________________
99
***
Dinlə məni, gozəl bahar!
Qəlbinlə dinlə.
Sənə deyiləcək
sözüm var:
Bilirəm sən,
lk duyğularımın şahidisən!
Unutmadım sizi mən.
Unutmadım
adımı dolaşıq çağıran
suların düyümlü səsini...
Mənə çox görməsin zaman
Çalışıb yaşamaq həvəsini...
1930
________________________Milli Kitabxana________________________
100
Ş
A R N SƏS
Mikayıl Müşfiqə
Axşamdan bəridir könlümdə yenə
Hirsli fırtınalar, qasırğalar var.
Çox da uymayıram könlüm deyənə,
Gözlərim hər şeydə bir hikmət arar.
çim dalğalanır sanki bir dəniz,
Mən bu dalğalarla qucaqlaşıram,
Nələr düşünürəm, duya bilsəniz!
Sanki varlığımdan uzaqlaşıram...
Bezən də fikrimin qanadlarını
Küləklər qoparıb, qaldırır göyə.
Sürürəm əsrimin qır atlarını,
"Bu axın başqa bir axındır", - deyə,
Bütün arzularım gülür yarına
Xəyaldan ilhamlar almamaq üçün;
Baxıram Leninin kitablarına
Dəstədən geridə qalmamaq üçün.
1930
________________________Milli Kitabxana________________________
101
DÖNÜŞ
Ah, nə zaman ki, duyğularım ac,
Gözlərim səmimi bir şerə möhtac,
Dolanır günlərim;
Duyuram bəzən
Gizli varlığını kölgələr gəzən
Yapma bir gözəllik..
Xəstə bir əməl...
O çağırır məni, söyləyir: gəl, gəl!
Yazıq bilməyir ki, unutdum onu,
O sonsuz gecənin yox imiş sonu.
Haydı get!..
ndi mən uzaqlarda tək
Yaşaram; kimsəsiz yaxamdan əl çək!
Sənin xəyalınla od tutub yanmaq,
O yalan varlığa bir də inanmaq
Nə qədər gülüncdür.
Ş
öhrətinlə sən
Yenidən qəlbimə hökm edə bilsən
Mən bu həqiqətə təslim olmaram.
1930
________________________Milli Kitabxana________________________
102
B R AZ GÜLMƏK ÜÇÜN
Qardaşım Osman Sarıvəlliyə
Söylə sən ey, təbiət! Yoxmu sənin günəşin?
Bu qaranlıq gecələr həmişəlikmi əşin?
Mən də bir insanam, ah! Məna ver sözlərimə,
Bəlkə də kor kimiyəm, işıq ver gözlərimə,
Mən də görüm varlığı, Ayı, Günü, ulduzu;
Hər çiçəyi, hər gülü, hər qadını, hər qızı
Oxşamaqdan yoruldum;
Başqalşmaq istərəm.
Qanadlı bir quş kimi dağlar aşmaq istərəm.
Arzularım çoxalır, mən acizəm uçuşda,
Karvanım çıxdı yoldan bir çıxılmaz yoxuşda...
O qaranlıq gecədə mən itirdim yolumu,
Həyat bükdü belimi... Həyat qırdı qolumu...
Sən ey quduz təbiət! Sən ey zəhərli ruzgar!
Bu nəşəsiz günlərin, söylə, nə mənası var?
Bəlkə də hər bir ağ gün bir qara gün deməkdir...
Bəlkə də hər şirinlik bir acılıq yeməkdir...
Bəlkə yalandır Günəş, həqiqətdir gecələr,
Yordu mənim beynimi bu saysız bilməcələr.
Sorsalar bu pərdəli fəlsəfələr neçindir?
Deyin bu göz yaşları bir az gülmək üçündür.
1930, 5 dekabr
________________________Milli Kitabxana________________________
103
MƏN HAZIRAM
Bu gün mənim
Sağlam bədənimdə qan-tərə batan
Və yatan
Bir saat kimi
qəlbimi
Bir şad xəbər salamladı:
Dedilər: "Sinif qovğasıdır"
Gələcək hərbin adı.
gid bir əsgər
və qəhrəman
Bir komandan kimi bəzən
çimdə mən
Qalın və dolama yollar aşaraq –
Ş
rak!
Ş
rak!
Ş
rak!
Atılan güllələrə sinə gərirəm,
Düşmən ordugaha yol göstərirəm
və deyirəm:
Qollarında qüvvət,
Ürəyi sağlam bir gənc üçün
Yaralanmış bir göyərçin kimi
Qanadlarını sallayaraq
Ucuz ölmək gülncdür.
Burax, dedim -
Məni burax!
Dayanılmaz hərəkət...
Azad nəfəs aldığım bu məmləkət
Halal etməz igidlərin qanını,
Mən hücumdan geri qalsam!
Dəmirdir əsam.
Nişan alsalar da gözlərimin qarasına –
Bolşevik qəlbimlə,
hazıram mən də
Gələcək sinif qovğasına!
1930
________________________Milli Kitabxana________________________
104
MƏN DƏ B R ƏSGƏR K M
Nəbilərin,
kralların,
ş
ahların
ölümünə qərar yazırıq!
Biz
hərb istəmirik,
hərbə hazırıq.
Yoldaş firqə!
Qanımız,
canımız,
bütün həyəcanımız
Günəşin istisilə doludur.
Bizi
Qaranlıqdan
işığa çıxaran
və hər zənciri qıran
Son məqsədin
son yoludur.
Bu yolun yolçusu
daşqın bir su
Və dənizlər kimi dalğalanan,
Dəmir qapılardan intiqam alan
Proletar!..
Bölük-bölük,
qatar-qatar
çoxaldıqca nəslimiz,
Dünyanın hər yerində biz.
Gözlərimiz ayıq
oxumalıyıq
beynəlmiləl havasını,
Bu
son əməl
havasını.
________________________Milli Kitabxana________________________
105
Qoy
qarımış kapitalın
Çürük
və laxlamış
dişləri ağarsın...
Qoy
onların,
O ipək döşəməli
salonların
hər bəxtiyarlığı,
bütün varlığı
heçliyə varsın!
Qoy
dəmir barmaqlarımız
Soyuq
və qaranlıq gecələrin
bağrını dəlsin!
Düşmən qüvvələr
qarşı-qarşıya gəlsin
və başlansın
Yerləri,
göyləri
titrədən bir hərb;
Cənub,
Ş
imal,
Şə
rq,
Qərb
Bölünsün iki düşmən
və barışmaz cəbhəyə!
O zaman
mən
"daloy istismar!" – deyə,
qızıl süngümü soxmaliyam
piyli və yekə qarınlara!
Vurduğum yara
________________________Milli Kitabxana________________________
106
gərək bir də sağalmasın!
Düşmən ordugahdan
nişan qalmasın!
Nəbilərin,
kralların,
ş
ahların
ölümünə qərar yazırıq!
Biz hərb istəmirik,
hərbə hazırıq!..
1931
________________________Milli Kitabxana________________________
107
Dostları ilə paylaş: |