§
,
Ə
n sonra təbiətdəki hikmətlərə naçar,
Məruz olaraq enməyə bir cəbr ilə döndü,
Min dürlü ziya parladı, min ah ilə söndü.
Sönmək! O qaranlıq ki, çıxılmaz yolu var, ah!..
Ömrün sonu ad verdi bu mənalara
Allah! Allah! O nədir? Məncə təxəyyül cərəyani,
Görmək dilərəm, varsa görünsün o "əyani".
Atəş, su, bulud bir zaman Allah idi əlbət,
Heyhat! Onu məhv etdi xəyalən bəşəriyyət.
Dönmüş, o da dönmüş və dəyişmiş, bunu bildim,
ndiysə onun eşqini çirkab ilə sildim,
Sildim və inanmam ki, bunun hökmü əzəldir,
Torpaqlara can verməyim ondan da gözəldir.
1927, iyul
*
Rəngarəng, əlvan bəzənmiş, boyanmış mənasında
†
Gözəllik vermək, əlvanlaşdırmaq
‡
Daima, həmişə
§
Fikirlər
________________________Milli Kitabxana________________________
40
ORDA...
Uzaq, bu həyatdan uzaq bir yer var
Yaşıl dağlarında sərin bir ruzgar.
Orda nə qəm vardır, nə bəla vardır,
Desəm inanmazlar, etila
*
vardır
Ki, bütün varlığım, həp duyğularım,
Müxtəlif dərdlərim və qayğılarım
Orda, o ilahi çöhrədə gülər,
Qarşımda saraylar, taclar bükülər.
Həm də bidətlərdən
†
, dürlü imandan
Bir əsər görunməz, çünki hər yandan
Hər qəlbə müsavi
‡
məşəllər doğar,
Bütün məsləkləri bir məslək boğar:
Bu isə yaşamaq, həm yaşatmaqdır,
Yarınkı dünyaya bu gün çatmaqdır.
1927, iyul
*
Ucalıq, yüksəklik
†
Etıqad, inam
‡
Bərabər
________________________Milli Kitabxana________________________
41
SALYAN GÖZƏL
Mənə hər gün bu yaxın pəncərədən
Dəli bir gözlə baxırsan, bu nədən?
Yoxsa qəlbimdəki gizlin əməli
Bəlkə bilmişsən, a Salyan gözəli!
ndi bil söyləyirəm mən də açıq,
Səni görmək dilərəm, yollara çıx!
Çıx ki, arxanca mən eyvah eləyim,
Sonra əhvalımı izhar eləyim,
Sən qərib, mən də qərib... yox yananım,
dərd qananım...
Yenə mhum dəli, yurdsuz kələbək
*
Kimi izlər sən torpaqda çiçək.
Mənə dünyada bu cür ənı göyçək,
Ə
n gözəl qüvvə ki, parlar bədənin,
Belə derlər ki, xəyalında sənin
Bir çocuq var... onu at! Ey gözəlim!
Sənə layiq deyil, əlbət, o çocuq.
[1927]
*
Kəpənək
________________________Milli Kitabxana________________________
42
BƏLKƏ
Deyirlər Şəkinin bu yaxın dağı
Bəsləmiş bir maral-hər qəlbə yağı.
Üçüncü gündür ki, aldım sorağı,
Bulacaq dərdimə bir çarə bəlkə...
Ə
yilsin səcdənə ulduzlar, aylar,
Ə
skimiş
*
məbədlər, yeni saraylar.
Bir qərib könül var, səni haraylar,
Ə
lindən sağala bu yarə bəlkə.
Nə deyim! Böylədir əzəldən işim,
Gözəllik yoludur mənim gedişim.
Ağarsa saçlarım, tökülsə dişim,
stərəm yetişəm o yarə, bəlkə...
1927
*
Köhnəlmiş
________________________Milli Kitabxana________________________
43
ONA...
Bunu idrak edib də bir öyrən,
Sənə məhkum mən olmadım fikrən.
Nə rəvadır vüsala aldanmaq,
O titrəyən səsinə həp yanmaq.
stəmişsə də qəlbi-məcruhim
*
,
Dəyişdim indi başqa bir ruhim.
Azacıq varsa da vicdan əliniz.
Məni bir qul kimisə dinləyiniz.
Nə zamandan bəri, yavrum, solaraq,
O sönən eşq ilə sərməst olaraq,
Endim eyvah ki, endikcə dizə,
Yenə hicran, yenə dərd qaldı bizə...
ş
tə, bundan məni sarsıtdı həyat,
stəyər... istəyə varmaz bu qanad.
Lakin ümmid, o böyük dəsti-kərəm
†
Oxuyur qəlbimə bir başqa sənəm:
Ki, şəbabin
‡
üzü bir gün güləcək,
Ağlayan gözləri oxşar, siləcək,
Yeni bir səhneyi-ülfət
§
doğacaq,
Qaralar zəhrimi birdən soğacaq.
O zaman Fikrəti təqib edərək
Bu yaxın dağları dümdüz gedərək,
Oxuyub keçmişə lənət, yaşaram,
Toxunub göylərə bir gün coşaram
Məni məhv etsə də fikrim, ələmim
Yazacaq "Hamleti" coşqun qələmim
[1927]
*
Qırıq, yaralanmış qəlbim
†
Kərəm əli - ümid, çıxış yolu mənasında
‡
Gəncliyin
§
Dostluq münasibətləri
________________________Milli Kitabxana________________________
44
NƏ VAXT GÜLƏCƏYƏM?
Nə qədər məyus, ah, nə qədər ölgün,
Nə qədər cansızam yenə mən bu gün.
Dəyişmiş gördüyün köhnə şiri-nər,
Ə
sərxəyalıma nəsimi-kədər
*
.
Hələ gör nə halda, gör nə dəmdəyəm?
Bütün varliğimla yəs, ələmdəyəm.
Vücudum torpaqda, sürünür daşda,
Xəyalımsa durur hamıdan başda;
Rəqs edər o mavi, ağ buludlarda,
Enər, nəfəs alar yaşıl otlarda.
Gəzər-gəzər öylə durmadan bir an,
Arar-arar, yavrum, bir geniş meydan;
Öylə bir meydan ki, gülsün azadə,
Çəkdiyim zillətlər düşməsin yadə.
Bəşər dedikləri duyğusuz vicdan,
O boyalı sima, o dönük iman
Bir az da çırpınsın, gülsün, əylənsin
Ucalmaq istərsə, bir qədər ensin;
Ensin, qaranlıqdan kamiyab
†
olsun,
Qürurun gülşəni saralsın, solsun!
Dəmir qollarıyla fəxr edən kütlə,
Bağırsın, hayqırsın, həm də cürətlə,
Qursun bir ailə... bircə ailə...
Müjdələr gəlsin bu şeyda bülbülə,
O zaman gülərəm, gülərəm, heyhat...
Bilməm gələcəkmi bir böylə həyat?..
[1927]
*
Kədər yeli
†
Arzusuna çatan
________________________Milli Kitabxana________________________
45
DAĞLARA X TAB
Dağlar! Sizdəki şu böyüklük, vüqar
Nə olur bir zaman olsaydı bəndə.
Bəlkə sayılardım o gün bəxtiyar,
Vicdanımı yaxan bu zəhri-xənd
*
.
Bəlkə çəkilərdi bir duman kimi.
O zaman bu xəstə qəlbim əsəbi
Və coşqun sulara məxsus ahənglə,
Lazım gəlsə məşğul olardım cənglə...
Ə
vət! Tapdalardım, döyər, əzərdim
nsanlığın
†
məğrur, dönməz başını...
Ən sonra qayğısız, bihuş gəzərdim,
Nə dərdi sevərdim, nə göz yaşnı.
[1927]
*
Zəhərli, atı gülüş
†
Nadanlıq nəzərdə tutulur
________________________Milli Kitabxana________________________
46
ELLƏR GÖZƏL
Nal tökən dağları yel kimi keçər,
Hər zümrüd yamacdan bir çiçək seçər,
Qaynar bulaqların gözündən içər
O ellər gözəli, o el yavrusu.
Teylənər
*
dağların qılinc yalında,
Bəzən açıqlıqda, bəzən qalında,
Elə bil ay durur bulud dalında,
O ellər gözəli, o el yavrusu.
[1927]
ONU GÖRÜRKƏN...
Alovlan, ey könül, yenə alovlan!
Bu gün lap dəyişib o günkü canan.
Dilbərin yorulub səyahətindən,
Düşübdür o keçən təravətindən.
Bir zaman o pəri yalnız yaşardı,
Quş kimi sıldırım dağlar aşardı.
ndi bükülmşdür böylə tez beli,
Sığal verilməyən o qumral teli
Tarimar görürəm... Bu bəsdir mana,
Ey məni tərk edən, qal yana-yana!
1927
*
Qaçar
________________________Milli Kitabxana________________________
47
Ş
KAYƏT
Mənəm bu dünyada bəlalar çəkən
Nakişi, naşükür insan əlindən.
O hankı vicdan kı, ağlar, ay aman!
Gündə bir don geyən dövran əlindən?!.
Qalmamış qüdrətim... dalğınam çoxdan,
Unutdum varlığı... dönmədim yoxdan...
Fələklər tac saldı mən atan oxdan,
Çıxmadım bu qanlı meydan əlindən.
Sürün, sürün, iştə durmadan bir an,
Sən ey vəhşətindən feyz alan insan!
Yarın
*
gülmək üçün, ağlasın cahan
Bu Tövrat, bu ncil, Quran əlindən.
[1927]
*
Sabah, gələcəkdə mənasında
________________________Milli Kitabxana________________________
48
* * *
llər, qərinələr keçirsə aləm,
Yadımda saxlaram hər zaman səni.
Dərdimi bilməyən varmı bir adəm?
Bu bir həqiqət ki, sevdi can səni.
Dün öylə gedirdin ahəstə, rəvan,
Bulandı su kimi gözlərimdə qan,
Bir mənim başıma gəlmədi hicran,
Kim basdı bağrına canhacan səni?..
O axşam, röyada gəzişə çıxdım,
Aramızı vuran bir evi yıxdım...
Titrəyə-titrəyə əlini sıxdım,
Baxdım, zəhərləmiş o ilan səni...
Baxırdın, sevdiyim, sən məlul-məlul,
Çırpınar, gülərkən sevdalı ilul
*
.
Bağırdım gülərək... ey ləkəli dul!..
Məndən başqa sevməz bir insan səni!
[1927]
*
yul
________________________Milli Kitabxana________________________
49
SƏNƏT
Düyünlü dağları kökündən vuran
Ə
mək cəbhəsində “amansız”
*
duran,
Ə
qrəbli çöllərdə bağ-bostan quran,
Zəhməti güldürən sənət olacaq.
Azəri yurdunun zəhmətkeş oğlu,
Ürəyi sevinclə, ümidlə dolu,
Çəlikdən
†
duruşu, dəmirdən qolu,
Zəhməti güldürən sənət olacaq.
Ey göylər suları, sən boşalma, dol!
Tutduğun çiçəkli, reyhanlı bu yol,
Hər qəlbə sevinclər vəd edər bol-bol,
Zəhməti güldürən sənət olacaq!
[1927]
*
Möhkəm dayanmaq mənasında
†
Polad kimi möhkəm
________________________Milli Kitabxana________________________
50
D LCAN DƏRƏS
Yenə gördüm səni, Dilcan dərəsi,
Yadıma çox köhnə zamanlar gəlir.
Ömür dedikləri bir karvan yolu,
Nə canlar gedərək, nə canlar gəlir.
Fələklər yaratmış bu yeri cənnət –
Desəm, çox münasib həqqindir əlbət.
Səndə var doğruluq, var səmimiyyət,
O ibrət bağrına loğmanlar gəlir.
Yazda gülümsərkən bütün kainat,
Sən də bəzənərsən açarsan qanad;
………………………………
Hər axşam səcdənə dumanlar gəlir.
Qaşlar yarılanda günün telindən,
Ə
mərsən dağların qarlı selindən.
Sənə qonşu olan Qazax elindən
Vəfalı, vəfasız mehmanlar gəlir.
Yüksələr tar səsi hər eyvanından,
Quşlar qanad salar keçsə yanından.
Daşlar boyanmışdı bir gün qanından,
Xəyalına qara dövranlar gəlir...
1927
________________________Milli Kitabxana________________________
51
HAZIR OLUNUZ!
Önümdə tufan var, hazır olunuz,
gid Qafqazımın köhlən atları!
Poladdan möhkəmdir sizin qolunuz,
Quraq tərkinizdə pulemyotları!
Çılğın dühalar ki, hökm edər Qərbə,
Səbəb olacaqdır bir geniş hərbə
Ə
minəm, vurduğum bu sonku zərbə
Ə
yəcək yüksələn o qanadları!..
Ə
yəcək bilirəm, məndədir qüvvət,
Biriikdə can bulur hər qərib niyyət.
Ey cəbini
*
Qərbin, sizdəsə əlbət
Hikmətin ən qorxunc aparatları.
Məndə də möhtəşəm, əlçatmaz vüqar,
Yediyi buz həmən, içdiyi də qar,
Sağlam bir ölkənin möhkəm fikri var.
Yarılsın nərəmdən dağın qatları!..
1927
*
Müti, boyun əyən, qorxaq mənasında
________________________Milli Kitabxana________________________
52
UNUT...
Unut, dedim, unut! Gətirmə yada,
Bir daha dünyada sən, ey səs, məni!
Sevdanın uğursuz o yollarında
Daş-qalaq eylədi hər bir kəs məni.
Çəmənlər, bağçalar, bağlar sarmsa,
Fəzalar dönərək sular qararsa
Hər şeyi bir ölüm qorxusu sarsa,
Ə
yilməm bir daha... bir həvəs məni
Hər dürlü matəmdən, qəmdən uçurdu
Xəstə xatirimdə bir həyat qurdu.
Tərk etdim o Qazax adlanan yurdu,
Orda zəhərlədi bir nəfəs məni.
Qoy gülsün taleyim, gülsün həyatım,
Silinsin əskimiş hər xatiratım.
Baxdım ki, bu yeni-yeni ayatım
*
Deyir sıxmayacaq bir qəfəs məni.
1927
ÇƏK L...
Çəkil, çəkil artıq yoruldum, bıqdım
†
,
Yanarsan, çox yaxın durma, ahımdan.
Bir gün mən başqa bir dünyaya çıxdım
O əski, pək əsk qərargahımdan.
Bax, bu seyr etdiyim işçinin yurdu
O bədbin qəlbimə çox ağır vurdu.
Ş
ikayətçi idim bəlkə xilqətdən,
Bu gün qüvvət aldım mən təbiətdən,
Bəlalar tanrısı o məhəbbətdən,
Çəkindim və döndüm qibləgahımdan...
1927
*
Yeni yazdıqlarını, fikirlərini, düşüncələrini nəzərdə tutur.
†
Yoruldum, bezdim
________________________Milli Kitabxana________________________
53
Ə
Y LMƏ!
Həyat! O çox zaman görünür iyrənc,
Bu səhnədə min bir qanlı pərdə var
Sən bu çətinliyə düşsən də, ey gənc,
çində saxlanan qüdrətə yalvar!
Zaman! O amansız, qatil bir düşkün
Bəzən dünyaları döyər şiddətlə.
Səni də məhv etmək istərsə bir gün,
Hər şeyə qarşı çıx, həm də cürətlə.
Cürət! Odur bizi güldürən hər an,
Cürətsiz bir həyat məhv olur, inan.
ş
tə bu düsturu öyrənib də sən,
Ə
r oğlu ər kimi tab et bəlayə.
Mən bu sözlərimlə nə dedim bil sən,
Çırpın üfüqlərə, uç etilayə!
Ey gənc! Səadəti bir xəyal bilmə,
Nə olursa-olsun, yalnız əyilmə!
[1927]
________________________Milli Kitabxana________________________
54
ADSIZ ŞE R
Mən o sevdalı qızın,
O qanadlı yıldızın
Hər halını sevərkən,
Bu bəlaya pək erkən
Düşməyimi bilmədim.
O zamandan gülmədim.
tginəm, aranamadım.
Mən buna yaranmadım.
Unut sən də gözəl qız!
Mənə dünyada yalnız,
Yalnız qaldı kölgələr,
Qarlı, buzlu ölkələr...
Hey gedirəm durmadan,
Bir yuvacıq qurmadan,
Səbəb nədir bu işə?
Bu sərsəri gedişə...
1927, sentyabr
QADIN
Qadın! O sevimli, süslü bir sona,
Mən əsirəm, əlbət, əsirəm ona.
O bəzən bir mələk, bəzən iblisdir,
Çünki başdan-başa zövqdür, hissdir;
Onda sevinclər var, iztirablar var.
Bütün mənasilə etila, vüqar
Həp ondan, qadindan, o gözəldəndir,
Bu bır yeni deyil, bu əzəldəndir.
1927, noyabr
________________________Milli Kitabxana________________________
55
* * *
Bir qəlb ki, çalxalanar, hər zaman coşar,
Tufanlar keçirən dəryaya bənzər.
Qafqazda çırpınar, Altaya qoşar,
Dağlardan atılan bir yaya bənzər.
Of... bu yerlər yazıq ruhuma dardır,
Kəsilmiş yollarım dumandır qardır.
Vaxta ki, bu hüdud, bu sərhəd vardır,
Ömür dedikləri röyaya bənzər.
Sən ey mərhəmətsiz, duyğusuz, casus!
Ey sərvət dünyası, sən sürün, sən sus!
Bəşər qardaşlığı tərk etmiş, əfsus!
Hər əməl dumanlı xülyaya bənzər.
1927, 2dekabr
ANDIM
Mən and içmişəm ki, bir də qələmim
Gözəllərdən ilham almayacaqdır.
Peymanını pozan xəyal həmdəmim
Dərgahıma sayə salmayacaqdır.
Keçindim nə yaman dərdi-hal ilə,
Bir qara üzlü, ah, ideal ilə...
Açılmaz ürəyim hər vüsal ilə;
Onlardan yadigar qalmayacaqdır.
Hesablaşmaq istər könül xilqətlə,
Bir sevdiyim deyil, hər təbiətlə;
Gülsəm, güləcəyəm, əbədiyyətlə,
Sazım gəldi-gedər çalmayacaqdır.
1928, 7 yanvar
________________________Milli Kitabxana________________________
57
HƏYATA DOĞRU...
Yetər! Yetər artıq boş əyləncələr,
Can almaq vaxtıdır bu gün xilqətdən...
Günəşli gündüzlər, aylı gecələr,
Bir ağızla deyir: yaz təbiətdən!
Yetər telli sazlar, şikəstə "ney"lər,
Bu nalələr bizi dağıdar, eylər.
Yetər, zənn edirəm xəyali şeylər,
Bir az da bəhs edək biz maddiyyatdan.
Uyduq əzəl gündən hər xəyala biz,
Buludlarda söndü hissiyyatımız...
Boğuldu dərdlərlə kainatımız,
Qayə bunlarmıdır incəsənətdən?
Yetər vaxt itirmək təranələrlə,
Yetər oda yanmaq pərvanələrlə,
Həyat geri qaldı əfsanələrlə,
Uzaqlaşmalıyıq hər təriqətdən.
Gəlin! Gəlin bu gün fürsət əldəykən,
Qanlı dəryalara göndərək yelkən...
Sən, ey dünyasından əlini çəkən!
Nə tapdın o sonsuz göyə xidmətdən?
Zavallı! Bir dön də ətrafına bax!
Bir bax ki, gecələr nə qədər parlaq!
Qaranlıq qəlbində sən dəxi od yax,
Günəşli gündüzlər doğar zülmətdən.
1928
________________________Milli Kitabxana________________________
58
QAFQAZ
Bilsin axtaranım, tanışım, dostum,
Eşitsin dənizlər, qaralar
*
məni
Adım çəkiləli qan, irin qusdum.
Çox incitdi mübhəm yaralar məni.
Gələli dünyaya Məhəmməd, sa,
Qırdı qardaşlığın şah damarını
Onların qoyduğu məscid, kəlisa
Hələ də sormada xaiqın varını.
Ə
yildim şahlara, xanlara xeyli
Vuran vurmayana "Sən də vur" dedi.
Ölüm pəncəsində yaşamaq meyli
Cəlladlara qızdı "Bir az dur" dedi.
Ə
sdi zərbələrlə duyğusuz ruzgar
Dedim "Qara günün, ağ günü" də var.
Artıq aradığım o gün doğalı,
Dillərdə nəğmə var, sularda lalə,
Qoynumda dost əli mehman olalı
Zümrüd yamacların bitirdi lalə.
Haqqın, ədalətin dönməyən qolu
Açdı hər qapıya bağlanan yolu
[1928]
*
Quru, torpaq, insanlar mənasında
________________________Milli Kitabxana________________________
59
Ş
ER M
Hörmətli əmizadəm brahimə
Sən nəsən? Hər zaman, hər an çalxanan,
Bu darğın qəlbimin həyəcanısan.
Artıq unudulmuş keçən günlərin
Gözümdə canlanan son nişanısan.
ncəlik hər qəlbi qəhr edər gerçək!
Gəl bu əninindən
*
, ahından əl çək.
Sən ey yazıq şerim, ey solğun çiçək
Matəm dəryasısan dərd ümmanısan.
1928, 31 may
ACI GÜLÜŞLƏR
Sən ey altun qəfəslərdə xumarlanan, süzulən,
Bilirmisən hüsnünlə hankı qəlbdir üzülən?
O qəlbdir ki, həyatında min bir acı yemişdir,
Ə
zəl gündən gəncliyini sənə qurban demişdir.
O qəlbdir ki, yetimlikdə, yoxsulluqda boğuldu,
Təbiətin ən qarışıq bir günündə doğuldu...
ş
tə, məni qəhr edirkən bu sayğisız səfalət,
Vurulduğum o gözlərdə mən axtardım səadət
Fəqət, sən ey zənginlərin, böyüklərin yavrusu,
Dünyalara hakim olan bir şairin qayğusu
Ə
sdi qara yellər kimi, gəlib keçdi yanından,
Mən doymaram ovuc-ovuc içsəm belə qanından...
Özün gəl, ey sevdiciyim, özün çıx meydanıma.
Ya qanına mən boyanım, ya sən boyan qanıma...
1928, 31 may
*
Dərd
________________________Milli Kitabxana________________________
60
* * *
Bir yaz sabahının ilk əzanıydı,
Süzüldü gözlərim xumarlanaraq.
Xilqətin mənalı bir zamanıydı,
Sular səslənirdi dalğalanaraq.
Açdım önümdəki bir pəncərəni,
Adamı şiddətlə döydü küləklər.
Mən seyrə dalırkən dağı, dərəni,
Uzaqdan gülürdü güllər, çiçəklər.
Ağarırkən göyün siyah kəfəni,
Bu gün bir coşqunluq vardı qanımda.
Mən əski qəlb ilə anaraq səni,
Demişdim: "Ah, Əkrəm olsan yanımda!"
1928, 1 sentyabr
________________________Milli Kitabxana________________________
61
* * *
Çəkdiyim ağrılar bir yana dursun,
nsafı, mürvəti sən atmadınmı?
Mən sənə yar desəm dilim qurusun,
Yarı, məhəbbəti sən satmadınmı?
Qırdın qanadımı, qırdın qolumu,
tirdin qəlbini, azdın yolunu.
Tərlan xəyalımı, laçın könlümü
Aldadıb-aldadıb oynatmadınmı?
Vurğunun ahları yüksəlir göyə,
Sormadın bu sirri, sormadın niyə?
Dünyada bir şöhrət, bir altun deyə
Ş
ahmarın qoynunda sən yatmadınmı?
1928, 20 oktyabr
________________________Milli Kitabxana________________________
62
ş
Dostları ilə paylaş: |