Milli Kitabxana



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix02.12.2016
ölçüsü2,8 Kb.
#678
1   2   3   4   5   6   7   8   9   ...   13
§
.  
Vurdun yerə on səkkizcə tüməni,  
Qorxdu gözüm səni alalı, maydan. 
 
 
 
  
                                                           
*
Xidmət yerim  

Bu  

Mənə   
§
Keçid, aşırım 
 

________________________Milli Kitabxana________________________ 
19 
 
 
Söyləmərəm ki, dağılsın bu kəndi,  
Layiqdir bu dağılmağa hərçəndi.  
Mənim atım nazənin, gülbədəndi,  
Heyrətə salmışdı mahalı maydan. 
 
Örəsiydim
*
 sana bir yaxşı tovla  
Ki, içinə yalnız sən qoyula.  
Nə bilim ki, axır olacaqmış böylə,  
Eylədi Vurğunu cəfalı maydan. 
 
1925 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                           
*
Tiksəydim
 

________________________Milli Kitabxana________________________ 
20 
 
 
 
 
 
GÖYGÖL 
 
Ə
hməd Cavada 
 
Qucağında bir vaxt bəslədi sizi,  
Görmədi sizləri vəfalı Göygöl.  
Nişan vermə ona ayı, ulduzu,  
Artıq unutmuş o xəyalı Göygöl. 
 
* * * 
Ə
srlərdən bəri ömrü xar idi.  
Zülm əlindən həyatdan bizar idi.  
Özü bir yoxluqkən, adı var idi,  
Görməmiş ömründə bu halı Göygöl. 
 
* * * 
Bu tutduğu işdən olmaz peşiman,  
Sən də əbəs yerə olma pərişan,  
Müftəxorlar artıq bulamaz imkan,  
Yaratdı zəhmətkeş əhali Göygöl. 
 
* * * 
Neçə illər bundan qabaqkı çağı,  
O solğun bağçam, o viran bağı,  
Xatırlamazmısan, ey "böyük dahi"?  
Yaşarmı sizinlə səfalı Göygöl. 
 
* * * 
Milli təəssübü atıb araya,  
Qanlı Göygöl yaratdın füqəraya,  
Çürümüş bir qatıq bir daha maya  
Dutamaz qılıyor izlıar Göygöl. 
  

________________________Milli Kitabxana________________________ 
21 
 
* * * 
     Onun ehtiyacı yox həsbi-hala,  
Nifrəti var əski ulduz, hilala.  
Sənin kimi bir əfsanə xəyala,  
Uyğunlaşsa, yaşar cəfalı Göygöl. 
 
* * * 
Cözəlliyi bəlli, məşhuri-cahan,  
Qismət olmaz bir də sizlərə inan.  
Sizlərə çəkilən o dağa dərman,  
Verməyəcək, gəzsən mahalı Göygöl. 
 
1926, yanvar 
  

________________________Milli Kitabxana________________________ 
22 
 
Ş
KƏSTƏYƏ MƏKTUB 
 
Başına döndüyüm, əziz Şikəstə,  
Dinlə məni, halı yaman olmuşam.  
Qəlbdən yaralı, könüldən xəstə,  
Nanı
*
 zəhər, ruzu

 fəğan olmuşam. 
 
Çatandan bəridir on beş yaşıma  
Çox bəlalar gəlib qanlı başıma,  
Baltalar vurulub ömür daşıma,  
Bu eşqin yolunda yaman olmuşam. 
 
Kəsilib qanadım, uça bilmirəm,  
Eşq məhbusuyam qaça bilmirəm.  
Heç kəsə dərdimi aça bilmirəm,  
Böylə halı çox pərişan olmuşam. 
 
Gərçi istər çəkim cövrü cəfa yar,  
Mən dilərəm sürsün çoxlu səfa yar,  
Qəsd eyləyir mənə o bivəfa yar,  
Qəsdinin altında talan olmuşam. 
 
O mələk simalım, şahbaz baxışlım,  
O dodağı ballım, ceyran yerişlim,  
Həm o siyah

 tellim, turac gülüşlüm  
Yandırıbdır məni, yanan olmuşam. 
 
[1926]
§
 
 
 
 
 
 
 
 
 
 
                                                           
*
Çörəyi  

Günü  

Qara 
§
 Bu və sonrakı kvadrat mötərizələr şeirlərin yazılma tarixinin dəqiq olmadığını göstərir. 
 

________________________Milli Kitabxana________________________ 
23 
 
 
 
SIZILTILARIM 
 
Möhtərəm və əziz Hüseyn Cavidə 
 
Xastayım, yalnızım ürəyimdə qəm,  
Nəyə dəyər həyat, olmasa həmdəm?  
Sevgisiz, sevdasız həyatı sevməm,  
Gəl çıxalım seyrə, günlər ötüşsün! 
 
Sürmədim bir həyat canlı dünyada,  
Ş
övkətli dünyada,qanlı dünyada,  
Ş
u
*
 xəstə konlümdən qopan fəryada  
Bülbüllər dillənsin, güllər ötüşsün! 
 
Həsrətlər yorğunu, şikəstə könlüm,  
Ah, şu dərdli könlüm, şu xəstə könlüm,  
Görmədi mürüvvət bir kəsdə könlüm,  
Mən gülmərəm aylar-illər ötüşsün! 
 
Yer üzü fanidir, uzaq gəzəlim,  
Vicdan sədasını əldə edəlim,  
Bir qaranlıq küncə həp

 çəkiləlim,  
llərcə paslanan dillər ötüşsün! 
 
Ə
skimişdir

 yaram, artiq sağalmaz,  
Sevdayi-naləmi bir könül almaz.  
Bu xəstə Vurğunun dərdi azalmaz  
Qoy sınıq könlümdə tellər ötüşsün! 
 
1926, 11 iyul 
 
 
 
 
 
 
                                                           
*
Bu 

Həmişə  

Köhnəlmiş, dərinə işləmişdir 
 

________________________Milli Kitabxana________________________ 
24 
 
 
 
 
TƏRLANIM 
 
Tərlanım, tərlanım, gözəl tərlanım!  
Sənə qurban olsun bu Düşgün canım.  
Görünsə gözünə bivəfa xanım,  
De ki, Vurğun gədalara dönübdür, 
 
Tərlanım, tərlanım, bir qalx havaya,  
Bir yazığın gəlsin mən binəvaya,  
Məni əğyara satan o bivəfaya  
De ki, Vurğun gədalara dönübdür. 
 
Tərlanım, tərlanım, artıbdı qəmim,  
Dəryayi-eşqində qərq oldu gəmim.  
Görünsə gözünə xəyal həmdəmim.  
De ki, Vurğun gədalara dönübdür. 
 
[1926
  

________________________Milli Kitabxana________________________ 
25 
 
*
* * * 
 
Bir gün məni lap boğurdu hicran,  
Hicran deyə bir səyahət etdim...  
Yarəb!.. Nə yazıq olarmış insan,  
Boynum bükük ol məkanə getdim;  
Baxdım, onu görmədim o yerdə,  
Sordum deyən olmadı ki, nerdə?...  
Ey vah, o xəyal pərisi nolmuş?  
Ömrüm qəmü-həsrət ilə dolmuş...  
Röyamı, nədir bu gördüyüm, ah?!  
Xülyamı, nədir bu aləm, ey vah!?  
Artıq günəşin ziyası sönsün,  
Artıq bu diyar məzara dönsün!  
Ə
flakı

 ahım dumanı sarsın,  
Varlıq sürüşüb zavala varsın! 
 
[1926
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                           
*
Harada  

Fələklər, göylər mənasında 
 

________________________Milli Kitabxana________________________ 
26 
 
Ş
UŞ
 
Qoynuna girməyə qalmışdır bir az,  
Könül fərəhlənib eylədi pərvaz;  
Ölməyib görəydim seyrini hər yaz,  
Səndə vardır başqa lətafət, Şuşa! 
 
Dağlarından qopar havalı yellər,  
Ah, o sərin yellər, səfalı yellər;  
Dağıdıb huşumu divanə eylər,  
Vüsalın hər kəsə səadət, Şuşa! 
 
Xırdaca-xırdaca yağışin yağar,  
Çən-çisək içindən günəşin doğar,  
Bir ağız bir bulaq suyunu soğar
*
,  
Eyləyirsən yenə qiyamət, Şuşa! 
 
Bir əcəb gülşəndir torpağın, daşın  
Dumanlı dağlardır həyat yoldaşın,  
Bir ağrı gördümü ömründə başın,  
Ey fitrən xəlq olmuş təbabət, Şuşa! 
 
1926 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                           
*
Sonadək içər 
 

________________________Milli Kitabxana________________________ 
27 
 
 
 
 
ZEYNAL 
 
Köhnə bir evciyəz gördüm, içi toz, torpaq,  
Sökük divarları var hisli, paslı.  
Önündə bir baca, içində çılpaq  
O səfalətzadə uyuyur yaslı... 
 
* * * 
Elə bir yasli ki, daima xəndan.  
Mavi gözlərinin ufuklar kadar  
Varsa incəliyi, yenə də giryan,  
Gəliyor nəzərə yenə də ağlar... 
 
* * * 
Boş deyildi, onun vardı sənəti,  
Tar, kamança, tütək, qaval yapardı.  
Tutur kimi saza qəmli xilqəti,  
Oxuyar, bağırar, sonra yatardı. 
 
* * * 
O könül pək incə, pək də mənalı,  
Baxışları vardı həp süzgün-süzgün.  
Rəqib imiş ona dadlı xəyalı,  
Demişdi dərdini o mənə bir gün. 
 
* * * 
Hər qürub zamanı pəncərəsindən,  
Baxar üfüqlərn sanki bir xəyal...  
Qayalar inlərdi onun səsindən,  
Mənimdir kainat diyordu Zeynal. 
 
1926 
  
 

________________________Milli Kitabxana________________________ 
28 
 
Ç ÇƏ
 
Gözəl çiçək, dalğalanır dağ döşü,  
Nədir o tərpəniş, dəryamı yoxsa?  
Söylədilər səni könlümün əşi
*
,  
Həqiqətmi, o da xülyamı yoxsa? 
 
O seyran

 buludlar, o boylu çinar  
Həp sənə gülümsər, sənə çırpınar.  
Deyirsən titrədir məni ruzigar,  
Bu dərdə mübtəla dünyami yoxsa? 
 
Ə
mərdim hüsnündən min incə duyğu,  
Sardımı çöhrəni xəzan soyuğu?  
Ə
lvida, əlvida, daldığım uyğu

 
       nanmam ölümmü, röyamı yoxsa? 
 
1927 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                           
*
Həmdəm 

Seyr edən, gəzən  

Xəyal 
 

________________________Milli Kitabxana________________________ 
29 
 
 
 
 
DAN YILDIZI 
 
Öpərkən gecələr dəsti-səbahi
*
  
Duyurdum hərəkət namütənahi

...  
Çəməndə bir gözəl xeyli ilahi,  
Üzündə zülfünü tarimar gördüm. 
 
Titrəyirdi çəmən, titrəyirdi gül,  
Oxurdu nəğmələr sabaha bülbül,  
Bükmüşdü boynunu saralmış sünbül,  
Qoxladım o yeri, laləzar gordüm. 
 
Uçurdu dağlara quş kimi ceyran,  
Boylana-boylana səmada tərlan,  
Oxurdu türkülər səmiə

 pünhan,  
Birləşin! - dedilər, bir şüar gördüm. 
 
Buludlar dağılıb doğdu bir pəri,  
O sevda yerinin doğma dilbəri,  
Göz atdım gözünə, himlədim bəri,  
Dayandı şir kimi, pürvüqar gördüm 
 
Ə
sirdi durmadan birbaşa yellər,  
Döyürdü bağrını dağ-daşa sellər...  
Gülürdü al geyib, ağlayan ellər,  
Bu haqqı danamam, aşikar gördüm. 
 
1927, yanvar 
 
 
 
 
 
 
 
                                                           
*
Sabahın əlini  

Hüdudsuz, sonsuz   

Qulağa 
 

________________________Milli Kitabxana________________________ 
30 
 
 
 
 
 
 
B R QƏTRƏ YAŞ 
 
Saqiya! Saqiya! Gətir gizlicə,  
Görənlər olmasın divanələr var.  
Nəşələr əməyim bu qəmli gecə,  
Bağrına od basan pərvanələr var. 
 
Həyatin sonuymuş bir solğun çiçək,  
Qəmləri öldürən qəm olsa gərək,  
Açmadı ağlayan üzləri fələk,  
Cahanda göz yaşı, qəmxanələr var. 
 
Saqiya! Dustağam zindan görməmiş  
Vüsalın dadı yox, hicran görməmiş,  
Bir mömin babayam quran görməmiş,  
Onda da şübhələr, əfsanələr var. 
 
Nəsibim oldusa bu ahu-vaylar,  
Dün
*
 gecə əl verib bahara yaylar,  
Ucaldı göylərə şanli saraylar,  
Düşünməz nerədə

 viranələr var. 
 
Saqiya! Saqiya! Yetir özünü,  
Cahanı görməyim, bağla gözümü.  
Şə
rqə söyləyirəm bu son sözümü:  
Yavrusuz

 üşüyən boş lanələr
§
 var. 
 
1927 
 
 
 
 
                                                           
*
Dünən  

Harada 

Körpəsiz, uşaqsiz  
§
Yuva, ev 
  

________________________Milli Kitabxana________________________ 
31 
 
 
 
 
 
SƏYAHƏ
 
Ey vətən! Ey ana! Açıldı yolum,  
Ümidim sənəmi, qurbanın olum?  
Nədəndir demədin heç mənə - oğlum.  
Dolandın nerələr
*
, de hankı yerlər? 
 
Laçınlar yuvası, haylar ocağı,  
Kəsilmiş anacan, vəhşət

 ayağı.  
Yanırkən o gecə birliyin dağı,  
Titrədi Qafqazın qoynunda yellər. 
 
Mən Ağrı dağında dayandım bir az,  
Bir qaya zirvəsi oxurdu şahbaz

 
O şiddətli qışın sonunda bu yaz  
Yuyurdu tozları kükrəmiş selər... 
 
Başdan ayağadək geymiş qırmızı,  
Oxurdu türkülər bir gürcü qızı  
Parladı gün kimi o dan yıldızı,  
Üzündə mərcimək
§
, köksündə tellər. 
 
Açılsın o gülün, baharım olsun,  
Lalə tək qızaran bir yarım olsun.  
Sonunda ömrümün məzarım olsun  
Gəlinli çeşmələr, sünbüllü çöllər. 
 
1927 
 
    
 
 
 
                                                           
*
Haralar  

Vəhşilik, qorxu 

Quş adı, burada "quş kimi" mənasında  
§
Bitki adı, burada "xal" mənasında 
 

________________________Milli Kitabxana________________________ 
32 
 
 
 
 
 
 
* * * 
 
Sorma aqil kimsələrdən, sorma heç dünya nədir,  
Böylə bir düstur qocalmış ideal olsun gərək! 
 
"Hər kimin vicdanı pakdırsa o bir divanədir", - 
Bu kəlamın barəsində qilüqal olsun gərək! 
 
Çünki boşdur nalə qılmaq, çünki boşdur ahu-zar,  
Göz yaşindan gözlənən məlhəm mahal olsun gərək! 
 
Aqil olmaq istəyənlər bir-birindən küsməsin,  
Ə
hli-haldan dəm vuran kəs əhli-hal olsun gərək! 
 
Hər bəlaya şir tək görməkdəyəm mən sinəmi,  
Vurğunun "Düşkün" adi Rüstəmi-Zal olsun gərək! 
 
1927 
 
 

________________________Milli Kitabxana________________________ 
33 
 
DAĞLAR 
 
Yenə nə durursan pəhləvan kimi,  
Çirməyib qolunu mərdanə, dağlar!  
Könül yenə bəhri-bipayan
*
 kimi  
Səslənir çalxana-çalxana, dağlar! 
 
Mən çox istərdim ki, sənin heç zaman  
Örtməsin o dilbər hüsnünü duman.  
Elin zərərindən mənfəət uman  
Boyansın, demişəm, al qana, dağlar! 
 
Zirvəndəki söyüd göylərə çatır,  
Kölgəsində yorğun yolçular yatır;  
Maralın, ceyranın min işvə satır,  
Su göndər bu yerdə yanana, dağlar! 
 
Çox gözəl olursan ellər köçəndə,  
Suyundan gəlinlər, qızlar içəndə;  
Qıy vurub tərlanın yel tək keçəndə,  
Bir vəlvələ düşər hər yana, dağlar! 
 
1927   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                           
*
Ucsuz-bucaqsız, sahili görünməyən dəniz kimi 
 

________________________Milli Kitabxana________________________ 
34 
 
 
 
 
ANA 
 
Pək çocuqdum yerə gömdülər səni,  
Həyata qanadsız atdılar məni.  
Bax, necə pozulub ömrüm gülşəni,  
Həyat sənsiz mənə zindandır, ana! 
 
Qoynunda bəslənir gözəl diləklər,  
Layiqdir səcdəyə sənə mələklər,  
Nerdəsən, ah gözlərim həp səni bəklər,  
Bax övladın nasıl giryandır, ana! 
 
Sən bir günəş idin, doğdun da batdın,  
Yazıq övladını qəmlərə atdın.  
Bir cavab ver, hankı murada çatdın  
Torpaqlarda neçə zamandır, ana! 
 
Bir ah çəksəm sənsiz, qopmazmı tufan?  
Ə
zizim anacan, gözüm anacan!  
Yumuq gözlərini aç da bir oyan,  
Ş
imdi zaman başqa zamandır, ana! 
 
Yıxılıb payinə
*
 öpməki stərəm,  
Analıq mehrini görmək istərəm,  
Səni görmək üçün ölmək istərəm,  
Təsəllim ah ilə fəğandır, ana! 
 
[1927]  
 
 
 
 
 
 
 
 
                                                           
*
Ayağına 
 

________________________Milli Kitabxana________________________ 
35 
 
 
B Z M DAĞLARIN 
 
Dün oxdum şerini, düşdü yadıma  
Gülümsər dövranı bizim dağların.  
Oxudum ki, yoxdur sizin yaylada  
Gülü, gülüstanı bizim dağların. 
 
Bilməm kaç əsrdir yaranmış durar,  
Cansız cəsədlərə dirilik urar  
Səhər irişincə
*
 bin

 nəğmə qurar  
Ş
ahbazı, tərlanı bizim dağların. 
 
Ə
lvan çiçəkləri saralmaz, solmaz,  
Baxdıqca onlara konüllər doymaz,  
Çeşmələr başından heç əskik olmaz  
Zurna-balabanı bizim dağların. 
 
Ə
trafı taladır, ceyran yuvası,  
Ruhları məst edər sərin havası,  
Sizin yerdə olmaz, onun səfası,  
Cənnətdir hər yanı bizim dağların. 
 
Yasəmənlər, gül reyhanlar ocağı,  
Bizim dağlar bir təbabət qucağı,  
Dişləri göynədən soyuq bulağı,  
Genişdir meydanı bizim dağların. 
 
Bir-birindən gözəl vardır meşəsi,  
Səs versən, səs salar hər yana səsi.  
Qazanar hər kəsdən sevinc həvəsi  
Çölü, biyabanı bizim dağların. 
 
Ş
eh düşər otların üstə gecədən,  
Doymaq olmaz orda xoruz-beçədən,  
Dəyəsi

 qurular qalın keçədən  
Dərdlərin dərmanı bizim dağların. 
                                                           
*
Səhərin gözləri açılan kimi  

Min  

Alaçıq 
 

________________________Milli Kitabxana________________________ 
36 
 
 
 
Qoyun, quzu bir-birinə qarışar,  
Qulplu qazanlardan qatıqlar daşar.  
Böylə həyat içrə yüzdən cox yaşar  
Zəhmətkeş dəliqanı bizim dağların. 
 
Bəslədiyi kök quzulardan kəsər,  
Bolluq içrə ömür sürər sərbəsər.  
Boynun əyib çeşmələrdən su içər  
Maralı, ceyranı bizim dağların. 
 
Xırdaca-xırdaca yağar yağışlar,  
Xəstə Vurğun bu dövranı alqışlar.  
Möhtərəm qarelər
*
 məni bağışlar,  
Cavandır yazanı bizim dağların. 
 
[1927]
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                           
*
Oxucular 
  

________________________Milli Kitabxana________________________ 
37 
 
 
 
 
 
 
ƏLL ML K 
 
Müəllimlik - bu bir incə sənətdir,  
Bu yolu hər gedən olmalı incə.  
Saralmaz bir çəmən o göyərincə,  
Həyata pək yaxın bir məhəbbətdir. 
 
Almanlar etmişdir çox kərə təkrar – 
Mənimdir gələcək... müəllimim var...  
Dinlə vətəndaşım! Belə bir şüar  
Hər qəlbə tac verən bir fəzilətdir. 
 
Qələlər, zindanlar, qorxunc diləklər,  
Atəşli vicdanlar, çılğın ürəklər,  
Üfqündə məbud
*
 bir boşluq bəklər,  
Baxdım keçmişlərə, bu həqiqətdir... 
 
Ey göylər suları, sən boşalma, dol!  
Tutduğun çiçəkli, reyhanlı bu yol  
Hər qəlbə sevinclər vəd edər bol-bol...  
Bu günün qayəsi çünki zəhmətdir. 
 
1927, iyun 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                           
*
Məbud sözü burada sonsuzluq mənasında işlənmişdir. 
  

________________________Milli Kitabxana________________________ 
38 
 
 
 
 
 
 
 
 
 
 
ŞƏ
K  
 
Dünki
*
 bir lövhə ki, hər səmti viran,  
Dünki bir sinə ki, başdan-başa qan.  
Dünki hicranla, səfalətlə gülən,  
O gülüşlərlə belindən bükülən  
Yeni bir səhnədə cövlan edirəm,  
Sisli, yağmurlu sokaklar

 gedirəm.  
Qəlbi yox, duyğusu yox, şir kimi nər  
Bu yerin dağları hər gün bəzənər.  
Bəzənər, sanki xəyalımla tanış,  
Nə qədər fitri, gözəl bir yaranış  
Ki, dəyişməm onu heç bir gözələ.  
Bir zaman bəlkə də əllərdən ələ  
Düşərək ömür eləmiş zillətlə.  
Ə
ski, pək əski röya, bidətlə

...  
Həələ çaylardakı coşqun cərəyan,  
Bana bir başqa xəyalatı bəyan  
Ediyor. Böylə deyirlər ki, bu gün  
Ucalır göylərə bir şanlı dügün.  
Bən də təbrik edirəm iş bu halı,  
Artacaq yurdumun əlbət cəlalı. 
 
1927, iyul 
 
   
 
 
 
                                                           
*
Dünənki, keçmiş mənasında  

Küçələr - çətin, əzablı yollar mənasında  

Etiqad, inam mənasında 
 

________________________Milli Kitabxana________________________ 
39 
 
 
 
 
 
 
 
 
 
 
 
ONDAN DA GÖZƏLD R 
 
Göylər ki, müləvvən
*
 o şəfəqlərlə bərabər,  
Dəryalara, səhralara min cilvə

 sərasər- 
Ə
rz etmədə, bilməm nə zamandan bəri aləm  
Göylər deyə, göylər deyə çalxandı dəmadəm

.  
Çalxandı nəhayətsiz olan boşluğa əfkar

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin