Qubadlı rayon Mədəniyyət və Turizm idarəsi
Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Kitabxana- Biblioqrafiya Proseslərinin
Avtomatlaşdırılması şöbəsi.
MİLLİ QƏHRƏMAN Əliyar Əliyev.
(Döyüşən pəhləvan)
(Tövsiyyə biblioqrafiyası.)
SUMQAYIT 2012.
Tərtibçidən.
Bu biblioqrafik vəsaitdə Azərbaycanın ərazi bütöv-
lüyü, azadlığı və müstəqilliyi uğrunda mərdlik və
fədakarlıq nümünələri göstərən,Vətən naminə öz
canını əsirgəməyən Milli Qəhrəman Əliyar Əliyev
haqqında MKS-də olan kitablardan və dövrü mətbua-
da çap olunan materiallar əsasında toplanmış, qısa mə-
lumatlar öz əksini tapmışdır.
Əliyar Əliyevin keçdiyi həyat yolu.
Əliyar Yusif oğlu Əliyev 1957-ci il dekabrın 14-də Qəzyan Kəndində anadan olmuşdur. 1975-ci ildə orta məktəbi fərqlənmə atestatı ilə bitirdikdən sonar Azərbaycan Dövlət Bədən Tərbiyə İnsitutuna qəbul oiunmuşdur.
1979-cu ildə insitutu fərqlənmə diplomu ilə bitirdikdən sonara
Dondarlı Orta məktəbində müəllim işləmişdi.1980-1982-ci illərdə
Sovet ordusu sıralarında xidmət etmişdi. Hərbi xidməti başa
vurduqdan sonara güləşçi kimi tanınmış gənc Əliyarı Saranski
şəhərindəki Dövlət Universitetində müəllim işləməyə dəvət edilmişdir. Əliyar Əliyev iki ilə yaxın həmin universitetdə müəllimlik etdikdən sonar 1983-cü ildə atasının vəfatı ilə bağlı olaraq doğma rayona qayıtmişdı.
Qəsəbə Orta Məktəbində müəllim,”məhsul” Kənd Könüllü İdmanCəmiyyətinin Rayon Şurasında məşqçi işləmişdi. 1985-ci ildə isə Həmkarlar İttifaqı Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti Rayon Şurasının sədri seçilmişdir. Gənc pəhləvan Respublikanın ən güclü, tanınmış adlı sanlı güləşçilərindən, məşqçilərindən biri idi. Dəfələrlə klassik güləş üzrə respublika, keçmiş Ümumittifaq və beynəlxalq yarışların qalibi olmuşdur.O, bir sıra yarışlara, turnirlərə hakimlik və baş hakimlik etmişdir.
Əlyarın səkkiz yetirməsi Respublika və keçmiş SSRİ çempionu , bir nəfəri isə olimpiya yığma komandasının üzvü olmuşdur.
Məhşur idmançı ictimai-siyasi sahədə də böyük fəaliyyət göstərmişdi.O, rayonda xalq hərakatının başçısı, ,Xalq cəbhəsinin yaradıcısı və lideri , demokratik qüvvələrin rəhbəri olmuşdur. Qarabağ hadisələri başlanan ilk günlərdən Vətənin çağrışına ilkin səs verən qeyrətli oğullarımızdan biri olmuş, rayonda ilk taborun yaradılmasına təşəbbüs göstərmişdir. Rayonun qeyrətli
oğullarını bir yerə toplayıb, tabor yaratsada təvazökarlıq göstərib,onun komandiri olmamışdı. Onu təklifi nilə Dağbəyi Məyhəddinov həmin taborun ilk komandiri olmuşdur.
Əlyar tabor kəşfiyyat bölməsinin komandiri olmuşdur.
İlk ərazi özünü müdafiə taborunun igid düyüşçüləri rayo-
nun Ermənistan və Dağlıq Qarabağda sərhəd olan kəndlə-
rini müdafiə etməyə başladılar. Onlar erməni quldurları-
nın hücumlarının qarşısını dərhal alır, düşmənin xeyli
hərbi texnikası və canlı qüvvəsini məhv edirdilər.
1991-ciil noyabrın 15-də ermənilər Seytas Əyin və Aşağı
Cibikli kəndlərini və yazı düzündəki postları güclü top və
raket atəşlərinə tutmuş və yazı düzünə hücuma keçmişdi.
Əliyar və onun cəbhə dostları iki saat vuruşaraq onları geri
oturtmuş və düşmənin mövqelərini darmadağın etmişdi.
1991-ci il dekabr ayının 28-də Əliyarın dəstəsi döyüşərək,
erməniləri qaçmağa məcbur etmişdir.
1991-ci ilin sonu, 1992-ci ilin əvvəlində ermənilər tez-
tez Seytas kəndinə basqınqınlar edirdilər.
1992-ci il fevralın 6-da onlar böyük qüvvə ilə Seytas
kəndini tutmağa cəhd göstərdilər. Əliyar əliyevin başçılıq
etdili kəşfiyyat dəstəsi həmin kəndə göndərildi.
Hərbiçilərimiz onların xeyli texnikasını ələ keçirdi və
düşmən nə qədər itki verdi. Göstərdiyi igidliyə görə Əliyar
Əliyev taborun təchizat işləri üzrə rəis təyin edildi.
1992-ci il in aprel ayında Dağbəyi Məyhəddinov başqa işə
keçdiyinə görə taborun komandirliyi Əliyar Əliyevə
tapşırıldı. O, bütün post və sərhəd kəndləri yoxlayaraq hər yeri
möhkəmləndirdi. Burada güclü döyüş gedəcəyini nəzərə alan
Əliyar Əliyev Başarat kəndinə gəldi. Bundan sonar o, Topağac
yüksəkliyində komandirlərin, zabitlərin kiçik bir yığıncağını
keçirtdi, onlara lazimi göstərişlər verdi və dediki, Başarat kəndi
ətrafındakı yüksəkliklər böyük strateji əhəmiyyətə malikdir.
Düşmən obaşdan Topağac yüksəkliyni güclü artileriya atəşinə
tutuldu. Əliyarın dəstəsi iki saat vuruşduqdan sonara düşməni
geri çəkilməyə məcbur etdi. Həmin günün səhəri düşmən böyük
qüvvə ilə genişmiqyaslı hücuma keçdi.Polis işçiləri köməyə gəldi.
Dörd saatdan artıq davam edən şiddətli döyüş bizimkilərin
qələbəsi ilə nəticələndi. Başarat yüksəklikləridəki düşmən
qüvvələri və postları darmadağın edildi. Bu parlaq qələbədən sonara
Əliyara acı bir xəbər verdilər. Gənc tabor komandiri sarsıldı. “Alçaqlar Şuşanı xəyanətlə veriblər. Bu böyük qala tarixdə
düşmənə təslim edilməyib. Qubadlını qorumaq çətindir. Şuşanın ki, bircə yolu var idi”…”Sonra daha bir acı xəbər
çatdırıldı. “Laçın əlimizdən çıxdı.”Hədsiz dərəcədə sarsılan
Əliyar qışqıraraq qiyamət qopardı.
Bu da ikinci xəyanət!”O, zabit və komandir heyətini yığıb
fikrini onlara yığcam şəkildə bildirdi: “Növbə Qubadlınındır”.
Biz Qubadlını, bütövlükdə Azərbaycanı qorumaq üçün Laçını mütləq qorumalıyıq. Sonra o, müqəddəs Qurani-Kərimi üç dəfə öpüb gözlərinin üstünə qoydu və and içdi ki, son damla qanınadək vuruşacaq. Düşmən yalnız onun meyidinin üstündən keçib Qubadlını tuta bilər.
1992-ci il sentiyabr ayının 30-da onun komandirlik etdiyi tabor Laçın torpaqları uğrunda güclü hücum əməliyyatına başladı.
Qısa müddət ərzində 30-dan artıq möhkəmləndirilmiş mövqelərdə düşmən qüvvələrini darmadağın edərək Laçın şəhərinə doğru müzəffər yürüşü davam etdirdi. Son döyüşü 1992-ci il oktyabrın 3- də Laçın şəhərinin 2 kilometrliyindəki Şurum yüksəkliyində olmuşdur. Həmin gün qanlı döyüşlər getmiş, düşmənin saysız- hesabsız canlı qüvvəsi hərbi texnikası məhv edilmişdir. Tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağyev döyüşdə qəhrəmanlıqla həlak olmuşlar.
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölkəmizin süverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi igidlik və şücaətə görə Əliyar Yusif oğlu Əliyevə Azərbaycanın Milli Qəhrəmanı Əliyarın təşəbbüsü ilə Qubadlıda yaradılan ilk tabor onun adı ilə əbədiləşdirildi.Qırxı çıxmamış rayon mərkəzində qəhrəmanın abidəsi qoyuldu. Azərbaycan xalqı qəhrəman oğlunun əbədi
heykəlini öz qəlbində ucaltdı.Ölkəmizin hər yerində
Əliyar Əliyevə böyük məhəbbət hissi bəslənilir, onun
adı dillər əzbərinə çevrilir, xatirəsi əbədiləşdirilir. İndi
bir çox evlərdə, müəssisələrdə, kabinetlərdə Əliyarın
portreti, büstü və baralyefini görmək olar. Respublika-
mızda onun xatirəsinə həsr olunmuş idman yarışları,
turnirlər keçirilir.
…Dağlar qartalsız, göylər şahinsiz, milli ordumuz Əliyar-
sız qaldı. Azərbaycan xalqı öz qəhrəman oğlunu itirdi.
Amma şair gözəl demişdir: Ölüm sevinməsin qoy! Azər-
baycanın qəhrəmanlıq tarixinə, cavanşirlər, babəklər,
koroğlular, nəbilər, kərəmlərsırasına bir qəhrəman daəlavə
olundu. Əliyar Əliyev! Ölüm sevin-məsin qoy! Azərbayca-
nın döyüşçülük, sərkərdəlik tarixinin qızıl səhifələrinə qəhrə-
man bir döyüşçü, adlı-sanlı bir sərkərdənin də adı əlavə
olundu: Əliyar Əliyev! Ölüm sevinməsin qoy! Azərbay-
canın döyüşçülük sənətinə, sərkərdəlik elmi elmi ocağına bir
məktəbdə əlavə olundu: Əliyar məktəbi!
Müxtəlif yazarların Əliyar Əliyev haqqında fikirləri.
Əliyarın ölümünün üçüncü günü idi.Adına göndərilmiş bir
məktub gəlib çatdı. “Əməkdar məşqçi, SSRİ-nin idman ustası,
Qubadlı rayon “Məhsul” Kənd Könüllü İdman Cəmiyyətinin
sədri Əliyar Əliyevə
Çox hörmətli Əliyar müəllim !
5oktyabr 2992-ci ildə Şamaxı şəhərində Milli İdman oyunlarının
ıı Respublika çempionatı başlanacaqdır.
NİKBTC Respublika Şurasının yekdil rəyi ilə siz həmin yarış-
ların baş hakimi təyin edilmisiniz. Çempionatın açılış sözünü siz
deyəcək və bundan əvvəl Mingəçevirdə keçirilmiş yarışların mütləq
çempionu kimi Dövlət bayrağını siz qaldıracaqsınız. Sizi və rayonun
komandasını bu yarışlarda milli əsgər formasında görmək bütün iştirak-
çıların arzusudur.”Əliyar sağ olsaydı, od ilə su arasında qalacaqdı.
Getsinmi?
Axı camaat ilk növbədə ona arxayın idilər.Əliyarın ölümünün 10 ili tamam olanda Azərbaycan Yazıçılar birliyinin Mingəçevir bölməsi Qubadlı rayon İcra Hakimiyyətinin şəhərdəki nüma- yəndəliyi ilə birlikdə igid komandirin xatirəsini anma mərasimi
keçirmişdir. Hacı Nərimanoğlu bu tədbirdən xatirə olaraq Milli
Qəhrəman haqqında yazdığı” Dağlar oğlu” kitabını və üzərində igid komandirin əksi olan təqvimləri tədbir iştirakçılarına təqdim etdi.
3 oktyabr 1999. Azərtac .kom.
Az.TV- nin yaddaşında qalmış, dəfn günü, məzar başında deyilən son sözüm:- Bu gün Azərbaycan özünün ən ağır,əvəzsiz itkilərindən birini verir. Qubadlı torpağı bu itki ilə bu gündən daha da şərəflənir, müqəddəsləşir, ucalır.
Hacı Nərimanoğlu.
Sənin ömür çırağın vaxtsız söndü,Əliyar!
Deyir,dərd var gələr keçər, dərd var dələr keçər.Əliyar dərdi əbədi dərd-abidə dərd oldu elim üçün, obam üçün. 1992-ci il oktyabrın 3-də Qubadlı dağlarının sinəsinə çalın –çarpaz dağ çəkildi.Əliyar Əliyevin köksü şan- şan oldu.
Sən ömrünü kişi kimi yaşadın, xalqımıza, doğma torpağımıza , insanlığa çılğın məhəbbətlə.Ona görədə sənə öldün demək günahdı, Əliyar! Sən xalqımızın əsrlər boyu fəxr edəcəyi qeyrətli övladlarından biri oldun. Sən güclü və qüvvətli olduğun üçün ,dostların sənə “Rembo” deyərdilər.Əliyar kimi oğullarımız dönə- dönə sübut ediblər ki,onlar qəhrəmandırlar.
Elburus Şahmar.
Gülləbatmaz, Dəmirdağ,döyüşçü-Batalyon komandiri :
Əliyar Əliyev
Əziz qubadlılar,Laçınlılar ,Əliyarın timsalında sizə
ürəkdən bağlıyam.Sizə eşq olsun! Deyirəm.
Əşrəf Müşfüq
25.09.2011
Əliyar Qubadlı rayon İdman Komitəsinin sədri işləyirdi.
Onun idmançı kimi karyerasının çiçəklənən dövrü idi.
“Yunan Roma güləşi”üzrə dəfələrlə Respublika və bey-
nəlxalq yarışların qalibi olmuş bir əfsanəvi pəhləvan idi.
Tələbələrindən biri olimpiya komandasının üzvü idi.
Laçın əməliyyatı zamanı “Zəngəzur pələngi”öz məğrur
sinəsini ana torpağa sipər elədi.O, bu dağlardan düşmənin
ayağını kəsmək istəyirdi.Qoruya bilmədi onu dağlar!
Ədalət Nicat.
Azərbaycanın milli qəhrəmanı Əliyar Əliyevin keçdiyi döyüş
yoluna və döyüş bölgələrində göstərdiyi qəhrəmanlıq haqqında
yazılan şerlər, poemalar məqalələri oxumaq istəyən oxuculara
bu vəsaitlərdən istifadə etmək tövsiyyə olunur.
Ədəbiyyat göstəriciləri:
Cahangir .T.
Vətən oğul istəyəndə.”Günəş”nəşriyyatı, Bakı: 1998. 344 səh.
Ələsgər Həsənli.(Qaraşoğlu)
Yaddaşdan yaddaşa, poema.Bakı: 1996, 32səh.
Elburus Şahmar.
“Xanımanım Qubadlı” Bakı: “Araz nəşriyyatı”1998. 803s.
Hacı Nərimanoğlu.
Qubadlısız 16 il.Bakı: “Elm və təhsil”,2009. 258s.
Hacı Nərimanoğlu.
“Dağlar oğlu”.(“İşıq nəşriyyatı, 1993-cü il), “Zaman –Azərbaycan”
“525-ci qəzet” və “Xalq qəzeti” ndə 13, 14, və 15 dekabr 2007-ci
ildə Əliyarın 50 nyaşı münasibəti ilə çıxan yazıların əsasında işlən-
-mişdir.
Sevindik Mehman.
Qubadlıda çaxan şimşəklər. Bakı:”Adiloğlu” nəşriyyatı, 2005, 160s.
Əşrəf Müşfiq.
Əliyar. Poema.Bakı, “Ünsiyyət”,2011.88s.
Ədalət Nicat.
Gəl axtar məni (şerlər və epik poema).Sumqayıt şəhəri,
“Bilik”nəşriyyatı,2011-ci il, 160səh.
Əliağa Aslan.
Tanrı sevgisi.Bakı:”Çıraq”-2002. 144s.
Əliyar. Poema.Bakı, “Ünsiyyət”,2011.88s.
Ədalət Nicat.
Gəl axtar məni (şerlər və epik poema).Sumqayıt şəhəri,
“Bilik”nəşriyyatı,2011-ci il, 160səh.
Əliağa Aslan.
Tanrı sevgisi.Bakı:”Çıraq”-2002. 144s.
Dostları ilə paylaş: |