Milli qəhrəmanlarımız



Yüklə 140 Kb.
səhifə1/4
tarix09.01.2022
ölçüsü140 Kb.
#51112
  1   2   3   4
Milli qəhrəmanlarımız(3)


Milli qəhrəmanlarımız

Əliyev İlham Müzəffər oğlu

Ə liyev İlham Müzəffər oğlu 1961-ci ildə Gədəbəy ray-onunun Gədəbəy qəsəbəsində anadan olmuşdur. 1978-ci ildə Gədəbəy şəhər 1 saylı orta məktəbi bltirmişdir. 1980-82 ci illərdə hərbi xidmətdə olmuşdur.
1983-cü ilin iyun ayında milis orqanlarmda işə qəbul olunmuş, İsmayıllı və Gədəbəy rayon daxili işlər şöbəsinin nəzdindəki mühafizə bölmələrində milis işləmişdir. 1987-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Bryansk şəhərindəki xüsusi milis məktəbini bitirmişdir. Milis məktəbində oxu-yarkən Çernobıl qəzasının aradan qaldırlmasmda iştirak etmişdir. Milis əlaçısı adma layiq görülmüşdür. 1987-ci ildə Gədəbəy rayon DİŞ-də sahə müvəkkili vəzifəsində, 1989-cu ildən 1990-cı ilin avqust ayna kimi Gəncə Şəhər DİŞ-də sahə inspektoru, sonra isə cinayət axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində çahşmışdır. İlham müəllim ailəsində anadan olmuşdur. Atası Əliyev Müzəffər İdris oğlu Gədəbəy şəhərində icra nümayəndəsi işləmişdir. Qardaşı Əliyev Nazim Müzəffər oğlu orduda xidmət etmişdir, Gədəbəy şəhər polis şöbəsində cinayət axtarış bölməsində baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Polis mayorudur.
İlham sevib-sevilib. 1990-cı ilin aprel ayında sevdiyi qızla, Rəna ilə evlənib. 4 ay ailə həyatı yaşayıb. Özündən sonra oğlu dünyaya gəlib. Atasının adını daşıyır.
İlham Əliyev 19 avqust 1990-cı ildə Gəncə polis şöbəsindən Qazax rayonunun Ermənistanla həmsərhəd Aşağı Əskipara kəndində köməyə göndərilmişdi. Erməni yaraqlıları ilə qəhrəmanlıqla vuruşaraq düşməni itgiyə məruz qoymuş və həmin döyüşdə yaralanaraq həlak olmuşdur. Gədəbəy şəhər qəbristanlığmda dəfn edilib. Ölümündən sonra “Qırmızı ulduz” ordeninə layiq görülüb. Oxuduğu 1 saylı orta məktəbə onun adı verilmiş və mək-təbin həyətində büstü qoyulmuşdur. Adına küçə var. Azərbaycanın ilk 4 Milli qəhrəmanlarmdan biridir.


Yüklə 140 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin