HeydəR ƏLİyev vəTƏNPƏRVƏRLİK haqqında



Yüklə 14,06 Kb.
tarix07.02.2023
ölçüsü14,06 Kb.
#83371
HEYDƏR ƏLİYEV VƏTƏNPƏRVƏRLİK haqqında


HEYDƏR ƏLİYEV VƏTƏNPƏRVƏRLİK haqqında
"Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimiz əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidirlər. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”.
 "Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhvali-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən də humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin”.
"Gənc nəslin şüurunda milli vətənpərvərlik ideyasını, vətənimiz üçün iftixar hissini möhkəmləndirmək, müstəqil respublikamızın müdafiəsinə qalxmaq əzmi tərbiyə etmək lazımdır. Bu mühüm məsələnin uğurlu həllində hərbi-fiziki hərəkət və oyunların hər vasitə ilə inkişaf etdirilməsi vacibdir. Hərbi-vətənpərvərlik tərbiyəsinin oğlan və qızların fiziki cəhətdən möhkəmlənməsində, onların fəal həyat mövqeyinin, əxlaqi-iradi keyfiyyətlərinin formalaşmasında, gənc nəslin əməyə və Vətənin müdafiəsinə hazırlanmasında böyük rolu vardır”.

"Dünyada ən şərəfli peşə vətəni, torpağı, 
dövləti qorumaq peşəsidir”
Heydər Əliyev

 "...bizim, sizin, hamımızın vəzifəsi müstəqil Azərbaycanın sağlam gəncliyini tərbiyə etmək, bilikli etmək, müasir dünyanın əldə etdiyi nailiyyətlər səviyyəsinə qaldırmaq, Azərbaycanda müstəqil, demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu işinə cəlb etməkdir...”

"Yaşlı nəsillərin əsgəri rəşadəti, xalqımızın döyüş ənənələri böyük mənəvi təsir qüvvəsinə malikdir. Vəzifəmiz mənəvi tərbiyə ilə hərbi-vətənpərvərlik tərbiyəsini əlaqələndirərək, döyüşçülərimizin sayıqlığının, mənəvi və ideya mətinliyinin, var qüvvələrinin vətənin müdafiəsinə vermək əzminin artmasına kömək etməkdən ibarətdir”.

"Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına, əbədi olmasına həsr etməkdən ibarət olmalıdır. Mən gənclərimizə bu tövsiyəni verirəm. Öz ana dilimizi, Azərbaycan dilini mənimsəmək lazımdır, bu dildə yaxşı danışmaq lazımdır, bu dili ana dili kimi daim duymaq lazımdır, bu dili sevmək lazımdır” Ümummilli liderin bu sözləri gənclərimizin həyatda və cəmiyyətdə öz yerlərini tutmasında böyük əhəmiyyət kəsb etmişdir.
Yüklə 14,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin