Camıyeva Sədaqət Sədrəddin qızı



Yüklə 22,8 Kb.
tarix01.04.2017
ölçüsü22,8 Kb.
#13105
Camıyeva Sədaqət Sədrəddin qızı.

Şamaxı rayonu M.Ə.Sabir qəsəbə tam orta mektebin biologiya muellimi. Metodbirlesmenin sedri.Tehsil surasinin uzvi.


Tehsilde en yaxsi internet resurslari.

Tədris prosesində təlimin keyfiyyətinin artırılması məqsədilə tətbiq olunan interaktiv metodlarından istifadə zamanı İKT və digər vasitələr əhəmiyyətli rol oynayır. İnformasiya-kommunikasiya texnologiyalarının tədris prosesinə tətbiqi müxtəlif dərs formalarının həyata keçirilməsinə və onların istifadə olunması üçün pedaqoji şərtlərin formalaşdırılmasına imkan vermişdir.Belə ki,tətbiq edən müəllimin bu sahə üzrə müəyyən bacarıq və vərdişlərinnin olması,internet resurslarına və multimedia vasitələrinə uyğun olan təhsil şəraitinin yaradılması,tədris olunan fənnin(və ya mövzunun) məzmununun müfəssəl şəkildə çatdırılmasına nail olunması zəruri tələblərdir.

İKT cəmiyyətin inkişafına güclü təsir göstərən əsas amillərdən birinə çevrilmişdir.İKT-nin tətbiqinin səviyyəsi hər bir ölkənin itelektual və elmi potensialının,sosial vəziyyətinin iqtisadi inkişafının əsas göstəricilərindən biridir. Gələcəkdə iqtisadiyyatın inkişafı isə əslində təhsilin iformatlaşması ilə bağlıdır. Ona görə də ölkə Prezidenti cənab İlham Əliyev 21 avqust 2004-cü ilə tarixli sərancamı ilə təsdiq edilmiş”Azərbaycan Resspublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminat proqramı(2005-2007-ci) illər”təhsilin qarşısına yeni və əhəmiyyətli vəzifələr qoydu.

Sərancamın həyata keçirilməsi ilə informatlaşdırma geniş vüsət almış və bununla bağlı çoxlu dövlət proqramları qəbul edilmiş və uğurla həyata keçirilmişdir.

Təlimdə texniki vasitələr və İKT-dən istifadə şagirdlərin tədris olunan mövzunun ətraflı mənimsəməsi ,lazımi bacarıq və vərdişlərə yiyələnməsinə stimul verməklə yanaşı müəllimin sərf etdiyi əməyi də qismən yüngülləşdirən yüksək tədris situasiyası yaratmağa qadir olan müasir vasitələrdir. Bu vasitələrdən istifadə şagirdlərdə informasiya bazasının çoxalmasına və mövzunu asanlıqla dərk etmələrinə şərait yaradır.

Təlimin texniki vasitələrini əyani vəsaitlərlə eyniləşdirmək olmaz.Əyani vəsaitlər informativ xarakterə malikdir.Texniki vasitələrlə şagirdlərə verilən informasiyalar daha dinamik və daha əyanidir.

Tədris filimləri biologiya dərslərində effektli Pedaqoji təlim vasitələrindən biridir.O,şagirdlərin diqqətini inkişaf etdirir,əyaniliyi möhkəmləndirir,digər tərəfdən mikro,makro və multi çəkilişlər hesabına hadisələrin izahına imkan yaradırlar.Bu şagirdlərin hadisəni diqqətlə izləməsinə imkan yaradır.Həm də şagirdlərin təlim-tərbiyəsində böyük rolu vardır.

Tədris filmindən istifadə müəllimdən yüksək pedaqoji ustalıq tələb edir.Belə ki,müəllimin hazırlığı və lazım olan anda filimdən istifadə etməsi şagirdlərin müəyyən hadisənin izahının dəqiqliyinə aydınlıq gətirir:Habelə film vasitəsilə şagirdlər müəyyən praktik vərdişlərədə yiyələnirlər.

Hazırda Biologiya tədris filimləri vardır.Orada geniş əhatəli mövzu,fraqmentlər mövcuddur.

Göründüyü kimi,təlimin texniki vasitələrindən dinamikliyi,kütləviliyi,mütəhərrikliyi,külli miqdarda informasiya daşıya bilməsi digər əyani və informasiya vasitələri ilə uzlaşdırmağa imkan verir.Ona görə də həmin vasitələr orta ümumtəhsil məktəbləri,eləcədə ali məktəblərdə də təlim-tərbiyə işində əvəzedilməzdir.

Milli kurikulum İKT-dən geniş istifadəni nəzərdə tutur.Kompüterdən ,proyektordan istifadə etməklə mövzunun icmalı qabaqcadan hazırlanır.Motivasiyanın qurulmasında mövzuya aid materiallardan intrnet qaynaqlarından,fleşkartlardan ,əyani vəsaitlərdən,videomateriallardan və.s .istifadə etməklə şagirdlərin diqqətini maksimum dərəcədə dərsə cəlb etmək mümkündür.Biologiya dərslərində təbiət hadisələrini, heyvanları, bitki ötüyünü və.s. əks etdirən video materialları şagirdlərdə dərslərə daha böyük maraq və həvəs oyadır.Bundan başqa şagirdlər tədqiqat aparakən,ümumi nəticələr çıxararkən daha dəqiq,daha səlis işləyir,dərslər bu gün ki tələblərə uyğun daha fəal ,daha canlı keçir.

İKT-nin metodiki işdə uğurla tətbiq olunması üçün müəllim İKT-nin müxtəlif formalarını yaxşı bilməli kompyuterdə yaxşı işləməli əsas təhsil saytlarının imkanlarından düzgün istifadə etməlidir. Bununla yanaşı təlim prosesində millilik və bəşəri dəyərlər öz əksini tapmalıdır. Tədris zamanı müəllim çalışmalıdır ki,şagirdlərdə dədqiqatçılıq,yaradıcılıq və qazanılmış biliklərin həyatda müstəqil şəkildə tətbiqetmə bacarıqları inkişaf etdirilsin.Bütün bu prinsiplərin gözlənilməsi təlim islahatının əsas kompetensiyalarından olan əqli təfəkkürin inkişafını təmin edir.

Biologiya dərslərində informasiya texnologiyalarından istifadə müəllimə bir sıra imkanlar yaradır.Bunlardan təlim-tərbiyə prosesinin gedişində şagirdlərin şüurlu fəaliyyətinin təşkil edilməsi,təlim prosesində fərdi yanaşma üsulunun tətbiqinə daha böyük imkanlar yaradılması və qısa vaxt ərzində mikro və makro aləmdə baş verən hadisə və prosesi ardıcıllıqla izləmək imkanlarının yaradılmasını misal göstərmək olar.

Biologiya dərslərində İKT vasitələrindən istifadə edərkən dərsin mərhələləri əvvəlcədən aydınlaşdırılmalıdır.Bununla yanaşı bioloji biliklərin şagirdlərin həyat və fəaliyyətində mühüm rol oynadığını da nəzərdə saxlamaq lazımdır.Məhz bioloji təhsil sayəsində hələ yeniyetməlik yaşlarından şagirdlərdə özünə,ətrafdakılara,ümumiyyətlə,bütün canlılara qarşı diqqətli və ehtiyatlı yanaşma,təbiətə məhəbbət hissi formalaşır.Şagird müəyyən dərəcədə öz sağlamlığının qeydinə qalmağın nə dərəcədə mühüm olduğunu anlayır,öz orqanizminin quruluşun və funksiyalarını bilir,ekologiyanın nə demək olduğunu anladığına görə onda bitki və heyvanlar aləminə qarşı rəğbət hissi yaranır.

Bütün bunlar şagirdlərin dünyaya baxışını dəyişir,onları kamil bir şəxsiyyətə çevrilir.Bioloji elmlər planetimizdə unikal hadisə olan həyatın qanunlarını açmaqla məktəblinin ekoloji mədəniyyətini formalaşdırır.

“Millətimizin sabahı”dedimiyiz uşaqlar həyatımızın gələcəyi, ömrümüzün davamıdır.Onların təlim-tərbiyəsində,sağlamlığına düzgün münasibət bəşəriyyətin aydın sabahının,parlaq gələcəyinin təminatıdır.XXI əsrdə yaşayacaq nəsillərin təlim-tərbiyəsinin,sağlamlığının, xoşbəxt həyatının təməli bugünümüzdən başlayır.

Şagirdlər hər tərəfli biliklərlə təmin edilməsi onlarda bacarıq və vərdişlər formalaşdırılmalı,yüksək mədəniyyətə və dünyagörüşünə malik şəxsiyyət kimi yetişdirilməlidir.Belə tədris prosesi şagirdlərdə özünəinam hissi oyadır ki, bu da onlara sinfin və dərsin təşkilində iştirak etməyə ,öz fikirlərini sərbəst şəkildə ifadə etməyə şərait yaradır.Müasir təlim metodları və İKT –dən istifadə sinif mühitində dəyişiklik etməyə və cəmiyyətin dəyərli vətəndaşları olmağa çalışan, aktiv,hər şeylə maraqlanan şagirdlərin təhsil aldığı siniflərin yaradılmasında müəllimlərə yol göstərir.Təlim prosesinin daha yaradıcı olmasına,şagirdlərin müzakirə,mühakimə qabiliyyətlərinin formalaşmasına stimul yaradan bu üsul və vasitələtr eyni zamanda şagirdlərin təlim prosesinə daha maraqla və həvəslə yanaşmasını təmin edir.

Tedris prosesinde tedrisinin helli yollarindan biri de internet resurslardan duzgun istifade etmekdir. Internetden olan resurslar icerisinde en maraqli olani VEB2 aletidir.

VEB2 aletinde yigilan dersler daha maraqli, daha zengin ,interaktivdir.En zeif sagird de ders ile maraqlanir.Ona gorede sagirdler dersi ndaha derinden oyrenirler.

VEB2-aletleri.

1.Powtoon.com.

https://www.powtoon.com/home/https://powtoon.s3.amazonaws.com/images/website/home-new/tabs/powtoon-at-work.gifblob:



c:\documents and settings\admin\рабочий стол\powton.png Bu aletde hazirladigim dersde qelemle yazdigim ders teqdimatina hemde dersi oz sesimle izah edirem.teqdimatda istediyin sekiller ve videonuda yerlesdirerek dersi zenginlesdirmek olar.

Powtoon.com

Camiyeva

Sedaqet


Cemiyev1961@mail.ru

Sehrab10


Baxmaq olar.
2. https://www.mindomo.com/ru/dashboard/

Mindomonun ustun ceheti ders teqdimati hazirlayarken secdiyin sablonda bir movzudan bir nece video(yuotub),sekiller yuklemek olur.

Camiyeva

Sedaqet


Cemiyev1961@mail.ru

Sehrab10


Baxmaq olar-Movzu Bakteriya
3.Learning Appas.org

Bu aletde reqistrasiya olursan .Bu aletin ustunluyu ders zamani milyoncu oyunun oynanilmasi,krosvord helli sagirdlerin maraqina cevrilir.



4.Classdojo

Bu saitde sagirdlerin nailiyyetlerin qiymetlendirmek,valideynlerle internetle elaqe saxlamaq mumkundur.
Yüklə 22,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin