Mirzə Ələkbər Sabir Tərpənmə, amandır, bala, qəflətdən ayılma



Yüklə 15,06 Kb.
tarix02.01.2022
ölçüsü15,06 Kb.
#48748
M,Ə,SABİR Təhlil


TƏLƏBƏ: Bəybalayeva Gülşən 328 AM1

Mirzə Ələkbər Sabir

Tərpənmə, amandır, bala, qəflətdən ayılma

Tərpənmə, amandır, bala, qəflətdən ayılma!

Açma gözünü, xabi-cəhalətdən ayılma!

Laylay, bala, laylay!

Yat, qal dala, laylay!

Aldanma ayıqlıqda fəraqət ola, heyhat!

Qəflətdə keçənlər kimi ləzzət ola, heyhat!

Bidar olanın başı səlamət ola, heyhat!

At başını yat, bəstəri-rahətdən ayılma!

Laylay, bala, laylay!

Yat, qal dala, laylay!

Açsan gözünü rəncü məşəqqət görəcəksən,

Millətdə qəm ümmətdə, küdurət görəcəksən,

Qıldıqca nəzər millətə heyrat görəcəksən,

Çək başına yorğanını, nikbətdən ayılma!

Laylay, bala, laylay!

Yat, qal dala, laylay!

Bir ləhzə ayıldınsa, qutar canın yuxla,

At tiryakını, meyl elə qəlyanını, yuxla,

İncinsə sağın, ver yerə sol yanın, yuxla,

İllərcə şüar etdiyin adətən ayılma!

Laylay, bala, laylay!

Yat, qal dala, laylay!

Göz nurudur uyqu, onu dur etmə gözündən,

Yol vermə məbadə çıxa bir ləhzə sözündən,

Amma elə bərk yuxula ki, hətta get özündən,

Afaqı tutan şurü qiyamətdən ayılma!

Laylay, bala, laylay!



Yat, qal dala, laylay!
Fonetik təhlil: Şeirin dilində fonetik cəhətdən elə çox fərqli məqam yoxdur.

Səlamət-salamat a<ə əvəzlənməsi

Rahət- rahat a< ə

Yuxla-yoxla o< u
Leksik təhlil: Şeirdə 136 söz işlənmişdir. Şeirin dili anlaşıqlıdır. Amma şeirdə satiric üsluba xas olan alınma sözlərdən də istofadə olunub.

Alınma sözlər:

Qəflət- qafillik, xəbərsizlik; cəhalət, avamlıq, qəflət yuxusu.

Xabi-cəhalət- gerilik, avamlıq, cəhalət yuxusu

Heyhat- əfsus, təəssüf, heyif

Bidar- oyaq, ayıq, ayılmış

Bəstəri- yorğan döşəkdə yatan xəstə, naxoş

Məşəqqət-1) zəhmət, əziyyət; 2) zəhmətli iş, çətin əmək

Ümmət-millət

Küdurət-1) bulanıqlıq, tutqunluq; 2) Məcazi mənada qəm, qüssə, kədər. Şeirin dilində qəm, qüssə məqamında işlənib.

Nikbət-1) talesizlik, bədbəxtlik; 2) düşkünlük. Şeirdə işlənməsi ikinci mənaya daha yaxındır. Çünki yuxuya olan düşkünlük nəzərdə tutulub.

Ləhzə- bir an, bir baxış, az vaxt

Adətən-adət üzrə, həmişə olduğu kimi, bir qayda olaraq

Məbadə- birini bir işdən, hərəkətdən çəkindirmək üçün işlədilən söz.

Afaq-1) üfüq 2) aləm, dünya, ölkələr.

Arxaizmlər:

Uyqu- (yuxu )
Sinonimlər:

Qəflət- Xabi cəhalət

Qəm –küdurət

Millət –ümmət

Antonimlər:

Ayıqlıq-qəflət

Sağ-sol
Termin:

Heyrat- heyrati rəqs havası. Musiqi, rəqslə bağlı sözdür.
Xitab:

Bala
Qeyri-poetik sözlər:

Tiryaki

Qəlyan
Morfoloji təhlil: Felin dilində ən fəal nitq hissəsi feldir.

kimi-qoşması

elə- ədatı

hətta- bağlayıcısı .
Sintaktik təhlil: Şeirdə işlənən cümlələrin əksəriyyəti mürəkkəb cümlələrdir.
İzafətlər:

Xabi-cəhalət

Bəstəri-rahət
Yüklə 15,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin