Mövzu: 2 İşgüzar ünsiyyət mədəniyyəti Kommunikasiya mədəniyyəti-insanların işgüzar tərəfdaşla psixoloji əlaqə yaratmağa,ünsiyyət prosesində dəqiq qavrama və anlamaya nail olmağa,işgüzar tərəfdaşların davranışını proqnozlaşdırmağa, bu davranışı arzuolunan səmtə yönəltməyə imkan verən,bilavasitə işgüzar sahədə qarşılıqlı fəaliyyətin təşkili sahəsindəki bilik və bacarıqlardır. Kommunikasiya mədəniyyətin əsasında ünsiyyətin hamı tərəfindən qəbul edilmiş mənəvi tələbləri durur: hər bir fərd təkrarsızdır,dəyərlidir. Onlarla münasibətdə nəzakətlilik, ədəblilik, mərifətlilik,təvazökarlıq, dəqiqlik, xeyirxahlıq mütləq nəzərə alınmalıdır. Nəzakətlilik- bu, insanlara, onların ləyaqətinə hörmətli münasibətin salamlaşmada ifadəsidir ki, özünü səsin intonasiyasında,mimika və jestlərdə göstərməlidir.Nəzakətliliyin əksi-kobudluqdur.Kobud qarşılıqlı münasibətlər təkcə mədəni səviyyənin aşağılığının göstəricisi yox,həm də iqtisadi kateqoriyadır.
Hesablanmışdır ki, kobud rəftar nəticəsində işçilər əmək məhsuldarlığında orta hesabla 17% itirir. Ədəblilik-özünü istənilən vəziyyətlərdə,xüsusilə də münaqişələr zamanı ədəb qaydaları çərçivəsində aparmağı bacarmaqdır. Ədəbi davranış,xüsusilə həqiqətin axtarılmasına həsr edilən və bu zaman yeni konstruktiv ideyaların meydana çıxdığı,fikir və əqidənin sınağa çəkildiyi mübahisələr zamanı xüsusilə mühümdür. Lakin əgər mübahisə qarşı tərəfin ünvanına kobud hücumlara müşayiət olunursa,adi qovğaya çevrilir. Mərifətlilik də kommunikasiya mədəniyyətinin mühüm tərkib hissələrindən biridir.Mərifət hissi, əvvəla, ölçü, ünsiyyətdə sərhədləri gözləmək duyğusudur ki, bunları nəzərə almamaq qarşı tərfi incidə,çətin vəziyyətə sala bilər. Mərifətsizlik qarşı tərəfin xarici görkəmi, hərəkəti, yaxud şəxsi həyatı ilə bağlı başqalarının eşitdiyi şəkildə söylənilən iradlar,dərdinə şərik olmalar və s. formada əks oluna bilər. Ünsiyyətdə təvazökarlıq qarşı tərəfin qiymətləndirilməsinə təmkinlə yanaşmaq, zövqünə, əqidəsinə hörmət etmək deməkdir. Təvazökarlığın əksi lovğalıq,açıq-saçıqlıq,ədabazlıqdır. Dəqiqlik də işgüzar münasibətlərin uğurlu olmasında mühüm əhəmiyyətə malikdir. Həyat fəaliyyətində istənilən formada verilmiş vədlərin və qəbul edilmiş öhdəliklərin dəqiq şəkildə yerinə yetirilməsi olmadan işləri idarə etmək çətindir. Qeyri-dəqiqlik çox zaman əxlaqsız davranışla- yalanla,aldatma ilə yanaşı gedir. Xeyirxahlıq - bu, hər şeydən əvvəl, birinci olaraq hörmət göstərmək,başqa adamı narahatlıqdan və xoşagəlməzlikdən xilas etməkdir. Kommunikasiya mədəniyyətin yüksək səviyyəsi adamda aşağıdakı şəxsi keyfiyyətlərin mövcudluğu ilə müəyyənləşir:
Empatiyalar- dünyanı başqalarının gözləri ilə görmək,onlar kimi dərt etmək bacarığı;
Xeyirxahlıq- hörmət,rəğbət,bəzi hərəkətləri bəyənməsələr də, insanları başa düşmək bacarığı,başqalarını müdafiə etməyə hazır olmaq;
Mötəbərlik- başqaları ilə ünsiyyət zamanı özü olaraq qalmaq bacarığı;
Konkretlik- öz həyəcanları, fikirləri, hərəkətləri haqqında konkret danışmaq, suallara birmənalı cavab vermək bacarığı;
Təşəbbüskarlıq-“daimi irəliyə getmək”, təmas qurmaq,fəal müdaxilə tələb edən vəziyyətlərdə başqalarının nə isə edəcəyini gözləmədən hansısa işləri başlamağa hazır olmaq bacarığı;
Səmimilik- səmimi danışmaq və “düz dolanmaq”bacarığı;
Açıqürəklilik- başqalarına öz daxili aləmini açmağa hazır olmaq və bunun ətrafındakılara sağlam,möhkəm əlaqələr yaradılmasına səbəb olduğuna qəti inamın mövcudluğu;
Hisslərin qəbul edilməsi- öz hisslərini ifadə etmək və başqalarının emosional təsirlərini qəbul etməyə hazır olmaq bacarığı;
Özünüdərketmə- şəxsi həyatına və davranışlarına tədqiqatçı münasibət , başqalarında səni necə qəbul etmələrinə aid istənilən informasiyanı eşitməyə və bu zaman özünüqiymətləndirmə aparmağa hazır olmaq. İnsan öz şəxsiyyətinin aşağıdakı xüsusiyyətlərini dərk etdikdə,başqalarını da yaxşı başa düşməyə başlayır.
Şəxsi tələbatlarını və öz dəyər meyarlarını fərdi iş texnikasını;
Öz perspektiv bacarıqlarını, yəni ətraf aləmi subyektiv yanaşma olmadan qavramaq bacarığım, bu və ya digər problemlə,şəxsiyyətlərlə,sosial qruplarla əlaqədar əvvələr yaranmış mənfi fikirləri hiss etdirməməyi;
Ətraf mühitdəki yenilikləri qəbul etməyə hazır olmağı;
Başqa sosial qrupların və yad mədəniyyətlərin norma və dəyərlərinin başa düşülməsində şəxsi imkanlarını;
Ətraf mühit amillərinin təsiri ilə əlaqədar öz hisslərini və psixoloji vəziyyətini;
Özünün ətraf mühiti fərdiləşdirmək üsullarını, yəni ətraf aləmdə nəyi isə özününkü hesab edirsə ona münasibətdə sahiblik hissinin yaranmasını əsaslandıran səbəbləri. Kommunikasiya mədəniyyətinin səviyyəsinin yüksəldilməsi aşağıdakı sosialpsixoloji bacarıqların inkişafına yönləndirilməlidir:
Psixoloji baxımdan düzgün və şərait baxımından uyğun olduqda ünsiyyətə daxil olmaq;
Ünsiyyəti müdafiə etmək,tərəfdaşın fəallığım stimullaşdırmaq;
Ünsiyyətin bitmə”nöqtəsini”psixoloji baxımdan düzgün müəyyənləşdirmək;
Ünsiyyətin yarandığı kommunikativ vəziyyətin sosial-psixoloji xüsusiyyətlərindən ən yüksək səviyyədə istifadə etmək;
Öz hərəkətlərinə qarşı tərəfin reaksiyasını proqnozlaşdırmaq;
Psixoloji baxımdan həmsöhbətin emosional ahənginə köklənmək;
Ünsiyyətdə təşəbbüsü əla almaq və saxlamaq;
Ünsiyyətdə tərəfdaşı “arzuolunan reaksiyaya”təhrik etmək;
Ünsiyyət tərəfdaşının sosial-psixoloji əhval-ruhiyyəsini formalaşdırmaq və “idarə etmək”;
Ünsiyyətdə mövcud olan psixoloji maneələri dəf etmək;
Artıq gərginliyi aradan qaldırmaq;
Həmsöhbətə həm psixoloji,həm də fiziki baxımdan “uyğun gəlmək”;
Jestləri, duruşu, davranış ritmini vəziyyətə müvafiq olaraq seçmək;
Qarşıya qoyulmuş kommunikativ vəzifəyə uyğun səfərbər olmaq. Nitq fəaliyyətinə,daha dəqiqi,nitq mədəniyyətinə aid olan bilik, bacarıq və vərdişlər kommunikasiya mədəniyyətinin mühüm tərkib hissəsidir. Nitq fəaliyyətində üç istiqaməti göstərmək olar: məzmun, ifadəlilik və sövqedici (təhrikedici) Nitq məzmun istiqaməti fikirlərin zənginliyi, əhəmiyyətliliyi və əsaslandırılmış olması ilə xarakterizə edilir. Nitqin ifadəliliyi onun emosional çalarları ilə bağlıdır:nitq parlaq,obrazlı,təsirli,yaxud quru,ölgün, tutqun ola bilər. Nitq fəaliyyətinin sövqedici istiqaməti onun insanların fikir,duyğu və iradəsinə təsirindən ibarətdir. Nitqin dinləyicilər tərəfindən qavranılma dərəcəsi onun məzmun,ifadəlilik və sövqedicilik istiqamətlərini əhatə edən nitq mədəniyyətinin səviyyəsindən asılıdır. İşgüzar ünsiyyətdə nitq mədəniyyətinin əsas göstəriciləri sırasına aşağıdakıları aid etmək mümkündür:
Lüğət tərkibini (dinləyiciləri təhqir edən(ədəbsiz) ifadələr, jarqon sözlər və dialektizmlər istisna edilir);
Söz ehtiyatını ( o nə qədər zəngin olarsa, nitq o qədər cəlbedici və ifadəli,əlvan olur və dinləyiciləri az yorur,çox təsir edir,yadda qalır və cəlb edir);
Tələffüzü (Müasir Azərbaycan dilində norma Azərbaycan ədəbi dili hesab edilir);
Qrammatikanı (işgüzar nitq qrammatikanın ümumi qaydalarına əməl edilməsini, həmçinin bəzi spesifik xüsusiyyətlərin nəzərə alınmasını tələb edir,məs., işgüzar nitqdə əsas yeri fellər yox,isimlər tutmalıdır.
Üslubiyyatı (yaxşı nitq üslubuna artıq sözlərə yol verilməməsi,düzgün söz sırası,standart,çeynənmiş ifadələrdən çəkinmək kimi tələblər verilir). Hər bir şəxsiyyətin inkişaf xüsusiyyətləri, onun daxili aləminin və işgüzar mühitinin fərdiliyi təkrarsız kommunikasiya mədəniyyəti haqqında danışmağa imkan verir. Yadda saxlamaq lazımdır ki,kommunikasiya mədəniyyəti sosialpsixoloji təlim prosesində inkişaf etdirilə bilər. İşgüzar ünsiyyətin növləri Eyni sahədə çalışanların ünsiyyəti geniş mənada ünsiyyətdə onunla fərqlənir ki, belə ünsiyyət prosesində məqsəd və öz həllini tələb edən konkret vəzifələr qoyulur. İşgüzar ünsiyyətdə tərəf-müqabilə qarşılıqlı əlaqələri kəsmək (ən azı, hər iki tərəf üçün itkilər olmadan)mümkün deyil. İşgüzar ünsiyyətin əhəmiyyəti hissəsini xidməti ünsiyyət, yəni insanların təşkilat daxilində, iş vaxtında həyata keçirilən qarşılıqlı fəaliyyəti tutur. Lakin işgüzar ünsiyyət-xidməti ünsiyyətə nisbətən daha geniş anlayışdır,çünki həm də muzdlu işçilərin və fərdi işgötürənlərin qarşılıqlı fəaliyyətini əhatə edir və təkcə təşkilatlarda yox, ən müxtəlif səviyyəli işgüzar qəbullarda,seminarlarda,sərgilərdə və s. baş verir. İşgüzar ünsiyyət-fəaliyyət,informasiya və təcrübə mübadiləsinin baş tutduğu qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyət prosesidir. İşgüzar ünsiyyəti şərti olaraq birbaşa (bilavasitə təmas) və dolayısı ilə (bilavasitətərəfdaşlar arasında zaman-məkan məsafəsi mövcud olur) növlərinə ayırmaq mümkündür. Birbaşa işgüzar ünsiyyət dolayısı ilə ünsiyyətə nisbətən daha böyük nəticəyə,emosional təsir və təlqin gücünə malikdir. İki işgüzar ünsiyyət növünü fərqləndirirlər: verbal və qeyri-verbal. Verbal ünsiyyət (latın dilində verbalis-şifahi) sözlərin köməyi ilə qurulur. Qeyri-verbaı ünsiyyətdə informasiyanın ötürülməsi vasitəsi kimi duruş tərzi,jestlər,mimikalar, intonasiya, baxışlar, ərazidə yerləşmə və s. çıxış edir. İşgüzar ünsiyyət müxtəlif üslublarda həyata keçirilə bilər. Ünsiyyətin üç əsas üslubunu fərqləndirirlər:
Mərasim- burada tərəf-müqabillərin əsas vəzifəsi sosium-la əlaqələrin saxlanması cəmiyyətin bir üzvü kimi özü haqqında anlayışların möhkəmləndirilməsindən ibarətdir. Mərasim ünsiyyətində tərəfdaş sosial,peşə,şəxsiyyət rolundan asılı olmayaraq yalnız zəruri atributdur, burada onun fərdi xüsusiyyətləri əhəmiyyətli deyil;
Manipulyativ(vasitə)-bu halda tərəfdaşa xarici məqsədlərə çatma vasitəsi kimi baxılır.Peşə vəzifələrinin böyük çoxluğu məhz manipulyativ ünsiyyəti nəzərdə tutur.Mahiyyəti etibarilə,istənilən təlim,inandırma,idarəetmə həmişə manipulyativ ünsiyyəti əhatə edir;
Humanist - hər iki tərəfdaşın təsəvvürlərinin birgə dəyişdirilməsinə yönəldilir, anlaşılma, dərdinə şərik olma, mehribanlıq kimi insani tələbatların təminatını nəzərdə tutur. Humanist ünsiyyət,əsasən xaricdən (məqsəd,şərait,vəziyyət, stereotiplər) yox, daha çox daxildən (fərdilik, əhval-ruhiyyə, tərəfdaşa münasibət) determinasiya olunur(qanunauyğunluqlar və səbəblərdən asılılıq). Bu ünsiyyətdə,başqa növlərə nisbətən, daha çox fərdilikdən asılılıq aydın görünür. Tərəfdaş necə varsa, lazım olan və olmayan funksiyalara, mühüm və qeyri-mühüm keyfiyyətlərə bölünmədən qəbul edilir. Bununla yanaşı,elə vəziyyət ola bilər ki,nəinki bu ünsiyyət,hətta onun ayrı-ayrı ünsürləri də yersiz olar. Bundan başqa, hər bie insana istənilən şəraitdə onun hərəkətlərinə seciyyəvi xüsusiyyətlər verən şəxsi üslubu,yaxud davranış və ünsiyyət modeli xasdır.Fərdi ünsiyyət üslubu fərdi xüsusiyyətlərdən,şəxsi keyfiyyətlərdən,həyat təcrübəsindən,insanlara münasibətdindən,həmçinin mövcud cəmiyyət üçün səciyyəvi olan ünsiyyət növündən asılıdır. İşgüzar ünsiyyər aşağıdakı əsas formalarda həyata keçirilir:
işgüzar söhbət; işgüzar danışıqlar; mübahisə; diskussiya; polemika; işgüzar müşavirə; kütlə qarşısında çıxış; telefon danışıqları;işgüzar məktublaşma. İşgüzar söhbət müəyyən suallar, yaxud problemlərlə əlaqədar informasiya, yaxud fikir mübadiləsidir .İşgüzar söhbətlərin nəticələrinə əsasən qərar qəbul edilməsi,saziş bağlanması vacib deyil. İşgüzar söhbət bir sıra vəzifələri yerinə yetirir.O cümlədən:
Eyni işgüzar mühitdən olan işçilərin qarşılıqlı ünsiyyəti;
İşçi ideya və niyyətlərin birgə axtarışı, irəli sürülməsi və operativ işləməsi;
Artıq başlanmış işgüzar tədbirlərə nəzarət və onların əlaqələndirilməsi;
İşgüzar fəallığın stimullaşdırılması və s. İşgüzar söhbət danışıqlardan əvvəl, yaxud danışıqlar prosesinin tərki hissəsi ola bilər. İşgüzar danışıqlar-maraqlı tərəflərin ünsiyyət prosesində razılaşdırılmış qərar qəbul edilməsinin əsas vasitəsidir.İşgüzar danışıqlar həmişə konkret məqsədə malikdir və razılaşma,saziş,müqavilələrin bağlanmasına yönəldilir. Mübahisə-fikirlərin toqquşması,müəyyən bir məsələyə aid fikir müxtəlifliyi,tərəflərin hər birinin öz nəzər nöqtəsini müdafiə etdiyi mübarizə.Mübahisə disput,polemika,diskussiya və s. formalarda həyata keçirilir. İşgüzar müşavirə-problemlərin mütəxəssirlər qrupu tərəfindən açıq,kollektiv müzakirəsi üsulu. Kütlə qarşısında çıxış-çıxış edən tərəfindən müxtəlif səviyyəli informasiyanın nitqin qurulması və natiqlik sənətinin qayda və prinsiplərinə əməl etməklə geniş auditoriyaya ötürülməsi. İşgüzar məktublaşma-mətnin xüsusi üsulla ötürülməsi ilə əlaqədar müxtəlif məzmunlu sənədlərin ümumiləşdirilmiş adı. Yuxarı təşkillatlardan gələn məktublarda, bir qayda olaraq, göstərişlər,xəbərdarlıqlar,xatırlatmalar,izahatlar, sorğular olur.Tabe təşkilatlar yuxarı təşkilatlara məlumatlar və sorğular göndərir.Təşkilatlar bir-biri ilə xahiş,təklif,təsdiq,məlumat,bildiriş xarakterli məktub mübadiləsi edir. Məktublaşma işgüzar ünsiyyət forması kimi işgüzar və şəxsi-rəsmi növlərə bölünür. İşgüzar məktub - bir təşkilatın adından başqasına göndərilmiş korrespondensiyadır (məktub). O, kollektivə, yaxud hüquqi şəxs kimi çıxış edən bir adama ünvanlana bilər. Belə korrespondensiyaya (məktublaşmaya) kommersiya,diplomatik və digər məktublar aiddir. Təşkilatın xüsusi şəxsi tərəfindən xüsusi şəxsə ünvanlanan işgüzar məktub xüsusi rəsmi məktubdur. İşgüzar yazışmalar hazırda da bir sıra etik və etik norma və qaydalarına əməl etmənin vacibliyini qoruyur ki, onlar belə məktublaşmaları insaniləşdirərək, dəftərxana xüsusiyyətini məhdudlaşdırır.