Mövzu: 2 Təhsildə sosial-psixoloji xidmətin mövzusu, məqsədi, vəzifələri və prinsipləri Plan



Yüklə 126,25 Kb.
səhifə1/10
tarix24.12.2023
ölçüsü126,25 Kb.
#193668
  1   2   3   4   5   6   7   8   9   10
Mühazirə 2


Mövzu: 2 Təhsildə sosial-psixoloji xidmətin mövzusu, məqsədi, vəzifələri və prinsipləri


Plan:

  1. Təhsildə sosial – psixoloji xidmətin mövzusu, məqsəd və vəzifələri.

  2. Təhsildə psixoloji xidmətin əsas prinsipləri.

  3. Təhsildə psixoloji xidmətin istiqamətləri.

  4. Praktik psixoloqa verilən ixtisas tələbləri və onun əxlaq kodeksi.

  5. Praktik psixoloqun fəaliyyətinin hüquqi-normativ bazası və fəaliyyətinin planlaşdırılması.

  6. Praktik psixoloqun fəaliyyətinin etik prinsipləri.

  7. Psixoloji xidmət kabineti.

  8. Psixoloji xəritənin tərtibi.



1. Təhsildə sosial – psixoloji xidmətin mövzusu, məqsəd və vəzifələri.
Səriştəli psixoloq uşaqların psixi inkişafında baş verən dəyişiklikləri vaxtında qeydə almaqla, onla­rın yaş və fərdi xüsusiyyətlərini nəzərə alan təlim və tərbiyənin optimal metod və vasitələrinin seçilməsi və səmərəli tətbiqində pedaqoji kollektivə kömək göstərmiş olur.
Psixoloji xidmətin təşkili hər bir cəmiyyətin ictimai-si­yasi, sosial-mədəni vəziyyətindən və təhsil sisteminin inkişaf səviy­yəsi ilə bağlıdır. Psixoloji xidmətin məqsədi – uşaqlann potensiallarının, qabiliyyətlərinin, maraq və meyillərin vaxtında aşkara çıxa­rılmasını və maksimum inki­şaf etdirilməsini təmin etməkdən ibarətdir.
Təhsildə praktik psixoloji xidmətin vəzifələri ümumi və konkret olmaqla 2 əsas yerə ayrılır.

Praktik psixoloqun ümumi vəzifələri aşağı­dakılardır:



  1. Uşaqlarla iş zamanı hər bir yaş dövrünün potensial imkanlarının reallaşdınlmasını təmin etmək;

  2. Uşaqlann maraq, qabiliyyət, meyil, əy­ləncə və həyat planlarının gerçəkləşdirilməsi üçün onla­rın fərdi xüsusiyyətlərini inkişaf etdirmək;

  3. Uşaq bağçasında, internatda, məktəbdə və s. uşağın nor­mal inkişafı üçün əlverişli psixoloji iqlim yaratmaq;

  4. Uşaqlarla yanaşı müəllimlərə, valideynlərə, tərbiyəçilə­rə psixoloji yardım göstərmək.

Məktəb psixoloqunun konkret vəzifələri aşağıdakılardır:



  1. Şagird şəxsiyyətinin və sinif kollektivinin öyrənilməsi;

  2. Uşaqlann məktəb şəraitinə adaptasiyasının təhlili;

  3. Uşağın insanlarla qarşılıqlı münasibətləri­nin öyrənilməsi;

  4. Profilaktik və korreksiyaedici işin təşkili üçün diaqnostik metodların seçilməsi;

  5. Şagirdlərin maraq, meyil və qabiliyyətlərini aşkara çı­xarmaq və onlan inkişaf etdirmək;

  6. Psixoloji yardıma ehtiyacı olan uşaqlara kömək etmək.


2. Təhsildə psixoloji xidmətin əsas prinsipləri.
Təhsil sistemində çalışan psixoloqun işi müəyyən prinsiplər üzərində qurulur. Həmin prinsiplər ümumixüsusi olaraq 2 qrupa ayrılır.
Təhsil sistemində psixoloji xidmətin ümumi prinsipləri bunlardır:


  1. Yüklə 126,25 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin