Mövzu Bazar iqtisadiyyatı subyektləri Bazar subyektləri: ev təsərrüfatı, firma və dövlət



Yüklə 29,04 Kb.
tarix11.11.2022
ölçüsü29,04 Kb.
#68587
muhazire8


Mövzu:8. Bazar iqtisadiyyatı subyektləri

1.Bazar subyektləri: ev təsərrüfatı, firma və dövlət


2.Firma resuslarının istehlakçısı və hazir məhsulun təchizatçısı kimi
3.Sahibkarlıq fəaliyyətinin mahiyyəti və vəzifələri. Biznes, sahibkarlıq fəaliyyəti və kommersiya
4.Dövlət bazar iqtisadiyyatının subyekti kimi. Dövlət sahibkarlığı


1.Bazar sistemi təsərrüfatçılığı bir çox bazar subyektləri ilə səciyyələnir. Bazar iqtisadiyyatının subyektləri dedikdə ev təsərrüfatı, müəssisələr (firma) və dövlət başa düşülür. Bütün bazar subyektləri qarşılıqlı əlaqədədirlər. Ev təsərrüfatı iqtisadi fəaliyyətin üç əsas subyektindən biridir. Ailə və yaxud ev təsərrüfatı bir və ya daha çox şəxsdən ibarət olan iqtisadi resuslarla təchiz edən və əldə etdiyi pulu insanın maddi və mənəvi tələbatlarını ödəyən əmtəə və xidmətlərin mənimsənilməsinə sərf edən iqtisadi vahiddir. Daima insanın, ailənin yaşadığı iqtisadi obyektləri və orada baş verən prosesləri əhatə edir.
Ailənin bazar münasibətlərində rolu olduqca mürəkkəbdir. Ailə ev təsərrüfatının müxtəlif problemlərini, ailə biznesinin idarə olunması, iş qüvvəsinin təkrar istehsalı, istehlak tələbinin lazimi səviyyəsinin təmin edilməsi, investisiya potensialının yaradılması və digər məsələləri həll edir. Ev təsərrüfatları bazar iqtisadiyyatını istehsal amilləri ilə təmin edir, onları resurs bazarına çatdırırlar. Əvəzində aldıqları pulu öz tələbatları ödəmək üçün əmtəə və xidmətlərin alınmasına sərf edirlər. Ev təsərrüfatının aparılması ailənin istehsal fəaliyyətinin nəticəsidir. Ailənin tələbatını ödəmək üçün xidmətlər və məhsul hazırlanır. Ev təsərrüfatı iqtisadi fəaliyyətin üç əsas subyektindən biri, bu və ya daha çox şəxsdən ibarət olan, iqtisadi resursları təchiz edən və əldə etdiyi pulu insanın maddi və mənəvi tələbatlarını ödəyən əmtəə və xidmətlərin mənimsənilməsinə sərf edən iqtisadi vahiddir. Ev təsərrüfatı daim insanın, ailənin yaşadığı iqtisadi obyektləri və orada baş verən prosesləri əhatə edir. Ev təsərrüfatları statistikası mikrosəviyyədə əhalinin həyat səviyyəsinin tədqiqatı üçün əsas məlumat bazası hesab edilir. Ev təsərrüfatlarının müayinəsinin materialları müxtəlif əhali qruplarının gəlirlərinin, xərclərinin, şəxsi istehlakının, gəlir və istehlak xərclərinin səviyyəsinin struktur dəyişmələrini xarakterizə edir. Ev təsərrüfatları statistikasının məlumatlarından ümumi daxili məhsulun iqtisadi hesablamalarında, milli hesabların hazırlanmasında, istehlak qiymətləri indeksinin, əhalinin real gəlirlərinin hesablanmasında, istehsal balansının tərtibində, əhalinin həyat səviyyəsində baş verən dəyişikliklərin təhlil edilməsi və əhalinin sosial müdafiəsi üçün tədbirlər sisteminin hazırlanmasında və s. istifadəsində geniş istifadə olunur.Ailə iqtisadi mənada qohumluq münasibətləri ilə bir-biri ilə qarşılıqlı əlaqədə olan və özlərinin istehlakını təşkil etmək üçün birlikdə fəaliyyət göstərən şəxslər qrupu nəzərdə tutulur. Bütün cəmiyyətdə ailə əmtəə və xidmətlərin istehsalı və bölgüsündə həmişə əsas qüvvə olub.Bazar münasibətlərində ailənin rolu çox mürəkkəbdir. Ev təsərrüfatının müxtəlif problemlərini, ailə biznesinin idarə olunmasını, iş qüvvəsinin təkrar istehsalı, istehlak tələbini lazımi səviyyəsinin təmin edilməsi, investisiya potensialının yaradılması və digər məsələləri ailə həll edir.Ev təsərrüfatları bazar iqtisadiyyatını istehsal amilləri ilə təmin edir. Onları resurs bazarına çatdırırlar, əvəzində aldıqları pulu öz tələbatlarının ödəmək üçün əmtəə və xidmətlərin alınmasına sərf edirlər. Ailə bazar iqtisadiyyatının mərkəzində yerləşir. Ailə bazar iqtisadiyyatı dövriyyəsinə qoşularaq müxtəlif funksiyaları yerinə yetirir. Ailənin müxtəlif funksiyaları vardır. Bu funksiyalar, cəmiyyətin fəaliyyətinin ən mühüm sahələrinə toxunurlar. Ümumiyyətlə isə orada baş verən sosial-iqtisadi prosesləri müəyyənləşdirirlər. Ailə bazar iqtisadiyyatı şəraitində, insan kapitalının formalaşması və yığımında əsas rol oynayır. Ailənin funksiyaları insan kapitalının formalaşması fəaliyyətinin bütün mərhələlərdə qarşılıqlı əlaqədədirlər. Ailənin istehsal fəaliyyətinin forması, ev təsərrüfatının aparılmasıdır. Ailənin tələbatının ödəmək üçün xidmətlər və məhsullar ev təsərrüfatında hazırlanır. Ailənin mühüm funksiyalarına ailə biznesinin təşkili, ailə üzvlərinin fərdi fəaliyyəti, ailənin bazar təsərrüfatında iştirakının korporativ formaları aiddir. Gəlirlərin formalaşması, ondan istifadə, gəlir və xərclərin uyğunlaşdırılması, ailə- istehlak büdcəsini əmələ gətirir. Ailə gəlirlərinin formalaşması və istifadəsi bölgü prosesini başa çatdırmaqla, sosial münasibətlərin inkişafı və istehlakın iqtisadi cəhətdən stimullaşdırılmasında ən mühüm vasitədir. Ailə üzvlərinin bütün növ gəlirləri o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərin cəmi, ailə gəlirlərinin təşkil edir. Ailə büdcəsi gəlirlər və xərclər hissələrindən ibarətdir. Əhali gəlirlərinin formalaşması üçün əsas mənbələr aşağıda qeyd edilənlərdir.

  1. Əməyin müqabilində əldə edilən gəlirlər, yəni əmək haqqı, mükafat;

  2. Sahibkar gəliri (mənfəət);

  3. Sosial gəlirlər, yəni ailələrə verilən müxtəlif təyinatlı müavinətlər, sosial sığorta ödəmələri, pensiya, yardım və s;

  4. Mülkiyyətdən əldə olunan gəlir, yəni əmanət bakında saxlanılan əmanətlərə görə verilən faiz məbləği, istiqrazlar, lotereyalar üzrə uduşlar, renta və s;

Bu gəlirlər iki qrupda, birinci əmək sərfi və sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər, ikinci qeyri əmək gəlirləri qrupunda birləşir. Ailə büdcəsinin xərclərinə sosial sığorta, vergilər, qida və dadlı məhsullar, geyim və ayaqqabı, mənzil ödənişi, elektrik enerjisi, mebel, məişət cihazları, sənaye malları, təhsil, əyləncə, asudə vaxt, səyahət, ictimai təşkilatlara könüllü ianə və pul köçürmələri, digər xərclər, yığım daxildir. Əhalinin gəlirləri müəyyən vaxt ərzində müxtəlif mənbələrdən ayrı- ayrı fərdlərin və ya ailələrin əldə etdikləri pul və natural formada daxil olmaların və pulsuz xidmətlərin məcmusudur. Gəlirlərin mahiyyəti onun funksiyalarında öz əksini tapır. Bu funksiyalara təkrar istehsal funksiyası, mövqe funksiyası, stimullaşdırıcı funksiyası, ödəmə qabiliyyəti, tələbatının formalaşması funksiyası aiddir. Əhalinin gəlirlərinin formalaşmasının əsas prinsipləri əmək üzrə bölgü, mülkiyyət üzrə bölgü prinsipləridir. əhalinin gəlirlərinin formalaşmasına təsir edən amilləri iki qrupa fərqləndirilməyən və diferensiallaşdıran amillərə bölünür. Əhalinin gəlirlərinin strukturu dedikdə, onların müxtəlif formaları( əmək haqqı, sosial transfertlər, mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər) arasında qarşılıqlı əlaqə başa düşülür.Gəlirlər içərisində əhalinin pul gəlirləri xüsusi əhəmiyyət kəsb edir. Əhalinin pul gəlirləri nominal, sərəncamda qalalan və real gəlirlərə ayrılır. Nominal gəlir müəyyən müddət ərzində əldə olunan pul vəsaitinin həcmini ifadə edir. Onun kəmiyyəti əhalinin maddi vəziyyətinin ən ümumiləşdirilmiş göstəricisidir. Nominal gəlirlər dedikdə ayrı- ayrı şəxslərin, ev təsərrüfatlarının müxtəlif mənbələrdən əldə etdikləri pul nəzərdə tutulur. Sərəncamda qalan gəlir işə nominal gəlirlərdən, vergiləri və digər məcburi ödəmələrdən çıxdıqdan sonra yerdə qalan hissəsidir. Bu hissə ev təsərrüfatının şəxsi istehlakına və yığımına sərf olunur. Real gəlir dedikdə müəyyən dövr ərzində mövcud qiymətlər səviyyəsində sərəncamda qalan gəlirə əlavə oluna biləcək əmtəə və xidmətlər başa düşülür. Yəni real gəlir nominal gəlirin alıcılıq qabiliyyətini əks etdirir. Real gəlirlərin miqdarı, nominal gəlirlərin, vergi və digər ödəmələrin və qiymətlərin səviyyəsindən asılıdır. Bu da öz əksini istehlak səbəti anlayışında tapır. İstehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin təmin etmək üçün zəruri olan ərzaq məhsullarının, qeyri ərzaq məhsullarının və xidmətlərini minimal toplusudur. Buraya ərzaq çeşidi ilə yanaşı, qiymətləri əhəmiyyətli olmayan qeyri ərzaq məhsulları və xidmətlər də daxildir.
2. Firma(müəssisə) hüquqi şəxs statusuna malik olan sənaye və.s sahələrdə fəaliyyət göstərən müəssisə yaxud ticarət hüquqi normalarına uyğun olaraq ölkədə yerləşən və qeydiyyatdan keçən ictimai əmək bölgüsü prosesində əlahiddələşmiş təsərrüfat vahididir. Firma eynicinsli və ya qarışıq müəssisələrin birliyi ola bilər. Müasir dövrdə firmalar əsasən çox profilli istehsaldır. Çoxprofilli firmada həyat tsiklinin müxtəlif səviyyələrində olan və müxtəlif kapital qoyuluşu tələb edən əmtəələrin uyğunlaşdırılması baş verir. Firmanın kapitalının bir sıra sahələrə paylaşdırılması və çoxprofilli istehsalın yaradılması kapitalın diversifikasiyası adını alıb. Diversifikasiya firmaların başqa sahələrə nüfuz etməsi, onların əvvəlki ixtisaslaşmadan uzaqlaşması prosesidir. Bu öz kapitalını tətbiq etmək üçün əlverişli sahələr axtarmaq zərurətindən irəli gəlir.
Dövlət müəssisələrində istehsalın təşkilatçısı və təsisçisi kimi dövlət və ya bələdiyyə çıxış edir. Dövlət sahibkarlıq fəaliyyəti adətən iqtisadiyyatın ya çox yüksək ilkin kapital qoyuluşu tələb olunduğu, ya xərclərin ödənilməsi müddəti çox uzun olduğu, yada cəmiyyət üçün zəruri məhsulun istehsalının ziyan gətirəcəyi, əvvəlcədən, məlum olduğu sahələri əhatə edir.
İstehsal olunan məhsulun çeşidlərinə, kapital qoyulan sahələrə görə firmalar fərqlənirlər. Ümumiyyətlə bütün firmaları iki əsas meyara görə təsnif edirlər. Yəni kapital qoyulan mülkiyyətin forması və kapitalın təmərküzləşməsi dərəcəsinə görə. Bu meyarlara əsasən sahibkarlıq fəaliyyətinin müxtəlif təşkilati-iqtisadi formaları ayrılır. Bura həm dövlət, həmdə özəl müəssisələr daxildir. İstehsalın təmərküzləşmə dərəcəsinə görə, xırda-100 nəfərə qədər; orta-500 nəfərə qədər; iri-500 nəfərdən çox; müəssisələr olur
Kiçik firmalar çoxsaylılıqla, sürətlə yeniləşməkdə, çevikliklə səciyyələnir. Kiçik firmalar kütləvi istehsalın və böyük xərclərin tələb olunmadığı fəaliyyət sahələrini seçirlər. Kiçik biznes milli təşəbüskarlığın əlaməti kimi dövlət tərəfindən dəstəklənməsi böyük rol oynayır.
Orta firmalar kiçiklərdən fərqli olaraq çoxsaylı deyil. Həmçinin, hazırda orta firmaların azaldılmasına meyl yaranıb. Bazar iqtisadiyyatının ən qüvvətli subyekti olan iri firmalar mühüm üstünlüklərə malikdirlər. Həmçinin bu firmalar həm müsbət, həmdə mənfi cəhətlərə malikdirlər.
Müasir şəraitdə firmalar arasında əlaqələr mürəkkəbləşir, yeni əlaqələr yaranır. Firmaların birləşməsi və onların biri digəri tərəfindən "udulması" prosesi iri firmaların sayının artmasını sürətləndirir. Firmaların "udulması" prosesi və qaydaları dövlətin siyasəti ilə qanunverici hüquqi aktlarla müəyyən olunur.
Firma dedikdə istehsal amillərinin kombinasiyası vasitəsilə məhsul və xidmətlərin hazırlanması və reallaşdırılması ilə məşğul olan təsərrüfat vahidi nəzərdə tutulur. Hər bir firma iqtisadiyyatın ilk quruluş həlqəsidir. O bir tərəfdən texniki vahiddir, digər tərəfdən sosial vahiddir. Firma texniki vahiddir. Bu, o deməkdir ki, orada müəyyən bir hissənin və ya məhsulun hazırlanması texnologiyası başa çatmış olur . Firma sosial vahiddir, bu o deməkdir ki, burada cəmiyyətin müəyyən sayda üzvləri fəaliyyət göstərir. Məhsul və xidmətlərin istehsalı ilə əlaqədar onlar arasında iqtisadi münasibətlər baş verir. Firmalar məqsədindən, fəaliyyətindən və davranışından asılı olaraq hər biri milli təsərrüfatçılığın işgüzar fəaliyyətini əks etdirir. Çünki firmanın məqsədi bilavasitə onun funksional fəallığını hərəkətə gətirir. Firma istehsalın təşkilati-iqtisadi, sahibkarlığın xüsusi formasıdır. Firma bazar sisteminin əsas subyektidir. Firma sahibkarlıq fəaliyyəti həyata keçirmək üçün özünün xüsusi əmlakından istifadə edən əmlak kompleksidir. Hər bir fərdi və kollektiv firma özünün daxili quruluşuna və satışına fəaliyyət dairəsinə malikdir. Firma (müəssisə) sənayedə, kənd təsərrüfatında, tikintidə, ticarətdə, nəqliyyatda, rabitədə, iqtisadiyyatın digər sahələrində yaradılır və fəaliyyət göstərilir.
Mülkiyyət münasibətlərinin yenidən qurulması ilə əlaqədar olaraq zəruri müəssisələrin daxil olduqları mülkiyyət formaları dəyişmişdir və onların yeni formaları meydana gəlmişdir. Bura icarə, səhmdar, kooperativ müəssisələri, konsernlər, assosiasiyalar, konsorsiumlar, firmalar, şirkətlər və.s daxildir Kooperativlərin fəaliyyəti kooperativ üzvlərinə yardım göstərməyə yönəlib. Kooperativ üzvləri həm əmək sərf edənlər, həm də istehsal vasitələrinin sahibidirlər. Hazırkı dövrdə inkişaf etmiş bazar sistemində səhmdar cəmiyyətləri təsərrüfatın ən geniş yayılmış formasıdır. Səhmdar cəmiyyətlərində sahibkar və işçi ayrı-ayrı subyektlərdir. Səhmdar cəmiyyəti səhmlərin satışı yolu ilə pul vəsaitlərinin mərkəzləşdirilməsi əsasında istehsalın təşkili formasıdır.
3. İqtisadi subyektlərin bazar təsərrüfatı şəraitində sahibkarlıq fəaliyyəti xüsusi rola malikdir. Çünki istehsal amili kimi ilkin olaraq sahibkarlıq fəaliyyəti kimi özünü əks etdirən sahibkarlıq, istehsal prosesinin təşkili və fəaliyyəti ilə əlaqədar olaraq istehsal amillərinin birləşdirib hərəkətə gətirilməsi ilə əlaqədar olaraq, xüsusi fəaliyyət növü kimi meydana gəlir. Sahibkarlıq fəaliyyətinin vəzifələri istehsal amillərini bir yerə toplamaq, maksimum mənfəət əldə etmək, iqtisadi fəaliyyətin müxtəlif məsələləri üzrə səmərəli və düzgün qərarlar qəbul etməkdən və.s ibarətdir. Sahibkarlıq fəaliyyətinin növlərinə istehsal, kommersiya, maliyyə, konsultativ daxildir ki, bunların özlərinin də hamısının öz hissələri vardır. Istehsala-innovasiya, elmi-texniki, malların istehsalı, xidmətlərin göstərilməsi, malların istehsal istehlakı, xidmətlərin istehsal istehlakı və informasiya daxildir.
Kommersiya-ticarət, ticarət-tədarük, ticari vasitəçi, əmtəə birjaları; Maliyyə bank, sığorta, auditor, lizinq, fond birjaları; Konsultativə - ümumi idarəetmə, kadrların idarə olunması, marketinq, informasiya texnologiyası, ixtisaslaşdırılmış xidmətlər daxildir.
Biznes gəlir götürməyə yönəldilmiş iqtisadi fəaliyyətdir. Nəzəri və praktiki təsnifata görə biznes, kiçik, orta və böyük fəaliyyət qruplarına bölünür. Biznes mənfəət və şəxsi gəlir götürən iş və ya istənilən fəaliyyət növüdür. Biznes sisteminin mahiyyəti ondan ibarətdir ki, bazar iqtisadiyyatının bir subyekti öz işi məşğul olur. Eyni zamanda cəmiyyətdə elə mexanizmlər işlənib hazırlanıb ki, öz iqtisadi təşəbbüsünü, işgüzarlığını, iş qabiliyyətini leqal olaraq həyata keçirən başqa insanlara biznes xələl gətirmir. Biznes istehsal, kommersiya və maliyyə növlərinə də ayrılır. Kommersiya mənfəət əldə edilməsi məqsədi ilə əmtəə və xidmətlərin satışı üzrə fəaliyyətdir. Yəni kommersiya insanların məhsulun realizə edilməsi və ticarət mənfəətinin əldə olunmasına yönəldilmiş ticarət fəaliyyətidir. Kommersiya fəaliyyətinin idarə olunması dörd mərhələdən keçir. Birinci mərhələ müəssisənin bazar potensialının qiymətləndirilməsi, strateji üstünlüklərin və rəqabətliyin qiymətləndirilməsi; ikinci mərhələ məhsulun bazar potensialının qiymətləndirilməsi, bazar növlərinin rəqiblərin və müəssisə məhsullarının xüsusiyyətlərinin müəyyən edilməsi; üçüncü mərhələ marketinq strategiyasının hazırlanması, bazarın öyrənilməsi; dördüncü mərhələ satış sisteminin təşkili, satışın formalarının və üsullarının seçilməsi, satış kanalı və satış intensivliyi.
Müasir kommersiyanın başlıca rolu bilavasitə istehsala hərtərəfli xidmətdən və tədavül sahəsinin təkmilləşdirilməsindən ibarətdir. Kommersiya fəaliyyətinin ən geniş formasına lizinqi və faktorinqi aid etmək olar. Kommersiya fəaliyyətinin xüsusi növü kimi marketinq özündə firma qarşısında duran məsələləri həll etmək üçün istehsalçı ehtiyaclarını öyrənməyə, xidmət göstərməyə, təmin etməyə yönəlmiş bir neçə fəaliyyət növünü birləşdirir. Marketinq bazar iqtisadiyyatı şəraitində yalnız alıcı tələblərinin ilkin tədqiqi əsasında deyil, daha vacib olan, həmin tələbin bazarda öz özünə formalaşması əsasında qurulmuş müəssisələrin (firmalarin) fəaliyyətinin tam təşkili sistemidir. Menecment istehsalın və işçilərin idarə edilməsinin prinsiplərinin, formalarının, metodlarının, üsulların və vasitələrinin məcmusudur. Menecmentin əsas məqsədi istehsalın yüksək səmərəliliyinə nail olmaq, müəssisənin, firmanın, şirkətin resurslarından səmərəli istifadə etmək, müəssisənin firmanın fəaliyyətinə rəhbərlik etməkdir. Menecmentdə əsas məsələ qarşıya müəssisənin maraqlarına cavab verən məqsədlərin qoyulmasıdır.
4.Dövlət müxtəlif hökumət təşkilatları simasında çıxış edərək iqtisadi subyektlərin normal fəaliyyətinə təminat verən siyasi və hüquqi hakimiyyətdir. Dövlət həm iqtisadi subyektlərin, həm də bütövlükdə cəmiyyətin mənafelərinin normal reallaşdırılmasına nəzarət edir. Dövlət ictimai məqsədlərə çatmaq üçün təsərrüfat subyektləri və bazar üzərində nəzarəti, lazım olanda təmin etmək üçün hüquqi və siyasi hakimiyyəti həyata keçirən müxtəlif hökumət idarələri ilə təmsil olunur. Dövləti təmsil edən büdcə təşkilatlarının məqsədi mənfəət əldə etmək yox, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsini həyata keçirmək funksiyasıdır. Bu zaman əsas məqsəd dövlətin bazar mexanizminin işləməsi üçün normal şəraitin təmin edilməsi, ekoloji və sosial problemlərin həll olunması məqsədi ilə təsərrüfat subyektlərinə və bazar konyunkturasına təsiridir. Dövlət tənzimlənməsinin büdcə-vergi, kredit-pul, inzibati növləri mövcuddur. Büdcə vergi tənzimlənməsi dedikdə, iqtisadiyyatın "ifrat qızmasının" qarşısını almaq üçün büdcənin gəlir və xərc hissəsinin artırılması ilə, bəzən isə ölkədə iqtisadi artımı tənzimləmək üçün defisitlə yekunlaşdırılması başa düşülür. Kredit-pul tənzimlənməsinə faizin dərəcəsinin dəyişməsi, açıq bazarda əməliyyat, mütləq bank əməliyyatlarının normalarının dəyişdirilməsi daxildir. Bu bankların iştirakı ilə həyata keçirilir. Bank iqtisadiyyatın normal fəaliyyəti üçün zəruri pul kütləsinin hərəkətini tənzimləyən maliyyə-kredit təsisatı kimi çıxış edən çoxsaylı bazar subyektidir. Dünya iqtisad elmində dövlət bölməsi anlayışı dövlət mülkiyyətinin özündən çox dövlətin istehsalda, bölgüdə, mübadilədə və istehlakda iştirakı formalarının cəmi ilə bağlıdır. Dövlət sahibkarlığı fəaliyyəti iqtisadiyyatın ya çox yüksək ilkin kapital qoyuluşu tələb olunduğu, ya xərclərin ödənilməsi müddəti çox uzun olduğu, ya da cəmiyyət üçün zəruri məhsulun istehsalının ziyan gətirəcəyi qabaqcadan məlum olduğu sahələri əhatə edir.
Yüklə 29,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin