Mövzu: İstehsal logiSTİkasi plan: logiSTİka – İstehsalin təŞKİLİNİN Əsas formalarindan biRİ KİMİ İstehsal logiSTİkasinin mahiYYƏTİ



Yüklə 302 Kb.
səhifə1/16
tarix09.10.2023
ölçüsü302 Kb.
#153291
  1   2   3   4   5   6   7   8   9   ...   16
M-vzu-71


Mövzu: 7.İSTEHSAL LOGİSTİKASI


Plan:


1.LOGİSTİKA – İSTEHSALIN TƏŞKİLİNİN ƏSAS FORMALARINDAN BİRİ KİMİ
2.İSTEHSAL LOGİSTİKASININ MAHİYYƏTİ
3.İstehsal logistikasında material axınlarının idarə edilməsi
4.ÇEVİK İSTEHSAL-LOGİSTİK SİSİTEMLƏRİNİN NÖVLƏRİ
5.MATERİAL AXINLARININ TƏŞKİLİ VƏ İDARƏ EDİLMƏSİNƏ QOYULAN ƏSAS TƏLƏBLƏR
1.LOGİSTİKA – İSTEHSALIN TƏŞKİLİNİN ƏSAS FORMALARINDAN BİRİ KİMİ

Keçid dövrünü yaşayan Azərbaycan Respublikasının düşdüyü iqtisadi vəziyyəti ümumi formada aşağıdakı kimi xarakterizə etmək olar:



  • inzibati - amirlik sistemindən sənaye istehsalının çevik və səmərəli alətlərlə idarə edilməsini nəzərdə tutan iqtisadiyyatın bazar modelinə keçid və onun törətdiyi spesifik xüsusiyyətlər;

  • ayrı-ayrı sahələrdə ümumi böhran hallarının baş verməsinə baxma­yaraq milli iqtisadiyyatın güclü industrial bazasının mövcudluğu.

Lakin ənənəvi təsərrüfat əlaqələrinin qırılması, tədiyyə intizamının aşağı düşməsi, texniki-iqtisadi geriləmələr və digər bu kimi problemlər iqtisadiyyatın istehsal aparatına əsaslı surətdə mənfi təsir göstərdi. Bu isə müasir iqtisadi şəraitdə iqtisadiyyatın idarə edilməsinin səmərəli mexanizminin elmi baxımdan axtarılmasını aktuallaşdırır. Belə mexanizmlərdən biri də logistika hesab edilir.
Yaxın və uzaq xarici mənbələrin təhlili göstərir ki, istehsal logistikasına kifayət qədər fikir verilməmişdir və onun nəzəri platforması hələ işlənib hazırlanmamışdır.
. Logistikanın metodologiyası mürəkkəb istehsal sis­temlərini təkmilləşdiril-məsindən ibarətdir. O, müəssisənin menecerini istehsal sistemlərinin təşkili səviy-yəsinin yüksəldilməsi üçün metodlarla silahlandırır və bazarda rəqabət üstünlüyünə nail olunmasına şərait yaradır. Praktiki olaraq logistik konsepsiyaların istehsala tətbiq edilməsi mürəkkəb xarakterə malikdir. Bu hər şeydən əvvəl istehsalın texniki cəhətdən ixtisaslaşması dərəcəsindən və istehsal sahələrində yerinə yetirilən işlərin – daşınan yüklərin nəqliyyat aspek­tindən (istehsaldaxili komplekslərdə nəqliyyat işlərinin 50-60%-i istehsalçı müəssisənin ixtisaslaşdırılmış nəqliyyat bölməsi tərəfindən yerinə yetirilir) asılıdır. Aydındır ki, müasir iqtisadi şəraitdə istehsalın ixtisaslaşma səviyyəsi nə qədər yüksək olarsa bu müəssisə üçün bir o qədər yaxşıdır. Lakin əsas istehsal sferasında yerinə yetirilən əksər logistik əməliyyatlar istehsal əməliyyatlarının tərkib hissəsi olmasına
qədər də tələb olunan səviyyədə və dərəcədə nəzərə çarpmır. Bu isə bilavasitə istehsal proseslərinin təşkil edilməsi zamanı icra edilən müxtəlif səpkili, xarakterli logistik əməliyyatlara diqqət verilməməsi, ümumi logistik sistemdə onların yerinin dəqiq müəyyənləşdirilməsi və fəaliyyətlərinin qiymətlən­diril­məməsinin nəticəsi idi.
Ümumiyyətlə, bazar münasibətləri təbiət etibarı ilə o qədər potensial imkanlara malikdir ki, o hər dəfə istehsal yerləri üçün və ya bütövlükdə isə istehsal sferası üçün mürəkkəb problemlər yaradır. Ötən əsrin 70-80-ci illə­rində bu sahədə aparılan bazar tədqiqatları göstərdi ki, iqtisadi inkişafın müasir mərhələsində istehsalın təşkilinin ənənəvi metodlarla aparılması yeni bazar tələblərinə cavab vermir. İstehsal yerlərinin və ya sferasının gözlənilməz və eyni zamanda qaçılmaz vəziyyətlərdən sığortalanması üçün istehsal proses­lərinin təşkili məsələlərinə yeni kondeksdən yanaşma tələb olunurdu. Bu yeniləşmə təkcə istehsal sahələrini deyil, eyni zamanda nəqliyyatın, təchizat – satış strukturlarının, anbar və tara- qablaşdırma təsərrüfatlarının da paralel inkişafını nəzərdə tuturdu. Odur ki, müəssisələrdə istehsal – texnoloji proseslərin yeni tələblər nöqteyi – nəzərdən təşkili ilə bağlı problemlərin həlli və istehsala xidmət göstərən infrastruktur komplekslərinin normal fəaliyyəti məhz logis­tika hesabına təmin edilir.
Material axınları material resurslarının saxlanıldığı anbarlardan hazır məhsul anbarlarına qədər uzun bir yol keçməklə əsas istehsalın müvafiq mərhələlərində əməliyyatlara – istehsal istehlakına məruz qalır. Material və on­lara uyğun informa-siya axınlarının əsas istehsalın bu və ya digər mərhələsində idarə edilməsi bir sıra spesifik xüsusiyyətlərə malik olmaqla bərabər istehsal logistikası adlanır.
Deməli, istehsal logistikasnın məqsədi - istehsal prosesləri ilə müəssisənin qarşılıq-lı əlaqədə olan struktur bölmələri arasında yerinə yetirilən logistik əməliyyatların dəqiq sinxronluğuna nail olmaqdır. Daha doğrusu, istesal logistikasının tədqiqat obyektin-i sənaye istehsalı zamanı firmadaxili iqtisadi axın prosesləri təşkil edir.
İstehsal logistikasının əsas məqsədindən irəli gələn vəzifələr:
a) istehsal güclərinin tam yüklənməsinə nail olmaqla dövriyyə vəsait­lə­rinin dövr sürətini artırmaq və ya onların müəssisədən keçmə müddətini mini­mumlaşdırmaq;
b) istehsalın fasiləsizliyini təmin etmək məqsədilə zəruri səviyyədə material ehtiyatları yaratmaq və bu resursların emalı üçün sərbəst istehsal – logistik gücü idarə etmək;
c) istehlakçıların sifariş paketlərinə uyğun tələbatlarını dolğun ödəmək şərtilə məhsulların maya dəyərini aşağı salmaqdan ibarətdir.
Başqa sözlə, istehsal logistikasının əsas vəzifəsi təkcə logistik sistemlər daxilində deyil, eyni zamanda istehsal prosesləri çərçivəsində material və informasiya axınlarının idarə edilməsinin təşkili məsələlərini özündə əks etdirməkdir.
İnteqrativ formada isə istehsal logistikasının əsas funk­siyaları aşağı­dakı­lardan ibarətdir:

  • konkret hazır məhsullara istehlakçı sifarişləri və bazar tələbatının proqnozlaşdırılması əsasında istehsalın planlaşdırılması və təşkili;

  • müəssisənin istehsal sahələri və iş yerləri, habelə di­gər struktur bölmələri üçün istehsal tapşırıqları üzrə plan – qrafiklərin işlənib hazırlanması;

  • təchizat və satış xidməti şöbələri ilə razılaşdıqdan son­ra məhsul buraxılışı üzrə istehsal qrafiklərinin işlənib hazırlanması;

  • bitməmiş istehsal normativinin müəyyənləşdirilməsi və ona riayət edilməsinə nəzarətin həyata keçirilməsi;

  • istehsalın operativ idarə edilməsi və istehsal tapşırıqlarının yerinə yetirilməsinin təşkili;

  • kəmiyyət və keyfiyyət parametrləri üzrə hazır məhsullara nəzarət;

  • istehsal yeniliklərinin hazırlanması və praktiki həyata keçirilməsində iştirak etmək;

  • hazır məhsulların maya dəyərinə nəzarət edilməsi.

İstehsalın ərazi üzrə kompakt yerləşdirilməsi istehsal logistikasının tədqiqat obyektinin xarakterik və eləcə də fərqli xüsusiyyətini səciyyələndirir.
Son illərdə kütləvi və seriyalı istehsal sferasının əhatə dairəsinin getdikcə azalması halları müşahidə edilir. Universal avadanlıqlarının və çevik istehsal sistemlərinin tətbiq sahələri isə getdikcə artır. Məhz belə bir şəraitdə istehsalçı daha çox fərdi və kiçik partiyalı məhsullar üçün sifarişlər alır. Bütün bunlarla yanaşı hazır məhsul istehlakçıları kiçik zaman kəsiyində (saat, gün) tələbat­larının yüksək zəmanətlə ödənilməsi üçün məhsul istehsalçıları qarşısında tələblər irəli sürür.
İstehsal logistikasını aktuallaşdıran digər mühüm cəhət istehsal koopera­siyası çərçivəsində mürəkkəb məmulatların hazırlanması üçün istehsalın təşkil edilməsindən ibarətdir. Bu zaman istər sifariş verilmiş məhsulların hazırlanması üçün istifadə olunan xammal və materialların, eləcə də hazır məhsulların istehsal sahələrində və ya yerlərində hərəkəti üzrə əməliyyatların nəqliyyat baxımından təşkili də istehsal logistikasının obyekti hesab olunur. Eyni zamanda nəzərə almaq lazımdır ki, material resurslarının istehsal sahələrində optimal hərəkətinin təşkili üçün həm xüsusi nəqliyyat parkından, həm də ümumi istifadədə olan nəqliyyat vasitələrindən istifadə olunur.
İstehsal logistikasında material axınlarının idarə edilməsi zamanı «tələb­dən artıq məhsulun yaradılması» (zadel) anlayışı mühüm əhəmiyyət kəsb edir. «Tələbdən artıq məhsul» dedikdə müəssisənin bütün istehsal bölmələrinin fasiləsiz və normal işini təmin edən yarımfabrikat və ya hissələrin ehtiyatı başa düşülür. Təyinatına görə tələbdən artıq məhsullar:

  • texnoloji;

  • dövriyyə;

  • nəqliyyat;

  • sığorta kimi təsnif edilir.


Yüklə 302 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin