7.2. İstehsalıntəşkilivəidarəedilməsininənənəvivəlogistikkonsepsiyası Bazarın özünü tənzimləmə və iqtisadiyyatın inzibati – amirlik idarəetmə prinsipləri bir-birinə uyğunlaşa bilməzlər. Direktiv planlaşdırma sistemində istehsalın «resurs - bölgü» prinsipi ilə idarə edilməsi cəmiyyət miqyasında total məhsul bolluğu yaratsa da istehsal yerlərinin ayrı-ayrı materiallara, cəmiyyət üzvlərinin isə müxtəlif təyinatlı xalq istehlakı mallarına tələbatını dolğun ödəmirdi. Daha doğrusu, cəmiyyətin iqtisadi cəhətdən inkişaf etdirilməsi üzrə planların qarışılıqlı əlaqələndirilməsinə, problemlərin həllinə kompleks yanaşılmasına, əmək, maliyyə və maddi resurslardan istifadənin balanslaşdırılmasına baxmayaraq istehsal sahələri istər texniki-texnoloji, istərsə də təşkilati- iqtisadi baxımdan bazar tələbinə uyğun fəaliyyət göstərmirdi. Mövcud planlaşdırma sisteminin qeyri-elastikliyi və istehsal sferasının direktiv orqanlar tərəfindən onun üçün müəyyənləşdirilmiş «özünün xüsusi» ahəngi ilə «plan– ixtiyari qiymətə» prinsipi əsasında məhsul istehsal etməsi iqtisadi münasibətlər üzərində planı fetişləşdirirdi və onu ayrıca fəaliyyət sahəsinə çevirirdi.
İstehsal edilmiş məhsulların reallaşdırılması isə istehsalçı müəsisələrlə istehlakçılar arasında direktiv orqanların müəyyənləşdirdiyi «işlək mexanizm» adlanan təhkimetmə planları əsasında həyata keçirilirdi. Bu bir tərəfdən istehsalçı müəssisələri tədavül xərclərinin azaldılması baxımından stimullaşdıra bilən xammal, material və dəstləşdirici məmulatları göndərənlərlə səmərəli təsərrüfat əlaqələrinin qurulmasından inzibati metodlarla, habelə iqtisadi təsiretmə vasitələri ilə çəkindirirdi.
Məhz bazar iqtisadiyyatının prinsipləri əsasında qurulan müasir istehsal kifayət qədər kəmiyyət və keyfiyyət çevikliyinə malik olmalıdır. Buna səbəb – istehsalçı firmanın məhsullarının texniki xarakteristikasına, təklifin keyfiyyət quruluşundakı dəyişikliklərə çevik reaksiya vermək, öz alıcısını itirməmək və dəyanətli - dayanıqlı bazar yaratmaq meylləridir. Bu da «satıcı» bazarından «alıcı» bazarına keçidi tələb edən bazar iqtisadiyyatının əsas şərtlərindən biridir. Belə bir şəraitdə ayrı - ayrı istehlakçılardan daxil olan müxtəlif səpkili istehsal sifarişlərinə operativ və adekvat reaksiya vermək lazımdır. Başqa sözlə, istehsal sferası buraxılan hazır məhsulların həcminin və çeşidinin geniş miqyasda tez dəyişilməsi qabiliyyətinə və çevikliyinə malik olmalıdır.
Buna görə də bazar iqtisadiyyatının ən mühüm üstünlüyü alıcı bazarında yeni məhsul çeşidinə tələb meydana çıxarsa, habelə bazar tərəfindən uzun müddət tanınan məhsullara tələb artarsa, mövcud istehsal güclərini baş verən dəyişikliklərə uyğunlaşdırmaqdan ibarətdir. Bu iki: keyfiyyətçevikliyivəkəmiyyətçevikliyi istiqamətində həyata keçirilir.
Hazırlanan məhsulların çeşid dəyişkənliyi imkanları – keyfiyyətçevikliyi işçi heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, universal işçi heyətinin təşkili və çevik istehsal sistemlərinin yaradılması hesabına əldə edilir.
Bu əsasda hazır məhsul istehsalı həcminin artırılması imkanları – kəmiyyətçevikliyiisə əmək resursları və istehsal gücləri üzrə daxili ehtiyatların yaradılması yolu ilə təmin edilir.
Müasir istehsalın malik olduğu bu çevik xassələrin reallaşdırılması logistik idarəetməyə əsaslanır.
İstehsalın logistik təşkili və idarə edilməsi, bilavasitə marketinq və logistik strategiyaların uyğunlaşdırılmasından asılıdır. Nəticə etibarı ilə qeyd olunan strategiyaların istehsalla əlaqələndirilməsi və müvafiq müqayisələrin aparılması yolu ilə logistik idarəetmə tədbirləri hazırlanır və həyata keçirilir.