Təsiredijiamillərnəzərəalınmadanistehsalınhərbirmərhələsindəsabitehtiyathəjminisaxlamaq, növbətiistehsaltapşırıqlarınıyerinəyetirməküçünistehsalprosesindəsərfedilənmaterialresurslarıüzrəsifarişlərinəvvəlkimərhələdənsonrakımərhələyəhərəkəti - axını «itələyijisistemin» başlıjaprinsipinitəşkiledir. İtələyici sistemlər təkcə istehsal sferasında (istehsal logistikasında) deyil, eyni zamanda məhsulların tədarükatı (tədarükat logistikası) və hazır məhsulların realizasiyası (bölüşdürmə - satış logistikası) mərhələlərindən ibarət mübadilə sferasında da geniş tətbiq olunur.
Tədarükat prosesində bu sistemlər hazır məhsulun hazırlanmasına sərf edilən material resursları üzrə ehtiyatların bərpa edilməsi üçün bu və ya digər idarəetmə qərarlarının qəbul edilməsi məqsədinə xidmət edir. İtələyici sistemlərin tədarükat prosesində başlıca məqsədi istehsal olunacaq məhsul nomenklaturası və ya çeşidinə müvafiq olaraq material resurslarının tədarükat bazarlarından istehsal qrafikləri əsasında alınması və onların istehsal sahələrinə gətirilməsi - verilməsindən ibarətdir. Göründüyü kimi makrosəviyyədə vaxtında dəqiq və düzgün aparılmasından funksional asılıdır. Bu asılılıqda tədarükat mərhələsindən xammal, material və dəstləşdirici məmulatların istehsala məhz itələyici sistemin prinsipləri əsasında verilməsini tələb edir.
Hazır məhsulun reallaşdırılması zamanı (bölüşdürmə logistikasında) itələyici sistem satış strategiyası və topdan və pərakəndəsatış ticarətini həyata keçirən kommersiya müəssisələrində əmtəəlik ehtiyatların yaradılması, habelə satışın həvəsləndirilməsi formasında təzahür edir. Başqa sözlə, istehsalçı müəssisə satış imkanlarının genişləndirilməsi üçün çoxlu bazar seqmentlərinə malik olmaqla bərabər satışın həvəsləndirilməsi strategiyasını hazırlayır və onu həyata keçirir. Bu strategiya əsasında satışın həvəsləndirilməsi elementləri hesab olunan istehlakçılar (qiymət güzəştləri, lotoreyaların verilməsi, məhsulların kreditə verilməsi, istifadə olunmuş məhsulların əvəzinə yenisinin verilməsi), satıcılar (mükafatlar, artıq məhsul satışına görə yüksək əmək haqqının verilməsi və s.) və vasitəçilər (məhsul partiyasının həcminə görə qiymət güzəştləri, təkrar güzəştlər, mükafatlandırma, xərclərin ödənilməsi və s.) müxtəlif həvəsləndirmə metodlarının köməyilə həvəsləndirilir və bu da son nəticədə məhsul istehsalının həcminin artırılmasına səbəb olur. Belə stimullaşdırma tədbirlərinin hazırlanması və praktikada tətbiq edilməsi istehsal sferasına və bu isə öz növbəsində tədarükat prosesinə təsir göstərir.
Müasir «itələmə» logistik sistemləri təşkil və idarəetmə funksiyalarından əlavə müxtəlif səpkili proqnozlaşdırma məsələlərinin müvəffəq həllinə də imkan verir. Bu və digər məqsədlər üçün əməliyyatların tədqiqi, o cümlədən imitasiya modelləşdirməsindən istifadə olunur.
İtələyici idarəetmə sistemlərinin praktikada sınaqdan çıxmış logistik modelinə nümunə kimi MRP – 1, MRP - 2 (material resurslarına tələbatın planlaşdırılması) sistemlərini göstərmək olar. Bu sistemlər idarəetmə proseslərinin avtomatlaşdırılması səviyyəsi ilə xarakterizə edilməklə aşağıdakı əsas:
real vaxt ərzində müəssisənin müxtəlif struktur bölmələrinin fəaliyyət dairəsinin müəyyənləşdirilməsi və onların əlaqələndirilməsi, habelə bu struktur bölmələrinin fəaliyyətinin operativ tənzimlənməsi kimi funksiyaları yerinə yetirir.
Müasir iqtisadi şəraitdə istehsal və məqsəd bazarına məhsulların irəlilədilməsi üzrə idarəetmə sistemlərinin əksəriyyəti itələmə sistemlərinə məxsusdur. Belə sistemlərin fəaliyyət miqyası və yerinə yetirdikləri funksiyalar nə qədər iri və çox olarsa, onlar üçün aşağıdakı problemlər də bir o qədər səciyyəvi xarakter alır:
1. Bazar tələbinin kəskin dəyişməsi və ya məhsulların hazırlanması prosesində geriləmələr müşahidə olunan zaman hər bir mərhələ üçün istehsalı əvvəlcədən planlaşdırmaq mümkün olmur. Ona görə də bütün bərabər şərtlər daxilində belə bir çətinlikdən sığortalanmaq məqsədilə ehtiyatların tələb olunan səviyyəsindən də artıq ehtiyatın yaradılması zəruriyyəti meydana çıxır.
2. Müəssisənin idarəetmə personalı üçün normaların tərtib edilməsi və material ehtiyatlarının parametrləri ilə əlaqədar olan bütün vəziyyətləri dəqiq araşdırmaq olduqca çətindir. Buna görə də istehsal planında izafi sığorta ehtiyatının yaradılmasını nəzərə alınmalıdır.
3. Buraxılan məhsul partiyasının həcmində satış bazarından asılı olaraq baş verən ixtiyari təcili dəyişiklik, habelə istehsal – logistik əməliyyatların yerinə yetirilməsi müddətinin zaman baxımından uzun olması da çox böyük mürəkkəblik yaradır.
Məhz «dartma» logistik sistemləri yaranan bu problemlərin həll edilməsinə xidmət göstərir. Bunlara isə istehsal sahələrinin dəqiq və vaxtında istər material resursları və yarımfabrikatlarla, istərsə də hissə və qovşaqlarla sadə və etibarlı təmin etmək, habelə onların texnoloji prosesin tələbinə uyğun növbəti mərhələ və ya sahələrə ötürülməsi – daxil olması üçün şərait yaratmaqla aradan qaldırmaq mümkündür.
Mikrologistik səviyyədə material axınlarının digər «dartma» sistemi istehsalın təşkilinin elə bir sistemidir ki, burada hissələr və yarımfabrikatlar bir texnoloji əməliyyatdan keçməklə digərinə texnoloji zəruriyyət yarandıqca ötürülür.
Belə bir sistemin tətbiqi zamanı ciddi istehsal qrafiklərinə o qədər də ehtiyac duyulmur. Texnoloji prosesin son mərhələsi hesab olunan yığım sexində bir məhsul vahidinin və ya məmulatın hazırlanması üçün zəruri olan hissə, qovşaq və komplektləşdirici dəstlərin tələb edilən kəmiyyəti dəqiq müəyyənləşdirilir. Məhz məhsulların hazırlandığı bu xətdən – yığım sexindən əvvəlki sahələrə lazım olan nomenklaturada hissələri və ya qovşaqları əldə etmək üçün qablaşdırıcı tara göndərilir. Əvvəlki sahədən götürülən hissələrin yeri bərpa olunmaq üçün onlar yenidən istehsal edilir və bu əməliyyatlar texnoloji prosesin əvvəlinə qədər belə bir sxem üzrə davam etdirilir. Hər bir istehsal sahəsi və ya işçi yeri özünə lazım olan hissələri, qovşaqları və ya dəstləşdirici məmulatları özündən əvvəlki mərhələdən – istehsal sahəsindən «dartıb» alır. Buna görə də ay ərzində bütün texnoloji mərhələlər üçün eyni zamanda istehsal qrafiklərinin tərtib edilməsinə lüzum qalmır.